Qərbi Kaspi Universiteti SƏRBƏst iŞ


Dərinin mühafizə vasitələri



Yüklə 64 Kb.
səhifə6/7
tarix31.12.2021
ölçüsü64 Kb.
#113082
1   2   3   4   5   6   7
MM üzrə Sİ nümunəsi
MM SİLLABUS 2030,2130T,2130P,2231K Qiya
Dərinin mühafizə vasitələri bədənin açıq sahələrini, paltar və ya ayaqqabıları onların səthinə zəhərli maddə damcıları, yoluxucu xəstəlik törədiciləri, radioaktiv toz düşməsindən, həmçinin qismən də işıq şüalanmasının təsirindən mühafizə etmək üçün nəzərdə tutulmuşdur. Bunlar tabel vasitələrinə (ümumqoşun mühafizə komplekti – ÜMK, yüngül mühafizə kostyumu L-l) və əlaltı vasitələrə (məişət paltarlarının ünsürləri) ayrılır. Mühafizə prinsipinə görə tabel vasitələrinin süzücü (havakeçirən) və təcridedici (havakeçirməyən) növləri olur. Süzücü materialdan tikilən mühafizə paltarları adi parçadan tikilib xüsusi kimyəvi məhlul hopdurulmuş geyimdən ibarətdir. Özünün sanitariya-gigiyenik xassələrinə görə belə paltarlar hər gün geyinmək üçün yararlıdır. Hopdurulan pasta məhlulu ya zəhərləyici maddə buxarlasını tutub saxlayan (adsorbsiya tipli), ya da bu buxarları neytrallaşdıran (hemosorbsiya tipli) kimyəvi maddələrdən ibarətdir. Alt paltarlar, şlemaltlıq və hopdurulmamış bir cüt portyanka adamın bədəninə kombinezonun sürtünməsinin və kombinezona hopdurulmuş məhlulun dərini qıcıqlandırmasının qarşısını almaq üçündür. Dərini təcridedici mühafizə vasitələri hava keçirməyən materiallardan hazırlanır. Bunlar tam hermetik (adamın bütün bədənini örtüb ZM damcıları və buxarlarından qoruyan kostyum və kombinezonlar), qismən hermetik, yaxud tamamilə qeyrihermifiik (plaşlar, bürüncəklər, önlüklər və s.) ola bilər. Qismən qeyrihermetik vasitələr (ümumqoşun mühafizə komplekti – ÜMK, yüngül mühafizə komplekti L-l, mühafizə kombinezonu və ya kostyumu) əsasən maye damcıları halındakı ZM-dən mühafizə edir.


Yüklə 64 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə