Qeydə alınıb


§40. TƏM-də və KM-də cəza çəkən məhkumlarla müəssisənin hüdudlarından kənarda uzun müddətli görüşlərin təqdim edilməsinin xüsusiyyətləri



Yüklə 0,86 Mb.
səhifə3/8
tarix17.06.2018
ölçüsü0,86 Mb.
#54018
1   2   3   4   5   6   7   8
§40. TƏM-də və KM-də cəza çəkən məhkumlarla müəssisənin hüdudlarından kənarda uzun müddətli görüşlərin təqdim edilməsinin xüsusiyyətləri.

İslah-Əmək məcəlləsinin 44-cü maddəsinin və 27, 37, 38-ci maddələrinin bəndlərinə uyğun bəzi kateqoriyalı məhkumlara uzun müddətli görüşlər, TƏM-nin və KM-nin hüdudlarından kənarda verilir.

Ümumi rejimli TƏM-də cəza müddətinin dörddə birini, möhkəmləndirilmiş rejimli TƏM-də isə cəza müddətinin üçdə birini çəkmiş və saxlama şəraiti yaxşılaşdırılmış məhkumlara, habelə KM-də cəza çəkən məhkumlara müəssisə müdiriyyətinin qərarı ilə koloniyanın ərazisindən kənara, lakin müəssisənin yerləşdiyi inzibati rayonun hüdudları daxilində görüşlər təqdim oluna bilər.

Həmin görüşlər müəssisədən kənarda bu məqsədlər üçün təşkil olunmuş xüsusi binalarda, habelə mehmanxanalarda və yaxud məhkumun qohumları tərəfindən kirayə tutulmuş xüsusi evlərdə verilə bilər.

Görüş, dəqiq ünvanı göstərilmiş məhkumun və ya onun yaxın qohumlarının ərizəsi, müəssisə rəisinin imzası və möhürü ilə təsdiq edilmiş vəsiqə əsasında verilir.

Bu zaman nəzarət növbətçi xidməti tərəfindən həyata keçirilir və görüş müddətində bir dəfədən az olmayaraq qəflətən yoxlanılmalıdır.


§41. Məhkumların vəkillərlə görüşü:

1) Məhkumlara özlərinin, ictimaiyyət nümayəndələrinin, yaxud qohumlarının ərizəsi əsasında vəkillərlə görüşmək imkanı verilir. Vəkilin yaxud məhkumun arzusu ilə bu görüş təklikdə keçirilir. Vəkillə görüşün məhkumla icazə verilən sayına aidiyyatı yoxdur, bu görüşlərin sayına məhdudiyyət qoyulmur. Lakin belə görüşlər asudə (yatmaq və iş vaxtlarından başqa) vaxtlarında keçirilir.

Vəkillərin məhkumlarla görüşü hüquq məsləhətxanasının orderi və şəxsiyyəti müəyyən edən sənədləri təqdim edildikdən sonra verilir. Görüşdən əvvəl vəkilin sənədləri yoxlanılır.
§42. Görüş, banderol, sovqat və bağlamaların qeydiyyatı:

Məhkumlara verilən görüşlərin, banderol, sovqat və bağlamaların qeydiyyatı ciddi hesabat blankı kimi sayılan və saxlanılan xüsusi vərəqələrdə, banderol və bağlamaya qoyulmuş şeylərin uçotu isə xüsusi kitabda nəzarətçi tərəfindən aparılır. (Əlavə - 21)


§43. Məhkumlara görüş, banderol, sovqat, bağlama verilməsi və onların müddətlərinin hesablanması:

1. İbtidai istintaq zamanı istintaq təcridxanasında axırıncı görüş hansı tarixdə alınmasından asılı olmayaraq məhkum İslah-Əmək müəssisəsinə gəldiyi andan görüş almaq hüququna malikdir. Hansı növ görüşdən istifadə etməyi məhkum özü seçir.

Sonrakı görüşü nə vaxt verməyi tapmaq üçün ilin on iki ayını həmin növ görüşün məhkuma il ərzində icazə verilən sayına bölmək lazımdır.

2. Karantin, təbii fəlakət və digər fövqəladə vəziyyətdə görüş verilməsi müəyyən müddətə dayandırılarsa, həmin müddət növbəti görüşün verilmə vaxtına hesablanır. Lakin KTO-da, karserdə, birnəfərlik kamerada, intizam və cərimə təcridxanalarında olan vaxt görüşlər arasındakı müddətə hesablanmır.

3. Görüş, banderol, sovqat və bağlamaların rejimlər üzrə icazə verilən sayı İslah əmək qanunvericiliyi ilə müəyyən olunur.
§44. Bağlama və banderollarda qoyulmuş şeylərin saxlanmasına görə məsuliyyət:

Göndərilən şeylərin çeşidinin pozulması ilə əlaqədar bağlama və banderolları göndərən şəxsə qaytarılmasında İslah Əmək müəssisənin müdriyyəti onların keyfiyyətinin qorunmasına görə məsuliyyət daşımır.

Bağlama və banderollar ünvanlanan şəxslərə, onların intizam cəzalarını çəkmələri ilə əlaqədar vaxtında təqdim edilməsində, İslah Əmək müəssisələrinin müdriyyəti bağlama və banderollarda qoyulmuş şeylərin saxlanmasını təmin edir, lakin bu şeylərin uzun müddət saxlanması nəticəsində təbii xarab olmasına görə məsuliyyət daşımır.

VIII - F Ə S İ L. Məhkum qadınların koloniyadan kənarda yaşamaları. Məhkumların Koloniya - məntəqələrinə göndərilməsi. Məhkumlara konvoysuz və müşaiyətsiz hərəkət

etmək hüququnun verilməsi:
§45. Məhkum qadınların koloniyadan kənarda yaşamaları:


  1. İstintaq təcridxanalarında saxlanılan, məhkum olunmuş hamilə və üç yaşına qədər uşaqları olan qadınların təyin olunmuş rejim üzrə, nəzdində uşaq evləri olan koloniyaya göndərilir. Müdiriyyət tərəfindən kifayət qədər öyrənilmiş məhkum qadına geniş xasiyyətnamə tərtib olunur. Xasiyyətnamə gələcəkdə məhkum qadının koloniyadan kənarda yaşamasının mümkünlüyü barədə fikrini bildirir.

  2. İslah Əmək qanunvericiliyinin tələblərinə əsasən hamilə və üç yaşınadək uşaqları olan qadınların koloniyadan kənarda yaşamaları koloniya rəisinin müşahidə komissiyası ilə razılaşdırılmış qərarı ilə sənədləşdirilir. (Əlavə - 29)

Koloniyadan kənarda yaşayan qadın məhkumlara xüsusi vəsiqə (Əlavə - 18) verilir. Həmin vəsiqələr mətbəə üsulu ilə hazırlanır və onlar xüsusi qeydiyyatda olan sənədlər kimi nəzərə alınır.

  1. Koloniyadan kənarda yaşayan qadın məhkumlar öz dəstələrinin tərkibindən xaric edilmirlər. Onlara əməkhaqqı üzrə tam haqq hesab çəkilir, şəxsi hesablarındakı pul və şəxsi şeylər onlara verilir.

  2. Məhkum qadınların qalan cəzasının daha yüngül cəza ilə əvəz olunmağa, yaxud vaxtından əvvəl şərti azad olunmağa təqdim olunmaları koloniya müdriyyəti tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir.

Uşağın üç yaşına üç ay qalmasından gec olmayaraq məhkum qadının vaxtından əvvəl şərti azad olunmaq yaxud azad edilməyə təqdim etmək məsələsinə baxmaq müəssisə rəhbərliyinin borcudur.
§46. Məhkumların İslah Əmək koloniya məntəqələrinə göndərilməsi:

  1. Məhkumların İslah Əmək koloniya məntəqəsinə göndərilməsi xüsusi nəqliyyat vasitələri ilə qarovulun, İslah Əmək koloniyalarının və İstintaq Təcridxanalarının əməkdaşlarının müşayiəti ilə həyata keçirilir.

  2. Koloniya məntəqədə saxlanılan hər məhkuma xüsusi formalı vəsiqə (Əlavə - 24) verilir.


§47. Məhkumların konvoysuz və ya müşayiətsiz gediş gəlişi:

1) Muxtar Respublika və vilayət mərkəzi şəhərlərində yerləşən köçürmə məntəqələrində müşayiətsiz və konvoysuz gəzməyə icazə verilən məhkumların sayı 50 nəfərdən artıq olmamalıdır. Bu şərtlə ki, həmin məhkumlar müəssisənin tələbatlarını ödəməklə bağlı işlərdə çalışsınlar. Digər yerlərdə yerləşən müəssisələrdə konvoysuz və müşayiətsiz gəzməyə icazə verilən məhkumların sayı Ədliyyə Nazirliyi, MQİBİ tərəfindən müəyyən olunur.


§48. Məhkumlara konvoysuz və müşayiətsiz hərəkət etmək hüququnun verilməsi qaydaları:

  1. Məhkuma konvoysuz və müşayiətsiz gediş-gəliş hüququ koloniya rəisinin əsaslandırılmış, müşahidə komissiyası ilə razılaşdırılmış və yuxarı rəis tərəfindən təsdiq edilmiş qərar ilə (Əlavə 29) verilir.

  2. Konvoysuz və müşayiətsiz gəzmək hüququ verilmiş məhkuma xüsusi buraxılış vərəqəsi (Əlavə - 25) verilir. Buraxılış vərəqinə nəzarət talonu (Əlavə - 26, 27) verilir. Buraxılış vərəqəsi mətbəə üsulu ilə hazırlanır və xüsusi qeydiyyatlı sənədlər sırasına aiddir.

Buraxılış vərəqəsi verilməmişdən əvvəl məhkuma qol çəkdirməklə koloniyadan kənarda konvoysuz və müşayiətsiz gəzmək qaydaları elan olunur (Əlavə - 28).

  1. Məhkuma konvoysuz və müşayiətsiz hərəkət etmək yalnız buraxılış vərəqəsində göstərilmiş istiqamət və saatlarda icazə verilir, məhkumun yaşayış sahəsindən çıxıb qayıtması məhkumların işə çıxıb qayıtma vaxtları ilə təmin olunur. Xüsusi hallarda, məşğul olduğu işin xüsusiyyətindən asılı olaraq günün başqa vaxtında da İƏM-dən çıxmaq hüququ verilə bilər

  2. Konvoysuz və ya müşayiətsiz hərəkət etmək hüququ olan məhkumlara, islah əmək müəssisəsinin müdriyyəti tərəfindən müəyyən edilmiş sərhədlər daxilində, koloniyanın hüdudlarından kənarda yerləşən yataqxanalarda yaşamağa icazə verilə bilər.

  3. Konvoysuz və müşayiətsiz hərəkət etmək hüququ almış məhkum bu hüquqdan istifadə qaydalarını pozarsa koloniya rəisinin qərarı ilə həmin məhkum bu hüquqdan məhrum edilir. Bu hüquq məhkumdan, həmçinin onun yerinə yetirdiyi işin xarakteri, mahiyyəti dəyişdirildikdə də alınır. Konvoysuz və müşayiətsiz hərəkət etmək hüququndan məhrum edilmiş məhkumdan onun buraxılış vərəqəsi alınır və akt tərtib etməklə məhv edilir (Əlavə - 30).



IX - F Ə S İ L. Məhkumların təcrid edilməsi tədbirləri:
§49. Mülki heyətli məhkumların birgə işi:

1) İƏM-nin və digər təşkilatların istehsal obyektlərində işləyən məhkumların təcridini təşkil etmək məqsədi ilə onların əməyinə bilavasitə rəhbərlik edən mülki işçi heyətinin işləmələrinə yol verilir, həmçinin istehsalatın normal işini təmin etmək məqsədi ilə də orada işləyən məhkumların 15 faizindən çox olmamaq şərti ilə yüksək ixtisaslı fəhlələrin işləməsinə icazə verilir.

Müdriyyət mülki işçiləri işə bir qayda olaraq məhkumlarla eyni cinsdən olanı qəbul edir.


  1. Məhkumlarla işləyən mülki işçilərdən müdriyyət tərəfindən müəyyən olunmuş ünsiyyət qaydalarını gözləmək barədə iltizam alınır (İltizam, Əlavə - 31). Onlar arasında bir-birilərinə ərzaq, pul, spirtli içkilər, əşyalar, məmulatlar, maddələr və digər şeylər verib almaq qadağandır. Bu şərtləri pozan mülki işçi məhkumların işlədiyi istehsalat obyektlərinə buraxılmır və həmin şəxs məsuliyyətə cəlb olunur.

  2. Məhkumlara istehsalat tapşırıqlarını yerinə yetirməkdə və rejim qaydalarını gözləməklə tələbkarlığı artırmaq məqsədi ilə onların işlədikləri istehsalat obyektlərinə İƏM müdiriyyətinin nümayəndəsi ayrılır.


§50. Yaşayış və istehsalat ərazilərinin, otaqların və məhkumların üst-başının axtarılması və onlara baxış keçirilməsi qaydaları:

  1. Məhkumların üst-başının, yaşayış və istehsalat ərazilərinin obyekt və otaqlarının axtarılması və onlara baxış keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən təyin olunmuş qaydada planlı şəkildə keçirilir.

  2. Baxış və axtarışlar zamanı zərurət olmadığı hallarda yatacaq və digər ləvazimatın sökülməsinə, dağılmasına və s. yol verilmir.

  3. Baxış və axtarışlar dəqiq plan əsasında keçirilib, nəticələri barədə akt tərtib olunur.

  4. Köçürmə məntəqələrində axtarış və baxışlar kommunal-məişət otaqlarında, istehsalat obyektlərində keçirilir. Axtarış və baxışların keçirilmə vaxtları və tezlikləri müdriyyət tərəfindən təyin olunur.


§51. Azadlıqdan məhrumetmə yerlərinin obyektlərinə buraxılışın bəzi şərtləri:

1) Məhkumların yaşayış sahələrinə və işlədikləri istehsalat obyektlərinə buraxılış rejimi müəssisənin müdriyyəti tərəfindən müəyyən olunur, mühafizəçilər və nəzarətçilər tərəfindən yerinə yetirilir.

2) Azadlıqdan məhrumetmə yerlərinin ərazisinə daxil olan şəxslər özləri ilə hər hansı bükülü zəmbil s. gətirməməlidirlər. Belə şeylər saxlanmaq üçün xüsusi təşkil olunmuş yerə təhvil verilməlidir. Peşə texniki və ümumi təhsil məktəblərinin müəllimlərinə dərs keçmək üçün lazım olan təlim vasitələrini yaşayış sahəsinə keçirməyə icazə verilir.


  1. Müəssisə rəisinin, yaxud onun müavinin, onlar olmadıqda isə MRNK-nin müəssisədən uzaqda yerləşən istehsalat obyektlərində mühafizəçilər dəstəsi rəisinin qərarı ilə azadlıqdan məhrumetmə yerlərinə daxil olan və çıxan şəxslərə baxış keçirilə bilər.

  2. Şəxsi baxış və şeylərə baxış İƏM-ri obyektlərinin mühafizə dəstəsinin tərkibinə daxil olan hərbi qulluqçular, nəzarətçilər və müdriyyətin göstərişi ilə digər şəxslər tərəfindən keçirilir. Şəxsi baxış müdriyyətin ən azı iki nümayəndəsinin iştirakı ilə, müəssisədən uzaq olan istehsalat obyektlərində isə iki hərbi xidmətçinin iştirakı ilə keçirilir. Baxışdan əvvəl həmin şəxsə məhkumlara verilməsi qadağan olunmuş əşyaları təqdim etməsi təklif olunur.

  3. Baxışı keçirən şəxs, yoxlanılan şəxslə həmcins olmalıdır. Baxış bir qayda olaraq növbətçi otağında, yaxud nəzarət buraxılış məntəqəsində keçirilir. Bir otaqda bir neçə şəxsə eyni vaxtda baxış keçirmək qadağandır.

  4. Baxış keçirən vəzifəli şəxslər baxış keçirilən şəxslə mədəni rəftar etməli, onların mənliyini alçaldan hərəkətlərə yol verməməlidir.


§52. Məhkumlara nəzarət:

Məhkumlara nəzarət Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 83 ş/h saylı 15. 05. 98-ci il tarixli Əmrlə elan edilmiş “İslah-Əmək müəssisələrində məhkumlar üzərində nəzarət haqqında” təlimat əsasında həyata keçirilir.


X FƏSİL. Təhlükəsizlik tədbirləri.
§53. İslah Əmək müəssisələrində xüsusi şərait rejimi.

İslah Əmək məcəlləsinin 41-2 maddəsinə uyğun azadlıqdan məhrumetmə yerlərində xüsusi rejim şəraiti tətbiq etmək, Azərbaycan Ədliyyə Nazirinin Respublika Baş Prokuroru ilə razılaşdırılmış qərarına əsasən respublikanın hüdudlarında yerləşən bütün İƏM-də, Naxçıvan MR-nın Ədliyyə Nazirinin Naxçıvan Muxtar Respublikası Prokuroru ilə razılaşdırılmış Əmrinə əsasən Nax. MR-nın ərazisində yerləşən İslah-Əmək müəssisələrində, 3 gündən gec olmayan müddət ərzində Respublika Ədliyyə Naziri tərəfindən təsdiq olunmaq şərti ilə, müəssisə rəhbərliyinə isə rəhbərlik etdikləri müəssisədə dərhal məruzə etmək şərti ilə “müstəqil qərar qəbul etmək səlahiyyəti verilmişdir.

Xüsusi şərait rejimi, 30 gün və ya əlavə olaraq eyni müddətdə fövqəladə hadisələr zamanı məhkumların və şəxsi heyətin hüquqlarının pozulmasının bərpa edilməsi, İslah Əmək müəssisəsinin normal fəaliyyətini təmin etmək məqsədi ilə, xüsusi plan əsasında, bir rəhbərlik altında həyata keçirilən kompleks hərbi əməliyyat-rejim, tərbiyə və digər məcburi tədbir və hərəkətlərə deyilir.

Xüsusi şərait rejimi, törədilməsi ehtimal olunan, cəmiyyət üçün təhlükəli olan cinayəti qabaqlamaq və qarşısını almaq, habelə baş vermiş cinayət nəticəsində cəmiyyətin ayrılmaz hissəsi olan islah əmək müəssisələrində cəza çəkən məhkumların və işləyən işçi heyətin pozulmuş hüquqlarını bərpa etmək üçün elan olunur və aşağıdakı mühüm vəzifələri yerinə yetirmək üçün nəzərdə tutulur:



  • şəxsi heyəti həyacan siqnalı ilə yığmaq və gücləndirilmiş iş rejiminə keçmək, bütün qüvvə və vasitələri hazır vəziyyətə keçirmək;

  • müəssisənin mühafizəsini və məhkumlara nəzarəti gücləndirmək onların ətraf mühitlə əlaqəsini kəsmək;

  • müəssisənin yerləşdiyi ərazinin polis orqanı ilə əlaqə yaratmaq baş vermiş hadisə barədə onlara məlumat vermək, onların və müəssisənin sərəncamında olan qüvvələrdən qarşılıqlı əlaqədə istifadə etmək;

  • məhkumların hərəkətlərini izləmək, onların təşkilatçılarını və fəal iştirakçılarını sərəncamda olan qüvvələr vasitəsilə əsas kontingentdən ayırmaq, imkan daxilində təcrid etmək;

  • məhkumları fikirlərindən çəkindirmək üçün, onların arasında geniş izahat işi aparmaq, məsuliyyətləri barədə xəbərdarlıq etmək, imkan daxilində işə onların valideynlərini və nüfuzlu qohumlarını cəlb etmək.

Müəssisə və bölüyün sərəncamında olan qüvvə və vasitələrin gücü ilə qanunsuz hərəkətlərin qarşısını almaq mümkün olmazsa, məhkumlar cinayətkar əməllərini davam etdirərsə və kütləvi ixtişaşa çevrilmə ehtimalı olarsa və ya çevrilərsə aşağıdakı məcburi tədbirləri və mühüm vəzifələri yerinə yetirmək nəzərdə tutulur:

- fövqəladə vəziyyət planına və baş əməliyyat rəisinin əmrinə əsasən xüsusi hərbi əməliyyat keçirmək;

- mühafizə olunan obyektə, İƏM-nə kənardan olan hücumu dəf etmək;


  • dəstə şəkilli tabe olmama, xuliqanlıq hərəkətləri və kütləvi ixtişaş baş vermiş islah əmək müəssisəsini ətraf mühitdən təcrid etmək və qanuna zidd hərəkətlərin aradan qaldırmaq üçün təsirli tədbirlər görmək;

  • hadisəni təşkil etmiş liderləri və onun fəal iştirakçılarını müəyyənləşdirərək zərərsizləşdirmək və əsas kütlədən təcrid etmək;

  • fövqəladə hadisə baş vermiş İƏM-də ümumi axtarış və baxış tədbirləri keçirmək;

  • cinayət etmiş şəxslərin hərəkətlərini izləmək və sənədləşdirmək, təxirə salınmaz istintaq hərəkətlərinin həyata keçirilməsinə əməli köməklik göstərmək;

  • maddi sübutların və cinayət izlərinin mühafizəsini təşkil etmək, dəymiş maddi zərəri müəyyənləşdirmək.

Qeyd olunan vəzifələr tam yerinə yetirildikdən sonra, müəssisənin normal iş fəaliyyətini təmin etmək üçün xüsusi tədbirlər planı hazırlanır və bərpa tədbirləri həyata keçirilir

İslah Əmək məcəlləsinə uyğun xüsusi şərait rejimi 30 gün müddətinə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Əgər bu müddət qayda-qanun bərpa olunmazsa əlavə 30 gün də uzadıla bilər. Bu müddət ərzində şəxsi heyətin gücləndirilmiş iş rejiminə uyğun fəaliyyəti təmin olunur.


§54. Qandalın tətbiq edilməsi qaydaları və əsasları:

1) Məhkumlara yalnız aşağıdakı şəxslərin göstərişi ilə qandal tətbiq edilir: müəssisə rəisi, hərbi hissənin komandiri və onların müavinləri, rəisin nəzarətçilər xidməti üzrə köməkçisi, müəssisə rəisinin növbətçi köməkçisi, növbə üzrə baş nəzarətçi;

2) Aşağıdakı hallarda məhkuma qandal tətbiq olunur:

a) nəzarətçilərə, mühafizəçilərə, müdiriyyətə qarşı fiziki müqavimət və zorakılıq göstərdikdə,

b) cərimə-intizam təcridxanasına, kamera tipli otağa getməkdən imtina etmə,

v) başqa məhkumlara və digər şəxslərə hücum etdikdə, özünə qəsdə cəhd etdikdə,

q) qaçmış məhkumu tutub geri qaytardıqda,

d) qandal, onu tətbiq etməyə icazə vermiş, yaxud ondan yuxarı rəisin göstərişi ilə çıxarılır,

e) qandalı tətbiq etmə barədə akt tərtib olunur. Qandaldan əsassız olaraq istifadə etməyə göstəriş vermiş şəxs bunun üçün məsuliyyət daşıyır.
§55. Xüsusi vasitələrin və rezin dəyənəyin tətbiq edilməsi qaydaları:

İslah Əmək müəssisənin işçilərinə, qaravula habelə azadlıqdan məhrum etmə yerlərinə gəlmiş ictimaiyyətin nümayəndələrinə və digər şəxslərə fiziki müqavimət göstərən və ya digər zorakılıq hərəkətləri edən məhkumlara qarşı xüsusi vasitələr - gözyaşardıcı qazlar və rezin dəyənək tətbiq edilir.

Qeyd olunan vasitələrdən bağlı otaqlarda, binalarda, kameralarda gizlənmiş və müdriyyətin qanuni tələblərinə məhəl qoymayan, kəsici, deşici, odlu və soyuq silahlarla silahlanmış məhkumların yaxalanmasını təmin etmək üçün də tətbiq edilir.

Gözyaşardıcı qazlarla və rezin dəyənəklə silahlanmış nəzarətçilər onları növbə üzrə baş nəzarətçinin, MRNK-nin göstərişinə əsasən, xüsusi hallarda isə müstəqil olaraq tətbiq edir. Bu barədə akt (raport) tərtib olunur və rəhbərliyə məruzə olunur.


§56. Silah tətbiq etməyin qayda və əsasları:

1) İƏM-nin əməkdaşlarının, yaxud başqa şəxslərin həyatını məhkumun hücumu və bilərəkdən etdiyi digər hərəkətinin nəticəsində bilavasitə təhlükədə olarsa, məhkum mühafizə altından qaçarsa və onun bu hərəkətlərinin qarşısını başqa yolla almaq mümkün deyilsə məhkuma son tədbir vasitəsi kimi silah işlədilir. Yetkinlik yaşına çatmamış və qadın məhkumlara qarşı silahdan istifadə olunmur.

2) Hər dəfə silahdan istifadə olunma barədə dərhal müdriyyət prokurora məlumat verməlidir.
§57. Xüsusi vasitələrin tətbiqinin qeydiyyatı:

Hər dəfə qandaldan, xüsusi vasitələrdən və silahdan istifadə olunması faktı MRNK-nin növbəni təhvil verib-alma barədə raport kitabında qeyd olunur.


XI - F Ə S İ L. Azadlıqdan məhrum edilmiş şəxslərin əməyi:
§58. Məhkumların ictimai-faydalı əməyə cəlb olunması:

1) İslah əmək müəssisələrində cəza çəkən hər bir məhkum işləməlidir. İƏM-nin müdriyyəti məhkumların əmək qabiliyyəti, imkan daxilində ixtisası nəzərə alınmaqla ictimai-faydalı əməyə cəlb olunmasını təmin etməlidir.

İslah-əmək koloniyalarında və həbsxanada cəza çəkən şəxslər üçün 8 (səkkiz) saatlıq iş günü müəyyən edilir. Məhkumlara həftədə bir gün istirahət verilir. Əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada onlar bayram günləri işdən azad edilirlər. İstirahət və bayram günlərində məhkumları işə cəlb etmək zərurəti olduqda, onlara bir ay ərzində başqa günlərdə istirahət verilir


  1. Məhkumların azadlıqdan məhrumetmə yerlərində faktiki işlədiyi müddət yəni 48 saatlıq iş həftəsi hesab ilə verilmiş əmək haqqını nəzərə almaq şərti ilə ümumi əmək stajına daxil edilir.

  2. Əmək stajının hesablanması təqvimi ilin yekununda islah əmək müəssisəsinin müdriyyəti tərəfindən aparılır.

  3. Sistematik olaraq əmək vəzifələrini yerinə yetirmədikləri və işdən yayındıqları, habelə iş normalarını qəsdən yerinə yetirmədikləri müddət, intizam və cərimə təcridxanasında, kamera tipli otaqlarda saxlandıqları və koloniya məntəqələrinin hüdudlarından icazə olmadan çıxdıqları və axtarışda olduqları vaxt iş stajına daxil edilmir.

Altmış yaşından yuxarı kişi, əlli beş yaşından yuxarı qadın məhkumlara, birinci və ikinci qrup əlillərə, hamiləliyi dörd aydan çox olan qadınlara, İƏM-nin nəzdindəki uşaq evlərində uşaqları olan qadınlara könüllülük əsasında işləməyə (işləməməyə) icazə verilir.

  • Tərbiyə-əmək koloniyalarında məhkumlar yalnız həmin koloniyanın müəssisələrində əməyə cəlb olunurlar.

  • Məhkumların əməyindən istifadə etmək qağandır;

a) İƏM-nin idarə, şöbə və bölmələrindəki vəzifələrdə;

b) Şəxsi heyət, sursat və sənədlər yerləşdiyi otaqlarda və qərargahda;

v) Surət çıxaran aparatlarda, radio-teleqraf və telefon texnikası ilə əlaqədar işlərdə (müdriyyət nümayəndəsinin nəzarəti altında işləyən xətt ustasından başqa);

q) Satıcı, mühasib-operator, xəzinədar, anbar müdiri vəzifələrində;

d) tibbi ləvazimat və dərmanların, partlayıcı və zəhərləyici maddələrin saxlanması, təhvil alınması, və buraxılışı ilə əlaqədar işlərdə;

e) fotoqraf (müdriyyət nümayəndəsinin nəzarəti altında şəkil çəkməkdən başqa), diş düzəltməkdə, minik, əməliyyat maşınlarını və motosikletləri (həbsxanadan kənarda bütün növ maşınları) sürməkdə;

j) mülki işçilərin tabe olduqları vəzifələrdə;

z) məhsulun giriş və qəbulunda keyfiyyətinə nəzarət.

Dövlət əmlakını oğurlamaq, vəzifədən sui-istifadə etmək, rüşvətxorluq, soyğunçuluq, oğurluq. dələduzluq üstündə mühakimə olunmuş məhkumların əməyindən də, həmçinin maddi-məsul vəzifələrdə istifadə olunmur.
§59. İƏM-də təsərrüfat işləri xidməti:


  1. Əsasən əmək qabiliyyəti məhdud olan və müsbət xarakterizə olunan məhkumlar İƏM-nin təsərrüfat işlərinə cəlb oluna bilərlər.

  2. Xüsusi rejimli koloniyaların yaşayış sahələrində təsərrüfat işlərinə, kamera tipli otaqlardan müvafiq qaydada adi yaşayış qaydalarına keçirilmiş xüsusi təhlükəli residivistlər cəlb olunurlar. Bu koloniyaların təsərrüfat işlərini (su, yanacaq daşımaq, istehsalat obyektlərində hazırlıq işləri görmək və s.) yerinə yetirməyə başqa rejimli koloniyalarda cəza çəkən məhkumlar cəlb olunur. Bu məhkumlar mədəni-məişət və tibbi təminatı olan, təcrid olunmuş yerdə yaşayırlar.

  3. Həbsxanaların və müalicə müəssisələrinin təsərrüfat xidməti işlərinə ümumi rejimli koloniyada, habelə 3 il müddətinə kimi möhkəm rejimli koloniyalarda cəza çəkməyə məhkum edilmiş məhkumlar seçilir, məhkumların həbsxanadan və müalicə müəssisələrindən kənara işə çıxarılmaları nadir hallarda və yalnız mühafizə altında həyata keçirilir. Həmin məhkumlar həbsxananın və müalicə müəssisələrinin maddi təminatı, abadlaşdırılması, binaların texniki vəziyyətini yaxşılaşdırılması və s. işlərdə istifadə olunurlar.

4) Təsərrüfat işlərində saxlanılan məhkumların sayı təyin olunmuş limitin 7 faizindən çox olmamalıdır.
§60. Təsərrüfat işlərini yerinə yetirmək üçün məhkumların seçilməsi qaydası:

1) Məhkumların təsərrüfat işlərinə seçilməsi məhkumun yerinə yetirəcəyi işin aid olduğu xidmət rəisi tərəfindən ƏRŞ-si ilə razılaşdırılmaqla aparılır. Həbsxananın təsərrüfat xidməti işlərinə təyin olunmaları barədə İƏM-nin rəisinin Əmri tərtib olunur və bu əmrdən çıxarış məhkumun şəxsi işinə əlavə olunur.



  1. Təsərrüfat xidməti işinə cəlb olunmuş məhkumlar adətən bir dəstəyə toplanırlar. Onların vəzifələri müvafiq xidmət rəisləri tərəfindən müəyyənləşdirilir.

  2. Yataqxanalar üzrə xidmətçilərin vəzifəsi 32-ci əlavədə verilir.


§61. Koloniya məntəqələrdə məhkumların əməyə cəlb olunmalarının xüsusiyyətləri:

  1. Koloniya məntəqələrdə cəza çəkən məhkumlar həm koloniyanın öz müəssisələrində, həm də etibarlı nəzarət altında olmaqla digər nazirlik və təşkilatların müəssisələrində əməyə cəlb olunurlar.

  2. Ayrı-ayrı hallarda koloniya məntəqəsi rəisinin icazəsi ilə hər gün koloniyaya qayıtmaq şərti ilə məhkumlar məntəqədən kənarda əməyə cəlb olunurlar.



Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin