Qeydiyyata alınmışdır



Yüklə 38,78 Kb.
tarix30.06.2018
ölçüsü38,78 Kb.
#55239

“Qeydiyyata alınmışdır”

Azərbaycan Respublikası

Ədliyyə Nazirliyində

 

Qeydiyyat N 974



 

11 aprel 2000-ci il

 

Nazir ____________S.Həsənova



"Təsdiq edilmişdir"

Bakı Şəhər İcra Hakimiyyəti

Başçısının

“06” aprel 2000-ci il tarixli

363 saylı sərəncamı ilə

Bakı Şəhər İcra

hakimiyyətinin

Başçısı


_______________R.Allahverdiyev

     

 

BAKI ŞƏHƏRİ SƏYYAR (MÖVSÜMİ) TİCARƏT VƏ XİDMƏTLƏRİNİN APARILMASI QAYDALARI

 

 

1. ÜMUMİ MÜDDƏALAR



 

Bu qaydalar Azərbaycan Respublikası Prezidentinin 16 iyun il tarixli Fərmanı ilə təsdiq edilmiş "Yerli İcra Əsasnamə"nin 25 və 32-ci maddələrinə uyğun və mülkiyyət formasından asılı olmayaraq bütün şəxslərin Bakı şəhəri ərazisində səyyari (mövsümi) ticarət və xidmət fəaliyyətlərini tənzimləyir.

1.2.          Səyyari (mövsümi) ticarət və xidmətlər - hüquqi və fiziki şəxslərin xüsusi müəyyən edilmiş yerlərdə səyyar (əldən, özüyeriyən və ya daşınan) vasitələrlə həyata keçirdikləri fəaliyyət növüdür.

1.3.          Səyyari (mövsümi) ticarət və xidmət fəaliyyəti əhalinin istirahət etdiyi parklarda, bağlarda və digər zonalarda, küçə və meydanların kənarlarında əhalinin asudə vaxtının, istirahətinin və onlara xidmətin daha səmərəli və yüksək səviyyədə təşkili məqsədi ilə həyata keçirilir.

1.4. Səyyari (mövsümi) ticarət və xidmətin müddəti 1 (bir) ilə qədər, konkret ticarət və xidmət növündən asılı olaraq isə həmin müddət 1 (bir) ildən çox da ola bilər.

 

2. HƏYATA KEÇİRİLDİYİ ƏRAZİ

 

2.1. Səyyari (mövsümi) ticarət və xidmət fəaliyyəti Bakı şəhərinin parklarında, bağlarında, həmçinin əhalinin istirahətinin təşkil edildiyi digər yerlərdə, küçə və meydanların kənarlarında həyata keçirilə bilər.



2.2. Səyyari (mövsümi) ticarət və xidmət küçələrin, səkilərin hərəkət hissəsində, hökumət və idarəetmə orqanları binalarına, tarixi memarlıq və heykəltəraşlıq abidələrinə, uşaq, məktəbəqədər və digər tədris müəssisələrinə bitişik ərazilərdə həyata keçirilə bilməz.

2.3. Müəyyən edilmiş sahələrdən kənarda səyyari (mövsümi) ticarət və xidmət fəaliyyəti qadağandır.

 

3. SƏYYARİ (MÖVSÜMİ) TİCARƏT VƏ XİDMƏT

FƏALİYYƏTİNƏ ÜMUMİ TƏLƏBLƏR VƏ ONUN

HƏYATA-KEÇİRİLMƏ MEXANİZMİ

 

3.1. Səyyari (mövsümi) ticarət və xidmət zamanı qanunvericiliklə qadağan olunmuş malların satılması, xidmətlərin göstərilməsi, həmçinin aşağıdakı malların satılması və həmin fəaliyyətlə bağlı xidmətin göstərilməsi qadağandır:



- qiymətli və yarımqiymətli daşlardan, qiymətli metallardan hazırlanmış məmulatlar;

- ancaq elektrik şəbəkəsindən qidalanan mürəkkəb-texniki malların (radio, televizor malları, elektrik məişət cihazları və digər elektrik malları);

- səs gücləndirici cihazlardan istifadə etməklə audio kassetlərin satışı;

- ət və ət məhsulları;

- süd və süd məhsulları;

-  balıq və quş, onlardan hazırlanmış məmulatlar;

-  çörək;

-  tez xarab olan ərzaq məhsulları (onları saxlamaq üçün özü hərəkət edən avadanlıqlardan istifadə edilməsi istisna olmaqla);

-     funksional göstəricilərini yoxlamaq üçün xüsusi şərait və vasitələr tələb olunan məhsullar;

-     spirtli içkilər və tütün məmulatı.

3.2.        Malların və məhsulların bilavasitə səkilərə, torpağın, yaşıllıqların, ağacların, yeşiklərin, bina elementlərinin və sairin üzərinə qoyularaq satışı qadağandır.

3.3.        Bilavasitə metro stansiyalarının giriş-çıxışlarında, yeraltı keçidlərdə ancaq güllərin, qəzet və jurnalların, məktəb ləvazimatlarının, xüsusi dolablar vasitəsi ilə dondurma və sərinləşdirici içkilərin satışına yol verilir.

3.4.   Səyyari (mövsümi) ticarət və xidmət fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslər satdıqları malları, göstərdikləri xidmətləri keyfiyyətinə görə məsuliyyət daşıyırlar.

3.5.        Müddəti ötmüş icazələrdən istifadə etmək, həmçinin icazələrin başqa şəxslərə verilməsi qadağandır.

3.6.        Səyyari (mövsümi) ticarət və xidmət fəaliyyətinin həyata keçirildiyi yerdə verilmiş icazənin surəti asılmalıdır.

3.7.    Səyyari (mövsümi) ticarət və xidmət fəaliyyətini həyata keçirən şəxslər müəyyən edilmiş qaydada vergi orqanlarında uçota dayanırlar.

3.8.    Səyyari (mövsümi) ticarət və xidmət fəaliyyəti, Bakı Şəhər İcra Hakimiyyətinin struktur bölməsi olan Bakı Şəhər İstehlak Bazarı və Xidmət Departamentinin verdiyi müvafiq icazələr əsasında aparılır.

3.9.    Səyyari (mövsümi) ticarət və xidməti həyata keçirmək istəyən hüquqi və fiziki şəxslər məktub və ərizə ilə Bakı Şəhər İstehlak Bazarı və Xidmət Departamentinə müraciət edirlər. Müraciətdə fəaliyyətin həyata keçiriləcəyi yer və onun konkret növü göstərilir.

3.10. Daxil olan müraciətlərə mövcud qanunvericiliklə müəyyən olunmuş müddətdə baxılır və nəticəsi barədə ərizəçiyə yazılı məlumat verilir.

3.11. Bakı Şəhər İstehlak Bazarı və Xidmət Departamenti fəaliyyətin göstərilən ünvanda həyata keçirilməsinin və yaxud həmin ünvanda konkret fəaliyyət növünün məqsədəuyğun olmamasını əsas götürərək ərizəçiyə rədd cavabı verə bilər.

3.12. Bakı Şəhər İstehlak Bazarı və Xidmət Departamenti tərəfindən səyyari (mövsümi) ticarət və xidmətin aparılmasına verilmiş icazələr haqqında ətraflı məlumatlar, icazənin verildiyi vaxtdan 10 (on) gündən gec olmayaraq müvafiq vergi və sanitar epidemiologiya orqanlarına göndərilir.

3.13. Səyyari (mövsümi) ticarət və xidmət fəaliyyətinə icazə ancaq müəyyən müddətə verilir. Həmin icazələr mövsümdən asılı olaraq 6 (altı) aylıq, 1 (bir) illik və daha çox ola bilər.

3.14. Bakı Şəhər İstehlak Bazarı və Xidmət Departamenti tərəfindən hüquqi və fiziki şəxslərin səyyari (mövsümi) ticarət və xidmət fəaliyyətinin aparılmasına icazə verilməsi məqsədəuyğun hesab edildikdən sonra həmin icazəyə görə, təsdiq olunmuş tariflər üzrə haqq ödənilir. İcazəyə görə ödənilən haqq Bakı şəhərinin zonalarından və fəaliyyətin həyata keçirildiyi mövsüm aylarından asılı olaraq müxtəlif olur.

3.15. Səyyari (mövsümi) ticarət və xidməti həyata keçirməli olan hüquqi və ya fiziki şəxslər fəaliyyət növündən asılı olaraq, öz fəaliyyətlərini aidiyyəti orqanlarla (sanitariya-epidemiologiya, yanğından mühafizə və sair) razılaşdırmalıdırlar.

3.16. Hüquqi və fiziki şəxslər Bakı Şəhər İstehlak Bazarı və Xidmət Departamentinin müvafiq icazəsini aldıqdan sonra, fəaliyyətin həyata keçirildiyi ərazinin aidiyyəti orqanları ilə ayrılmış yerdən istifadəyə görə ayrıca müqavilə bağlayırlar,

Həmin müqavilələrdə ayrılmış ərazidə yaşıllıqların qorunması,

3.17. Müqavilə bağlayan orqanlar Bakı Şəhər İstehlak Bazarı və Xidmət Departamentinin verdiyi icazənin surətini və müəyyən olunmuş tariflərlə icazə haqqının ödənilməsini təsdiq edən müvafiq sənədi tələb etməlidirlər. Həmin orqanların Bakı Şəhər İstehlak Bazarı və Xidmət Departamentinin səyyari (mövsümi) ticarət və xidmət fəaliyyətinə icazəsi olmadan bağladığı müqavilələr hüquqi qüvvəyə malik deyildir və bu fəaliyyəti həyata keçirmək üçün əsas hesab edilmir.

3.18. Səyyari (mövsümi) ticarət və xidmət üçün ayrılmış ərazilərdə ancaq icazə verilmiş ticarət və xidmət fəaliyyətini həyata keçirmək üçün lazım olan-asanlıqla yığılıb-sökülən, başqa yerə daşınan ticarət-texnoloji avadanlıqlardan istifadə edilə bilər.

3.19. Səyyari (mövsümi) ticarət və xidmət fəaliyyəti başa çatdıqda ayrılmış ərazinin əvvəlki vəziyyəti bərpa olunmalıdır.

 

4. SƏYYARİ (MÖVSÜMİ) TİCARƏT VƏ XİDMƏT



FƏALİYYƏTİNİ HƏYATA KEÇİRƏN HÜQUQİ VƏ

FİZİKİ ŞƏXSLƏRİN MƏSULİYYƏTLƏRİ

 

4.1. Səyyari (mövsümi) ticarət və xidmət fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslər aşağıdakıları yerinə yetirməyə borcludurlar:                                                                            



-   fəaliyyət növünün aparılması üçün müəyyən edilmiş tələblərə və qaydalara əməl etməyə;

-   ayrılmış ərazidən kənarda fəaliyyətə yol verməməyə;

-   icazə verilmiş fəaliyyət növündən başqa, heç bir digər fəaliyyəti həyata keçirməməyə;

-   ətrafda yaşayan və istirahət edən əhalinin narahatçılığına səbəb olan hərəkətlərə yol verməməyə;

-   ictimai asayişə riayət etməyə;

-   sanitariya normalarına əməl etməyə; .

-   səyyari (mövsümi) ticarət və xidmət fəaliyyəti başa çatdıqdan sonra ayrılmış ərazinin əvvəlki vəziyyətini bərpa etməyə;

-   Bakı Şəhər İstehlak Bazarı və Xidmət Departamentinin və digər müvafiq dövlət orqanlarının mütəxəssislərini icazə verilmiş sahələrdə müvafiq fəaliyyət növünün həyata keçirilməsi qaydalarına, istismar şərtlərinə və əhaliyə xidmətin təşkilinə nəzarətin aparılmasına şərait yaratmağa.

4.2. Ayrılmış sahələrdən kənarda fəaliyyət həyata keçirilərsə, verilmiş icazə başqa şəxsə verilərsə, müəyyən edilmiş fəaliyyət növü dəyişdirilərsə, ərazidə özbaşına köşk, pavilyon yerləşdirilərsə, hüquqi və fiziki şəxslərə rəsmi xəbərdarlıq edilir. (üç) gün müddətində göstərilən pozuntular aradan qaldırılmazsa, icazə verilmiş ərazidə səyyari (mövsümi) ticarət və xidmət fəaliyyətinə xitam verilir və əvvəlcədən ödənilmiş icazə haqqı geri qaytarılmır.

4.3. İcazə verilmiş səyyar (mövsümi) ticarət və xidmət fəaliyyətinin zəruri dövlət tədbirləri həyata keçirilməsi ilə əlaqədar səbəblərdən dayandırıldığı hallarda icazələr ləğv edilir və əvvəlcədən ödənilmiş icazə haqqının qalığı geri qaytarılır.



4.4. Bu Qaydaların pozulmasına görə hüquqi və fiziki şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada inzibati və cinayət məsuliyyəti daşıyırlar.

Yüklə 38,78 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə