Qloballaşma nədir?



Yüklə 38,24 Kb.
səhifə1/7
tarix27.11.2022
ölçüsü38,24 Kb.
#120017
  1   2   3   4   5   6   7
Qloballaşma FF-4


Qloballaşma nədir?
Qloballaşmanın nə olduğuna dair bir çoxumuzun fikirləri olsa da, qloballaşma anlayışı mürəkkəbdir və insan hüquqları ilə əlaqələri çoxdur.
"Qloballaşma" termini son 50 illik bir dövrdə informasiya texnologiyalarında baş tutmuş çoxsaylı inqilablardan, mallar, xidmətlər və sərmayələr üzrə daim artan transmilli hərəkətlərdə milli və geosiyasi sərhədlərin azaldılmasınadək dünyada formalaşmış müxtəlif iqtisadi, mədəni, sosial və siyasi dəyişikliklərin müxtəlifliyini təsvir etmək üçün istifadə olunan bir termindir. İstehlakçı zövqləri üzrə homogenliyin artması, korporativ gücün konsolidasiyası və genişləndirilməsi, zənginlik və yoxsulluq üzrə kəskin artımlar, ərzaqların "Mc- Donaldlaşması" və mədəniyyət, və hər yerdə liberal demokratik ideyaların artması, bütünlüklə, bu və ya digər bir şəkildə qloballaşmaya aiddir.
Şalmali Guttal
Qloballaşma malların və xidmətlərin beynəlxalq ticarət həcminin və çeşidinin liberallaşdırılması və nəticələrinin artması, nəqliyyat xərclərinin düşməsi, kapitalın beynəlxalq nüfuzunun intensivliyinin artması, qlobal işçi qüvvəsində böyük artımın olması, texnologiyanın, xüsusilə də kommunikasiya texnologiyalarının yayılması ilə nəticələnməklə bütün dünya ölkələrinin daha sıx iqtisadi inteqrasiyası kimi təsvir edilə bilər.
Avropa Şurası Parlament Assambleyası
İnsanların vəziyyətinin universal olduğunu və bənzər hissləri, qorxuları, istəkləri və arzuları paylaşdığımızı bilirik, lakin bunun, sərbəst sərmaye hərəkatlarının nəticəsi kimi milli sərhədlərin "silinməsi" ilə heç bir əlaqəsi yoxdur.
Eduardo Galeano
Bu terminə hansı formada tərif verməyimizdən asılı olmayaraq, qloballaşma günümüzdə həyatın və ictimai təşkilatların bütün əsas sahələrinə təsir göstərir. Qloballaşma hər bir yerdə mövcuddur və onun mənfi və müsbət cəhətləri vardır
Bir tərəfdən qloballaşmanın insan hüquqları pozuntularına görə məsuliyyət daşıdığı ehtimal edildiyi halda, digər bir tərəfdən qloballaşma insan hüquqları hərəkatlarına onun artıq olmasına və mənfi təsirlərinə qarşı çıxmağa imkan verir. Qloballaşma nəticəsində əkinçiyə məhsulları üçün aşağı qiymət təklif edilir və uşaq əməyinin istifadəsi daxil olmaqla istismarçı iş şəraiti yaratmaq təşəbbüsləri artır.
İqtisadi baxımdan qloballaşma anlayışı ölkə iqtisadiyyatlarının bir birindən asılığını ifadə edir. Bunlar aşağıdaki kimidir:
- Mal və xidmət ticarəti
- Birbaşa xarici investitsiyalar
- Ortaq risq paylaşımı
- Beynəlxalq miqrassiya
- Xarici maliyyənin təmini
- Xarici dəstək və makroiqtisadi siyasətlərin inteqrasiyası
Qloballaşma bəzən ölkələr arasında inkişaf fərqini artıra bilir. Məhz buna görə də qloballaşma ilə əlaqədar aşağdaki kimi müxtəlif yanaşmalar mövcuddur.

Yüklə 38,24 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin