Qrup: Rİ. 8. Tələbə: Qafarova Ayşən



Yüklə 29 Kb.
tarix11.12.2022
ölçüsü29 Kb.
#120861
İLT


Mingəçevir Dövlət Universiteti
Fənn: TƏHSİLDƏ İKT
Qrup: Rİ.18.1
Tələbə: Qafarova Ayşən
Sərbəst İş: ELEKTRON KONFERENSİYALAR.

Çox vaxt kompüter konferensiyalar adlandırılan elektron konferensiyalar məsafədən aslı olmayaraq müxtəlif iştirakçıların vahid mövzu ətrafında müzakirələr aparmasına, qərarlar qəbul etməsinə və qəbul olunmuş qərarların icrasına birgə nəzarət etməsinə imkan verən internet şəbəkəsinin xidmətlərindəndir . Bu zaman elektron konferensiya iştirakçılarının eyni vaxtda vaxtda kompüter arxasında onlayn rejimdə olması tələb olunur. Konkerensiya iştirakçıları iş yerinin aparat təminatı elektron poçt istifadəçilərinin iş yerinin aparat təminatı ilə əsasən üst -üstə düşür. Lakin proyektorların tətbiqi elektron konferensiyaların daha səmərəli təşkilinə gözəl imkanlar açır. Konferensiyanın təşkilində istifadə olunan aparatların proqram təminatı isə bütün istifadəçilər üçün eyni olmalıdır. Elektron konferensiya rejimini dəstəkləyən ən populyar proqramlardan biri kimi Skayb ( Skype) proqramını göstərmək olar. Bu proqram istifadəçilər arasında multimedia tipli əlaqələrin qurulması üçün çox mükəmməl imkanlar açır.


Elektron konferensiyaların işində iştirak edənlər vaxt baxımından bir - birindən asılı olurlar ( sinxron təhsil forması) . Elektron konferensiyaların əsas xüsusiyyət ondan ibarətdir ki, iştirakçıların 1 - i üçün nəzərdə tutulan audio, video və yazılı məlumat bütün iştirakçılar tərəfindən eyni vaxtda qəbul olunur və onların verdiyi cavablar da bütün iştirakçılar tərəfindən eyni vaxtda qəbul edilir. İnternetin bu xidməti virtual tədris qruplarının yaradılması və onların qabaqcadan bəlli olan dərs cədvəli əsasında mühazirələrdə , seminar və təcrübə məşqələlərində iştirakının təmin olunmasına yaxşı şərait yaradır. Elektron konferensiya iştirakçılarının elektron ünvanlarının olması , yəni elektron poçt xidmətinin imkanlarından tam istifadə etmək bacarıqlarının olması vacib şərtlərdəndir.
Elektron konferensiaların lokal kompüter şəbəkəsində təşkili üçün şəbəkənin mütləq FTP serverlə təchiz olunması vacibdir. Belə server bütün konfrans iştirakçıları üçün nəzərdə tutulan məlumatları özündə saxlayır və iştirakçıların həmin məlumatlardan yararlanması üçün geniş imkanlar açır. Elektron poçt rejimindən fərqli olaraq elektron konferensiya iştirakçıları üçün nəzərdə tutulan məlumatlar bütün konfrans iştirakçıları üçün açıq olur.
Elektron konferensiya iştirakçılarının mətn, qrafik, audio və video və.s məlumatlarla ,eyni zamanda bu məlumatlardan yararlanmaq üçün nəzərdə tutulan təlimatlarında istifadəçiyə ( virtual qrup iştirakçılarına ) çatdırılması imkanları bu növ xidmətlərin didaktik xüsusiyyətlərini özündə əks etdirir.
Yüklə 29 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin