Bu alət vasitəsilə pontensial müştərilər haqqında geniş məlumat toplaya biləcəksiniz. Müştərilərin profillərinə görə sektora, seqmentə və fəaliyyət növlərinə bölərək, məsul şəxslərin əlaqə nömrələri, internet resurslarında aktivlik səviyyəsi və sair məlumatları məlumat bazasına daxil edilir. Yeni müştəri haqqında məlumatları daxil etmək mümkündür. Digər fayllarda toplanmış müştəri bazasını bir dəfəlik ümumi müştəri bazasına əlavə etmək funksiyası var, periodic olaraq siyahını yeniləmək imkanı olacaq. Müştəri bazasından individual və kütləvi seçim əsasında müştəriləri Call Centre və ya Əməliyyat Mərkəzinə yönləndirmək mümkündür. Bazada mövcud istənilən müştərinin profilinə anında daxil olub onun haqqında aparılmış qeydiyyat məlumatına və tarixçəsinə baxmaq mümkündür. Müştəri haqqında daxil edilmiş məlumatlara əsasən istənilən kriteriyalar üzrə axtarış və filterləmə(çeşidləmə) mümkündür.