R. R. Denktaşa bağışlayıram


“o olaylarda İngiliz parasında bir düşme oluyor”



Yüklə 7,95 Mb.
səhifə10/29
tarix11.02.2020
ölçüsü7,95 Mb.
#102087
1   ...   6   7   8   9   10   11   12   13   ...   29
Kiçik Rauf İstanbulda bir il oxuya bilib. Özünün dediyi kimi “o olaylarda İngiliz parasında bir düşme oluyor”. Təhsil xərcini ödəyə bilməyən və tək qaldığından darıxan atası Raif sonbeşiyini geri gətirdir. Kıbrısda oxuduğu illəri xatırlayanda Rauf bəy deyir:

Son sınıfta beni Turgut Sarıca okuttu. Muazzam milliyetperver bir zat. Son sınıfı onun getirdiyi ruh ve hava içinde, daha Doğrusu, Türklük heyecanı içinde, koloniye karşı, İngiliz’e karşı bir baş kaldırma havası içinde okudum..

O yıllarda çocuklara yaklaşım ve telkin meselesiydi bu..

Unutmayınız ki, o yıllarda Kıbrıs’ta bir kitap yasağı vardı. Türkiye’den kitap getirilemezdi ve bayrak yasağı vardı.. Bütün bunlara rağmen öğretmenlerin öz eldefteri var. Kitaplarda ve kitaplıkta bulunmayan, milli şairlerimizin şiirlerini bize yazdırırlar ve esas derslerden ziyade, imtihanlar bunlar üzerinde olurdu...”

Rauf bəyin dünyagörüşünün formalaşmasında, millətçi kimi yetişməsində atasının da rolu az olmamışdır. Rauf bəy həmin günləri xatırlayanda tez-tez təkrarlayır:

Babam bir milliyetçiler çevresi içinde olduğu için, İngiliz’in dikkatini çekiyordu ve hakim olmasına rağmen takibat altına alınmıştı.. Hele 1931 isyanından sonra... Türkiye’den gelen mektuplar her kese gününde dağıtılır ama, İstanbul’dan kardeşlerimden gelen mektuplar babama 2-3 gün sonra verilirdi. Örneyin, “Türkiye’ye ne yapmaya gittin, orada kimleri gördün” gibi sorularla karşılaşıyordu... Seneler sonra ben savcılıkta iken, eski evraklar arasında, bir makamın diyer bir makama gönderdiyi bir yazıda babam için “bu şapka giyen Kemalist ve Anti British’dir” ifadelerini gördüm”.

Rauf Denktaşın uşaqlıq xatirələri bugünkü mübarizəsindən soraq verir: “O zaman her yerde Rum yoktu. Mahalleler yine ayrıydı.. Rum çocukları, oyun mahiyetinde sopayla, taşla vs. Türk mahellelerine saldırı düzenler, ertesi gün ise Türk çocukları onlara karşılık verir, saldırıya geçilirdi... 1930’larda 500 karma köy vardı.. Her on yılda bir tekrarlanan statistiklerden açıkça görülmektedir ki, 500 karma köy, yıldan yıla azalmış ve kendiliyinden, ya Türk azınlıkta ise gözetmiş ya da Rum azınlıkta ise köyü terketmişti. 1960’a geldiyimizde ise, kala kala 130 kadar karma köy kalmıştı...1963’deki Rum saldırısı ile 103 köy daha göç etmiştir...”

Həm Türkiyədə, həm Kıbrıs Türkləri arasında “yunan” sözü ilə yanaşı “rum” kəlməsi də işlədilir. Hər dəfə bunu eşidəndə uşaqlıq illərim gözz önümə gəlirdi. Doğulub boya-başa çatdığım Göyçə mahalının (indiki Ermənistan Respublikası) kəndlərinə günəmuzd işləməyə gələn bənnaların, dülgərlərin və başqa peşə sahiblərinin əksəriyyətinə bizimkilər rumlular deyərdilər. Onlar öz aralarında, bizimlə danışanda Türkcə danışardılar. Amma bizim Türkcədən bir az fərqli. Onların çoxu az müddətdə bizim Türkcəni də öyrənə bilirdi. Xristian dininə inanan bu insanlar arasında belə bir fikir formalaşmışdı. Guya Osmanlı sultanları onlara deyiblər: “Ya dininizdən keçin, ya da dilinizdən”. Onlar da dinlərini qoruyub, dillərini dəyişərək Türk dilini qəbul ediblər.

Tarixi qaynaqlarda kumanlar, polovestlər, qıpçaqlar, becenek­lər adlandırılan Türklərin Batıya yürüşlərini Bizans ordusunda qulluq etdiklərini oxuyanda daima düşünmüşəm: bəlkə rumlular, berzenlər adlandırılan, türkcə danışan, yunanlar kimi ortodoks xristian olan bu toplum elə yuxarıda adını çəkdiyimiz Türklərin nəvə-nəticələridir? Qaqauzlarla onların nə fərqi? Qaqauzlar xristian-Türk sayılırsa, rumluları niyə xristian-Türkü saymayıb yunan hesab edirik?

Rauf bəyin atası Solyalı kəndindən imiş. O, hakim, vəkil işləyəndə də kəndlə əlaqəsini kəsməyib. Tətil aylarının bir qismini öz kəndində keçirərmiş. Uşaqlarını da tez-tez kəndə aparar, onlara əkin-biçin işlərini öyrədərmiş. “Okuyacaksın, çalışacaksın ve memleketin dertlerini bileceksin” deyərmiş.

Peşə seçəndə də Rauf bəy atasının məsləhətinə əməl edib. Atası ona deyibmiş: “Sen güclü bir avukat ve korkusuz bir gazeteci olmalısın!”. 1941-ci ilin Ekiminde (oktyabr) atası zaturiye (pnevmoniya) xəstəliyindən öləndə Rauf bəy ingilis məktəbinin son sinfində olub. Ruh düşgünlüyündən okulu yarımçıq qoymaq istəyir. Okul müdiri isə ona deyib: “Baban hayatta olsaydı, buna müsaade edermiydi? Okulunu bitirmene, diplomanı almaya 3-4 ay kaldı. O sağ olsaydı buna izin vermezdi... O halde, baban öldü, sorumluluğun bana aittir. Baban okulu bırakmana izin vermezdi, ben de vermiyorum.”



Sİyasİ mübarİZənİn başlanması

və Dr. Küçüklə tanışlıq
1942-ci ildən Rauf bəy okulu bitirib əmək fəaliyyətinə başla­yır. Bir müddət tərcüməçilik, öğrətmənlik edir. Onun tərcümə­çiliyi macərasız keçmir. Mağusada ingilis əsgəri birliklərində tər­cüməçilik edərkən bir gün oturduğu otağın pəncərəsindən baxar­kən qonşu otaqda iki ingilisin döyə-döyə bir rumlu əsgərdən ifa­də aldıqlarını görür. Aradan bir neçə gün keçəndən sonra tərcü­mə­çi gəlmədiyindən R.Denktaş məhkəmədə rumlu əsgərə tərcü­mə­çilik edir. Məhkəmənin gedişində tərcüməçi şahidə çevrilir. Rum əsgərini ingilislərin döyə-döyə ifadə aldıqlarını deyir. Məh­kəmə rumlu əsgərə bəraət verir. Gənc Rauf isə çətinliklə tapdığı işi itir­məli olur. Rauf atasının vəsiyyətlərini heç vaxt unutmur. Nə­ha­­yət, çoxdankı diləyinə çatır. Londonda hüquq təhsili almağa im­kan tapır. Üçillik təhsili iki il yarımda başa vurub vətənə dönür.

İşə yeni başlayan gənclərin əksəriyyəti kimi, Rauf bəy də çətinliklərlə üzləşir. Atasının hörmət etdiyi, qayğı göstərdiyi, dost saydığı adamlar ona yer vermirlər. Çətinliklə də olsa, faizlə 500 lirə borc alıb özünə iş yeri kirayələyir.

1947-ci ilin bələdiyyə seçimlərində Dr.Fazıl Küçük onu öz par­tiyasından seçimə qatmaq istəyir. Rauf bəyin Dr.Fazıl Küçüklə tanışlığı 1942-ci ilə təsadüf edirdi. Doktor F.Küçüğün Girnede çap etdirdiyi “Halkın Sesi” qəzeti diqqətini özünə cəlb edir. Ora­ya məqalə göndərir. Məqaləsi redaktorun xoşuna gəlir. Həmin günləri xatırlayanda R.Denktaş deyir: “...Dr. Küçük bana “gel görüşelim” diye haber salladı.. Ve çıktım Lefkoşa’ya geldim. Dok­tor­la oturub konuştuk... Zannedersem ben Doktorun babacanlığını sevdim, o da benim duyduğum gençlik ve heyecanımı takdir etti.

Babamı tanıyordu ve babamın mücadelesinin ne olduğunu biliyordu. İlk görüşdüyümüz gün babamdan bahsettik. Onun mücadelesinden konuştuk ve böylelikle Doktorla çok uzun yıllar sürecek bir işbirliği ve mücadele arkadaşlığımız başlamış oldu”.

Dr. Küçüğün onu seçimə qatma istəyi ilə Rauf bəy razılaş­madı. Çünki adadakı Türklər arasında siyasi baxışlara görə ayrılıq çox idi. Onları birləşdirmək üçün heç bir partiyaya qatılmaq istə­mirdi. 1939-cu ildə Başsavcılıqda bir ştat boşalır. Buraya ingilis dilini bilən gənc Türk hüquqşünası alınmalı idi. Dr. Küçüğün və Zeka bəyin israrı ilə sənədlərini təqdim edir. Onu işə alırlar.



Köçlərİ əngəlləmə cəhdİ
1949-cu ildən Kıbrıs konusunda susan Türkiyə Kıbrıs Türklərinin ilk dirəniş hərəkatını 1958-ci il 27-28 Ocakda yenidən müdafiə edir. Həmin ilin Aralık (dekabr) ayında Nyu-Yorkda BMT Baş Məclisində Kıbrıs məsələsi müzakirə ediləndə Rauf Denktaş Dr.Küçüklə orada olur. Bu onun Uluslararası toplantıda ilk iştirakı idi.

Gəncliyindən ictimai-siyasi işlərdə fəallıq göstərən Rauf bəy 27 Kasımda keçirilən böyük bir mitinqdə xalq qarşısında çıxış edir. Bu onun topluma ilk açıq müraciəti olur. Kıbrıs Türk Kurumları Federasionunun yaranması da həmin günlərə düşür. Denktaş Federasionun öndərlərindən biri kimi yorulmadan çalışır.

Gəncliyindən o da atası kimi Kıbrısdan Türklərin köç etməsini əngəlləməyə çalışır. Əslində bu köçün arxasında böyük siyasi güclər, eləcə də gələcək onilliklərin planı durduğunu Rauf bəy yaxşı bilirdi. Bu plana qarşı duran insanlar çox olmuşdur. Ozanı Arifin üsyankar mahnıları da belə planlara qarşıdır:
Kıbrıs hilalımdır Türklük ölmezse,

Umrumda deyil kimse bilmezse,

Dünya şahid olsun, əyər olmazsa,

Kəndi nigahımı kəndim kıyarım,

Göz dikənin gözlərini oyarım.
Bu benimdir! Yad ayağı basamaz,

Əsmə” dersəm, rüzgar bilə əsəməz,



Kıbrıs için kimsə ahkam kəsəməz,

Ora benim ata-baba diyarım,

Göz dikənin gözlərini oyarım.
1957-ci ilin 27 Temmuzunda Lefkoşada Burhan Nalbantoğlu, Rauf Denktaş və Kemal Tanrısevdi tərəfindən Türkiyə Müqavimət Təşkilatı qurulur. Bu təşkilatın əsas məqsədi adanın Türk əhalisini EOKA-çıların silahlı basqınlarından qorumaq idi.

“Halkın Sesi” qəzetində Denktaş, Akın Yılmaz imzaları ilə və eləcə də, imzasız çap etdirdiyi məqalələrlə mətbuat aləminə gə­lən Rauf bəy, sonralar da jurnalistlik fəaliyyətini davam etdirir. TMT-nin orqanı “Nacak” qəzeti nəşrə başla­yanda Rauf bəyi redaktor təyin edirlər. Bu qəzet xalqın maa­riflənməsində, təşkilatlanmasında nə qədər böyük rol oynasa da, öndərlər arasında ziddiyyətlər yaradan yazılar da çap etmişdir. Nalbantoğlu ilə Dr.Küçüğün arasındakı ziddiyyət qəzet səhifələrinə çıxmışdı. Denktaş adada olmayanda Dr.Küçüğün ailəsi haqqında “Nacak”da gedən yazı yalnız Nalbantoğlu ilə Dr. Küçüğün deyil, Dr.Küçüklə Denktaş arasında da soyuq rüzgarlar əsdirmişdi.



Türk Müqavimət Təşkilatı yaradılarkən öndərlər arasında fikir ayrılığından söz düşəndə Denktaş deyir:

TMT-nin asıl kuruluş günü 26-27 Kasım 1957-dir... Haziran-Temmuz (1958-ci ilnəzərdə tutulur - Ə.Ş.) olaylarını biz lidersiz və silahsız olarak kendi becerimizle atlatabildik. O aylarda halkın elinde av tüfeği bile yoktu. Dr. Küçük onların eline silah verip yola saldığımız takdirde, herkesin kendi şahsi hesaplarını ve çıkarlarını halletmek yoluna gidebileceyini biliyordu. Doktor bu endişesinde haklıydı ve bunu kendisiyle ben de paylaşıyordum... Yani bu işin başında yumruk gibi, işini bilen bir lider olmasaydı, bu silahlı gruplar halkı perişan edebilirdi ve iş Milli Mukavemet Teşkilatı olmaktan çıkar, çeteye dönüşürdü.






Yüklə 7,95 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin