R. R. Denktaşa bağışlayıram


Girne qalasında yerləşən “Batık gəmi” muzeyinin eksponatlarından



Yüklə 7,95 Mb.
səhifə26/29
tarix11.02.2020
ölçüsü7,95 Mb.
1   ...   21   22   23   24   25   26   27   28   29
Girne qalasında yerləşən “Batık gəmi” muzeyinin eksponatlarından

Batmış gəmi qalıqları arasından

tapılıb çıxarılmış saxsı qablar.

Beşbarmaq dağının yaxınlığındakı sututardan söhbət açarkən adanın su probleminə də toxunmadan keçinmək olmaz. Buraya su əsasən Türkiyədən gətirilir. Adadakı su qıtlığını müxtəlif cür yozurlar. XX yüzilin ortalarınadək adanın təbii su ehtiyatları əhalinin su ehtiyatını ödəyirmiş. İndi isə çətin vəziyyət yaranıb. Bunu kimi son illər yağıntının azalması ilə, kimi ingilis müstəmləkəçiliyi dönəmində çoxlu evkalipt ağaclarının əkilməsi ilə bağlayır (evkalipt ağacları çoxlu su buxarlandıran bitki­lərdəndir. Belə güman edir­lər ki, evkaliptin kökləri yer­altı su laylarına çatıb, oradan suyu sorub buxarlandırdığın­dan kəhrizlər qurumuşdur). Bundan əlavə, müstəmləkə dönəmində ingilislər kəhriz­lərə, quyulara güclü nasoslar qoyub suyu sorduğundan su­tu­tar layların uçması ilə də əlaqələndirirlər. Əlbəttə, bun­ların hər birində həqiqət var. Amma o da nəzərə alınmalıdır ki, adanın əhalisi XX yüzilin əvvəlinə nisbətən bir neçə dəfə artıb. Hər bir insan da yüz il öncəkindən 20-30 dəfə çox su işlədir. Elmi-texniki tərəqqinin də susuz başa gəlmədiyini nəzərdən qaçırmaq olmaz.

Girne şəhərini keçib sahilboyu uzanan yalla batıya, Kovucan burnu yönündə irəliləyirik. Karaoğlanoğlu burnunda dayanıb buradakı mehmetcik məzarları önündə fatihə oxuyuruq. 1974-cü ildə adadakı Türklər son nəfəsini yaşayanda Türkiyə əsgərləri havadan və dənizdən adaya atıldılar. Onlar Girnedən 10-15 km. aralıdakı sahilə çıxmağa çalışarkən yunanların güclü atəşilə qarşılaşdılar. Kiçik komutan Karaoğlanoğlu və bir neçə əsgər şəhid olsa da, mehmetciklər sahilə çıxıb magistralyolu nəçarət altına aldılar. İndi həmin yerdə qəbirüstü abidə kompleksi ucaldılıb, heykəllər qoyulub, limon, portağal bağları salınıb. Adsız buruna da şəhid olmuş kiçik komutan Karaoğlanoğlunun adı verilib.

Oradan yenə Batıya Doğru irəliləyib adanın ən gözəl turistik guşələrindən olan Alsancak restoranında nahar edirik. Dəniz qırağında ürəkoxşayan bir guşədə qurulmuş restoranın yalnız bir salonunda 250-300 nəfərin əyləşib nahar etməsi üçün şərait var.







Yüklə 7,95 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə