R. R. Denktaşa bağışlayıram


QKTC başkanının siyasi araşdırma və tanıtma özəldanışmanı



Yüklə 7,95 Mb.
səhifə4/29
tarix11.02.2020
ölçüsü7,95 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   29
QKTC başkanının siyasi araşdırma və tanıtma özəldanışmanı

Ahmet Gazioğlu Kıbrıs bayrağını Naxçıvan MR Ali Sovetinin sədri

Heydər Əliyevə bağışlarkən.
Xalq Cəbhəsi hakimiyyəti ələ alsa da, hələ ictimai fikir Quzey Kıbrısın xeyrinə dəyişməmişdi. Belə bir vaxtda biz oraya gedir­dik. 1992-ci il avqustun 25-də Geçitkale hava limanında uzaqdan endik. Gördüyüm mənzərə ilk anda məni şaşırtdı. Xəyalımda pal­ma ağacları göylərə baş çəkən ekzotik bir ada canlandırmışdım. Yovşan qoxulu çöl, bir də uzaqda cərgələnən dağlar buranı hər gün gördüyüm Naxçıvana oxşadırdı. Hava limanından Girne şə­hə­rinə yollandıq. Burada hər addımda toponimlərin iki cür işlən­diyinin şahidi olduq. Türklər Girne dediyi şəhərə Yunanlar Kirenia deyir. Xəritələrdə də beləcə qeyd edilir. Ona görə biz də bu kitabda həmin yerlərin yunanca adını mötərizədə verəcəyik. Beşbarmaq dağlarını keçəndə isə bu yerlərin təbiəti mənə Lən­kəran-Astara bölgəsini xatırlatdı. Dəniz kənarında yerləşən Gir­ne­də bizi kiçik, ancaq olduqca səliqə-sahmanlı bir hoteldə – Do­mehoteldə yerləşdirdilər. Bu kiçik şəhərin gözəlliyinə, təbiətinin füsunkarlığına heyran olmuşduq. Ancaq bunlardan zövq almağa vaxtımız yox idi. Çünki biz nə turistlər sayaq gəzintiyə çıx­mışdıq, nə də dəniz sahilindəki gözəl guşələrdə dincəlməyə get­mişdik. Məqsədimiz QKTC-ni yaxından öyrənmək və Azərbaycana tanıtmaq idi. Öndə görünən bu məqsədin arxasında isə, Azərbaycan Respublikasının Quzey Kıbrıs Türk Cümhuriyyətini tanımasına əngəl ola biləcək səbəbləri araşdırmaq dururdu.

Bİr AZ tarİxdən
dənizin Doğusunda yerləşən, ərazisi 9251 kvadrat kilometr olan Kıbrıs adası boyu Girne (Kirenia) və Karpaz dağ silsiləsi uzanır. Adanın mərkəz və güneyinə Doğru uzanan sahəyə isə Torodos massivi deyirlər. Dağ silsiləsi arasında Mesarya düzənliyi yerləşir. İqlimi subtropikdir. Qışın oğlan çağı sayılan yanvarda orta temperatur 10-15 dərəcə olur.

Subtropik iqlimi, çəngin yeraltı və yerüstü sərvətləri, üstəlik mühüm strateji nöqtədə yerləşməsi adanı daim iri dövlətlərin diqqə­tinə tuş eləyib. Rus-sovet tarixçilərinə görə, buraya miladdan ön­cə­ki 15-11-ci yüzillərdə Axaylar, 9 yüzildə Finikiyalılar, 8-ci yüzildə Assuriyalılar, 6-cı yüzilin ortalarında Əhəmənilər sahib olmuşlar.





Yüklə 7,95 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə