R. R. Denktaşa bağışlayıram



Yüklə 0,73 Mb.
səhifə8/11
tarix21.10.2017
ölçüsü0,73 Mb.
1   2   3   4   5   6   7   8   9   10   11

İkİ İllİk hesabatlar
Dostlar, tanışlarla görüşlər, söhbətlər sorğu-sualsız, bəzən də tənəsiz, gileysiz keçmirdi. Hollandiyadan gəlmiş Mehmet Tütünçü və Doğu Akdeniz Üniversitesində müəllimlik edən qaqauz şairi Tudora Arnaut onlara Azadlıqqəzeti aparmadığıma görə bərk gileyləndilər. Çünki qəzetdə hər ikisinin Əbülfəz Elçibəyin dünyasını dəyişməsi ilə bağlı məqaləsi çap olunmuşdu. Bir az da ötən konqredə Elçibəyin təbrik məktubu oxunanda necə alqışladığımızı, başqaları da bizə baxıb salonu sürəkli alqışlara qərq etdiklərin yada salıb kövrəldik.

Dr.Yaşar Kalafat da konqreyə qatılanlar sırasındaydı. Bununla 5-ci və ya 6-cı dəfədir ki, onunla eyni toplantıda iştirak edirik. Şən və hazırcavablılığı, insanlarla tez ünsiyyətə girə bilmək qabiliyyəti ilə seçilir. Mənim isə diqqətimi Yaşar bəy zəhmətkeşliyi ilə özünə çəkib. Son illərdə türk dünyasının müxtəlif bölgələrində keçirilən qurultayların, konqrelərin, simpoziumların əksəriyyətinə məruzələrilə qatılır. Türkiyədə çap olunan dərgilərin əksəriyyətində məqalələrinə rast gəlirəm. Bir dəfə hesabladım ki, ildə təxminən 50-60 çap vərəqi, yəni 800-1000 səhifə yazısı işıq üzü görür.

Yaşar bəy 2000-ci ilin 7-8 Nisanında Bakıya Uluslararası “Dədə Qorqud -1300” Simpoziumuna gələndə Azərbaycanın ictimai-siyasi, etnik durumu ilə bağlı bir kitab yazmaq istədiyini bildirdi. Onun fikrini mən də bəyəndim və arzu, təkliflərimi söylədim. Yaşar bəy bu kitabı birlikdə yazmağımızı təklif etdi. Mən də razılaşdım. Sonra gördüm ki, səhvə yol vermişəm. Kitabın yazılmasında mən iştirak edə bilməyəcəm. Olsa-olsa Yaşar bəyə faktları toplamaqda, istədiyi yerlərə getməkdə, istədiyi adamlarla görüşməkdə yardımçı ola biləcəm. Həm də görürdüm bu kitab bir səfər təəssüratı, yolqeydləri şəklində olacaq. Odur ki, Yaşar bəydən üzrxahlıq edib birgə müəlliflikdən imtina etsəm də, ona yolyoldaşı, bələdçi olmaqdan geri çəkilmədim.

Birlikdə Bakını gəzdik, uzun-uzadı söhbətlər etdik, ictimai-siyasi xadimlərlə görüşdük, Gürcüstanın Borçalı bölgəsinə getdik. O da əvvəlki illərdə olduğu kimi yenə də qısa müddətdə gözəl bir kitab yazıb oxucuların müzakirəsinə verdi. “Bakü-Ceyhan Kültür Hattı” adlanan kitabın Ankarada çap olunduüundan 2-3 ay öncə xəbər tutsam da, əlimə gəlib çıxmamışdı. Yaşar bəy mənə Kamil Vəli Nərimanoğlunun oğlu Toğruldan kitab göndərdiyini söylədi. Mən gəlib çatmadığını bildirəndə çantasından kitabın bir nüsxəsini çıxarıb bağışladı.

166 səhifəlik, rəngli şəkilli və zəngin faktlı bu kitabı Yaşar Kalafat demək olar, 3 aya yazıb çap etdirib. Yaşar bəy həmişə belə operativ işləyir. Kitabın sonundakı müəllifi tanıtma yazısı da onun bu məhsuldarlığından xəbər verir:

“Orta tahsilini 1939 yılında dünyaya geldiği Kars’ta, yüksek tahsilini 1961-1962 yıllarnında mezun olduğu Atatürk Üniver­sitesi Ziraat Fakültesi’nde yaptı. 1986-1987 Güz Döneminde Gazi Üniversitesi Eğitim Fakültesi Türk Dili ve Edebiyatı Bölümünden fark dersleri vererek mezun oldu.1989 yılında Gazi Üniversitesi SosyalBilmler Enstitüsü Türk Dili ve Edebiyatı bölümünde Halk Edebiyatından ve Erciyez Üniversitesi Sosyal Bilimler Enstitüsü Dinler Tarihinden master yaptı. 1992 yılında Hacettepe Üniversitesi Atatürk İlkeleri ve İnkilap Tarihi Enstitüsü Atatürk İlkeleri ve İnkilap Tarihi Ana Bilim Dalı’ndan Bilim Doktoru ünvanını aldı.

İrak, İran, Türkmenistan, Afqanistan, Özbekistan, Karakalpa­kistan, Kazakistan, Nahçivan, Azerbaycan, Gürcistan, Karaçay-Çerkez, Kabartay-Balkar, Dağıstan, Kırım, Çuvaşistan, Tataristan, Başkurdistan, Makedonya, Bulqaristan, Gagauzeli, Kıbrıs, Dağlık Altay gibi Türk Bölgelerinde, Suudi Arabistan’da bulundu ve bu aralarda alanında yaptığı çalışmaları sürdürmektedir.

Başbakanlıktan emekli olan Yaşar Kalafat halen ASAM’da Kafkasya Araştırmaları Masası Başkanı ve ASAM Yönetim Kurulu Üyesi olarak çalışmaktadır.”

Macarıstan radiosunun türkcə yayınlarını hazırlayanlardan, araşdırıcı Edit Tasnada xanımı axtarıb tapdım. Edit xanım 1941-ci il Budapeşt Doğumludur. Macarıstan Dövlət Universitetinin Macar dili və Ədəbiyyatı bölümündən məzun olmuş, Ankara Dil və Tarix fakültəsində uzmanlığını tamamlamışdır. Neçə illərdir ki, Macarıstan UlusalnTelevizyonunda Türkcə Yayınlar Servisində tərcüməçi və redaktor olaraq çalışır. Türk yazar və şairlərindən N.Hikmət, O.Kemal, Y.Kemal, K.Özer və digərlərinin əsərlərini macarcaya tərcümə etmişdir. Ondan Əmin Abidin “Azərbaycan Türklərinin ədəbiyyatı tarixi”nin macarcaya tərcüməsindən, tərcüməçi Margit Pauldan bir xəbər öyrənə bilib-bilmədiyi ilə maraqlandım. Edit xanım vaxtı olmadığından gileylənəndə Aşıq Ələsgər demiş: sındı qol-qanadım, yanıma düşdü”.

1993-94-cü illərdə Bakıdakı Azərbaycan Xalq Təsərrüfatını İdarəetmə İnstitutunda Türkiyə türkcəsi və Türk Dünyası Kültürü dərsləri vermiş Dr. Bayram Durbilməzlə də görüşdük.

1968-ci ildə Yozgatın Sorgun ilçəsinə bağlı Taşpınar köyündə Doğulan Bayram bəy 1991-ci ildə Erciyez Üniversitesi Fen-Edebiyyat fakültəsinin Türk dili ve Edebiyyatı bölümünü bitirib. Azərbaycan Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun Folklor şöbəsinə doktorant olaraq qəbul edilib. Dərgilərdə xeyli məqaləsinə rast gəlsəm də özü ilə ilk dəfə 1998-ci ildə Mağosada konqredə görüşüb tanış olmuşduq. Bakıda müəllimlik edərkən ləhcə fərqlilikləri ucbatından dəfələrlə çətin vəziyyətdə qaldığını danışıb bizi bəs qədər güldürmüşdü. Onun danışdıqları daha çox lətifəyə oxşayırdı.

Sonralar onun Uluslararası Ahmet Yasevi Türk-Kazak Üniversitesinə göndərildiyini eşitdim. Proqramda adı olsa da konfransa bir-iki gün gec qatıldı. Bayram bəy 1999-2000-ci ildə Qazaxıstanda çalışsa da vətənində iki kitab çap etdirib: “Kayserili halk şairlerinin şiirlerinde Kıbrıs” və “Aşık Meydani (hayatı-sanatı-şiirlerinden örnekler)” kitabını avtoqrafla mənə bağışladı. Bakı üçün darıxdığını da uşaq məsumluüu ilə söylədi.

İzmirdəki Dokuz Eylül Üniversitesi Türk Dili okutmanı, araştır­macı-yazar Feyyaz Bozkurtla görüşdük. O, 1959-cu ildə Konyada Doğulmuşdur. Dokuz Eylül Universiteti Buca Eğitim Fakültesi Türk Dili ve Edebiyyatı Bölümünü bitirmişdir. Həmin Universitetdə Türk Dili Okutmanıdır. Türkiyə dışındakı Türk Ədəbiyyatları, özəlliklə də Batı Trakya Türk Ədəbiyyatı uzmanı olaraq tanınır. KİBATEK-in fikir babası və Eşbaşkanıdır (həmsədridir). Onun ötən iki ildəki fəaliyyətindən xəbər tutanda fərəhləndim.

Feyyaz beylə eyni şəhərdə yaşayan, Bulqarıstan türklərindən olan Şaban Mahmudoğlu Kalkanla isə ilk dəfə idi ki, görüşürdük. 1938-ci ildə Bulqarıstanın Rarqrad ilinə bağlı Şeremet (Veselets) köyündə Doğulan Şaban Şumen şəhərində Yüksek Öüretmen Enstitüsünün Tarih-Rusca-Türkçe bölümünü bitirib. Sonra tibb təhsili alıb. 1966-cı ildə “Gerginlik”, 1968-də “Sevda rüzgarı”, 1974-də “Dəliorman Şarkıları” və başqa kitablarını çap etdirib. 1974-78-ci illərdə Bulqar Yazarlar Birliğinin Rarqrad şöbəsinin katibi olub. Addəyişdirmə kampaniyasına qarşı çıxdığına görə Sofiya yaxınlığındakı Cerman köyünə sürgün edilib. 1989-cu ildə çətinliklə də olsa Türkiyəyə köçə bilib.


BOLQAR TÜRKLƏRİNİN ACİ TALEYİ
Kudurdu kızıl Bulqar, yakamızda elleri,

Balkanlarda Türklüğü yok etmek emelleri,

Cümle cihan bilir ki, bunlar Moskof dölleri,

Bulqar bu cesareti, Rus’tan alıyor, Rus’tan.

Kahrolsun kommünistler, kahrolsun Bulqaristan.

Ozan Arif
Konqredə Bulqarıstandan gəlmiş Prof.Dr.Salih Baklacının “Bulqar basınında Kıbrıs sorunu”, Dr.İordanka Bibinanın “Bulqar basınında Kıbrıs sorunu (1989-1999)”, Dr.İsmail Canbazın “Sofi­ya­da bir Kıbrıs tarihi hazinesi (Bulqar Ulusal Kütüphanesində Kıbrıs ile ilgili belgeler, bilgiler)”, İsmail Çavuşevin “Yusufçuklar oldumu?” romanında Kıbrıs yaşamı ve davası”, Prof.Dr.Cengiz Hakovun “1964 yılında Türk-Sovyet ilişkilerinde Kıbrıs sorunu”, Prof.Dr.İbrahim Tatarlının “Bolqarıstanda İkinci Dünya Savaşı sonrası dönəmində Kıbrıs və Kuzey Kıbrıs Türk Cumhuriyeti sorunlarının akademik araştırması” mövzularında məruzələrini dinlədik. Prof.Dr.İbrahim Tatarlı və qəzetəçi, şair-yazar İsmayıl Çavuşevlə xeyli söhbət etdik, səslərini lentə yazdım. Bolqarıstanda türklərə edilən zülm haqqında Azərbaycan oxucusu çox az şey bilir. Buna görə də İbrahim Tatarlı ilə söhbətlərimizi də buraya daxil etməyi lazım bildim.

Ə.Şamil:İbrahim bəy, 1984-85-ci illərə kimi elə bilirdim Bolqarıstanı beş barmağım kimi tanıyıram. Çünki SSRİ mətbuatı xarici ölkələr arasında Bolqarıstana xüsusi yer ayırırdı. Xalq arasında zarafatla Bolqarıstanı SSRİ-nin 16-cı respublikası adlandırırdılar. Bu təsadüfi deyildi. Bolqarıstanda Polşada, Macarıstanda, Çexoslovakiyada olduğu kimi açıq antisovet qiyamları baş qaldırmamışdı. Yuqoslaviya kimi müstəqil siyasət yeritməyə can atmırdı. İdxal, ixracı Sovetlər Birliyi ilə bağlıydı. SSRİ-dən hətta turist kimi xaricə getmək çətin olduğu halda Bolqarıstana getmək olurdu. Bolqarıstanda türkcə çap olunan qəzet-jurnallara abunə yazılmaq, kitablar almaq da mümkün idi. Mən özüm Nazim Hikmətin Sofiyada nəşr olunmuş 8 cildlik əsərlərini Bakıdakı “Dostluq” kitab mağazasından almışdım.

80-ci illərdən başlayaraq isə mağazalarda türkcə kitablar azaldı. 4-5 ilsonra isə Bolqarıstana gedən turistlərimiz ictimai yerlərdə türkcə danışmağa yasaq qoyulduğu, türklərin adları və soyadlarının dəyişildiyi, dinləri dəyişildiyi, təzə Doğulan uşaqların zorla xaç suyuna salındığı xəbərlərini gətirdilər. Necə deyərlər, Ozan Arif demiş:
Bir Mestan tanımışdım, soyadı Cefakardı,

Şumnudan mektup yazar, bazen beni arardı,

Ecdadın yadigar sadece adı vardı,

Onu da aldı Bulqar, ne yapsın şimdi Mestan?

Kahrolsun kommünistler, kahrolsun Bulqaristan.
***
Ezan ile verilen Ahmet, Mehmet söküldü,

Hasan, Ömer yok artık, Bulqar adı takıldı,

Yetim kaldı ezanlar, minareler yıkıldı,

Camilerin yerine, bostan ektiler bostan,

Kahrolsun kommünistler, kahrolsun Bulqaristan.
Biz onda başa düşdük ki, bu gün bolqar türklərinin başına gətirilənlər beş-on il sonra bizim başımıza gətiriləcək. Ayağa qalxıb soydaşlarımızı müdafiə edən mitinqlər keçirməsək, imza toplamasaq da çayxanalarda üç bir, beş bir yığışıb vəziyyəti müzakirə edirdik.

Mətbuat bu mövzuda susur, şairlərimiz, siyasi xadimləri­miz isə Vyetnamda, Yəməndə, Afrikada, nə bilim dünyanın hara­sın­dasa, insan haqqlarının pozulmasından gen-bol yazılar verirdilər. Azərbaycanda yaşayan millətçilər belə səslərini çıxardıb onlara etirazlarını bildirə bilmədikləri zamanda Ozan Arif var səsi ilə bağırırdı:
Nerede Vyetnama ağıt yazan solçular,

Moskova borazanı öttüren yalancılar,

Müslüman Türkün şimdi Balkandakı sancılar,

Konuşsa ya birisi, susuyorlar mahsustan.

Kahrolsun kommünistler, kahrolsun Bulqaristan.
İ.Tatarlı: — Sizin 1984-85-ci illərdə eşitdikləriniz yeni bir şey deyildi. Əslində bu proses 1912-ci ildən başlamışdı. Zaman-zaman gah səngimiş, gah da alovlanmışdı. Çar Rusiyası get-gedə zəifləyən Osmanlı dövlətini gücdən salmaq, onun hesabına ərazilərini genişləndirmək üçün 17-ci yüzildən başlayaraq uzunmüddətli plan hazırlamışdı. Bu işdə onlara ilk dayaq və dəstək verənlər isə bolqarlar oldu.

Ə.Şamil:İbrahim bəy, niyə məhz bolqarlar? Axı burda ilk dövlət quran türklər olub. 680-ci ildə bulqar xanı Asparux (İsperik) xan indiki Bolqarıstan dövlətinin əsasını qoyub. Bunu rus, bolqar tarixçiləri də danmırlar. Sonrakı yüzilliklərdə də avropalıların və rusların uz, kuman, poloves, peçeneq və s. adlandırdıqları türklər zaman-zaman buraya axıblar. Ən dinc, iqtisadi cəhətdən yüksəlişləri isə Osmanlı dövlətində yaşadıqları dövrə düşür.

İ.Tatarlı: — Söylədikləriniz Doğru. 17-18 yüzillikdən başlayaraq Avropa sürətlə inkişaf edirdi. Osmanlı dövləti isə islahatları zəif aparır, dünyanın inkişafı ilə ayaqlaşa bilmirdi. Xristian dünyası isə Osmanlıda yaşayan dindaşlarını müxtəlif bəhanələrlə qızışdırırdılar. Onlarda belə bir fikir formalaşdırılırdı ki, guya müsəlmanlar xristianları sıxışdırır, onların inkişafına mane olurlar. Bunlar nəticə verməyəndə, üsyanlar, qiyamlar baş tutmayanda isə Rusiya açıq hərbi müdaxiləyə keçir, xarici ölkələr də ona siyasi və diplomatik dəstək verirdi.

Osmanlı höküməti isə heç olmasa öz ərazilərində yaşayan türklərin dil, mədəniyyət birliyinə nail olmaq üçün tədbirlər görmürdü.

Məsələn, indiki Bolqarıstan ərazisində türklər bir neçə qrupa bölünürdü: xristian türklərin bir qismi qaqauz adlandırılırdı, müsəlman türklərin böyük bir qisminə tatar deyilirdi. Hələ bu harasıdı, çingənə türklər, müsəlman bulqarlar və s. də vardı.

Ə.Şamil: İbrahim bəy, bizlərdə çingənəyə qaraçı deyilir. Onları da ayrıca bir millət kimi tanıyırıq. Sizsə çingənə türklərdən, müsəlman bulqarlardan söz açdınız. Bunlara bir az aydınlıq gətirə bilərsinizmi? Siz özünüz hansı türklərdənsiniz?

İ.Tatarlı: — Qaynaqlar Bolqarıstanda ilk dövlət quran bulqar türkləri olduğunu göstərir. Onlardan öncə də bu yerlərdə hunlar, skiflər-saklar və b. türk tayfaları yaşayıb. Buna görə də dilləri də türkcənin müxtəlif ləhcələrindədir. Yaşadıqları bölgələrin əhalisi ilə ünsiyyətə girərək onların dillərindən, mədəniyyətlərindən təsirləniblər. Beləliklə, bir-birlərindən xeyli aralanıblar. Məncə Osmanlı hökümətinin ən böyük qəbahətlərindən biri bu fərqləri aradan qaldırmağa səy göstərməməsi olub.

Bizim çingənə, sizin qaraçı dediyiniz xalqı Bolqarıstanda üç qrupa bölmək olar. Onlardan ən çoxsaylısı, yəni 500 min nəfərdən çox olanı türkcə danışan çingənələrdir. Onlar təkcə dilcə deyil, görünüşcə də, bəzi gələnəklərcə də çingənələrdən çox bizə yaxındırlar. Məncə bunlar miladın başlanğıcında Balkanlarda yerləşən türklərdir.

Bolqar strateqləri çox bic tərpəndilər. Öncə onların adlarını, soyadlarını dəyişməyə başladılar. Onda başqa türklər susdular. Düşündülər: “Bizə ki, dəymirlər. İşləri çingənələrlədir.” Çingənə türklərinin adlarını və soyadlarını dəyişəndən sonra, keçdilər müsəlman bulqarlara. Onlar da özlərini türk sayırlar. Məncə onlar Asparux xanın başçılığı ilə dövlət quran bulqarların torunlarıdır. Müttəfiq olduqları slav tayfalarının təsiri ilə dinlərində slav layı artıb.

Bu dəfə iş sakit ötmədi. Patlaq verdi. Bu işlər 65-ci illərdə oldu. Onlar körpüləri partlatdılar, yolları dağıtdılar. 1972-1973-cü illərdə bolqar höküməti SSRİ-nin yardımı ilə bu üsyanı boğdu. Minlərlə insan həbs edildi.

Mən ad dəyişməyə məruz qalan üçüncü nəsildənəm. Soyadımdan da gördüyün kimi, müsəlman tatarlardanam. 1925-ci ildə Tuna boyundakı Niğbolu şəhərində doğulmuşam. Bu şəhər I Bayazidin xaçlıları (səlibçiləri) 1396-cı ildə Tunaya tökməsi (məğlub etməsi) ilə məşhurdur. Şimdi 6 min nüfuzlu bir kasabadır. Halə əhalisinin üçdə ikisi türkdür. 1946-cı ildə Sofiyada yüksək ögrətimə gitdim, hüququ bitirdim. Bundan sonra ədəbiyyat oxudum. O zamanlar əsgərlik üç sənə idi. Bir az təlim keçəndən sonra hərbi and içdirdilər. Oradan məni hərbi hissəyə deyil, “Narodyan Trudovak” (“Xalq inşaatı”) adlı qəzetəyə işə göndərdilər. Sonra “Trudu dyavu” qəzetəsində işlədim. Oradan da “Eylulçu çocuq” qəzetəsinə baş yazar göndərdilər. Bu qəzetə 40 min tirajla çıxırdı. Bu minvalla on ilə qədər qəzetəçi oldum. Bu əsnada hüquq təhsilimi bitirib 6 aya qədər hüquq stajyorluq-advokatlıq yapdım. Heç bir zaman advokatlığa ilgim yoxdu. Ona görə də 1954-62 illərdə “Yeni həyat” adlı bir dərgidə ədəbiyyat və kültür uzmanı olaraq çalışdım.

1957-59 illərdə Sofiyadakı Yüksək Teatro İnstitutunda Türk studiyası açdılar. Bu studiya Bolqarıstandakı türk teatrlarına kadr hazırlayırdı. İlk dəfə olaraq orada mən türk mədəniyyət tarixini oxutdum. 1960-cı ildən Ayasofiya, Ayaklimetik Universitetlərin­də də dərs deməyə başladım. 1962-də kadroya girdim (yəni ştatlı işə). Öncə qonorarla, sonra üst okutman, daha sonra baş okutman olaraq. 1964-65-ci illərdə Moskvada Türk Ədəbiyyatından və Kültür Tarixindən stajyorluq yapdım. Sonra Moskvada doktora savundum. Sabahettin Alinin Doğumu, yaşamı və yaradıcılıüı üzərində. Gərək şerlərini, gərək hekayələrini, gərək romanlarını təhlil etdim. S.Alinin türk ədəbiyyatında gerçəkçiliyini (realiz­mini) anlatdım.

Geri dönəndə Sofiyada S.Alinin toplu əsərlərini yayına hazırladım. O zaman kitabda ön söz olaraq doktora tezimdən parçalar yayınlandı.

1980-ci ilə qədər Sofiya Universitetində türk ədəbiyyatı və türk tarixini oxutdum. 1981 ilin sonunda Sofiya Universitesində bir etnik araşdırma yapıldı — təmizləmə. Türk əsilli okutmanlar və bizlə iş birliyi yapan bolqarlar universitetdən uzaqlaşdırıldı. Öyrənçilərlə təmasımızı kəsdilər. Bu dönəmdə — 20 iliçində türk dili və ədəbiyyatını bitirənlər həpsi bizim məzunumuzdur. Bizi başqa institutlara göndərdilər.



Ə.Şamil:İbrahim bəy, görünür bugünkü söhbətimiz Ozan Arifsiz keçməyəcək. Çünki bulqar məsələsinə, bulqar türklərinin haqqının müdafiə edilməsinə onun qədər üsyankar ikinci bir şair-müğənni tanımıram. O.Arif oxuyurdu:
Bağır qardaşım bağır, sen olsun durma bağır!

Dert müslüman Türkündür, hür dünya ondan sağır.

Ne demişler: taş bile düştüğü yerde ağır,

Onun için bağır sen, haykır en yüksek sesten.

Kahrolsun kommünistler, kahrolsun Bulqaristan.
***
Türk yaşayan köyleri tanklar ile bastılar,

Kim karşı koydu ise ağaclardan astılar,

Çoluk-çocuk demeyip kadınları kestiler,

Türk kanıdır Bulqarın içtiği şimdi tastan.

Kahrolsun kommünistler, kahrolsun Bulqaristan.
***
Hür dünya elbet duymaz, imdat diyen yar bizim,

Tecavüze uğrayan, namus bizim, ar bizim,

Fakat olsun qardaşım, Allahımız var bizim,

Biz onunla kurtulduk, her tasadan, her yastan,

Kahrolsun kommünistler, kahrolsun Bulqaristan.
Sovetlər Birliyi çöküşü başlamışdı. Amma buna baxmayaraq hələ adamların çoxunda kommunist partiyasına inam, Sovet rejimindən qorxu qalırdı. Belə bir vaxtda siz mübarizəni hansı üsullarla aparır, millətinizin haqqını qorumaq üçün nələr edirdiniz?

İ.Tatarlı: — Mən o zaman Bolqarıstan Elmlər Akademiya­sında Balkan Ölkələrini Araşdırma İnstitutunda balkanolojidə 8 sənə çalışdım. Aspirant yetişdirdik. O aspirantlardan birisi də konqreyə qatılan Dr.İordanka Bibinadır. 10 Ekim 1989 ildə demokrasiyaya keçim dönəmi vardır. O zaman diktator Todor Jivkov endirildi. Keçid dövrü başladı. Mən tam əməkliyə çıxacAğım zamandı. Aktiv politikaya keçdim. 8 sənə Hak ve Özgürlükler Hareketindən millət vəkili çıxdım. Yeni Ana Yasayı hazırlayan komisyona, sonra insan haqları və dinlər komisyonuna qatıldım. İndi parlamentoda Hak ve Özgürlükler Hareketinin danışmanlıüını yapıram. Eyni zamanda Sofiyada Yüksək İşləm İnstitutunda türk ədəbiyyatından dərs deyirəm.

1944-cü ildə Sovet ordusu Bolqarıstana gəldikdə əsgəri hökumət yaradıldı. 1944-47-ci illərdə çox partili sistem idi, çeşidli partilər vardı. 1947-ci ildə Kommunist Partisi mövcud olan partiləri ortadan qaldırdı. Bəzi partilər ölümə çarpıldı. Bolqarıstanda Stalin modelində totalitar sistem quruldu. Rejimin əsas məqsədi baş demokratik müxalifəti qırmaq idi. Ona görə azlıqların üzərinə gəlmədi. Türklər arasında mövcud olan din okulları aradan qaldırıldı. 1946 ildə yasa kurulu elan edildi, 1948 ildə dövlət okulları açıldı. Fəqət türk okulları ilk okullardan litseyə qədər idi. Kommunist Partisi türklərə qarşı tədbir almaq düşünmüşdü. Güney bölgələrdəki türkləri ölkənin quzey bölgələrinə sürgün etmək planlaşdırılmışdı. Bolqarıstan Türkiyə ilə qonşudur. Bununçün də Türkiyə qorxusu vardı. Əslində bu bir millətçilikdir. Ölkədə Türkləri azaltmaq üçün 1949-50-ci illərdə olduqca böyük bir köç oldu. 200 minə qədər türk Türkiyəyə köçdü. Sonra Azərbaycan KP sekreteri Mustafayevi Stalin yanına çağırır, deyir: “— Bir heyət qur. Bolaqrıstana get. Nədən türklər sosializmdən qaçır.” Mustafayev Bolqarıstana gəlir. (Stalin dönəmində Azərbaycan KP MK-nın birinci katibi Mircəfər Bağırov idi. Bu məsələni aydınlaşdıra bilmədik ki, İ.Tatarlı yanlışlıüa yolverir, yoxsa Bolqarıstana göndərilən başqası olub — Ə.Ş.) İki həftə sonra köç durdurulur. Köçün durdurulmasına səbəb demokratiya, insan haqları deyil, Türkiyə üçün kommunist kadrlar hazırlamaq olur.

Azərbaycanlı qardaşlarımız Bolqarıstana gəldilər Sofiya Universitetində türk filolojisi bölümü açıldı, sonralar şərqşünas­lıüa çevrildi. Orada 18 şərq dili öyrədilirdi. Daha sonra ora Sofiya Universiteti yanında Doğu Dilləri və Kültürləri Mərkəzinə çevrildi. Professor M.Şirəliyev, Ə.Babayev Bolqarıstana gəldilər. Stalinin arzuladıüı kommunistlik yerinə türklük gəlmişdi. Bundan sonra bəzi dəyişikliklər oldu. Kommunist Partisi başına T.Jivko gətirildi. Kəndisi köydən çıxmış cahilbir adam. Onun zamanında soyqırımı başladı. Marksizmdə ideoloji olaraq qüsurlar, əksiklik­lər var. Öncə zor kullanmaq, hər şeyi zorla yapmaq, sonra “dünya kommunizmi” gibi xülyalara qapılmaq. Marksistlər milli şüuru aradan qaldırıb beynəlmiləlçi ideologiyasını ortaya atdı. Sosia­lizm böhranı girincə, millətçilik çoxaldı, nasional-faşizm güclən­di, soyqırımı başladı. Öncə müslüman (türk) çingənələrin adları dəyişdirildi. Totalitarizmin ömrünü uzatmaq, demokrasini önləmək üçün soyqırımını önə atdılar. Bu da totalitarizmin ömrünü 10-15 sənə uzatdı.

1972-73-cü ildə tanklar, toplar, ordu, polislə müsəlman qardaşlarımızın isimləri dəyişdirildi. 1984 sonu 1985 başlanüıcında bütün türklərin soyadı dəyişildi. 1989-cu ilədək davam etdi. Həmin ildən xalq sosializm xülyalarından əlçəkdi. Parti biletini atdı.



Ə.Şamil:Sizin bu danışdıqlarınız Ozan Arifin şerində öz əksini poetik şəkildə daha gözəltapıb. Partbiletini atmaq, sosializmə inamın itməsi istər Bolqarıstan türkləri arasında, istər Azərbaycan türkləri arasında oxşar hadisələrlə əlaqədardır. Sadəcə illər arasında fərq var. O da o qədər uzaq tarix deyil. Bakıda da Sovet Ordusu 1990-cı ilyanvarın 19-dan 20-nə keçən gecə əhalini gülləborana tutdu. Səhərisi günü kütləvi partbileti atmaq, yandırmaq, hətta Sovet vətəndaşı pasprortundan, eləcə də başqa sənədlərdən imtina etmək kampaniyası başladı. Ozan Arifin şerindəki aşağıdakı misralar sanki Bolqarıstana deyil, həm də Azərbaycana həsr olunub.
Türk yaşayan köyleri tanklar ile bastılar,

Kim karşı koydu ise Ağaclardan astılar,

Çoluk-çocuk demeyip kadınları kestiler,

Türk kanıdır Bulqarın içtiüi şimdi tastan.

Kahrolsun kommünistler, kahrolsun Bulqaristan.
İ.Tatarlı: — Doğru söyləyirsiniz, oxşarlıqlarımız çoxdur. 1985-ci ildən gizli şəkildə Bolqarıstan Türklərinin Milli Azadlıq Hərəkatı adlı təşkilatı qurmAğa başladıq. Həmin ilin dekabrın 8-də Dobruca və Varna təşkilatlarının birlikdə ilk toplantısı keçirildi. Hərəkatı yaradan 18 arkadaşımız idi. Onların sırasında ali məktəbdə müəllim işləyən, fəlsəfə elmlər doktoru Ahmet Doüan, Necmeddin Hakk, Kasım Dal, İbrahim Arif, Salih Ahmet və başqaları vardı. Təşkilatın tərkibinə: 1) Dobruca — Varna, Dobriç, Silistre; 2) Rumeli — Kırcalı, Naskovo, Plovdiv, Burqas, Sliven; 3) Deliorman — Razqrad, Şumen, Trqovişe, Ruse bölgələri daxilidi. Türklərin toplum və karma (qarma-qarışıq) yaşadıqları bölgələri gəzdik. Fikirlərimizi əhaliyə çatdırdıq. Onu də deyim ki, gücə güclə cavab verməyi qarşımıza məqsəd qoymamışdıq. Silahlı dəstələr, terrorçu təşkilatlar yaratmadıq. Bizim təşkilat həm də barışdırıcı, sülhsevər missiyasını yerinə yetirirdi. Lakin bu o qədər də uzun çəkmədi. 5-6 ay sonra — 12.06.1989-cu ildə örgütümüz açıqlandı. Ahmet Doüan yakalandı, örgütün üzvlərinə bir kaç sənədən 10 sənəyə qədər cəza verildi.

Lakin bu da uzun çəkmədi. Sovetlər Birliyinin çökməsi partiya üzvlərimizin azadlıüa çıxmasına, Bolqarıstanda rejimin yumşalmasına səbəb oldu. 22 dekabr 1989-cu ildə Doüan və tərəfdarları amnistiyaya düşdülər. Elə həmin ilin dekabrın 24 və 28-də Drendar və Varnenskoda, 4 yanvar 1990-cı ildə isə Varnada toplantılar keçirildi. 26-27 mart 1990-cı ildə Sofiyada birinci konfransımızı, 27-28 noyabr 1992-ci ildə ikinci konfransımızı, 30 noyabr — 1 dekabrda üçüncü konfransımızı keçirdik. Hərəkatın 29-30 yanvar 2000-ci ildə Sofiyada keçirilən İV konfransında göstərildi ki, 25 vilayət, 160 icma, 1200 yerli təşkilatımız var. Hərəkat üzvlərinin sayı isə 32 min nəfərdən artıqdır. Bolqarıstanda ikinci təşkilat sayılırıq. Parlamentoda millət vəkili yerlərimiz var. bütün bunlar onu göstərir ki, ölkədə vəziyyət normallaşır.




Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə