________________RAYON MƏHKƏMƏSİNƏ
İddiaçı: _____________________________
Ünvanı: ______________________________
Cavabdeh: ___________________________
Ünvanı: ______________________________
Maraqlı tərəf:_________________________
Uşaqla ünsiyyətdə olmaq hüququna dair
İDDİA ƏRİZƏSİ
Mən, cavabdehlə 22 avqust 2006-cı ildə rəsmi nikah bağlayaraq ailə həyatı qurmuşam. Həmin nikahdan 10 May 2007-ci il tarixdə Arif adlı bir oğlumuz anadan olmuşdur. 2011-ci il avqustun 28-də ailə münaqişəsi zəmində qayınatam Kərimov Kərim Kərim oğlu qızı Aytəni evdən mənim icazəm olmadan aparmışdır. Həmçinin azyaşlı oğlumuz Arif, geyim əşyalarını, bizim ümumi qızıl əşyalarımızı aparmışdır. Biz hal-hazırda faktiki olaraq ailə münasibətlərimizi kəsmişik. Məhz bu səbəbdən də, mən uşaqla ünsiyyətdə ola bilmirəm. Belə ki, hər dəfə uşağı görmək istəsəm də, cavabdeh müxtəlif bəhanələrlə imtina edir. Qızın atası buna mane olur, Aytən də atasının təsiri altındadır.
Azərbaycan Respublikası Ailə məcəlləsinin 61.1-ci maddəsində göstərilir ki, uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyətdə olmaq hüququna, uşağın tərbiyə və təhsili ilə bağlı məsələllərin həll edilməsində iştirak etmək hüququna malikdir.
AR AM –nin 61.2-ci maddəsində isə göstərilir ki, uşaqla yaşayan valideyn digər valideynlə uşağın ünsiyyətdə olmasına mane olmamalıdır.
Qanunvericiliyin tələbindən də göründüyü kimi, mənim bir ata kimi öz uşağımla görüşmək, ünsiyyətdə olmaq hüququm olduğu halda, cavabdeh bunlara heç bir əhəmiyyət vermədən uşağı məndən gizlədir.
AR AM–nin 62.1-ci maddəsində göstərilir ki, baba nənə, və digər qohumlar uşaqla ünsiyyətdə olmaq hüququna malikdirlər.
Mən, cavabdehlə qarşılıqlı razılıq əsasında heç olmasa həftədə 4 dəfə uşağı görməyə imkan yaratmasını xahiş etsəm də, o buna məhəl qoymayır.
Azərbaycan Respublikasının AM-nin 61.3-cü maddəsinin tələblərinə əsasən valideynlər razılığa gələ bilmədikdə mübahisə onların tələbi əsasında müvafiq icra hakimiyyəti orqanının iştirakı ilə məhkəmə tərəfindən həll edilir.
BMT-nin Uşaq Hüquqları Konvensiyasının 9-cu maddəsinə əsasən Uşaq öz valideynləri ilə yaşamaq hüququna malikdir. Bir şərtlə ki, bu, uşağın ən yaxşı manafelərinə zidd olmasın. Uşaqlar valideynlərindən biri ilə və ya hər ikisi ilə ayrıldıqda onların hər ikisi ilə əlaqə saxlamaq hüququna malikdir.
Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 4, 149-150-ci maddənin tələblərini rəhbər tutaraq
XAHİŞ EDİRƏM
13 mart 20___-ci il tarixdə anadan olmuş oğlum Ağayev Arif Akif oğlu ilə mənim həftədə 3 dəfə ünsiyyətdə olmaq hüququmun müəyyən edilməsi barədə qətnamə çıxarasınız.
Qoşma:
1. Dövlət rüsumu
2. İddia ərizəsi
3. Doğum haqqında şəhadətnamənin sürəti (əsli cavabdehdədir)
5. Yaşayış yerindən arayış;
İmza:
“___” “ ______________________________________________________ ” 20__-cu il
Dostları ilə paylaş: |