Redaktor: Samir Bulut



Yüklə 9,56 Mb.
səhifə2/3
tarix24.02.2020
ölçüsü9,56 Mb.
1   2   3

Gega 
Geganın da atası məşhur insan - kinorejissor idi; hələ gənc yaşlarında maraqlı fılmlər çəkmiş və nüfuzlu beynəlxalq kinofestivallarda mükafat almış ilk gürcülərdən (altmışıncı illərdə) biri olmuşdu. Hələ o zaman (tamamilə gənc yaşların– da) o əsl rəssam, tərifnamələr və mükafatlara deyil, yaradıcılıq prosesinin özünə ürəkdən bağlanmış bir usta idi. Buna görə də (yaşlı nəslə aid gürcü rejissorların əksəriyyətindən fərqli olaraq), Geganın atası rejimi dəstəkləyən sovetziyalılarının sıralarına qoşulmaq istəmədi, yalnız sənəti ilə yaşamağı qərara aldı. Sovet Gürcüstanında dikbaş, boyun əyməyən bir rejissorun varlığından kommunistlər narazı olduğu üçün sovet hakimiyyəti belə bir presedentə yol verə bilməzdi, buna görə də problemi çox sadə şəkildə həll etdilər - Geganın atasına fılm çəkməyi qadağan elədilər. (Əlbəttə ki), MK-da heç bir rəsmi qərar qəbul etməmişdilər, lakin onu qeyri-rəsmi şəkildə başa salmışdılar ki, film çəkə bilməyəcək. Sovet Gürcüstanının rəhbərliyi gürcü ziyalılarının konformist (2) xarakterinə yaxşı bələd idi, elə bu dəfə də ziyalıların acizliyinə arxayın olmuşdu, amma Gcganın atası iradəli insan çıxdı - o dülgərliyi öyrənib adi fəhlə kimi döşəmə vurmağa başladı. İstedadlı rejissorun prinsipiallığı sadə əməyi pis və rüsvayçı bir məşğuliyyət hesab edən o vaxtkı gürcü cəmiyyətinin böyük bir hissəsini (artıq sərsəmləşmiş və düşkünləşmiş olan) əməlli-başlı hirsləndirmişdi. Onlar rejissora dərhal nifrət eləməyə başladılar; çünki, başqalarına oxşamayan, öz yaradıcılığını qurban verən, ancaq birgə və böyük bir yalanda iştirak etməkdən boyun qaçıran, qulluq göstərməklə, yaltaqlıq etməklə hökumətin və kommunist partiyasının rəğbətini qazanmaqdan imtina edən bu adam onlar üçün qəbuledilməz idi. 

Geganın atası dərindən inanırdı ki, sadə əmək - dülgərlik sənəti və döşəmə vurmaq yox, sovet gürcü ziyalılarının əməlləri pis və rüsvayçıdır. O vaxt nəinki bütün Tbilisi, hətta bütün Gürcüstan bu qəribə (onlar üçün) etiraz növünü müzakirə edirdi (daha doğrusu, bunun üstündə mübahisə edirdilər, hətta onun filmlərinə heç vaxt baxmayanlar da mübahisəyə qoşulmuşdular), amma ən başlıcası bu idi ki, Geganın atasının həqiqətən döşəmə vurub-vurmadığını heç kəs bilmirdi. Bəlkə də bu, Gürcüstanda o vaxt ziyalı adlananların arasından sovet hakimiyyətinə qarşı etiraz etməyi bacaran heç olmasa bircə nəfərin çıxmasını ürəkdən istəyənlərin uydurduğu bir əfsanə, yaxud adi bir əhvalat idi. 


(2) Prinsipsiz, hər şeyə uyğunlaşan, öz mövqeyi olmayan
Geganın atası mətin insan çıxmışdı, heç nəyə güzəşt etməmişdi, hərçənd onun etiraz əlaməti olaraq həqiqətən öz uşaqlarını, o cümlədən Geganı da sovet məktəbindən çıxarıb-çıxarmadığını heç kim dəqiq bilmirdi. Lakin Tbilisidə o vaxt bu barədə rus-əfqan müharibəsindən daha çox danışırdılar. 

Hamının dəqiq bildiyi və heç kəsin həqiqətən şübhə etmədiyi yeganə şey Geganın istedadı idi. Bu istedadına və indiyədək uğurla oynadığı rollara görə onu Tengiz Abuladze öz yeni filminin baş roluna dəvət etmişdi. Lakin Gega üçün əsas fılm – onun həyatına girən insan oldu. Bu - Geganın dəlicəsinə aşiq olduğu, on doqquz yaşlı gözəl rəssam Tina idi. Onların tanışlığı qəribə olmuş, münasibətləri isə mübahisədən başlamışdı, amma Tina Gega ilə barışdıqda, o da hiss edib anladı ki, Gega onun həyatında təsadüfı insan deyil və onların əsl ilk görüş günü gəlib çatdı. Tina bu şəhərdə və bütün bu dünyada onlardan başqa heç kimin olmamasmı istəyirdi; istəyirdi ki, onlar yalnız ikisi olsunlar. Və onlar sübh çağı Rustaveli prospektində görüşdülər. Prospekt tamamilə boş idi, Gega təəccüblənərək Tinaya bu qəribə inadkarlığına görə acığı da tutdu. Axı, o hələ yatmaq istəyirdi (heç vaxt yerindən belə tez qalxmamışdı), Tina isə əksinə çox razı görünürdü. Uzun və söykənəcəkli skamyada Gega ilə yanaşı əyləşib, əlində uzun süpürgə Rustaveli prospekti ilə yavaş-yavaş irəliləyən tənha süpürgəçiyə təbəssümlə baxırdı. Süpürgəçi sakitcə, səssiscə süpürürdü, bununla belə payız yarpaqlarının xışıltısı ətrafda hökm sürən sakitliyi pozurdu. Lakin bu, sübh sükutunu poza bilməzdi, bunu Gega da hiss etdi və Tinaya baxdı. Tina isə başını əyərək, sanki bütün şəhəri oyadacağından qorxurmuş kimi astadan pıçıldadı: 



- Bu şəhərdə indi yalnız ikimizik: sən və mən, başqa heç kim yoxdur. 

- Burda üç nəfərik, - Gega gülümsəyərək cavab verdi və süpürgəçiyə baxdı, amma Tina onun zarafatına əhəmiyyət verməyib yenə pıçıldadı: 

- Bu şəhərdə və bütün dünyada yalnız iki nəfər...

Gega o vaxtlar Tbilisinin bütün kinoteatrlarında göstərilən “Şəhərdə iki nəfər adlı fransız filmini xatırladı, amma zarafat etmədi. Heç gülümsəmədi də çünki anladı ki, zarafat etsə, bu qızı asanlıqla itirə bilər. Buna görə də həqiqətən 

fikrə daldı və Tinanın eşidə biləcəyi bir səslə soruşdu: 

- Ancaq iki nəfər? 

- Ancaq iki nəfər: sən və mən. İstəyirsən? 

- İstəyirəm. 

- Bacararsan? 

- Bacararam. 

- Sabah görüşə daha tez gələ bilərsən? 

- Daha tez? Axı, bundan tez hava qaranlıq olur... 

- Hava işıqlanana qədər görüşüb, Mtasmindaya qalxarıq. 

- Piyada? 

- Hə... Günəşin çıxmasına tamaşa edərik. İstəyirsən? 

İstəyirəm, - Gega çəkinə–çəkinə dedi, ancaq dəqiq bilirdi ki, Mtasmindaya piyada qalxıb, günəşin doğmasına tamaşa etməyə qətiyyən həvəsi yoxdur. 

Küçədən sübh çağının ilk maşını şütüyüb keçdi. Təəccüblənmiş sürücü sübh tezdən skamyada əyləşmiş sevgililərdən uzun müddət gözünü ayıra bilmədi. 

- Gedək, - Tina dedi və ayağa qalxdı. 

Gündüz Geganı Dato oyatdı. Geganın anası onun gəlişinə çox sevindi, Gega az qala bir gün idi ki, yatırdı, axşam isə teatra getməliydi. (O zaman da gürcü anası üçün oğlunu yuxudan oyatmaq çox ağır gəlirdi). 

- O sübh tezdən evdən çıxmışdı, qayıdıb çay içdi, ondan sonra hey yatır, - Natella gülümsəyərək dedi. Ana oğlunum aşiq olduğuna şübhə etmirdi. O, Datonu oğlunun otağına aparıb, qapını bərkdən açdı. 

Dato nümayişkaranə şəkildə bərkdən əl çaldı və Natella otaqdan çıxan kimi, indicə yuxudan ayılmış dostuna baxıb, gülümsəyərək dedi: 

- Vurulmusan? 

- Sənə kim dedi? 

- “Amerikanın səsi xəbər verdi, - Dato əlini divardan asılmış Amerikan bayrağına uzadıb zarafatla dedi. 

- Mən sabah da tezdən durmalıyam. 

- Anan dedi ki, bu gün sübh vaxtı qalxmısan ... 

- Sabah isə daha erkəndən durmaq lazımdır. Gərək, hava işıqlanana qədər Mtasmindaya qalxaq. 

- Chenin qəbrinə baxmaq istəyirsiniz? 

- Günəşin çıxmasına baxmaq istəyirik. 

- Tbilisidə günəşin hardan çıxdığını heç vaxt fıkirləşməmişəm. 

- Bəs, Tbilisidə səmaya nə vaxtsa baxmısan? 

- Yəqin ki. 

- Səmaya axırıncı dəfə nə vaxt baxdığın yadındadır? 

- Yox... 

- Şəhərlərin ən mənfi cəhəti səmanın görünməməsidir... 

Təəccüblənmiş Dato pəncərəyə yaxınlaşdı, yuxarı baxdı, səmaya göz gəzdirdi və gülümsəyərək Gegadan soruşdu: 

- Bunu qız deyib? 

- Özüm tapmışam,– Gega gülümsəyərək cavab verdi və o da pəncərəyə yaxınlaşdı. 

- Buradan doğrudan da səma görünmür. 

- Ona görə ki, qarşıdakı bina bizim binadan hündürdür. 

- Bəs, Nyu-Yorkda yaşayanlar nə etsinlər? 

- Nyu-Yorkda yaşasaydım, ümumiyyətlə səmaya baxmazdım. 

- Nyu-Yorka gedənə qədər, bəlkə, heç olmasa bircə dəfə monastıra gedəsən, şənbə günü Soso da gedəcək. Göyə

də baxa bilərsən, madam ki bu qədər darıxmısan. Gözəl yerlərdir.

– Axı dedim ki, sabah hara gedəcəyəm. Növbəti bazar gunu. 

Hər ikisi bir neçə saniyəliyə susdular, sonra Dato yenidən sükutu pozdu və söhbətin mövzusunu dəyişdirdi: 

- Milis hansı tərəfdədir? 

- O biri tərəfdə, həyətə sarı Əgər bu otaq da o tərəfə baxsaydı, gecə ümumiyyətlə yatmaq olmazdı. 

- Niyə? 

- Adamları adətən gecələr döyürlər, elə səslər gəlir ki, yataq otaqları həyətə tərəf baxanlar mənzillərini satıb köçüblər. 

- Necə yəni döyürlər? 

- İşgəncə verirlər. 

- Kimə? 

- Cinayətkarlara. Bizdə günahsız insanları tutmurlar... 

Datonun üzü elə ciddiləşdi və elə əsəbi bir ifadə aldı ki, Gega sözünü yarımçıq qoyub, gülümsəyərək dostuna dedi: 

- Zarafat eləyirəm, zarafat eləyirəm, həyəcanlanma.

- Bilirəm, zarafat eləyirsən. 

- Amma yenə də milisə düşməyi məsləhət görmürəm, Gega dedi və anasına səsləndi: Biz getdik. 

Natella otaqdan çıxıb Dato ilə sağollaşdı və Geganın pencəyinin yaxalığını düzəltdi. Gega evdən çıxmazdan əvvəl həmişəki kimi anasını öpdü. Natella qapını örtdü və adəti üzrə pəncərədən baxaraq, girişdən çıxan oğlunu baxışları ilə ötürdü. Gega bilirdi ki, anası həmişə bu vaxt pəncərədən boylanaraq ona baxır, odur ki, indi də hətta geri dönüb baxmadan, vidalaşma əlaməti olaraq, həmişəki kimi şən halda sol ayağını yuxarı qaldırdı... 

Gega Tinanın üçüncü mərtəbədə yerləşən evinin pəncərəsinə baxanda hələ qaranlıq idi, bir anlığa işıqlanmış pəncərədə qızın silueti göründü. Sonra işıq söndü, Gega siqaretini çıxarıb yandırdı. Pilləkənlərdə sürətli addım səsləri eşidildi, Tina girişdən çıxaraq gülümsəyib Gegaya təşəkkür etdi. 

Bu təşəkkür nə üçündür? Gega heyrətlə soruşdu. 

- Yuxudan oyandığın üçün. Belə tezdən yuxudan durmaq asan deyil, - Tina cavab verib gülümsədi və səki ilə yeridi. 

- Baxır nə üçün, daha doğrusu, kimin xətrinə, - Gega dedi, hərçənd özü də gözəl bilirdi ki, yuxudan bu qədər tez oyanmaq üçün həqiqətən çox səy göstərmişdi və doğrudan da bu, çox-çox çətin başa gəlmişdi. 

Tina cavab vermədi və yenə Gegaya baxıb gülümsədi, o sanki gecənin sükutunu qorumaq istəyirdi; onlar Tbilisinin daşla döşənmiş köhnə küçələrindən birinə çıxdıqda bu sükutu yalnız onların addım səsləri pozurdu. Yoxuş uzun idi, Gega yorulacağını bilirdi, ancaq buna baxmayaraq yorğunluq hiss etmədi və onlar hələ yatmaqda olan şəhərə yuxarıdan baxdıqda, sübh çağının gətirdiyi sərin meh hətta bir az xoş gəldi. 

Günəş isə tələsmədən, yavaş-yavaş Tbilisinin səmasına qalxırdı; Gega indi burada olduğuna görə Tinaya təşəkkür etmək istədi, lakin ətrafda hökm sürən sakitlik Tinanın üzünə elə bir xoşbəxt ifadə vermişdi ki, Gega bu saat sükutun istənilən sözdən dəyərli olduğunu anladı. Və bu sakitliyi Gega ancaq geri qayıdanda, Mtasmindadan aşağı düşəndə pozdu: 

- Günəşin batmasına da buradan baxmaq lazımdır? 

- Günəşin batması buradan görünmür.

- İndi nə edəcəyik? 

- Dənizə getmək lazımdır. 

- İndi? 

- İndi dəniz yaxşıdır, payızda dəniz həmişə yaxşı olur. 

- Heç kim olmayacaq? 

- Ancaq sən, mən, bir də dəniz. İstəyirsən? 

- İstəyirəm, - Gega dedi və sağ əli ilə Tinanın barmaqlarına yavaşca toxundu. 

Səhər artıq özünü göstərməyə başlamışdı, küçələrdə gediş–gəliş vardı. Məktəbli formasında dərsə gedən qızlar baxışlarını bu qəşəng cütlükdən uzun müddət ayıra bilmədilər. Doğrudur, onlar Gega ilə Tinanın bu səhər barmaqları birbirinə ilk dəfə toxunduğu üçün dünyada ən gözəl cütlük olduğunu bilmirdilər... 
Rahib 
- Sizi nəzərə alıb, axıra qədər aparmaq istəyirdim, amma bundan yuxarı qalxa bilmərəm, maşına da heyfim gəlir, - sürücü mühərriki söndürüb oğlanlara dedi. Uşaqlar maşından düşüb, bel çantalarını da götürdülər. 

Burdan çox uzaqdır? – Soso soruşdu və yuxarıya, dağın zirvəsinə baxdı. 

- Bir saata çatarıq. Sürətlə getsək, bəlkə də daha tez, - Dato cavab verdi." 

Onda gəlin bu adamı buraxaq getsin, qar təzədir, o doğrudan da boş yerə maşına əziyyət edəcək, - Paata dedi. 

Əgər zəncirim olsaydı, sizi aparardım, amma dəqiq bilirəm ki, zəncir olmadan maşın yuxarı qalxmayacaq, sovet maşınıdır... 

Uşaqlar çox asanlıqla razılaşdıqda sürücünün ürəyi sakitləşdi və sevinə-sevinə Datodan pulu aldı. Dato qarlı yoxuşla tələsətələsə qalxmağa başladı. Hamı onun ardınca düşmüşdü, amma yavaş– yavaş irəliləyirdilər, Soso isə hətta bir neçə dəfə dayanıb, qeyri-adi dərəcədə gözəl görünən qarla dolu dərəyə diqqətlə göz gəzdirdi. 

- Əyləş, kefin istədiyi kimi çək, qarın erkən yağdığına təəccüblənən Kahaber gülümsəyərək ona dedi. 

- Qar buraya həqiqətən çox tez düşüb, -Soso onunla razılaşdı və daha söhbət etmədilər, çünki bilirdilər ki, qarlı yoxuşla qalxdıqda insan ən çox danışmaqdan yorulur. 

Tezliklə monastır da göründü; o, ağappaq dağların fonunda elə qəşəng görünürdü ki, hamı yerində dayandı. Soso hətta gülümsəyib, sevdiyi sözləri də dedi: · 

- Yenə də o ən yaxşı rəssamdır... 

- Kim? – Paata soruşdu, amma Soso dinmədi və yalnız əlini uzadıb monastırı işarə elədi. Cübbə geyinmiş rahib monastırın girişində balaca bir qız uşağı ilə yanaşı dayanıb qonaqlara baxırdı. Sonra rahiblə qız aşağı düşməyə başladılar və uşaqları yolda qarşıladılar. Ev sahibi Datonu və digər din qardaşlarını rahibsayağı qucaqlayaraq salamladı, Sosonun isə əlini sıxdı.

Onun adı Sosodur, rəssamdır, dostumuzdur, monastır haqqında ona danışmışdım, o da buraya qalxmaq istədiyini dedi, Dato rahibi başa saldı və hamı bel çantasını yerə qoydu. 

Allah sizə xoşbəxtlik nəsib etsin, rahib daha çox Sosoya müraciətlə dedi. O, Sosonun bel çantasını yerdən götürüb çiyninə keçirmək istədi, amma monastır lap yaxında olduğu üçün Soso köməkdən imtina etdi o, bel çantasını qardan ağappaq olmuş həyəti çox gözəl görünən monastıra qədər özü apardı. Monastırda cəmisi bir neçə kiçik hücrə və ölçülərinə görə hücrədən azca böyük olan yeməkxana qalmışdı. Uşaqlar gətirdikləri ərzağı bura yığıb yemək hazırlamağa başladılar. 

Yeməyə başlamazdan əvvəl rahib dua oxudu və xaç vurdu. Uşaqlar da onun kimi etdilər, amma atası ilə birlikdə dua oxuyan balaca Eka daha çox səy göstərirdi. Sonra o eşitdiyi təriflərdən sevinərək, məmnun halda atasında baxdı. Yemək vaxtı o özünü yaşlı ev sahibəsi kimi aparırdı və qonaqlara elə qulluq edirdi ki, uşaqlar hətta bir neçə dəfə gülümsədilər. Ata çox xoşbəxt və balaca ev sahibəsindən çox razı idi; tez-tez qızını tərifləyir, qız isə əziz atasını böyük məhəbbətlə öpürdü. Rahib buraya gəlmiş uşaqlar üçün mühüm bir şəxs olduğuna görə bu dərhal gözə çarpırdı. 
Yemək vaxtı sükutu Dato pozdu, o çox güman ki, dostlarının da düşündüyünü dilə gətirmişdi: 

- Qar buraya çox tez düşüb, Tbilisidə isə isti payiz havası var. 

- Bizim ölkəmiz belədir, - Tevdore ata cavab verdi, kiçik olsa da, möcüzəlidir; bura qar yağıb, dənizdə isə, yəqin ki, hələ çimirlər. Allah bu kiçik ölkəyə hər şey verib, amma buranın insanları şükranlıq hissini itiriblər, hətta Allahın özünü yaddan çıxarıblar. 

- Nə üçün, - Soso gözlənilmədən onun sözünü kəsdi, - baxmayaraq ki, bu ölkənin insanlarına kilsəyə getməyi qadağan ediblər, onlar yenə də Allahı unutmurlar. Əgər bu ölkənin hökuməti pisdirsə, bu xalqın günahı deyil. 

- Hökumət də insanlardan ibarətdir, - bu dəfə rahib Sosonun sözünü kəsdi, - hökumət, sizin indi təriflədiyiniz bu xalqın bir hissəsidir. 

- Mən heç kimi tərifləmirəm, sadəcə seçim hüququ olmayanları müdafıə edirəm, onlar hökumətdəki insanlara görə cavabdehlik daşımırlar. Xalqı bu hüquqdan məhrum ediblər, odur ki, ölkəmizdə baş verənlərə görə ondan cavab tələb etmək olmaz, Soso artıq sakitsakit danışmırdı. Uşaqlara baxdı. Onlar daha sakit görünürdülər; bilirdilər ki, Soso mübahisə etməyi sevsə də, dava-dalaşı xoşlamır: o heç vaxt rəqibinin xətrinə dəymirdi, öz mövqeyini həmişə əsaslandırmağa çalışırdı. 

- Siz elə düşünürsünüz ki, bu ölkədə indi olduğu kimi Kremlin təyin elədiyi hökumət deyil, xalqın seçdiyi hökumət olsaydı, o ateist və çox da pis olmayacaqdı? - Tevdore ata çox sakitcə Sosodan soruşdu və onun boş stəkanını çaxırla doldurdu. Rahibin sakitliyi sirayətedici oldu, birdən-birə Soso da sakitləşdi, gülümsəyib elə təbəssümlə də dedi: 

- Ya pis olacaq, ya da yaxşı, amma xalq öz hökumətini özü seçərsə, hansısa diri yaxud ölmüş bir rəhbər deyil, xalq özü buna görə cavab verər. Bəlkə əksinə oldu və bu seçilmiş hökumət indi olduğu kimi dindarları deyil, ateistləri təqib etməyə başladı. 

- Belə bir Gürcüstanı heç təsəvvürümə də gətirə bilmirəm, - Dato söhbətə qarışdı. 

- Bu əsla çətin deyil, bu gün paradlara gedən insanlar kütləvi şəkildə kilsəyə yollanacaqlar, xalq və kilsənin olmadığı hər yerdə xaç çəkməyə başlayacaqlar... 

- Bunun nəyi pisdir ki? - Paata çox təəccüblənərək Sosodan soruşdu. 

- Özünü göstərmək üçün qeyri-səmimi olaraq həm parada, həm də kilsəyə getmək pisdir. 

- Hər halda kilsyə getmək daha yaxşıdır, - Paatanın qardaşı dedi və Tevdore ataya baxdı. 

Rahib hamıya birdən cavab verdi, amma kilsəyə getməyin ateist olmaqdan nə üçün yaxşı olduğunu əsasən Soso üçün izah etdi: 

- İnsan hətta özünü göstərmək üçün kilsəyə gedirsə, yenə də yaxşıdır, çünki orada onun Allah və Həqiqət haqqında, hamımızın ehtiyac duyduğu Məhəbbət haqqında düşünməyə daha çox vaxtı olacaq. 

- Kollektiv düşüncə məhəbbətlə deyil, həmişə nifrətlə qurtarır, - Soso yenə rahibin sözünü kəsdi, lakin Tevdore ata hirslənmədi və eyni sakitliklə sözünə davam etdi: 

- Kollektiv təfəkkür həmişə azadlıq yox, rejimlər doğurur, bu doğrudur, amma azadlığa aparan yolu kilsədən də başlaya bilərsən. 

- Sonra isə bu yolda sizin kimi tənha gedim? Soso yenə rahibin sözünü kəsdi; Tevdore ata yalnız bir neçə saniyədən sonra qonağına cavab verdi:
- M
ən öz azadlığımı burada, şəhərdən kənarda axtarmağa üstünlük verirəm, burada səsküy az, Allahı düşünmək üçün vaxt çoxdur.
- Burada n
ə qədər yaşamağı düşünürsünüz? - Dato hamını qabaqladı və dostlarını da çox maraqlandıran bu məsələ haqqında Tevdoredən soruşdu.
- Bir ild
ən sonra otuz üç yaşım tamam olacaq, əgər qadağan etməsələr, o vaxta qədər burada qalmaq istərdim.
- Kim qada
ğan edəcək?
-
Üç gün əvvəl gəlmişdilər, hələlik heç bir şeyi qadağan etmədilər, kitablara baxıb getdilər.
- B
əs nə vaxt qadağan edəcəklər?
- M
ənim hətta burada yaşamağımı özləri üçün təhlükə hesab edəndə.
- Ax
ı, nə ilə təhlükəli ola bilərsiz?
- Qorxunun g
özləri böyükdür, əqidəsiz insan çox qorxaq olur.
Rahib g
ülümsədi və atasının yanında, elə masanın üstündəcə yatmış balaca Ekanı uşaqlara göstərdi.
- Yorulub,
Paata dedi və Ekanı qucağına götürdü
- M
əncə, mən də sizi yordum, - Tevdore ata dedi və ayağa qalxdı.
O biril
ər də qalxıb, təşəkkür etdilər.
- Sabah siz Ekan
ı aparmalısınız, dərslər başlayır, həftənin axırı Tbilisiyə gəlib sizinlə görüşəcəyəm, - Tevdore ata monastırın həyətinə çıxmış Datoya dedi.
Biz bir h
əftəlik ərzaq gətirmişik, - Dato cavab verdi və ulduzla dolu səmaya baxdı.
-
Çətinlik olmaz, mənə çatar, əsas odur ki, bal gətirmisiniz.
- Bal
ı xoşlayırsınız? - Soso rahibdən soruşdu.
- Bura maral g
əlir, onu yedizdirirəm.
- Nec
ə? Dato həqiqətən təəccübləndi. Tevdore ata təəccüblə cavab verdi:
-
Əlimlə.
- M
ən elə bilirdim ki, marallar şirin şey yox, duzlu və turş şey xoşlayır, - Soso dedi.
- M
ən də elə fıkirləşirdim. Bəlkə də elə bu cürdür, ancaq bu maral balı xoşlayır, əlimi balla doldururam, o isə yalayır.
-
Çox aydın gecədir, - Paata həyətə düşüb dedi və göyə baxdı.
- Y
əqin, Kant bu cür ulduzlu səma gördükdən sonra təəccüblənib.
- Sizd
ən bir şey soruşmaq istəyirəm, - birdən Soso rahibə dedi.
- Buyurun, Tevdore ata cavab verdi, - amma m
ənə siz deyə müraciət etmək lazım deyil.
- Yax
şı, - deyə Soso razılaşdı, - Sənə burada yaşamağı qadağan etsələr, haraya gedəcəksən?
- Ba
şqa monastıra gedəcəm.
- B
əs, başqa monastıra da buraxmasalar?
- Onda ba
şqa ölkəyə gedərəm və dinclik payımı orada taparam, - Tevdore ata təbəssümlə cavab verdi, Soso da gülümsəyərək yenə sual verdi:
- B
əs, başqa ölkəyə buraxmasalar?
- Qa
çaram, - bu dəfə rahib gülə-gülə cavab verdi, sonra isə o biri uşaqlara baxdı. - İndi isə, icazənizlə, mən yatmağa qaçıram, səhər tez durmaq lazımdır, həm də Eka təkdir, oyansa qorxar.
- M
əncə, Eka heç vaxt heç kimdən qorxmaz, - Dato güləgülə etiraz etdi və o birilərlə birlikdə Tevdore ata ilə sağollaşdı.
U
şaqlar monastırın həyətində tək qaldıqda uzun müddət dinib-danışmadılar və susaraq da sakitcə siqaret çəkdilər. Sonra Kahaber sükutu pozub Sosodan soruşdu:
- N
ə fikirləşirsən?
- N
ə barədə?
- O raz
ılaşacaq?
- Bilmir
əm, məncə yox, buna görə də hələlik ona heç nə deməyək - Soso cavab verdi və tez söhbətin mövzusunu dəyişdi:
- Kant n
ə deyib, onu nə təəccübləndirib?
- Ulduzlu s
əma başımın üzərində, mənəviyyatsa içimdədir, uşaqlardan kimsə dedi və onlar par-par parıldayan nəhəng ulduzlarla dolu səmaya yenidən baxdılar. Ay isə həmişəkindən daha bəyaz görünürdü.
- Yolda ma
şın tutarsınız, əgər olmasa, saat üçdə Tbilisi avtobusu keçibgedir, Tevdore ata səhərsəhər hamıya eyni vaxtda müraciət edərək dedi və onları bir-bir qucaqladı. Sonra öz balaca Ekasını dəfələrlə öpdü və onlar yoxuşla aşağı düşəndə, uzaqdan bir dəfə də onlar üçün xaç çəkdi. Yolda balaca Eka bir neçə dəfə geri boylanıb monastırın girişində dayanmış sevimli atasına əl elədi və əlini dodaqlarına qoyub, dünyada hamıdan çox sevdiyi insana dəfələrlə öpüş yolladı...
El
ə həmin axşam monastırın qarlı sükutunu Sosonun dostugildə rast gəldiyi dəhşətli səsküy əvəzlədi. Ev sahibinin ad gününü böyük və xüsusi piyalələrlə qeyd edirdilər. Buna görə də qonaqların hamısı çoxdan kefli idi. Baxmayaraq ki, hamıdan çox tamadanın özü sərxoş idi, o yenə də kansiləri3 doldurmağı tələb edir və hər kəsdən diqqət istəyirdi, amma Sosodan başqa, artıq ona heç kim qulaq asmırdı. Qızlar rəqs edirdilər, tamada göstərdiyi diqqətə görə Sosoya dönədönə minnətdarlığını bildirirdi, Soso isə tamadaya qulaq asmaq yox (tamadanın könlündən keçən bu idi), içmək istəyirdi.

3 Kansi - buynuz piyalə

Soso nəinki sərxoş idi, həm də çox yorulmuşdu; bitmək bilməyən sağlıqlara qulaq asmaqdan tamamilə bezdikdə, o dostyana şəkildə tamadadan xahiş etdi:


- H
ə, götür vur... Tamada kansini ağzına yaxınlaşdırdı, amma tez də masannı üstünə qoyub köks ötürdü:
-
İçə bilmirəm, - deyə səmimi şəkildə etiraf etdi, əyləşib başını boşqaba çırpdı və şirin–şirin yatdı.
Soso g
ülümsədi, tamadanın əlindən kansini aldı, ona baxıb ah çəkdi və içməyə başladı. Gega təbəssümlə Sosoya yaxınlaşdı, onu qucaqladı, heç bir söz demədən kansini onun əlindən aldı və içindəki çaxırı stəkana tökdü. - Nə lazımdır? Soso soruşdu və əlinin işarəsi ilə ondan siqaret istədi.
-
İşim var, gedək balkonda çəkək.
Soso balkona
çıxmağa tənbəllik edirdi, bununla belə Geganın ardınca çıxdı və siqaretin tüstüsünü ləzzətlə sinəsinə çəkdi. Otaqdan rəqs səsləri gəlirdi, buna görə də Gega qapını örtdü.
- G
ördün? - deyə soruşaraq, o da bir siqaret yandırdı.
- Kimi?
- Tevdore atan
ı.
- Rahibi?
- H
ə.
- H
ə, gördüm.
- B
əs, sonra?
- N
ə sonra?
- Dan
ışdınız?
- H
ə, danışdıq.
- N
ə haqqında?
- Kant haqq
ında.
- S
ən Kant haqqında danışmağa getmişdin?
- Sabah s
öhbət edərik.
- Bilir
əm, sən kefli olanda ayıla bilmirsən, sabah ölü kimi olacaqsan.
- Sabah noyabr
ın yeddisidir, bu gün bütün vicdanlı insanlar ölü kimi olmalıdırlar, mən də həmçinin.
- N
ə üçün?
- Bu g
ünü buraxmaq üçün.
- Buna g
örə bu qədər içmisən?
- He
ç yadıma da düşmürdü, içmək də istəmirdim, amma bura gələndə gördüm ki, qırmızı bayraqları asmağa başlayıblar.
- Harda?
- H
ər yerdə.
- Ged
ək evə, Tina ilə mən səni ötürərik.
- M
ən hələ içəcəm.
- Laz
ım deyil. Əgər yenə içsən, noyabr ayını tamamilə buraxa bilərsən..
Soso g
ülümsədi və Gega başa düşdü ki, dostu evə getməyə razıdır.
Onlar laqq
ırtı vura-vura pilləkəndən düşürdülər, amma Sosonun ayaqları bir-birinə dolaşırdı. Tina və Gega hərəsi bir tərəfdən onun qolundan tutdular, Soso gülə-gülə soruşdu:
- Bel
ə çox kefliyəm?
Bununla bel
ə Soso onların hər ikisini qucaqladı və aşiq olmuş dostuna görə özünü çox xoşbəxt hiss etdi və ürəkdən sevindi. Sonra uşaqlar taksi saxladılar, Soso yorulmadan düz evə qədər çərənlədi, maşından düşəndə isə sürücünü qucaqlayıb ciddiciddi soruşdu:
- Nyu-Yorkun taksi
çilərinə nəsə çatdırmaq lazımdır?
S
ürücü gülümsəyərək cavab verdi:
- Salam dey
ərsən...
-
Özüm qalxaram, - Soso girişin yanında Tina və Gegaya təşəkkür edib dedi.
- D
ənizə getmək istəyirik, bir həftəliyə, - Gega dedi.
-
İndi? Donmazsınız? Soso təəccübləndi.
- Birlikd
ə olsaq donmarıq, - Gega cavab verdi və Tinanı qucaqladı.
- Siz bu h
ökumət üçün çox gözəlsiniz, ehtiyatlı olun, - Soso dedi.
- N
ə?
- Siz sovet hakimiyy
əti üçün çox gözəlsiniz, - Soso təkrar etdi və pilləkənlə qalxmağa başladı.
Tina il
ə Gega taksi saxlamadılar, piyada getdilər, küçənin hər iki tərəfındə isə, doğrudan da hündür dirəklərdən qırmızı sovet bayraqları asılmışdı. Artıq gec idi, sevgililər dinibdanışmadan boş küçə ilə addımlayırdılar, birdən Gega dayanıb təbəssümlə qırmızı bayrağa baxdı. Tina onun nə düşündüyünü dərhal anladı. O da gülümsədi, Gega isə bayrağı qoparmaq üçün tez dirəklərdən birinə dırmaşdı. Bayraqdan yapışdı, əvvəlcə onu yüngülcə dartdı, sonra bir dəfə də dartmaq istədikdə gözlənilmədən dirəyin altında üçgözlü milis motosikli dayandı. Nə Tina, nə də Gega milis patrulunun bu boş küçədə belə sürətlə və səssizcə hardan peyda olduğunu anlamadı. Qorxudanmı, yoxsa çaşqınlıqdanmı hər ikisi keyiyib qaldı.
- D
üş aşağı görüm! sükanın arxasında oturmuş Bığlı dedi və mühərriki söndürdü. İkincisi gombul idi, özü də o qədər gombul idi ki, Tina hətta bu köklükdə insanın oturacağa necə yerləşdiyini düşünməyə başladı, amma dərhal ağlından keçdi ki, indi bu barədə düşünməyin heç yeri deyil. Qətiyyətini göstərmək üçün Bığlı hətta barmağını Gegaya tuşlayıb onun düşməsini istədi, Gombul isə hardansa duzlu xiyar bankası çıxartdı və bərkən xarçıldadaraq xiyarı dişlədi. Gega aşağı düşdü, səssizsəmirsiz yerində dayanmış Tinaya baxıb süni təbəssümlə gülümsədi, sonra baxışlarını Bığlıya tərəf çevirdi. Bığlı isə Geganı diqqətlə süzüb amiranə şəkildə soruşdu:
- Yuxar
ıda nə iş görürdün?
- Bayra
ğı öpürdüm, rəis, - Gega cavab verdi, birdən ona elə gəldi ki, bu adamları axmaq yerinə qoymaq olar.
- M
əzələnirsən? - Bığlı sərt şəkildə soruşdu və həmkarına tərəf baxdı. Gombul hələ də xiyar xarçıldadırdı, amma bu zaman nəyisə xatırlamağa çalışaraq gözlərini Gegadan ayırmırdı və birdən qışqırıb dedi:
- Ey o
ğlan, sən təsadüfən artist deyilsən ki? Səni kinoda görmüşəm, evlənmək istəyirdin, qardaşların isə qoymurdu, sən idin, düzdür?!
- B
əli, - Gega başını tərpədərək Gombula dedi, mən idim, artistəm.
- Aha, m
ən də elə olmuşam, evlənmək istəyəndə, böyük qardaşım icazə vermirdi, guya əvvəl o evlənməliydi, əgər o vaxt onun sözünə qulaq assaydım, indiyə qədər subay qalmışdım, deyə Gombul yenə duzlu xiyardan dişləyib Bığlıya baxdı:
- Onu buraxaq, yax
şı Oğlandır...
Bığlı motosikli iş
ə sala-sala Tinaya göz gəzdirdi, sonra yuxarıya qırmızı bayrağa baxdı, sonra isə, Gega eşitsin deyə bərkdən dedi:
- Bu bayraqlarla zarafat el
əmə, bala, onlar bunu xoşlamırlar, bağışlamırlar...
- Sa
ğ olun, Tina dedi, amma milisionerlər onu eşitmədilər - onların motosikli artıq uzaqda idi və boş küçədə yalnız sovet mühərrikinin səsi eşidilirdi...

                                               

                            Giya

- Al bir az da s
ən saxla, - Manana yorğun halda ərinə dedi və düz bir saatdır ki, ağlayan körpəni Giyaya verdi.
Manana yataq ota
ğının qapısını örtüb mətbəxdəki stulda əyləşdi. Siqaret çəkmək istəyirdi, amma fikrini dəyişdi - oğlu lap bərkdən ağladığına görə otağa qayıtdı.
Onun ad
ı Giorgi idi, ancaq hamı onu Giya çağırırdı; bu saat elə qayğılı görkəmi vardı ki, başqa vaxt olsaydı, arvadı mütləq gülümsəyərdi, amma indi deyil: indi yorğunluqdan Manananın əlləri elə ağrıyırdı ki, hətta gülümsəməyə də gücü qalmamışdı.
- Vcr bura, - o yen
ə oğlunu Giyadan alaraq dedi.
- B
əs mən nə edim? Giya çəkinə-çəkinə arvadından soruşdu, amma Manana cavabında onun məhz gözlədiyi sözləri dedi.
- He
ç bir şey.
Bu hirsli arvad
ın səsindən çox, yorğun qadın səsinə oxşayırdı, bununla belə Giya mətbəxə çıxdı, nəfəsliyi açıb siqaret yandırdı. O, siqareti tez-tez, əsəbi halda çəkirdi: uşaq çığırtısı bütün gənc atalar kimi onu da dəli eləyirdi, baxmayaraq ki, Giya ümumiyyətlə sakit xarakterli idi və çox şeyə səbr edə bilirdi.

Siqareti çəkib qurtardıqdan sonra soyuducunu açdı. Soyuducu boş idi, Giya onun qapısını elə hirslə örtdü ki, söyüş söyməkdən özünü zorla saxladı, amma birdən-birə sakitləşdi və hətta onun üzündə təbəssümə oxşayan bir şey də yarandı. Giya yavaşca yataq otağının qapısına yaxınlaşdı. Oradan daha uşaq çığırtısı gəlmirdi; qapının pərdəsini ehtiyatla kənara çəkdi ana ilə körpəsi yatmışdılar.



Giya yen
ə siqaret yandırdı, amma bu dəfə sevinə-sevinə, yenə nəfəsliyi açdı. İndi artıq yavaş–yavaş, ləzzətlə çəkirdi; siqaretin kötüyünü həmişə olduğu kimi çölə tullamadı, krantın altına tutub su ilə söndürdü. Sonra çox ehtiyatla zibil vedrəsinin qapağını açıb kötüyü vedrəyə atdı. Yenə boş soyuducunu açdı, yenə onu örtdü.
- Bo
ş olduğuna təəccübləndin? - arvadı soruşdu, Giya cəld geri çevrildi.
- El
ə bildim, yatırsan, - o Mananaya dedi və stulda əyləşdi.
- Yat
ırdım, amma körpəyə yemək hazırlamaq lazımdır.
- B
əlkə, onun yenə qulağı ağrıyır?
- Ola bil
ər.
- O d
ərmandan daha yoxdur?
- Yox, qon
şulardan da daha istəyə bilmərəm.
- Sabah alacam.
- N
ə ilə?
- Alacam.
- Yen
ə borc?
- Alacam.
- Daha borc götür
ə bilməzsən.
Fincandan
4 alacam.
- Fincanda çox bahadır.
- Alacam.
- Çay iç
ək. İşdən nə xəbər var?
- Sabah cavab ver
əcəklər.
-
İşə götürəcəklər?
- Y
əqin ki.
- S
əni heç yerə işə götürmürlər, nə üçün onlara ümid edirsən?
- Onlar m
ənim məhkum olunduğumu bilmirlər.
- Qoy, lap bilsinl
ər, axı sənə rəsmən bəraət veriblər, sənədlərin içərisində reabilitasiya aktı da var.
- Onu ad
ətən heç kim oxumur.
- S
ənsə sənədləri axıra qədər oxumalarını onlara, əlbəttə ki, söyləmirsən.

4 Fincan - Məşhur Tbilisi aptekçisi, gürcü yəhudisi Mixail Canaşvilinin ləqəbi. Sinaqoqun yanında apteki vardı. Müştərilərini bir fincan qəvəyə qonaq etdiyi üçün bu ləqəbi qazanmışdı.

- Əlbəttə.


- Q
ürurun və xudpəsəndliyin buna yol vermir.
- Yalvara bilmir
əm.
- Onda n
ə üçün onlara ümid edirsən?
- Art
ıq sənədlərin hamısını işin içindən götürdüm, sonra kadrlar şöbəsinə verdim.
Ərlə arvad güldülər, amma çətinliklə yatızdırılmış körpə dərhal yadlarına düşdü və hər ikisi eyni zamanda ağzını əlləri ilə örtdü.
- G
əl sənə tez kartof qızardım - Manana dedi, hələ bir az var, tənbəllik eləmirəm.
- Ac deyil
əm, - Giya cavab verdi, siqaretini qaza tutub yandırdı və yenə nəfəsliyi açdı.

Səhər tezdən evdən çıxdı.



Giya qoltu
ğuna sıxdığı bağlamaya göz atıb, Lenin meydanına tərəf gedən trolleybusa mindi. Meydandan Leselidze küçəsi ilə piyada aşağı düşdü və sinaqoqa tərəf buruldu. Sinaqoqun qarşısında bir neçə yəhudi dayanmışdı, Giya onlardan Fincanı görüb–görmədiklərini soruşdu. Lakin tanımadıqları adamın peyda olması yəhudiləri təşvişə salmışdı. Bu vaxta qədər Giyanın heç vaxt Fincana işi düşməmişdi. Giya hətta onun üzünü görməmişdi, amma bütün tbilisililər kimi bilirdi ki, Fincan xarici və defisit dərmanlar satır. Giya Fincanın hansı görkəmdə olduğunu bilməsə də, onun burada, bu yəhudilərin arasında dayandığını intuitiv olaraq hiss edirdi. Buna görə də Giya gəlişinin səbəbini gizlətmədən açıq şəkildə dedi: ·
- M
ənə dərman lazımdır, uşaq üçün..
Gincan da h
əmçinin genetik intuisiyası və böyük təcrübəsi sayəsində anladı ki, bu adam DTK-dan, yaxud SMOMB-dan5 deyildi, adi müştəri idi.

(5) Sosial Mülkiyyətin Oğurlanması ilə Mübarizə Bölməsi. rusca - OBXXSS

- Ged
ək, - o, Giyanı çağırdı və yaxınlıqdakı evin birinci mərtəbəsinə dəvət etdi. Fincan bir bloknot açıb, müştəriyə əyləşməyi təklif etdi. Giorgi cadəcə maraq ucbatından otağa göz gəzdirməyə çalışdı, amma fincanın buna vaxtı yox idi:
- S
ənə hansı dərman lazımdır? - Giyadan soruşdu və açdığı bloknota baxdı.
- Uşaq üçün qulaq d
ərmanı, Almaniyanın olsun, üç gündür ki, yatmır, qonşumuz Bolqarıstan buraxdığını vermişdi, amma o da qurtarıb.
- Eh, Bolqar
ıstanın dərmanı qətiyyən kömək eləmir. Sənə ya Almaniyanın, ya da Avstriyanın dərmanı lazımdır - Fincan peşəkarcasına əllərini açıb, onun sözünü kəsdi.
- Var?
Giya soruşdu və cavabı gözləyərkən o qədər həyəcanlandı ki, az qala siqaret çıxarıb yandıracaqdı.
-
Əslində bu dərman nadir tapılır, həm də çox bahadır, - Fincan sözə başladı, amma bu dəfə Giya onun sözünü kəsdi:
- Bundan baha olmayacaq ki?! - dey
ə o, bağlamasını masanın üstünə qoyub tez açdı və onun içindəkini Fincana göstərdi - bu, təptəzə amerikan cinsi idi; hətta Fincan da bundan təəccübləndi. Əvvəlcə özü onu uzun müddət gözdən keçirtdi, sonra həyətdən Moşeni çağırdı. İçəri girən Moşe heç bir söz demədən məsələnin nə yerdə olduğunu dərhal anladı və mala diqqətlə göz gəzdirdi, sonra məmnun halda Giorgiyə baxıb Fincanın eşidə biləcəyi bir səslə dedi:
- U
şaqların canı üçün, əsl Levisdir6, biz sinaqoqdayıq, yalan deməyi Allah bağışlamaz, - sonra yenə Giyaya baxıb işgüzar görkəmlə dedi: - Bunun müştərisi çox olacaq, burda qoyursansa, qiymətini də deməlisən.
- M
ənə körpə üçün dərman lazımdır, cinsi buna görə satıram, qiymətlərdən ümumiyyətlə başım çıxmır, birinci dəfədir ki, nəsə satıram, - Giya cavab verdi. Fincan və Moşe bir-birinə baxdılar. Sonra Fincan geri çevrilib şkafdan dərman götürdü və onu Giyaya uzatdı:

6 “Levis” - cins mallar istehsal edən şirkət

- Bunu cinsin pulundan çıxaram, qalanını is
ə sabah gəlib Moşedən gölürərsən.
Giya he
ç bir cavab vermədi, dərmanı cibinə qoyub yəhudilərlə sağollaşdı.
Əlbəttə, o bilirdi ki, işə görə bu dəfə də ona yox deyəcəklər, amma yenə də tədqiqat instituna getdi; bu gün ona rəsmi cavab verməliydilər və gözlədiyi kimi də oldu, kadrlar şöbəsində Giyaya üzrxahlıq etdilər:
- Sizin m
əsələyə baxıldı, amma boş yer yoxdur, yəqin ki, bu il olmayacaq. Sənədlərinizi bir ildən sonra gətirərsiz, bəlkə o vaxt...
- Bir ild
ən sonra mən uzaqda olacam, - Giya dodaqlarına qıpqırmızı pomada yaxmış qadına cavab verib, sənədlərini nəzakətlə geri aldı. Kağız-kuğuzu qoltuğuna vurdu, küçəyə çıxan kimi siqaret yandırdı. Küçəni keçib, bir az körpüdə dayandı, sənədlərini sakitcə Kürə atıb yoluna davam etdi. Yoldan keçən bir nəfərdən saatı soruşub trolleybusa mindi. O, qardaşları görməli idi və bilirdi ki, bu vaxt hər ikisi evdə olur, çünki nahar vaxtı idi, qardaşlar isə həmişə öz evlərində, bütün ailə ilə birlikdə nahar edirdilər.

Qapını Paata açdı və qonağı böyük yemək otağına dəvət etdi. Nədənsə yemək istəmirdi, amma Giya qardaşların atasına yox deyə bilməzdi, üstəlik o da masanın arxasında əyləşmişdi. Ata nahar vaxtı üstündə iri, xüsusi şriftlərlə Pravda yazılmış qəzeti oxuyurdu, amma əslində bu qəzetin həqiqətə heç bir dəxli yox idi, buna görə də böyük oğul gülümsəyərək atasına dedi:


-
Əgər bu qəzetdə həqiqəti yazsaydılar, onun qiyməti beş qəpik olmazdı.
- Sovet q
əzetlərində yalnız xarici xəbərləri oxuyuram, - Vaja da gülümsəyərək eynəyini çıxarıb oğluna cavab verdi.
- B
əs, sovet xəbərləri səni maraqlandırmır?
- Sovet x
əbərlərini mənə Amerikanın səsi çatdırır, - Vaja yenə gülümsəyə-gülümsəyə cavab verdi. Hamı güldü - Həqiqəti öyrənmək belə daha asandı...
Bir m
üddət sükutu heç kim pozmaq istəmədi, nəhayət ailənin başçısı üzünü uşaqlarına tutub soruşdu:
- Qonağa içki t
əklif etməyək? Sonra deyər ki, içkisiz yola verdilər.
- Sa
ğ olun, ancaq tələsirəm, - Giya dilləndi və qardaşlara baxdı.
- T
ələsirsənsə, tez-tez içərik, öz əlimizdə deyil?!
- Getm
əliyəm, - Giya ayağa qalxaraq dedi və yenə qardaşlara baxdı, - uşaqlara baş çəkməyə gəlmişdim.
- Ad
ınızı da cavan qoymusuz, - Vaja gülümsəyərək dedi, - yaxşı ki, Amerikada yaşamırsız, burada satılmır axı, yoxsa çaxır əvəzinə, yəqin ki, kokakola içərdiz.

O əlini yelləyib ayağa qalxdı. Giya yenə ev sahibinə təşəkkür etdi və qardaşlarla birlikdə onların otağında qaldı.


- M
ən hazıram, bu gün hətta sənədlərimi də çaya tulladım, Giya bunu sakitcə, lakin çox qətiyyətlə dedi və uşaqların reaksiyasını gözlədi.
- Y
əqin, Kürü nəzərdə tutursan? - Kahaber zarafatla dedi, Paata isə çox ciddi şəkildə soruşdu:
- Pasportu saxlad
ın?
- Saxlad
ım. Bəs, siz nə etdiniz?
- Biz n
ə etməliydik ki?
- Ax
ı, siz o rahibin yanına getməliydiniz.
- Getdik.
- N
ə oldu? Hələlik ona heç nə demədik. Bir neçə gündən sonra gələcək, onda deyərik.
- Raz
ılaşacaq?
- H
ələ bilmirik.
- Dil
ə tutmaq lazımdır. Rahib bizə çox lazımdır. O, təyyarəyə silah keçirməlidir.
- Bilirik. Ham
ımızın üst-başını axtaracaqlar.
- Yayda Moskvaya u
çanda bizimlə birlikdə təyyarədə bir keşiş də vardı, qəsdən ona göz qoyurduq, onu ümumiyyətlə yoxlamadılar və hamı görsün deyə, ona açıqca xüsusi ehtiram göstərdilər...
- Bilir
əm. İndi onlar üçün belə əlverişlidir, o rahib bax elə buna görə bizə çox lazımdır. Mən qəti qərara gəlmişəm, istənilən variantda gedəcəyəm. Burada heç vaxt iş tapa bilməyəcəm, bunu dəqiq bilirəm.
- M
ənim işim olacaq, amma nə olsun? On yeddi ildir ki, oxuyuram, amma ayda yüz iyirmi manat maaş verəcəklər, hələ bundan vergi tutacaqlar.
- M
ən getdim, - Giya Paatanın sözünü kəsib ayağa qalxdı. Hər ikisi ilə sağollaşıb siqaret çıxartdı:
- K
üçəyə çıxanda yandıraram.
- H
əftənin axırında rahibin cavabını öyrənib sənə deyərik.
- G
özləyirəm.
Giya
əlini yelləyib, qardaşlarla bir daha sağollaşaraq çıxıb getdi. 

Qapını arvadı açdı, Giya əvvəlcə onun yanağından öpüb, sonra cibindən uşaq dərmanını çıxartdı. Giya razı halda dərmanı Mananaya uzatdı və stulda əyləşdi:
- H
ə, uşaq necədir?
- Yat
ır.
- Sabah pulum da olacaq.
- S
əni işə götürdüklərinə o qədər seviniblər ki, ilk maaşını elə sabah verəcəklər...
Giya g
ülümsədi.
-
İşə gölürmədilər.
- S
ənədlərini geri aldın?
Giya ba
şını tərpəldi.
- Ver, gizl
ədim. Bəlkə, nə vaxtsa lazım olan
- Harda gizl
ədəcəksən?
- Cins
şalvarının altında.

Giya maraqla onun üzünə baxdı: bilmək istəyirdi ki, görəsən Manana onun cinsinin necə olduğunu bilirmi? Lakin heç bir şübhəli şey hiss etməyib cəsarətlə cavab verdi:


- M
əndə sənədlər yoxdur.
- B
əs hardadır?
- Y
əqin ki, Bakıda.
Bu d
əfə Manana gülümsədi:
-
Əgər sənədlərini çaya tullamısansa, hələ heç Rustaviyə də üzüb çatmaz, fikrini dəyişsən, orada onları tuta bilərsən.
- Fikrimi d
əyişmərəm. Qəti qərarımdır.
- B
əs, biz necə olacağıq?
- El
ə sizə görə gedirəm, burada qalmayacaqsız. Əvvəlcə özüm buradan çıxmalıyam, sonra isə, əlbəttə ki, sizi apar maq lazımdır...
- Hansı yolla?
- H
ələlik bilmirəm.
- Q
əti Qərara gəlmisən ki, gedəcəksən?
- Q
əti.
- Y
əqin, o təzə Levis cinsini geyinib gedəcəksən.
Manana g
ülümsəmədi, bununla belə bu zarafat Giorgini çox hirsiəndirdi, buna görə də ayağa qalxdı. Siqaret çıxarıb yandırdı, sonra söndürdü və gedərkən giriş qapısını bərkdən çırpdı körpənin yatdığını sadəcə unutmuşdu.
Bir m
üddət sonra, 1983-cü ilin 18 noyabrında uğursuzluqla qaçırılmış həmin təyyarədə bir neçə güllə dəydikdən sonra (onlardan biri ölümcül idi), ömrünün ən son anında Giya balaca Giorgiyə aylı gecədə ulduzları göstərdiyi və əgər darıxsan, bu ulduzu tap və mənə əl elə... dediyi həmin günü xatırladı... 




                        Dəniz

Dəniz o qədər sakit idi ki, hərəkətsiz görünürdü. Hərəkətsiz Qara dəniz. Payızda, küləkli qış günlərindən bir az əvvəl o belə olur. Batmaqda olan günəş də nəhəng, qırmızı və gözəl idi.

Tina və Gega günəşin qürubunu adətən eyvandan seyr edərdilər. Oradan avtomatlarla silahlanmış rus sərhədçilərinin diqqətlə nəzarət etdikləri bütün sahilboyu zolaq ovuc içi kimi görünürdü. Lap yaxınlıqda, iki kənddən sonra Türkiyə başlayırdı. Sərhədə hətta bir neçə kilometr yaxınlaşmaq belə, əlbəttə, qadağan edilmişdi, buna görə də Tina ilə Gega yuxarıda, dağın lap zirvəsində yerləşən və qəşəng eyvan olan evdə otaq kirayələmişdilər. Ev lazların idi və bütün lazlar kimi ev sahibləri də tez-tez Qara dəniz balığından dadlı-dadlı yeməklər hazırlayır və Tina ilə Geganı nahara yaxud şam yeməyinə dəvət edirdilər. Qonaqlar ev sahibləri çox yaxın olmuşdular, bununla belə Gega ingilis dili ilə gizlicə məşğul olmağa davam edirdi - istəmirdi ki, onun səyləri, çalışmaları sərhədin lap yaxınlığında yaşayan bu ailədə şübhə doğursun. Ona görə də yeni sözlərin bu cür gizlicə öyrənilməsi bir az gülməli görünürdü: gecələr, pıçıltı ilə, düzgün cavaba görə onu öpüşlərlə mükafatlandıran Tina ilə birlikdə.


Gəlməmişdən bir gün əvvəl onlar yenə sahil boyunca gəzməyə çıxdılar və günəşin qürubuna sahildən baxıb, yalnız bundan sonra evə qayıtmağı qərara aldılar.
Payız idi, hava soyuqdu, amma iliyə işləyən soyuq yox idi. Tinanı Geganın yaxında olması isidirdi, bu yaxınlığı o daim hiss edirdi, xüsusən də Gega onunla yanaşı oturub, dalğaların şappıltısına qulaq asa-asa günəşin batmasını gözləyəndə.
Dəniz sakit, günəşsə nəhəng və qırmızı idi.
Gega Tinanı qucaqlayıb yanağından öpdü. Tina başını onun çiyninə qoydu və bütün dünyada ona Gegadan daha yaxın birinin olmadığını yenə hiss ctdi.
- İnsan dənizi üzüb keçə bilərmi?
- İnsan istəsə hər şey bacarar.
- Sənə teoretik sual vermirəm, real olaraq, insan bu dənizi üzüb keçə bilərmi?
- Eninə?
- Hə, Türkiyəyə qədər.
- Bilər, bizim kinostudiyada soyadı Aleksandriya olan bir nəfər vardı, deyəsən, rejissor idi, ya da operator, bax o üzüb keçmişdi.
- Qara dənizi üzüb keçmişdi?
- Hə, buradan Türkiyəyə qədər.
- Necə?
- Yavaş-yavaş
- Düzünü de.
- Düz deyirəm, üzüb keçmişdi.
- Necə?
- Məşq etdi, çalışdı, sonra da üzüb keçdi.
- Bütün dənizi?
- Türkiyəyə üzüb çatanda onu gəmiyə qaldırmışdılar.
- Demək, axıra qədər üzə bilməyib. Bəs, indi hardadır?
- Amerikada...
Sonra onlar susaraq dənizin sahilində, ağ daşların arasında olurdular, buna görə də avtomatlarla silahlanmış sərhədçilərin yaxınlaşdığını hiss etməmələri onları təəccübləndirdi. Əvvəlcə Tina ilə Gegadan sənəd tələb elədilər, sonra dedilər ki, onlar öz əxlaqsız davranışları ilə ictimai qaydaları pozurlar. Tina ayağa qalxaraq təəccüblə ətrafına boylandı - bu kimsəsiz və qumlu sahilin həqiqətən ictimai görüş yeri olub–olmadığını bilmək istəyirdi. Amma onu ən çox təəccübləndirən bu idi ki, sevdiyi insanın çiyninə baş qoymaq əxlaqsız hərəkət hesab olunurdu.
Tina təəccüblənmiş, Gega isə əsəbiləşmişdi - o, özünü alçalmış hiss edirdi, buna görə də Tina onun silahlı adamlara nə isə deyəcəyindən qorxurdu, odur ki, baxışları ilə ondan sərhədçilərə heç bir şey deməməyi xahiş etdi. Gega hirsindən dodağını dişlədi, amma yenə də heç bir söz deməyib, Tinanın ardınca evə sarı getdi və uzun müddət dinib-danışmadı...
Gega susub hərəkətsiz halda uzanmışdı, o sükutu pozana qədər Tina ehtiyatla, uşaq kimi onun başını sığalladı:
- Bax buna görə burada yaşamaq istəmirəm...
- Ordu və polisi hər yerdə kobud və amiranə davranır.
- Amma sevgi heç yerdə qadağan edilməyib.
- Azad ölkələrdə bəlkə də qadağan edilməyib.
- Mən də azad ölkədə yaşamaq istəyirəm, sən istəmirsən?
- Mən səninlə olmaq istəyirəm.
- Bəs, sənə azadlıq lazım deyil?
- Sənin yanında mən hər yerdə azadam.
- Getsəm, mənimlə gedəcəksən?
- Dənizi üzüb keçə bilmərəm.
- Mən də bacarmaram, çox yaxşı üzə bilmirəm.
- Bəs nə etmək fıkrindəsən?
- Uçmaq.
- Uçmağı yaxşı bacarırsan?
- Axı sən mələksən, əsas odur ki, sənin qanadların ikimizi də göyə qaldıra bilsin.
- Mən ciddi soruşuram, nə etmək fıkrindəsən?
- Mən də ciddi deyirəm ki, sən mələksən.
- Düzünü de.
- Doğrudan da ucacağam, amma səninlə birlikdə...
Tina ayağa qalxıb, pəncərəni açdı və dənizə baxdı. Qara dənız həqiqətən qara idi.
Dato qardaşlarla birlikdə onun otağında oturmuş Tevdore ataya diqqətlə qulaq asırdı. Datonun otağı ilk baxışdan qayğısız bir gəncin otağı kimi təəssürat bağışlayırdı. Tevdore ata çox adi, lakin o dövr üçün çox mühüm olan mövzulara dair çox sakitcə söhbət edirdi.
- Siz getdikdən bir gün sonra yenə mənə baş çəkdilər.
- Onlara nə lazım idi?
- Yəqin, öyrənmək istəyirdilər ki, mənim yanıma hansı işdən ötrü gəlmisiz.
- Bəs, onlara nə cavab verdin?
- O zaman nə haqqında danışmışdıqsa, onu da dedim.
- Nə haqqında danışmışdıq?
- Allah, Mərhəmət və Sevgi haqqında.
- Onlar bundan qorxurlar?
- Onlar ən çox elə bundan qorxurlar, ancaq bunu dildə etiraf etmirlər və Kilsə ilə açıq şəkildə mübarizə aparmırlar. Hətta əksinə, strategiyanı dəyişiblər, keşişlərlə, rahiblərlə xüsusi ehtiramla davranırlar ki, hər kəs bunu görsün, DTK isə gizlicə hər kəsi izləyir.
- Bəs, sən nə fıkirləşirsən?
- Həmişəki fikrimdəyəm. Maneələr mənim etiqadımı yalnız möhkəmləndirir, ilk xristianların yolu belə başlayıb. İmtahanlar iman sevgisini daha da gücləndirir...
- Sən rahibsən və öz seçimini artıq etmisən.
- İnsan həmişə və hər yerdə öz seçimini etməlidir, onun dindar ya da dünyəvi olması mühüm deyil. Xeyirlə şər, İşıqla zülmət, köləliklə azadlıq arasında mütləq öz seçimini etməlidir...
- Biz də öz seçimimizi etmişik, - Kahaber dedi; o əvvəlcə dostlarına, sonra rahibə baxdı və sözlərini yenə təkrarladı.
- Seçiminiz nədir? - Tevdore ata onlardan soruşdu.
Uşaqlar tərəddüdlə bir-birlərinə baxdılar və yaranmış sükutdan sonra Paata Tevdore atanın gözlərinə baxıb çox sakitcə dedi:
- Gedirik.
- Necə?
- Təyyarə ilə.
- Necə?
- Amerikanın Türkiyədəki hərbi bazasında enəcəyik, sonra isə onlar özləri bizim qayğımızı çəkəcəklər.
- Necə?
- Necə ki, litvalıların qayğısına qalmışdılar; keçən il onları Amerikada qəhrəmanlar kimi qarşılamışdılar, yadındadır?
- Litvalıların sadəcə bəxti gətirmişdi.
- Bizim də bəxtimiz gətirəcək, pilotları yüngülcə qorxudacağıq, onlar da kursu dəyişəcəklər.
- Nə ilə qorxudacaqsınız?
- Silahla hədələyəcəyik... .
- Bəs, silahı təyyarəyə necə keçirəcəksiniz, axı hamının üst-başını diqqətlə yoxlayırlar?
- Keşişlər və rahiblərdən başqa, - Dato cavab verdi və uşaqlarla birlikdə Tevdore atanın reaksiyasını gözləməyə başladı; rahib uşaqların ondan nə xahiş etdiklərini anladı, buna görə də soruşdu:
- Əgər ölənlər olsa?
- Ölən olmayacaq.
- Əgər olsa?
- Olmayacaq.
- Yüz faiz?
- Yüz faiz heç nə mümkün deyil.
- Demək, ola bilər.
- Yalnız nəzəri cəhətdən.
- Buna görə də nəzəri cəhətdən dəyməz ki...
- Nə dəyməz?
- Heç bir azadlıq və ümumiyyətlə heç bir məqsəd hətta bir insanın həyatı bahasına belə qazanılmağa dəyməz. Hər bir insanın ömrü yalnız Allaha məxsusdur və onun ölümünü yalnız Allah hökm edir...
Axı biz heç kimi öldürməyə hazırlaşmırıq, – Paata onun sözünü kəsib hirslə Datoya baxdı, - silah yalnız pilotları qorxutmaq üçün lazımdır, vəssalam.
- Qorxunun ardınca adətən qurbanlar gəlir, pilotlara heç kim icazə verməz ki, təyyarəni Türkiyədə yerə endirsinlər.
- Amma litvalılar bacardılar axı? - Paata yenə onun sözünü kəsdi.
- Elə buna görə də onları məcbur edə bilməyəcəksiniz. Ruslar səhvləri təkrarlamırlar...
Qardaşlar ayağa qalxdılar, heç bir söz demədən gödəkçələrini götürdülər və sağollaşmadan çıxıb getdilər.
Otaqda yalnız Dato ilə rahib qaldı. Uzun fasilədən sonra Tevdore ata gülümsəyərək dedi:
- Yəqin elə fikirləşdilər ki, mən qorxdum...
Giorgi küçənin ən qələbəlik yerində Soso ilə görüşdü və dərhal dedi: ·
- Keşiş razılaşmadı.
- Bilirəm.
- Yalnız bir variant qalır.
- Hansı.
- Silahı təyyarəyə Geganın sevgilisi olan o qız keçirməlidir.
- Necə?
- Qarnında, hamilə arvad kimi.
- O hələ ərə getməyib.
- Buna görə də Gega əvvəlcə evlənməlidir, toydan dərhal sonra isə yola düşərik.
- O razılaşar?
- Bilmirəm, amma sən bunu ona deməlisən və elə deməlisən ki, razılaşsın.
- Geganı başa düşdüm, bəs Tina?
- Onun adı Tinadır?
- Hə, Tinadır.
- Tinanı Gega dilə tutar. Başqa yol yoxdur. Vaxtımız azdır, Giorgi deyib getdi.
Soso hələ bir müddət də səkidə dayandı, sonra küçəni keçib Gözdən ildi.
- Qar artıq əriyib? - Dato monastrın həyətində hökm sürən sükutu pozaraq təəccüblə Tevdore atadan soruşdu.
- Payız günəşidir, amma hər halda günəşdir, bir həftədən sonra yenə qar yağacaq.
- Bura çox sakitlikdir.
- Bura sakitlikdir, insana isə sakitlikdən çox, dinclik, rahatlıq lazımdır.
- Məni bu rahatlıq üçün çağırmısan?
- Yox, Geganı özünlə niyə gətirməmisən?
- Onun çəkilişləri vardı, dedi ki, o biri həftə mütləq gələcək.
- İstəyirdim, Gega da bu gün burada olsun, hər ikinizlə danışmaq istəyirdim.
- Nə deyəcəkdin?
- Bilirəm ki, getməyi qərara almısız.
- Hələlik heç bir şey həll olunmayıb.
- Elə buna görə deyirəm ki, əgər Gega qərara gəlsə, sənin də onlarla gedəcəyini bilirəm.
- Axı dedim ki, onların hələlik qəti fıkirləri yoxdur.
- Ancaq sənə deyim ki, mən hiss edirəm, onlar artıq qərarlarını veriblər, elə buna görə də Gega bura gəlmir.
- Axı dedim ki, belə bir şey yoxdur.
- Öz işindir, istəyirsən mənə heç nə demə. Buna görə səni çağırmamışam, əksinə başqalarına demək istədiyimi sənə də demək istəyirdim, amma onlar yaddırlar və Allahın Sənə bəxş etdiyi şey onlarda yoxdur.
- Allah mənə nə bəxş edib?
- Fərasət. Bəlkə də, başqa dillərdə insanın eyni zamanda həm ağılla, həm də hissiyyatla hərəkət etdiyini bildirən bu cür dəqiq söz yoxdur.
- Axı sən bilirsən ki, mən heç nəyi həll etmirəm.
- Elə buna görə də deyirəm ki, əgər imtina etsən və onlarla getməsən, insan həyatının istənilən yüksək ideyadan dəyərli olması haqqında o birilər də düşünər.
- Ölən olmayacaq. Axı bilirsən ki, mən heç vaxt heç kimi öldürmərəm. Başqası ölüncə, mən ölsəm yaxşıdır. Bunu bilirsən.
- Siz öldürməyəcəksiz, amma onlar öldürəcəklər, öz sərnişinlərini öldürəcəklər, günahsız insanları və...
- Sonra da bizi günahlandıracaqlar?
- Əlbəttə, sizi günahlandıracaqlar, amma ən pisi bu olacaq ki, onların öldürdüyü insanlara görə həqiqətən siz məsuliyyət daşıyacaqsız...
- Biz niyə?
- Çünki onları sizin ucbatınızdan öldürəcəklər.
- Ölən olmayacaq.
- Olacaq! Siz bu cür zərbə vurmaq istədiyiniz insanları pis tanıyırsız, buna görə də Gega yəqin fikirləşir ki, onu orada rol alacağı növbəti tamaşa, ya da fılm gözləyir.
- Əgər buradan bir neçə nəfər qaçarsa, belə güclü imperiya bundan zəifləyəcək ki?
- Onlar üçün yüzlərin, minlərin əhəmiyyəti yoxdur, insanlar ümumiyyətlə əhəmiyyətli deyillər...
- Bizim üçün daha sərfəli.
- Amma onların yad tamaşalardan zəhləsi gedir, onlar yalnız öz tamaşalarını sevirlər və təhqiri bağışlamırlar.
- Biz heç kimi təhqir etməyə hazırlaşmırıq.
- Siz təsəvvür etmirsiz ki, hakimiyyəti qamarlayan təkəbbürlü insanlar nə qədər kinli olurlar.
-Bu hakimiyyət təyyarəni qaçıran litvalılara heç bir şey edə bilmədi və onları buraxdı.
- Elə buna görə də sovet hakimiyyəti bu səhvi təkrar etməyəcək və Sizi buraxmayacaq!..
- Biz hələlik heç bir şeyə qərar verməmişik.
- Amma sonra gec olacaq. Buna görə Geganı görmək istəyirəm. O, yəqin elə fikirləşir ki, geri çəkilmək ayıbdır, mənsə istəyirəm ki, o Allah haqqında düşüncələrin ondan istifadə etmək istəyən insanların fikrindən daha mühüm olduğunu bilsin...
- Əgər Gega özü istəməsə, heç kim ondan istifadə edə bilməz və onun istəmədiyi heç bir şeyə məcbur edə bilməz.
- Buna görə də, nə qədər ki, gec deyil, Geganı görmək istəyirəm. Onu burada gözləyəcəyəm Və hər şeyi ona deyəcəyəm. - De ki, onu gözləyirəm.
- Deyərəm.
- Hər gün gözləyirəm.
- Deyərəm.
Dato yamacla aşağı düşüb, monastırdan xeyli uzaqlaşdıqda, yenə dönüb geriyə baxdı; monastırın girişində sakitcə dayanmış rahib dostu əlini qaldırıb onunla sağollaşırdı. Dato çevrilib yoluna davam etdi və çıxıb getdi. Getdi...

                                              Toy



Bu toy ənənəvi gürcü toyuna həm oxşayır, həm də eyni zamanda oxşamırdı. Sanki hər şey elə bu cür də olmalıydı, amma bununla belə bəzi qonaqların nə isə qeyri-adi, xüsusi bir şey gözlədiyini və buna görə də həyəcanlandığını hiss etmək mümkün idi. Hərçənd bu toyu iki xoşbəxt gəncin yalnız nikah mərasimi kimi qəbul edən bütün digər qonaqlar, əlbəttə ki, şənlənirdilər, bəziləri isə həddindən artıq coşmuşdu.
Hamiləlik əlaməti kimi qarnı irəli çıxan gəlin deyəsən yorulmuşdu, lakin Geganın anası sırf analıq intuisiyası ilə nə isə hiss etmişdi. O nə baş verdiyini dəqiq bilmirdi, amma bütün bu şənliyi, rəqsləri və mahnıları müşayiət edən kədərin varlığını aydın hiss edirdi.
Tanımadığı bir qonağın davranışları Natellaya xüsusilə qəribə gəldi. Onu restorana girməyə razı sala bilməyən Gega onunla qapının yanında uzun müddət və çox həyəcanlı halda söhbət edirdi. Natella söhbətin nədən getdiyini eşitmirdi, amma hiss edirdi ki, oğlu bu adamla mübahisə edir və ona nə isə izah etməyə çalışır. Bu naməlum adam isə bəylə razılaşmırdı. Sonra qonaq restoran girmədən, gəldiyi kimi də çıxıb getdi.
Geganın anasına elə gəldi ki, onun oğlundan yaşca açıq-aşkar böyük olan bu adam (əslində bu, Giorgi idi) getməzdən əvvəl, məyus-məyus başını aşağı salmış Geganı hətta barmağı ilə hədələdi. Və restorana qayıdan oğlu bundan sonra bir dəfə də olsun gülümsəmədi. Hər şeyin həqiqətən belə olduğunu, yoxsa onu qara basdığını Natella nə o vaxt, nə də sonralar öyrənə bilmədi.
Yaxşı yadında qalan yeganə şey - qonaqlara qulluq edilməsi idi. Yetərincə çox qonaq gəlmişdi. Natella ev sahibəsi olaraq heç kəsi unutmamağa, hamıya diqqət yetirməyə çalışırdı, buna görə də oğluna vaxt ayıra bilmirdi. Amma yenə də onu gözündən qaçırmamağa çalışırdı; toy bitənə qədər, xüsusən də göyərçinlər restorana gətirildiyi andan etibarən anası Geganı gözləri ilə gəzdi. O vaxtlar Gürcüstanda belə bir ənənə vardı - toya simvolik olaraq bir cüt göyərçin gətirir və onları bəylə gəlinə hədiyyə edirdilər; lakin bu toyda göyərçinlərin hardan ortaya çıxdığını hadisələrin üstündən bir müddət keçdikdən sonra heç kəs xatırlaya bilmədi. Bəlkə də, bu kiminsə zarafatı idi, elə buna görə onları Gega ilə Tinanın toyuna gətirmişdilər; göyərçinləri buraxdıqdan sonra zalda həqiqətən gülüş səsləri eşidildi və şənlik coşdu. Amma qəfildən elə bir şey baş verdi ki, bunu heç kəs gözləmirdi: tavanın altında qanad çalan göyərçinlərdən biri gözlənilmədən, daş kimi cansız halda yerə düşdü və zala çökmüş qəbir sükutu içində kimsə qorxu ilə, amma aydın şəkildə dedi:
- Göyərçinlərdən biri öldü.
Qonaqlar qorxu və heyrətlə bir–birlərinə baxdılar, bəziləri Gega ilə Tinaya oğrun-oğrun göz gəzdirdi. Bu qorxunc sükutu Gega pozdu: o, musiqiçilərə mahnı sifariş verdi və toy davam elədi.
Toy getməyinə gedirdi, amma hamı hiss edirdi ki, nə isə çox qəribə və mühüm bir şey baş verib. Hələ əsas hadisələrin irəlidə olduğunu, bu qələbəliyin içərisində təkcə Geganın anası hiss edirdi, buna görə də Natella qonaqların arasında öz oğlunu daim, heç olmasa baxışları ilə axtarır, hey axtarırdı. Gega toyun axırına yaxın ya yorgunluqdan ya da ki, içdiyi çaxırın təsirindən kədərli halda İrakli Çarkvianinin yanında oturmuşdu.
Gega İraklini qucaqlayıb, ona nə isə pıçıldadı. İrakli gülümsədi. Amma Natellaya elə gəldi ki, bu təbəssümün arxasında nə isə çox ciddi bir şey var və Gega İrakli ilə əməlli-başlı vidalaşır. Hər necə olsa da, Gega içdiyi çaxırdan təsirlənən gürcülərə qətiyyən oxşamırdı; gürcülər dostlara olan sevgilərindən belə anlarda onlarla uzun-uzadı danışmağı xoşlayırlar. Lakin Natella oğlunun toyunda əslində nə baş verdiyini bilmədiyindən, bütün şübhələrini ana marağının təzahürü kimi hesab etdi.
Buna görə də Gega Dato Yevgenidze ilə vidalaşarkən, Geganın Datoya bağışladığı bir qutu siqaretə Natella hətta gözucu da baxmadı. Onların arasındakı söhbəti yalnız sonralar xatırladı. Bu, Türkiyədə istehsal olunmuş bir qutu amerikan “Kemel”i idi - o vaxtlar Tbilisidə nadir şey sayılırdı, buna görə də Yevgenidze bu hədiyyəni götürmək istəmirdi:
- Götür, qoy məndən xatirə olsun, - Gega siqareti dostunun cibinə qoyaraq dedi.
- Varımdır, istəmirəm, - Yevgenidze cibindən "Kemel"i çıxararaq cavab verdi.
- Yadigar olaraq bağışlayıram, - deyə təkrar edərkən Geganın üzündə elə bir ifadə vardı ki, Dato gülümsəyib siqaretə baxdı. Qutunun üzərində aydınca yazılmışdı - “Türkiş”
- Elə bilirdim, onlar Amerikanındır, - Dato qutudan siqaret çıxarıb Gegaya dedi.
- Amerikanındır, amma Türkiyədə istehsal edilib, Samsun tütünündən...
- Bilirəm, Samsunda amerikan bazası yerləşir, ora Batumidən çox da uzaq deyil, amma sərhədin o tərəfindədir...
- Qoy, məndən sənə yadigar qalsın, - deyə Gega onun sözünü kəsdi; o gizlətməyə çalışsa da, aydın idi ki, bir az karıxıb. Özünü ələ almağa çalışaraq, Dato Yevgenidzeni son dəfə qucaqladı...
Nəhayət, qonaqlar dağılışdı, artıq çox gec idi, restoranın işçiləri yorğun halda masaların üstünü yığışdırırdılar. Bəylə gəlinin masası bir az hündürdə və ayrı idi; boşalmış salonda yalnız iki nəfər masa arxasında oturmuşdu - Tina və Gega. Onlar toyun səs-küyündən sonra tək qalmışdılar, amma salona səssizlik çöksə də, Gega bu axşam xüsusilə gözəl görünən Tina ilə pıçıltıyla söhbət edirdi:
- Səhər açılan kimi gedəcəyik.
- Bilirəm.
- Cəmi bir neçə saat qalıb.
- Bilirəm.
- Sən qərara gəlməlisən. Daha buraya qayıtmayacağıq.
- Qərara gəlmişəm.
- Mən başqa şey haqqında danışıram.
- Hər şeyi qərara almışam.
- Axı, sən istəmirdin.
- Elə indi də istəmirəm, amma uçacağam.
- Niyə?
- Nə niyə? Niyə istəmirəm? Yoxsa niyə uçuram?
- İstəmirsən, amma uçursan.
- İstəmirəm, amma səninlə birlikdə uçuram.
- Bəs, niyə istəmirsən?
- Sizin planınıza heç cür haqq qazandırmaq olmaz.
- Niyə?
- Ona görə ki, insanlara xətər yetirə biləcək şeyə haqq qazandırmaq mümkün deyil.
- Ölən olmayacaq, silahı yalnız pilotları qorxutmaq üçün götürük...
- Silah olan yerdə, ölən də həmişə olur, həlak ola biləcək insanlar isə bizə heç bir pislik etməyiblər.
- Biz kiçik təyyarə ilə uçacağıq, bizdən başqa orada cəmisi bir neçə sərnişin olacaq....
- Hətta bircə nəfər olsa belə, o sərnişinin heç bir günahı yoxdur
- Əgər qorxursansa, bu saat söylə, hər şeyi ləğv edək.
- Qorxmuram
- Mənə elə gəlir ki, bir az qorxursan.
- Qorxmuram, uçmaqdan da, ölümdən də qorxmuram. Hətta mənə demək istədiyin, amma heç cür deyə bilmədiyin məsələdən də qorxmuram.
- Hansı məsələ?
- Yəni, təyyarəyə silahı mən keçirməliyəm... Tina əlini irəli çıxmış qarnının üstünə qoydu və gələcək körpəsini məhəbbətlə, nəvazişlə sığalladı. Gega uzun müddət susdu, sonra Tinadan yenə soruşdu:
- Axı, nə üçün heç nədən qorxmursan?
- Çünki mən sevgidən qorxmuram...
Səhər Gega çox şən idi, buna görə Natella düşündü ki, oğlu toy səyahətindən daha çox, sevimli Batumiyə səfər edəcəyinə görə sevinir. Orada oğlunu son payızın dənizi və Tbilisinin səs-küyündən, gurultulu toy ziyafətindən tamamilə fərqli olan bir sükut və dinclik gözləyirdi. Natella yalnız qəribə vidalaşmaya görə təəccübləndi. Gega evdən çıxarkən həmişə onu öpər, sonra küçəyə çıxaraq geriyə boylanmadan, vidalaşma əlaməti kimi adətən ayağını da qaldırardı - pəncərədən baxaraq, yeganə oğlunu baxışları ilə ötürən anası görsün deyə, bunu qəsdən edərdi.
O gün Natella həmişəki kimi pəncərədən baxırdı, amma Gega özünəməxsus vida jestini bu dəfə etmədi – ayağını qaldırmadı, geri dönüb baxmadı. Getdi. Çıxıb getdi...
Aeroportda həmişəki kimi qələbəlik idi, amma bu ümumi qarışıqlığın içərisində gözəl bəy–gəlin və onlarla birlikdə toy səyahətinə yollanan bir neçə dost hər halda seçilirdi. O dövrdə belə şeylər tez-tez olduğundan, heç kimi təəccübləndirmirdi. Lakin Batumiyə uçan reys elan edilərkən, adətən Tbilisi ilə Batumi arasında uçuş edən kiçik təyyarənin əvəzinə, nədənsə həmin gün bu reyslə əvvəlcə Batumiyə, oradan isə Leninqrada uçmalı olan böyük bir təyyarənin yola düşəcəyi məlum olduqda sərnişinlər çox təəccübləndi. Bu dəyişiklik uçuşu gözləyən bir neçə sərnişini çox əsəbiləşdirmişdi. Onların üzlərindən tərəddüd etdiklərini görmək mümkün idi. Lakin sonra bunun bir təsadüf olduğuna qərar verərək, onlar da digər sərnişinlərlə birlikdə qeydiyyatdan keçdilər. Təkcə hamilə olan Tina standart yoxlanış prosedurundan keçmədi. Hamilə halda xüsusi nəzarət məntəqəsindən keçmək şüalanma üzündən pis nəticə verərdi, buna görə də aeroport işçiləri Geganın xahişini həvəslə olmasa da, hər halda yerinə yetirdilər və hətta təzə bəylə gəlini administrasiyanın adından rəsmən təbrik etdilər. Sonra kimsə şampan şüşəsi açdı və dünənki içkinin təsirindən hələ ayılmayanlar şampana hamıdan daha çox həvəs göstərdilər. Onlar yeni evlənənləri dalbadal bir neçə dəfə elə ürəkdən təbrik etdilər ki, az qala təyyarəyə gecikəcəkdilər. Sonra hər kəs salonda öz yerini tutdu, stüardessa bu cür izahatlara bir qayda olaraq heç vaxt qulaq asmayan diqqətsiz gürcü sərnişinlərə təhlükəsizlik qaydalarını izah etdi.

Təyyarə havaya qalxdı.

Lakin buna qədər, uçuşa qədər, nəzərdə tutulmamış bir hadisə baş verdi. Sərxoş olub ağlını itirmiş bir sərnişinin üzündən uçuş yubandı, onu sakitləşdirmək mümkün olmadığından uçuş heyəti milis çağırdı; və oraya gəlmiş milislər bu əlli doqquzuncu sərnişini təyyarədən çıxartdılar.
Həmin əlli doqquzuncu sərnişin bilmirdi ki, uçuşdan bir az sonra digər əlli səkkiz sərnişinin hamısı ona həsəd aparmağa başlayacaq; çünki təyyarə buludların üzərinə qalxdıqda, o, bu təyyarənin salonunda oturmamış yeganə sərnişin idi...

Günorta vaxtı idi, amma Natella yatmışdı. Bütün gecəni ev-eşiyi yığışdırmışdı, səhər isə oğlu ilə gəlinini toy səyahətinə yola salıb, boşqabları yumağa başladı, ancaq yorğunluqdan ayaq üstdə güclə dururdu, yatmaq istədiyindən qabları yumağı sonraya saxladı. Bir az mürgüləməyi qərara aldı və elə oradaca, kresloda büzüşüb yatdı. Gürcülər bunu “göz aldatmaq” adlandırırlar. Natella hətta sonralar da əminliklə deyə bilmirdi ki, o vaxt kimsə çox ehtiyatla pəncərəni döydükdə o yatmışdı, yoxsa gözlərini yumub sadəcə oturmuşdu. Pəncərə yanında idi, Natellanın hiss etdiyi ilk şey qorxu oldu.


Əvvəlcə pəncərənin arxasında saqqallı, yaşıl və mənalı gözləri olan, rahib paltarı geyinmiş bir kişinin dayandığını görüb qorxdu.
- Salam, rahib dedi və narahat etdiyi üçün üzr istədi.
- Salam, – deyə bu rahibin, yaxud keşişin onunla nə işi ola biləcəyini anlamayan Natella cavab verdi.
- Gega burada yaşayır? - yad adam ev sahibəsindən soruşdu və qadın oğlunun adını eşidib bir az sakitləşdi.
- Bəli.
- Əgər evdədirsə, bir dəqiqəliyə onu çagırın.
- Gega evdə yoxdur, onlar bu gün getdilər?
- Hara?
- Toy səyahətinə.
- Yəqin, siz Geganın anasısız.
- Bəli.
- Bəs, hara getdilər?
- Batumiyə.
- Nə ilə?
- Bağışlayın, axı siz kimsiniz?
- Geganın ruhani ustadıyam.
- Bilmirdim ki, mənim oğlumun ruhani ustadı da var.
- Bunu Gega özü də bilmirdi.
- Bağışlayın, başa düşmədim.
- Mən onun dostlarının ruhani ustadıyam, Geganı isə gözləyirdim.
- Harda gözləyirdiniz?
- Öz məkanımda, monastırda, onu hər gün gözləyirdim, amma onun gəlmədiyini görüb, özüm dağdan endim.
- Yəqin, bu gün zəng edər, sizin adınızdan ona nə isə demək lazımdır?
- Onlar nə ilə getdilər?
- Təyyarə ilə.
- Görəsən uçublar?
- Bəli, indi göydə olarlar, - (Natella instinktiv olaraq divar saatına baxdı), - düz bir saat keçib.
- O birilər də onlarla uçdular?
- Bəli, dostları ilə birlikdə uçdular.
- Mən də uçmalıydım, gecikdim...
- Onlar bilirdilər ki, siz də uçacaqsınız?
- Yox. Heç özüm də bilmirdim. Mən onların dini ustadıyam və bu saat onlarla birlikdə həmin təyyarədə olmalıydım.
- Siz daha sonra onların yanına gedə bilməzsiz?
- Onların bu gün uçacağını bilmirdim.
- Axı, siz onlarla birlikdə uçmaq istəyirdiniz.
- Mən ümumiyyətlə uçmaq istəmirdim, onların da uçmasını istəmirdim.
- Bağışlayın, sizi başa düşə bilmirəm.
- Onların niyə bu qədər tələsdiklərini mən də başa düşmürəm...
Qadın rahibə heç bir söz demədi, amma bu adamın nə demək istədiyini də anlamadı, və qonaqla uzun müddətdir ki, pəncərədən danışdığına, havanın soyuq olduğuna yalnız indi fıkir verdi.
- Evə gəlin, - Natella qonağı içəri dəvət etdi, rahib gülümsədi:
- Sağ olun, gedirəm. Gecdir. Hər şey gecdir...
- Gega zəng edəndə ona nə deyim?
- Hardan?
- Batumidən, - Natella əsəbiləşdiyini hiss edərək dedi.
- Əgər zəng etsə, deyin ki, mən onlara görə dua edirəm və həmişə dua edəcəyəm...
Rahib dönüb getmək istədi. Sonra başını çevirib baxdı və sağollaşıb, getdi.
Natella rahibin niyə qapını deyil, pəncərəni döyməsi haqqında yalnız indi düşündü və buna cavab tapmayaraq, onun sözlərini yadına saldı. O, fıkirlərini heç cür cəmləyə bilmirdi, buna görə də Geganın bir neçə dostuna zəng etdi, bəlkə, onlar nə isə bilirlər? Gega və Tina ilə birlikdə uçanların evlərinə zəng elədi, amma hər yerdən eyni cavab aldı - Batumidən hələlik heç kəs zəng etməyib. Bunun mənası yalnız bu ola bilərdi ki, təyyarə hələ göydədi.
Sonra Natella əməlli-başlı yatdı, çox yorulmuşdu, dərin yuxuya getdi və düz axşama qədər yatdı. Oyatmasaydılar, hələ yatacaqdı...

                                            Təyyarə



Bunu “təyyarə qaçırmaq” adlandırdılar, əslində isə bu, ümidsiz insanların intiharına daha çox oxşayırdı.
Təyyarə qaçıranlar tamamilə adi geyimdə idilər - hamısı cins dövrünün gəncləri kimi geyinmişdilər, yalnız Giya Tabidzenin kostyumunun altından qalstuk görünürdü, əlində isə qlobus vardı. Giyanın əlində Bibliya da vardı, amma onu təyyarədə Gega Kobahidzeyə verdi. Qlobus isə sonra itdi, amma belə bir versiya meydana çıxdı ki, guya təyyarəyə silahı bu qlobusun içərisində keçiriblər, ancaq bu doğru deyildi, əslində isə silahı Tina Petviaşvilinin rəfiqəsi çantada keçirmişdi, hərçənd o özü bu barədə bir şey bilmirdi.
Giya Tabidze vətəndən yalnız gürcü Bibliyası və qlobus aparırdı, oğlu üçün yazdığı qəribə məktubu isə arvadına vermişdi; məktubda balaca Giorgiyə atasını xatırladacaq o kiçik ulduzu necə tapmağı öyrədirdi.
Əvvəlcə reys pis hava üzündən yubandı, sonra sərnişinlərdən Galorge soyadlı biri o qədər içmişdi ki, milis çağırmaq lazım gəldi.
Təyyarəni qaçırmaq cəhdi isə Kaha İverielinin silahdan istifadə etməyi bacarmadığına görə ləngidi. Batumiyə lap az qaldıqda (rəsmi versiyaya görə), pilotlar hava şəraitinin kəskin pisləşməsi haqqında məlumat aldılar, buna görə də təyyarə kursu dəyişdi. Bir versiyaya görə məhz bu təyyarə qaçıranlara şübhəli göründüyü üçün, onlar hərəkətə başlamışdılar. Hərçənd eyni rəsmi versiyaya görə (qara qutudan), pilotlara instruksiyanı yerdəki dispetçerlər deyil, təyyarədə olan davakarlar vermişdilər; bu isə, versiyanın əvvəlcədən planlaşdırıldığını göstərirdi.
Təyyarədə əlli səkkiz sərnişin vardı, amma onların arasında Batumidə heç bir işi olmayan bir nəfər var idi ki, o da digərləri ilə birlikdə məhz Batumiyə uçurdu. Onun işi, digər reysləri müşayiət edən DTK–nın başqa əməkdaşları kimi təyyarədə oturmaq idi. Bütün sovet hava məkanında bircə reys, bircə təyyarə də yox idi ki, onu adi sərnişin kimi uçan, ən azından bir DTK əməkdaşı müşayiət etməsin və bunu istənilən sovet vətəndaşı bilirdi. Bunu Gega və Tina ilə birlikdə toy səyahətinə uçan Geganın dostları da bilirdilər, amma onların əsl məqsədi bu təyyarənin qaçırılması idi və onlar başa düşürdülər ki, hər şeydən əvvəl bu təyyarəni müşayiət edən “keqebeşnik”i(7) üzə çıxarmaq lazımdır. Onlar hesab edirdilər ki, pilotları Türkiyə sərhədini keçməyə və təyyarəni Amerika hərbi bazalarının birində yerə endirməyə asanlıqla məcbur etmək üçün mütləq əvvəlcə “keqebeşnik”i sıradan çıxarmaq lazımdır. Doğrudur, onlar əlli səkkiz sərnişindən kimin DTK əməkdaşı olduğunu bilmirdilər. Buna görə də onların versiyaları yalnız ehtimal olaraq qalırdı. Onların qərarı casusları geyimlərinə görə axtarıb– tapmaqdan ibarət olan uşaq oyununa daha çox oxşayırdı. Məhz bu prinsipə görə onlar qərara aldılar ki, birinci sırada əyləşmiş orta yaşlı, göy plaşlı kişi Dövlət Təhlükəsizlik Komitəsindən bu reysi müşayiət etmək üçün göndərilmiş həmin “keqebeşnik”dir. Doğrudur, bununla belə Gcga soruşdu ki, bəlkə bu adam “keqebeşnik” deyil, amma təyyarə qaçıranların əksəriyyəti başqa fikirdə idi; əvvəlcə, kimsə “möhkəm” bir arqument gətirdi, sonra o birilər eyni şeyi təkrar edib dedilər:
- Dəqiq odur, sifətindən bilinir!.. ·

(7) - DTK əməkdaşı

- Hə oxşamağına oxşayır, amma bəlkə, adi bir sərnişindi? Gega öz fikrində qalsa da, bu heç bir nəticə vermədi:


- Əgər bu deyilsə, onda casusu tapıb mənə göstər bizsə buna göz qoyacağıq, –qardaşlardan böyüyü Gegaya məsləhət verdi və kiçik qardaşına baxıb ürəkdən güldü.
- Yaxşı, onu harda axtarmalıyam ki? Bu dəfə Gega həqiqətən təəccübləndi.
- Burada, təyyarədə, - Giorgi dedi, amma gülümsəmədi və Gegaya aydın oldu ki, artıq seçim edilib.
Qardaşlardan kiçiyi böyüyünü qabaqladı: ayağa qalxıb, əlində şampan şüşəsi, salonun ön tərəfınə getdi; şüşədə qalmış mayeni gedərkən yerə boşaltdı. Birinci sıraya yaxınlaşdıqda, seçdikləri sərnişini əlindəki şampan şüşəsi ilə heç kimin gözləmədiyi halda başından vurdu. Təyyarəni qaçırmaq cəhdi belə başlandı.
Yalnız çox-çox sonralar artıq hər şey qurtardıqdan sonra məlum oldu ki, təyyarə qaçıranlar yanılıblar və şampan şüşəsinin zərbəsindən dərhal huşunu itirən o orta yaşlı kişi DTK əməkdaşı yox, adi bir sərnişin imiş. Bu səhvi buraxan Paata İverieli Solomoninin yaralanmış başını sonra elə özü də sarıdı. Amma bunun artıq heç bir əhəmiyyəti yox idi - başı yarılmış sərnişin huşunu itirərək öz kreslosunda uzandı, onunla yanaşı əyləşən qadın isə təəccüb və dəhşətlə bərkdən çığırmağa başladı.
Təəccüblü olsa da, hay-küy və qışqırıqlar təyyarə qaçıranlara mane olmadı. Görünür, onlar elə bunu gözləyirdilər, buna görə də öz planlarını dərhal həyata keçirməyə başladılar.
Əlində şampan şüşəsi tutmuş kiçik qardaş ayağa qalxan kimi o birilər də dərhal öz yerlərini tutdular. Əlindəki silahla pilotların kabinəsinə birinci Giorgi girdi, onun ardınca isə qardaşlardan böyüyü – Kahaber gedirdi. 

Lakin Giorgi pilotlara təyyarə qaçıranların tələbləri haqqında bir söz deməyə macal tapmadı elə ordaca, kabinənin girişində gözlənilmədən, xəbərdarlıq etmədən atəş açan silahlı bir adam tərəfındən yerindəcə öldürüldü. Mülki formada olan bu adam arxası səmaya tərəf, üzü girişə sarı oturmuş, silahını isə qapıya tuşlamışdı; onun pilotların kabinəsində olması təyyarə qaçıranlar üçün tamamilə gözlənilməz idi. Onlar qaçırmaq istədikləri kiçik təyyarənin sxemini öyrənmişdilər, amma son anda həmin təyyarəni başqası ilə əvəz etmişdilər. Təyyarə qaçıranlar belə qərara gəldilər ki, əgər onları kimsə DTK-ya ələ veribsə, yaxud onların niyyəti sovet hakimiyyətinə başqa yolla məlum olubsa, bu daha da şübhəli görünəcək, buna görə də öz planlarını dəyişmədilər. 


Həmin kiçik təyyarənin kabinəsində pilotlardan başqa heç kəs yerləşməzdi, üstəlik orada gözə çarpmadan gizlənmək də mümkün deyildi, bu silahlı adamı isə, hətta pilotların kabinəsinə girdikdə belə nə Giorgi, nə də Kahaber görə bilmişdi. 

Giorgi ölmüşdü, təyyarə qaçıranların buraxılmış səhvlər haqqında düşünməyə vaxtları qalmamışdı, həm də bu saat ümumiyyətlə düşünməyə vaxt yox idi, çünki həmin adam pilotların kabinəsindən birbaşa salona atəş açırdı. Salonda əllidən çox adam atəşlər altında yerə əyilərək oturmuşdu. Onların arasında təyyarə qaçıranlar da vardı, amma güllələr salondakı adamlardan kimin günahkar, kimin günahsız olduğunu hardan bilsin? Görünür, bu barədə düşünməyə o qəribə adamın da vaxtı yox idi. O, Kahanı və daha bir sərnişini yaraladı, buna görə də stüardessa bəlkə də sırf instinktiv olaraq pilot kabinəsinin qapısını bağlamağa çalışdı, hərçənd girişdə yerə sərilmiş ilk qurban üzündən bu asan deyildi. Bəlkə də stüardessa qapını bağlamaqla, təyyarə qaçıranların pilotların yanına girməsinə mane olmaq istəyirdi. (Pilot kabinəsindən atəş açmış Hasoyan bir az sonra bu qapını Giya Tabidzenin meyitini kənara çəkmək üçün ona kömək etmiş həmin bu stüardessanın üzünə bağlamışdı) Ümumi çaxnaşmaya və belə faciəvi dərəcədə uğursuz başlanğıca baxmayaraq, təyyarə qaçıranlar öz planlarını axıra qədər yerinə yetirməyə çalışırdılar, amma onların indi başqa çıxış yolları da qalmamışdı. 

O birilər silahlı idilər, kreslolar arasındakı keçiddə dayanmış Gega isə əlində qumbara tutmuşdu. Qumbara həqiqi deyildi, amma bunun imitasiya olduğunu yalnız Giorgi bilirdi, o isə öldürülmüşdü. 

Gega hədələyərək deyirdi ki, əgər pilotlar təyyarəni Türkiyə tərəfə çevirməsələr, o qumbaranı partladacaq. Lakin yerdən əmr alınmışdı ki, təyyarə qaçıranların tələbləri heç bir halda yerinə yetirilməsin. Pilotlar təyyarə qaçıranlar arasında çaxnaşma yaratmaq üçün təyyarənin guya enişə keçdiyini imitasiya edirdilər. Bu süni eniş yenə günahsız sərnişinlərə daha çox zərər yetirdi. Eniş şaquli və o qədər gözlənilməz idi ki, sərnişinlər kreslolardan aşıb yıxılırdılar, qorxu dolu ümidsiz qışqırıqlar ucaldı, amma ən dəhşətlisi bu idi ki, pilotlar bu manevri bir neçə dəfə dalbadal təkrar elədilər. 

Nisbi sakitlik yarandıqda, təyyarə qaçıranlar da öz tələblərini təkrarladılar, özü də əvvəlkinə nisbətən bu dəfə daha qəti formada, çünki baş verənlər onları ölümə məhkum edilmiş şəhidlərə çevirmişdi. Vaxt qazanmaq və onları heç olmasa, qısa müddətə sakitləşdirmək üçün pilotlar yalan söyləməyə məcbur idilər. Onlar Sosoya dedilər ki, yanacaq yalnız Batumiyə qədər nəzərdə tutulub və təyyarə Türkiyənin hər hansı bir aeroportuna uçub çata bilməz. Bu, əlbəttə həm ona, həm də o birilərə şübhəli göründü, lakin təyyarə qaçıranlar inanmağa məcbur idilər, buna görə də Suxumi aeroportunda yanacaq ehtiyatı götürməyi düşünürdülər. Suxumi Batumiyə ən yaxın şəhər idi və yaranmış situasiyada ən yaxşı çıxış yolu bu idi, amma pilotlara Tbilisiyə qayıtmaq əmri 

verilmişdi. Təyyarə qaçıranları Tbilisi aeroportunda, bazası elə orada, - Tbilisidə yerləşən silahlı hərbi hissə gözləyirdi. Təyyarə qaçıranlar təyyarənin həqiqətən Suxumiyə tərəf kurs götürdüyünə inansınlar deyə, pilotlar hava manevri etdilər, ancaq bu artıq şey idi, çünki təyyarə qaçıranlardan heç birisinin hava marşrutlarından başı çıxmırdı. Türkiyəyə tərəf istiqamət götürərlərsə, bunun qarşısını almaq üçün onların təyyarəsini hər iki tərəfdən reaktiv hərbi təyyarələrin doğrudan da müşayiət edib-etmədiyini onlar axıra qədər öyrənə bilmədilər. Əgər Batumi səmasında belə bir eskort həqiqətən görünsəydi, onda bu hər şeydən əvvəl Tbilisidən alınmış əmri dəqiqliklə yerinə yetirməli olan pilotlara təsir etməkdən ötrü olardı, əks təqdirdə onları Türkiyə sərhəddinin yaxınlığında sadəcə vurub yerə salacaqdılar. 

Təyyarə qaçıranlar yalnız yer göründükdə, konturları ayırd etmək mümkün olduqda və təyyarə eniş zolağına düşdükdə həqiqi marşrutu anladılar. Bax bu zaman Dato hər şeyin bitdiyini düşündü, bəraət qazanmağın mənası yox idi, bunu heç istəmirdi də, ona görə də Dato özünü öldürdü; təyyarənin Tbilisi aeroportunda yerə endiyinə əmin olan kimi. 

Dato özünü öldürərək həyatına son qoydu və bu atəş səsi salona çökmüş müvəqqəti sakitliyi pozdu: yaxınlıqda oturmuş sərnişinlər instinktiv olaraq qışqırmağa başladılar, lakin heç biri irəlidə onları gözləyən dəhşəti hətta təsəvvür edə bilməzdilər. 

Təyyarə dayanan kimi onu avtomatlarla silahlanmış onlarla hərbçi əhatəyə aldı; hərbçilər heç bir xəbərdarlıq etmədən yaxud ultimatum vermədən içərisində əllidən çox sərnişin olan təyyarəyə atəş açdılar. 

O qədər qan tökülməsinə səbəb olan bu əmri kimin verdiyi indinin özündə də məlum deyil, özü də bu əmr sərnişinlər artıq xilas olduqlarını hesab edərkən verilmişdi. 

Onlarla sovet əsgərinin avtomatlarla təyyarəni atəşə tutduqdan sonra nə baş verdiyini təsəvvür etmək çox çətindir. 

Nəhayət, bu cəhənnəm sona çatdıqda, təyyarədəki yaralıların yalnız iniltiləri eşidilirdi, salamat qalanlar isə şokdan və təəccübdən sadəcə susaraq, bircə kəlmə də deyə bilmirdilər. 

Soso ona görə susmuşdu ki, boğazından yaralanmışdı, danışa bilmirdi, amma təyyarə yerə endikdən sonra stüardessaların lükləri açıb çıxmaq üçün baxışları ilə ondan icazə istədiklərini yaxşı gördü və başı ilə buna razılıq verdi. Stüardessalar elə düşünürdülər ki, yeganə çıxış yolu budur, amma qızlar aşağı düşən kimi onlara da atəş açdılar. Təsadüfən sağ qalmış İrina Ximiç o qədər vicdanlı insan idi ki, ona öz ifadələrini dəyişməyi məcbur edə bilmədilər. Və o öz gözləri ilə görüb şəxsən şahid olduğu hər şeyi danışdı: sovet əsgərləri nəinki təyyarədən tullanan bütün sərnişinlərə yaxud ekipaj üzvünə atəş açır, hətta təyyarədə oturub qalmış sərnişinləri də gülləyə tuturdular. 

Ona görə də təyyarə qaçıranlar bu gülləbaranı kəsmək ümidi ilə sərnişinləri silahsız əllərini illüminatorlara qoymağa çağırdılar, amma nəticədə bu oldu ki (sonradan məlum olduğu kimi), sərnişinlər əllərindən və barmaqlarından güllə yarası aldı. 

Təyyarə Tbilisi aeroportuna endikdən sonra ən təmkinli adam Paata idi, o başqalarına da ürək-dirək verməyə çalışırdı. Paataya, bəlkə də yaralı qardaşının köməyə ehtiyacı olması və onu güllələməsini istəməsi təsir etmişdi. (Xüsusi təyinatlılar təyyarəyə hücum edən kimi bunu Paatadan Soso Sereteli də xahiş etmişdi). Paata özü də yaralanmışdı, amma təkcə ayağından və bu qədər hərəkət etməyə gücü qaldığı üçün, görünür, yarası yüngül idi. (Şahid ifadələrinə görə, Paata İverielinin ayağını sərnişinlər özləri sarımışdılar, yaşlı bir qadın isə donunun ətəyindən cıraraq onun damarını sıxıb bağlamışdı). Hər necə olsa da, fakt bu idi ki, təyyarədə hamıdan çox hərəkət edən (demək olar ki, axıra qədər) Paata idi, hamıdan çox qışqıran da elə o idi, xüsusən də sərnişinlər atəşə tutulanda – biz bilirik ki, azadlıq istədiyimizə görə bizi öldürürlər, amma sizin nə günahınız var?
Paata İverieli nəinki qışqırır, həm də hamını bərkdən söyür və təyyarədə özünü kifayət qədər aqressiv aparırdı. Davranışlarının səbəbini öz ifadələrində bununla izah etdi ki, əgər sərnişinlər təyyarə qaçıranlardan qorxmasaydılar, hələ xüsusi təyinatlılar gələnə qədər onunla və dostları ilə haqq-hesab çəkərdilər. Aqressivlik həm də hakimiyyət orqanlarına təsir etmək üçün Paataya lazım idi - təyyarə qaçıranların tələbə-romantiklər yox, əsl quldurlar olduğuna hamı inanmalı idi. (Daha sonra məhz bu səbəbdən o necə hərəkət etməyin yaxşı olduğunu və təslim olsalar, sağ qalıb-qalmayacaqlarını təyyarədə qalmış sərnişinlərlə çox sakitcə, astadan məsləhətləşmişdi). 
Bəlkə də, başqalarından fərqli olaraq Paata hələ hər şeyin bitmədiyini, yanacaq tələb etmək, həlak olanları və yaralıları təyyarədən çıxarmaq və Türkiyəyə uçmaq lazım olduğunu düşünürdü. Onlar belə də etdilər və hakimiyyət nümayəndələri deşik-deşik olmuş təyyarəyə yaxınlaşıb danışıqlara başlayan kimi təyyarə qaçıranlar onlara öz tələblərini bildirdilər. Lakin hakimiyyət üçün danışıqlar sadəcə bir fənd və vaxt qazanmaq vasitəsi idi və əlbəttə ki, onlar bu tələbləri yerinə yetirməyi hətta ağllarına da gətirmirdilər. Adətən silahlı terroristlərə qarşı əməliyyat keçirən xüsusi bölmənin Rusiyadan gəlib çatması üçün hakimiyyətə vaxt udmaq lazım idi, o vaxta qədərsə, hakimiyyət orqanları təyyarə qaçıranlarla danışıqlar aparmaq üçün onların valideynlərindən istifadə etməyə çalışırdılar. 

Onların valideynlərini hətta aeroporta da gətirdilər, amma sonra nədənsə fikirlərini dəyişib qərara aldılar ki, yolunu azmış bu gənclər öz valideynlərindən çox, MK–nın Birinci Katibinə qulaq asarlar. Birinci Katib "bir ata kimi" onları silahı yerə qoymağa və təslim olmağa çağırdı. 

Çox yayılmış versiyalardan birinə görə, məhz bu müraciət Sosonun taleyini həll etdi; o, təyyarənin qapısı ağzında dayanaraq, son qüvvəsini topladı və MK-nın Birinci Katibinin anasını söyərək cavab verdi. Deyilənə görə, hər şey bitdikdən sonra yaralı Sosonun yanına məhz elə bu təhqir üzündən həkim buraxmadılar - o bir neçə saat qan itirdi və öldü. (Soso Sereteli deyirdi ki, Amerikaya çatan kimi, ağ çuxa geyib Reyqanın yanına gedəcək və burada baş verən hər şey haqqında ona danışacaq...) 

Hələlik isə təyyarədə başqalarının da qanı axırdı, amma təyyarə qaçıranların qəti tələblərinə baxmayaraq, “təcili yardım”lar yaralıları aparmırdılar. Təyyarə qaçıranlar bunu qəddarlığın nümayişi sayır və sovet hakimiyyətinin öz günahsız vətəndaşlarına nə üçün rəhm etmədiyinə ürəkdən təəccüblənirdilər. 

Hakimiyyət orqanlarının planı dəqiq və amansız olsa da, başqa cür idi - onlar düşünürdülər ki, təyyarədə nə qədər çox yaralı olarsa, bir o qədər yaxşıdır, çünki iniltilər, can vermələr və çaxnaşma təyyarə qaçıranların soyuq başla düşünmələrinə mane olurdu. 

Lakin, hücum əməliyyatının təyyarə yerə endikdən on iki saat sonra başladığına baxmayaraq, təyyarə qaçıranlar məntiqlə düşünəcək halda deyildilər. Bu on iki saat ərzində təyyarədə nələr baş verdiyini təsəvvür etmək çətin deyil, amma bununla belə bəzi sərnişinlər digərlərini sakitləşdirməyə çalışırdılar, kimsə təyyarə qaçıranların icazəsi ilə (bəlkə) hətta təyyarədən tullana da bildi. Təyyarə qaçıranlar Tinanın iki rəfiqəsinə təyyarəni tərk etməyə icazə verdilər və Gega ilə Tinaya da oyundan çıxıb, bu cür hərəkət etməyi təklif elədilər, hərçənd bu artıq oyun deyildi. Amma təyyarədə oyun atributları həqiqətən vardı, bu isə sonralar məhkəmə zamanı yada düşmədi - təyyarə qaçıranlardan biri nunçaki(8) ilə silahlanmışdı, buna görə də gürcü kommunistləri haqlı olaraq qərara aldılar ki, bu detal təyyarə qaçıranların sadəlövhlüyünü göstərir. Sovet Gürcüstanının hakimiyyət orqanları təyyarə qaçıranlara qarşı ümumi nifrət oyatmağı, cəmiyyətdə onlara qarşı aqressiv münasibət yaratmağı planlaşdırırdılar, nunçaki isə uşaq oyuncağı kimi imic qazandığından, planlaşdırılmış aqressiv əhval–ruhiyyəni zəiflədə bilərdi. (Sonralar, artıq məhkəmə prosesində təyyarə qaçıranlara nifrət oyatmaq üçün, hətta bu da deyildi ki, guya onlar sərnişinlər arasında uşaqlı qadınları axtarırmışlar ki, uşaqların qulağını kəsib analarının gözü qarşısında yesinlər). İndi bu sadəlövhlük kimi görünsə də, amma o vaxt hakimiyyət orqanları ilə danışıqlar aparmaq üçün təyyarədəki sərnişinlərdən göndərirdilər, onlar geri qayıtmırdı, təyyarə qaçıranlar isə bunun anlaşılmazlıq olduğuna inanır və yeni sərnişinlər seçib təkrar göndərirdilər... 


(8) Şərq döyüş aləti, soyuq silah. 
Amma bəlkə də inanmırdılar, sadəcə onların başqa çıxış yolu yox idi, ancaq sərnişinlərin arasındakı iki qardaşdan birini təyyarədən buraxaraq, geri qayıtmayacağı təqdirdə təyyarədə qalmış qardaşını öldürəcəkləri ilə hədələsələr də, bu sərnişin qayıdıb gəlmədi, təyyarə qaçıranlar isə yalana inanmağa məcbur oldular. 
Təyyarə qaçıranlarla danışıqlar aparan (əlbəttə, yalnız vaxt qazanmaq üçün) yeganə şəxs - aeroport əməkdaşı (ya da başqa bir təşkilatdan) idi; o gülünc sözlər danışsa da, təyyarə qaçıranlar ona inanırdılar. Məsələn inanırdılar ki, Türkiyə bu təyyarəni qəbul etməkdən boyun qaçırıb, İran isə razılaşıb, - amma bunun üçün yanacaq baklarını doldurmaq lazımdır. Təyyarə qaçıranlar isə yalnız İsrailə uçmağa razı idilər, şərtləri də bu idi ki, texniki personal yanacaq doldurmaq üçün təyyarəyə alt paltarında qalxmalıdır. Hakimiyyət orqanları bir çox səbəbdən danışıqları uzadırdılar, bütün bu müddət ərzində yağış yağırdı, Rusiyadan gəlmiş xüsusi bölmənin döyüşçüləri isə təyyarənin üstündə uzanıb hücum əmri gözləyirdilər. Soyuq və rütubət onları narahat edirdi, buna görə də əməliyyata başlamaq üçün rəhbərliyin əmrini səbirsizliklə gözləyirdilər, amma əmr gecikirdi. Yalnız əlində qumbara tutmuş Tiniko təyyarənin açıq lükündə göründükdən sonra hücum əmri gəldi; baxmayaraq ki, buna qədər o birilər də eyni şeyi təkbaşına yaxud hamısı birlikdə etmişdilər, bununla belə hakimiyyət orqanları qərara gəldi ki, əlində qumbara tutmuş məhz bu qadın ən real təhlükədir. 
Əlində qumbara tutaraq təyyarənin girişində dayanmış Tina – bu kadrı sonralar, əməliyyat tamamlandıqdan, artıq hər şey bitdikdən sonra heç kəsin xatırlamadığını anlamaq olar. Tina bəlkə də bu cəhənnəmə tezliklə son vermək ümidi ilə bu səhnəni sadəcə canlandırmaq istəmişdi; çünki bütün bunlar bitənə qədər artıq heç bir çıxış yolu qalmadığı üçün Tiniko Gegadan qumbaranı verməsini xahiş etdi. 

- Bu həqiqi deyil, - Gega dedi, amma gülümsəyə bilmədi, onun gülümsəməyə artıq gücü qalmamışdı. 

- Bilirəm, - Tina cavab verib, Geganı öpdü, qumbaranı ondan aldı və qapıya tərəf yeridi. 

Hücum başladıqdan yeddi dəqiqə sonra əməliyyat başa çatdı: əvvəlcə təyyarənin içərisinə qaz buraxdılar, sonra isə həm sərnişinləri, həm də təyyarə qaçıranları sürüyüb çölə çıxartdılar. 


Həbs olunanlar hakimiyyət nümayəndələrinin və DTK generallarının olduğu aeroport binasına aparıldıqda, yüksək rütbəli məmurlardan biri Sosonu təpiklə vurdu. 

Soso yıxıldı. Birinci katib bunu görsün deyə, məmurcuq onu bir dəfə də təpiklədi; Şevardnadzeyə yaltaqlanmaq və onun xoşuna gəlmək üçün məhz indi əlinə gözəl bir şans düşdüyünə əmin idi, ona görə də bala məmur bu şansı buraxmaq istəmirdi. Tbilisidə hələ də yağış yağırdı, payızın axırı idi və Gürcüstanın paytaxtında artıq hamı bilirdi ki, gürcü tələbələr təyyarəni qaçıra bilməyiblər...



Yüklə 9,56 Mb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə