Redaktor: Samir Bulut



Yüklə 9,56 Mb.
səhifə3/3
tarix24.02.2020
ölçüsü9,56 Mb.
#102175
1   2   3

Görüş
Tbilisi və Gürcüstan bölünmüşdü. Bu, bəzi adamları həqiqətən əsəbiləşdirirdi. Heç kim detalları dəqiq bilmirdi, buna görə də hakimiyyət orqanları mətbuat və televiziyanın köməyi ilə istədikləri ictimai rəyi təcili olaraq formalaşdırmağa başladılar. Gürcüstanda artıq o vaxtlar antisovet ruhu çox güclü idi, odur ki, əhalinin bir hissəsi təyyarə qaçıranIarı müdafıə edir, hətta onlara haqq qazandırırdı, buna görə də kütləvi mətbuatı tam nəzarət altında saxlayan hökumət istintaq başlayana qədər onları vəhşi və quldur kimi tanıtmağı qərara aldı. Hakimiyyət orqanları teleagitasiyadan başqa, çoxdan adət halını almış və sınanmış bir boşlevik üsuluna əl atdılar – hər yerdə iclaslar keçirilir, bu iclaslarda zəhmətkeşlər təyyarə qaçıranları mühakimə edir, quldur və xainlərin sərt cəzalandırılmasını tələb edən qətnamələr qəbul olunurdu. Elə əsas məqsəd də bu idi - gözlənilən qanlı hökmə görə hökumət yox, xalqın özü məsuliyyət daşımalıydı. O vaxt hələ heç kim sovet məhkəməsinin gənclərə qarşı nə dərəcədə amansız ola biləcəyini hətta təsəvvür də etmirdi, amma cəmiyyətin bir hissəsi artıq bilirdi ki, sovet hakimiyyəti heç kimi bağışlamır və başqalarına ibrət olsun deyə, təyyarə qaçıranları sərt cəza gözləyir. 

Əlbəttə, bunun üçün heç də inkarolunmaz dəlillər toplamaq lazım deyildi, çünki sovet məhkəməsi üçün faktlar və arqumentlər deyil, hökumətin qərarı mühüm idi, amma 

yenə də bəzi suallar üzərində baş sındırmağa ehtiyac vardı. Məsələn, kimi terrorçu dəstənin başçısı elan etmək və bu məsuliyyəti kimin üzərinə qoymaq haqqında MK–da çox düşündülər. Bir neçə variant gözdən keçirildi, onların arasında təyyarə qaçıranların valideynləri də vardı. Nəhayət, hakimiyyət üçün daha sərfəli olan bir variant seçdilər. Təyyarə qaçıranların baş tutmayan cəhdindən iki həftə sonra quldur dəstəsinə başçılıq ittihamı ilə rahib Tevdoreni həbs elədilər, halbuki rahib o məşum təyyarəyə heç minməmişdi də, lakin istintaq və hakimiyyət orqanları üçün bunun əhəmiyyəti yox idi. Gürcüstan hökuməti üçün əsas məsələ məhkəmədə quldur dəstəsinin başçısı kimi rahibin, ruhani şəxsin göstərilməsi idi; bununla dini məsələlərə marağın nə ilə qurtardığını gürcü gənclərinə və cəmiyyətə əyani şəkildə nümayiş etdirəcəkdilər. 

O uğursuz gündən etibarən rahib Tevdore təkliyə çəkilib, təyyarədə həlak olanlara dua etməyə başladı, xilas olanlara da dua etdi; onun həbs edilməsinə qərar verildikdən sonra gizlənmədi, qarla örtülmüş monastırda milis və DTK əməkdaşlarını dua zamanı, diz çökmüş halda qarşıladı. 

- Siz həbs olunursunuz! –rahibə dedilər: o bu sözlərdən sonra yalnız gülümsəyə bildi və DTK əməkdaşlarından biri bu təbəssümün sovet hakimiyyəti üçün təhqir olduğunu düşünərək, başqaları da eşitsin deyə, rahibi kobud şəkildə darıdı: 

- Nə dişlərini ağardırsan?! 

Tevdore ata gənc və həddindən artıq canfəşanlıq edən “keqebeşnik”ə heç bir cavab vermədi, ancaq sağ əlini hücrəyə tərəf uzadıb dedi: 

- Orada mənim kitablarım və şəxsi əşyalarım var, onları götürəcəyəm. 

- Onlar sənə lazım olmayacaq, bu dəfə başqa bir əməkdaş məsləhət gördü. 
Rahib monastırın həyətindən çıxarıldığı zaman Datonu xatırladı, daha doğrusu özünü öldürən və indi onun dualarına başqalarından daha çox ehtiyacı olan dostunu son dəfə gördüyü günü yadına saldı... 

Peşmanlıq və tövbə sirrini açıqlamanın günah olduğunu bilən rahibi dərhal dindirmək üçün birbaşa DTK–nın təcridxanasına apardılar; amma onu gözləyən müstəntiqin oturduğu otaq çox alçaq idi və uzaqda yerləşirdi. Buna görə də Tevdore atanı yeraltı dəhlizlə apardıqda, o qədər çox yol getdilər ki, rahib hətta yorulduğunu hiss etdi. Ona əyləşməyi dərhal təklif edən adamın müstəntiq olmadığını düşündü. Həmçinin ilk cümlə də sorğu-suala oxşamırdı: 

- Yəqin, bu əclaflar ən çox sənin xətrinə dəyiblər... 

- Bağışlayın, sizi başa düşmürəm. 

- Başçını işdən kənarlaşdırmanın nə demək olduğunu heç mən də başa düşmürəm. 

- Mən onların başçısı deyiləm, ruhani ustadlarıyarn... 

- Ruhani ustad, ya şəxsi keşiş, nə fərqi var, hamı səni banda başçısı adlandırır... 

- Təəccüblüdür. 

- Başçının işdən kənarlaşdırılması, bəs, məni təəccübləndirmir? 

- Bağışlayın, sizi həqiqətən başa düşmürəm. 

- Dedim axı, başçıya atmağın nə fırıldaq olduğunu mən də başa düşmürəm. Çox çalışmısan, hər şeyi əla hazırlamısan, amma işə gəlincə, bu əclaflar sənsiz uçmağı qərara alıblar... 

- Mən heç bir yerə uçmağa hazırlaşmırdım. 

- Bunun nə əhəmiyyəti var, onlar heç olmasa deməliydilər ki, bandanın başçısı və beyni sənsən. 

- Mən rahibəm. Mən də elə bunu deyirəm, bax sən rahibsən, amma onlar səni uşaq kimi aldadıblar. Bax, heç olmasa buna görə onlardan ciddi şəkildə soruşmalısan ki... 

- Nə dediyinizi anlamıram. 

- Demək istəyirəm ki, onlardan cavab tələb etməlisən, bəs necə, axı onlar sənə əməlli-başlı atıblar. 

- Axı dedim ki, mən heç bir yerə getməyə hazırlaşmırdım. Onlar bunu yaxşı bilirdilər, hara və nə vaxt gedəcəklərini mənə nə üçün deməliydilər... 

- Ən azı güllələnməyə gedərkən subordinasiyanı gözləmək lazımdır. 

- Kimin güllələnməsini nəzərdə tutursunuz? 

- Kimləri güllələmək lazımdırsa. 

- Axı, onlar heç kimi öldürməyiblər. 

- Yoxsa, o adamları mən öldürmüşəm? 

- Mən belə demədim, amma siz də bilirsiniz ki, sərnişinlərə onlar atəş açmayıblar. 

- Sən nə cür rahibsən, adamları ciddi işə göndəribsən, onların nə etdiklərini ən azından soruşmaq lazım idi. 

- Mən heç kimi heç yerə göndərməmişəm, mən bunun qəti əleyhinə idim, elə indi də hər cür zorakılığın əleyhinəyəm... 

- Təyyarənin qaçırılması monastırda, sənin yanında planlaşdırılıb, bizim əlimizdə bunu sübut edən çoxlu sənəd var. 

- Ağlasığmaz bir şeydir. 

- Biz də bunu sizin, özü də monastırda planlaşdırdığınızı ağlasığmaz hesab edirdik. Bəlkə, deyəcəksən ki, onlar sənin yanına heç gəlməyiblər? 

- Bunu inkar etmirəm, onlar monastıra həqiqətən tez-tez gəlirdilər... 

- Yaxşı, bəs nə üçün bu qədər uzun yol gedərək, məhz sənin yanına gəlirdilər. Tbilisidə kilsə azdır ki? 

- Allahın iradəsi ilə Tbilisidə də çoxlu məbəd var, amma hər birimiz kimi, onlara da ruhani ustad lazım idi... 

- Təyyarə qaçırmağı planlaşdırana ruhani ustad deyirlər? 

- Ruhani ustad həqiqət axtarışında başqalarına kömək edən insandır. 

- Sənin köməyinlə əcəb həqiqət tapdılar. Yəqin, güllələnmədən qabaq yalnız səni xalırlayacaqlar... 

- Axı, sərnişinləri onlar öldürməyiblər, hələ məhkəmə olmayıb, hökm oxunmayıb, siz isə... 

- Onlar artıq özləri özlərinə hökm oxuyublar. Bilirsən nə vaxt? O təyyarənin pilləkəni ilə qalxdıqları vaxt. 

- Mən o təyyarədə ümumiyyətlə olmamışam. 

- Bunun nə əhəmiyyəti var, sən onları öyrədib buraxmısan, onlar isə sənə atıblar və hətta nə vaxt uçacaqlarını da deməyiblər. 

- Mən uçmağa hazırlaşmırdım. 

- Bu sənin günahını yalnız ağırlaşdırır, deməli, özün istəməmisən, amma başqalarını qırğına göndərmisən. 

- Mən heç kimi heç yerə göndərməmişəm. 

- Bilmirəm, amma hər şey banda başçısının sən olduğunu göstərir. 

- İnanmıram. 

- Biz də inanmırdıq ki, rahib təyyarə qaçırmağı planlaşdıra bilər, amma görürsən ki, sən burdasan. 

- Məni bandaya başçılıq etməkdə günahlandırmaq istəyirsiniz? 

- Biz istəyirik ki, Kilsənin gənclərə necə ziyanlı təsir göstərə biləcəyini rahib etiraf etsin. Biz gənclərimizi itirmək istəmirik... 

- Əgər hər bir halda onları itirəcəyiksə, artıq onların həyatı həll olunubsa, onsuz da onları güllələyəcəklərsə, daha mənim etirafım nəyə lazımdır? 

- Axı sən ağıllı adama oxşayırsan, özün də başa düşərsən ki, əgər hər şeyi öz üzərinə götürsən, onları güllələməyə də bilərlər. Nə qədər yaşın var? 

- Bu gün otuz üç tamam oldu... 

- Müstəntiq bir anda ayağa qalxdı, amma Tevdore ata üçün ən təəccüblüsü bu oldu ki, müstəntiq onu öpüb, ad gününü təbrik etdi: 

- Belə yaxşıdır, düzdür? Fikirləş, qardaş, fikirləş, balaca deyilsən... 
Rahib də ayağa qalxdı və bir saat əvvəl onu bu lənətə gəlmiş otağa gətirən mühafızəçi rahibi kameraya apardı. 

Bununla belə Moskvada gürcü müsləntiqlərinə inanmırdılar, buna görə də təyyarə qaçıranların işini araşdırmaq üçün Tbilisiyə xüsusi komissiya göndərdilər. Kremldə elə düşünürdülər ki, gürcü kommunistləri gürcü tələbələrinə rəhm edə bilərlər və iş obyektiv şəkildə araşdırılmaz. Amma Moskvadakılar yanılırdılar, onlar bilmirdilər ki, gürcü hakimiyyət orqanları təyyarə qaçıranlara Moskvanın istədiyindən daha sərt hökm çıxaracaqlar, axı bu, Gürcüstanın nə qədər sadiq təbəə olduğunu Moskvaya sübut etməyin ən yaxşı yolu idi. 


Ruslar yanılmışdılar, buna görə də Tbilisiyə xüsusi istintaq komissiyası göndərdilər, o vaxtlar Moskvadan gəlmiş istənilən komissiya Gürcüstan üçün ali qonaq statusunda idi. Gürcülər rusları onların xoşladığı kimi qarşıladılar. Ruslar isə gürcü mətbəxini, gürcü çaxırını və gürcü konyakını xoşlayırdılar, buna görə də gürcülər özlərini biabır etmək istəmədilər. Və onların fikrincə, biabır olmadılar. Gürcüstan əsrlərdən bəri öz qonaqpərvərliyi ilə şöhrət qazanıb; gürcülər yüksək səviyyəli qonaqlar üçün heç nəyi əsirgəməyib. Ruslar ayaq üstdə dayana bilənə qədər gürcülər onları içirtdilər, sonra isə, ayaq üstdə durmağa taqətləri qalmayınca, ev sahibləri xüsusi komissiyanın yorulmuş və artıq yuxuya getmiş üzvlərini yatmağa apardılar: 
Buna görə də Geganın müstəntiqin masası üstündə bir neçə borjom şüşəsi görməsi təəccüblü deyildi. Geganı təəccübləndirən - indi onu iki nəfərin dindirməsi idi: bunlardan biri, artıq tanıdığı əvvəlki gürcü müstəntiq, ikincisi isə, axşamkı içkinin təsirindən başı ağırlaşmış, təzə, rus müstəntiq idi; deyəsən, borjomlar da ona kömək edə bilməyəcəkdi. Ruslar bütün gürcü şeylərini, o cümlədən borjomu da çox sevirlər: elə bu rus da qazlı su şüşələrini bir-birinin ardınca boşaldır və duzlu xiyarları iştahla xarçıldadırdı. Gürcü müstəntiq dostcasına gülümsəyərək, Gegaya da borjom təklif etdi, amma onun imtina elədiyini görüb dərhal işə başlamaq istədi: 

- Bəli, eşidirəm, - Gega dedi; dindirmə prosesi, əlbəttə ki, onun xoşuna gəlmirdi, amma dindirilməyə aparıldıqda həmişə sevinirdi, çünki Gega Tinanı olmasa da, öz dostlarından kimisə, lap elə təsadüfən dəhlizdə rastlaşsalar da, görə biləcəyinə hər dəfə ümid edirdi. 

İstintaq doqquz ay davam etdi, və bu doqquz ay ərzində təyyarə qaçıranları demək olar ki, hər gün dindirməyə aparırdılar, amma əlbəttə, onlardan heç kimsə bircə dəfə də olsun, Geganın arzuladığı kimi, digərləri ilə qarşılaşmadı. 
Qeyri–adi vəziyyət yalnız bircə dəfə oldu, və bu yeganə təsadüf Geganı istintaq otağında bir yox, iki müstəntiqin gözlədiyi həmin gün baş verdi. Onu otağa salmazdan qabaq, üzü divara qarşı dayanmağı tələb etdilər, bunu nizamnaməyə görə bütün mühafizəçilər tələb edirdi. Bunu Gcgaya xatırlatmağa ehtiyac da yox idi, dindirilməyə o qədər getmişdi ki, müstəntiqin otağına girməzdən əvvəl instinktiv olaraq əllərini arxaya qoydu və üzünü divara çevirib yaxın dayandı. 
Və birdən bu divarda, başından bir az yuxarıda, Tina ilə birlikdə tez-tez qulaq asdıqları ingilis mahnısnın sözlərini gördü. Divara ingilis dilində o mahnıdan cəmi ikicə söz yazılmışdı - “wish you”. 
Gega bu sözlərin mahnının adından götürüldüyünü, yoxsa nəqərat olduğunu xatırlamırdı, amma dəqiq bilirdi ki, onlar həqiqətən o mahnıda var. Bu sözlər divara tələsik şəkildə o qədər xırda hərflərlə yazılmışdı ki, Gega mümkün olan yeganə qərarı qəbul etdi. Və bu, bəsit bir qərar idi - əgər bu sözləri həqiqətən Tina yazmışdısa, Gega cümlənin sonunu elə oradaca divara yazmalı, sonra isə cavab gözləməli idi. Gega sevincindən həyəcanlanmışdı, müstəntiqlərin həmin gün hətta onunla nə barədə söhbət etdiklərini anlamırdı, yalnız heç vaxt olmadığı qədər ehtiyac duyduğu qələmi müstəntiqin masasının üstündən necə oğurlamağı düşünürdü. 

Gega müstəntiqin otağında oturmuşdu, amma hələ də fikri dəhlizdəki o divarda qalmışdı və həbsindən sonra ilk dəfə id ki, xoşbəxtlik ya da xoşbəxtliyə bənzər bir şey hiss edirdi. 

Hətta gürcü müstəntiq də məhbusun bu qəribə həyəcanını hiss etdi və təəccüblə Gegaya dedi: 

- Bu gün bir az şən görünürsən. 

- Şən? 

- Şən də olmasa, ən azından razı görünürsən. 



- Niyə razı olmalıyam ki? 

- Bəs, mən də niyə təəccüblənirəm? 

- Yəqin, sizə elə gəlib. . 

- Bizə heç vaxt heç nə elə gəlmir. Sənə elə gəlib ki, təyyarədə kino çəkirlər, sənsə əlində qumbara baş rolda oynayırsan.... 

- Axı mən demişəm ki, baş verənlərə görə ürəkdən təəssüf eləyirəm, qumbara isə həqiqi deyildi... 

- Bəs, bu qədər camaatı oyuncaq silahla yerə sərmisiz? 

- Biz heç kəsi öldürməmişik. · 

- Yoxsa, onlar özləri özlərini öldürüblər? 

- Təkcə Dato özü özünü öldürüb. 

- Bu barədə artıq söhbət eləmişik, məncə sən bəzi şeylər haqqında düşünməliydin. 

- Nə barədə? 

- Sən qərara gəlməliydin ki, bandanızın başçısı kim olub. 

- Bizim başçımız olmayıb, bunu demişəm axı.

- Bütün quldur dəstələrinin başçısı olur. 

- Bizim olmayıb. 

- Səni başa düşürəm, satqın olmaq istəmirsən, amma məhkəmə üçün mütləq kiminsə adını çəkməlisən. 

- Axı, kimin adını çəkim? 

- Başçınızın. Dəstənizdən ikisi ölüb, onlardan birinin adını çəkə bilərsən. 

- Axı, bu yalandır. 

- Ölülər bilməyəcək. 

- Amma mən özüm biləcəm ki, bu yalandır. Bizim başçımız olmayıb. 

- Bəs, o rahib kim olub? 

- Rahib olub. 

- Rahib olub, yoxsa banda başçısı? 

- Əgər başçı olsaydı, o da həmin təyyarəyə minərdi. 

- Amma yaxşı hərəkət etməmisiniz, səmimi deyirəm. Bu adam sizə hər şeydə kömək edib, siz isə ona atmısız. İndiyə qədər eşitməmişdim ki, başçıya atsınlar. 

- Rahib heç bir şey bilmirdi. 

- Sən bunu ona deyə bilərsən (gürcü müstəntiq rus müstəntiqi nəzərdə tuturdu, hərçənd barmağı ilə onu göstərmədi), amma mənimlə belə danışmaq nəyə lazım, axı mən dost kimi danışıram sənlə, ona görə sən də məni başa düşməiisən. Belə olmur, qardaş, adam sizi öyrədib, sonra isə heç təyyarəyə də minməyib. Niyə buna ancaq siz cavab verməlisiniz?! 

- Rahib heç bir şey bilmirdi, – Gega laqeydcə təkrar etdi, bu gənc gürcü müstəntiqin ona inanıb-inanmamasının onun üçün heç bir əhəmiyyəti yox idi, Geganın ağlı, ürəyi giriş qapısının yanındakı o iki ingilis sözünün yazıldığı divarda qalmışdı. 

- Sənə görə deyirəm, fikirləş, - gənc müstəntiq məhbusu yenə yola salıb yerindən qalxdı. 

Məhbus bu günkü sorğu-sualın tez bitdiyinə çox sevindi. Çünki Gega ilə Tinanı birləşdirə bilən o yeganə qələm artıq Gegada idi. 
Müstəntiqin otağından çıxdıqdan sonra, mühafizəçi yenə ona divara sarı dönməyi əmr etdikdə, Gega paltarının qolunda gizlətdiyi qələmi çıxarıb, gözünə Tinanın nişanəsi kimi görünən həmin mətnin aşağısından ikicə söz “were here...” yaza bildi. 

Sonra mühafızəçinin müşayiəti ilə kameraya qayıtdığı zaman uzun dəhlizlə gedərkən Gega yenidən dindirilməyə çağırılacağı gün haqqında fıkirləşdi. O, divardakı yazını yenə görmək istəyirdi; əgər o sözləri həqiqətən Tina yazmışdısa, orada yeni sözlər olmalıydı. 


Həmin gecə Gega xoşbəxt idi, daha doğrusu, böyük bir xoşbəxtliyin həsrətini çəkirdi, əvvəlki kimi yenə yata bilmirdi, amma bu dəfə duyduğu sevinc hissindən gözlərinə yuxu getmirdi. 
Sübh çağı qərara aldı ki, Tina haqqında daha düşünməsin və yatmağa çalışsın, bu zaman müstəntiqi xatırladı, amma qanı lap qaraldı, çünki onu dindirən müstəntiqi nə üçün dəyişdiklərini və ümumiyyətlə, belə bir işi gənc və təcrübəsiz bir müstəntiqə necə etibar edə bildiklərini heç cür anlaya bilmirdi. Bəlkə, bunu qəsdən belə ediblər ki, məhbusla təxminən eyni yaşda olan müstəntiq üçün Geganı dilə tulub, tez sındırmaq daha asan olar. Amma Geganın müstəntiqə deməyə başqa sözü yox idi, hər şey doğrudan da elə olmuşdu. Həmin gecə Gega bunu da fikirləşdi ki, bəlkə sovet imperiyasında həqiqətən hər şey, o cümlədən istintaq da çox pis işləyir. O ancaq dan yeri söküləndə yuxuya getdi... 

                    Qardaşlar

Onların soyadı dəyişilmişdi, amma bu səhvən belə olmuşdu, həqiqətdə isə gürcülər əsrlər boyunca İverieli yox, İberieli olublar, bu dəyişikliyin günahkarı yeni yunan və rus dilləridir. Amma bunun məsələyə dəxli yoxdur. Məhbusların arasında ən çox əzab çəkən Paata idi, o, müstəntiqin suallarına ümumiyyətlə cavab vermirdi, versə də bir–iki ümumi söz söyləyib kifayətlənirdi. Paata ölümdən təsadüfən qurtulmuşdu. Onu təyyarənin pilləkəni ilə aşağı düşürtdükdə DTK əməkdaşları atəş açdılar, Paatanı xilas edən xüsusi təyinatlıların cəldliyi oldu. Bronjilet geymiş döyüşçülər öz bədənləri ilə Paatanı güllələrdən qorudular, bu onlar üçün nüfuz məsələsi idi, çünki qulduru həbs edib, əllərinə qandal vuraraq gətirirdilər. 

Paata İverieli sovet hakimiyyətinin ona hələ aeroportda çıxartdığı (istintaq və məhkəmə olmadan) ölüm hökmü haqqında kamerada da tez–tez düşünürdü. O, təyyarənin elə pilləkənindəcə güllələnməkdən xilas olmuşdu. Paata elə fikirləşirdi ki, onu Kaha sandıqları üçün öldürmək istəyiblər. Çünki Kaha – pilotların kabinəsinə əlində silah girən və hakimiyyət üçün arzuolunmaz həqiqəti öyrənə bilən dostlarının arasında sağ qalmış yeganə adam idi. Hərçənd Paatanın fikrincə, bu da mümkün idi ki, təyyarədən buraxılan sərnişinlər məhz onu daha çox canfəşanlıq edən cinayətkar kimi qələmə verdikləri üçün qəzəblənmiş "keqebeşniklər" onu elə ordaca, pilləkəndə öldürmək istəyiblər. Başqa səbəb də ola bilərdi, amma fakt bu idi ki, artıq həbs olunmuş, silahsız Paata İvrrielini təyyarədən pilləkənlə düşürdükləri anda ona bir neçə nəfər atəş açmışdı. 

Gegadan fərqli olaraq, Paatanı yaşlı, təcrübəli və məşhur bir müstəntiq dindirirdi və bu müstəntiq kim bilir neçənci dəfəydi ki, onun tamamilə əhəmiyyətsiz cavablarını, dəftərinə köçürürdü. 

Həmin gün, Paatanın qarnında birdən-birə ağrılar baş qaldırdıqda, onu dindirmə otağında tamamilə başqa, gənc bir müstəntiq qarşıladı; o, çox mehriban təbəssümlə Paataya sarı dönüb ona hətta siqaret də təklif elədi. 

Paata bir söz dəmədən siqareti yandırdı, sükutu müstəntiqin özü pozdu: 

- Biz bir rayondanıq. 

- Yadıma gəlmirsiz. 

- Əlbəttə, gəlmərəm, qardaşınla sən Moskvada oxuyurdun, mənsə Vladivostokda. 

- Ola bilər, bağçaya bir yerdə getmişik, - Paata gülümsəyərək dedi. 

- Bir rayondanıq, həqiqətən eyni bağçaya gedə bilərdik, yadımdadır, bizim qrupumuzda iki qardaş vardı. 

- Mən bağçaya getməmişəm, soğanlı supu xoşlamıram. 

- Bəs qardaşın? 

- O da getməyib, püreni sevmirdi. 

- Onu gördüm, amma püre haqqında danışmadı. 

- Qardaşımı tez–tez görürsünüz? 

- İstədiyim vaxt. Əgər iş üçün lazım olarsa. 

- Necədi? 

- Məhbus üçün pis deyil, adətən ona daha çox diqqət yetirirəm, axı biz bir rayondanıq, özün başa düşürsən. 

- O da bu binadadır? 

- Narahat olma, hər şey qaydasındadır, o yaxşıdır. 


Əslində Paata özü də bilmirdi ki, onu hansı binaya gətiriblər, amma zənn edirdi ki, onu da başqa siyasi məhbuslarla birlikdə DTK-nın həbsxanasına aparıblar, bu bina isə Rustaveli prospektində, köhnə poçtun arxasında yerləşirdi. Çöldən heç nə gözə çarpmırdı, çünki kommunistlərin dövründə kameralar binada yox, yeraltı labirintlərdə yerləşirdi. 
Qonşuluqdakı poçt–teleqraf binasının gözəl fasadı düz prospektə baxırdı, Paata nə vaxt bu binanın yanından keçsəydi, həmişə dayanıb divara göz gəzdirərdi; 9 mart 1956-cı ildə silahsız gürcü tələbələrinin burada güllələndiyi vaxtdan neçə illər keçsə də, hələ də divarın üstündə güllə izlərini görmək mümkün idi. 
- Onu bir də nə vaxt görəcəksən? - Paata doğru cavab alacağına ümid etməsə də, müstəntiqdən soruşdu. 

- Ona nə isə çatdırmaq istəyirsən? 

- Çatdırarsan? 

- Nə istəsən, çatdıraram. 

- Deyərsən ki, mən yaxşıyam, başqa heç nə. - Heç nə? 

- Heç nə. 

- Utanma, nəsə demək istəyirsənsə, de, çatdırım, nə desən, çatdıraram. 

- Dedim axı, başqa heç nə. 

- Əgər məhkəməyə qədər qardaşına nəsə demək, ya da nə barədəsə xəbərdarlıq etmək istəyirsənsə, nə demək istədiyimi başa düşürsən, de çatdırım. Dost kimi məsləhət görürəm, qardaş. 

- Dediklərimi çatdır, başqa heç nə. 

- Baxın ha, elə olmasın ki, məhkəmədə biriniz bir söz, biriniz başqa söz deyəsiniz, yaxşılığınıza deyirəm, özün başa düşürsən. - Məhkəmədə kimsə yeni nə deyə bilər ki? Olanları onsuz da hamı bilir, başqa da heç nə olmayıb. 

- Hamı belə fikirləşirdi, amma indi məlum olub ki, sizin başçınız bir rahib imiş... 

- Hansı rahib? 

- Tevdore ata. 

- Bunu kim uydurub? 

- Ozü boynuna alıb. 

- İşgəncənin təsiri ilə? 

- Ayıb deyil? Axı, işgəncə verməyin nə mənası var əvvəl deyəcəl, sonra məhkəmədə boynundan atacaq, bubizi təmin eləmir. 

- O hətta təyyarədə belə olmayıb və heç bir şey bilməyib, axı necə eliraf edə bilər. 

- Bu bizi də təəccübləndirir, çox təəccübləndirir. Bilirsənmi, məni təəccübləndirən daha nədir? Bunu sənə dost kimi deyirəm, o özü monastırda qala-qala, sizi bu qırğına necə göndərib. 

- O, təyyarə haqqında heç nə bilmirdi. 

- Çünki siz ona deməmişdiniz. 

- Fərqi yoxdur, desəydik də, buna qarşı çıxacaqdı. 

- Bilmirəm, bilmirəm, o indi tamam başqa şeylər deyir. 

- Nə deyir? 

- Deyir ki, təşkilatçı o olub, boş yerə bu işi kim öz üzərinə götürər? 

- Yalan deyir. 

- Nə üçün? 

- Bizi xilas etmək istəyir. 

- Deməli, o həqiqətən təşkilatçı olub. 

- O rahibin bizim işlə heç bir əlaqəsi yoxdur, o, təyyarədə ümumiyyətlə olmayıb. 

- Amma o deyir ki, hər şeyi özü planlaşdırıb, ancaq... 

- Ancaq nə? 

- Əgər kimsə, heç olmasa bir nəfər bunu məhkəmədə təsdiq etsəydi... 

- Belə bir adam tapa bilməzsiniz, çünki bu rahib ümumiyyətlə təyyarə qaçırmağın əleyhinə idi. 

- Bəs deyirdin, o heç nə bilmirdi? Bunu ona görə sənə deyirəm ki, biz bir rayondanıq, sizə kömək etmək istəyirəm. Axı, rayonumuza getdikdə küçəyə çıxmalı olacam, uşaqlarım orda böyüyür... 

- Rahibin bu məsələyə heç bir aidiyyatı yoxdur, mən də sizə heç cür kömək edə bilmərəm. 

- Ozünə kömək elə, bizə kömək eləməyi səndən heç kim xahiş etmir. 

- Mən gedim. 

- Get və düşün, mən burdayam, nə lazımdırsa, kömək edərəm, biz yaxınıq, bu mənim borcumdur, nəsə lazım olsa, utanma de. 

- Axı, mənə nə lazım ola bilər? 

- Bilmirəm, axı biz kişiyik: dərdimiz çoxdur, ağrı-acımız, minlərlə qayğımız var. Mən hərdən elə yoruluram ki, nəsə qəbul etməkdən özümü saxlaya bilmirəm iş, ev, əsəb gərginliyi, minlərlə problem. Heç kim deməz ki, mən narkomanam, amma bəzən bunsuz alınmır. 

- Mənə lazım deyil. 

- Bilirəm, amma sizin həkim dedi ki, sənin ağrıların var, mən də fikirləşdim ki, sənin üçün ağrıkəsicinin əvəzinə nəsə tapa bilərəm. 

- Mənə heç bir şey lazım deyil. 

- Necə istəyirsən, mən dost kimi təklif elədim. 

- Lazım deyil. 

Paata gülümsəyib ayağa qalxdı, müstəntiq mühafizəçini çağırdı. Otaqdan çıxarıldıqda, müstəntiq daha nə isə dedi, amma Paata onu eşitmirdi, bədənini bürümüş kəskin ağrılar haqqında düşünürdü. Əgər ona verdikləri yeməyi nahar adlandırmaq olardısa, dünənki nahardan dərhal sonra onda qəribə ağrılar başlamışdı. Amma Paata başqa şey haqqında fikirləşirdi. Fikirləşirdi ki, müstəntiq onun ağrıları haqqında hardan bilə bilərdi, axı Paata bu barədə heç kimə heç nə deməmişdi. 


Kameraya qayıtdıqdan sonra doktordan ağrıkəsiçi tələb etməyi qərara aldı, amma əlbəttə ki, onda ağrıkəsici, xüsusən də bu ağrıları kəsə bilən dərman olmadı... 
Gegaya yenə dindirilməyə çağırıldığını dedikləri zaman o qədər sevindi ki, hətta mühafizəçi də təəccübləndi. Dəhlizlə çox cəld yeridiyindən hətta mühafizəçi ona bir neçə dəfə irad tutdu, amma Gega indi yalnız müstəntiqin otağının qapısı yanındakı divar haqqında düşünürdü, orada Tinanın cavabını görəcəyinə ümid edirdi, buna görə də ona orada dayanmağı əmr etdikdə, ürəyi ilk görüşlərində olduğu kimi tez-tez döyünməyə başladı. 
Bir neçə gün bundan əvvəl yazdığı iki ingilis sözünün yanında indi lap xırda hərflərlə, amma aydın şəkildə “Pələng dərisi geymiş pəhləvan”dan bir beytin başlanğıcı yazılmışdı: “Mən oturmuşam...”; bu beyti bir dəfə ona Tina oxumuşdu. Gega cavabında tələsə–tələsə bu sözlərin ardını yazdı “hündür qalada”. · 
Onlar hündür qalanın yox, DTK zirzəmilərinin əsirləri olsalar da, indi Gega üçün bunun əhəmiyyəti yox idi. Nə indi, nə də sonralar, artıq neçənçi dindirmə proseduru idi ki, o bir-birini əvəzləyən müstəntiqlərə, bu dəfə isə yaşlı bir müstəntiqə ümumiyyətlə qulaq asmırdı. Daha doğrusu, onlara qulaq asa bilmirdi, Gega dəniz sahilində istirahət etdikləri vaxt, ev sahiblərinin kitab rəfındən Tinanın “Pələng dərisi geymiş pəhləvan"ı götürdüyü o gecə haqqında düşünürdü. 
Onlar pəncərəyə çox yaxın uzanmışdılar, buradan dənizi görmək olardı, ay isə o gecə o qədər böyük və işıqlı idi ki, onlar kitab oxumaq üçün hətta işığı yandırmağa ehtiyac duymadılar. 

Bu Tinanın fikri idi: 

- Gözlərimi yumub, “Pəhləvan”ın bir səhifəsini qarasına açacam və gözümə sataşan ilk bəndi oxuyacam. Sonra sən də gözlərini yumarsan, əlini qoyub oxuyarsan. 
Müstəntiqin otağında Gega dəqiq xatırladı ki, o vaxt Tinanın bəxtinə məhz bu misra düşmüşdü: “Hündür qalada oturmuşam mən...” 
Lakin müstəntiq heç cür anlaya bilmirdi ki, ən dəhşətli hökmü - ölüm hökmünü gözləyən məhbusun üzündə nə üçün belə xoşbəxt ifadə var. Onu da bilmirdi ki, Geganın həyatında bu ən xoşbəxt gündür, çünki bu gün Gega tamamilə əmin oldu ki, Tina sağdır, ona heç bir şey olmayıb və ən əsası, Tina tək deyil. Onlar iki nəfər idilər: Tina və DTK–nın Tbilisidəki həbsxanasında Tina ilə birlikdə yaşamaqda olan, hələ dünyaya gəlməmiş körpə. Gega arvadının və hələ doğulmamış körpəsinin hansı kamerada olduğunu dəqiq bilmirdi, amma Gega üçün əsas o idi ki, onlar sağ idilər. Müstəntiqin otağında onu düşündürən yeganə fikir, bu dindimiənin tez bitməsi və yenə həmin divarın yanında dayanarkən - “bizim körpəmiz”, “balamıza salam”, yaxud "körpəni qoru”... kimi daha ikicə söz yaza bilmək idi. 
Gega Tinanın hələ doğulmamış körpəsini necə əzizlədiyini, artıq yeni bir insanın yaşadığı qarnını qəşəng barmaqları ilə necə sığalladığını da düşündü. 
Müstəntiq isə qərara aldı ki, məhbusun kefi kökdür, odur ki, əsas məsələsini ona demək üçün bundan gözəl fürsət arzulamaq olmaz. Əslində bu müstəntiqin heç bir arzusu yox idi, amma yerinə yetirməli olduğu işi vardı, buna görə də Gegaya birbaşa dedi: 

- Siz məhkəmədə təsdiq etməlisniz ki, təyyarənin qaçırılmasına rahib rəhbərlik edib. 

- Niyə? 

- Çünki bunu həqiqətən o təşkil edib. 

- Bunun cəfəngiyat olduğunu istintaqa artıq izah etmişəm, insan qəti əleyhinə olduğu və indinin özündə də qarşı çıxdığı bir şeyə heç vaxt rəhbərlik edə bilməz. 

- İstintaq onsuz da hər şeyi bilir və rahibin təşkilatçı olması faktlarla sübut olunub, əsaslı arqumentlərlə təsdiq edilib. Rahib də deyir ki, hər şeyə özü rəhbərlik edib. 

- Onda bəs məndən nə istəyirsiz? 

- Bunu sizdən kiminsə təsdiq etməsi məhkəmə üçün çox vacibdir.

- Bəs, niyə mən? Axı, mən onu ümumiyyətlə tanımırdım. 

- Bizim üçün bunun əhəmiyyəti yoxdur, əsas odur ki, sizdən kimsə məhz rahibin təşkilatçı olduğunu təsdiq eləsin. Bu isə hamıdan çox sizə asan olar. 

- Mənə niyə? 

- Çünki sizin arvadınız uşaq gözləyir, sovet qanunlarına görə isə hamilə qadınları həbs etmək olmaz. 

- Qanuna heç vaxt əməl etməmisiz, indi yadınıza düşdü? 

- Biz həmişə qanunlara riayət etmişik, indi də edirik. 

- Deməli, arvadımı buraxacaqlar? 

- Biz terrorçuları azad etmirik! 

- Nə demək istədiyinizi anlamadım. 

- Məncə, aydın dedim, amma siz özünüz də anlamalısınız ki, gələcək körpənizin taleyi məhkəmədə necə ifadə verəcəyinizdən asılıdır... 

- Sizin istədiyinizi deməsəm, onda nə olacaq? 

- Heç bir şey, oğlum, özün bilərsən, amma o rahibin təşkilatçı olduğunu təsdiq eləməyi sənə bir böyük kimi məsləhət görürəm... 

- Bəs, təsdiq eləməsm, nə olacaq? 

- Dedim axı, heç nə olmayacaq. Onsuz da sübut edəcəklər ki, sizin quldur dəstənizin başçısı o rahib olub. Amma sənin ifadələrin bizim üçün əlavə kömək olardı. 

- Kömək etməsəm, necə? 

- Onda biz də sənə kömək eləmərik, həbsxanada hamilə qadına xüsusi qulluq lazım olduğunu isə, məncə, özün də başa düşməlisən. 

- Axı, onların vəziyyəti yaxşıdır, elə deyil? 

- Hələlik hə, amma siz bilirsiz ki, həbsxana şəraiti necədir. Hər dəqiqə elə bir şey ola bilər ki... 

- Arvadım uşağını itirə bilər? . 

- Mən belə demədim, amma siz bilməlisiz ki, təyyarə qaçıran terrorçu qadını həbsxanadan keç kim buraxmaz. 

- Axı, körpənin heç bir günahı yoxdur, o heç doğulmayıb hələ. 

- Oğlum, elə buna görə sənə deyirəm ki, onların taleyi və gələcəyi səndən asılıdır. 

- Əgər arvadım və uşağım üçün hər şey yaxşı olacaqsa, məhkəməyə və istintaqa lazım olan hər şeyi deyəcəyəm. 

- Ağıllı oğlansan, bir də ki, bu əclaf rahibə görə nə üçün bu qədər adam həlak olmalıdır?! 

Müstəntiq sevincək halda daha bir neçə cümlə dedi, amma Gega eşitmirdi, indi o yalnız ikicə söz yazmağa fürsət axtardığı həmin divar haqqında düşünürdü və o, iki yox, üç söz yazmağa imkan tapa billdi: “körpəmizdən muğayat ol...” 
Amma kameraya qayıtdıqdan sonra həmin müstəntiq haqqında düşünməyə başladı; o, tələb olunan ifadələri bu müstəntiqə verəcək və bununla da körpəsini xilas edəcəkdi. İndi onun üçün əsas məsələ məhkəməyə qədər dünyaya gəlməli olan bapbalaca adamın doğulması idi, sonra isə Gega həqiqəti deyəcəkdi, məhkəmədə hər şeyi danışacaqdı, yalnız həqiqəti deyəcəkdi, başqa cür hərəkət edə bilməzdi. Ondan tələb olunan şeyi təsdiq edə bilməzdi, axı bu yalan idi, rahib günahkar deyildi, o hətta həmin təyyarəyə minməmişdi də. Buna görə də Gega yalnız həqiqəti deyəcəkdi, amma bu, onun körpəsi DTK-nın Tbilisidəki həbsxanasının kameralarından birində bərkdən çığıra–çığıra dünyaya gəldikdən sonra olacaqdı. O da havanı ilk dəfə ciyərlərinə çəkən və bunun yalnız birinci əzab olduğunu hələ bilməyən bütün körpələr kimi doğulacaqdı. 
Gega isə bilmirdi ki, hökm çıxaranlar onun təsəvvür edə bildiyindən daha çox qəddardırlar; ancaq bu ilk hökmün necə olacağını hətta o amansız ölkədə belə heç kim təsəvvür edə bilməzdi... 
             

          


                        Hökm 
İlk hökmü hələ məhkəmədən qabaq çıxartdılar və elə həmin gecə də yerinə yetirdilər - bunu Geganın məhkəmədə lazımi ifadələri verə bilməyəcəyinə əmin olduqdan cəmisi bir neçə gün sonra etdilər. 
Onlar üçün hamilə Tinanın problemi Geganın ifadələrindən daha çox mühüm idi. Hamilə qadının mühakimə edilməsi cəmiyyətdə mərhəmət dalğası yaradardı, təyyarə qaçıranlara mərhəmət göstərilməsinə isə, sovet hakimiyyəti, təbii ki, yol verə bilməzdi. MK-da belə düşündülər ki, əgər uşaq məhkəməyə qədər dünyaya gəlsə, bu, hakimiyyət orqanlarına yeni problem yaradacaq, buna görə də tez qərar verdilər və elə həmin gecə ilk dəhşətli hökmü yerinə yetirdilər. 
Tinanı oyatmadılar. Hamilə məhbusun yuxudan ayılıb-ayılmamasının onlar üçün heç bir fərqi yox idi, Tinaya onsuz da yuxugətirici iynə vurmalıydılar. Buna görə də Tina oyandıqda, ağ xalatlı adamlar onun yalvarış və dəhşət dolu baxışlarına əhəmiyyət vermədən, soyuqqanlılıqla, soyuq əllərlə məhbusun damarına tez iynə vurdular. Onların indi buraya o məşum cinayəti törətməkdən ötrü gəldiklərini Tina dərhal anladı. Dəfələrlə bu fikri ağlından keçirtmişdi, amma hər dəfəsində də insanlar haqqında pis fikrə düşdüyünə görə özünü danlamışdı. 
Lakin onlar insan deyildilər, adi soyuqqanlı qatil idilər; Tinanın çarəsiz qışqırıqları və hələ doğulmamış körpəni öldürməsinlər deyə etdiyi yalvarışlar onların ürəyinə, ruhuna qətiyyən təsir etmirdi. Tina axıra qədər, son saniyəyə qədər mübarizə apardı, nəhayət huşunu itirdi. Tina o gecə onun kamerasına gələnlərin hamısına və bir–bir hər kəsə əldən düşənə qadar yalvarıb-yaxardı ki, onun uşağını öldürməsinlər. Amma kameraya girən kimi Tinaya vurduqları dərman çox güclü preparat idi, hətta qatillər bu gənc qadının belə uzun müddət necə tab gətirə bildiyini anlamayaraq, bir neçə dəfə təəccüblə bir–birlərinə baxdılar. Nəhayət, məğlub olmuş və halsızlaşmış Tina gözlərini yumdu, yuxuya gedərək daha heç bir şey görmədi və hələ doğulmamış bir neçə aylıq körpəsini bətnindən necə çıxardıqlarını hiss etmədi. 
Onu bu dünya ilə bağlayan yeganə şey göz yaşı, daha doğrusu, yanağından süzülən göz yaşları idi; Tina ağlayırdı, dərin yuxuya getsə də, ağlayırdı... 
Yəqin ki, dünyada heç bir məhbus dindirilməyə çağırıldığı zaman Gega qədər sevinməzdi. Gega sanki görüşə gedirdi, dindirilməyə - görüşə getdiyi kimi gedirdi və üzərində Tinanın sözləri yazılmış o divar Gega üçün dünyada ən əziz yer idi. 
Lakin həmin gün divarda yeni sözlər görmədi, ona görə də düşündü ki, yəqin, Tinanı sorğu-suala aparmayıblar, ya da Tina bircə kəlmə yazmağa sadəcə macal tapmayıb; Gega həmin gün divara Tina üçün yalnız bir sual yazdı: “körpə necədir?”... 
Lakin bir neçə gün sonra Geganı yenə dindirməyə çağırdıqları zaman, müstəntiqin otağına girməzdən əvvəl onu həmin divara sarı çevirdiklərində Tinanın cavabını görəcəyinə ümid etsə də, yenə təzə sözlərə rast gəlmədi. 
Gega yenə düşündü ki, bunun bir çox səbəbi, lap elə ən adi səbəbi də ola bilər məsələn, Tinanı dindirmək üçün indi başqa otağa aparırdılar, buna görə də ərinin divarda cızılmış məktubuna cavab verə bilmirdi. Bununla belə Gega dizlərində qəribə bir taqətsizlik hiss elədi, gicgahları da tərləmişdi. 
Müstəntiqin otağına girdikdə Gega su istədi və əslində nə baş verdiyini necə öyrənəcəyi haqqında düşünməyə başladı, amma heç nə fikirləşib tapa bilmədi, odur ki, Tina haqqında müstəntiqdən birbaşa soruşmağı qərara aldı. Gega bu yaşlı adamın səmimiyyətinə inanmırdı, amma onsuz da heç nə itirmirdi. 
Gega su içdi, sakitləşməyə çalışdı və dünyada indi onu ən çox maraqlandıran məsələ haqqında müstəntiqdən sakitcə soruşdu: 

- Tina necədir? 

- Arvadınız yaxşıdır. 

- Onun da müstəntiqi sizsiniz? 

- Arvadınızı mənim həmkarlarım dindirirlər. 

- Bəs, hardan bilirsiniz ki, onun vəziyyəti yaxşıdır? 

- Bildiyimi deyirəm. 

- Sizin uşağınız var? 

- Mənim uşaqlarım yaxşıdır. 

- Yəni, bizim kimi deyillər? Siz nə vaxtsa sevgilinizə məktub yazmısız? 

- Deyəsən, burda sualları mən verirəm, axı. 

- Gec–tez siz də cavab verməli olacaqsız. 

- Bunu mənə deyirsən? 

- Sizin hamınıza. 

- Təhdid edirsən? 

- Mən yox, amma başqaları mütləq sizdən cavab tələb edəcəklər. 

- Nəyə görə? 

- Hər şeyə görə. 

- Əvvəlcə siz elədiklərinizə görə cavab verməli olacaqsınız. Bu qədər insanın həyatını qurban vermisiz, amma özünüzü günahkar saymırsınız. 

- Mən heç kimi öldürməmişəm, amma yenə də özümü günahkar sayıram. 

- Bunu hardan bilək? 

- Axı demişdim ki, əgər arvadım və uşağıma heç bir şey olmasa, lazım olan hər şeyi deyəcəyəm, artıq o rahibin əleyhinə ifadələr vermişəm. 

- Mənsə demişdimki, təyyarə qaçıran terrorçu qadın, hətta hamilə də olsa, heç kim onu həbsxanadan buraxmaz. 

- Mən bunu istəməmişdim, sizə lazım olan ifadələri verməyə ona görə razı olmuşdum ki, körpəm dünyaya gəlsin, məni güllələnməyə məhkum etsələr, heç olmasa o yaşasın. 

- Qorxma, ölümə məhkum etməzlər, əgər hər şeyi yaxşıca etiraf etsən, güllələnməkdən qorxma. 

- Mən nə güllələnməkdən, nə də ölümdən qorxuram. 

- Bəs nədən qorxursan? 

- Öz körpəmə görə qorxuram, qorxuram ki, onu öldürələr... 

- Axı, o hələ doğulmayıb, onu necə öldürmək olar? 

- Gec-tez doğulacaq, həbsxanada isə körpə uşağa xüsusi qulluq və qayğı göstərmək lazımdır. 

- Axı, sən özün də başa düşürsən ki, həbsxana şəraiti hamilə qadın üçün yaxşı deyil. 

- Amma siz söz vermişdiniz, mən də buna görə ifadə verdim. İstədiyiniz hər şeyi yazdım. 

- Yazmısınız, lap yaxşı. 

- Əgər məhkəmədə ifadələrimi dəyişsəm necə? 

- Məhkəmə üçün bunun əhəmiyyəti yoxdur. Əsas sənin istintaqa verdiyin ifadələrdir. Sovet qanunlarına görə belədir. 

- Necə? · 

- Təyyarəni qaçırmazdan əvvəl qanunları öyrənmək lazım idi... 

- Bəs mənim körpəm? 

- Axı, izah etdim ki, terrorçu qadını, hətta o hamilə olsa belə, evə buraxa bilmərik. 

- Amma o burada, həbsxanada da doğa bilər. 

- “Bilər, amma... “ 

- Amma nə? 

- Axı, mən dedim və artıq neçənci dəfədir, təkrar edirəm ki, həbsxana hamilə qadının yeri deyil. İstənilən an onu uşağı düşə bilər. Arvadın uşaq doğmaq isıəyirdisə, evdə qalmalıydı... 
Müstəntiq Gegaya daha nə isə dedi, amma o artıq eşitmirdi. Gega yumruğu ilə onu yerə sərdi və qalxmasına imkan verməyərək üstünə tullandı, hər iki əliylə onun boğazından yapışıb boğmağa çalışdı: 

- Sənin ananı si...m! Axı, söz vermişdin ki, uşağa heç nə olmayacaq!? Hamınızı! Qatillər!.. 


Sonra Gega kamerada gözünü açıb, qanını sildikdə heç cür xatırlaya və anlaya bilmirdi ki, müstəntiqin otağına girib onu əvvəlcə yumruqla, sonra isə təpiklə döyən adamlar hardan peyda oldular; onlar Geganı huşunu itirənə qədər döymüşdülər. 
O, qana bulaşmış kamerada özünə gəldikdən sonra ağzında öz qanının dadını hiss elədi və tüpürmək istədi, amma bu asan olmadı, yerindən heç tərpənə də bilmədi, Geganın hər yeri ağrıyırdı - bütün bədəni ağrıyırdı, bu zaman müstəntiqin sözlərini xatırladı: 
- Üzünə yox, aşağıya vurun! 
Gega cəmisi bir neçə dəqiqə əvvəl xırıldayıb zorla nəfəs alan müstəntiqin aktivliyinə heyrət etdiyini də xatırladı. 
Amma bu – yaddaşa həkk olunmuş gözlənilməzlik kimi mücərrəd bir an idi, əslində Geganın arzuladığı tək şey - bütün bu dəhşəlin tezliklə bitməsi idi. Lakin bu dəhşət - məhbusu döyməkdən sadəcə ləzzət alan adamlar yorulana qədər davam etdi... 
O gündən sonra Geganın dindirilməyə aparılmamasının sadə bir səbəbi vardı - məhkəməyə qədər onun ifadələri müstəntiqlərə lazım deyildi; Gega məhkəmə prosesini səbirsizliklə gözləyirdi,·çünki orada Tinanı görəcəkdi, amma bununla belə bu görüşdən qorxurdu. Öyrənə biləcəyi həqiqətdən qorxurdu, Tinanın artıq hamilə olmadığını görməkdən qorxurdu, bunu isə istəmirdi, çünki qəti əminlik olmadıqca, ümid qalır, və bu azacıq da olsa - yenə bir ümiddir. 
Məhkəməni başqa bir səbəbdən də gözləyirdi – təyyarə qaçırılan gündən heç bir xəbər almadığı anasını da görərdi və əgər macal tapsaydı, ona hər şeyi izah edərdi, deyərdi ki, onu heç də atmaq istəməyib və bu dəhşətli ölkədən ona görə çıxıb getmək istəyib ki, sonra anasını da apara bilsin. 
Bir də dostlarını – təyyarəyə birlikdə mindiyi dostlarını görmək istəyirdi; həbs olunduğu gündən bəri onlar haqqında heç nə bilmirdi. 
Həmin təyyarədə olmayan dostları haqqında da düşünürdü, onların da dindirilməyə aparıldıqlarından şübhələnirdi və öz şübhələrində haqlı idi. 
Başqa adamları da dindirməyə çağırmışdılar, amma Geganın yaxın dostu və bu səbəbdən də təyyarənin qaçırılması haqqında hamıdan çox bilməli olan İrakli Çarkviani müstəntiqləri daha çox maraqlandırmışdı. Moskvadan gəlmiş müstəntiq əvvəlcə elə düşündü ki, İraklinin babası, Kandid Çarkviani MK-nın sabiq katibi olduğuna görə, Gega onlarla birlikdə uçmağı İrakliyə təklif etməyib. Lakin elə ilk sorğu-sualdan anladı ki, səbəb tamamilə başqadır, bu qəribə oğlan suallara yalnız gürcü dilində cavab verdiyi üçün rus müstəntiqi lap əvvəldən təəccübləndirdi. 
Dindirmə zamanı İrakli çox sakit idi, gürcü DTK–sının əməkdaşı təəccüblü halda onun cavablarını rus müsləntiqə tərcümə edirdi. Kandid Çarkvianinin nəvəsinin rus dilində bilməməsi gürcü “keqebeşnik”i həqiqətən təəccübləndirmişdi, amma rus müstəntiq dərhal anladı ki, İrakli Çarkviani nəinki rus dilini, hətta başqa dilləri də (tərcüməçidən fərqli olaraq) əla bilir. 
Rus müstəntiq bu qəribə gənclə söhbət edərək bunu da anladı ki, qarşısındakı gənc - öz valideynlərindən fərqli olaraq, üzüyola, komformist və aradüzəldən olmayan yeni gürcü nəslinin nümayəndəsidir. Buna görə də İraklinin cavablarındakı açıq-aşkar antisovet tonlar rus müstəntiqi təəccübləndirmədi, əksinə, onun həmin təyyarədə İrakli Çarkvianinin niyə uçmadığını bilmək istəyini daha da möhkəmləndirdi. Odur ki, həmin gün Geganın yaxın dostunu dindirərkən, onu ən çox maraqlandıran bu məsələ barədə birbaşa sual verdi: 

- Onlarla birlikdə uçmağı sizə niyə təklif eləmədilər? 

- Kim? 

- Ən azından Gega, axı o, sizin yaxm dostunuz idi. 



- Nə üçün idi, o indi də mənim yaxın dostumdur. 

- Bağışlayın, yaxşı alınmadı, ümid edirəm, siz nə demək istədiyimi düz başa düşərsiniz. 

- Nə demək istəyirdiniz? 

- Onu demək istəyirəm ki, mən Geganın nə üçün sizə heç bir şey demədiyini həqiqətən anlamıram, axı o sizi yaxşı tanıyırdı. Bağışlayın, yaxşı tanıyır. 

- Elə yaxşı tanıdığına görə də heç bir şey deməyib. 

- İstəyirsiz inanım ki, Sovet İttifaqı sizin o qədər xoşunuza gəlir ki, ona heç vaxt xəyanət etməzsiniz? 

- Deyəsən, sizinlə söhbət etdiyim müddət ərzində mən sovet hakimiyyətinə rəğbət bəslədiyimi bircə dəfə də demədim, amma mən dissident də deyiləm və olmaq da istəmirəm. 

- Məni o maraqlandırır ki, təyyarə qaçıranlar hansı prinsip üzrə seçiliblər və Geganın ən yaxın dostu olmağınıza baxmayaraq, onların arasında siz nə üçün olmamısınız? 

- Dedim ki, Gega mənim razılaşmayacağımı bilirdi. 

- Nə üçün? Uçmaq istəmirdiniz? 

- Uçmağı həmişə istəmişəm, indi də istəyirəm və mütləq uçacağam, amma təyyarədə yox. 

Rus müstəntiq İraklinin cavabını düşünərək bir müddət susdu, amma bu gənc gürcünün nə demək istədiyini anlaya bilmədi, ona görə də sonuncu sualı bu ağır sükutu pozmaq üçün İrakliyə verdi: 

- Əgər uça bilməsəniz? 

- Onda dənizi üzüb keçərəm. 

- Nəyi üzüb keçərsiz? 

- Dənizi. 

- Necə? 

- Mahnı ilə. 

- Zarafat edirsiz? 

- Yox. 


- Dindirmə protokoluna bu cür də yazılsın? 

- Bəli. 


- Axı, necə yazılsın? 

- Sözbəsöz. 

- Necə? 

- Mən dənizi üzüb keçəcəyəm... 

Həmin gün sorğu-sualdan qayıdan İrakli Çarkviani ilk dəfə şübhələndi ki, Geganı və o biri təyyarə qaçıranları yəqin ki, güllələnməyə məhkum edəcəklər, buna görə də öz şübhələrini dostları ilə, həm onunla, həm də Gega ilə dost olan uşaqlarla bölüşdü. 
Nəinki Geganın dostları, hətta bütün Tbilisi, Tbilisi azdır, bütün Gürcüstan belə fikirləşirdi ki, təyyarə qaçıranları ölümə məhkum etməyəcəklər. 
Onların göstərdiyi dəlillər tamamilə məntiqli idi - təyyarə qaçıranlar qatil deyildilər, odur ki, güllələnmə - hakimiyyət orqanları tərəfindən son dərəcə qəddarlıq olardı. İraklinin ehtimalını dostları da inamsızlıqla qarşıladı, amma İraklinin özü gələcək hökm haqqında daha çox şey bilmək istəyirdi, buna görə də öz ailəsinin sovet keçmişindən istifadə etdi. Prosesdə hökm çıxaracaq hakimin kim olduğunu öyrəndi və onun oğlunu tapdı. Hakimin oğlu ilə mühazirədən sonra universitetin yanında görüşdü və öyrənmək istədiyi məsələ haqqında birbaşa sual verdi. Hakimin oğlu, əlbəttə, əgər bacarsa, hər şeyi öyrənəcəyinə söz verdi. Amma heç ağlım kəsmir, - gedərkən, İrakliyə son sözünü dedi. 
Həmin axşam hakimin oğlu atasından təyyarə qaçıranların məhkəməsinə hakim kimi çıxacağının doğru olub-olmadığını soruşdu, cavabında isə çox sərt və hətta aqressiv olaraq verilmiş bir sual eşitdi: 

- Sənə kim dedi? 

- Dedilər. 

- Kim? 


- Bunun nə əhəmiyyəti var? 

- Böyük əhəmiyyəti var! 

- Axı, nə olub? 

- Bu, dövlət sirri kimi bir şeydir, ona görə də hakimin kim olacağını prosesə qədər heç kim bilməməlidir. 

- Dövlət necədirsə, sirri də elədir. Artıq hamı bilir ki, səni hakim təyin etmək istəyirlər. 

- Sənə kim dedi? 

- Nə fərqi var, Universitetdə dedilər, bunu artıq hamı bilir. 

- Universitet həmişə antisovet yuvası olub. - - Deməli, yuvada artıq hər şeyi bilirlər. 

- Məncə, bu mövzu zarafat üçün uyğun deyil. 

- Zarafat eləmirəm, məni çox ciddi maraqlandırır ki, nə olacaq. 

- Necə yəni, nə olacaq? 

- Məhkəmə prosesində nə olaçaq. 

- Cavab verməyə borclu deyiləm, heç istəmirəm də cavab verəm, həm də məhkəmə prosesində nə olacağını əvvəlcədən heç kim bilmir. 

- Mən başqa şeyləri soruşmuram, məni hökm maraqandırır. 

- Hökmün də necə olacağını əvvəlcədən heç kim bilmir, ona görə də sənin sualına heç kim cavab verməz. 

- Sən sadə bir suala sadə bir cavab verə bilərsənmi? 

- Hansı suala? 

- Cavab verə bilərsən, hə ya yox? 

- Səni nə maraqlandırır? 

- Güllələnməyə məhkum edəcəklər, ya yox? 

- Bilmirəm, amma təyyarə qaçıran quldur və terrorçulara layiq olduqları hökmü verəcəklər. 

- Güllələnmə? 

- Ədalətli hökm bu olar. 

- Demək, güllələyəeəklər? 

- Axı dedim ki, bilmirəm... 
Oğul atasının ona heç bir şey deməyəcəyini anladı, onu da anladı ki, təyyarə qaçıranlara hökmü məhkəmədə çıxaracaqlar, bəlkə də artıq çıxarıblar. 
Oğlu otaqdan çıxan kimi hakim–ata telefon nömrəsini yığdı: 

- Salam, batono9 Vladimir, bəli, mənəm, məni Birinci ilə nə vaxt qoşa bilərsiz?.. Bəli, təcilidir... Bəli, gözləyərəm. 


Hakim dəstəyi asdı, amma yerindən tərpənmədi, aparatdan gözlərini çəkmədən telefon zəngini gözləməyə başladı və yalnız şəhadət barmağı ilə alnındakı tər damcısını sildi. 
(9) cənab
Telefon zəng çalan kimi hakim dəstəyi götürüb, dərhal ayağa qalxdı: 

- Eşidirəm, salam... 


Boğazım arıtlayıb sözünə davam etdi: 

- Mənim təyinatını haqqında informasiyanın sızdığını məlumat vermək istəyirdim. Hardan bilirəm?.. Oğlumu göndəriblər ki, hökmün necə olacağını öyrənsin, güllələnmə olacaq, ya yox... Nə cavab verdim? Sizin və Partiyanın bizi, Cənab, həmişə öyrətdiyi kimi cavab verdim... Dedim ki, sovet qanunları humanistdir, amma hər bir cinayətkar törətdiyi cinayətə görə cavab verməlidir, Dövlət Vətən xainlərinə layiq olduqları cəzanı verəcək... Alo, alo... 


Hakim qara dəstəyi qulağına sıxaraq xeyli müddət dayandı, ,amma onu artıq eşitmirdilər. 
Hakimi, əlbəttə ki, dəyişdilər. 

Eka–Uka
Kitab – başqa şeydir, kino başqa şey; əslində isə rahib Tevdoreni öz evində həbs etmişdilər. 
1984-cü il fevralın 2-də sübh çağı axtarış başlandı və davam etdiyi müddət ərzində ata ilə qız bir–birini qucaqlayaraq yanaşı əyləşdilər; sonra ata qızı ilə elə vidalaşdı ki, Eka qorxmadı. Rahib Tevdore elə cəsarətlə ayağa durdu ki, onun əlinə qandal vurmağa cürət etmədilər və bu ən azad insanıın arxasınca düşüb getməyə məcbur oldular. 
Rahibin həbsindən bir neçə gün sonra onun evinə yenə axtarışa gəldilər. Evdə yalnız Eka vardı, o evi ələk-vələk edən kişilərə təəccüblə baxırdı. Qorxmurdu. Eka bu qara-qabaq insanların daha nə axtara biləcəklərini sadəcə heç cür anlaya bilmirdi. Hələ balaca olmasına baxmayaraq qorxmurdu, axı lap balaca ikən Soso Seretelinin onu gəzməyə apardığı vaxtlarda olduğu kimi, onu daha Eka-Uka adlandırmırdılar. Eka atasının dostlarını sevirdi, amma hippi atası onun üçün əsl möcüzə idi - o, dünyada yeganə rahib idi ki, cins geyinirdi və Ekanın dəlicəsinə sevdiyi yeganə insan idi.

O gün qımıldanmadan yerində dayanıb, çağırılmamış qonaqların getməsini gözləyərkən Eka atasının papağını, üstündə "one way"10 yazılmış papağını xatırladı. 


(10) Tək yol
Atasının şeirlərini gizlətdiyi şkafı o adamlardan biri açmasaydı, Eka yəqin ki, bu cür qımıldanmadan yerindəcə dayanacaqdı, Eka hələ lap balaca olanda, yuxuya getməzdən əvvəl atasından nağıl danışmağı xahiş etdiyi vaxtlarda, atası bu şeirləri xüsusi olaraq onun üçün yazmışdı. O zaman atası yuxudan əvvəl Ekaya nağıl danışardı, bəzən isə Eka ondan şeir oxumağı xahiş edər, atası da şeir qoşardı. Eka böyüyüb boya-başa çatana qədər atası onun üçün şeir yazdı. Eka böyüdükdə, məktəbə gedib yazmağı öyrəndikdə isə, atasının şeirlərini iri və gözəl hərflərlə böyük bir dəftərə köçürtdü; indi o adamlardan biri həmin dəftəri açmışdı. Sonra dəftəri örtüb yenidən açdı və rəisinə tərəf dönüb soruşdu: 

- Bunu nə edək? 

- O nədir? 

- Şeirlər. 

- Kimindir? 

- Bilmirəm. 

- Oxu, biləcəksən, amma yox, sən başa düşməzsən, götür dəftəri! 
Həmin adam yenə dəftərə baxdı, hətta oxumaq istədi, amma birdən onun biləyini möhkəm dişlədilər, o da dəftəri yerə saldı. Balaca Eka yerə düşmüş dəftəri tez götürüb sinəsinə sıxdı və divara tərəf geri çəkildi. 
Adam əvvəlcə dişlənmiş əlinə, sonra isə Ekaya təəccüblə baxdı: 

- Sənin terrorist atanı! – dişlərini sıxıb dedi və uşağın üstünə yeridi, amma rəis dərhal anladı ki, bu dəftəri Ekanın əlindən almaq olmaz. Buna görə də öz işçisini saxlayıb sakitcə soruşdu: 

- Orda ancaq şeir yazılıb? 

- Bilmirəm, təkcə şeirləri gördüm, yəqin, bu qız yazıb. 

- Məzmunundan anladın? 

- Yox, onu bilmirəm, amma uşaq xətti ilə yazılıb. 

- Qurtardınız? – rəis üzünü o birilərə tutub qışqırdı. 

Cavab gözləmədən, əli ilə onları çağırıb evdən çıxdı. Hamısı onun ardınca getdi. 


Eka tez pəncərəyə yaxınlaşdı, pərdəni çəkib baxdı. Yad adamlar maşına minirdilər, o, pəncərənin yanında bir az da dayandı. Maşın tini burulduqda, Eka çağırılmamış qonaqların getdiyinə əmin oldu. Eka başqa bir dəftərin, not dəftərinin olduğu yeşiyi açdı. Çağırılmamış qonaqlar evində silah axtardıqları rahibin musiqi bəstələdiyini hardan bilsinlər. Eka–Uka atasının bəstələdiyi musiqini yadında saxlayır, sonra isə yadda saxladıqlarını notlarla yazırdı. 
O, not dəftəri ilə şeir dəftərini bir yerdə kağıza büküb bağladı, sonra beli götürüb evin arxasına çıxdı. Qızcığaz əvvəlcə ətrafına boylandı və onu heç kimin güdmədiyinə əmin olduqdan sonra yeri qazmağa başladı. Onun qazdığı çuxur böyük deyildi, amma musiqi və poeziyanı basdırmaq üçün kifayət etdi. 
Sovet hakimiyyəti düşünüldüyündən çox qəddar idi. Elə yalan təbliğat aparmışdılar ki, atasının həbsindən sonra Ekanın yanında heç kim əyləşmədi. O, məktəb partasında vətən xaininin qızı kimi tək–tənha oturur və hirslənməməyə çalışırdı. Məhkəmə hökmü çıxarıldıqdan sonra on dörd yaşlı qızcığaz MK–nın Birinci Katibinə məktub yazıb, atasının əfv olunmasını xahiş etdi. Amma heç vaxt cavab almayacağını anladıqda onu özü axtarmağa başladı. O atasını hər yerdə axtarırdı, ölümə məhkum edilmiş atasının harda ola biləcəyini düşünür və ağlına gələn hər yeri bacara bildiyi qədər axtarırdı. Camaat arasında söz gəzirdi ki, onu güllələməyiblər, günahsız bir adam kimi hardasa Sibirdə, ya da Uralda, ya da Uzaq Şərqdə saxlayırlar. 
Müasir gürcü yeniyetmələri yəqin çətinliklə inanarlar ki, onların həmyaşıdı uzaq düşərgələrdə öz sevimli atasını bir neçə il tək–tənha axtarmalı olub; çünki onun anasını da həbs eləmişdilər, hərçənd anasının nəyə görə həbs olunduğunu Eka bilmirdi. 
Nəinki gürcü gəncləri, hətta yaşlı nəslin nümayəndələri də (və təkcə indi yox) Eka Çixladzenin nələr edə bildiyinə çətinliklə inanarlar, amma sevənlər üçün mümkünsüz heç bir şey yoxdur. Eka atasını çox, lap çox sevirdi, onsuz həyatının heç bir mənası yox idi, həmin məktubda elə bu cür də yazmışdı. 
Məktubda o da yazılmışdı ki, Eka valideynlərinin nə üçün ayrıldıqlarını bilməsə də, onların Köhnə kinostudiyanın həyətində necə tanış olduqlarını bilirdi. 
O vaxt rahib Tevdore hələ Temur Çixladze idi - çox savadlı və yaşıl gözlü bir oğlan idi, qızların xoşuna gəlirdi, amma Temur Çixladze məhz onu – toydan sonra ona EkaUkanı hədiyyə edən o qızı sevmişdi. 
Temur Çixladze “Filatelistin11 ölümü” adlı gürcü bədii filmində çəkilirdi; çəkilişlər Sarpda gedirdi. Üç yüz metr aralıda Türkiyə başlanırdı, amma Sarpda yaşayan hər hansı bir laz12 qonşu kənddəki yaxın qohumlarına baş çəkmək istəyərdisə, minlərlə kilometr yol getməli idi. O əvvəlcə Moskvaya getməli (aylarla sürən yoxlanışdan sonra), sonra isə, əgər Türkiyəyə getməyə icazə versəydilər, Moskvadan İstanbula yollanmalı, və ancaq oradan Qara dəniz sahillərinə - o evə ki, öz eyvanından baxdıqda, lap yaxşı görə bilirdi, – gedib çıxmalı idi. Lakin hər bir laz (Sovet İttifaqında doğulduğu andan) əla bilirdi ki, kapitalist Türkiyəsinə gedən yol sıravi sovet vətəndaşları üçün bağlıdır, buna görə də onlar sərhədin o tayında qalan qohum-əqrəbasına, qonum-qonşusuna yalnız əl yelləyərək salam göndərirdi. 
Teymuraz Çixladze Sarpa gələn kimi balıqçılardan ən təcrübəlisini tapdı və adətən gecələr ay işığında, sakit havada dənizə çıxan bu adamla tez bir zamanda dostlaşdı. 
(11) Marka toplayan 

(12) Etnik qrup 


Çəkilişlər uzanırdı, hətta sovet sərhədçiləri də kənddə məskunlaşmış “kinoçu”lara öyrəşmişdi, və o gecə Temur Çixladze öz təzə dostundan qayıq aldıqda sərhədçilər heç nədən şübhələnmədilər: Şübhələnə bilməzdilər də, çünki hər şey tanış və həmişəki kimi idi, bu qayıq isə demək olar ki, hər gecə dənizə çıxırdı, sərhədçilər özləri də Qara Dəniz siyənəyinin dadına tez-tez baxırdılar. 
Əgər sərhədçilər Temur Çixladzenin bu kiçik balıqçı qayığında Sovet İttifaqından qaçmaq istədiyindən şübhələnsəydilər, yəqin buna ən çox əvvəlcə tələsmədən, sakitcə avar çəkən və hər bir an əlində tilov istənilən sovet sərhədçisi ilə üz-üzə gəlməyə hazır olan Teymurazın özü təəccüblənərdi. 
Qayıq dalğaların üstü ilə yavaş–yavaş üzürdü, sübh çağına lap az qaldıqda Temur Çixladze anladı ki, qərar vermək lazımdır – ya həqiqətən qaçmalı, ya da gözəl sevgilisinin yanına qayıtmalıdır. 
Sovet sərhədçilərinin bu qəşəng, yaşıl gözlü gənci nə qədər uzağa buraxdıqlarını heç kim bilmirdi, bununla belə o geri qayıtmışdı, çünki sahildə onu Eka–Ukanın gələcək anası gözləyirdi. 
İllər ötdükdən sonra, məhkəmə rahib Tevdore Çixladzeyə ölüm hökmü çıxardıqda, o, Gürcüstanın sovet hakimiyyətinə son xahişlə müraciət etdi: edamdan əvvəl yeganə qızı Yekaterina Çixladze ilə görüşməyə icazə verilməsini istədi. Heç bir günahı olmasa da, onun hətta bu ölümqabağı xahişini də yerinə yetirməkdən imtina etdilər. 
Həbs edildikdən sonra o bir daha Eka-Ukanı görmədi. Neçə illər sonra Eka Çixladze yazdığı kitabı atasına - hələ o uşaqkən Sovet İttifaqının dağılacağını deyən və bunu heç vaxt heç kimdən gizlətməyən bir insana həsr etdi. 
Eka “Güllənənlərin işi”ndən təyyarənin qaçırılması haqqında o vaxta qədər məlum olmayan unikal və hər şeyin ətraflı şəkildə təsvir olunduğu materilları nəşr etdirdi; onun fikrincə, təyyarə qaçıranları hələ hadisədən əvvəl ələ vermişdilər. Bu ehtimal kifayət qədər əsaslı və məntiqli idi. Faktlar və arqumentlər onu göstərir ki, hakimiyyət orqanları təyyarənin qaçırılacağını əvvəlcədən bilirdilər, amma hadisələrin böyüməsinə qəsdən axıra qədər imkan vermişdilər, məhkəmə prosesinin olması onlara çox lazım idi. Güllənənlərin yaxınları və ailə üzvləri hakimiyyət orqanlarının təyyarənin qaçırılacağı haqqında informasiyanı ala biləcəkləri adamın kim olduğunu bilirlər, amma onun adını heç kim demir, necə ki, məsələn ilanı nəzərdə tutarkən, Gürcüstanda çox vaxt ona “adsız” deyirlər, adət belədir. Məhkəmə prosesindən bir gün əvvəl rahibi son dəfə dindirməyə çağırdılar; sorğu-sualda bir neçə şahid və yüksək vəzifəli məmur iştirak edirdi, onlar rahibin məhkəmədə nə deyəcəyini dəqiq bilmək və hər şeyin məhz düşünüldüyü kimi baş tutacağına qəti əmin olmaq istəyirdilər. Buna görə də rahib o birilərin xilas olması üçün hər şeyi öz üzərinə götürəcəyini bir daha təsdiq etdikdə, müstəntiqlər məmnun halda böyüklərinə baxdılar. Onlardan biri hər ehtimala qarşı boğazını arıtlayıb rahibə dedi: 

- Siz hər şeyə hazır olmalısınız. 

- Hazıram. 

- Deyəsən, məni yaxşı başa düşmədiniz.

- Onları xilas etmək üçün hər şeyə hazıram. - Hər şeyə? 

- Bəli, hər şeyə, mənim artıq otuz üç yaşım var. 

- Bura sizin yaşınızı müzakirə etməyə gəlməmişik, bizi bir neçə detal maraqlandırır, onları dəqiqləşdirmək istəyirik. 

- Sizi eşidirəm.

- Təyyarəni qaçırmaq istəyən bu quldur dəstəsinə başçılıq etdiyinizi məhkəmədə etiraf edəcəksinizmi? 

- Məhkəmədə etiraf edəcəyəm ki, təyyarəni qaçırmaq istəyənlərin ruhani ustadı mən olmuşam və indi də mənəm. Buna görə də əsas məsuliyyət mənim üzərimə düşür. 

- Ən ağır cəzaya məhkum ediləcəyinizi bilsəniz belə, dəstə başçısı olduğunuzu məhkəmədə yenə etiraf edəcəksiniz? 

- Əgər bilsəm ki, bu cəza ilə başqalarının həyatını xilas etmiş oluram, onda hər şeyə hazıram. 

- Onda açığını deyim ki, sizə güllələnmə hökmü verə bilərlər. Qorxmursunuz? 

- Yox. 


- Niyə? 

- Çünki, mən din adamıyam, məni mənim Kilsəm hifz edir, onları isə ölümdən qoruyacaq heç kim yoxdur. 

- Demək, siz xilas olacağınıza ümid etdiyinizə görə məsuliyyəti öz üzərinizə götürürsünüz? 

- Yox, mən belə demədim, məni heç kim qoruya və xilas edə bilməz, onları isə ancaq mən xilas edə bilərəm və yalnız bu yolla.

- Sizin hərəkətiniz cəmiyyət üçün nə qədər inandırıcı olacaq? 

- Hansı cəmiyyət üçün? 

- Cəmiyyətmizin tərəddüd edən hissəsi üçün. Doğrudur, məhkəmədə heç kim həqiqəti öyrənməyə çalışmayacaq, amma bununla belə rəqiblərimizin müəyyən sualları ola bilər. 

- Nə sualları? 

- Məsələn, hər şeyi planlaşdıran adam, yəni siz, nə üçün həmin təyyarəyə minməmisiz? 

- Bax elə buna görə də onlar yox, mən güllələnməyə layiqəm, çünki onları aldatdım, başqalarının ölümünə səbəb oldum, gəncləri qırğına verdim, amma özüm monastırda gizləndim. 

- Bu cümləni məhkəmədə də təkrar edəcəksiniz? 

- Əgər təkcə məni güllələnməyə məhkum edəcəklərsə və belə ifadələrlə onların həyatını xilas edə biləcəyəmsə, onda lazım bildiyiniz hər şeyi etiraf edəcəyəm. 

- Deyəsən, bütün detalları gözdən keçirdk, amma elə bil daha hansısa suallar qalıb. 

- Mənim də sualım var. 

- Eşidirəm. 

- Bilmək istəyirəm ki, onlara hansı hökmü oxuyacaqlar? 

- Bu sizdən asılıdır, axı onlar təyyarənin qaçırılmasına sizin rəhbərlik etdiyinizi inkar edə bilərlər. 

- Yəqin, elə bu cü də olacaq. 

- Belə olsa, siz necə hərəkət edəcəksiniz, məhkəmədə nə deyəcəksiz? 

- Deyəcəm ki, onlar nə vaxt uçacaqlarını mənə dəqiq deməyiblər və başqa təyyarəyə miniblər. 

- Yalan deyəcəksiz? 

- Mən heç vaxt yalan danışmıram, nə deyirəmsə, hamısı həqiqətdir. 

- Bu barədə narahat olmayın, bizi həqiqət az maraqlandırır. Əsas odur ki, siz məhkəməyə lazım olan şeyəri deyəsiniz. Dövlətin maraqları naminə yalan danışmaq pis hərəkət deyil. 

- Mən özümü həqiqətən günahkar hiss edirəm, çünki onların ruhani ustadıydım, buna görə məsuliyyət daşımalıyam.

- Buna görə də narahat olmayın, necə lazımdırsa, məsuliyyət daşıyacaqsınız. 

- Axı dedim ki, onların həyatını xilas etmək mümkün olacaqsa, hər şeyə hazıram. 

- Biz də dedik ki, hökmün necə olacağı sənin ifadələrindən asılıdır. 

- Hər şeyi sizin istədiyiniz kimi deyəcəyəm, ancaq onlar yaşamalıdırlar, onlara hələ yaşamaq lazımdır, cavandırlar... 


Rahib bunları deyərkən gözləri dolsa da, ağlamadı, göz yaşlarını saxlaya bildi, amma onun son sözlərini heç kim eşitmədi. müstəntiqlər otaqdan çıxırdılar artıq, axırıncı rəis də otağı tərk etdikdə rahib başını qaldırdı. 

- Kameraya qayıtmaq lazımdır, - mühafizəçi dedikdən sonra rahib ayağa qalxdı. 


Onlar uzun, yarıqaranlıq dəhlizlə gedərkən, mühafizəçi astadan, sanki üzr istəyərək, pıçıltı ilə rahibə dedi: 

- Hələlik yarısını oxuya bilmişəm, sürətlə oxuya bilmirəm.. 

- Bu elə kitabdır ki, onu tələsmədən oxumaq lazımdır. 

- Gələn həftə qaytararam.

- Qaytarmaya da bilərsən. 

- Sizə lazım deyil? 

- Bu kitab hamıya lazımdır. 

- Deməli. sizə də lazımdır. 

- Məndə başqası da var. 

- Sağ ol, əmi. 

- Allaha təşəkkür et. 

- Mən də sizə bir şey demək istəyirəm. 

- De. 

- Siz heç vaxt sorğu-sualdan bu cür sevincək çıxmamışdınız. 



- Sevincək yox, razı. Burda sevinc yoxdur. 

- Heç yoxdur? · 

- Əsl sevinc burda deyil. 

- Bəs hardadır? 

- Başqa dünyada. 

- Harda? 

- Bu kitabı axıra qədər oxusan, hər şeyi anlayacaqsan. 

- Mən elə bu saat bəzi şeyləri anlamaq istəyirəm. 

- Nəyi? 

- Sizin nəyə görə bu cür məmnun olmağınızın səbəbini. 

- Yaxın zamanda məhkəmə olacaq, və bütün bunlar bitəcək . . . . . 

- Sizin istədiyiniz kimi? 

- Əsas odur ki, bitəcək... 

Proses
Bu məhkəmə prosesi adlanırdı, lakin əsl məhkəmə (ədalət məhkəməsi) deyildi, yalnız proses idi və bu prosesi istintaqın başlamasından doqquz ay sonra təyin etmişdilər, şahidlərin çoxu hətta dindirilməmişdi. Sovet qanunlarına görə istintaqın müddətinə məhdudiyyətlər ümumiyyətlə mövcud deyildi, buna görə də aydın idi ki, hakimiyyət orqanları təyyarə qaçıranlara hökm çıxarmaq üçün çox tələsirdilər. 
Məhkəmə prosesi avqustun birində başlandı, bu vaxtlar adətən Tbilisini hətta getməyə yeri olmayanlar da tərk edirdi. Avqustun əvvəllərində Tbilisidə elə istilər düşür ki, hətta bürküdən qaçıb şəhəryanı bağ evlərində gizlənənlər belə adətən Qərbi Gürcüstana, dənizə can atırlar. 
Hakimiyyət orqanları məhkəmənin tez və sakitcə bitməsini, prosesdə yalnız valideynlərin iştirakını, Tbilisidə isə mümkün qədər az adamın olmasını istəyirdi ki, əslində pis hazırlanmış bir tamaşa olan bu məhkəmə prosesinə sözlə, yaxud başqa bir şəkildə heç kəs etiraz etməsin. 
Məhkəmə zalında olanların əksəriyyəti DTK əməkdaşları idilər, yalnız müttəhimlərin valideynlərinə məhkəmədə iştirak etmək üçün icazə verirdilər, başqa heç kim – o cümlədən həmin təyyarənin keçmiş sərnişinləri də içəri girə bilməzdilər. Sərnişinlərin arasından, onların fikrincə, yalnız hakimiyyətin istədiyini deyə biləcək insanları seçib gətirmişdilər.
Buna baxmayaraq, şahidlərdən heç biri müttəhimlərdən hansının qatil olduğunu göstərə bilmədi; bir neçə gündən sonra hökmün oxunacağı tarix müəyyənIəşdirildi. 
Həmin gündən bir gün öncə, oğlu həbsxanada olan şahidi gecə vaxtı DTK-ya çağırdılar. Bu, yaşlı bir adam idi, amma onu qocalıqdan çox, dərd sındırmışdı, çünki yeganə oğlu neçə illər idi ki, avtomobil qəzasına görə cəza çəkirdi. 
Qorxusundan əsəbləri elə gərilmişdi ki, ona su verdilər, amma DTK-ya çağırılmasının səbəbini öyrənməyənə qədər onu sakitləşdirə bilmədilər. Ona dedikləri məsələ çox pis iş idi, amma qoca bunu yalnız ikinci gün, məhkəmə vaxtı anladı. Rəisin otağında isə, bu qalstuklu adamlara baxıb yalnız başını tərpədir və əlbəttə, belə istidə boyunlarına sıxdıqları qalstukların bu adamları necə narahat etmədiyini ağlından belə keçirmirdi. 
Qoca ilə söhbətə uzaqdan başladılar: 

- Oğlunuz beş ildir ki, həbsxanadadır. 

- Bəli. 

- Yəqin, çətinlik çəkirsiniz. 

- Bəli. 

- Yəqin, istəyirsiniz ki, onu tez buraxsınlar. 

- Bəli. 

- Yəqin bilirsiniz ki, bəzən bəzi məhbusların müddətini azaldır və azadlığa buraxırlar? 

- Bəli. 

- Yəqin, oğlunuzdan ötrü darıxmısız. 

- Bəli. 

- Yəqin, onu də bilirsiniz ki, nümunəvi davranışa görə məhbusları vaxtından əvvəl azadlığa buraxırlar. 

- Bəli. 

- Ya da valideynlərinə görə. 

- Bəli.

- Əgər valideynləri özlərini nümunəvi aparsalar. 



- Bəli. 

- Bax, məsələn, siz oğlunuzun vaxtından əvvəl çıxması üçün dövlətə kömək edə bilərsiz. 

- Bəli. 

- Ümid edirəm, oğlunuza kömək etmək istəyirsiniz. 

- Bəli. 

- Amma necə edəcəyinizi bilmirsiniz. 

- Bəli. 

- “Bəli, bilirəm”, yoxsa “Bəli, bilmirəm”? 

- Bəli. 

- Nə, bəli? 


Yaşlı kişi əvvəlcə su içdi, sonra yenə su istədi, bir stəkan da su içdi və yalnız bundan sonra, yəqin ki, ən uzun cümləsini söylədi: 

- Arvadım əfv haqqında ərizə yazmışdı, elə indi də yazır. Hamı deyirdi ki, bu, mərhumun günahıdır, elə yerdə maşının qabağına qaçıb ki, amma... 

- Bir şey alınmadı? 

- Heç nə. Beş ildir ki, dustaqdır. 

- Buna görə deyirik ki, indi oğlunuza kömək edə bilərsiz. 

- Nə danışırsınız, bizdən o qədər pul istədilər ki, evimi də satsam, yenə çatmaz... 

- Yox, yox, indi söhbət puldan getmir, dövlətə köməkdən gedir, bu köməyin əvəzində dövlət sizin oğlunuzu əfv edər. 

- Axı, mən belə nəhəng dövlətə necə kömək edə bilərəm ki, oğlumu həbsxanadan buraxsınlar, nə edə bilərəm, sadə bir adamam... 

- Elə siz kömək edə bilərsiz, həm də elə sadə, zəhmətkeş və vicdanlı adam olduğunuza görə. Sabahkı məhkəmədə sizin sözləriniz həlledici əhəmiyyət daşıyacaq. 

- Nə danışırsınız, mən nə deməliyəm? 

- Bildiyinizi, həmin təyyarədə gördüklərinizi. 

- Axı orda nə görə bilərdim, yerə uzanıb qalmışdım... 

- Adamların öldürülməsini gördünüz? 

- Həlak olanları, əlbəttə ki, gördüm. 

- Sonra? 

- Sonra özümü pis hiss elədim, hesab elə, o vaxtdan bəri özümə gəlməmişəm, arvadım məni həkimlərə göstərməkdən yorulub amma hələ də yaxşılaşmamışam. 

- Elə bu cür kömək edə bilərsiz, günahkarlar layiqli cəzalarını alsınlar deyə, sabah məhkəmədə bütün bunları danışarsız, yoxsa nə üçün oğlunuz günahsız olduğu halda həbsxanada yatmalı, bu quldurlar isə qəhrəman kimi yaşamalıdır? 

- Elə özüm də daim fikirləşirəm ki, mənim oğlum haqqında heç kim heç vaxt pis şey danışmayıb, müstəntiq da həmişə deyirdi ki, onun günahı yoxdur... 

- Oğlunuz evə qayıdacaq, quldur və terrorçuları isə cəzalandırmaq lazımdır! Oğlunuz isə ailəsinə qayıtmalıdır. 

- Əgər bunu etsəniz... Yoxsa, o nə məni, nə də anasını görəcək, yolunu gözləməkdən lap əldən düşmüşük... 

- Bax, əgər sabah məhkəmədə də bu qatillər haqqında belə rəvan danışsanız, onda oğlun sabah–birigün evdə olacaq. 

- Danışaram, nə olubsa, hamısını ətraflı şəkildə danışaram. 

- Adamlara atəş açan şəxslərin sifəti yaxşı yadınızdadır? 

- Təyyarənin çölündən atəş açanları necə görüb yadımda saxlaya bilərdim? 

- Onları unut, sən təyyarəni qaçıranları, insanların həyatını məhv edənləri tanımalısan. 

- Onları necə tanıya bilərəm, yerə uzanıb qalmışdım. 

- Onları tanımaq çətin deyil, orada hamısı sənin qarşında əyləşəcək, hakim soruşanda ki, bu adamlar idi, başını tərpədib təsdiqləyərsən. Təyyarə qaçıranların üzləri yadında qalıb? 

- Onları yaddan çıxarmaq olar? 

- Bax, adamları öldürənlər də elə onlardır, buna görə cavab verməlidirlər. 

- Əgər onlar öldürüblərsə, bunu siz daha yaxşı bilərsiz, elə deyil? 

- İstintaq artıq hər şeyi müəyyənləşdirib, amma həmin təyyarədə olmuş sizin kimi vicdanlı insan bunu məhkəmədə təsdiqləyərsə, həm dövlətə, həm də oğlunuza kömək edərsiz. 
Rütbəcə, deyəsən, başqalarından daha böyük olan rəis sürücü ilə birlikdə xidməti maşında qocanı aparıb, Tbilisidəki qohumlarının evinə ötürdü. 

- Sabah sizə güvənəcəyik, - DTK rəisi bu lazımlı şahidin əlini bərk-bərk sıxaraq hörmətlə sağollaşdı. 


Məhkəmənin son gününü, yəni hökm çıxarılacaq günü avqustun on üçünə təyin etmişdilər. Həmin gün Tbilisidə həqiqətən dözülməz isti vardı, ona görə də hakimiyyət orqanları prosesi mümkün qədər tez yekunlaşdırmaq istəyirdlər, hərçənd bu işin əksər detalları hələ tamamilə aydın deyildi. 
Bu on üç gün ərzində müttəhimlər məhkəmə zalında qohumlarını və yaxın adamlarını baxışları ilə axtarmışdılar. Natella da Gegadan xəstə olub–olmadığını baxışları ilə soruşmuşdu, ona elə gəlirdi ki, oğlunun harasısa ağrıyır. Gega da elə bu yolla anasına yaxşı olduğunu anlatdı. Amma Natella əmin idi ki, həbsxanada nəsə olub, bu barədə heç bir şey bilməsə də, o, ana idi, oğlunun ağrı–acısını həmişə hiss edirdi. Gcga ona həqiqətən əzab verən bu ağrıya görə anasının da həyəcan keçirtdiyini hiss edirdi, amma məhkəmənin elə birinci günündən şən olmağa və bu ağrını gizlətmək üçün gülümsəməyə çalışırdı. Gega əla aktyor idi, bu proses ərzində heç bir qayğısı olmadığına bütün iştirakçıları asanlıqla inandırdı. Daha doğrusu, o özünü elə aparırdı ki, hamıda və ilk növbədə anasında qayğısız bir insan kimi təəssürat yarada bilsin, amma məhz elə anasını aldada bilməmişdi. Bu rolu oynamaq, əslində Gega üçün çox çətin idi, axı Tinanın, hamilə olmadığını ilk gündəcə görmüşdü, amma yenə də ki kiçik bir ümidi qalmışdı ki, bəlkə Tinanın artıq ana olduğuna görə qarnı yox idi. Gaga elə ilk gündəcə Tinanın qarnına diqqətlə göz gəzdirdi. O da Geganın ondan cavab gözlədiyini anladı. Tina hiss etdirmədən, ehtiyatla, yox deyərcəsinə başını yırğaladı və Gega hər şeyin bildiyini anladı. 
Bu on üç gün ərzində (hökm çıxarılana qədər) məhkəmədə fasilələr zamanı Gega Tinaya birbaşa sual verib, nə olduğunu, nə vaxt və necə baş verdiyini öyrənə bilərdi, amma arvadından eşidə biləcəyi həqiqətdən qorxmuşdu. Məhkəmə qurtardı, amma Gega öz körpəsi haqqında Tinadan heç bir şey soruşmadı. Qərara aldı ki, ümid indi onun üçün həqiqətdən daha mühümdür. 
Hökmün çıxarılacağı gün, məhkəmənin sonuncu günü rahibin ifadələri ilə başladı, o, hakimlərə və bütün iştirakçılara üzünü tutub dedi: 

- Mən bu adamların ruhani ustadı olmuşam, indi də ustadlarıyam. Buna görə də, onların hərəkətlərinə görə bütün məsuliyyət mənim üzərimə düşür. Onlar hələ çox gəncdirlər və öz səhvlərini düzəldə bilərlər, cəmiyyətimizə və ölkəmizə hələ xeyir verə bilərlər, buna görə də xahiş edirəm ki, onlara mərhəmət göstərəsiniz. Onların hərəkətindən sonra onsuz da kifayət qədər qurban və ölüm olduğu haqqında düşünün, əgər günahkarlardan hər hansı birinin ölümü kiməsə mütləq lazımdırsa, onda əsas günahkar mənəm, qoy mənim cəzam bu gənclərin xilas olması üçün kifayət etsin... 

Hakim onun sözünü kobud şəkildə kəsdi, zaldan isə bir nəfər istehza ilə dedi: 

- Əgər səni güllələməsələr, nə edəcəksən?

Bu, əslində sual deyildi, amma Tevdore ata hər şeylə maraqlanan bu anonim adama mülayim səslə cavab verdi: 

- Evdə Gürcüstanın köhnə xəritəsi var, orada demək olar ki, bütün kəndlər və kilsələr göstərilib, bu kəndləri bir-bir gəzib dua edəcəyəm. 


Rahib əyləşdikdən sonra, zalda hələ uzun müddət qəbir sükutu sürdü, çünki prosesdə “ölüm” sözünü ilk dəfə o işlətmişdi; bu sükutu hakim pozdu, o keçən gecə DTK–nın binasında səmimi söhbətdə olmuş yaşlı şahidi təcili çağırdı. 
Hakim nəzakətlə şahidə müraciət edib, ondan xatırladığı hər şeyi danışmağı xahiş elədi; yaşlı kişi səmimiyyətlə sözə başladı: 

- Bu iş pis oldu, çox pis oldu. O vaxt mən də burada idim. Tbilisidə, xəstəxanada yatdım, özümü bir az yaxşı hiss edən kimi evə tələsdim. İndiyə qədər arvadıma hirsim tutur; məndən əl çəkmədi ki, təyyarə ilə uçum, avtobusa minməyim, guya səhhətim üçün belə yaxşıdır, özümə qalsaydı, təyyarəyə minməzdim, yaşım keçib. Ona dedim ki, qatarla gələcəyəm, qatar adamı avtobus kimi atıb-tutmur. Dedi yox, təyyarə ilə yaxşıdır, meyvənin axırıdı, bəlkə gəlib çatdım, hamı naringiləri yığıb qurtarıb, bizdə isə ağacda qalan axırıncı meyvələr də çürüyəcək. Qadınları bilirsiz, ağıllarına bir şey girdi ki... 

- Xahiş edirəm, işə dair danışın. 

- İşə dair onu deyə bilərəm ki, burada eşitdiklərimin hamısı həqiqətdir, amma bu keşişi xatırlamıram, o birilərin hamısı yadımdadır, onları heç unutmaq olar, orada elə şeylər oldu ki, heç düşməninə də arzulamazsan... 

- Deməli təsdiq edirsiz ki, təyyarəni qaçırmağa çalışanlar bu müttəhimlərdir? 

- Rəis, dedim axı, bu adamların o təyyarədə olduğunu yaxşı xatırlayıram, amma keşiş yadımda deyil. 

- Deməli təsdiq edirsiz ki, dediyiniz müttəhimdən başqa, müttəhimlər kürsüsündə əyləşən digər insanların hamısını terrorçu kimi yaxşı xatırlayırsınız? 

- Bunların hamısı yadımdadır, amma keşişi xatırlamıram. Onların dostlarından birinin saqqalı da vardı, amma o burda yoxdur, hə bir də, onun saqqalı sarı idi, bununku qaradır, bu ona oxşamır, o başqa adam idi... 

- Mən başqaları haqqında soruşmuram, bu saat qarşınızda dayanan adamlardan və onlara elan olunmuş ittihamdan bəhs edirik. Sizin də sərnişin kimi mindiyiniz həmin təyyarəni məhz bu terrorçuların qaçırmağa çalışdıqlarını təsdiq edirsizmi? 

- Bunlar idilər, rəis, yalan danışmayacam. 

- Təsdiq edirsiniz ki, onların təyyarəni qaçırmaq üçün etdikləri silahlı cəhddən sonra ölənlər də oldu? 

- Əlbəttə, ölənlər oldu, hətta həlak olanlar da vardı, yaralılar, zədələnənlər də vardı, təyyarə düşməyə başladıqda, adamlar elə qüvvədə o yan-bu yana çırpılırdı ki... 

- Siz müttəhimlərdən hansının silahlı olduğunu konkret şəkildə göstərə bilərsiz? Təyyarə qaçıranlar hansı silahdan sərnişinlərə atəş açırdılar? 

- Rəis, mən bilmirəm, onların əlində nə vardı, kəndçi adamam, belə şeylərdən başım çıxmır, amma təyyarə yerə endikdən sonra, bizə əsgərlər atəş açdılar, bax onların hamısında avtomat var idi...

- Müttəhimlərin silahlı olduqlarını təsdiq edirsizmi? 

- Bunların? Əlbəttə, heç silahsız da təyyarə qaçırarlar. 

- Konkret söyləyin. Deyə bilərsiz ki, konkret olaraq kimin açdığı atəş sərnişinlərdən hər hansı birinin ölməsinə, ya da fiziki zədə almasına, yəni yaralanmasına səbəb oldu? - Necə deyə bilərəm, çox güllə atdılar, bu müddət ərzində yerdə uzanıb qaldım, atışma kəsilənə qədər başımı da qaldırmadım. 

- Atışma kəsildikdən və siz ayağa qalxdıqdan sonra gördüyünüz silahlı adamlar, yəqin, indi qarşınızda olan bu adamlardır. 

- Mən oturdum, ayağa qalxa bilmədim, özümü çox pis hiss edirdim, ağzım elə qurumuşdu ki... 

- Yəqin, onlardan kiminsə əlində silah olduğunu görmüsüz? 

- Bəli, rəis, bax bunu gördüm, yaxşı yadımdadır, bu o idi, çünki onu vaxtilə televizorda görmüşdüm, amma yadımda deyil, kinonun adı nə idi... 

- Silah yadınızdadır? Terrorçunun əlində hansı silah vardı? 

- Bomba var idi, rəis, bir əlində tutmuşdu, amma müharibə kinolarında göstərilən bombalar kimi deyildi, yox, yumru bomba idi, bir əlində... 

- Bəs o biri əlində nə vardı? 

- O biri əlində? Deyim, rəis? 

- Deyin, siz hər şeyi, bildiyiniz və xatırladığınız hər şeyi danışmalısız, elə buna görə burdasız, danışın. 

- Rəis, bilmirəm, nə deyim ki, işə xələl gəlməsin. 

- İşə aydınlıq gətirilməsindən ötrü məhkəmə üçün bütün detallar vacibdir. 

- Deməli, deyim də, rəis? 

- Bəli, bu müttəhimin o biri əlində nə olduğunu məhkəməyə danışın. 

- Stəkan. 

- Nə stəkan? 

- Adi stəkan, kim özünü pis hiss edirdisə, o bu stəkanla su gətirirdi. 
Bu tamamilə gözlənilməz cavabdan sonra hakim bir müddət çaşıb qaldı, buna görə də şahidə növbəti sualı çox gec verdi: 

- Bəs sonra? 



- Sonra isə, rəis, onları ölümə göndərmək günah olar... 
Qoca şahidin əvvəlcə səsi titrədi, yanağından yaş axdı, sonra isə o özünü saxlaya bilməyib, bərkdən hönkürdü... 
Hakim fasilə elan etdi. 

Final
Fasilədən sonra qoca şahid, əlbəttə ki, zalda yox idi. 
Heç bir şeyə, hətta “ölüm” sözünün həmin gün artıq ikinci dəfə deyilməsinə baxmayaraq, hökmün amansızlığı nəinki müttəhimləri və onların valideynlərini, hətta zalda əyləşən DTK əməkdaşlarını da təəccübləndirdi. Hakimin oxuduğu hökm hər kəs üçün tamamilə gözlənilməz oldu. Tinaya on dörd il, qalanların hamısına - güllələnmə verdilər. 
Hökm elan olunduqdan dərhal sonra müttəhimləri zaldan çıxandılar. Gega baxışları ilə anasını axtarırdı, anası isə oğlunun yalnız kürəyini görə bilirdi; onu harasa aparırdılar, amma güllələnməyə yox, çünki buna inanmaq mümkün deyildi. Heç kim inanmaq istəmirdi ki, Geganı və dostlarını güllələyəcəklar, xilas olmaq üçün son imkan hələ qalırdı, bəzən hakimiyyət ölüm cəzasına məhkum olunanları əfv edirdi. 
İndi Gürcüstanın ən nüfuzlu adamlarının imzaladığı məktuba, yolunu azmış gənclərin həyatının bağışlanılması xahişi ilə hakimiyət orqanlarına müraciətə ehtiyac vardı. Bir neçə adamın tərtib etdiyi həmin məktubda elə məhz bu cür yazılmışdı, lakin onların imzası kifayət deyildi, odur ki, bütün Gürcüstanda məşhur və nüfuzlu gürcüləri axtarmağa başladılar.
Onların əksəriyyəti bu vaxt, avqustun ortalarında Qara dənizdə, əsasən də Abxaziyada istirahət edirdilər. Buna görə də onları elə çimərlikdəcə tapırdılar. Geganın dostları və bu işə könüllü qoşulanlar bütün sahil boyunca gürcü ziyalılarının nümayəndələrini axtarır və elə oradaca, dənizin yanında, günəşin altında onlarla astadan söhbət edirdilər. İstirahət edən gürcü ziyalıları təyyarə qaçıranların əfv edilməsi haqqında xahişi müxtəlif səbəblərdən - kimisi Gegaya səmimi rəğbət bəslədiyindən, kimisi başqalarından geri qalmasın deyə, - imzalayırdlar; bəzilərini də cürətləndirmək üçün deyirdlər ki, məktub məsələsi hakimiyyətin öz ideyasıdır. 
Əfv haqqında xahişi Moskvaya yollamaq, ya da aparmaq lazım idi, çünki gürcülər səmimi qəlbdən, sadəlövhcəsinə inanırdılar ki, güllələnmə qərarını Moskva qəbul edib, Gürcüstanın hakimiyyəti isə yalnız əmri yerinə yetirir. Əslində isə hər şey əksinə idi, ona görə də gürcü hakimiyyəti əfv barədə məktubu sovet hakimiyyəti ilə həmişə əməkdaşlıq etmiş ya da tamamilə loyal qalmış alimlər, rejissorlar və aktyorların imzaladığını öyrəndikdə nəinki əsəbiləşdilər, hətta bərk qəzəbləndilər. Gürcü kommunistlərinin qəzəbinin səbəbi gürcü ziyalılarının cəsarətlə və açıq şəkildə antisovet elementləri müdafiə etdiklərinə görə Kremlin verəcəyi neqativ reaksiya idi; bu, gürcü hakimiyyətinin öz ziyalıları ilə pis işlədiyini və ümumiyətlə, pis işlədiyini göstərirdi. Gürcüstan MK Katibləri ona görə qəzəblənmişdilər ki, hökumətin ev, maşın, bağ evləri verdiyi gürcü ziyalıları hakimiyyət orqanları ilə razılşadırmadan əfv barədə xahişi imzalamış, bununla da Kommunist Partiyasına və şəxsən Birinci Katibə xəyanət etmişdilər. 
Hökmü avqustun on üçündə çıxartdılar, “Quldurlar” adlı verilişi isə, on gündən sonra, avqustun iyirmi üçündə efirə buraxdılar. Materialların montajına on gün sərf olunmuşdu, elə etmək istəmişdilər ki, tamaşaçılarda həqiqətən quldurlardan, soyuqqanlı qatillərdən, terrorçulardan söhbət getdiyinə və onların həqiqətən güllələnmədən başqa heç bir şeyə layiq olmadığına şübhə qalmasın. Gürcü tamaşaçıları üçün seçilməli olan detalları on gün müzakirə etmişdilər, amma yenə də mübahisəli məqamlar qalmışdı. Məsələn, Paata İverieliyə aid belə bir detal var idi: təyyarəyə hücum başlamazdan əvvəl, o Katrina adlı gözəl bir sərnişinə özünün güllə ilə deşilmiş pasportunu hədiyyə etmişdi (daha mənə lazım olmayacaq), buna görə də hakimiyyət orqanları Paataya qarşı qadınlardan istifadə etmək haqqında ciddi şəkildə düşünürdülər. İstintaqın (bu prosesi əgər belə adlandırmaq mümkündürsə) gedişində Paata İverielinin müxtəlif vaxtlarda eşq macərası yaşadığı bir neçə qadın tapdılar ki, onlar məhkəmədə Paatanı seks düşkünü kimi qələmə versinlər. Onlar İverieli qardaşlarının Amerikaya şəxsi tibbi klinika açmaq üçün (qardaşların dediyi kimi) deyil, özləri kimi pozğun qadınlarla tanış olmaq üçün can atdıqlarını deməliydilər, çünki onlar Moskvada oxuduqları illər ərzində özlərinin seksual tələbatlarını tamamilə ödəyə bilməmişdilər. Sonra kimsə bunun cəmiyyətə əks təsir göstərə biləcəyindən əndişələndiyini dedi və bu versiyanın məhkəmədə araşdırılmasını arzuolunmaz hesab etdilər. Lakin məhkəmədə müzakirəyə çıxartdıqları (əvvəlkindən fərqli olaraq) başqa bir detal var idi: ciddi ittiham olaraq bir neçə dəfə təkrar etdilər ki, müttəhimlər bütün gecə sərnişinləri tualetə buraxmayıblar. (Amma təyyarə çöldən avtomatlarla atəşə tutulduğu müddət ərzində təyyarə qaçıranlar bunu nəinki sərnişinlərə qadağan etmişdilər, heç özləri də tualet tərəfə getmirdilər). Amma bu prosesdə əhəmiyyətli bir detalı ümumiyyətlə yadda çıxarmışdılar: lap əvvəl onlar Sxnetidə və Lvov küçəsində görüşdükləri zaman söhbət ən çox gözyaşardıcı qaz balonlarından gedirdi. Onlar kiçik cib qaz balonlarının olduğunu eşitmişdilər, (planlarına görə) bu qaz balonundan hər biri tapmalıydı; təyyarə qaçıranlar onu pilotların üzünə tutmaqla onları marşrutu dəyişməyə məcbur edə bilərdilər. Onlar Sxnetidə hətta məktub da tərtib etmişdiər; bu məktub pilotlara öz tələblərini bildirmək və onları səmişinlərlə stüardessalar haqqında fikirləşməyə çağırmaq idi. Nəhayət, verilişi elə montajladılar ki, ziyalılardan bir neçəsi əfv barədə müraciətə atdığı imzasından özü imtina etdi; o birilərin hamısını MK-yə çağırıb hədə-qorxu gəlməklə buna məcbur elədilər. Bir çoxunu isə nəinki öz imzasından imtina etməyə məcbur elədilər, hətta onlara kommunist partiyasına və hökumətə qarşı buraxdıqları səhvə görə üzrxahlıqla dolu izahatlar da yazdırdılar. Doğrudur, elələri də tapıldı ki, hətta öz imtiyazlarından əl çəkməli olsalar da, imzalarından imtina etmədilər və axıra qədər bu fıkirdə qaldılar ki, Gega ilə dostlarını mütləq əfv etmək lazımdır. Güllələnmə qərarının artıq çoxdan verildiyi aydın idi, buna görə də təyyarə qaçıranların əfv olunması haqqında gürcü ictimaiyyətinin xahişini Moskvada tamamilə əbəs yerə gözləyirdilər. 
Gürcüstanda isə xalq hökumətin qərarını əsassız qəddarlıq kimi qəbul etdi və Şevardnadzenin amansızlığı haqqında əfsanələr yazıldı. O zaman bu, ondan intiqam almağın yeganə yolu idi, buna görə də Şevardnadzenin Kahaber və Paata İverieli qardaşlarının atasını ölümə məhkum olunmuş oğulları haqqında söhbət etmək üçün öz kabinetinə necə çağırdığını hər yerdə danışırdılar. Xalq arasında danışılanların nə qədər doğru olduğunu heç kim bilmirdi, amma bir qayda olaraq, belə “xalq əhvalatları” xalqın niyyətini dəqiq ifadə edir. 
Paata və Kahaberin atasını, Şevardnadzenin şəxsən tanıdığı məşhur gürcü həkimi və alimini təbii ki, oğullarının həbsindən iki gün keçməmiş tutduğu vəzifədən azad etdilər, məhkəmə qurtardıqdan üç həftə sonra isə Birinci Katibin yanına çağırdılar. 
Vaja, əlbəttə, Şevardnadze ilə söhbətin nədən, daha doğrusu, kimdən gedəcəyini anlamışdı, odur ki, Gürcüstan MK-ya, oğullarının taleyi həll olunan yerə qəsdən cins şalvarda getdi. 
Özünün cins paltarı yox idi, amma oğullarının otağında onlardan birinin cinsini tapdı. Amma bu asan olmadı, çünki bu otağı o qədər axtarıb, altını üstünə çevirmişdilər ki, axırda onu səliqəyə salmaqdan əl çəkdilər: heç bir mənası yox idi, yenə gəlib, yenə hərşeyi ələk–vələk edəcəkdilər. Odur ki, Vaja hələ də oğullarının qoxusunu saxlayan cins şalvarı uzun müddət axtarmalı oldu. Güzgünün qarşısında onu geyinib MK-ya yollandı. 
MK-da ona buraxılış vərəqəsi yazıldıqda, vəzifəsindən asılı olmadan bütün işçilər Şevardnadze ilə görüşə gedən bu adama təəccüblə baxırdılar – bu birinci dəfəydi ki, MK-ya çağırılmış adam cins şalvarda gəlirdi. 
Başını aşağı əyərək oturmuş Şevardnadze ona verilən salamı hətta eşitmədi belə, əvvəlcə şalvarı gördü və yenə də başını qaldırmadan qonağa əyləşməyi təklif etdikdə, diqqətlə onun cinsinə baxdı. Hirslə baxdı və yəqin ki, oğullarına verilmiş ölüm hökmünə qarşı bunun bir ata etirazı olduğunu düşündü. Buna görə də qonağını necə qarşılamışdısa, söhbətə də elə başladı. 

- Niyə çağırdığını, yəqin ki, bilirsən. 

- Bilmirəm. Yalnız bunu bilirəm ki, söhbət yəqin mənim oğullarımdan gedəcək. 

- Deməli, bilirsən. 

- Eşidirəm. 

- Mən səni eşidirəm. 

- Mənim sizə deməyə bir sözüm yoxdur. 

- Amma yəqin ki, bir xahişimiz var. 

- Nəyi nəzərdə tutursunuz? 

- Əlbəttə, oğullarınızı. 

- Oğullarım haqqında heç nə xahiş edə bilmərəm. 

- Niyə bizim mərhəmətimizə inanmırsan? 

- Yalnız öz oğullarımın həyatına görə xahiş etməyə haqqım yoxdur, o birilər onlardan çox günahkar deyillər. 

- Deməli, hamısı üçün hökmün dəyişilməsini xahiş edirsən?

- Əgər buna görə çağırmısınızsa, elə bunu da xahiş edirəm. Təkcə öz oğullarımın ölümdən qurtulmasını xahiş edə bilmərəm, çünki sizinlə şəxsən tanış olmayan və uşaqlarını xilas etmək üçün qəbulunuza düşə bilməyən valideynlərin qarşısında haqsız olaram... 

- Axı, onların vəziyyəti başqadır. 

- İndi biz hamımız eyni vəziyyətdəyik. 

- Amma indiyə qədər bu cür hökm iki oğula eyni zamanda çıxarılmayıb. Onlar bir övladını itirəcək, sənsə ikisini, əgər əfv olunmasalar... 

- Kim əfv etməlidir? 

- Moskva. 

- Şans var? 

- Bizdən asılı olan hər şeyi edirik, amma çox vaxt bizdən soruşmadan qərar qəbul edirlər, əgər mən həll etsəydim, onda özün bilirsən ki... 

- Bilirəm, - Vaja dedi; amma əslində bilmirdi ki, hökmün dəyişilməsi bu adamdan asılı olarsa, nə edər. Bir müddət hər ikisi susdu. Vaja həqiqəti Şevardnadzeyə ona görə demədi ki, oğullarını xilas etmək üçün hələ ümid var idi. Sükutu yenə Şevardnadze pozdu: 

- Hamının hökmünü yüngülləşdirməyə şans azdır, amma hər halda oğullarınızdan birini xilas edə bilərəm. Biz neçə illərdir tanışıq, amma sən indiyə qədər bir dəfə də olsun məndən heç bir şey xahiş etməmisən. 

- Mən bunu da xahiş etməmişdim. 

- Elə buna görə də, heç olmasa qardaşlardan birini xilas etmək istəyirəm, artıq bu barədə Moskva ilə danışmışam... 

- Necə? 

- Hökmün yumşalmasına kim layiqdirsə, onun cəzasını dəyişəcəklər... · 

Vaja ayağa qalxdı, nəsə demək istədi, amma birdən boğazı qurudu və bircə kəlmə də deyə bilmədi. Şevardnadze elə düşündü ki, o MK Katibinə təşəkkür etmək istəyir, buna görə də əli ilə işarə elədi ki, minnətdarlığa ehtiyac yoxdur. Vaja yenə nəsə deməyə çalışdı, amma alınmadı və yavaş-yavaş qapıya tərəf getdi. O, qapını açdıqda, MK Katibi ayağa qalxıb, ona yaxınlaşdı və astadan, dostyana soruşdu: 

- Sən hansını istəyərdin? 


Vajaya elə gəldi ki, əgər Şevardnadze bu saat ona yenə nəsə desə, yerindəcə öləcək, buna görə də qəsdən qapını bərkdən çırpdı. Qapını çırpdı və getdi. 
Aydındır ki, bu əhvalatı nə üçün düşünüblər, amma hekayənin müəllifi bilinmir. 
Hökm çıxarıldıqdan sonra, Tinanı artıq məhkum kimi qadın koloniyasına, o biriləri isə qədim Ortaçala həbsxanasının zirzəmilərində yerləşən ölüm kameralarına köçürməli idilər. DTK həbsxanasında yalnız bir gecələri qalmışdı, buna görə də rahib, İohannın İncilini hədiyyə etdiyi həmin mühafızəçidən son istəyini yerinə yetirməsini xahiş elədi: 

- Sabah məni görməyəcəksən, aparırlar. 

- Bilirəm. 

- Ölüm kamerasına. 

- Bilirəm. 

- Güllələnməyimi gözləyəcəm. 

- Bilirəm. 

- Axı, hamının son arzusunu yerinə yetirirlər, elə deyil? 

- Deyin, çalışaram. 

- Bilirsən, Gega hansı kameradadır? 

- Bilirəm. 

- Bəs, Tina? 

- Onun da kamerasını bilirəm. 

- Elə edə bilərsən ki, onlar bir–birini görsünlər? .

- Bu gecə? 

- Bu son gecədir, onlar daha heç vaxt bir–birini görməyəcəklər. Mənim son arzum budur. 

- Qadınlar yerləşən mərtəbəyə mən baxmıram, açarsız ora girə bilmərəm. 

-Məhəbbət bütün qapıları açır... 

- Bəs, o kitab haqqında nə vaxt danışacağıq? 

- Sən məhəbbətin ilk qapısını açdıqdan sonra. Həmin qapı burdadır, yuxarı mərtəbədə... 

- Hələ çox belə qapı məni gözləyir? 

- Çox, amma onların bəzisini açmaq asan olacaq. 

- Birinci qapı həmişə ən çətin olur, elə deyil? 

- Buraya necə işə düzəldiyini çoxdan səndən soruşmaq istəyirdim, amma həmişə də yadımdan çıxırdı. Həmişə təəccüblənirəm, amma yenə də unuduram... 

- Qayıdandan sonra bu barədə danışaram. 
Mühafızəçi saatına göz gəzdirdi, sonra baxıb gülümsədi və sakitcə, lap astadan dedi: 

- İndi qalxsam yaxşıdır, uyğun zamandır.

- Zaman həmişə eynidir, - rahib daha çox özü üçün dedi və getməkdə olan mühafizəçiyə xaç çəkib dua etdi. Mühafizəçi dəhlizdən asılmış lampanın işığında yenə saatına baxdı və addımlarını tezləşdirdi. Sürətlə dəhlizi keçib, sağa döndü, pilləkənlə qalxdı və İohannın İncilini yatmış rəisinin qarşısındakı masanın üstünə bərkdən qoydu. 

- Bu nədir? 

- Kitab. 

- Görürəm, kitabdır. 

- Məhbusdan tutub aldım. 

- Dualar onlara kömək edəcək? Mənim babam dyakon olub, nə oldu? Heç bir şey, daim kilsədə dua etdi, indi isə kəndimizin qurtaracağında yerləşən həmin kilsənin həyətində yatır... Heç olmasa, mənim evlənməyimi də görmədi, şəhərdə də cəmisi ikicə dəfə olmuşdu... 

- Rəis, yuxarı mərtəbənin ümumi açarını istəməyə gəlmişəm, məhbusu aparmaq lazımdır, onun mədəsi pozulub, aşağı mərtəbənin tualeti isə tutulub, ustalar da sabaha qədər gəlməyəcək. 

- Hansı məhbusu? 

- Soyadı yadımda deyil, zibil iş üstündə yatır. 

- Sənin nəzarətindədir? 

- Bəli. 

- Onlara nə yedirmisiz? 

- Elə öz zibillərini. 
Rəis ürəkdən güldü və masanın yeşiyini çəkib, açarı çıxartdı. 

- Qoy, işini tez görsün, gecədir, özün bilirsən ki, qaydalara görə qadağandır. Amma ona bir şey olsa, biz cavab verəcəyik, bu daha pis olar.

- Nəsə son vaxtlar çox ağıllanmısan, yoxsa mənim yerimə göz dikmisən? Əmr vermək istəyirsən? 
Bu dəfə mühafizəçi güldü, amma rəisi kimi ürəkdən yox və yoluna davam etdi. Dəhlizin lap axırına gəlib, yuxarı mərtəbəyə qalxdı. Sola dönüb, kameraları saymağa başladı. Solda yeddinci kameranın yanında dayandı, əvvəlcə yarıqaranlıq dəhlizə göz gəzdirib, sonra açarla qapını döydü. Cavab gözləməyib qıfılı açdı. Gega ayaq üstdə idi, mühafizəçi zorla eşidiləcək bir səslə, lap astadan dedi: 

- Tez ol, çıx. 

- Nə olub? 

- Rahib məndən xahiş elədi. 


Gega ilə mühafizəçi dəhlizi tez keçib, sağa döndülər. Sonra pilləkənlə qalxdılar, yuxarı mərtəbənin mühafızəçisi təəccüblə ondan məhbusu gecə yarısı hara apardığını soruşdu. 

- On doqquzuncuda onun arvadı yatır, beş dəqiqəliyə görsün, sonra geri aparacağam. 

- Bilirsən, buna görə sənə nə olacaq? 

- Əgər onlar indi bir-birini görməsələr, daha heç vaxt görə bilməyəcəklər. Bu gün ona güllənmə kəsiblər, sabah Quberniya həbsxanasına köçürəcəklər. 

- Onun kamerasını boşaldıb, səni də onun yerinə salacaqlar.

- Sən mənə açar verməmisən, özüm zorla almışam. Əgər izahat tələb etsələr, belə də yazarsan. 


Mühafızəçi mərtəbə gözətçisinin əlindən kameranın açarını dartıb aldı və Gcga ilə birlikdə dəhlizlə geldi. Mərtəbə gözətçisindən daha çox Gega təəccüblənmişdi, o mühafizəçiyə pıçıltı ilə dedi: 

- Amma mən bircə dəfə də olsun, rahibin yanına getməmişəm. 

- Nə vaxt? 

- Həbsdən əvvəl, o məni çox gözləmişdi... 

- Bax, görürsən, - mühafizəçi dedi və on doqquzuncu kameranın yanında dayandı. Qapını ehtiyatla döydü, sonra azca açıb, Geganı kameraya buraxdı. 
Tina ağ köynəkdə, qapı ilə üzbəüz olan çarpayıda ayaqyalın əyləşmişdi. Çarpayı pəncərəsi olan divarın yanında idi, pəncərədə barmaqlıqlar vardı, amma barmaqlıqların arxasında, çöl tərəfdə öz rəngini çoxdan itirmiş kərpiclərdən hörülü daha bir divar görünürdü. 
Tina ayaqyalın oturmuşdu dinib danışmırdı, yalnız onun yanında oturub barmaqlarını ehtiyatla, çox ehtiyatla sığallayan Gegaya qulaq asırdı.

- Bu barədə fikirləşmə... Babama da güllələmə vermişdilər, amma canını qurtardı. Mən onun adını daşıyıram, güllələnməyə məhkum olunduqda onun da iyirmi üç yaşı vardı; o, meqrelicə Beriyaya demişdi ki, ölümdən qorxmur, onunla sonra, o dünyada görüşəndə danışacaq. Gecə onu Metexi həbsxanasından çıxarıb, Kür çayının sahilinə gətirdilər və arxasını çaya tərəf çevirdilər, babam xahiş etmişdi ki, onu kürəyindən vurmasınlar, guya ölümün gözünün içinə baxmaq istəyir. Onlar nişan alıb, atış açdılar və qəsdən, Beriyanın əmri ilə hədəfə vurmadılar. Sən demə, babam sonralar hey deyirmiş ki, Beriya onunla elə pis davranıb ki, öldürsəydi bundan daha yaxşı olardı... O indi də yaşayır, yəqin xatırlayırsan, toyumuzda hey sənin alnından öpüb ağlayırdı... Məni də güllələməzlər, qorxma, mütləq nəsə baş verəcək və məni güllələməyəcəklər... 


Qapını çox nəzakətlə döydülər, Gega ayağa qalxdı: 

- Gəlirəm, – lap astadan dedi və yenə əyləşdi, sağ əli ilə Tinanın barmaqlarını, həsrətini çox çəkdiyi bu barmaqları bərk– bərk sıxdı və ağladı; uşaq vaxtı evlərinin arxasında ölü bir quş tapdıqda belə ağlamışdı. 


Mühafizəçi qapını bağlayana qədər, Gega kameradan çıxa-çıxa dönüb, çarpayıda oturmuş Tinaya bir də baxdı və Tinanı elə bu cür yadında saxladı – həbsxana çarpayısında ayaqyalın, gözü yaşlı oturmuş halda... 
Uçub getmək
Heç bir şeyə baxmayaraq, Gürcüstanda təyyarə qaçıranların güllələnməyəcəyinə yenə də inanırdılar, hətta bəzi adamlar onların güllələlənməməsini o qədər istəyirdilər ki, elə özləri müxtəlif versiyalar uydururdular; bunlarm içərisində 4 ən çox yayılmış versiya – Sibir versiyası idi. Söz gəzirdi ki, ölümə məhkum edilmiş adamları güllələmirlər, Sibirə, məxfi sovet obyektlərinə müddətsiz işləməyə göndərirlər, guya təyyarə qaçıranların da aqibəti belə olacaq. Əslində isə sovet hakimiyyəti onları güllələyirdi, amma Sibir versiyası - hətta günahkarların ölümə layiq olmadığını hesab edən insanların fantaziyasının məhsulu idi. Ölümə məhkum olunanları güllələyirdilər, amma hökmün icrası dərhal baş tutmurdu, çünki istənilən respublikanın rəhbərliyi Moskvanın rəsmi təsdiqini gözləməliydi və bir qayda olaraq, bu proses çox, bəzən hətta bir neçə il yubanırdı. Ona görə də bu günə qədər inanmaq və anlamaq olmur ki, təyyarə qaçıranlara qarşı nə üçün belə yersiz tələsiklik göstəriblər onları hökm çıxarıldıqdan ay yarım sonra, oktyabrın üçündə güllələdilər, - amma bəlkə də əksinə, Sovet Gürcüstanının hakimiyyət orqanlarının yubanmamaq üçün belə səy göstərmələrinin səbəbi tamamilə aydın idi. 
Rəsmi olaraq heç nə bildirmədilər, valideynlərə və ailə üzvlərinə nə o vaxt, nə də sonra heç bir xəbər vermədilər, amma Gega və dostlarının güllələnməsi haqqında informasiya bununla belə sızmışdı. Sovet hakimiyyəti şərtlərində alternativ informasiya mənbələri sadəcə mövcud olmadığından, gürcülər xəbərləri və sovet hökumətinin ciddi cəhdlə öz xalqından gizlətdiyi hər şeyi yalnız qərb radiokanallarından öyrənirdilər. Və oktyabrın üçündə, hökm icra edilən kimi, həmin gündəcə “Amerikanın səsi” bu kədərli xəbəri də verdi, bununla belə, Geganın artıq ölmüş olduğuna çox adam inanmırdı, axı, ümid heç zaman ölmür. Amma Geganın babası, - hansı ki, Gega onun adını daşıyırdı və Beriyanın dövründə onunla eyni yaşdaykən güllələnmədən xilas olmuşdu, - bax, o qoca elə həmin gün, oktyabrın üçündə canını tapşırdı... 
Ölümə məhkum olunmuşların kameraları Ortaçala həbsxanasının zirzəmilərində, köhnə Quberniya binasının ən aşağıdakı tikililərində yerləşirdi; oradan məhkumları edam etmək üçün elə həmin mərtəbədə yerləşən xüsusi otağa aparırdılar. Lakin bu mərtəbədə yatanlar təkcə ölümə məhkum olunanlar deyildi, buna görə də həbsxanada kimin hansı kameraya salındığını, kimin aparıldığını yaxud gətirildiyini bilirdilər, xüsusən də bir mərtəbə yuxarıda yatanlar ölüm hökmü verilmiş məhkumlar haqqında hər şeyi bilirdilər. Ölümü gözləyənlərin yerləşdiyi mərtəbənin tam yuxarısındakı kameraların birində o vaxt məşhur kriminal avtoritetlərdən biri - Dima Lortkipanidze cəza çəkirdi. O, Parisdə, siyasi mühacir ailəsində doğulmuşdu, buna görə də onun antisovet fikirləri heç də təsadüfi deyildi. Qonşu kamerada isə, hökm çıxarıldıqdan sonra qadın koloniyasına göndəriləcək bir neçə məhbus qadın vardı; alver üstündə həbs edilmiş bu qadınlar axşamlar adətən mahnı oxuyurdular. Dima Lortkipanidze onların mahnı oxumasını bundan şikayətlənən nəzarətçidən öyrənmişdi:

- Onlarda bu mahnı oxumaq həvəsi hardandır, başa düşə bilmirəm, rəis isə bunun üstündə məni danlayır. Lortkipanidze həbsxana müğənniləri haqqında ətraflı soruşduqda, nəzarətçi çiyinlərini çəkib dedi: 

- Nə bilim, biri mühasibdir, biri mağazada satıcı işləyir, amma bu cür yaxşı mahnı oxuduqlarına mən də təəccüb edirəm. 

Bu vaxt Dima Lortkipanidze nəzarətçiyə daha da yaxınlaşıb astadan soruşdu: 

- Əgər bu qadınlar bərkdən oxusalar, aşağıdakılar onları eşidərlər? 

- Hansı aşağıdakılar? 

- Ölüm kamerasında olanlar. 

- Bağlı kameralarda eşitməzlər. 

- Bəs dəhlizdə? 

- Əgər qadınlar lap bərkdən oxusalar, yəqin ki, aşağıdakı dəhlizdə eşidilər.

- Yəqin ki, yoxsa dəqiq? 

- Yəqin ki. 

- Onda qulaq as. Əgər kiçik bir xahişimizi yerinə yetirsən, sənə təşəkkür edərik. 

- Əgər bunun üstündə məni işdən çıxarmasalar... 

- Sənin həqiqətən elə bir işin var ki, onu itirmək heyfdir, amma yenə də diqqətlə qulaq as. 

- Qulaq asıram. 

- Aşağıda, ölüm kamerasında aktyor Gega yatır. 

- Bilirəm, təyyarəyə görə, o birilər də ordadır. 

- O birilərə kömək edə bilmərik, həm də bu kömək Gegaya başqalarından daha çox lazımdır, axı onun iyirmi iki, ya da iyirmi üç yaşı var, lap cavandır. 

- Bilirəm, onu kinoda görmüşəm. 

- Madam ki, kinonu bu qədər sevirsən, onda de görüm, bu Geganı nə vaxt güllələnməyə aparacaqlarını necə tez öyrənə bilərsən? 

- Dərhal öyrənərəm, aşağı mərtəbədəki nəzarətçi əmioğludur. 

- Əmioğludur, yoxsa əminəvəsi? 

- Əmioğlu. 

- Onda onu nə vaxt aparmağa gələcəklərini mənə xəbər verməlisən. 

- Elə iş görmə ki, bunun üstündə məni işdən qovsunlar, iki körpə balam var, əgər nə planlaşdırdığını desən... 

- Elə bir şey deyil. 

- Məni məhv edəcəksən. 

- Axı dedim ki, elə bir şey deyil. 

- Yenə də. 


Geganı aparmağa gəldikdə, qadınlara deyərsən ki, oxumağa başlasınlar və qoy, bərkdən, bacardıqları qədər bərkdən oxusunlar. Qadınlara deyərsən ki, bu mənim xahişimdir, Geganı ruhlandırmaq lazımdır, onun güllələnməyə aparıldığını da deyərsən. 
Təəccüblənmiş nəzarətçi bu qəribə məhbusa dayanıb qulaq asırdı, beləsini heç vaxt görməmişdi, nə burda, nə də əvvəl işlədiyi başqa həbsxanalarda... 
Onların hamısını eyni gündə güllələdilər, amma çalışdılar ki, xəbər yayılmasın, üçündə bu, nisbətən asan oldu, çünki rahibi və qardaşları kameradan qəsdən gündüz - həbsxananın diqqəti zəiflədiyi vaxt çıxarıb apardılar nəhayət, Geganın olduğu kameranın qapısını açdılar. 

Gega ayaq üstdə dayanmışdı, hara aparılacağını, bilməsə də, hökmün yerinə yetirilməsi üçün dəhlizin sonunda xüsusi otağın olduğunu bilməsə də, yenə də bunun baş verməyəcəyinə inanırdı. Gega dəhlizlə gedərkən hardansa uzaqlardan, hardansa yuxarıdan mahnı səsi eşitdi, amma bunun xəyal olduğunu düşündü və hətta yüngülcə gülümsədi. Amma bir mərtəbə yuxarıda qadın məhbuslar həqiqətən mahnı oxuyurdular, onlar bağlı kameranın nəfəsliyinə çox yaxın dayanıb, ağlaya–ağlaya bərkdən oxuyurdular. Gegadan fərqli olaraq. Dima Lortkipanidze onların səsini yaxşı eşidirdi; o qanlı yumruqları ilə öz kamerasının qapısını bərkdən döyür və bütün həbsxana eşitsin deyə, var gücü ilə qışqırırdı. 


Dimanın çığırtısına başqa məhbuslar da səs verdilər və bir neçə saniyədən sonra Ortaçala həbsxanasının bütün məhbusları bildi ki, aşağıda, zirzəmidə bir insanı güllələnməyə aparırlar. Daha bir neçə saniyədən sonra isə bütün mərtəbdəkilər səsləri batana qədər Geganın adını qışqırdılar və Gega gəlib dəhlizin sonuna çatdıqda artıq bütün həbsxana elə uğuldayırdı ki, onu müşayiət edən nəzarətçilər hirslə bir-birinə baxdılar. Bəlkə də hər şeyin günahı qaçqov, tələsiklik idi, ya da sovet imperiyasında doğrudan da nə isə çürümüşdü, amma Geganı cəlladın gözlədiyi həmin otağa saldıqda, cəllad ləngimədən, nizamnaməyə uyğun olaraq məhkumu arxadan nişan aldı, amma silah açılmadı. Peşəkar qatil üçün bu qədər gözlənilməz hal idi ki, o özünü itirib əsəbiləşməyə başladı. Gega isə dönüb, kim bilir hardan yaranan bir arxayınlıqla dedi: 

- Əvvəllər siz heç olmasa, öldürməyi bacarırdınız, indi isə bunu da bacarmırsız. 


Qatil ikinci dəfə atış açdı və hər şey bitdi... 
Məhkumların valideynlərinə hökmün yerinə yetirilməsi haqqında rəsmi xəbər vermədilər, amma sovet hakimiyyətinin daha kobud və daha sərt qaydaları da vardı. Oktyabrın üçündən bir neçə gün sonra məhkumların ailələri ödəniş qəbzləri aldılar və bu qəbzlərə görə, uşaqlarının güllələnməsində istifadə olunan güllələrin pulunu rəsmən ödədilər. Hər güllənin dəyəri üç manat idi, amma Geganın anası altı manat ödəməli oldu – silah açılmadıqda, həmin atılmayan güllənin də pulunu verdi, ancaq bəlkə də, güllə atılmışdı, sadəcə cəllad vura bilməmişdi. Hərçənd buna inanmaq çətindir, çünki cəlladlar nadir hallarda gülləni düz atmır və nəinki yaxın məsafədən, elə uzaqdan da, - sovet imperiyasının tarixi belə idi. 
Güllələnmədə şəxsən iştirak edənlərin hər birinin maaşına əlavə olaraq on dörd manat da hesablamışdılar. Əgər ölümün qiyməti on dörd manat idisə, həyatın qiymətinin necə olduğunu anlamaq çətin deyil. 
Onlar qəhrəman deyildilər, və onların etdiyi hərəkət istənilən dildə cinayət adlanır. 
Buna görə də: 
Nə onların valideynləri, ailə üzvləri, nə də dostları, yaxınları heç vaxt demədilər ki, Gega və dostları günahkar deyillər və etdikləri hərəkətə görə cavab verməməlidirlər. 
Təyyarə qaçırmaq hər yerdə cinayətdir, xüsusən də insanların ölümünə səbəb olduqda, - buna görə də günahkarlar cəzalandırılmalıdırlar. 
Amma 
Heç kəsi öldürməyən adamların güllələnməsi də, təyyarə qaçırmaq kimi cinayətdir və bəlkə daha ağır cinayətdir. 
Xüsusən də: 
Həmin təyyarəyə ümumiyyətlə minməyən bir adamm təyyarə qaçırmaq üstündə güllələnməsi daha böyük cinayətdir. Görünür, hökumətin rahibə göstərdiyi xüsusi amansızlıq, güllələnməyə qədər DTK–nın Tbilisi həbsxanasında onun nəzarətçisi olmuş həmin mühafızəçinin dünyaya baxışını tamamilə dəyişmişdi. O, həbsxanadakı işini atıb, həmişəlik həmin monastıra getdi, o monastıra ki, güllələnmiş rahib orada təkliyə çəkilməyi çox sevirdi. Monastıra aparan və keçmiş mühafizənin qalxdığı qarlı yolun əli içi kimi göründüyü həmin kənddə isə elə həmin gün rahibin öldürülməməsi, günahsız insanın güllələnməyə göndərilməməsi haqqında əfsanə yarandı. 
Gürcüstanda çoxları indi də inanır ki, təyyarə qaçıranlar hələ sağdırlar, onlar uzaqdadlrlar, şər dolu bu dünyadan çox-çox uzaqdadırlar və onlar uçub getməyi o qədər istəmişdilər ki, həqiqətən uçub getmişdilər... 



Yüklə 9,56 Mb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin