Referat təLƏBƏ: Məlikov İdris faküLTƏ: Biznes və İqtisadiyyat məktəbi kafedra : Maliyyə və Mühasibatlıq uçotu



Yüklə 340,9 Kb.
səhifə1/3
tarix24.02.2020
ölçüsü340,9 Kb.
#102165
növüReferat
  1   2   3





Qərbi Kaspi Universiteti

REFERAT

TƏLƏBƏ: Məlikov İdris

FAKÜLTƏ: Biznes və İqtisadiyyat məktəbi

KAFEDRA:Maliyyə və Mühasibatlıq uçotu



İXTİSAS: : Vergi və Vergitutma

QRUP: 403/8VV

TƏDRİS İLİ:2019

FƏNN: İqtisadiyyatın fəlsəfəsi



SƏRBƏST İŞİN MÖVZUSU: Pul iqtisadi və sosial-fəlsəfi fenomen kimi

MÜƏLLİM: Müşfiq Quliyev

Bakı-2019

Pul iqtisadi və sosial-fəlsəfi fenomen kimi

Müasir iqtisadiyyatın bütün səviyyələrdəki fəaliyyəti pulla əlaqədardır. Pul iqtisadi fenomen kimi, bütün iqtisadi sistemlərin özəyində durmaqla onların inkişafının süqutunu əsaslandırmışdır. Pullara müxtəlif yanaşmalarla təriflər vermək olar. Ən sadə şəkildə pul, əmtəə və xidmətlərin əldə olunması, borc alıb və ödəmək üçün istifadə olunan əskinaslardır. Onun dəmir, kağız və ya elektron formada olması vacib deyil. Çünki, keçmişdə mal-qaradan, dəridən, balıqqulağından, yun və pambıq geyimlərindən və s. pul kimi istifadə olunmuşdur.

Pullar ictimai əmək bölgüsünün inkişafı ilə ticarətin və mübadilənin gedişatı ilə əmələ gələcək likvid əmlak formasını almışdır. Yəni daha tez və sürətli reallaşma vasitəsinə çevrilmişdir. Tutaq ki, likvid əmlak kimi olan pula ziynət əşyaları, maşın, mebel, ev, torpaq və s. alınır. Lakin müəyyən müddətdən sonra onları satmaq və ya qarşılıqlı mübadiləyə çıxarıldığı şəraitdə, hətta barter şəraitində də yenə likvid əmlak olan pula müraciət olunur. Məhz bu baxımdan pulun mahiyyəti onun mübadiləsinin mütləq likvid xarakter daşıması ilə izah olunur.

İlk insanlarda pula ehtiyac kimi bir fenomen yox idi. Ancaq ilk cəmiyyətlərin əımələ gəlməsi, kənd təsərrüfatı və sənətin inkişafı fonunda “dəyişiklik” etməyə ehtiyac yaranmağa başlayır.

Kəndçiyə torpağı şumlamaq üçün lazım olan aləti dəmirçi düzəldirdi. Dəmirçiyə yəqin ki, nə iləsə qarnını doyurmaq lazım idi və bu məhsul da kəndçidə idi. Hər ikisinə də geyim lazım idi hansını ki, dərzi tikirdi.

Qədim iqtisadiyyat birbaşa barter üzərində fəaliyyət göstərirdi. Bu o qədərdə rahat olmayan sistemdə hər bir iştirakçı ona lazım olsan məhsulu satan insanı tapmaq məcburiyyətində qalırdı. Bundan əlavə vaxt keçdikcə insanlar, bəzi məhsulları daha asan əldə etmək və satmağın mümkünlüyünü müşahidə etməyə başladılar. Demək olar ki, hər kəsə daha asan saxlanılan və kalori mənbəyi olan taxıl lazım idi. Şimal xalqlarında isə hər kəsə bədəni isti saxlayan dəri geyimlərə ehtiyac duyulurdu.

Və məhz bu populyar məhsullar rahat dəyişilməsi mümkün olan barter aləti kimi fəaliyyət göstərməyə başladılar. Dəmirçi bir ovuc taxılı qiymət kimi götürməyə razı idi, hətta ona bu məhsul lazım deyildisə də o, bilirdi ki, bu məhsulu başqa məhsula dəyişmək asan olacaq.

Maraqlısı budur ki, müasir insanlarda qədim insanlar kimi bəzən barterdən istifadə edirlər. Öyrəşilən iqtisadi sistem dayandığı halda evro və dollar yox məhz çay, şəkər və duz yenidən barter əməliyatına keçəcək.

Qədim dövrlərdə ən rahat məhsul metallar idi. Çünki bir balaca qızılı ozünlə aparmaq asan idi, nəinki, 10kisə taxıl. İlk qəpik pulların əmələ gəlməsinə bir addım qalmışdı – dövriyyədə olan pulların eyniliyini təmin etmək. Beləcə olaraq dəmir pul sikkələrinin istehsalı başlanıldı.

İstehsalın başlanğıcı Biz pul haqda danışanda ilk öncə ağlımıza ticarət gəlir. Yəni pulun xərclənməsi. Ancaq pulun tarixdə vacib rollarından biridə o idi ki, dövlətə vergi yığmaq lazım idi, və qəpik pullarda bu iş üçün çox rahat idi.

Bizim başa düşdüyümüz qəpik pullar ilk dəfə bizim eramızdan əvvəl VII əsrdə indiki Türkiyə ərazisində olan Lidiya dövlətində əmələ gəlib. İlk dəfə pul istehsalı elektrumdan olurdu (qızıl və gümüşün əridilərək pul istehsal olunması). Sonrasında isə ayrılıqda qızıl və gümüş qəpiklər əımələ gəldi. Lidiya hökmdarı Krez ilk olaraq pul standartı tətbiq edərək, metalın təmizliyini hökmdar peçatı ilə təstiq etmişdir. Lidiya starterləri çox tez Aralıq dənizi sahili ərazilərə yayıldı və insanlıq pul dövrünə qədəm qoydu.



Maraqlısı budur ki, ilk pullar qızıl olub və buda onu göstərir ki, onlar heç də “ucuz” deyildilər. Ola bilər ki, bu pullar bazarda balıq almaq üçün yox, məhz vergiləri ödəmək (ildə bir dəfə) və böyük həcmli ticarət üçün istifadə olunurdu. Sivilizasiya çox tez bir zamanda anladı ki, dəyəri az olan balaca pullara da ehtiyac var. Misal üçün, qeyd etdiyimiz starterlərin keçmişdə 1/2, 1/4, və hətta 1/24, dəyərində dəmir pulları var idi və bunlarda qədim Yunanıstan bazarlarında “şoppinq” üçün ideal pullar idi.


Yüklə 340,9 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin