Referat təLƏBƏ: Məlikov İdris faküLTƏ: Biznes və İqtisadiyyat məktəbi kafedra : Maliyyə və Mühasibatlıq uçotu



Yüklə 340,9 Kb.
səhifə2/3
tarix24.02.2020
ölçüsü340,9 Kb.
növüReferat
1   2   3


Qramla hesablama

Dəyərli metalların pul vahidi kimi cəmiyyətdə möhkəmlənməsinə bir neçə səbəb var. İlk olaraq, məhsul nadir sayılırdı, bu da o deməkdir ki, dövlət üçün stratejik vacib olan pul çapı seqmentini kontrol altında saxlamaq daha rahatdır. İkinci olaraq, qızıldan və gümüşdən olan qəpikləri istənilən vaxt yenidən əridib istifadə etmək olar. Üçüncü olaraq isə, sadə hesablama yolu ilə pulun dəyərini bilmək olardı. Hər insan 100 amerikan dollarının 100 birman kyatlarında nə qədər etdiyin bilmir, ancaq 5 qram qızılı 10 qramdan ayırmağı isə hər adam bilə bilər.



Antik və orta əsrlər dövründə dövriyyədə fərqli tipdə və keyfiyyətdə qəpik pullar istifadə olunurdu. Bunlardan ən çox etibarlısı (ağırlığı və metalın təmizliyinə görə) III əsrdə istehsal olunmuş Vizantiya solidi idi (həmçinin nomizma və bezant adları ilə də tanınırdılar). Bu qəpiklər bir neçə yüz il insanlar tərəfindən istifadə olunurdu. Əks misal kimi, roma dinarı və aureus göstərmək olar, hansılar ki, III əsrdə istehsal olunsalar da bir müddət sonra onlarda olan qızıl və gümüş yox olmağa başlamışdı.

Qəpiklərdə olan qarışıqlıq antik və orta əsrlərdə olan böyük pulların kiçik pullara bölünməsində olan hesablanmanı daha da qarışıq edirdi. Fərqli ölkələrdə olan bir neçə misallar. Qədim Yunanıstan: 1 mina =50 stater =100 draxm = 600 obol. Ortaəsrlər Fransası: 1 livr = 20 sur = 240 denye. Orta əsrlər İngiltərə: 1 funt = 20 şillinq = 240 penii. Buna əlavə olaraq qəpik istehsalındakı çoxluğu, dəyərli metalların azlığından tez köhnələn qəpikləri, hersoq və kralların qəpiyin dizaynına olan həssaslığını da nəzərə alsaq qədim insanların nə qədər güclü yaddaşa ehtiyac duyduqlarını görürük. Dyumanın “3 muşketor” əsərində belə bir epizod var: əsərin qəhrəmanları əllərində olan pulu saymağa başlayırlar – 30 ekyu + 10 pistoley + 25 pistoley = 475 livr. Bir cümlədə 3 fərqli qəpiklər.

Maraqlısı budur ki, ilk olaraq avropada yuvarlaq hesablamaya keçən ölkə Rusiya olmuşdur. Birinci Pyotrun vaxtında (XVIII əsr) 1 rubl = 100 qəpik prinispi işə düşmüşdür. Yüz illiyin sonunda eyni hesablamaya ABŞ, Fransa və digər ölkələr keçməyə başlamışlar. 1971–ci ilə qədər yuvarlaşmaya ən çox müqavimət göstərən Britaniya idi. Onlarda bu ilə qədər hələ də 1 = 20 = 240 hesablanması gedirdi.

Kağız hər şeyi silir.

İlk kağız pulların məhz Çində VIII – IX əsrlərdə dövriyyəyə buraxılması düşünülür. Avropalılar o zamanlarda “Qara dövrlərində” yaşasalar da, sonra öz yolları ilə kağız pulların istehsalına başladılar. Kağız pulların keçdiyi yolu banknot sözündən görmək olar. İngilis dilindən tərcümədə banknot – bank çeki mənasını verir. Bank işinin beşiyi kimi stratejik olaraq uğurlu coğrafiyada yerləşən və əsas ticarət yolları üzərində olan İspianiya və İtaliya sayılır. Yuxarıda qeyd etdiyimiz kimi, orta əsrlərdə pulun fərqliliyi cəhətdən bolluq idi. Orta əsrlərdə İtaliya şəhərlərində pul “dəyişənlərin” biznesi çiçəklənməyə, piştaxtaları (italyan dilində banco) bazarlarda və mərkəzi küçələrdə quraşdırılmağa başlamışdı. Pulu dəyişməkdən başqa bankirlər kapitalı saxlamaq və ödəmə etməyi təklif edirdilər. Bununlada ilk kağız pulun yaranması – jurnalda kimin nə qədər qəpik pulunun saxlanılması haqda məlumatdan ibarət idi. Bu yazılar daha çox sənəd idi hansıyla ki, əmanəti geri götürmək imkanı verirdi, nəinki pul.



Sonrakı etap kağız pulların dəmir qəpiklərə dəyişdirilərək çap olunması prosesi idi. Dünyada ilk mərkəzi bank 1688 – ci ildə təsis edilən İsveç bankıdır. Uzun müddət insanlar kağız pullara inanmayaraq üstlərində hələ də dəmir pulları gəzdirirdilər. Dövlətlər də əsl pul kimi birinci gümüşü sonra isə qızılı görürdülər.



Yüklə 340,9 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə