Regionlarda və iъmalarda yerli



Yüklə 143,35 Kb.
tarix16.12.2018
ölçüsü143,35 Kb.
#86050

«REGİONLARDA VƏ İCMALARDA YERLİ

ÖZÜNÜİDARƏETMƏ ORQANLARINDA QADINLARIN ROLUNUN ARTIRILMASI»
Açıq Cəmiyyət İnstitutu – Yardım Fondu
Gender Problemləri İnstitutu

Azərbaycan Gender İnformasiya Mərkəzi

«Koalisiya-1325» - qadın qrupu
Layihənin koordinatorları: Sevil Zeynalova, Yelena Qasımova

Baş təlimçi: Rəfiqə Əzimova

Bu nəşr Açıq Cəmiyyət İnstitutu – Yardım Fondu xeyriyyə təşkilatının verdiyi qrant məbləğindən maliyyələşdirilmidir.

Bəşər sivilizasiyanın inkişafına nəzər salsaq, görərik ki, burada qadın xüsusilə böyük rol oynamışdır. İnsanlar mağara həyatından çıxandan sonra kiçicik dövlətlər olan ailələri məhz qadınlar kişilərdən daha çox idarə etməyi öyrənirlər. Onlar ailə üzvlərini istidən, soyuqdan, yağmurdan qorumaq təcrübəsinə yiyələndilər. Bundan əlavə, uşaqlarının rahatlığı üçün məhz onlar heyvan dərilərindən yataq əşyaları, gildən qab-qacaq düzəltməyi, bitki liflərindən geyim və ev əşyaları toxumağı sınaqdan keçirdilər. Beləliklə, bəşər mədəniyyətinin, incəsənətin ilk təməlini də qadın qoymuş oldu. Bu o deməkdir ki, cəmiyyətin tərəqqisi qadınların incə zövqü, həssas qəlbi, analıq duyğuları, ailə məhəbbəti ilə evində səliqə-sahman yaratmaq istəyi, tərbiyəçilik vəzifələri ilə bağlıdır. Buna görə bütün bəşəriyyət, bu mədəniyyət, bu inkişaf üçün qadına minnətdardır.

Yarandığı gündən bugünəcən qadın məsələsi Yer üzünün bütün insanlarını, cəmiyyəti, dövlətləri düşünür. Deyirlər ki, hər hansı bir cəmiyyətin inkişafı orada qadının vəziyyətindən asılıdır. Fransız maarifçilərindən birinin belə bir deyimi də var: «O dövlətdə ki, qadın maariflənmişdir, orada həmin xalq öz parlaq gələcəyinə əmin ola bilər». Azərbaycanda mövcud olan, tarixən təşəkkül tapmış kişilər və qadınlar arasında qeyri-bərabər münasibətlərin kişilərin üstünlüyünə əsaslanan sosial modeli ölkədə gender münasibətlərinin spesifik mədəniyyətini ifadə etdiyindən, Azərbaycanda cins əlaməti üzrə ayrı-seçkilik təcrübəsinin aradan qaldırılması mürəkkəb problem kimi çıxış edir. Bir tərəfdən, ölkədə qadınların hüquq bərabərliyinə təminat verən hüquqi baza mövcuddur, digər tərəfdən isə cinslərin sosial rolu haqqında stereotip təsəvvürləri təsbit edən ənənəvi mədəniyyət qadınların ailədə və cəmiyyətdə rolu haqqında sərt təsəvvürlər formalaşdırır, bu isə qadınların iqtisadi azadlıq və sosial inkişafda iştirak hüquqlarının realizəsi məsələlərində əsas maneələrdən biridir.

Azərbaycanda ailə institutu kifayət qədər dayanıqlı və güclüdür, məhz ailə qadınların rolu haqqında ənənəvi stereotip təsəvvürləri ifadə və təsbit edən mənbə qismində çıxış edir. Təəccüblü deyil ki, tarixən patriarxal həyat tərzi və sosialist dəyərləri şəraitində olan qadınlar islahatlar və bazar münasibətləri şəraitində ən müdafiəsiz təbəqəyə çevrilmişlər.

Bununla yanaşı, ölkədə qadınların vəziyyətinin yaxşılaşdırılmasına yönəlmiş dövlət siyasəti dəqiq müəyyən olunmuş, qanunvericilikdə beynəlxalq hüquqi sənədlərə uyğun dəyişikliklər aparılmışdır. Lakin de-yure bərabərlik de-fakto bərabərlikdən xeyli geri qalır və ayrı-seçkilik təcrübəsinin aradan qaldırılması çox aktualdır.

Məqsəd: Oksfam fondunun qadın qrupu proqramının yerinə yetirilməsində gender anlayışının güclənməsinə və Oksfam fondunun layihələrinin gerçəkləşdirilməsi yerlərdə cins əlaməti üzrə ayrı-seçkiliyin aradan qaldırılması amili kimi proqramlararası qarşılıqlı fəaliyyətin inkişafına təkan verən tövsiyələrin işlənib hazırlanmasıdır.

Vəzifələr:

1) Layihələrin gerçəkləşdirilməsinin gedişində gender bərabərsizliyi təzahürlərini eyniləşdirmək (eyniləşdirmənin meyarları məsləhətçilər tərəfindən indikatorlar şəklində təklif olunmuşdur;

2) Gender bərabərsizliyinə mənfi və müsbət təsirini aşkara çıxarmaq (Layihənin həyata keçirildiyi rayonların materialları əsasında);

3) Kreditləşdirmə və xüsusi təşəbbüskarlığın inkişafı üçün bərabər imkanlar müəyyən etmək;

4) Bazarlarda gender münasibətlərini və ticarətdə qadın iştirakının motivlərini müəyyən etmək;

5) Regional ev təsərrüfatları çərçivəsində gender münasibətlərinin dəyişmələrini, yaxud dayanıqlığını aşkara çıxarmaq;

6) Müxtəlif səviyyələrdə qərarların qəbul edilməsində qadınların imkanlarını eyniləşdirmək;

7) İcmada qərarların qəbul edilməsi prosesində qadınların imkanlarının gücləndirilməsinə layihənin təsirini qiymətləndirmək;

8) Yerli bələdiyyələrin qərarlarına və onların gender spesifikliyinə əhalinin cəlb olunmasını aydınlaşdırmaq;

9) Qadınların passivliyinə təkan verən və yerli özünüidarə sahəsinə cəlb olunmasına maneçilik törədən mədəni və mənəvi normaların aşkara çıxarılması;

10) Qadınların sosial fəallaşdırılması yollarını işləyib hazırlamaq;

11) Regionda gender inkişafı problemlərinin spesifikliyini müəyyən etmək və müvafiq tövsiyələr təklif etmək.


Gender bərabərliyi prinsiplərin dəstəyində bələdiyylərin rolu
Bu məlum bir faktdır ki, cəmiyyətdə baş verən hər cür siyasi dəyişmələr, müharibə və çevriliş ilk növbədə qadınlara və uşaqlara öz mənfi təsirini göstərir. Hər cür siyasi və iqtisadi böhranda ən çox əziyyət çəkənlər də qadınlardır. Onların rahatlığının, dinc və xoşbəxt həyatının təminatı üçün hər şeydən əvvəl qadınların öz hüquqlarını bilməsi çox vacibdir. Başqa sözlə desək, onların maariflənməsi olduqca mühüm məsələdir. Bu məqsədlə də Gender Problemləri İnstitutu, «Sevil» Azərbaycan Qadınlar Məclisi respublika qadınlarının həyatımızn müxtəlif sahələri üzrə maarifləndirilməsi işində çalışır. Gender Problemləri İnstitutu, AREAT, «Sevil» Azərbaycan Qadınlar Məclisi 2008-ci ilin İyunun 4-də «Regionlarda və icmalarda yerli özünüidarəetmə orqanlarında qadınların rolunun artırılması» layihəsini həyata keçirmək məqsədi ilə Açıq Cəmiyyət İnstitutu –Yardım Fonduna müraciət etmişdir. Təsdiq edildikdən sonra Gender Problemləri İnstitutu, AREAT, «Sevil» Azərbaycan Qadınlar Məclisi həmin layihə çərçivəsində təklif olunan spesifik fəaliyyətləri dörd ay ərzində (15 İyul– 15 Oktyabr) «Regionlarda və icmalarda yerli özünüidarəetmə orqanlarında qadınların rolunun artırılması» üzrə qadınlar arasında maarifləndirmə işi aparılmasını nəzərdə tuturdu. Bu fəaliiyət Açıq Cəmiyyət İnstitutu – Yardım Fondu tərəfindən maliyyələşdirilmişdir. Göstərilən layihəni həyata keçirmək məqsədi ilə Yevlax şəhəri və Nematabad kəndinin Nematabad icmasında keçirilən «Dəyirmi masa”da iştirak etmək üçün 50 nəfər seçdi.

2008-ci ilin 5-6 İyul tarixində (Yevlax şəhəri), 19-20 İyul Nematabad kəndində «Nematabad icması» Sevil Zeynalova, Rəfiqə Əzimova və Yelena Qasımova tərəfindən «Dəyirmi masalar» keçirilmişdir.

Dəyirmi masa iştirakçıları haqqında əsas məlumatları qeyd etmək istərdik. Belə ki, iştirakçıların yaş qrupu aşağıdakı kimidir:

4 20-30 yaşında – 3 nəfər

4 30-40 yaşında – 7 nəfər

4 40-50 yaşında - 36 nəfər

460-… yaşında – 4 nəfər
İştirakçılardan

4Ali təhsilli – 23 nəfər 4 Orta ixtisas-27 nəfər


Bunlardan

4Qadın- 41 nəfər 4 Kişi – 9 nəfər

İştirakçıların tutduqları vəzifələr müxtəlif olsa da, əsasən Dəyirmi masada qaldırılan problem ətrafında fəal şəkildə öz fikirlərini bildirməyə çalışırdılar. Belə ki, iştirakçılar arasında məsul şəxslər, mədəniyyət, təhsil, səhiyyə, kitabxana, sahibkarlar, bələdiyyə və icmaların sədrləri və onların Şura üzvləri, icra hakimiyyətinin şöbə müdirləri iştirak edirdilər.
Bələdiyyələr sosial inkişaf faktoru kimi
Keçid mərhələsini yaşayan Azərbaycanda bələdiyyələr, demək olar ki, bütövlükdə təşkilatlanma mərhələsini yaşayırlar. Burada aydın, düşünülmüş addımlarla yanaşı çox vaxt neqativ, bəsit addımlara da yol verilir. Maliyyə, maddi məhdudiyyətlər, qeyri-müəyyən səlahiyyətlə bələdiyyələrin yerli hakimiyyət orqanı kimi fəaliyyətini məhdudlaşdırır.

Yuxarıda qeyd edilən obyektiv səbəblər bələdiyyələrin aktiv, dolğun fəaliyyətlərinə ciddi maneələr yaradır. Rayon və kəndlərdə əhalinin bələdiyyələrlə ünsiyyət və qarşılıqlı əlaqələri hələ ki, lazımi səviyyədə deyil. Bələdiyyələrə maraq da zəifdir. Tədqiqat göstərdi ki, bələdiyyələrə seçki kompaniyasına əhali tərəfindən maraq demək olar ki, hələ ki, zəifdir. Mövzumuzla bağlı diqqəti cəlb edən, odur ki, seçkilərə biganə münasibətdə qadınların faiz ölçüsü, kişilərdən çoxdur. Əgər seçkilərlə maraqlanmayan kişilər 28,2% təşkil edirsə, qadınlar arasında bu faiz təxmini 41%-ə çatır. Ələxsüs kəndlərdə bələdiyyələrlə əlaqə zəifdir. Sorğular göstərir ki, iki nəfərdən biri bələdiyyənin telefon nömrəsini bilmirlər və maraqlanmırlar. Qadınlar arasında sorğular göstərdi ki, qadınların əksəriyyəti yaranan problemlərin həllini bələdiyyələrdən daha çox icra hakimiyyətlərindən gözləyirlər. Bəzi səbəbləri bələdiyyə liderlərinin şəxsi cəhətləri ilə bağlayırlar. Misal üçün: qadın bostan işi ilə məşğul olmaq istəyir. Bələdiyyə başçısına müraciət edərək: «Mənə torpaq ayırın», deyir. Bələdiyyədə cavab verirlər: «Qoy ərin gəlsin». Belə hallar bələdiyyələrlə qarşılıqlı əlaqələrin qurulmasına ciddi maneə törədir. Burada demək olar ki, səmərəli əlaqələrin yaranmasında subyektiv amillər maneələr yaradır.

Sözsüz ki, sorğular zamanı pozitiv rəylləri də qeyd etmək lazımdır. Məs: Yevlax şəhərində əhalinin əksəriyyəti yekdil rəy söyləyərkən bildirir ki: «Bizim sədrimiz həm yaxşı təşkilatçı, həm vicdanlı və düz adamdır».

Söhbətlər və müşahidələr göstərdi ki, bələdiyyələrin qərarları və yaxın gələcəkdə planları ilə qadınların 16,1%-i tanışdır. Bələdiyyələrin sosial məsələləri ilə maraqlananlar cəmi 23,9% təşkil edir. Qadınlar arasında bələdiyyələrin sosial proqramları ilə maraqlananlar 87%- ailəli qadınlar, 12,6% - dul qalanlardır ki, onların da aylıq gəlirləri aşağı olduğuna görə sosial dəstəyə olduqca böyük ehtiyacları var.

Bələdiyyələrdə kəndin prioritet problemləri ilə bağlı qərar qəbuletmədə qadın və kişilərin iştirak faizi cüzi fərqlənir (qadın -33%, kişilər- 36,9%).

Qadınların kəndin prioritet problemlərinə böyük maraq göstərmələrinin və onların tezliklə həllini gözləmələrinin səbəbi nə ilə bağlıdır?

Tədqiqat göstərdi ki, orta və ondan yuxarı səviyyədə gəlirləri olan ailələrdə qadınlar bu məsələlərlə maraqlanmırlar. Kəndin sosial problemlərinin tezliklə həllində maraqlı olanların (37,8%) ailə gəlirləri 50-100 manat təşkil edir – yəni bu qadınların hər birinin köməyə ehtiyacı var və bu köməyi onlar kəndin özünüidarə orqanlarından gözləyirlər.

Bu tədqiqat həyatın bütün sahələrinin – istehsalın və təkrar istehsalın gender bərabərliyinin təsdiqində fərqli, lakin eyni dəyərli rol oynaması, iqtisadi fəaliyyətin qadınların və kişilərin cəlb olunduqları müxtəlif sahələrinin daha diqqətlə nəzərə alınmasının isə insan potensialının inkişafına və sosial-iqtisadi proseslərin səmərəliliyinin yüksəlməsinə gətirib çıxarması üzərində qurulurdu. Gender yanaşması baxımından qadınların iqtisadi inkişafa cəlb edilməsi və bundan ötrü şərait yaradılması qadınların şəxsiyyət kimi özünü təsdiqləməsi üçün daha geniş imkanlar yaradır və bir çox cəhətdən yoxsulluq problemini həll edir.


Bələdiyyə proqramlarının gender anlayışı –

qadınlar bələdiyyələrdə işləmirlər
Yevlax şəhərinin Nematabad kəndindəki dəyirmi masa ətrafında diskussiya, fərdi söhbətlər və müşahidələr qaldırdığımız məsələ ilə bağlı bir sıra problemləri və artıq əldə olunan təcrübə və nailiyyətləri üzə çıxarmağa imkan yaratdı.

Yevlaxın Balaçil kəndinin bələdiyyə sədri L.Zeynalovanın çıxışından: - «Bildiyiniz kimi, bələdiyyələrin maddi bazası dövlət dotasiyasındadır. Bizə ünvanlanan pulun əksəriyyəti sosial müdafiə fonduna köçürülür. Belə olan halda çox vaxt bələdiyyə işçilərinin maaşını ödəmək mümkün deyil. Maraqlısı odur ki, bu təşəbbüskar və işgüzar qadının bələdiyyə rəhbərliyinə gedən yolu heç də asan başa gəlməyib müəyyən maneələrlə qarşılaşır. Lakin daxildən gələn maraq və istəyi axtarışına uğurla nail olmağa gətirib çıxardı. Nematabad kənd icmasının sədri bizimlə söhbətində qeyd etdi ki, o, birincilər sırasında Okfam fondundan kredit almaqla ailəsi ilə birlikdə sahəsində çuğundur əkib, yığılan məhsulu şəhər bazarında realizə etdirib. Krediti isə vaxtında qaytararaq təsərrüfatı üçün yeni texnika və traktor əldə edə bilib. Qadın onu da bildirdi ki, Ukraynada işləyən oğlu da ailəyə maddi tərəfdən kömək etmişdir. Bundan sonra heç kəsdən kömək istəmədən kənd klubunu təmir etmək təşəbbüsü ilə qadınlara müraciət etmişdir. Təmiri birinci olaraq özü başlamışdır. O ki qaldı kişi və qadın arasında bərabərlik məsələsinə, qadın bu suala belə cavab verdi: «Baxın mənim əllərimə, mənim rəfiqələrimin əllərinə, kişilərdə belə əllərə çox nadir hallarda rast gələ bilərsiniz». Bu müsahibədən nəticə çıxararaq demək olar ki, bizim qarşımızda parlaq tipli lider bir qadın dayanır və burada gender mahiyyətli heç bir problem onun bələdiyyə sədri vəzifəsinə seçilməsinə maneçilik törədə bilməz.

Bugünki bələdiyyələrin büdcə vəziyyətinə gəldikdə isə demək olar ki, əksər respondentlər bələdiyyə büdcəsindən xəbərsizdir, onlarla ictimai dinləmələr keçirilmir.

Respondentlərin fikrincə, büdcə haqqında məlumatı ancaq rəhbərlik bilir və icmalar üzrə ictimai dinləmələrin keçirilməsinin vacibliyini qeyd etdilər.

Respondentlərin əksəriyyəti belə bir arzunu və təklifi irəli sürürlər: «Yaxşı və ədalətli olardı ki, büdcə ilə bağlı icma qarşısında hesabatlar keçiriləydi. Belə bir təcrübənin müsbət tərəfdarından 56,9% kişilər və 65% qadınlardır. Siz bələdiyyələrin qəbul etdiyi qərarlarla tanışsınızmı? Sorğuda iştirak edənlərin əksəriyyətinin bələdiyyələrin qəbul etdiyi qərarlardan xəbərləri olmadığını qeyd etdilər.


Cədvəldə verilən cavablar bunu təsdiqləyir.


Mövzular

Qadın

Kişi

Kasıblığın ləğvi

59.3%

59.2%

Tək qalmış valideynlərə dəstək

69.9%

62.1%

Erkən nikahlar və onların fəsadları

73.2%

79.9%

Sağlamlığın inkişafı

76.4%

77.0%

Çoxsaylı ailələrə kömək

76.4%

77.0%

Ailədə zorakılığın aradan qaldırılması

78.0%

75.9%

Qadınların reproduktiv hüquqları

78.0%

85.6%

Su təchizatının inkişafı

79.7%

67.2%

Məktəbəqədər tərbiyə müəssisələrinə dəstək

79.7%

86.2%

Torpaq əldə edilməsi üçün geniş imkanların yaradılması

80.5%

79.9%

İcmalarda qadınların problemləri

84.6%

84.5%

Əməyə cəlb edilmə faktları

84.6%

90.8%

Dəyirmi masada iştirak edənlərin gender anlayışı haqqında sorqu-suallarından əlavə, xüsusi suallara da aşağıdakı cavablar alınmışdır.


«Qadınların bu gün yerli özunuidarə orqanlarında iştirakı Sizi qane edirmi?» sualına

4Bəli Cavab verməyə çətinlik çəkirəm 4 Xeyir

8 nəfər 10 nəfər 32 nəfər
«Gender problemləri ilə bağlı maariflənmə layihələrində iştirak etmisiniz?» sualına:
4Bəli 4 Xeyir

34 nəfər 16 nəfər


Dəyirmi masa iştirakçıları demək olar ki, Respublikada gender problemləri ilə bağlı bütövlüklə təsəvvürləri qənaətbəxşdir. Sözsüz ki, məhz bu biliklər imkan yaratdı ki, «Dəyirmi masada» qaldırılan problemlərlə bağlı səmərəli müzakirələr və təkliflər irəli sürülsün.

İkinci iş günündə müzakirələr əsasən Yerli özünüidarə ilə bağlı qanunvericilik aktları ətrafında davam etdirildi. İştirakçılar Avropa Xartiyası tərəfindən «yerli özünüidarəetmə» anlayışı ətrafında öz mülahizələrini söyləyib yekdilliklə aşağıdakı fikirlə razılaşdılar ki, yerli əhalinin maraqlarına uyğun olaraq qanun çərçivəsində idarəetməni «yerli özünüidarəetmə» anlayışı kimi qəbul etmək olar. Müzakirələrdə iştirakçılar tərəfindən həmçinin əsas vəzifədən irəli gələn məsuliyyət sahələri ətrafında olduqça səmərəli diskussiya alındı. Burada bir sıra maraqlı məsələlər müzakirə predmetinə çevrilmişdir: «Müəyyən xidmətlər kimdən asılıdır?», «Günün tələblərinə cavab verən qərarın qəbul olunması üçün yerli vəziyyəti hansı səviyyədə bilmək lazımdır?» və s…



İkinci iş gününün planına görə interaktiv oyun keçirildi. Oyunun əsas ideyası - yerli səviyyədə idarəetmə orqanlarında kişi və ya qadın rəhbərliyinin hansının daha çox səmərə gətirə bilməsi məsələsi idi. İştirakçılar qadın və kişi qrupuna ayrılıb fokus üç suala cavab hazırladılar, qrup nümayəndələri cavabları prezentasiya etdilər. Prezentasiyalarda nəzərə çarpan mülahizələr (nümunə üçün üç sualların cavablarından birini hesabata salırıq).





















































Sual: Sizə görə kiminlə işləmək, dil tapmaq daha asandır?
Sahələrdən asılı olaraq

Cavab:

Kişilər qrupu

þ -Yaxşı olar ki, ibtidai məktəb;

þ - Təcili tibbi yardım;

þ -Bağçalar və sosial müəssisələrdə qadınlar çoxluq təşkil etsinlər;

þ - İnşaat, yollar və s. kimi sahələrə kişi kadrları daha uyğundur.
Qadınlar qrupu
þ Kişilər hərənin öz dili ilə danışmağı bacarmırlar;

þ - Onlar yerli əhali ilə mütəmadi ünsiyyətdə ola bilmirlər;

þ - Onlar müəyyən ailə-məişət problemləri ilə məşğul olmağı bacarmırlar;

þ - Qadınlar ən azı bələdiyyədə 50% kadrların yerini tuta bilərlər.

þ- Savadlı, saf mənəviyyatlı, kəndin nüfuzunu qazanmış qadın bir çox məsuliyyətsiz kişilərə dəyər.

Keçirdiyimiz bir sıra sorğuların analizi gender bərabərliyinin rayon və kəndin sosial həyatında hələ də davam etməsinin səbəblərini açıqlayır:



Birinci: belə təsəvvür yaranıb ki, qadının əlində maliyə, təşkilatçılıq və informasiya qıtlığı olduğundan onlar hətta bələdiyyə seçkilərində namizəd kimi iştirak edə bilməzlər;

İkinci: Azərbaycanda bu günə qədər əmək sferasında (məcəllədə) antidiskriminasion qanun qəbul olunmayıb.

Qadınların bələdiyyə işlərində iştirak etməməsinin bəzi səbəbləri
4 Bələdiyyə seçkilərində iştirak üçün qadınların maliyyə dəstəyi yoxdur;

4 İctimayyət tərəfindən qadınlar bələdiyyələrə qəbul edilmirlər;

4 Qadınlar ev işləri ilə məşğuldurlar;

4Qadınlar ikili yük daşıyırlar- evdə, işdə;

Yevlaxın bələdiyyə üzvü Əbdüləhimova Ruqiyyə problemin nədə olduğunu çox səmimi açıqladı. O dedi ki, evdə mənim gəlinim var və evin bütün təsərrüfatı onun üstündədir. Məhz bu səbəbdən də mənim işə gedib şəhərin sosial həyatında fəal iştirak etməyə imkanım var.

Obyektiv səbəblərlə yanaşı, region səviyyəsində gözə çarpan, həm də subyektiv səbəblər də mövcuddur. Əgər cəmiyyətdə bütövlüklə yerlərdə özünüidarə orqanlarının rolu lazımınca qiymətləndirilmirsə, belə bir vəziyyət sözsüz ki, obyektiv səbəbdir. Əgər qadının passivliyi onun ictimai işlərə maraqsızlığından irəli gəlirsə, sözsüz ki, burada subyektiv səbəb də az rol oynamır. Aşağıda verilən cədvəldə qadınların bələdiyyələrdə iştirakının az olmasının bəzi səbəbləri açıqlanır.




Səbəblər

Qadın

Kişi

Qadınların ictimai işlərə həvəsinin olmaması

26.95%

25.51%

Qadınların bələdiyyələrə maraqının az olması

24.82%

21.86%

Qadınların dövlət strukturlarında işləmək üçün təcrübələrnin olmaması

19.86%

28.34%

Bələdiyyə liderdərinin şəxsi keyfiyyətləri qadınlarda inamsızlıq yaradır

14.18%

14.57%

Qadınların bələdiyyədə iştirakı ailə ənənələrinə cavab vermir

14.18%

9.72%


Qadınların bələdiyyələrdə iştirakını hansı yollarla yüksəltmək olar
Burada fokus – qrup iştirakçılarının fikirləri ilə tanış olmaq yerinə düşər:

Fokus – «Qadınların əksəriyyəti işsizdir və bu səbəbdən passivdirlər»

4Qrup – «Qadınlar üçün yığıncaqlar, görüşlər, ictimai diskussiyalar keçirilərsə, tədricən bu öz effektini verə bilər»;

4«Qadınlar üçün iş yerləri açılmalıdır. Sosial fəaliyyətə gedən yol iş yerindən başlanır».

4Fokus – «Əgər yerlərdə qadınların bir sıra məişət problemlərini həll edə bilsək, onda qadınların passivliyi qat–qat azalar».

4Qrup – «Əvvəllər qadınlarımızın əksəriyyəti kolxozlarda işləyirdirlər. Əkir, becərib yığırdırlar…. Əgər kolxozların ləğvindən sonra torpaqlarımız birbaşa bələdiyyələrə verilsəydi, qadınlarımız bundan çox udardılar. Qadınların ünsiyyəti üçün sosial şərait yaranmalıdır».

Yevlax – Nematabad kəndi

4 Maariflənmə treninqlərində iştirak ediblər;

4Yerli özünüidarəetmə orqanlarında qadınların rolunun artırılması ilə bağlı yerli səviyyədə ictimayyətin maariflənmə işi davam etdirilməlidir;

4Dəyirmi masa iştirakçıları yerli bələdiyyələrdə qadınların rolunun artırılmasının zəruriliyini dəstəkləyirlər;

4Bələdiyyələrə yerli mühitdə yüksək nüfüza malik, peşəkar və ədaləti qorumağı bacaran qadınlar gəlməlidir;

4Qadınlar bələdiyyələrdə onlara daha yaxın funksiyaları öz üzərinə götürə bilərlər (səhiyyə, ailə münaqişələri, yerlərdə qadınların hüquqlarını qorumaq məsələləri və s.)

Dəyirmi masada «Azərbaycanda özünüidarəetmənin tarixi və müasir Azərbaycanda yerli özünüidarəetmənin formalaşmasının əsas istiqamətləri» məsələlərinin iştirakçılar tərəfindən müzakirəsi bu gün yerli bələdiyyələrdə bir sıra problemlərin hələ də həll olunmamasını üzə çıxartdı. İştirakçılar bu məsələ ilə bağlı bir sıra təklifləri irəli sürə bildilər:

a) bələdiyyələrin fəaliyyəti icra hakimiyyətinin fəaliyyətini təkrar etməməlidir;

b) hakimiyyət bələdiyyələrə maliyyə dəstəyini gücləndirməlidir;

j) mərkəzdə və icmalarda lider şəxsiyyətlər yerli özünüidarəetmə orqanlarına seçilməlidir;

d) bələdiyyələrə lider qadınlar seçilsə, problemlərin ədalətli həlli daha tez təmin oluna bilər.

Dəyirmi masanın Nematabad kəndində Nematabad icma qrupunun üzvləri ilə keçirilməsi bir sıra yenilikləri üzə çıxarmağa imkan yaratdı. Bunlar aşağıdakılardır:

a) Kənd mühitində icma strukturunun yaranması qadınların təşkilatlanma prosesinə ciddi təkan rolunu oynaya bilər;

b) Nematabad icma qrupunun fəaliyyətdə olan idarəetmə strukturu sübüt edir ki, kəndin icma fəaliyyəti mexanizmi gender problemləriı icma qruplarının yolu ilə operativ şəkildə həll oluna bilər (ailə münaqişələri, işsizlik, sahibkarlıq və s.)

j) İcma qrupunun idarəetmə şurasının fəaliyyəti demək olar ki, yerlərdə gələcək bələdiyyələr üçün kadrların ehtiyat bazası rolunu oynaya bilər, çünki onların fəaliyyət dairəsi və təcrübəsi bələdiyyələrin fəaliyyət dairəsinin demək olar ki, kiçik modelidir. Onu da nəzərə alsaq ki, icma qrupu idarəetmə şurası üzvlərinin əksəriyyəti qadınlardır, deməli, icmalardan bələdiyyələrə irəli sürülən namizədlər qadınlar ola bilər. Bu mənada mövzu ilə əlaqədar gələcək layihələr yaxşı olardı ki, bilavasitə icmalarla bağlı olsun. Qeyd edək ki, icmanın idərəetmə qrupunun on nəfərindən əksəriyyəti ixtisasca ali və orta təhsilli qadınlardır.

İcma sədri başda olmaqla burada informasiya, təhsil, səhiyyə, təsərrüfat, gənclər, mühasibat, xəzinədar, fond sədri, müavinat qrupları fəaliyyətdədir. Nəzərə alsaq ki, qrup başçılarının əksəriyyəti qadınlardır, deməli, icmanın idarəetmə fəaliyyətində toplanan təcrübə özü - özlüyündə bələdiyyələrdə keçirilən bir növ «hazırlıq kursu» rolunu oynayır. İcma bələdiyyələrə qadın kadrların hazırlanmasında əvəzsiz ehtiyat bazası rolunu oynaya bilər.

İcmanın fəaliyyət dairəsi yerli bələdiyyə işçiləri ilə sıx bağlı olan fəaliyyətdir. Keçirdiyimiz «Dəyirmi masa» treninqinin nəticəsi, demək olari ki, müsbət yönümlü alınmışdır. İrəli sürülən təkliflər imkan yaradır ki, yaxın gələcəkdə fəal iştirak edən icmaların təcrübəsini treninq yolu ilə Azərbaycanın regionlarında daha da geniş yayaq. İcma-bələdiyyələrə lider qadın kadrları hazırlayan mənbə bu yolda birinci addımdır.

Respondentlərin fikrincə, ən yaxşı metodlar qadınlar arasında icmanın həyatında onların iştirak təcrübəsi haqqında məlumatın yayılması, qadınların bələdiyyələrin real imkanları ilə tanış edilməsi, icma qadınları arasında onların hüquqları və yerli özünüidarənin imkanları haqqında söhbət aparılmasıdır.

Proqramların planlaşdırılması zamanı nəzərə almaq lazımdır ki, qadınlarla müsahibədə daim sosial ünsiyyətin mövcud olmaması motivi keçmişdir. «Bələdiyyələrdə qadınlar işləsə də, onların toplaşacaq yeri yoxdur. Nemətabad kişilər çayxanalarda toplaşıb, problemləri müzakirə etdikləri halda, qadınlar üçün belə yerlər yoxdur. Qadınlar üçün kafe, yaxud məlumat mərkəzi təşkil etmək yaxşı olardı. Qadınlara problemlərin həllində kömək göstərən qadın təşkilatlarının sayı artırılmalıdır. Oksfam layihə həyata keçirməli, 4-5 nəfərdən ibarət qadınlar şöbəsi yaradılmalı və onlar kəndləri gəzərək söhbətlər aparmalı, qadın əhaliyə kömək göstərməlidir» (Yevlaxda fərdi müsahibədən).



























Regionlarda spesifik qadın problemləri
4İlk növbədə su problemi. İşsizlik hətta təhsilli adamlar işsizdir;

4Suyun olmaması əsas problemdir, işıqlar da daima sönür;

4Qadınlar üçün yüngül iş yerləri açılmalıdır;

4Xəstəxananın bərbad olması əsas problemdir. Xəstəxananın təmir edilməsinə nail olduq.

4 Qazın çəkilməsi böyük problemdir.

4 Kənd yerlərində dəyirman, hamam yoxdur. Yaxşı olardı ki, tibb məntəqələri yaradılsın.

4 Qadın müəllimə üçün əsas problem uşaq baxçalarının olmamasıdır və yaxud bərbad vəziyyətdə olmasıdır. Məktəblər pis vəziyyətdədir, təmir tələb olunur.

4 Qadınların problemləri qurtarmır. Evdar qadınlar üçün əsas problem qazın və suyun olmamasıdır. Məişət problemləri heç vaxt qurtarmır.

4Tibb xidmətində problemlər, həkimlərin çatışmaması, qadın – ginekoloqların, akuşerkaların azlığı.

Qadınların sosial statusunu müəyyən edərkən onların psixoloji problemlərinin bəzi psixoloji aspektlərini üzrə çıxartmaq lazım gəlir.

4 İş yerlərin olmaması;

4 Məktəbəqədər müəssisələrin olması;

4 Tədris müəssisələrində təhsil səviyyəsinin aşağı olması;

4 Məişət problemləri – əsasən suyun və qazın olmaması;

4Tibb xidmətinin aşağı səviyyədə olması.

Göstərilən məsələlərin qadınların hansı sosial və iqtisadi şəraitdə yaşadıqlarını göstərir.

Layihələrin həyata keçirilməsində əsasən yuxarıda göstərilən istiqamətlərə fikir verilməlidir. Xüsusən elə layihələrə üstünlük verilməlidir ki, orda həm qadınlar kişilərlə bərabər iştirak etsinlər.

Gender bərabərliyinin prinsipləri yerli özünüidarə orqanlarının inkişaf səviyyəsi ilə uzlaşdırılaraq, fondun yeni layihələr sahəsini təşkil edir.


Gender stereotipi: qeyri- bərabərlik baryerini aradan qaldırmaq olarmı?
Aparılan sorğular göstərir ki, hələ kişilərin və qadınların vəziyyətinin bərabərləşməsi meylindən söz açmaq tezdir. Qadınlar hələ iqtisadiyyat sahəsində özünəməxsus kiçik mövqe tutmağa çalışsalar da, vətəndaş kimi qeyri-fəaldırlar. Cəmiyyətin mövcud durumu gender stereotipləri məsələlərini kəskin şəkildə qoyur.

Miqrasyia haqqında qərarların qəbul edilməsində bir çox gender stereotipləri və konfliktlər üzə çıxır.

Qadınların ailədə vəziyyəti və ictimayyətdə rolu ilə bağlıdır. Belə ki, Nemətabad icmasında kişilər belə hesab edirlər: «Kişilər iş axtarmaq məqsədi ilə başqa ölkələrə gedə bilərlər, qadınlar isə – yox. Qadınların yeri – evdir».

Qadınlar isə deyirlər ki: «Kişilər üçün iş axtarmaq üçün başqa yerlərə gedirlər. Qadınlar isə evdə qalır və bütün ailənin qayğıları və çətinlikləri qadının üzərinə düşür».

Söhbət zamanı belə məlum oldu ki, kişilərin evdən getmə qərarı – iş yerləri tapması üçün çox asanlıqla qəbul edirlər və əsas narahatçılıq törədən tendensiya gənclərin ölkədən getməsidir. Qadınlar bunun qarşısının alınması – yeni iş yerlərin açılmasında görürlər.

Fokus-qrup və icma qrupları tərəfindən irəli sürülən mülahizə və təkliflər istər - istəməz sual yaradır: Bələdiyyələrdə qadınların fəallığını qaldırmaq üçün hansı yollar bü gün daha səmərəlidir? Deklarativ şəkildə yerlərdə bəyan edilmiş kişi-qadın bərabərdir şüarından bu gün artıq sosial fəaliyyətdə gender bərabərliyinin həyatımıza tətbiqin vaxtı çatıb.

Apardığımız araşdırmalar göstərir ki, burada üç (3) prinsipial yanaşmanı praktiki həyatda nəzərdə tutmaqla gender bərabərliyi ilə bağlı olan bir sıra problemləri həll etmək olar.

Bunlar aktor (fərdiyat), servis və təhsillənmə yanaşmalarıdır. Yeri gəlmişkən, bunların hər biri qərbin gender təcrübəsində olduqca populyardır.

Aktor yanaşması dedikdə burada qadınların birbaşa sosial fəaliyyətə cəlb edilməsi nəzərdə tutulur. Yəni bələdiyyələrdə qadın işlək təşəbbüs qruplarının fəaliyyəti nəzərdə tutulur. Bələdiyyələrdə qadın qruplarının fəaliyyəti gözəçarpan dərəcədə yerlərdə gender bərabərlik mühitini saflaşdıra və vətəndaş cəmiyyətinin region səviyyəsində nüfuzunu qaldıra bilər. Bələdiyyələrin işində qadın qruplarının fəaliyyəti qadınların 2,5%, kişilərin isə – 83,8% -ni təşkil edir.

Qadınların sosial faəliyyətə cəlb edilməsinin servis səviyyəsi, ya da servis yanaşması prinsipi bələdiyyələrdə layihələrin hazırlanma prosesində icmanın maraqları ilə yanaşı qadınların iştirakı da nəzərdə olmalıdır.


Aşağıda bələdiyyələrin prioritet layihələrinin əsas istiqamətləri verilir:
4- İlk tibbi yardımın keyfiyyətinin yaxşılaşdırılması;

4- Bizim küçələrin təmizlənməsi;

4- Kəndlərin, regionların sanitar təmizliyinin vəziyyəti;

4- Uşaqlar və ətraf mühit;

4- Orta və ibtidai təhsilin səviyyəsinin artırılması;

4- Məktəbəqədər təhsilin səviyyəsinin yüksəldilməsi;

4- Ailə başçısını itirən qadınlara dəstək;

4- Bizim icmanın kitabxanası;

4- Uşaq kukla teatrı.
Yevlax şəhərinin Mezvəli kəndinin bələdiyyə sədri Haşımova Zivər deyir: «Əgər qadın savadsızdırsa, sözsüz ki, onun gücü evdə uşaqlarına yönələcək, savadlıdırsa, deməli içindəki geniş dünyası onu daim sosial fəaliyyətə yönəldəcək».

Maarifləndirmə qadınların yerli özünüidarəetmə orqanlarında iştirakı imkanlarını genişləndirmək və demokratik gender mədəniyyətinin formalaşmasına yönəltmək deməkdir.

Müşahidələr göstərir ki, maariflənmə nəticəsində bilik ehtiyatları artır və informasiyanın bolluğu daha obyektiv qərar qəbul etmə imkanları yaradır. Bu məsələdə qadınların bələdiyyələrdə iştirakını aşağıdakı istiqamətləri nəzərə alaraq aparmaq olar:

4Qadınlar arasında ən yaxşı qadın icmaları haqqında məlumatın yayılması;

4İcma qadınları arasında onların hüquqları və imkanları haqqında söhbətlərin aparılması;

4Bələdiyyə nümayəndəliyində qadınların maarifləndirmə işlərinin aparılması;

4Bələdiyyə nümayəndələri arasında gender bərabərliyi haqqında maarifləndirmə işlərin aparılması;
Gələcəkdə gender anlayışı sualına aşağıdakı kimi cavab aldıq







Yox

Qadın

Kişi

Qadın

Kişi

Kişi və qadınların gələcəkdə cəmiyyətdə rolu dəyişiləcəkmi?

28.7%

33.1%

23%

30.5%



Ümumi təkliflər
Bələdiyyələrin proqramları gender məsələləri ilə tamamlanmalıdır. Regionlarında aparılan sorğular göstərir ki, yerli bələdiyyələr fəaliyyət göstərdikləri şəhər və kəndlər haqqında geniş və vacib informasiyaya malikdirlər. Problemlər və ehtiyaclar, yaxın və gələcək planların həlli yolları da bələdiyyələrdən asılıdır.

Bu gün Azərbaycan Avropa Şurasının yerli və regional hakimiyyətinin Konqresinə daxil olub. Sözsüz ki bununla Azərbaycan bələdiyyələrinə geniş imkanlar açılır. Xüsusu treninqlərin keçirilməsi, bələdiyyərlə bağlı ədəbiyyatın yayılması, həmçinin konqresin maariflənmə proqramları, yerli bələdiyyələrin imkanlarını qat-qat artıra bilər.

Xüsusi qeyd etmək lazımdır ki, bələdiyyələrin təşkilatçılıq mədəniyyətinin genişlənməsi, tədris işinin metod və formalar təcrübəsi (həm bələdiyyənin daxili fəaliyyəti, həm də əhalinin fərqli qruplar arasında fəaliyyəti), informasiya yayılmasının əsas prinsiplərinin genişləndirilməsinin zəruriliyi gündəmə gəlir.

Bələdiyyəlr bu gün ciddi yeniləşmələr astanasındadır.

Dəyirmi masada və ictimai dinləmələrdə iştirak edənlərin regionda və icmalarda yerli özünüidarəetmə orqanlarında qadınların rolunun artırılmasının zəruriliyinin səbəbləri ətrafında müsbət yönümlü diskussiya və bu diskussiyalardan çıxarılan nəticələr yerlərdə təcrübə kimi istifadə oluna bilər, çünki iştirakçıların əksəriyyəti (85%) gender problemləri ilə maariflənmə treninqlərində iştirak etmişdir.

Bələdiyyələr fondun ən mühüm tərəfdaşlarından birinə çevrilməlidir. Bələdiyyələr öz ərazisinin və əhalisinin geniş dairəsi üzrə dürüst məlumata malikdirlər.

Əksər bələdiyyələrin rəhbərliyi Azərbaycanın Avropa Şurasının yerli və regional hakimiyyətlər Konqresinə daxil olması ilə əlaqədar onların qarşısında hansı perspektivlərin açıldığını bilmir. Xüsusi treninqlərin keçirilməsi və Konqresin müxtəlif strukturları və proqramları ilə işi öyrədən ədəbiyyatın yayılması regional bələdiyyə birliklərinin imkanlarını xeyli genişləndirərək və bələdiyyə proqramlarına yeni maliyyə axınlarını cəlb edəjək.

Fond seçkili orqan olan bələdiyyənin keyfiyyət tərkibinə təsir göstərə bilməz, lakin onlardan qulluqçu qismində qadınları cəlb edən və ya qərarların qəbulu sahəsində qadınların səlahiyyətlərini genişləndirən bələdiyyələri təşviq edə bilər. Bu, daha artıq dərəcədə Oksfamın regiondakı tərəfdaşı olan qeyri-rəsmi təşkilatlara aiddir.



Bələdiyyələrin təşkilati mədəniyyətinin, iş metodlarına və formalarının, özlərinin fəaliyyəti haqqında məlumatların yayılması prinsiplərinin öyrədilməsinin vacibliyi xüsusi vurğulanmalıdır. Təlimin «işgüzar oyun» formasından geniş istifadə olunmalıdır, çünki o, bələdiyyələr birliyinin fəaliyyəti üçün zəruri olan bütün silsilənin (problemin ifadəsi, geniş müzakirə-qərar qəbul edilməsi-qərarın icrası-nəzarət-yekun vurma) mərhələli mənimsənilməsinə təkan verir.

Hələliksə bələdiyyələr birliyində qadınlarla bağlı problemlər geniş müzakirədən kənarda qalmışdır. Oksfam bələdiyyələrlə əməkdaşlığını genişləndirərək, bələdiyyələr birliyinə xüsusi treninqlər keçirməyi və yuxarıda sadalanan problemlərin müzakirəsini aparmağı həvalə edə bilərdi. Bu, xüsusilə qadınların, qızların problemlərinə, erkən nikahlara, reproduktiv sağlamlığa və s. aiddir. Bələdiyyələrin büdcəsinin müzakirəsi və planlaşdırılması xüsusi sahə təşkil edir. O, icma nümayəndələrinin geniş dairəsinin cəlb olunduğu dinləmələrə əsaslanmalıdır. Burada bir neçə pilot layihə keçirərək, sonra onların təcrübəsini bütün regionda yaymaq olar. Əhaliyə bələdiyyələr birliyinin işində iştirakın öyrədilməsi və ayrı-ayrı qruplar üzrə xüsusi dinləmələrin zəruri olduğunu göstərmək vacibdir.
Yüklə 143,35 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin