Rəng və işıqudma spektri. İşıq



Yüklə 17,06 Kb.
səhifə1/3
tarix10.12.2022
ölçüsü17,06 Kb.
#120782
  1   2   3
1-ci mühazirənin davamı


Rəng və işıqudma spektri.

İşıq – müxtəlif dalğa uzunluğuna malik elektromaqnit şüalanmasından və ya müxtəlif enerjiyə malik foton selindən ibarət olur. Fotometrik analizdə işığın dalğa uzunluğu vahidi kimi nanometr (nm) qəbul edilmişdir. Bu ölçü vahidinə millimikron (mmk) da deyilir: 1 nm=1 mmk = 10-9m. Bəzən dalğa uzunluğu vahidi kimi anqstremdən ( də istifadə edilir: 1 nm=10 .
İşıq şüasının dalğa uzunluğu 200 nm-dən kiçik olduqda, havanın oksigeni, su buxarları və başqa maddələr tərəfindən udulur. Ona görə də 200 nm-dən kiçik dalğa uzunluqlarında ölçülər aparmaq üçün xüsusi vakuum cihazlarından istifadə olunmalıdır.
200-400 nm arasında yerləşən spektr sahəsi ultrabənövşəyi sahə adlanır. Daha kiçikdalğalı sahə (200-300 nm) “uzaq” ultrabənövşəyi sahə, 300-400 nm arasındakı sahə isə “yaxın” ultrabənövşəyi sahə adlanır.
Spektrin bənövşəyi sahəsinin sərhədləri insanların görmə qabiliyyətlərindən asılı olaraq bir qədər dəyişir. Adətən spektrin görünən sahəsinin aşağı sərhədi 400 nm qəbul olunur; lakin əksər insanlar yalnız 410-415 nm-dən yüksək dalğa uzunluğuna malik işıq şüalarını qəbul edə bilirlər. Spektrin görünən sahəsinin yuxarı sərhədi 700 nm, bəzən isə 800 nm hesab edilir. Lakin əksər hallarda 780 nm-dən yüksək dalğa uzunluqlarında spektrin hətta parlaq xəttlərini belə adi gözlə görmək mümkün olmur.
800 nm-dən təxminən 20 000 nm-ə qədər olan spektr sahəsi infraqırmızı sahə adlanır. Spektrin bu sahəsində işığın udulması bilavasitə analitik məqsədlər üçün az istifadə olunur, maddə quruluşunun öyrənilməsində isə infraqırmızı sahədəki işıqudma daha böyük əhəmiyyət kəsb edir.
Rəngli birləşmələr nəzəriyyəsində müxtəlif əməliyyatlar zamanı işıqudma spektrlərinin yerdəyişmə istiqamətlərini müəyyən etmək üçün xüsusi terminlərdən istifadə olunur. Spektr zolaqlarının daha yüksək dalğa uzunluqlarına doğru yerdəyişməsi batoxrom yerdəyişmə, daha aşağı dalğa uzunluqlarına doğru yerdəyişməsi hipsoxrom yerdəyişmə, eyni dalğa uzunluğunda rəng intensivliyinin artması isə hiperxrom yerdəyişmə adlanır.


Yüklə 17,06 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin