Republique francaise



Yüklə 8,07 Kb.
tarix17.06.2018
ölçüsü8,07 Kb.
#53930

ŞENGEN VİZASI ALMAQ ÜÇÜN

FRANSANIN BAKIDAKI SƏFİRLİYİNƏ TƏQDİM EDİLMƏLİ OLAN

SƏNƏDLƏRİN SİYAHİSİ

Tam yoxlanılması üçün sənədlər mütləq aşağıdakı qaydada təqdim olunmalıdır:




  1. Viza almaq istəyən şəxsin əvvəlcədən doldurduğu, imzaladığı və tarixli anketi,




  1. Onun iki fotoşəkli (3 x 4)




  1. Alınan vizanın müddətindən sonra daha 3 ay etibarlılığı olan beynəlxalq pasport, pasportun surəti və əvvəllər alınmış vizaların surətləri, şəxsiyyət vəsiqəsinin surəti,




  1. Təyyarə biletlərinin surəti-gediş/dönüş (şəxsi və turist vizaları üçün, təyyarə biletinin əsli mütləq göstərilməlidir),




  1. Bütövlükdə ŞENGEN məkanı üçün etibarlı olan tibbi sığortanın qoparıla bilən vərəqi (qruplar üçün səyahətçilərin siyahisi ilə); sığortanın minimal əhatə dəyəri 30.000 avro olmalıdır,




  1. İşgüzar və ya şəxsi dəvət məktubu (əsli göstərilməli, surəti qovluğa qoyulmalıdır), mehmanxanada otaq sifarişinin təsdiqi və ya tur operatorun dəvəti + səfər proqramı,




  1. İş yerindən arayış (vəzifə, əmək haqqı, iş yerinin adı və ünvanı göstərilməlidir),


8- Azərbaycanda şəxsi gəlir haqqında digər sənədlər (Bank hesabından son üç aylıq çıxarış və s.),
Lazım olduqda:
9- Nigah, boşanma və ya ölüm haqqında şəhadətnamə və hər birinin surəti,
10- Azyaşlılar üçün, doğum haqqında şəhadətnamənin əsli və surəti,
11- Tək və ya valideynlərindən biri ilə səyahət edən azyaşlı uşaqlar üçün bütövlükdə ŞENGEN məkanı üçün etibarlı olan 2 sənəd valideyn icazəsi va tərcumasi. Hər 2 sənəd notarial təsdiqlə.
12- Tələbələr və məktəblilər üçün, Azərbaycanda təhsil alması haqqında arayış.

Qeyd edilən sənədlərin hamısı təqdim olunmalıdır. Lazım gəldikdə, əlavə sənədlər tələb oluna bilər. Bütün sənədlərin təqdimatı vizanın mütləq olaraq verilməsinə dəlalət etmir.

Qeyd: Səfirlik heç bir sənədin surətini çıxartmır. BÜTÜN SƏNƏDLƏR fransız və ya ingilis dilinə TƏRCÜMƏ OLUNMALIDIR.


http://www.ambafrance-az.org
visas.bakou-amba@diplomatie.gouv.fr


Yüklə 8,07 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin