Respublika Günü-1918



Yüklə 20,7 Kb.
tarix16.11.2018
ölçüsü20,7 Kb.
#82614

Respublika Günü-1918

1918-ci il may ayının 28-də Azərbayca Xalq Cümhuriyyəti (1918-1920) – müsəlman  Şərqində dünyəvi demokratik dövlət yaradılmışdı. Bu respublika millətimizin tarixi yaddaşın- da Azərbaycan dövlətçiliyinin ilk təcrübəsi kimi iz qoymuşdur.Məmməd Əmin Rəsulzadə tərəfindən əsası qoyulan Demokratik Cümhuriyyət Türk və İslam dünyasında ilk Parlamentli Respublika və ilk demokratik,hüquqi və dünyəvi dövlət nümunəsi idi.1918-ci il may ayının 28-də Azərbaycan milli Şurası İstiqalaliyyət Bəyannaməsi ilə Azərbaycanın şimal torpaqlarında Azərbaycan Demokratik Cümhuriyyəti yarandığını elan etmişdi. Bu tarixi sənədə görə Azərbaycan qonşu xalqlar və dövlətlərlə dostluq münasibəti quacaqdı. Müstəqil Azərbaycan dövlətinin təşkil idarəsi xalq cümhuriyyəti idi. Azərbaycan Xalq Cümhuriyyəti millət,məzhəb,sinif və cins fərqi görməmiş və bütün vətəndaşların siyasi hüquqlarını təmin etmişdi.Azərbaycan müvəqqəti hökumətinin ilk başçısı isə Fətəli Xan Xoyski seçilmişdi.10 gün Milli Şura Tiflisdə işlədikdən sonra Gəncəyə köçürülmüş,yalnız 1918-ci ilin sentyabrın-da Türkiyə ordusunun rəhbərliyi ilə Bakı daşnak-rus qövvələrindən təmizləndikdən sonra milli hökumət Gəncədən Bakıya köçmüşdü.       

Müstəqil Azərbaycan Cümhuriyyəti qısa ömrundə böyük nailiyyətlər və qalibiyyətlər əldə etmişdir.96 il bundan əvvəl ilk dəfə qadınlara seçim hüququ tanıyan və qadın kişi bərabərliyini təmin edən Müstəqil Azərbaycan Cümhuriyyəti,o cümlədən milli ordu,milli pul, demokratlaşma,milli bank,azad seçkilər,Beynəlxalq əlaqələr və beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycan istiqlalının tannınması, Azərbaycanın bütövlüyünü təmin etmək,iqtisadi islahatları həyata keçirmişdir.Azərbaycan Demokratik Respublikasının rəsmi surətdə 1918-ci il iyun ayının 4-də tanıyan ilk dıvlət Osmanlı dövləti olmuşdur.1918-ci il 9 noyabr tarixində M.Ə.Rəsulzadənin təklifi əsasında Azərbaycan Demokratik Respublikasının üş rəngli bayrağı qəbul edilmişdir. O zamana qədər Azərbaycan Demokratik Respublikası gərgin və mürəkkəb ictima-siyasi şəraitdə cəmi 23 ay fəliyyət göstərə bilmişdi. Təssüflər olsun ki, Müstəqil Azərbaycan Cümhuriyyəti iki yaşına çatmadan bolşeviklərin hücumuna məruz qalmış,müvəqqəti olaraq devrilmişdi. Sovetlər Birliyi Azərbaycanı məcburi surətdə öz təkidinə daxil etmişdi. Bolşeviklər tərfindən devrilməsinə baxdmayaraq, istiqlal ideyası yenilməmiş və M.Ə.Rəsulzadənin :Bir Kərə Yüksələn Bayraq,Bir Daha enməz” şüarı öz əksini tapmşğış və nəhayət,1991-ci ildə Sovet İmperiyasının dağılması ilə Azərbaycan yenidən özmüstəqilliyini elan etmişdir. 1990-ci ildən Respublika günü- dövlət müstəqilliyinin bərpa edilməsi günü dövlət bayramı kimi qeyd edilir.                                                                                                                                                                                             Tədbirin keçirilməsi               

  28 may Respublika Gününün 96-ci ildönümü ilə əlaqədar MKS-nin Kitabxana- 

Filiallarında kitab səqiləri,məruzə və mühazirələr,elmi konfranslar təşkil edilməlidir.

“ 28 may Müstəqilliyimiz əbədi və dönməzdir”. Adlı sərginin sxemini verməli :

                                                                Ədəbiyyat siyahısı

 

1. Məmməd Əmin Rəsulzadə.*Əsrimizin Səyavuşu* Çağdaş Azərbaycan ədəbiyyatı* *Çağdaş Azərbaycan Tarixi* B.:Gənclik,1991.- 110 s.

 2. Nəsuman Yaqublu. Məmməd Əmin Rəsulzadə, B.: Gənclik,1991.- 305 s.

3. Şüküroğlu  L.” Cümhuriyyət höküməti repressiya məngənəsində” B,2000.- 256 s.

4. Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasəti Sənədlər məcmuəsi, Azərbaycan   Respublikası xarici İşlər Nazirliyi,B.: “G A Rİ SM A”,M MC,2009.-352 s. 

5. Azərbaycan Xalq Cümhuriyyəti-90 (1918-1920) Biblioqrafiya B.:2008.-222 s.   

6. Yaqublu.N, Məmməd Əmin Rəsulzadə.(Azərbaycan görkəmli adamları). B.: Gənclik,                          

                                                                            Dövri mətbuatda:                

 1. Cəbrayilov Rəfael, Müstəqil Azərbaycan dövləti Xalq Cümhuriyyətinin varisidir. // Azərbaycan qəzeti.-2009.- 28 may.-s.4.

 2. Kamalqızı Rəfiqə Respublika günü müstəqillik tarixizdə əhəmiyyətli rola malikdir // Səs qəzeti- 2010.-28 may.- s.4.



 3. Nəzərova Sevinc. Şərqin ilk Müstəqil Respublikası .// Səs qəzeti.-2010.- 2010.-28 may  s.10  

4. Qasımlı Musa. Müsəlman Şərqinin Cümhuriyyəti. // Xalq qəzeti.-2011.-26 may.- s.3.      

5. Quliyev Dilqəm. Xalq Cümhuriyyəti tərəfindən əsası qoyulmuş müstəqil dövlətçilik Heydər Əliyevin gərgin əməyi nəticəsində reallığa çevrilmişdir. // Xalq qəzeti.-2011.-25 may.-s.4.

6. Feyziyev Cavanşir. Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın milli oyanışının Məntiqi yekunu idi. // Xalq qəzeti.-2011.-27 may.-s.3.

7. Sadıqova Rəfiqə. Şanlı dövlətçilik və istiqlaliyyət tariximiz. // Azərbaycan qəzeti.- 2011.-25 may.-s.3.

8. Abbasov İlham.Şərqdə ilk porlametli respublika. // Respublika qəzeti.-2011.26 may.-s.2.                                    

9. Akşin Ziyadov. Milli dövlətçilik ənənələrimiz yaşayır və inkişaf edir.// Respublika - 2012.-s.6.

10.  Mehdiyev Əhməd Müstəqil Dövlətçiliyimizin şanlı dövrü // Respublika -2012.- 27 may 2012.-s.7.

11. Qulyev Eldar. Dövlət müstəqilliyi xalqımızın ən böyük sərvətidir. // Azərbaycan 27 may 2012.-s.8.  

12. 28 may-Respublika günü münasibətilə qəbul. // Azərbaycan .-27 may.-2012.-s.2.  Azərbaycan Prezidenti İlham Əliyevin nitqi.   

13.  Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın şərəf və layaqət tarixidir. // Səs qəzet.- 28 may.-2013-cü il s.8-9.

14. Hacıyev Ş. Azərbaycan Xalq Cümhuriyyəti – 95 // Respublika.-  28 may 2013.-s.5.

Yüklə 20,7 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə