Rifah sisteminin qarışıq iqtisadi idarəolunması istiqamətində təklif olunan pilot layihə



Yüklə 227,73 Kb.
səhifə1/3
tarix21.10.2017
ölçüsü227,73 Kb.
#8906
  1   2   3

Yayımına icazə verilmir



Mündəricat

Rifah sisteminin qarışıq iqtisadi idarəolunması istiqamətində təklif olunan pilot layihə –

Azərbaycanda bazar iqtisadiyyatı islahatlarına əsaslanaraq 2

Sektor analizləri – əlillik və sosial rifah 3

İslahatın strukturu – İcma Əsaslı Reabilitasiya (İƏR) 5

QHT tərəfdaşları 6

Milli tərəfdaşların rolu 9

Monitorinq və dəyərləndirmə – Xidmət göstəriciləri 10

Dövlət Maliyyələşdirmə Mexanizminin hazırlanması 11

Fəaliyyətsizliyin yaratdığı risklər və ictimai neqativ effektlər 15



Əlavələr 1-3

RİFAH SİSTEMİNİN QARIŞIQ İQTİSADİ İDARƏOLUNMASI İSTİQAMƏTİNDƏ TƏKLİF OLUNAN PİLOT LAYİHƏ – AZƏRBAYCANDA BAZAR İQTİSADİYYATI İSLAHATLARINA ƏSASLANARAQ


Rifah sisteminin (səhiyyə, təhsil, sosial müdafiə, ədliyyə və s.) qarışıq iqtisadi idarəolunması təsdiq edir ki, bazar iqtisadiyyatında xidmətlər dövlət , özəl və QHT sektorları tərəfindən dövlət, özəl və könüllülük prinsipi əsasında maliyyələşə bilər. Ümumi siyasət qərar vermənin mikro səviyyədə desentralizasiyasına imkan verən həyata keçirilməsində makro səviyyədə tərtib və koordinasiya olunmalıdır.




  • Azərbaycanın yüksələn iqtisadiyyatı ictimai xidmətlər sahəsində islahatlar aparmağa imkan verir

  • Yeni iştirakçılar – QHT – lər və icma əsaslı təşkilatlar rifah təminatında olduqca bürokratik rejimdən daha desentralizasiya olunmuş sistemə keçməyə imkan yarada bilər

  • QHT sektoru inkişaf edir, amma onun təsdiq, qəbul olunmuş standartlar, sertifikatlaşdırma və yerli maliyyələşmə baxımından çətinlikləri var

  • Müasir bazar iqtisadiyyatında ictimai xidmətlərin rolu keyfiyyət, səmərəlilik, ədalətlilik, cavabdehlik, hesabatlılıq, yenilik və davamlılığın təmin edilməsidir

  • QHT xidmətləri mövcud imkanlara birbaşa rəqabət deyil, həssas təbəqədən olan uşaqlara və ailələrə nəticə etibarı ilə daha geniş seçim imkanı yaradan sistemin bir hissəsi olmalıdır

  • QHT–lər Üçtərəfli Maliyyə Mexanizminin təqdim edilməsinə imkan yaradan, özəl və könüllü sektoru kimi başqa alternativ maliyyə mənbələrinə çıxış imkanına malikdirlər

  • Seçim - bazar iqtisadiyyatının əsas elementidir, seçim təqdimatı dövlət və QHT xidmətlərinin hər ikisində keyfiyyətin yüksəlməsinə gətirib çıxaracaq

  • Xidmət standartları QHT xidmətlərinin keyfiyyət və səmərəliliyinin monitorinq və qiymətləndirilməsi üçün əhəmiyyətli alət olacaq

  • Ölçülə bilən göstəricilər xidmət təminatçıları arasında effektivliliyin və rəqabətin artmasına, nəticədə isə xidmət təminatının keyfiyyətinin artmasına xidmət edir

  • Xidmət göstəriciləri (1) infrastrukturu (2) prosesi və (3) nəticəni ölçəcək

  • Sovet üsullu hədəf sistemi qısa zaman kəsiyi üçün effektivdir, amma bu işçi heyəti motivasiyasının aşagı, düşməsi, aşağı keyfiyyətli xidmətlər, yeniliyin və təşəbbüsün qarşısının alınması kimi uzunmüddətli problemlərin yaranmasına gətirib çıxarır.



Təklifin məqsədi aşağıdakı məsələlərə yönəlib:

1. Dövlətin müqavilə əsasında QHT – ləri xidmət təminatçıları kimi işə cəlb etmələrini pilot layihə kimi həyata keçirmək

2. İƏR – in əlilliyi olan insanların rifahının yaxşılaşması yanaşmasını pilot layihə kimi həyata keçirmək.

3. Nazirlikdaxili planlaşdırmanı və mövcud ehtiyatların idarə olunmasını nümayiş etdirmək

Əlillik və sosial rifah sferasının analizi

Azərbaycan illər boyu davam etmiş sovet qaydaları rejimindən azad bazar iqtisadiyyatına keçid etməkdədir. Bu qarışıqlıq isə bütün əhaliyə təsir edib. Əhalinin ən həssas təbəqələrindən biri Əlilliyi olan uşaqlardır. Hal-hazırda 2 milyon uşaqdan1. 3-18 yaş arasında əlilliyi olan 55.000-dən çox qeydiyyatdan keçmiş uşaq var. Qeydiyyatdan keçməyənlərin sayının isə bundan üç dəfə çox olduğu ehtimal olunur2. Bu yalnız 0-18 yaşlı əlilliyi olan uşaqlar arasında 2.75% (qeydiyyatdan keçmiş), 8.25% (qeydiyyatdan keçməmiş) nisbətidir.

Yoxsulluq və əlillik bir biri ilə sıx əlaqəlidir. Dünya Bankının statistikasına əsasən əlilliyi olan insanlar dünya əhalisinin 10%-ni təşkil etdiyi halda, yoxsul əhalinin 20%-ni təşkil edir. Beləliklə biz belə nəticəyə gələ bilərik ki, Azərbaycan da bu siyahıya daxilidir və əlilliyi olan insanlar arasında yoxsulluğun azaldılması Azərbaycan iqtisadiyyatının inkişafına qoyulan uzunmüddətli investisiyadır. Qanuna görə işçi qüvvəsinin 5%-ni əlilliyi olan insanlar təşkil etməlidir, amma reallıqda işçilərin əksəriyyəti bu haqda məlumatsızdır və ya çox az məlumatlıdır3. Əlilliyi olan insanların şablon olaraq təhsildən kənarda qalması və cəmiyyətə inteqrasiya üçün çox az dəstəyin olması 5% hədəfinə necə nail olma sualı yaradır. Uşaqların xidmətlərə daha yaxşı çıxışı olmasının nəticəsi kimi əlilliyi olan insanların işlə daha çox təmin olunması onlara dövlət yardımı xərclərinin azalmasına və əvəzində vergidən gələn gəlirlərin yaranmasına səbəb olacaqdır. Bu hesabatdakı dəlillər İcma Əsaslı Reabilitasiya Mərkəzlərinin təhsilə cəlb olunmada və ümumilikdə cəmiyyətə inteqrasiyada necə vacib rol oynadığını göstərir.

Əlilliyi olan insanlar üçün mövcud dövlət xidmətləri əlilliyi sağala bilən və ya sağala bilməyən xəstəlik kimi qiymətləndirən “tibbi model” ə əsaslanır. Dövlət tərəfindən xidmət təminatı şəhərlərdə yerləşən bir neçə tibbi müəssisə və valideyn qayğısından məhrum uşaq müəssisələri ilə məhdudlaşır. Müəssisə qayğısının ən başlıca çatışmayan cəhətləri baha başa gəlməsi və əlverişsiz yerləşməsidir, çünki adətən belə müəssisələr şəhərlərdə yerləşir və bu da əyalətdə yaşayanlar üçün əlçatmaz olur.

Əlilliyin ‘sosial model’i əlilliyin əsas yaranma səbəblərinə cəmiyyətin münasibətini nəzərdən keçirir və belə qərara gəlir ki, bu bürokratik maneələr, neqativ münasibət və cəmiyyət tərəfindən ayrıseçkilikdir ki, bu da dəyişilməlidir. Çünki fiziki və əqli qüsur inklüziyaya mane olmur.

Statistik məlumat4

Azərbaycanda əlilliyi olan uşaqlar haqda müxtəlif mənbələrdən müxtəlif statistik məlumatlar var.

Səhiyyə Nazirliyinin məlumatlarına əsasən 2006-cı ildə, qeydiyyatdan keçmiş xüsusi qayğıya ehtiyacı olan insanların sayı 23553 nəfər idi ki, bunların 83.8% - i 5-17 yaş arası uşaqlar idi.

Bakı Şəhər İcra Hakimiyyətinin Yuvenil Məsələləri və Hüquqları üzrə Komitənin üzvü Teymur Rzayevin məlumatına əsasən, 2008 – ci il 1 oktyabrında əlilliyi olan uşaqların sayı 55.088 nəfər idi.

Yerli və beynəlxalq təşkilatların araşdırmaları 55.000 belə uşağın olduğunu göstərir. Təəssüf ki, əsas və rəsmi mənbə olan Dövlət Statistika Komitəsi əlilliyi olan insanların sayı haqda məlumatı verir, ama onların yaş klassifikasiyasını vermir. Beləliklə, əlilliyi olan uşaqların sayı haqda dəqiq məlumatın olmaması planlaşdırmada çətinliklər yaradır. Dövlət Statistika Komitəsi əlil kimi birinci dəfə qeydiyyatdan keçmiş

18 yaşa qədər olanların yaş və əsas xəstəliyinin klassifikasiyasını ancaq 2008 – ci ildən bəri təqdim edir.5 O cədvələ əsaslansaq, birinci dəfə əlil kimi qeydiyyatdan keçmiş 18 yaşa qədər olanların sayı 13,784-dir.

Beynəlxalq standart hesablamalara əsasən (DST) bu əhalinin təxminən 0.5%-ni təşkil etməlidir. Qısamüddətli (üç aydan az sürən) əlillik və xəstəliyin axırıncı fazasında əmələ gələn əlillik istisna olunur. Beləliklə, 8.68 milion əhalisi olan (2008) Azərbaycanda əlillərin sayı normadan artıqdır, hansı ki, bu say təqribən 43400 nəfər olmalıdır.

Araşdırmalar göstərir ki, fərqin əsas səbəblərindən biri də təhsilin, səhiyyənin və sosial qayğının birgə fəaliyyət planı olmayan ayrı-ayrı dövlət qurumlarının tabeliyində olmasındadır. Belə ki, Təhsil Nazirliyi təhsil alan əlilliyi olan uşaqlar haqda; Səhiyyə Nazirliyi tibbi xidmətlərdən istifadə edən əlilliyi olan uşaqlar haqda; Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi isə sosial müavinatlar alan əlilliyi olan uşaqlar haqda statistik məlumatlar verir.

QHT-lərin dövlət tərəfindən maliyyələşdirilməsinin mümkün olduğu rifah sistemində islahatlar, planlaşdırmanı və ehtiyatlardan səmərəli istifadəni inkişaf etdirən struktur islahatlar çərçivəsinə daxil edilməlidir.

İSLAHATIN STRUKTURU – İCMA ƏSASLI REABİLİTASİYA (İƏR)

Aşağıdakı səbəblərdən səyləri birləşdirərək Azərbaycanda təcili olaraq əlilliklə bağlı strategiyanın inkişaf etdirilməsinə başlamaq lazımdır:



  • Üç nazirlik arasında birgə əməkdaşlıq və məlumat paylaşması olmadan tibbi, təhsil və sosial ehtiyaclara cavabdehlik bölündüyündən məlumat toplamaq çətindir

  • Ehtiyatların idarəolunması məlumatın bölüşdürülməsinə əsaslanmalıdır; bunsuz ehtiyatlar lazımınca planlaşdırıla bilməz və lüzumsuzluq yaranar; ehtiyatların düzgün istifadə olunmaması ehtiyacların təmin olunmasına imkan verməyəcək. Bu artıq Xəzər rayonunda baş verə bilər, çünki burada bir-birini təkrarlayaraq əsas diqqəti əlilliyi olan uşaqlar üçün dövlət xidmətlərinə(Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, ƏƏSMN, AQUPDK) yönəldiblər

  • Bir çox əlilliyi olan uşaq ya heç bir xidmətlə təmin olunmur və ya lazımi xidmətlə təmin olunmur, ya da bu xidmətlə çox gec təmin olunur, bu da bahalı qayğı, müavinatlar və uzunmüddətli işsizlik kimi dövlət üçün artan maliyyə xərclərinə gətirib çıxarır – təəssüf ki, lazımi məlumatın olmaması bunu analiz etməkdə çətinlik yaradır

2004-cü ildə ILO, UNESCO və WHO tərəfindən hazırlanmış Birgə Mövqe Sənədində müəyyən edildiyi kimi

Əlilliyi Olan İnsanların Reabilitasiyası, İmkanların Bərabərliyi, Yoxsulluğun Azaldılması və Sosial İnklüziyası’ İƏR strategiyasıdır.





  • İƏR dünyada 90 ölkədə təcrübədən keçirilib; məs. İran bunu öz milli siyasəti kimi inkişaf etdirib

  • Bu strategiya özündə Səhiyyə, Təhsil, Yaşayış Səviyyəsi, Sosial Həyat və Səfərbərlik kimi yanaşmaları birləşdirir və bu o vaxt müvəffəqiyyətlə nəticələnir ki, vətəndaş cəmiyyəti, dövlət və özəl sektor birgə işləyirlər

  • Birgə əməkdaşlıq ehtiyatlardan daha səmərəli istifadəyə və rifahın yeganə təminatçısı olan dövlətin büdcədə artıq xərclərini azaltmasına səbəb olur

  • Hal-hazırki Nazirliklərin cavabdehliyi bölgüsünün yaratdığı çətinliklərin öhdəsindən gəlməkdə kömək edəcək proqram, inkişafının yuxarıdan aşağı deyil, icma səviyyəsində inkişafı ilə əvəz edir

  • Bu əlilliyi olan insanları benefisiardan aktiv, töhfə verən bir vətəndaşa çevirir

  • Bu Azərbaycanda imzalanmış və ratifikasiya edilmiş UNCRC, Əlilliyi Olan İnsanların Hüquqları haqda BMT Konvensiyası, Əlilliyi Olan İnsanların Peşə Reabilitasiyası və Məşğulluq haqda MDG və ILO Konvensiyası 159 kimi beynəlxalq konvensiyaların daha yaxşı yerinə yetirilməsinə gətirib çıxarır

Böyük islahatlarda ardıcıl və səmərəli ictimai siyasətin yerinə yetirilməsi üçün pilot layihələrin həyata keçirilməsi təbiidir. Bu pilot layihə Uşaq Müdafiəsi, Yuvenil Ədliyyə həssas təbəqənin yaşayış yerləri ilə təmin olunması, yaşlılar üçün qayğı və s. islahatlar yönümündə alternativ xidmət təminatı modeli kimi istifadə oluna bilər.

Təklif: Prezident Aparatı səviyyəsində Nazirliklər, Dövlət Komitəsi və Yetkinlik Yaşına Çatmamışların İşi Üzrə Komissiya arasında strategiyanın inkişafını koordinasiya etmək üçün vəzifə.

QHT tərəfdaşları

2008-ci ildə, UAFA-nın təşəbbüsü ilə xidmət göstəricisi olan, İƏRM-ləri kimi tanınan 10 QHT-dən ibarət Şəbəkə yaradıldı. 3 il müddətində bu Şəbəkə rəsmi surətdə 1308 uşağın ailəyə qaytarılmasına nail olub (bir çox uşaqlar bu xidmətlərdən davamlı şəkildə istifadə etmirlər və bu saya telefon vasitəsilə olunan məsləhətlər daxil deyil, bu səbəblərdən də əslində bu say daha çoxdur) və eyni vaxtda 600 əlilliyi olan uşağa xidmət göstərir.

Hal-hazırda Şəbəkə dövlətin QHT-lərin icma əsaslı xidmətlərindən müqavilə yolu ilə istifadəsinə nail olmaq üçün birgə səylər göstərir.

Bacarıq və vərdişlər


  • 55 tibb, təhsil və QHT-də işləmə bacarıqlarına yiyələnmiş yerli uşaq inkişafı mütəxəssislərini işlə təmin edib

  • Müasir metodlarla reabilitasiya, xüsusi ehtiyaclar təhsili və sosial iş təcrübəsi sahəsində beynəlxalq mütəxəssislər səviyyəsində təlimləndirib

  • Məsələn, axırıncı 18 ayda, Avropa Birliyinin qrantı əsasında və UAFA tərəfindən:



Tarix

Təlimçi

Vəzifəsi

Yer

Mövzular

Apr. 2009

Prof. Gross Selbeck

Uşaq nevropatoloqu

Almaniya

Uşaqlıq çağında inkişaf narahatlıqları

Apr. 2009

Claudia Selbeck

Fizioterapevt

Erkən Müdaxilə İnstitutu, Sankt Peterburq



Almaniya

Uşaqlıq çağında inkişaf narahatlıqları

Okt. 2009

Prof. Banu Anlar

Uşaq nevropatoloqu



Hacıtəpə Universiteti, Türkiyə

Nevrometabolik və nevrodegenerativ xəstəliklər

Noy. 2009

Dr Maya Thomas

İƏR mütəxəssisi


Hindistan

İƏR təcrübədə

Dek. 2009

Natalia Baranova

Nitq terapevti

Erkən Müdaxilə İnstitutu, Sankt Peterburq

Alternativ və Augmentativ Nitq Terapiyası

Dek. 2009


Dr Semra Şahin

Dr Arzu Yukselen



Uşaq inkişafı mütəxəssisi

Hacıtəpə Universiteti, Türkiyə

Xüsusi ehtiyaclı uşaqların inkişafı və dəstək proqramları

Okt. 2010

Dr Semra Şahin

Dr Arzu Yukselen



Uşaq inkişafı mütəxəssisi



Hacıtəpə Universiteti, Türkiyə

Autistik Spektrum Pozğunluqları – Qiymətləndirmə, İdarəetmə və Təhsil

Ay ərzində

Məftunə İsmayılova

Züleyxa Nəcəfova

Ülviyyə Mirzəyeva

Sevda Rzayeva

Nuranə Abdullayeva

Gülnarə Həsənova

Lalə Vəliyeva


Uşaq inkişafı mütəxəssisləri(para-professionallar)

UAFA

Qiymətləndirmə və planlaşdırma

Uşaq inkişafı

Aktiv terapiya

Fizioterapiya

Oyun terapiyası

Sənədləşdirmə sistemi




Xidmətlər siyahısı

Hər İƏRM cəmiyyətin ehtiyaclarından və mümkün resurslardan asılı olaraq aşağıda sadalanan xidmətlərdən ən azı üçünü təchiz edir. Bütün xidmətlər pulsuz yerinə yetirilir.



i

Erkən müdaxilə

0-3 yaş arası inkişaf geriliyi olan uşaqlara hədəflənib

ii

Funksional bacarıqların bərpa edilməsi

Müasir reabilitasiya metodları, xüsusi ehtiyacı olanların təhsili, yardım və ləvazimatlar

iii

Təhsilə cəlb olunmanın dəstəklənməsi

Uşaq bağçaları, ibtidai və orta məktəblər, xüsusi məktəb, inklüziv təhsil məktəbləri

iv

Gündəlik qayğı

Uşağa qayğı xidmətinə ehtiyacı olan işləyən valideyinlərə kömək; əlavə ərzaq və təhsil/reabilitasiya dəstəyi ilə təminat

v

Evə səfər

Ailələrə əlilliyi olan uşaqları evdə məsləhət, reabilitasiya və psixo-sosial dəstək almasının təmin edilməsində kömək edir

vi

Cəmiyyətə inteqrasiya

Parklara, teatr və konsertlərə qrup halında və fərdi gəzintilər və s.

vii

Ailəyə dəstək və səlahiyyətləndirmə

Valideynlik öhdəlikləri , əlilliyə qarşı münasibət, münaqişələr və ailələrin dağılması kimi məsələlərin öhdəsindən gəlmək

viiii

Hüquqi məsləhət və təbliğat

Fayda və hüquqlar, münaqişələr, hüquqlar və yerli/milli dövlət tərəfdaşlarına lobbiçilik

ix

Digər xidmətlərə istiqamətləndirmələr

Tibbi, təhsil və sosial müdafiə sahəsində Dövlət, QHT və xarici təşkilatlara

x

Təlim

Uşaq inkişafı və reabilitasiyası; peşə və xüsusi təhsil

Kataloq: downloads

Yüklə 227,73 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə