Safe and Responsible Use of the Internet



Yüklə 29,5 Kb.
tarix10.01.2022
ölçüsü29,5 Kb.
#108815
növüTəhsil proqramı

İntel® Təhsil Proqramı

Əsas Kurs


İnternetdən təhlükəsiz və məsuliyyətli istifadə

Hər bir ssenarini oxuyarkən aşağıdakı sualı nəzərdən keçirin:



  • Gələcəkdə bu cür hadisənin qarşısını almaq üçün müəllim hansı siyasət, prosedurlar və strategiyaları tətbiq edə bilər?


Ssenari 1: Vebdə sörf etmək

Orta məktəbin riyaziyyat fənni şagirdləri yaşadıqları yerin müxtəlif həndəsi fiqurlarını şəkillərlə əks etdirən viki saytlar yaradırlar. Viki sayt yaratmaq xeyli asan bir iş olduğundan və şagirdlər artıq onlara lazım olan rəqəmsal şəkilləri çəkdiklərindən, Xanım Gilroy şagirdlərin layihə üzərində işləməsi üçün kompüter laboratoriyasında sadəcə 3 dərs saatı planlaşdırıb. Şagirdlərə nəzarət etdikcə bir gün sonra o görür ki, onlar viki sayt yaratmaqda olduqca aşağı templə irəliləyirlər. Növbəti gün o müşahidə edir ki, şagirdlərin əksəriyyəti görünür vaxtlarının çox hissəsini tələb olunan layihə üzərində işləmək deyil, vebdə sörfinq etməklə və Internet alətlərlə oynamaqla keçirirlər.


Ssenari 2: Qeyri-müvafiq məzmun

İşığa dair layihənin tərkib hissəsi olaraq Paul müəllimin dördüncü sinif şagirdləri işıqdan istifadəyə dair erkən ixtiralar haqqında Internetdə məlumat axtarışı edirlər. Bir gün məktəbdən sonra ona qəzəbli bir valideyndən zəng gəlir. O bildirir ki, onun oğlu ona məktəbdə gördüyü veb sayt barədə suallar verir. Oğlunun sualları onda şübhələr doğurur ki, oğlu son dərəcə qeyri-münasib məzmunlara daxil olmaqdadır.


Ssenari 3: Siber zorakılıq

Seattle-da orta məktəbin biologiya fənni dərsində şagirdlər Avstraliyanın Melbourne şəhərindəki siniflə okean ekosistemləri haqqında məlumat toplamaq və paylaşmaq üçün əməkdaşlıq edirlər. Şagirdlər e-poçt, ani mesajlaşma və çatdan layihədə əməkdaşlıq məqsədilə geniş istifadə etməkdədirlər. Xanım O’Neil sezir ki, qruplardan biri görüşdükdə oradakı şagirdlərdən biri digərlərinə qaynayıb-qarışmır. O, xəlvətdə həmin oğlanla danışır və öyrənir ki, digər qrup üzvləri, hətta Avstraliyadan olan şagirdlərdən bəziləri ona istehza etmək üçün mesajlar göndərirmişlər. Ətraflı araşdırmadan sonra Xanım O’Neil aşkar edir ki, qrup üzvləri həmin gənc oğlan barədə Internetdə şayiələr yayırlar və dərs saatları xaricində ona qarşı zorakılıq edirmişlər.





Müəllif hüququ © 2008 İntel Korporasiyası. Bütün hüquqları qorunur Page of


Yüklə 29,5 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin