Koronovirus (COVID-19) pandemiyasının ölkənin təhsil müəssisələrində təhsil prosesinə mənfi təsirinin aradan qaldırılması və infeksiyanın yayılmasının qarşısının alınması tədbirlərinin davam etdirilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarını və Azərbaycan Respublikası Təhsil Nazirliyinin əmrini rəhbər tutaraq Sağlamlıq imkanları məhdud uşaqlar üçün 2 nömrəli xüsusi internat məktəbi karantin rejimi müddətində ümumtəhsil məktəblərində tədris planının şərtlərinin yerinə yetirməklə, şagirdlərin tədris prosesinə cəlb edilməsini təmin etmək, şagirdlərin təhsildən geri qalmamaları üçün pandemiya qaydalarına uyğun real dərslərin təşkili barədə lahiyə hazırlayıb.
COVİD - 19
Uşaqların və təhsil müəssisələrinin qorunması xüsusi əhəmiyyət kəsb edən məsələlərdəndir.Ehtiyat tədbirləri COVİD-19 xəstəliyinin məktəblərdə potensial yayılmasının qarşısını almaq üçün zəruridir; bununla yanaşı, virusun təsirinə məruz qalması mümkün olan şagirdlərin və işçilərin stiqmatizasiyası hallarından boyun qaçırmaq üçün də mütləq diqqətli olmaq lazımdır. Yadda saxlamaq lazımdır ki, COVID-19 xəstəliyi sərhədlər, milli mənsubiyyət, sağlamlıq imkanları, yaş və cins arasında fərq qoymur. Hər zaman olduğu kimi təhsil müəssisələri hamı üçün xoş, ehtiramlı, inklüziv və dəstəkləyici mühiti təmin etdirməlidirlər.
İstənilən pozuntuları minimuma endirməklə, habelə virusun təsirinə məruz qalmış şagirdləri və işçiləri ayrı-seçkilikdən qorumaqla məktəblər tərəfindən görülən tədbirlər
COVİD-19 xəstəliyinin həmin şagird və işçilər tərəfindən bu müəssisələrə gətirilməsinin və yayılmasının qarşısını ala bilər.
Məktəbimizin sinif otaqlarında və defektoloji kabinetlərdə əlləri yumaq üçün isti və soyuq sudan istifadə məktəbin yeni inşasında nəzərə alınmışdır. Bu mümkünlüyün hal – hazırkı dövrdə ciddi sanitar və gigiyenik qaydalarının əməl etdirilməsi üçün çox əlverişlidir.
Sağlamlıq imkanları məhdud uşaqlar üçün 2 nömrəli xüsusi internat məktəbinin Tədris korpusu 3 mərtəbəlidir. Nəzərə alsaq ki, məktəbdə ümumi 220 nəfərdən çox olmayan şagird təhsil alir (hazırda II-XII siniflər üzrə 187 nəfər) və hər sinifdə yer sayı 15 olmaqla, 7 nəfərdən az sayda şagird yerləşdirilir. Ümumi olaraq məktəbimizdə 25 sinif otağından əlavə defektoloji kabinetlər, fənn otaqları, kompüter
sinifləri şagirdlər üçün geniş, işıqlı və rahat təşkil olunmuşdur.
.
İlk olaraq bildirim ki, məktəbdə qalan şagirdlər ümumu təhsil alan şagirdlərin 60 % ni təşkil edir. Məktəbdə yenidən ənənəvi dərslərin başlanmasının ən əsas müsbət cəhəti defektoloqların iş prosesinin daha faydalı olmasıdır. Yəni defektoloqun şagirdlə əyani olaraq apardıığı dərs prosesi onlarda tələffüzün daha düzgün olması və nitq inkaşında daha çox uğur qazana bilməsidir.
Defektoloqlar şagirdlərlə fərdi səkildə məşğul olur.
Hazırkı karantin rejimi ilə əlaqədar məhdudiyyətləri nəzərə alsaq Pandemiya dövrü və sonrakı dövrdə virus və xəstəliklərlə mübarizə aparmaq üçün məktəbimizdə yalnız məktəbin yataqxanasında qalan şagirdlərin ənənəvi dərs prosesində iştirakı məqsədəuyğundur. Çünki, hər gün evə gedib gələn şagirdlərin virusa yoluxması və virus daşıyıcısı olaraq ətrafındakı yoldaşlarına ötürməsi təhlükəlidir.
60%
Məktəbin Yataqxana korpusunda gecələyən şagirdlər
40%
Hər gün valideynlə evə gedən şagirdlər
bilgilər |
Məktəbdə gecələyən şagirdlərin bəziləri şənbə - bazar, bəziləri isə payız, qış tətilləri və ya bayram günləri valideynlə evə aparılır.
|
Tibbi Sanitar Qovşagı və İzolyator otaqları məktəbin tibbi personalı tərəfindən dizenfeksiya tədbirləri görülməkdədir.
Təhsilin 2020 – 2021 Tədris ili üzrə ilk başlama prosesində mütləq olaraq şagirdlər məktəbə qəbul edilərkən məktəbin tibb işçiləri tərəfindən və ya əlavə olaraq Rayon üzrə ilk tibbi yardım dövlət xidmətinin köməyi ilə müayinə edilir. Bu yönümdə valideyn və şagirdlərlə informasiya mübadiləsi aparılmalıdır, bu da pedaqoji heyətin üzərinə düşür.
Valideyn və şagirdlərin COVİD-19 haqqında əldə etdiyi məlumat və faktlar bu xəstəliklə bağlı qorxularını və narahatlıqlarını azaltmaqda kömək edəcək və həyatlarında baş verən hər hansı təsirlərin öhdəsindən gəlmək bacarığını artıracaq. Bu istiqamətverici müzakirə - məktəb direktorunu, müəllimləri, defektoloqları, texniki işçiləri, valideynləri, tərbiyəçi müəllimləri eləcə də uşaqları təhlükəsiz və sağlam məktəbin təşviq olunması işinə cəlb etmək üçün qurulur. Valideynlərə məktəbdə qalan şagirdlərin evə aparılmasıyla bağlı fikrini öyrənmək və yalnız karantin rejiminin uzadılması və ya bitmədiyi müddətdə şagirdin evə getmə məhdudiyyətini nəzərə almasını izah etmək sinif rəhbərləri və tərbiyəçi müəllimlərin vəzifəsinə daxil edilir.
Hər gün məktəbə gəlib, gedənlərin siyahısı qurulmalı və qrafik üzrə həmin şagirdlərlə bütün fənlərdən onlayn dərslər keçirilməlidir. Bunun üçün ilkin mərhələdə siyahı üzrə sinfin təşkili, müəllim dərs saatları, planlaşdırma nəzərə alınır. Bunun üçün ibtidai sinif müəllimləri, fənn müəllimləri və defektoloqlar öz illik planlaşdırma proqramını təqdim etməli və onlayn keçirilən dərslər üçün zaman qrafikini müəyyənləşdirməlidir. Qrafik cədvəl qurulduğu müddətdə onlayn keçirilən dərslərə də başlamalı, gündəlik sual və tapşırıqlarla iş prosesinə davam etməlidir. Onlayn keçirilən dərs müddətində müəllimə lazım olacaq İKT avadanlıqları və internet xətti məktəbin kompüter sinfində və eləcə də fənn otaqlarında istifadəyə tam yararlı vəziyyətdədir.