Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzinin Şamaxı şəhərində inşa ediləcək Ehtiyat Məlumat Mərkəzinin binasının tikintisi
Tarix: 28 yanvar, 2014-cü il
Müqavilənin nömrəsi.: NCB-CW-PP1-SHAMAKHYRESERVE/2014/01
BYİB Kredit No.: 7435 AZ
Dünya Bankı kredit layihəsinin adı: Daşınmaz Əmlakın Qeydiyyatı layihəsi
Ölkə: Azərbaycan Respublikası
Sifarişçi: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi.
1.Azərbaycan Hökuməti Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsinin icra olunması məqsədilə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankından (BYİB) kredit almış və vəsaitlərin bir hissəsini NCB-CW-PP1-SHAMAKHYRESERVE/2014/01 saylı müqavilə çərçivəsində İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzinin Şamaxı şəhərində inşa ediləcək Ehtiyat Məlumat mərkəzinin binasının tikintisi üzrə müvafiq ödənişləri aparmaq üçün tətbiq etmək niyyətindədir.
2. Daşınmaz Əmlakın Qeydiyyatı layihəsi üzrə Layihə İdarəetmə Qrupu (LİQ) müvafiq iddiaçıları İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzinin Şamaxı şəhərində inşa ediləcək Ehtiyat Məlumat mərkəzinin binasının tikintisi üzrə tender təkliflərini möhürlü zərflərdə təqdim etməyə dəvət edir. İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzinin Şamaxı şəhərində inşa ediləcək Ehtiyat Məlumat mərkəzinin binasının tikintisi işlərinin 6 ay müddətində icrası nəzərdə tutulur.
3. Tender Dünya Bankının oktyabr 2006-cı il və may 2010-cü ildə yenilənmiş, may 2004-cü il Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı Krediti və İDA kreditləri ilə satınalmatəlimatlarında göstərilmiş milli müsabiqəli tender (MMT) prosedurası vasitəsilə həyata keçiriləcəkdir və bütün potensial iddiaçılar tenderdə iştirak edə bilərlər.
4. Maraqlanan iddiaçılar tender sənədlərinin tam dəstini aşağıdakı ünvandan yazılı müraciət etməklə və 150 AZN və ya 200 ABŞ Dolları dəyərində olan əvəzi ödənilməyən məbləği ödəməklə əldə edə bilərlər.:
Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi, Layihə İdarəetmə Qrupu,
Nigar Hüseynova, satınalmalar üzrə assistent,
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin binası,
Hüseyn Cavid Prospekti 31, 6-cı mərtəbə, 612-ci otaq,
AZ1073, Bakı, Azərbaycan,
e-mail: nhuseynova@emdk.gov.az; gunelsafaraliyeva@gmail.com
Tel.: (+994 12) 510 91 45 (daxili 7227)
Ödəniş metodu Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi, LİQ adına aşağıdakı hesaba birbaşa depozit və ya bank köçürülməsi ilə olacaqdır. Marağı olan iddiaçılar həmin ünvanda daha ətraflı məlumat əldə edə bilərlər.
Bank rekvizitləri aşağıdakı kimidir:
Azərbaycan Respublikası Beynəlxalq Bankı ASC, “ABB Premyer” Müştəri xidməti:
Kod 805250
VÖEN: 9900001881
Müxbir Hesab: AZ03NABZ01350100000000002944
S.W.I. F.T Bank: IBAZAZ2X
Benefisiar: Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi, Əmlak Məsələləri Dövlət Komitəsi
Hesab No: AZN AZ65IBAZ38090029449330358120
USD AZ55IBAZ38190028409330358120
VÖEN: 2000015631
5. Təkliflər açılışından sonra 90 gün ərzində etibarlı sayılacaqdır və Tender Zəmanəti deklarasiyası məktubu ilə müşayiət olunmalıdır.
6. Təkliflər aşağıda göstərilmiş ünvana 5 mart 2014-cü il tarixində saat 14:45-dək və ya ondan əvvəl təqdim olunmalıdır. Təkliflərin elektron şəkildə təqdim edilməsinə icazə verilməyəcəkdir. Gec təqdim olunmuş təkliflər qəbul edilməyəcək və açılmamış vəziyyətdə iddiaçılara geri qaytarılacaq. Təkliflər 5 mart 2014-cü il tarixdə, saat 15:00-da açılış mərasimində şəxsən iştirak etmək arzusunda olan iddiaçı nümayəndələrinin qarşısında açılacaqdır:
Qeyd olunan ünvan:
Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi
Layihə İdarəetmə Qrupu
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin binası,
Hüseyn Cavid prospekti 31, 6-cı mərtəbə, otaq #612
AZ1073, Bakı, Azərbaycan.
Tel: (+994 12) 510 91 45 (daxili 7227)
Faks: (+994 12) 510 91 47
E-mail: gunelsafaraliyeva@gmail.com; nhuseynova@emdk.gov.az;
Dostları ilə paylaş: |