Savad anlayışı insanın oxumaq və yazmaq üzrə ilkin vərdişlərə yiyələnməsini nəzərdə tutur



Yüklə 17,55 Kb.
səhifə1/4
tarix24.12.2022
ölçüsü17,55 Kb.
#121777
növüYazı
  1   2   3   4
Sənəd


Savad anlayışı insanın oxumaq və yazmaq üzrə ilkin vərdişlərə yiyələnməsini nəzərdə tutur. Məlumdur ki, uşaq bir yaşından danışmağa başladığı, şifahi nitqə yiyələndiyi halda, yazılı nitqə ən tezi beş ildən sonra yiyələnir. Uşağın ilkin oxu texnikasına yiyələnməsinin əsasında onun şifahi nitq sahəsində qazandığı vərdişlər durur. O, böyük hərflərin çap şəkli ilə tanış olduqdan sonra asanlıqla oxu texnikasına yiyələnir, həmin hərflərin yazılması onların bitişdirilməsi üzrə vərdişlərə yiyələnmək isə çətin proses olub, nisbətən uzun yol tələb edir.
Savad təlimi prosesi qarşıya qoyulmuş məqsəd və onun yerinə yetirilmə yollarından asılı olaraq üç dövrdə keçirilir: Əlifba təliminə qədərki dövr, savad-əlifba təlimi dövrü, savad-əlifba təlimindən sonrakı dövr.
Müasir proqramlar Ana dili dərslik komplekti Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsdiq etdiyi «Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün Ana dili kurrikulumu (I-IV siniflər)» əsasında hazırlanmışdır və üç kitabdan – dərslik, iş dəftəri, müəllim üçün vəsaitdən və multmediyadan ibarətdir. Bunlar şagirdlərin Ana dili üzrə məzmun standartlarına nail olması üçün minimum zəruri təlim resurslarını təşkil edir.
II Oxu texnikasının mənimsənilməsi. savadın mənimsənilməsi hərflrin-səslərin görmə simvollarının mənimsəniməsi deməkdir. Bu səslərdən səslənən dilin sözləri əmələ gəlir. Uşaq oxumağı və yazmağı öyrənmək üçün eşitməyi və sözdə ayrı-ayrı səsləri ayırmağı bacarmalıdır.
Uşaq bağçası şəraitində uşaq körpəlik dövründən ana dilindən praktik şəkildə istifadə etməyə başlayır, lakin o, nitqin köməyi ilə həyata keçirildiyi qaydaları dərk etmir.
Fonematik eşitmə müxtəlif uşaqlarda müxtəlif vaxtlarda başa çatır. Bunu nəzərə alaraq, cümlə və soz üzərinə təhlil-tərkib işi il boyu aparılmalıdır. Hər bir məşğələdə 3-5 sözdən ibarət cümlə sözlrə ayrılmalı, sözlərin sayı və yeri(ardıcıllığı) xəbər alınmalıdır. Uşaqlar bu vərdişə yiyələndikdən sonra hər hansı oyuncaq, quş, meyvə, heyvan haqqında iki-üç sözdən ibarət cümlə qurmaq təklif olunmalıdır.
Uşaqların hər hansı yalnış, qeyr-dəqiq cavabına dərhal düzəliş verilməlidir. Yaxşı olar ki, uşağın öz səhvini tapmasına kömək göstərilsin. Oxu texnikasına yiyələnməyin ilk addımları sxemlər və kartoçkalarda oyun xarakterli məşqlər hesab olunur. Tərbiyəçi. cümlələri, sözləri, hecaları və səsləri ifadə edən sxemlələrlə uşaqları tanış etməlidir. Onlar bilməlidirlər ki, cümlədəki bitmiş fikir sözlərin düzgün sıralanması ilə bildirilir. Ona görə də cümlədə neçə söz varsa, onun sxemində o qədər də sözü əks etdirən işarə olur: Məs, “Arzu oynayır” cümləsinin sxemi belədir:

Yüklə 17,55 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin