Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi BİR Ş



Yüklə 24,08 Kb.
tarix26.05.2018
ölçüsü24,08 Kb.
#51777

Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

BİR ŞEİR SÖYLƏ Kİ, RAHAT OLSUN CAN...

(Məshəti Gəncəvinin anadan olmasından 900 il ötür)



(Yaddaş)

Bakı-2013

Ön söz

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə 2013-cü ildə Yaxın və Orta Şərq klassik ədəbiyyatının gözəl söz ustalarından biri Məshəti Gəncəvinin anadan olmasının 900 illiyi qeyd olunacaqdır.

Məshəti Gəncəvi XII əsr Azərbaycan şeiri tarixində özünəməxsus yer tutur. Rübai janrında ölməz sənət nümunələri yaradan şairə çox haqlı olaraq, Azərbaycan İntibahının ilk nümayəndələrindən biri sayılır. Əsərlərindəki humanist məzmun, səmimi duyğular, bu hisslərin İntibah dövrünə layiq poetikliklə əks etdirilməsi buna haqq verir.

Məhsəti Gəncəvi təqribən 1089-cu ildə (bəzi tarixçilərə görə 1099-cu ildə) Gəncə şəhərində doğulmuş və ömrünün sonuna qədər burada yaşamışdır.

Məshəti Gəncəvi Şərqdə Ömər Xəyyamdan sonra rübai janrının ən böyük ustadlarından biri kimi tanınır. Məshətinin rübailərində, misra və beytlərində Azərbaycan-türk ədəbi-mədəni mühitinin bədii inkasını görmək mümkündür. Şairənin bir müddət Sultan Səncərin sarayında yaşadığını bu türk hökmdarına həsr edilmiş rübailəri təsdiq edir. Məshəti Gəncəvinin həyat və yaradıcılığının xalq arasında böyük populyarlıq qazanmasının onun haqqında yaradılımış “Əmir Əhməd və Məshəti” dastanı da sübut edir.

Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında hazırlanan ədəbi-bədii yaddaş siyahısı Şərq qadının xoşbəxt və azad həyat arzularını, xalqının yaxşı və pis günlərini, kəşməkeşli həyatını tərənnüm edən Məshəti Gəncəviyə həsr edilmişdir. Burada istedadlı qələmə sahib olan azərbaycanlı xanımın müxtəlif illərdə cap olunan və Mərkəzi Kitabxananın fondunda özünə yer alan əsərlərin, eyni zamanda onun haqqında söhbət açan ədəbi-bədii nəşrlərin müəyyən hissəsi öz əksini tapmışdır.



ƏSƏRLƏRİ

  1. Məshəti (Gəncəvi). Rübailər // Şərq: Tərcümə toplusu-2.-Bakı, Nurlan, 2007.-№4.- S. 5-20.

  2. Məshəti (Gəncəvi). Rübailər.-Bakı, Lider, 2004.-142 s.

  3. Məshəti (Gəncəvi). Rübailər.-Bakı, Azərnəşr, 1975.-70 s.

  4. Məshəti (Gəncəvi). Rübailər.-Bakı, Azərnəşr, 1957.-122 s.

Torpaq ələyənin mən aşiqiyəm,

Dilim gəlmir açıb sirrimi deyəm.

O, torpaq ələyib qızıl axtarır,

Mən əlimdə qızıl onu gəzirəm.

(Məshəti Gəncəvi)

II

Haqqında

  1. Azərbaycan ədəbiyyatı tarixi. 3 c.-də. C.1.-Bakı, 1960.-590 s.

  2. Hüseynov,R. Məshəti Gəncəvi - özü,.. sözü, isi.-Bakı, Nizami adına Azərbaycan Ədəbiyyatı Muzeyi, 2005.-558 s.

  3. Hüseynov,R. Məshəti necə varsa.-Bakı, Yazıçı, 1989.-336 s.

  4. Səfərli,Ə., Yusifov,X. Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatı.-Bakı, Maarif, 1982.-386 s.

Bu dünya bir qızıl kuzəyə bənzər,

Suyu gah şirindir, gah da ki, zəhər.

Çox da öyünmə ki, uzundur ömrün,

Əcəl köhlənində hazırdır yəhər.

(Məshəti Gəncəvi)

Hazırladı:

Kütləvi tədbirlər şöbəsinin müdiri

Cəmilə Səmədova
Yüklə 24,08 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin