Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi Mərkəzi Kitabxana ÖZÜMÜZÜ, AİLƏMİZİ VƏ CƏMİYYƏTİ qoruyaq: coviD-19



Yüklə 109,39 Kb.
tarix10.01.2022
ölçüsü109,39 Kb.
#108660

Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Mərkəzi Kitabxana

ÖZÜMÜZÜ, AİLƏMİZİ VƏ CƏMİYYƏTİ QORUYAQ: COVİD-19

Koronaviruslar böyük bir virus ailəsidir. Özündə ümumi soyuq dəymədən şiddətli xəstəliklərə qədər səbəb ola bilən ağır kəskin tənəffüs sindromu (SARS) və Orta Şərq tənəffüs sindromu (MERS-CoV) kimi xəstəlikləri birləşdirir. Bu yaxınlarda, SARS-CoV-2 adlı yeni bir virus Çində başlayan COVID-19 xəstəliyinə səbəb oldu. Aydın ünsiyyət məqsədi ilə Dünya Atletikası, həm virusa, həm də xəstəliyə istinad etmək üçün COVID-19 terminindən istifadə edir.

COVID-19 əsasən, öskürək yolu ilə yoluxmuş bir insanın tənəffüs sekresiyalarından yayılır. Öldürücülük dərəcəsi 2-3% arasında dəyişir. Bu göstərici 2003 SARS (10%) və ya 2012

MERS (35%) xəstəliklərindən əhəmiyyətli dərəcədə azdır. Ölüm riski yaşlı (>60 yaş üstü) və səhhətində əvvəldən də problemi olan şəxslərdə daha yüksəkdir.

Yoluxmuş şəxs xəstəliyi sağlam şəxsə aşağıdakı yollarla yoluxdura bilər:

-Öskürmə və asqırma zamanı yayılan damcıların göz, burun və ağıza təması ilə;

- Yoluxmuş şəxslə sıx kontakt vasitəsilə;

-Çirklənmiş təbəqələr və şəxsi istifadəyə məxsus əşyalara kontakt vasitəsilə.

Xəstəlik özündə aşağıda qeyd olunan respirator simptomları əhatə edir:

-Hərarət

-Boğaz ağrısı

-Bədəndə ağrılar

-Öskürək

-Nəfəs almaqda çətinlik

Əgər xəstəlik əlamətləri varsa, maska geyinməyiniz və tibbi müayinədən keçməyənə qədər özünüzü başqalarından təcrid etməyiniz xahiş olunur.

Sadəcə fərdi həkimlərinizə məlumat vermək və ya məsləhət almaq kifayət deyil. Tam müayinə keçərək, virus əlamətləri aşkar olunduğu təqdirdə digərlərinə infeksiya yaymamaq məqsədi ilə dərhad təcrid olunmalı, həmçinin ən qısa zamanda yaxın müddətdə əlaqədə olduğu şəxsləri müayinəyə cəlb etmək məsləhət görülür. Yox əgər sadəcə xəstə şəxslərlə əlaqədə olmusunuzsa onu da tibbi komandaya bildirməlisiniz.

Koronavirus infeksiyasının qarşısını almaq üçün ümumi qorunma tədbirləri aşağıdakı kimidir:

-Əlləri mütləq şəkildə isti su ilə və sabunla yumaq;

-Anti-bakterial gellərdən istifadə etmək;

-Əlləri tibbi spirt ilə dezinfeksiya etmək;

-Əlləri göz, burun və ağız nahiyələrinə vurmamaq;

-Kəskin respirator infeksiyaların əlamətləri olan şəxslərdən uzaq durmaq;

-Öskürmə və asqırma hallarında, ağız nahiyənizi əllə deyil salfet və ya qolunuzla örtmək.



Diaqnostik tədbirlər:

-Səyahət etməkdən çəknn;

-Qaynadılmış və isti su için;

-İmuniteti normada saxlamaq məqədi ilə stabil qida və yuxu alın;

-Siqaret çəkməkdən və siqaret tüstüsündən uzaq olun;

Təxminən 80% insanda simptomlar yüngüldür və xəstəlikdən sağalma 2 həftə ərzində baş verir. Simptomların əksəriyyəti vaxtında görülən müalicə tədbirləri nəticəsində tam aradan qalxa bilir.



NƏ OXUMALI

1. Ağayev, İ. Virusdan qorunmaq üçün gigiyenik normalara əməl etmək lazımdır //Həftə içi.-2020.- 29 fevral.- 2 mart.- S.3.

2.Bəşirqızı, Z. Koronavirus sətəlcəmin yeni təhlükəli növüdür //Xalq qəzeti.-2020.- 27 fevral.- S.9.

3.Bəşirqızı, Z. Koronavirus bənzər viruslardan çox da fərqlənmir: Xəstəlik ağırlaşmalar baş versə də, əksər hallarda sağalma ilə başa çatır //Xalq qəzeti.-2020.- 3 mart.- S.6.

4.İmanquliyev, B. Koronavirus: ehtimallar və imkanlar //Azərbaycan.-2020.- 8 mart.- S.8.

5.Hüseynova, İ. Koronaviruslar, təkamülü, davamlılıq mexanizmləri və onlara qarşı mübarizə yolları: keçmiş, bu gün və gələcək risklər //Azərbaycan.-2020.-19 mart.-S.5. 6.Koronavirus nədir və nə dərəcədə narahat olmalı? – BBC...-...www.bbc.com › azeri › other-news-51242362

7.Koronavirus (COVID-19): Valideynlər nəyi bilməlidir | UNICEF ...www.unicef.org › azerbaijan › koronavirus-...

8.Koronavirus | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ-www.isim.az › pages › 55-Koronavirus

9.Psixiatr: uşaqlarla koronavirus haqqında necə danışmaq olar ...www.ens.az › psixiatr-usaqlarla-koronavirus-...

10.Koronavirus necə yayılır? – www.Baku.wsbaku.ws › coronavirus






Yüklə 109,39 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin