SeçKİ ŞİkayəTLƏRİNİn hazirlanmasi üZRƏ İKİNCİ araliq hesabat



Yüklə 158,89 Kb.
tarix22.10.2017
ölçüsü158,89 Kb.
#11380
növüXülasə

SEÇKİ ŞİKAYƏTLƏRİNİN HAZIRLANMASI ÜZRƏ

İKİNCİ ARALIQ HESABAT

(7 noyabr 2010-cu il - 15 dekabr 2010-cu il)

XÜLASƏ
7 noyabr 2010-cu ildə Azərbaycan Respublikasının Milli Məclisinə keçirilən seçkilər zamanı baş verən seçki hüquq pozuntuları ilə bağlı deputatlığa qeydə alınmış namizədlərdən “Hüquq və İnkişaf” İB-nə (HİİB) daxil olan müraciətlər üzrə 60 şikayət tərtib edilib.

Ərizəçilərdən 12-si öz təşəbbüsü ilə, 8-i “AXCP-Musavat” siyasi partiyalar bloku tərəfindən, 4-ü “Qarabağ” siyasi partiyalar bloku tərəfindən, 3-ü Azərbaycan Milli istiqlal Partiyası tərəfindən, 2-si Klassik Xalq Cəbhəsi Partiyası tərəfindən, 1-i Demokratik Azərbaycan Dünyası Partiyası tərəfindən, 1-i isə, “Qarabağ” seçicilərin təşəbbüs qrupu tərəfindən deputatlığa namizədlər olmuşdur.

Tərtib edilmiş şikayətlərdən 13-ü dairə seçki komissiyalarına (DSK), 17-si Mərkəzi Seçki Komissiyasına (MSK), 15-i Bakı Apellyasiya Məhkəməsinə (Apellyasiya Məhkəməsi), 15-i Azərbaycan Respublikası Ali Məhkəməsinə (Ali Məhkəmə) təqdim edilmişdir. Bakı Apellyasiya Məhkəməsinə və Ali Məhkəməyə verilən şikayətlər üzrə HİİB həm də ərizəçilərin hüquqlarını məhkəmələrdə müdafiə emişdir.

Seçki Məcəlləsinə (SM) görə seçki şikayətləri əvvəlcə məntəqə seçki komisiyasına, məntəqə seçki komissiyasının hərəkət və hərəkətsizliyindən və ya qərarlarından dairə seçki komissiyasına, dairə seçki komissiyasının hərəkət və hərəkətsizliyindən və ya qərarından, habelə dairə seçki komissiyası sədrinin hərəkət və hərəkəsizliyindən Mərkəzi Seçki Komissiyasına, Mərkəzi Seçki Komissiyasının hərəkət və hərəkətsizliyindən və ya qərarından isə apellyasiya məhkəməyə şikayət etmək olar (SM-nin 112-ci maddəsi).

Dairə seçki komissiyalarına, Mərkəzi Seçki Komissiyasına, Bakı Apellyasiya Məhkəməsinə və Ali Məhkəməyə verilmiş ərizələrdən heç biri təmin edilməmişdir.


  1. SEÇKİ KOMİSSİYALARINA ŞİKAYƏTLƏR

Seçki günü baş verən seçki hüquq pozuntuları ilə bağlı şikayətlər dairə seçki komisiyalarına (DSK) və Mərkəzi Seçki Komissiyasına (MSK) verilmişdir.




  1. DSK-lara verilən şikayətlər

Milli Məclisə keçirilən seçkilərdə seçki dairəsi üzrə seçkilərin yekunlarını DSK-lar müəyyən etdiyindən DSK-lara verilən şikayətlərin mühüm əhəmiyyəti vardı. Lakin DSK-lar pozulmuş seçki hüquqlarının bərpası üçün effektiv mexanizm rolunu oynamamışdır.

Belə ki, DSK-ların seçkinin yekunlarıni artıq seçki günüdən sonrakı gün müəyyən etmələri səbəbindən səbəbindən DSK-lara seçki pozuntuları barədə şikayət vermək real əhəmiyyətini itirmişdir. DSK-ların əksəriyyəti artıq 8 noyabr 2010-cu il tarixdə seçki dairələri üzrə seçkilərin ümumi yekunları barədə protokolları tərtib etmişdilər. Bu səbəbdən DSK-lara seçki günü baş vermiş qanun pozuntuları ilə bağlı şikayət verməyin real əhəmiyyəti qalmırdı. Çünki artıq pozuntu hallarının baş verdiyi seçki dairələri üzrə seçkilərin yekunları barədə DSK-ların protokol tərtib etməsi ilə bağlı qanunsuz hərəkətindən MSK-ya şikayət vermək üçün qanunvericilikdə nəzərdə tutulan 3 gün müddətin axımı başlamışdı. Buna baxmayaraq, qanunvericiliyin formal tələbini yerinə yetirmək üçün seçki məntəqələrində baş vermiş qanun pozuntularının araşdırılması və müvafiq tədbirlərin görülməsi tələbilə DSK-lara şikayətlər tərtib olunmuşdur.



Buna baxmayaraq, DSK-lar tərəfindən verilən şikayətlər araşdırılmamış, müvafiq qərar qəbul olunmamışdır. DSK-lar verilmiş şikayətlər üzrə yalnız 3 seçki məntəqəsində seçkiləri etibarsız hesab etmişdir. Bir sıra hallarda DSK-ların verilmiş şikayət üzrə hansı addımlar atdığı ümumiyyətlə qeyri-məlum olmuşdur. Ümumiyyətlə DSK-lar tərəfindən seçki hüquqları müdafiəsi qanunvericilıyin tələblərinə uyğun həyata keçirilməmişdir.

Bundan başqa, DSK-lar tərəfindən qanunvericiliklə qeydə alnmış namizəd və onun hüquqlarını müdafiə edən şəxslərə verilməmişdir. DSK-lar bir çox halda seçki dairələri üzrə seçkilərin yekunları haqqında qərarı, seçkinin yekunları haqqında protokolları namizədlərə və onların maraqlarını seçki prosesində təmsil edən şəxslərə verməkdən imtina etmişdir ki, bu da seçki dairəsi üzrə seçkilərin etibarsız hesab edilməsi üçün MSK-ya müraciət etməyi çətinləşdirirdi.
b) MSK–ya şikayətlər

MSK tərəfindən şikayətlər tam və hərtərəfli araşdırılmamışdır. MSK-ya təqdim olunmuş şikayətlərə seçki günü seçki məntəqələrində baş verən pozuntuları təsdiqləyən müşahidəçilər tərəfindən tərtib olunmuş aktlar, fotoşəkillər, videogörüntüləri özündə əks etdirən kompakt disklər (CD) sübut kimi əlavə olunmuşdur.



MSK tərəfindən qanunla müəyyən olunmuş 3 günlük şikayət vermə müddəti düzgün hesablanmamşdır. Qanunvericiliyə görə DSK-nın hərəkət və ya hərəkətsizliyindən və ya qərarından 3 gün müddətində şikayət etmək olar. Bu zaman hərəkət və ya hərəkətsizliyin və ya qərarın baş verdiyi gün həmin 3 gündən biri hesab olunmur. Lakin MSK həmin günü də müddətə aid etməklə faktiki olaraq şikayətin verilmə müddətini 2 günə endirmişdir. Bununla yanaşı, MSK şikayətlərin formal tələblərə uyğun gəlməsinə həddən artıq diqqət yetirmişdir.

MSK tərəfindən şikayətlərin araşdırılması zamanı şikayətçilər prosesə məhdud çərçivədə cəlb olunmuş və şikayətlə bağlı iclaslara vaxtında qanunvericiliyə uyğun olaraq xəbərdar edilməmişdir. Belə ki, şikayətçilərin araşdırılma prosesində iştirakına yetərli şərait yaratmamışdır. MSK şikayətçilərə şikayətin baxıldığı iclasın yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada xəbərdarlıq etməmişdir. Bir çox hallarada şikayətçilərə bu barədə xəbərdarlıq edilməmiş, bəzi hallarda isə iclasın başlanmasına bir neçə saat qalmış şikayətçiyə məlumat verilmişdir. Halbuki SM-nə əsasən şikayətin baxıldığı iclasın yeri və vaxtı barədə şikayətçiyə bir gün əvvəl xəbər verilməlidir (112-1.7-ci maddə).

Şikayətlər qeyri-obyektiv və qərəzli araşdırılmışdır. MSK seçki hüquq pozuntuları ilə bağlı şikayətlərin araşdırılma müddətini uzatmış, şikayətin araşdırılmasına şikayətçilər dəvət olunmamışdır. Bəzi şikayətçilər şikayətdə göstərilən hüquq pozuntularını təsdiqləyən sübut kimi müşahidəçi aktlarının ksero surətlərini təqdim etmişdilər. Lakin MSK tərəfindən onlara müraciət olunaraq aktların əslinin gətirilməsi tələb olunmuşdur. Araşdırma zamanı pozuntunu müşahidə edən müşhaidəçilərdən deyil, həmin gün seçki məntəqələrində müşahidə aparan müşahidə aparan hakimiyyətyönümlü siyasi partiyaların və QHT-lərin və bitərəf müşahidəçilərin izahatlar alınmış, pozuntuların baç verməsi iddia olunan seçki məntəqələrində şikayətçinin iştirakı olmadan səslər təkrar hesablanmışdır. Ümumiyyətlə, MSK şikayətləri araşdırarkən qanun pozuntularını baş verməsini təkzib etmək yolunu tutmuşdur. MSK tərəfindən şikayətçilərin şikayətlə bağlı keçirilən iclasda iştirak etməsinə şərait yaradılmamışdır. Şikayətləri araşdıran ekspertlər öz rəylərində müxtəlif yollarla qanunpozuntularının olmadığını sübut etməyə cəhd etmişdirlər.

Nəticədə MSK qərarları əsaslandırılmamış, səthi xarakter daşımışdır. MSK tərəfindən seçki hüquq pozuntuları ilə bağlı verilən şikayətləri təmin edən heç bir qərar qəbul edilməmişdir. Yalnız seçkilərin etibarsız hesab edilməsi tələb olunan bəzi seçki dairələrində azsaylı seçki məntəqələri üzrə seçki nəticələri etibarsız hesab edilmişdir. MSK qərarlarında aşağıdakı hallara istinad etmişdir:

  1. DSK sədr və üzvlərindən, məntəqə seçki komissiyası (MnSK) sədr və üzvlərindən, hakimiyyətyönümlü siyasi partiyaların və QHT-lərin müşahidəçilərindən, büdcədən maliyyələşən təşkilatlarda işləyən bitərəf müşahidəçilərdən şikayətdə göstərilən seçki hüquq pozuntularının baş vermədiyi yönümlü izahatlar. MSK pozuntuların baş vermədiyini təsdiqləmək üçün həmin izahatlara istinad etməsi düzgün deyil. Çünki DSK və MnSK sədr və üzvləri öz fəaliyyətlərində olan nöqsanlar və özlərinin törətdiklıri iddia edilən qanunsuzluqları özləri təsdiq etməzlər. Hökümətyönümlü siyasi partiya və QHT müşahidəçiləri, eləcə də büdcədən maliyyələşən müşahidəçilərin izahatları isə təbii ki, seçkilərin şəffaf və demokratik keçdiyi yönümlü olacaqdı. MSK araşdırma zamanı pozuntuları təsdiq edəcək müşahidəçilərə müraciət edərək vəziyyəti aydınlaşdırmalı idi ki, MSK da bunu etməyib. Bəzi hallarda isə MSK qərarlarında seçki prosesində hansı funksiyanı daşıdığı göstərilməyən şəxslərin izahatlarına, eləcə də əslində izahat verməyən müxalif qüvədən olan müşahidəçilərin saxta izahatlarına istinad edilmişdir.

  2. Şikayətdə pozuntuların baş verdiyi göstərilən seçki məntəqələrinin bir qismində səslərin təkrar sayılması. Lakin səslər təkrar sayılarkən bu prosesə nə qeydə alınmış namizədlər nə də onların hüquqlarını seçki prosesində təmsil edən şəxslər cəlb edilməyib.

  3. Seçki pozuntularının baş verdiyini təsdiqləyən müşahidəçi izahatlarının lazımi qaydada tərtib olunmamsı, ümumi fikirlərdən ibarət olması və subyektiv mülahizələrə əsaslanmasının iddia olunması. MSK ümumi fikirlərdən və subyektiv mülahizələrdən ibarət müşahidəçi aktının nə olduğunu qərarda aydınlaşdırmamışdır.

Ümumiyyətlə, MSK qərarda gəldiyi nəticəni kifayət qədər tutarlı əsaslandırmamış, qərarın əsaslandırıcı hissəsini gəlin nəticəni sübut etməyən faktlarla genişləndirməyə çalışmışdır. Qərarlar səthi xarakterli olmuşdur. Məsələn, 19 saylı Nərimanov birinci seçki dairəsindən “AXCP-Musavat” siyasi partiyalar blokundan deputatlığa qeydə alınmış namizəd Gözəl Oruc qızı Bayramlının şikayəti üzrə çıxarılmış qərarda 19 saylı məntəqə seçki komissiyasının üzvlərinin adı tamamilə səhv yazılmış, 72 saylı Yardımlı-Masallı seçki dairəsi üzrə qeydə alınmış namizəd Elşad Əlhüseyn oğlu Paşanın şikayəti üzrə çıxarılmış qərarda 79 saylı İmişli seçki dairəsindən deputatlığa qeydə alınmış namizəd İlqar Qəşəm oğlu Hüseynovun qərarına aid məlumatlar getmişdir.
2.MƏHKƏMƏLƏRƏ ŞİKAYƏTLƏR
Azərbaycan Respublikası Seçki Məcəlləsinə və Mülki-Prosessual Məcəlləyə əsasən, MSK-nın hərəkət və ya hərəkətsizliyindən və ya qərarından 3 gün müddətində Apellyasiya Məhkəməsinə ərizə ilə, Apellyasiya Məhkəməsinin seçki hüquq pozuntusu ilə bağlı ərizə üzrə qətnaməsindən isə 3 gün müddətindən Ali Məhkəməyə kassasiya şikayəti ilə müraciət etmək olar
a) Apellyasiya Məhkəməsinə verilən şikayətlər

Apellyasiya Məhkəməsi təqdim olunmuş ərizələri tam, hərtərəfli araşdırmamışdır. Apellyasiya Məhkəməsinə göndərilən ərizələr MSK-nın qərarlarının ləğvi, MSK yekun protokolunun müəyyən seçki dairəsi üzrə nəticələrinin ləğvi, seçki dairəsi üzrə seçkilərin etibarsız hesab edilməsi tələbli olmuşdur. Birliyin hüquqşünasları tərəfindən hazırlanmış bütün iddia ərizələri icraata qəbul olunmuş, heç bir ərizə təmin olunmamışdır.



Məhkəməyə verilmiş ərizələr kifayət qədər öyrənilmədən məhkəmə iclasları təyin edilirdi. Apellyasiya Məhkəməsinə təqdim olunan ərizələr hakimlər tərəfindən öyrənilmirdi. Ərizə təqdim oluduqdan bir gün keçməmiş və ya elə həmin gün məhkəmə iclası təyin olunurdu. Məsələn, 40 saylı Kəpəz ikinci seçki dairəsindən deputalığa qeydə alınmış namizəd Salman İmanlı tərəfindən ərizə Apellyasiya Məhkəməsinə saat 15.00-da verilmiş, elə həmin gün saat 17.45-ə məhkəmə iclası təyin olunmuşdur.

Apellyasiya Məhkəməsi tərəfindən ərizədə göstərilən hallar səthi və qeyri-obyektiv araşdırılırdı. Ərizələrlə bağlı məhkəmə araşdırmaları zamanı çəkişmə prinsipi, SM-in, MPM-in çoxsaylı maddələri pozulmuşdur. Belə ki, məhkəmə araşdırması zamanı MSK seçki pozuntuları haqqında şikayətlərin təmin edilməməsi ilə bağlı qərarlarını təsdiq edəcək tutarlı sübutları məhkəməyə təqdim etməmişdir, halbuki MPM-in 77.2-ci maddəsinə əsasən, MSK öz qərarlarını sübut etmək vəzifəsi daşıyırdı. Məhkəmə iddiaçıların iddia ərizəsində göstərilən seçki pozuntularını təsdiqləyən sübutları-müşahidəçilər tərəfindən tərtib olunan aktları, fotoşəkilləri, videomaterialları-sübut kimi qiymətləndirməmiş və əksər hallarda bunun səbəblərini qətnamədə göstərməmişdir, iş üçün əhəmiyyətli olan vəsatətlər təmin olunmamışdır. Məhkəmə iclasları maksimum 2 saat davam etmişdir.

Beləliklə, məhkəmə qətnamələri əsaslandırılmamış və səthi xarakter daşımışdır. Apellyasiya Məhkəməsi bütün hallarda MSK qərarlarının dəyişdirilmədən qüvvədə saxlanılması barədə qətnamə qəbul etmişdirlər. Qətnamələr kifayət qədər əsaslandırılmamış, səthi xarakter daşımış, qanunvericiliyə uyğun şəkildə tərtib olunmamışdır. Qətnamənin əsaslandırıcı hissəsi sadəcə MSK qərarlarının surəti olmuşdur. Bir halda isə qətnamənin qərar hissəsində barəsində qətnamə çıxarılan şəxsin adı əvəzinə başqa şəxsin adı yazılmışdır. Belə ki, 17 saylı Yasamal üçüncü seçki dairəsindən deputatlığa namizəd Bəxtiyar Hacıyevin ərizəsi üzrə çıxardığı qətnamənin nəticə hissəsində iddiaçı kimi 21 saylı Nəsimi birinci seçki dairəsində qeydə alınmış namizəd Sərdar Cəlaloğlunun adı göstərilmişdir.
b) Ali Məhkəməyə verilən şikayətlər

Ali Məhkəməyə verilən şikayətlərin tələbləri Apellyasiya Məhkəməsinin müvafiq qətnamələrinin ləğv olunması və seçki dairələri üzrə seçkilərin etibarsız hesab edilməsi olmuşdur.



Ali Məhkəmə tərəfindən şikayətlər qeyri-obyektiv araşdırılmışdır. Ali Məhkəmə kassasiya şikayətlərini obyektiv araşdırmamış, Apellyasiya Məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasını nəzərə almamışdır. Məhkəmə iclasları əksər hallarda yarım saat çəkmişdir.

Qərarlar əsaslandırılmamış, səthi xarakter daşımışdır. Ali Məhkəmənin qərarlarında demək olar ki, məhkəmnin gəldiyi nəticə ya heç əsaslandırılmamış, ya da düzgün əsaslandırılmamışdır. Belə ki, bəzi qərarlarda Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin seçkilərin ümumi yekunlarını təsdiq etməsini əsas gətirərək kassasiya şikayətlərini təmin etməmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 29 noyabr 2010-cu il tarixli Qərarı ilə MSK-nın 22 noyabr 2010-cu il tarixli seçkilərin ümumi yekunlarına dair Protokolunu təsdiq etmişdir. Ali Məhkəmə isə bütün kassasiya şikayətlərinə 29 noyabr 2010-cu il tarixdən sonra baxmışdır. Bu səbəbdən Ali Məhkəmə qanunvericiliyə əsasən Konstitusiya Məhkəməsi Plenumunun qərarının qəti olduğunu, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilməsi, dəyişdirilməsi və ya rəsmi təfsir edilməsi mümkün olmadığını əsas gətirərək, digər halları araşdırmadan apellyasiya instansiyası məhkəməsinin qətnamələrinin dəyişdirilmədən saxlanılması və kassasiya şikayətlərinin təmin edilməməsi qərarını çıxarmışdır. Lakin kassasiya şikayətlərində Konstitusiya Məhkəməsinin qətnaməsi deyil, Apellyasiya Məhkəməsinin qətnaməsi mübahisələndirildiyindən, məhkəmənin işin hallarını araşdıraraq qərar çıxarmalı idi.

YEKUN
Beləliklə, seçki hüquq pozuntuları ilə bağlı şikayətlər bütün instansiyalarda səthi, qeyri-obyektiv araşdırılmışdır. Seçki komissiyaları və məhkəmələr bütün hallarda ərizələri obyektiv araşdırmaq əvəzinə, qərəzli mövqe tutmuş, seçki zamanı pozuntuların baş vermədiyini hər vəchlə təsdiqləməyə çalışmışdırlar. Seçki günü seçki hüquq pozuntuları ilə bağlı şikayət və ərizələrin müvafiq seçki komissiyaları və məhkəmələr tərəfindən baxılması ilə bağlı aşağıdakı nəticələrə gəlmək mümkündür:

  • Seçki hüquqlarının bərpası üçün effektiv hüquqi baza və mexanizmlər mövcud deyil. Belə ki, qanunvericilik şikayətçilərə nisbətən dövlət orqanlarına daha geniş səlahiyyətlər və fəaliyyət meydanı verir. Xüsusilə, xarakterindən asılı olmayaraq seçki şikayət və ərizələri ilə bağlı qanunvericilikdə 3 günlük şikayət müddətinin müəyyənləşdirilməsi şikayətlərin effektiv və səmərəli hazırlanmasına əngəl yaradır.

  • Şikayətləri və ərizələri araşdıran seçki komissiyaları və məhkəmələrin peşəkarlıq səviyyəsi ədalətli və obyektiv araşdırmaya imkan vermir. Xüsusilə DSK-lar seçki hüquqlarının müdafiəsi ilə bağlı qanunvericiliyin müddəalarını bilmir və ya tətbiq edə bilmirlər. MSK şikayətlərin araşdırma müddətini uzatsa da şikayətlə bağlı qərarlara peşəkarcasına əsaslandıra bilməmişdir. Hakimlər seçki qanunvericiliyini kifayət qədər ətraflı bilmirlər.

  • Hakimiyyətin pozulmuş seçki hüquqları bərpası üçün siyasi iradəsi yoxdur. Yuxarıda göstərilən 2 hal hakimiyyətin normal seçki keçirməmək istəyindən doğur. Belə ki, pozulmuş seçki hüquqlarının bərpası sahəsində yaranmış neqativ situasiya ümumilikdə ölkədə bərqərar olmuş qeyri-demokratik seçki təcrübəsinin tərkib hissəsidir və baş vermiş seçki saxtakarlığı fonunda seçki hüquqlarının ədalətli bərpası qeyri-mümkündür. Seçki komissiyaları və məhkəmələr tərəfindən şikayət və ərizələrə qərəzli və qeyri-obyektiv baxılması məhz hakimiyyətin siyasi sifarişinin nəticəsidir.


Əlavələr

  1. DSK-lara verilmiş şikayətlər




N

Şikayətçinin adı, soyadı, atasının adı

Şikayətçinin tələbi

DSK-nın qərarı

1.

1. Abdullayeva Mehriban Əli qızı

(AMİP)

2. Bəhramova Güllər Xubyar qızı

3. Hacıyev Bəxtiyar İlyas oğlu

4. Məmmədzadə Elman Telman oğlu

("İnsan naminə" bloku)
5. Rüstəmov Həsrət Qurbanəli oğlu

("Qarabağ" siyasi partiyalar bloku)

6. Sadıxlı Nüşabə Ağabala qızı

7. Zahidov Qənimət Səlim oğlu


17 saylı Yasamal üçüncü seçki dairəsi üzrə səsvermə, səslərin sayılması və seçkilərin nəticələrinin rəsmiləşdirilməsi proseslərindəki qanun pozuntularının araşdırılması.

Şikayət təmin olunmayıb

2.

Elşad Paşa Əlhüseyn oğlu

72 saylı Yardımlı-Masallı seçki dairəsi üzrə səsvermə, səslərin sayılması və seçkilərin nəticələrinin rəsmiləşdirilməsi proseslərindəki qanun pozuntularının araşdırılması

Şikayət təmin olunmayıb

3.

1.Fuad Əli oğlu Qəhrəmanlı

(AXCP-Müsavat siyasi partiyalar bloku)
2.Zəlimxan Adil oğlu Məmmədli

(KXCP)
3.Ədnan Tofiq oğlu Novruzov

(AMİP)
4.Namizəd Heydər oğlu Səfərov

(Qarabağ siyasi partiyalar bloku)


33 saylı Xətai birinci seçki dairəsi üzrə seçkilərin etibarsız hesab edilməsi

Şikayət təmin olunmayıb

4.

Gözəl Oruc qızı Bayramova

(AXCP-Musavat siyasi partiyalar bloku)

19 saylı Nərimanov birinci seçki dairəsi üzrə seçkilərin etibarsız hesab edilməsi


Şikayət təmin olunmayıb

5.

İlham Qəşəm oğlu Hüseyinli

(AXCP-Musavat siyasi partiyalar bloku)

10 saylı Binəqədi üçüncü seçki dairəsi üzrə seçkilərin etibarsız hesab edilməsi

Şikayət təmin olunmayıb

6.

İlham Qəşəm oğlu Hüseyinli

(AXCP-Musavat siyasi partiyalar bloku)

10 saylı Binəqədi üçüncü seçki dairəsi DSK barədə qanunla nəzərdə tutulmuş müvafiq tədbirlərin görülməsi

Şikayət təmin olunmayıb

7.

İlqar Qəşəm oğlu Hüseyinli

79 saylı İmişli seçki dairəsi üzrə seçkilərin etibarsız hesab edilməsi

Şikayət təmin olunmayıb

8.

İzzət Məhəmməd oğlu Məmmədov

120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsi üzrə seçkilərin nəticələrinin etibarsız hesab edilməsi

Şikayət təmin olunmayıb

9.

Sahib Fərman oğlu Kərimov

(AXCP-Musavat siyasi partiyalar bloku)

113 saylı Şəki şəhər seçki dairəsi üzrə seçkilərin etibarsız hesab edilməsi

Şikayət təmin olunmayıb

10.

Nəriman Yamən oğlu Yəhyayev

(AXCP-Musavat siyasi partiyalar blokundan qeydə alınmış)

47 saylı Mingəçevir seçki dairəsi üzrə seçkilərin etibarsız hesab edilməsi

Şikayət təmin olunmayıb

11.

Namət Faiz oğlu Əliyev

(AXCP-Musavat siyasi partiyalar bloku)

93 saylı Bərdə şəhər seçki dairəsi üzrə seçkilərin etibarsız hesab edilməsi

Şikayət təmin olunmayıb

12.

Əli Əmirhüseyin oğlu Kərimli

(AXCP-Musavat siyasi partiyalar bloku)

31 saylı Suraxanı ikinci seçki dairəsi üzrə seçkilərin etibarsız hesab edilməsi

Şikayət təmin olunmayıb

13.

İlqar Eldar oğlu Məmmədov

9 saylı Binəqədi birinci seçki dairəsi üzrə seçkilərin etibarsız edilməsi

Şikayət təmin olunmayıb



  1. MSK-ya verilmiş şikayətlər




N

Şikayətçinin adı, soyadı, atasının adı

Şikayətçinin tələbi

MSK-nın qərarı

1.

1. Abdullayeva Mehriban Əli qızı

(AMİP)

2. Bəhramova Güllər Xubyar qızı

3. Hacıyev Bəxtiyar İlyas oğlu

4. Məmmədzadə Elman Telman oğlu

("İnsan naminə" siyasi partiyalar bloku)
5. Rüstəmov Həsrət Qurbanəli oğlu

("Qarabağ" siyasi partiyalar bloku)

6. Sadıxlı Nüşabə Ağabala qızı

7. Zahidov Qənimət Səlim oğlu


17 saylı Yasamal üçüncü seçki dairəsi üzrə seçkilərin etibarsız hesab edilməsi

Şikayət təmin olunmayıb

2.

Elşad Paşa Əlhüseyn oğlu

72 saylı Yardımlı-Masallı seçki dairəsi üzrə seçkilərin etibarsız hesab edilməsi

Şikayət təmin olunmayıb

3.

Elşad Paşa Əlhüseyn oğlu

72 saylı Yardımlı-Masallı seçki dairəsi DSK barədə qanunla müəyyən olunmuş müvafiq tədbirlərin görülməsi

Şikayət təmin olunmayıb

4.

1.Fuad Əli oğlu Qəhrəmanlı

(AXCP-Müsavat siyasi partiyalar bloku)
2.Zəlimxan Adil oğlu Məmmədli

(KXCP)
3.Ədnan Tofiq oğlu Novruzov

(AMİP)
4.Namizəd Heydər oğlu Səfərov

(Qarabağ siyasi partiyalar bloku)


33 saylı Xətai birinci seçki dairəsi üzrə seçkilərin etibarsız hesab edilməsi

Şikayət təmin olunmayıb

5.

Gözəl Oruc qızı Bayramova (AXCP-Musavat siyasi partiyalar bloku)

19 saylı Nərimanov birinci seçki dairəsi üzrə seçkilərin etibarsız hesab edilməsi


Şikayət təmin olunmayıb

6.

1.Xalisə Nüsrət qızı Şahverdiyeva
2.Məhəmməd Çərkəz oğlu Məcidli
3.Sərvər Abasqulu oğlıu Mehdiyev oğlu


120 saylı Cəbrayıl-Qu badlı seçki dairəsi üzrə seçkilərin etibarsız hesab edilməsi

Müddət ötdüyü üçün şikayət geri qaytarılıb

7.

İlham Qəşəm oğlu Hüseyinli

(AXCP-Musavat siyasi partiyalar bloku)

10 saylı Binəqədi üçüncü seçki dairəsi üzrə seçkilərin etibarsız hesab edilməsi

Şikayət təmin olunmayıb

8.

İlham Qəşəm oğlu Hüseyinli

(AXCP-Musavat siyasi partiyalar bloku)

10 saylı Binəqədi üçüncü seçki dairəsi DSK barədə qanunla nəzərdə tutulmuş müvafiq tədbirlərin görülməsi

Şikayət təmin olunmayıb

9.

İlqar Qəşəm oğlu Hüseyinli

79 saylı İmişli seçki dairəsi üzrə seçkilərin etibarsız hesab edilməsi

Şikayət təmin olunmayıb

10.

İzzət Məhəmməd oğlu Məmmədov

120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsi üzrə seçkilərin nəticələrinin etibarsız hesab edilməsi

Şikayət təmin olunmayıb

11.

Sahib Fərman oğlu Kərimov

(AXCP-Musavat siyasi partiyalar bloku)

113 saylı Şəki şəhər seçki dairəsi üzrə seçkilərin etibarsız hesab edilməsi

Şikayət təmin olunmayıb

12.

Qorxmaz Əbülfəz oğlu İbrahimli

(Qarabağ siyasi partiyalar bloku)

10 saylı Binəqədi üçüncü seçki dairəsi üzrə seçkilərin etibarsız hesab edilməsi

Şikayət təmin olunmayıb

13.

Mürşüd Məhəmmədəli oğlu Mirzəyev

80 saylı İmişli-Beyləqan seçki dairəsi üzrə seçkilərin etibarsız hesab edilməsi

Şikayət təmin olunmayıb

14.

Nəriman Yamən oğlu Yəhyayev

(AXCP-Musavat siyasi partiyalar bloku)

47 saylı Mingəçevir seçki dairəsi üzrə seçkilərin etibarsız hesab edilməsi

Şikayət təmin olunmayıb

15.

Namət Faiz oğlu Əliyev (AXCP-Musavat siyasi partiyalar bloku)

93 saylı Bərdə şəhər seçki dairəsi üzrə seçkilərin etibarsız hesab edilməsi

Şikayət təmin olunmayıb

16.

Əli Əmirhüseyin oğlu Kərimli

(AXCP-Musavat siyasi partiyalar bloku)

31 saylı Suraxanı ikinci seçki dairəsi üzrə seçkilərin etibarsız hesab edilməsi

Şikayət təmin olunmayıb

17.

İlqar Eldar oğlu Məmmədov

9 saylı Binəqədi birinci seçki dairəsi üzrə seçkilərin etibarsız edilməsi

Şikayət təmin olunmayıb



  1. Bakı Apellyasiya Məhkəməsinə şikayətlər




N

Ərizəçinin adı, soyadı, atasının adı

Ərizəçinin tələbi

Məhkəmənin qərarı

1.

1.İzzət Məhəmməd oğlu Məmmədov
2.Xalisə Nüdrət qızı Şahverdiyeva
3.Məhəmməd Çərkəz oğlu Məcidli

120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsi üzə seçkilərin etibarsız hesab edilməsi

Ərizə təmin olunmayıb

2.

Salman Məhəmməd oğlu İmanlı (Qarabağ siyasi partiyalar bloku)

40 saylı Kəpəz ikinci (Gəncə) seçki dairəsi üzrə seçkilərin etibarsız hesab edilməsi

Ərizə təmin olunmayıb

3.

1. Orucov Ramiz Məcid oğlu

(DADP)
2. Abbasov Rəşid Əsəd oğlu

(AMİP)

3. Tağıyev Ağası Əmrah oğlu

(KXCP)

40 saylı Kəpəz ikinci seçki dairəsi üzrə seçkilərin etibarsız hesab edilməsi

Ərizə təmin olunmayıb

4.

Nəriman Yamən oğlu Yəhyayev (AXCP-Musavat siyasi partiyalar bloku)

47 saylı Mingəçevir seçki dairəsi üzrə seçkilərin etibarsız hesab edilməsi

Ərizə təmin olunmayıb

5.

Sahib Fərman oğlu Kərimov

(AXCP-Musavat siyasi partiyalar bloku)

113 saylı Şəki şəhər seçki dairəsi üzrə seçkilərin etibarsız edilməsi

Ərizə təmin olunmayıb

6.

İlqar Qəşəm oğlu Hüseyinli

79 saylı İmişli seçki dairəsi üzrə seçkilərin etibarsız hesab edilməsi

Ərizə təmin olunmayıb

7.

Bəxtiyar İlyas oğlu Hacıyev

17 saylı Yasamal üçüncü seçki dairəsi üzrə seçkilərin etibarsız hesab edilməsi

Ərizə təmin olunmayıb

8.

1.Fuad Əli oğlu Qəhrəmanlı

(AXCP-Musavat siyasi partiyalar bloku)
2.Zəlimxan Adil oğlu Məmmədli (KXCP)
3.Ədnan Tofiq oğlu Novruzov

(AMİP)

4.Namizəd Heydər oğlu Səfərov (Qarabağ siyasi partiyalar bloku)

33 saylı Xətai üçüncü seçki dairəsi seçkilərin etibarsız hesab edilməsi

Ərizə təmin olunmayıb

9.

Gözəl Oruc qızı Bayramova

(AXCP-Musavat siyasi partiyalar bloku)

19 saylı Nərimanov birinci seçki dairəsi üzrə seçkilərin etibarsız edilməsi

Ərizə təmin olunmayıb

10.

İlham Qəşəm oğlu Hüseyinli

(AXCP-Musavat siyasi partiyalar bloku)


10 saylı Binəqədi birinci seçki dairəsi üzrə seçkilərin etibarsız hesab edilməsi

Ərizə təmin olunmayıb

11.

Namət Faiz oğlu Əliyev

(AXCP-Musavat siyasi partiyalar bloku)

93 saylı Bərdə şəhər seçki dairəsi üzrə seçkilərin etibarsız hesab edilməsi

Ərizə təmin olunmayıb

12.

Əvəz Söhrab oğlu Kərimov

114 saylı Şəki kənd seçki dairəsi üzrə seçkilərin etibarsız hesab edilməsi

Ərizə təmin olunmayıb

13.

Tofiq Rəşid oğlu Yaqublu

(AXCP-Musavat siyasi partiyalar bloku)

26 saylı Sabunçu birinci seçki dairəsi üzrə seçkilərin etibarsız hesab edilməsi

Ərizə təmin olunmayıb

14.

Tofiq Rəşid oğlu Yaqublu

(AXCP-Musavat siyasi partiyalar bloku)

26 saylı Sabunçu birinci seçki dairəsi DSK barədə müvafiq tədbirlərin görülməsi

Ərizə təmin olunmayıb

15.

Mürşüd Məhəmmədəli oğlu Mirzəyev

80 saylı İmişli-Beyləqan seçki dairəsi üzrə seçkilərin etibarsız hesab edilməsi

Şikayət təmin olunmayıb



  1. Azərbaycan Respublikasının Ali Məhkəməsinə şikayətlər




N

Şikayətçinin adı, soyadı, atasının adı

Şikayətçinin tələbi

Məhkəmənin qərarı

1.

Bəxtiyar İlyas oğlu Hacıyev

17 saylı Yasamal üçüncü seçki dairəsi üzrə seçkilərin etibarsız hesab edilməsi

Şikayət təmin olunmayıb

2.

Elşad Əlhüseyn oğlu Paşa

72 saylı Yardımlı-Masallı seçki dairəsi üzrə seçkilərin etibarsız hesab edilməsi

Şikayət təmin olunmayıb

3.

Əvəz Söhrab oğlu Kərimov

114 saylı Şəki kənd seçki dairəsi üzrə seçkilərin eetibarsız hesab edilməsi

Şikayət təmin olunmayıb

4.

1.Fuad Əli oğlu Qəhrəmanlı

(AXCP-Musavat siyasi partiyalar bloku)
2.Zəlimxan Adil oğlu Məmmədli (KXCP)
3.Ədnan Tofiq oğlu Novruzov (AMİP)

4.Namizəd Heydər oğlu Səfərov (Qarabağ siyasi partiyalar bloku)

33 saylı Xətai üçüncü seçki dairəsi üzrə seçkilərin etibarsız hesab edilməsi

Şikayət təmin olunmayıb

5.

Gözəl Oruc qızı Bayramova

(AXCP-Musavat siyasi partiyalar bloku)

19 saylı Nərimanov birinci seçki dairəsi üzrə seçkilərin etibarsız hesab edilməsi

Şikayət təmin olunmayıb

6.

İlham Qəşəm oğlu Hüseynli

(AXCP-Musavat siyasi partiyalar bloku)

10 saylı Binəqədi ikinci seçki dairəsi üzrə seçkilərin etibarsız hesab edilməsi

Şikayət təmin olunmayıb

7.

İlqar Qəşəm oğlu Hüseynli

79 saylı İmişli seçki dairəsi üzrə seçkilərin etibarsız hesab edilməsi

Şikayət təmin olunmayıb

8.

İmanlı Məhəmməd oğlu Salmanlı (Qarabağ siyasi partiyalar bloku)

40 saylı Kəpəz ikinci seçki dairəsi üzrə seçkilərin etibarsız hesab edilməsi

Şikayət təmin olunmayıb

9.

1. İzzət Məhəmməd oğlu Məmmədov
2. Xalisə Nüsrət qızı Şahverdiyeva
3. Məhəmməd Çərkəz oğlu Məcidli

120 saylı Cəlilabad-Qubadlı seçki dairəsi üzrə qeydə alınmış namizədlər

Şikayət təmin olunmayıb

10.

Mürşüd Məhəmmədəli oğlu Mirzəyev

80 saylı İmişli-Beyləqan seçki dairəsi üzrə seçkilərin etibarsız hesab edilməsi

Şikayət təmin olunmayıb

11.

Nəriman Yamən oğlu Yəhyayev

(AXCP-Musavat siyasi partiyalar bloku)

47 saylı Mingəçevir seçki dairəsi üzrə seçkilərin etibarsız hesab edilməsi

Şikayət təmin olunmayıb

12.

Sahib Fərman oğlu Kərimov

(AXCP-Musavat siyasi partiyalar bloku)

113 saylı Şəki şəhər seçki dairəsi üzrə seçkilərin etibarsız hesab edilməsi

Şikayət təmin olunmayıb

13.

Namət Faiz oğlu Əliyev

(AXCP-Musavat siyasi partiyalar bloku)

93 saylı Bərdə şəhər seçki dairəsi üzrə seçkilərin etibarsız hesab olunması

Şikayət təmin olunmayıb

14.

1.Orucov Ramiz Məcid oğlu

(DADP)
2.Abbasov Rəşid Əsəd oğlu

(AMİP)
3.Ağası Əmrah oğlu Tağıyev

(KXCP)

40 saylı Kəpəz ikinci (Gəncə) seçki dairəsi üzrə seçkilərin seçkilərin etibarsız hesab edilməsi

Şikayət təmin olunmayıb

15.

Tofiq Rəşid oğlu Yaqublu

(AXCP-Musavat siyasi partiyalar bloku)

Apellyasiya məhkəməsinin müvafiq qərarının ləğv edilməsi

Şikayət təmin olunmayıb

Yüklə 158,89 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin