Səfərov Məgrur
Qrup - 367a
Ixtisas –BİM
Fənn --- HNKİ
Sərbəst iş – 2
Tapşırıq – 3
Suallar
-
aviaşirkətin kommersiya siyasəti nədən ibarətdir?
-
Aviaşirkət adətən hansı satış agentlərini daha ehtibarlı hesab edir?
Cavablar:
Aviakompaniyalar özlərinin komersiya maraqlarını ödəmək üçün məqsədyönlü iş aparır. Bu işin çərçivəsində qarsıda duran məsələlərdən və əldə edilməli olan nətiçələrdən asılı olaraq aviakompaniyalar müxtəlif növ siyasətdən istifadə edirlər.
1-“ 5-ci hava azadliğı” kommersiya huquqlarının istifadəsi üzre siyasət.
5-ci hava azadlığı üzre daşımalar təyyarələrin kommersiya yük qaldırma qabliyyətini aralıq məntəqələrdə enmə zamanı daha tam istifadə etməyə, əlavə məsrəfsiz valyuta gəlirlərin daxil olmasını artırmağa imkan verir. Kampaniyaların çoxu böyük masafəli uçuşlarda bütün vastələrlə həmin hüququ əldə etməyə çalışır.
2-“sərbəst satış” metodunun istifadəsi üzrə siyasət.
Bu siyasət xarici dövlətlərin aviasiya idarələrindən öz reyislərinə xüsusi satış və bronlaşdırma hüququnu almaq ücun işlərin səmərəliliyinin artırılmasından ibarətdir.
3- Aviakompaniyanın proreyt siyasəti.
Proreyt haqqında razılaşmalar o zaman bağlanılır ki, gönderiş və təyinat məntəqələri arasında beynəlxalq marşurutda sərnişin və yüklərin daşınması bir neçə daşıyıcı tərəfindən birbaşa eyni tarif ilə aparılır. Daşımalardan alınan gəlir iki və ya daha cox dasıyıcılar arasında proporsianal olaraq iki yolla bölüşdürülür. Birinci halda daşıyıcının ümumi gəlirlərdə xüsusi çəkisi masafə və məsrəflərdən asılıdır, ikincisində xüsusi şərtlərdən və ya ayrı-ayrı aviakompaniyaların tələblərindən. Bundan əlavə razılaşmalarda bir sıra qaydalar var ki , onlar stop-over, uşaqlar üçün güzəştləri , marşurutun könüllü və məcburi dəyişməsini və s. nəzərə alır.
4- Agentlərlə iş üzre siyasət.
Onların sayının artırılması ( böyük aviakompaniyaların dünyanın müxtəlif ölkələrində 300-400 agenti olur), həmçinin onların aktivliyinin artırılması üzre idən ibarətdir.
5- Aviakompaniyalarla kommersiya əməkdaşlığı üzrə siyasət.
Kommersiya əməkdaşlığının istənilən formalarını həyata keçirərkən ilk növbədə partnyorla bərabər hüquqlu şərtlərə nail olmaq lazımdır. “Sərbəst” rəqabət şəraitində əməkdaşlıq, adətən, formal və ya məxfi sazişlər əsasında həyata kecirilir.
Sual-2
Xarici nümayəndəliklər agentlərin fəaliyyətlərinə nəzarəti təmin etməlidirlər. Agentlər hesabatları vaxtında verməli , gəlirləri aviakompaniyanın hesabına kecirməli, satış şərtləri və tariflərin istifadəsinə riayət etməlidirlər. Satış üzre agenti təyin edərkən ilk növbədə onun siyasi və kommersiya etibarlığı yoxlanılmalıdır. Bunun ücun müvafiq ölkələrdə fəaliyyət göstərən səfirliklərlə məsləhətləşmələr aparılır, ticarət nümayəndələrinin rəyi öyrənilir. Maliyyə cəhətdən daha etibarlı İATA tərəfindən rəsmən yoxlanılmış və təyin edilmiş agentlər sayılır.
Bəzi hallarda satış üzre agentin və reklam agentinin funksiyaları birləşdirilə bilər. Bu zaman reklam ancaq istehlakçıya təsir vastəsi kimi yox, həm də aviakompaniyanın nüfuz amili kimi də çıxış edir.
Dostları ilə paylaş: |