Şəhadət aşiqləri



Yüklə 9,35 Mb.
səhifə14/73
tarix26.06.2018
ölçüsü9,35 Mb.
#54930
1   ...   10   11   12   13   14   15   16   17   ...   73
Hamımız Dəcləyə doğru yola düşdük. Oradan Dəcləyə təxminən 200 metr məsafə vardı. Dəcləyə hər addım yaxınlaşdıqca ürəyimdə qəribə coşqu yaranırdı. Biz Dəclə çayına çatanda günəş səmanın ortasına yaxınlaşırdı. Dəclə sözünün kökü bizim inanclarımıza qayıdır. Dəclə və Fərat çayları İmam Hüseyni (ə) və Kərbəla susuzlarını xatırladırdı. 583

İmam Hüseyn (ə), Əli Əsğər və Qasim batalyonları bizim solumuzda vuruşurdular və ağa Mehdi tez-tez ratsiya ilə onlarla əlaqə saxlayırdı. 584

Dəclənin şərqindəki Dəclə bəndinə çatmışdıq. Mahmud Dövləti yanımda idi. Hər ikimiz diz çökdük: "Salam olsun sənə, ey Əbu Abdullah Hüseyn!" Əlimizi Dəclənin soyuq və axar suyuna salıb 1985-ci ilin 11 martının günorta namazını qılmaq üçün dəstəmaz aldıq. Dəclənin həmin tərəfində özgələr yox idi. Biz o mərhələdə Dəcləyə çatmış ilk qüvvələr idik. Hər kəsin xüsusi mənəvi halı vardı və bu hal özünü müxtəlif formalarda göstərirdi; ağlamaqla, səcdə ilə, şükür namazı ilə, sükutla, baxışla... 584

Vaxt az idi. Tez namazımızı qılmalı idik, çünki ağa Mehdinin hər an bizimlə işi ola bilərdi. Mahmudla çiyin-çiyinə dayanıb namaza başladıq. Necə şirin idi o namaz! Vacib namazlardan sonra iki rəkət müstəhəb namaz qılmaq istəyərkən ağa Mehdi bizi çağırdı: "Nə edirsiniz?!" 584

Müstəhəb namaz qılmaq istəyirik. 584

Hələlik daha vacib işimiz var, buraya gəlin. 584

Ağa Mehdi narahat idi. Çox tez öyrəndik ki, düşmən qüvvələri Dəclənin o tərəfinə yaxınlaşmışlar və səngər qurub bizim Dəclədən keçməyimizə mane olmaq istəyirlər. Ağa Mehdi istəyirdi ki, düşmən öz yerini bərkitmədən Dəclənin o tərəfinə keçək. 584

Tez gedin, bənddən qayıq gətirin. 584



Hüseyn Parçabaf hamıdan tez ayağa qalxıb dedi: "Ağa Mehdi, bu saat gedirəm". 584

Bədr əməliyyatının son günlərində şəhadətə qovuşdu. 584



Düşərgənin içində təkərinə güllə dəymiş bir IFA avtomobili vardı. Parçabaf bir qardaşla birgə onu işə saldı və oradan ilk maşınımız bəndə sarı yola düşdü. 584

Onlar gedəndən sonra ağa Mehdi mənə və Yəqub Şikariyə dedi: "İmam Hüseyn (ə) batalyonu Rutənin yanındadır, imamzadənin yaxınlığında. Humayun kəndi tərəfdən oraya gedin və onları tapıb Dəclə bəndinə gətirin". 584

Heç bir söz demədən ağa Mehdidən ayrılıb Humayun kəndinə yola düşdük. Bir qədər aralıda Yəqub dedi: "Mehdi, gəl bu səngərə girək, bəlkə özümüzə ayaqqabı tapdıq". Mənim kimi o da ayaqyalın idi. Səngər çox qaranlıq idi. Ayaqqabı axtarışına yeni başlamışdıq ki, bir səs eşitdik: "Mömin, axı mən sizə iş tapşırdım!" Ağa Mehdi idi. Çox xəcalət çəkdik. O, bizim səngərə girdiyimizi görmüşdü. Bizim bəlkə qənimət üçün səngərə girdiyimizi düşünməsindən çox qorxdum. 584

Ağa Mehdi, qənimət götürdüyümüz hərbi sənədlər səngərdə idi, onları gizlədirdik. 584

Sənədlər mühüm deyil, döyüş mühümdür. Gedin işinizin ardınca! 585

Yəqub tapdığı bir cüt qırmızı dəri ayaqqabını geyindi, mənim qismətimsə Bədrdə ayaqyalın vuruşmaq imiş. 585

Cəld İmam Hüseyn (ə) batalyonunun yerləşdiyi istiqamətə yola düşdük. Rutə çayına yaxınlaşmışdıq ki, çox təsadüf nəticəsində yerə uzanıb əməliyyatı idarə edən Rüstəmxanini gördük. İrəlidə Rutə çayı boyunca qızğın döyüş gedirdi. Kanala bənzəyən bir çalanın içində bir nəfər oturmuşdu. Diqqətlə baxanda Bəsic üzvü olduğu bilinirdi. Kanalın üstü ilə də bir Bəsic kolonu gəlirdi. Çox inanılmaz olsa da, onların biri əlindəki iki əl qumbarasını kanalın içinə atdı. Təəccübləndim; yəni bunlar bilmirlər ki, hər iki tərəf bizimkilərdir?! Yəquba dedim: "Yəqub, inan, hər iki tərəf Bəsicdir!" 585

Rüstəmxani birinci istiqamətin komandiri idi, Seyyidüş-şühəda, İmam Səccad (ə) və Əli Əkbər batalyonlarını idarə edirdi. O, bir neçə gündən sonra elə həmin əməliyyatda şəhadətə qovuşdu. 585



Hanı? Durbini mənə ver, görüm. 585

Baxıb dərhal Rüstəmxaniyə dedi: "Rüstəmxani qardaş, vuruşan hər iki tərəf Bəsicdir". Rüstəmxani bizə inandı. Ratsiya ilə əlaqə saxladı, durbinlə baxa-baxa hər iki tərəfi bir-birinə təqdim etdi və dedi ki, bir-birinizə birləşin. Atışma bir anda kəsildi. Durbindən gördüm ki, uşaqlar qalxıb bir-birinə yaxınlaşdılar və bir-birini qucaqladılar. Mən və Yəqub da Rüstəmxani ilə birgə yola düşdük. Hərəkət zamanı Rüstəmxaniyə dedim ki, bizə İmam Hüseyn (ə) batalyonunu bəndə aparmaq tapşırılıb. Tezliklə İmam Hüseyn (ə) batalyonunu ikinci xəttin ətrafında tapdıq. Əli Əsğər batalyonu da yaxında idi. Ağa Mehdinin mesajını onlara çatdırdım. Dərhal hazırlaşdılar və yola düşdük. İkinci mövqeyin arxasındakı həmin hissədə qamışla örtülmüş kiçik bir bataqlıq vardı. Ötən gecə qaçmış iraqlılar orada qalmışdılar. Sayımızın çoxluğunu görən kimi oradan çıxıb təslim oldular. Əllərini yuxarı qaldırıb bizə sarı gəldiklərini görürdüm. 585

Orada çox yubanmadan şəxsi heyəti Dəclə bəndinin yoluna çıxardıq. Ağa Mehdinin danışdığı imamzadə Humayun kəndində və Dəclənin Kisəli adlı bir hissəsinin kənarında idi. Oranı ziyarət etməməyə heyfim gəldi. İçəri daxil oldum. Dəmir pəncərələri, sarı kərpicləri, sadə və qərib görkəmi vardı. Qəbrin üstünü yaşıl parça ilə örtmüşdülər. Təkbaşına imamzadəni ziyarət etdim. Bayıra çıxmaq istəyirdim, amma divardakı böyük saatı gözüm tutmuşdu. Fikirləşdim ki, bölük üçün yaxşı saat ola bilər, amma ürəyim gəlmədi. Düşündüm ki, imamzadənindir, olmaz! Yalnız bir Kərbəla möhürü götürüb bayıra çıxdım. Gözəl ətri var idi və üzərinə belə yazılmışdı: "Əsl Kərbəla türbəti". 585

Şəxsi heyət imamzadənin yanından keçirdi. Yəqubla birgə ağa Mehdinin yanına yollandıq. Oraya çatanda öyrəndik ki, uşaqlar qayıq gətirmişlər və Dəclədən keçid başlanmışdır. Həmin müddətdə bir neçə nəfər Dəclənin şərqinə keçmişdi. Mahmud Dövləti də onların arasında idi. İşimizi ağa Mehdiyə məruzə edib üçüncü qayığa oturduq. 586

Aşura diviziyasının əməliyyat bölgəsində Dəclə çayının bir döngəsi vardı və kisəyə bənzər bir yer əmələ gətirmişdi. Biz Dəclədən keçib Kisəli adlanan həmin yaşıl və səfalı yerə girirdik. 30-40, bəzi hissələrdə isə 100 metr uzunluğunda xurmalıqlar vardı. Xurmalığın arxasında Həribə adlı bir kənd vardı, yolu həmin xurmalıqdan keçirdi. Həribə torpaqlarında əkilmiş buğdalar qışın sonlarında inkişaf edib təxminən otuz santimetrə çatmışdı; yaşıl, gözəl və ürəkaçan idi. Orada öz kəndimizi xatırladım. 586

Həribə kəndinə və onun arxasından uzanan Bəsrə-əl-İmarə magistralına baxıb düşünürdüm ki, əməliyyatdan öncə bu qədər irəliləyişi təsəvvür etmək qeyri-mümkün idi. Digər diviziyaların irəliləyişindən xəbərimiz yox idi, Aşura diviziyasının döyüşçülərinin üzü isə qələbə sevinci ilə alışıb-yanırdı. 586

Axşamüstü idi və günəş şüası o soyuqda çox gözəl təsir bağışlayırdı. Ötən gecədən heç nə yeməmişdim, aclıq taqətimi üzmüşdü. Yeməyə bir şey axtararkən gözüm Əhməd Yusifiyə sataşdı. O, İraq səngərlərinin birində ciddi məşğul idi. Yaxınlaşıb soruşdum: "Əhməd, nə olub?" 586

Buyur, xurmalı süddür. 586



İraqlılar konserv qutusunda olan xurmalı südü küncüd yağı ilə qarışdırıb yeyirdilər. Orada həm xurmalı süd vardı, həm də küncüd yağı. Əhmədin yanında oturub qarnımıza yaxşı qulluq etdik. Yeyib doyandan sonra Yusif Sarimini gördüm. Bizə dedi: "Fəthi qardaş dedi ki, uşaqlar tez İbrahim qüvvələri düşərgəsinə gəlsinlər". 586

Getdiyimiz yolu Dəcləyə qədər qayıtdıq, oradan da düşərgəyə yollandıq. Şəxsi heyətin Dəcləni keçdiyinə əmin olandan sonra ağa Mehdi İbrahim qüvvələri düşərgəsinə dönmüşdü və digər komandirlərlə növbəti planları hazırlayırdı. Binanın bayırındakı taxta stullarda oturduq. Qədim və sakit bir çayxanaya bənzəyirdi, köhnə yaşıl stulları vardı. Əbdürrəzzaq Mirab da orada oturmuşdu. Dabanına güllə dəymişdi, amma halı yaxşı idi. Bir ayağımı o birinin üstünə aşırıb dedim: "Mirab, bilirsən indi adama nə ləzzət edər?! Bir qəlyan!" 586

Bir-birimizlə zarafatlaşırdıq. Qardaş Fəthinin qərargahda bizə hansı plan cızdığından xəbərsiz idik. Orada xəbər tutduq ki, Hüseyn Məhəmmədian bizdən qabaq qərargahda imiş, ağa Mehdi və qardaş Fəthi ona və başqa bir neçə kəşfiyyatçıya tapşırıq vermişdir. Onlar Dəclənin o tərəfinə keçib Bəsrə-əl-İmarə avtobanına gedən yolu və Həribə kəndini öyrənməli, batalyonlardan birini o yola aparmalı idilər. 586

Hüseynin həyatda olduğundan arxayınlaşdım və bizə veriləcək yeni tapşırığı gözlədim. Diviziyanın nəzarət etdiyi bölgədə xüsusi döyüş getmirdi və bu baxımdan, rahat idik. Qələbə əhval-ruhiyyəmizi yüz qat artırmışdı və növbəti tapşırığı gözləyirdik. 587

Yorulmayasınız! 587



Qardaş Kərim Fəthi idi. Məni çağırıb dedi: "Siz arxaya gedib orada gözləyin. Nə vaxt çağırsaq, gələrsiz". 587

- Arxaya gedək?! Özü də indi... Yox! Biz getmirik. 587

Bu əmr mənimlə birgə Mehdi Davudiyə də aid idi. Hər ikimiz orada qalmaq istəyirdik, amma əmr başqa idi. Mehdi israr edib qaldı, mənsə qayıtmağı qəbul etdim. Münasib vəziyyətim və paltarım yox idi, gecə yaxınlaşdıqca və hava soyuduqca yenidən titrəməyə başlayırdım. Hisslərimi kənara qoyub bəndə doğru yola düşdüm. 587

Bəndin vəziyyəti dəyişmişdi. Üzən körpüləri böyük gəmi halına salmış və ağır texnikanı onların vasitəsilə Hurdan keçirib yeni mövqelərə gətirmişdilər. Kreativ fikir idi. 587

Bir neçə ekskavator ciddi məşğul idi. Bir tərəfdə yerə çoxlu meyvə şirəsi, bir tərəfdə də konserv tökülmüşdü. Bunlar bölgəyə ərzağın gətirildiyindən xəbər verirdi. Tibb məntəqəsi də açılmışdı. Maşınlar bəndin üstü ilə hərəkət edirdilər. Orada xüsusi qələbəlik vardı, amma hələ əməliyyat marşı çalınmırdı. Fikirləşdim ki, əməliyyatın qələbəsi hətta qərargahın komandirlərinə də gözlənilməz olduğundan xəbərləri xalqa çatdırmağa tələsmir və yekun nəticəni gözləyirlər. 587

Suyun kənarında bir qayıq hazır vəziyyətdə dayanmışdı. Mən də mindim. Qayıqda qanaxmadan və soyuqdan titrəyən bir neçə yaralı var idi. Altıncı yola çatan kimi onlardan ayrıldım və tapdığım ilk maşınla yola çatdım. Bir neçə dəqiqədən sonra isə kəşfiyyat bölüyünün üçüncü yoldakı qərargahında idim. 587

Orada da vəziyyət dəyişmişdi. Ordu oraya çoxlu gəmi yerləşdirmişdi. Üçüncü yol artıq Nəcəf diviziyasının mövqeyi idi və oranın uşaqları bizim oradan çıxmamız üçün bəhanə axtarırdılar. Hərdən qulağıma belə sözlər dəyirdi ki, sizin istiqamətiniz beşinci yoldur, oraya gedin. Nəcəf diviziyasının çoxlu qayıqları oraya düzülmüşdü və biz orada qərib idik. İlk işim hamama getmək və özümə bir cüt çəkmə tapmaq idi. Hamamdan sonra səngərə getdim və bir-iki gün işim yalnız ratsiya dinləmək oldu. 587

IV 587

Elə ilk saatlarda öyrəndim ki, bizim diviziyamız Dəclədən keçsə də, hələ sağ tərəfimizdəki hərbi birləşmələr Xəndək yolunda vuruşurlar. Xəndək yolu Bədr əməliyyatının mühüm hədəflərindən biri idi və mütləq ələ keçirilməli idi. O, Aşura diviziyasının şimal hissəsindən 6 km. kənarda idi. Həmin istiqamətdə güclü döyüş gedirdi. Ora ələ keçiriləndən sonra Əli ibn Əbu Talib (ə) diviziyası bölgənin ən strateji körpülərindən olan əl-Üzeyr körpülərinə doğru getməli və hər bir mümkün vasitə ilə onları dağıtmalı idi ki, düşmənin arxa ilə əlaqəsi azalsın. Biz mövcud vəziyyəti təhlil edəndə aydın şəkildə başa düşürdük ki, bu iş qeyri-mümkündür. 588

Dilimizə tərcümə olunmuş “Allahdan nur almış insan” kitabında Bədr əməliyyatının Xəndək yolu istiqamətindəki döyüşləri təsvir olunub. Zalım Səddam rejiminin hərbi qüvvələri orada daha güclü müdafiə sistemi qurduqlarına görə həmin istiqamətdə düşmən səddini yarmaq mümkün olmamış, Xorasan diviziyasının İmam Cavad (ə) batalyonunun qəhrəman komandiri Əbdülhüseyn Burunsi də orada şəhadətə qovuşmuşdu. 588



Eşitdiklərim məni narahat edirdi. Aşura diviziyasının durumunu dərk etməyə başlayırdım. Bizim sağımızdakı diviziyalar mühüm uğur qazana bilməmiş və düşmənə cinah vermişdilər. Hərbi baxımdan bizim boş bir cinahımız vardı. Solumuzda vuruşan Nəcəf diviziyası da Rutə çayının solundakı hədəflərə çatmamışdı və hələ vuruşurdu. Həzrət Rəsul diviziyası da Aşura diviziyasının ən solunda vuruşurdu. Bütün bunlar Aşura diviziyasını pis vəziyyətə salmışdı. Təxminən 9 km.2 bir ərazidə irəliləyiş olmuşdu, amma digər qüvvələr bizimlə paralel irəliləyə bilməmişdilər. 588

Ratsiyadan ayrılmırdım. Kəşfiyyat bölüyünün uşaqları hərbi məlumat baxımından elə mərhələyə çatmışdılar ki, hətta ekspert rəyi verə bilirdilər. Hamımız yekdil fikirdə idik ki, diviziyamızın mövqeyi çox ağır və təhlükəlidir, çox tez bir zamanda ya diviziyanı əvəzləməlidirlər, ya da ən azı, ön diviziya yerləşdirməlidirlər ki, digər diviziyalarla bir xətt bərpa olunsun. Digər tərəfdən, hər bir ratsiya danışığında diviziyanın mühüm fiqurlarından birinin şəhadət xəbərini eşidir və döyüşün ağırlığına dair fikrimizin düzgünlüyünə əmin olurduq. 588

İmam Səccad (ə) batalyonunun komandiri Həmid Əhədi şəhid oldu. 588

Rüstəmxani qardaş da şəhadətə qovuşdu. 588

Əjdəri ağır yaralandı və onu geriyə göndərdik. 588

İmam Hüseyn (ə) batalyonunun komandiri Əsğər Qəssab şəhid oldu. 588

Əli Təcəllayi də şəhadətə qovuşdu... 588



Sonuncu xəbər Ali-İshaqın şəhadət xəbəri idi. O, gizli şəkildə və çox israrla əməliyyata qatılmışdı və ağa Mehdinin ciddi əmrinə görə, qardaş Fəthidən ayrılmağa haqqı yox idi. Kərim Fəthi İbrahim qüvvələri düşərgəsində idi və Ali-İshaq da düşərgənin bombalandığı zaman şəhadətə qovuşmuşdu. Öz-özümə düşündüm ki, belə davam etsə, çoxlarını itirəcəyik, nə üçün diviziyanı əvəz etmirlər?! Ratsiya kənarında oturmaq məni daha da kədərləndirirdi: Bəs nə üçün bizi çağırmırlar? Yəni bizim əlimizdən heç bir iş gəlmir?! Bəlkə bizi yaddan çıxarıblar... 588

Nigaran idik və kədər bizi pərişan etmişdi. Hərdən yola gedirdik. İtki böyük idi. Hər an özümdən soruşurdum ki, irəlidə nə baş verir? Bu sualıma cavab yox idi. Yalnız ürəyim istəyirdi ki, Dəcləyə qədər uçum və uşaqların yanında olum. 589

Nəhayət, öldürücü intizar sona çatdı. Məhəmməd Məhəmmədini ratsiyaya çağırmış və ona bəzi uşaqların cəld irəli gəlmələrini əmr etmişdilər. Mənim adım da həmin siyahıda idi. 589

Dərhal yola düşdük. Bir neçə dəqiqədən sonra Hur çayını yarıb bəndə doğru irəliləyən qayıqda idik. Gördüklərim inanılmaz olsa da, həqiqət idi. Bir anda düşmənin tupolev hərbi təyyarəsi diviziyanın bütün mövqeyini alova qərq etdi. Bombardman o qədər şiddətli idi ki, bütün bölgəyə qaranlıq çökdü. Zenit raketləri də ciddi reaksiya vermədi. Qırıcı bir sərnişin təyyarəsi kimi gəlib bombalarını tökdü və rahatca qayıtdı. 589

Bizim canlı qüvvə daşıyan helikopterlərimiz də alçaqdan bölgəyə doğru hərəkət edirdi. Deyəsən, ordu birləşmələrini daşıyırdı. Təyyarələrin gurultusu, partlayışların səs-küyü, alov və tüstü qəribə səhnə yaratmışdı. Bizim qırıcılarımız alçaqdan və sürətlə səmada uçur, bombalayır və yenidən silahlanmaq üçün geri dönürdülər. Bəndə çatana qədər bu səhnələri qayıqdan görür və Dəclənin o tərəfində nə baş verdiyini təxmin edirdik. Bəndə enəndə hər tərəfimizdən başımıza atəş yağmağa başladı. Bizə doğru top mərmisi, raket və hətta dördlü zenit pulemyotu atırdılar. Hər tərəf qışqırıb-zarıyan yaralılarla dolu idi. Yaralıların çoxu ordudan olan qardaşlar idilər. Təxmin edirdim ki, helikopterlərdən enəndən sonra dərhal bombardmana məruz qalmışlar. RPG-11 silahı ilə təchiz olunmuş PC-7 təyyarələri qorxmadan bölgənin səmasında uçur və önlərinə çıxan insanı, maşını – hər şeyi vururdular. Biz belə bir şəraitdə özümüzü İbrahim qüvvələri düşərgəsinə çatdırmalı idik. Yıxıla-yıxıla qaçırdıq, amma dayanmırdıq. Ürəyim əsirdi, boğazımı tutan qəhərin heç vaxt çəkilməyəcəyini hiss edirdim. Ətrafıma baxanda ürəyimin yanğısı şiddətlənirdi; toyotalar hədəf seçilmiş və içindəki bütün heyət şəhadətə qovuşmuşdu. Onların yanmış bədənləri avtomobilin içində idi... Yolda, suda, qamışlıqda – hər yerdə qana bələşmiş əlsiz-ayaqsız şəhid cəsədləri vardı. 589

Ardıcıl partlayışlar bölgəni titrədirdi. Toz-torpaq, tüstü və barıt qoxusu hər tərəfə dolmuşdu. Raketlər o qədər yaxınlığımıza düşürdü ki, hər bir səs eşidəndə işimizin bitdiyini düşünürdük. Lakin bütün güllə və qəlpələr arasında İbrahim qüvvələrinə salamat çatdıq. Kimsə ilə danışa bilmirdim. Bilirdim ki, bu bir neçə günü burada qalmış uşaqlarla danışmaq lazımdır, amma onlara təskinlik üçün nə deyə bilərdim?! Qərargahda oyan-buyana gedirdim. Ucadan ağlamaq istəyirdim, amma ağlamaq yeri deyildi. Orada kiçik bir otaq var idi. Özümdən asılı olmadan, qapısını açdım və qucağıma bir şəhid cəsədi düşdü. 589

Aşura dostlarının kəsilmiş bədən üzvləri hər tərəfə düşmüşdü; əl, barmaq, ayaq - hər şey qana və torpağa bələşmişdi. 590

İlahi! Uşaqlar burada necə döyüşmüşlər?! Necə şəhid olmuşlar?! 590



Günəş batmaqda idi, bundan artığını görməmək üçün batırdı. Səmanın rəngi qırmızı və göy idi. Kimə çatırdımsa, uşaqları soruşurdum. 590

Yəqub Şikari haradadır? 590

Məlum deyil... Deyirlər şəhid olub. 590

- Kərim Hörməti haradadır? 590

Yaralandı, geriyə apardılar. 590

Hüseyn Məhəmmədian necə, onu görmədiniz? 590

Hüseyn də yaralanmışdı. 590

Bəs Mehdi Davudi? 590

Xəbərimiz yoxdur. Onu kimsə görməyib. 590

Bəs Bəhmən Məhbubi? 590

Dəclənin kənarında şəhid oldu. 590

Bəs Həmid Qəleyi? 590

Yaralandı. 590

Bəs Əlipərəsti? 590

Yaralandı. 590

Bəs Həmid Əlizadə? 590

Yaralandı... 590



Eşidəndə ürəyim parçalanırdı. Şəhid dostlarımızın məsum çöhrələri bir an da gözlərim önündən getmirdi. İstəyirdim ki, çox tez bizə də bir tapşırıq versinlər; xüsusən qanaxmanın qarşısını ala bilməyən yaralıların bölgədə qalıb işlədiklərini və vuruşduqlarını görəndə. Qardaş Fəthi hələ bizim tapşırığımızı bildirməmişdi. Eşitdim ki, İmam Hüseyn (ə) batalyonu oradadır. Onun çoxlu uşaqlarını tanıyır və hücumçu batalyon olduğunu bilirdim. Onlardan xəbər öyrənmək üçün o tərəfə getdim, amma gördüklərim ürəyimin dağını təzələdi: İmam Hüseyn (ə) batalyonundan yalnız on nəfər qalmışdı! Qalanı ya şəhid olmuşdu, ya da yaralanmışdı. Həmin on nəfərdən də yalnız Məhəmməd Təcəllayi ilə Məhəmməd Balapur sağlam idilər, digərləri yüngül yaralanmışdılar. 590

Bölüyə yeni dönmüşdüm ki, Kərim Fəthi Mənsur Furqanini çağırıb ona nəsə dedi. Ağa Mənsur tez bizim yanımıza qayıtdı və hamımız onunla yola düşdük. Hədəf Dəclə çayı idi. Yolda bölgəni tərk edən döyüşçüləri görürdüm. Torpaq, qan, qəm və yorğunluq üzlərini örtmüşdü. Biz isə irəliləyirdik və tapşırığımızı son nəfəsimizə qədər yerinə yetirməkdə qərarlı idik: "Özünüzü Həribəyə çatdırın və lazım olsa, ağa Mehdinin əl-ayaqlarını bağlayıb geri gətirin". 590

Aşura diviziyasının çayın üzərində saldığı böyük körpü top və raket zərbələrindən uçmaqda idi. Dəclənin qərbində və Kisəlinin içində vəziyyət qat-qat ağır, vuruşma və atəş dəfələrlə güclü idi. Hiss edirdik ki, düşmən hər tərəfdədir, soldan, sağdan, yerdən və göydən atəş yağdırır. Dəclənin kənarında diviziyamızın komandir müavini Mustafa Mövləvini gördük. Çox narahat idi. Bizi görən kimi ağa Mənsuru çağırıb nəsə dedi. Ağa Mənsur qayıdanda başıaşağı gəlirdi. Bizə dedi: "Qayıdırıq! Daha getmək lazım deyil". 591

Beynimdə yüzlərlə sual vardı, amma soruşmaq istəmirdim. Əvvəldən qaçdığım cavabı eşitməkdən qorxurdum; estakadadan yola düşdüyümüz ilk anlarda ağa Mehdini görəndə beynimdə fırlanan və inanmağa cəsarət etmədiyim cavab. Qərargaha necə çatdığımı bilmədim. Mənsur Furqani birbaş Kərim Fəthinin yanına getdi. Bu dəfə o, qardaş Fəthiyə yavaş-yavaş nələrsə deyirdi. Gözüm Kərim Fəthinin üzündə idi. Ağa Mənsurun ağzından çıxan hər bir sözdən sonra gül kimi solurdu. Üzü daha narahat ifadə alır və bütün vücudundan qəm-kədər yağırdı. Yorğun və dərdli səslə dedi: "Qayıdın!" 591

Qayıdanda hava yavaş-yavaş qaralırdı. 1985-ci ilin 16 martı necə də ağır keçdi! İşıqlı güllələri və partlayış şölələrini aydın görə bilirdik. Düşmənin əsas hücumu sağ cinahdan başlamışdı. Aşura diviziyası orada yerləşmiş yeganə hərbi birləşmə idi. Deyilənə görə, orada ordudan və digər birləşmələrdən də bəzi döyüşçülər vardı. O kiçik bölgədə elə ağır döyüş gedirdi ki, sanki alovdan və qaynar qurğuşundan divar çəkmişdilər. Qayıdanda solumuzda Xəndək yolu görünürdü. Yerlə göyü bir-birinə tikən işıqlı güllələrin aramsız axını görünürdü. Özünü qurban vermək zamanı gəlmişdi. Əlimizdən gələni edirdik. Düşündük ki, o anlarda ən mühüm iş canlı qüvvəni bəndə doğru yönəltməkdir. Bir-birimizdən ayrıldıq və hərə bir tərəfə getdi. 591

Yaralıları bəndə çatdırır, qayıqlara bələdçilik edirdik. Sağ qalmış canlı qüvvəni o cəhənnəmdən çox tez çıxarmağa çalışırdıq. Bölgədə təxminən tənzimləyici rolunu oynayırdım. Hələ məsələdən xəbəri olmayan ağır texnikanı birtəhər başa salırdım ki, özlərini dördüncü yola çatdırsınlar və Fəth məktəbinin yanındakı körpüdən geri çəkilsinlər. 591

Maşınları yönəltdiyim körpü əməliyyatdan dərhal sonra dördüncü yolla İraq bəndinin arasında, məktəbin yanında salınmışdı. Mənsur Furqani və Əsğər Abbasquluzadə ilə qaçırdıq. Bacardığımız hər adamı və hər şeyi geriyə yönəldir, o qısa fürsətdə və güclü atəş altında apara bilmədiklərimizi partladırdıq ki, düşmənin əlinə sağlam keçməsin. Bir neçə topu partladandan sonra cəld dördüncü yoldakı Fəth məktəbinə sarı getdik. Oradakı müxtəlif maşınların sıxlığı yolu bağlamışdı. Qəribəsi bu idi ki, heç biri tərpənmirdi. İrəliyə qaçdım. Körpünün yanında iki gözətçi dayanmışdı. 591

Qardaş, nə üçün qoymursunuz bunlar getsin? 592



- O tərəfin növbəsidir. İndi o tərəfdən maşınlar gəlməlidir, sonra bu tərəfə növbə çatacaq. 592

Özümü güclə saxladım. Biz bu tərəfi boşaltdığımız halda onlar o tərəfdən gələn maşınlara yol açırdılar. 592

- Hələlik o tərəfi yaddan çıxar. İş-işdən keçib. Birtəhər o tərəflə əlaqə saxla, de ki, hərəkəti dayandırsınlar. İndi isə yolu açın, bu maşınlar tez keçsin. Vaxt bitir, tələsin! 592

Mehriban Allahın lütfündən sözlərimiz təsir etdi və bir neçə saniyə ərzində maşınların hərəkəti başlandı. Təxminən bütün bölgə bizimkilərdən təmizləndi. Düşmən gəlsəydi, qarşısına çıxacaq bir qüvvə yox idi, amma yenə yaxınlaşmırdılar; ya ehtiyat edirdilər, ya da hərbi taktikaları belə idi və yalnız bölgəni atəşə tutmaq istəyirdilər. Bu baxımdan, orada qalmış yaralıları çıxarmağa imkan vardı. Ciddi məşğul idim və orada bir neçə kəşfiyyatçıdan başqa bir kəsin qalmadığına fikir vermirdim. Özümüzün də qayıtmaq vaxtımız çatmışdı. 592

Nə qədər axtardıqsa, bəndin üstündə qayıq tapmadıq. Məcbur olub atəş altında olan həmin yolu yenidən Fəth məktəbinə qədər güllə və qəlpələrin arası ilə qaçdıq. Körpünün üstündən keçmək dəlilik idi, çünki düşmənin aramsız raketlərinin hədəfinə çevrilmişdi. Lakin başqa yolumuz yox idi. Körpünün üstü ilə qaçmağa başladıq. Bəzən raket yanımızda suya düşürdü və bizə “Hur əl-Hüveyzə” çayının suyu qismət olurdu, bizi başdan ayağa yuyurdu, bəzən də arxamızda körpü yarılırdı. 592

Alovu İbrahimə gülüstan edən və qüdrətinə inandığımız Allah ən kiçik yara almadan bizi körpüdən keçirdi. Artıq bölgədə şəhidlərin qanlı cəsədlərindən başqa heç kim qalmamışdı. 592

Özümü üçüncü yoldakı kəşfiyyat qərargahına çatdırdım. Uşaqların vəziyyətini yoxlamaq imkanı yaranmışdı. Bizdə diviziyanın digər döyüşçülərinin bilmədiyi bir xəbər vardı. Bu xəbər ürəyimizi parçalamışdı. Yalnız ağlamaqla təsəlli tapa bilərdik, amma yox, ağlamaq və əzadarlıq da az idi. Qardaş Fəthi o qədər ağlamışdı ki, bir günün içində bir neçə il qədər qocalmış və arıqlamışdı. Həzrət Zeynəbin bir gecənin içində nə üçün və necə qocaldığını, qamətinin büküldüyünü o gecə anlamağa başlayırdım... 592


Yüklə 9,35 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin