Şəhadət aşiqləri



Yüklə 9,35 Mb.
səhifə3/73
tarix26.06.2018
ölçüsü9,35 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   73
Səma get-gedə işıqlanır və günəşin hərarəti bədənimizi isidirdi. Arxadan bir səs eşitdim. Düşmən kolonu idi. Onların arasından iki nəfər ayrılıb bizə yaxınlaşdı. Biri o birinə deyirdi: «Gəl! Gəl!» Yenidən Mahmudun səsi gəldi: «Vay! Aman Allah!» 481

Daha dözə bilmədim. Müqavimətsiz əsir düşmək və ya şəhid olmaq istəmirdim. Elə çətinliklə gəldiyim üçün belə asanlıqla gedə bilməzdim. 481

Əlim uşaqların birinin silahının lüləsinə dəydi. Daha snayperi düşünmədim. Yarıqalxmış vəziyyətdə avtomatla onları nişan aldım və atəş açıb hər ikisini yerə sərdim. Düşmən kolonu dərhal atəş açmağa başladı. Onların sayı altmışdan çox idi, biz isə yalnız altı nəfər idik; beş yaralı, bir sağlam və yalnız bir daraq patron. 481

Güllələr ətrafımızı şumladı. Qan və toz-torpaq yaralarımızı yandırırdı, amma ağzımızı açmırdıq. Güllə yağışından iki dəqiqə sonra birdən-birə atışma bir neçə dəfə artdı. İraqlılar qeybdən gələn güllələrlə yerə sərildilər. Xilaskarlar bizə yaxınlaşanda Şəhid Qazi batalyonunun komandiri Davud Noşadı gördüm. O, partizan hərəkəti ilə sahəyə girib bir saatdan artıq bizi atəş altında saxlamış səngəri susdurdu. Davud Noşad bir neçə nəfərlə birgə bizi minalanmış sahədən çıxardı. Həmin dəqiqələrdə aramızda yeganə sağlam adam olan Rəhman Müslihi dörd barmağından yara aldı. 482

Təcili yardım işçiləri istehkam formasında bir-birinə bitişmiş qum təpələrinin arxasında yaralarımızı bağladılar. Bir saatdan sonra düşməndən götürülmüş bir maşınla Zəlican dərəsinə gedirdik. O, Riqabiyyədən qayıdandan sonra gördüyümüz və uşaqlarla birgə kompot və digər qida məhsullarına hücum etdiyimiz təcili yardım maşını idi. 482

Maşında ağır yaralılar da vardı. Yolun kənarında üzərinə «Həqiqətən, Biz sənə aşkar bir zəfər bəxş etdik» ayəsi yazılmış çoxlu plakatlar gördüm. 482

Fəth, 1 482



Məni səhra hospitalına köçürdülər. Hospitalda yaralarımı yenidən yuyub bağladılar və dedilər ki, sizi Əhvaza göndərəcəyik. Gecəni orada birtəhər başa vurdum, amma səhər çağı bir kələklə qaçıb başı və ayağı sarıqlı halda özümü Zəlican dərəsinə, oradan da əməliyyat zonasına çatdırdım. Şəhid Qazi və Şəhid Mədəni batalyonları düşmənin ehtiyat mövqeyində yerləşmişdilər. 482

İki gün ərzində qələbəni dadmaq bizi çox sevindirmişdi. Ehtiyat qüvvələrinin işi yaxşı həll olunmuşdu. Düşmən qüvvələri yüznəfərlik və daha böyük qruplarda təslim olurdular. Mənimlə həmyaşıd uşaqların bir İraq bölüyünü əsir tutub geriyə apardıqlarını görəndə yerimdə qərar tuta bilmirdim. Düşmənin ehtiyat mövqeyində səngərlər kanal boyu bir-birinə bitişmişdi. Hər səngərin girişində Z şəkilli kiçik bir kanal açılmışdı. Üstübağlı səngərləri də yerin altında düzəltmişdilər, tavan təxminən yerlə bərabər idi. Səngərlərin içində divar tərəflərin torpağını çarpayı formasında saxlamış, ortanı isə çökək etmişdilər. Hər bir səngərdə çökəyin üstündə hava çəkən yer vardı. 482

Qaçan düşmənlə döyüş hələ davam edirdi. Əli Təcəllayi uşaqların bir qismini toplayıb bizdən təxminən 2 kilometr uzaqlaşmış pərakəndə düşmən qüvvələrinə doğru getdi. Orada ağır döyüş baş verdi, Təcəllayi ayağından yaralandı, amma döyüşçülərinin bölgədən çıxdığı son günə qədər orada qaldı. 482

Batalyon uşaqlarının yanında olduğum bir neçə gündə o qədər gümrah idim ki, yaralarımı unutmuşdum. Dizimin sarığını açmışdım, yalnız başımın yüngül yaralarını ağ sarıq örtmüşdü. Həmin günlərdə bir neçə dəfə döyüş yerində qalmış yaralı və şəhidləri axtarmağa getdik, tanıdığımız dostlarımızın şəhadət xəbəri bizi bu yolu davam etdirməyə ruhlandırırdı: qatarda müəllimimiz olmuş, Doğruların dastanı kitabından bizə əhvalatlar danışmış 24 yaşlı gənc Yadullah Muradi, Zəlicanda çadırın yanındakı mağaraya bənzər bir yerdə oturub vəsiyyətnaməsini yazan və bizim gizlicə şəklini çəkdiyimiz Məhəmməd Zarei, qədim dostum, Müqavimət mərkəzindən yoldaşım və belə qısa müddətdə bu qədər inkişaf edəcəyinə inanmadığım Hüseyn Lətifi, şeirləri ilə bizi səbirsizləndirən və bunun şəhadət məqamına nail olmaq üçün son addımları olduğunu bilmədiyimiz Məhəmməd Səburi... 483

Təbrizə qayıdanda Hüseyn Lətifinin başına güllə dəydiyini eşitdim. O, beyninin zədələndiyinə görə təxminən bir ay huşsuz vəziyyətdə qaldı. Allahın istəyi bu imiş ki, yaşasın və digər müharibə əlillərilə birgə müqəddəs müdafiənin canlı şəhidlərindən olsun. 483



I 484

Qatarla Təbrizə çatanda dəmiryol vağzalı şən və kədərli gözlərlə, gül budaqları, üzərlik və gülab ətri ilə dolmuşdu. Hamıdan qabaq xalamı gördüm. İzdiham döyüşçüləri dövrəyə almışdı. Gözüm hələ də Əli Təcəllayini axtarırdı. Bütün döyüşçülər Rəhmət vadisi məzarlığına gedən avtobuslara minirdilər. Getmək istəyirdim, amma hələ çatmamış qaçmağa ürəyim gəlmədi. Qərara gəlmişdim ki, evdə olduğum müddətdə yaxşı və dərsoxuyan uşaq olum ki, növbəti dəfə cəbhəyə getmək üçün problem yaşamayım. 484

Ertəsi gün məktəbə getdim. Döyüşçü şagirdlərə təşəkkür mərasimi keçirilirdi. Uşaqlar həyətə toplaşmışdılar. Müəllimlərin ikisi danışandan sonra söz mənə verildi. Mikrofona yaxınlaşıb bir neçə kəlmə danışdım. Məhəmmədbaqir Xanməhəmmədi də mənim kimi Fəthülmübin əməliyyatında yaralanmışdı. O, yazılarının birini oxudu. Sonda Razi orta məktəbinin qonağı, Sepahın qəbul müdiri Məhəmmədrza Basir yaxşı çıxış etdi. Özü əməl adamı olduğuna görə sözləri könül oxşayırdı. Eşitmişdim ki, o, hər gün bir neçə şəhid ailəsinə baş çəkib problemlərini həll edir. Mərasimin sonunda televiziya kamerası önündə boynumuza çələng saldılar. Ondan sonra məktəbin döyüşçüləri bütün uşaqlar tərəfindən daha da sevildilər. 484

İki müəllimimiz bizə daha çox hörmət edirdi. Məktəbin döyüşçü uşaqları bilirdilər ki, onlarla görüşəndə mütləq cəbhədən bir xatirə danışmalıdırlar. Onlar hər bir cümləni elə həvəslə dinləyirdilər ki, bu əhval-ruhiyyə ilə cəbhədən necə ayrı qaldıqlarına təəccüblənirdim. Ağa Səməd Bəxtşükuhi və ağa Mənuçöhr Simsari bizə çox şey öyrətmişdilər. Bizim onlarla münasibətimiz müəllim-şagird münasibətindən üstün idi. Mərasimdən bir-iki gün sonra uşaqların biri mənə yaxınlaşıb ağa Simsarinin mənimlə işi olduğunu söylədi. Sinfinə getdim. Məni görən kimi dedi: «Texnologiya imtahanına hazırsan?» 484

Mən cəbhədə olanda sinif yoldaşlarım imtahan vermişdilər. Cəbhə ilə yanaşı təhsilimi də davam etdirmək istədiyimə görə orada oturub yazdım. Müəllimi sevdiyimə görə dərsini də yaxşı oxumuşdum. Elə orada yazımı yoxlayıb 20 verdi. Ağa Simsari üzünü imtahandan kəsilmiş bir uşağa tutub dedi: «Buna bax, bir neçə ay top-tüfəngin içində olub, bu da qiyməti, sən isə...» Bir neçə gündən sonra yenə məni çağırdı: «Rzayi, müdiriyyətə bir adam gəlib, səninlə işi var». 484

Adamı görənə qədər beynimə min cür fikir gəldi, görəndə isə çox təəccübləndim. İbtidai məktəbdə müəllimim olmuş ağa Zülfi idi. O, 3-5-ci siniflərdə bizim müəllimimiz olmuşdu və indi bir orta məktəbdə riyaziyyat dərsi deyirdi. Fəthülmübin əməliyyatında cəbhədə olduğumu eşidib məni şagirdlərinə söhbət etmək üçün aparmağa gəlmişdi. Ona minnətdarlığımı bildirib təklifini qəbul etdim. Altıncı sinif uşaqları mənim sözlərimə elə qulaq asırdılar ki, sanki bir müharibə filmi izləyirdilər. 484

Bu iki hadisədən sonra döyüşçülüyün ağır məsuliyyət olduğunu dərk etdim. 485

Aprelin ortaları idi. Yaralarım sağalmışdı, amma ürəyim qərarsız idi. Cəbhənin fikri beynimdən çıxmırdı, amma bilirdim ki, ailəmin qəbul etməsi imkansızdır. Hələ gəlişimdən iyirmi gün ötməmişdi. 485

Təcəllayinin cəbhəyə ezam müdiri olduğunu eşidəndə sevincim yüz qat artdı. Hafiz xiyabanında yerləşən Cəbhəyə Ezam Mərkəzinə toplaşdıq. İlk dəfə olduğu kimi, yenə də Məhəmmədlə birgə gəlmişdik. Avtobusa mindik. Hələ həyəcanlı idim, amma öz-özümə deyirdim ki, bu həyəcan avtobusla bağlı acı xatirəmə görədir, qatara çatanda hər şey bitəcək. Lakin həyəcanım qatarda da davam etdi. Bu dəfə döyüşçülərin sayı olduqca çox idi. Qatar fit çalanda kupenin qapısı açıldı və qardaşım Abdullah qapıda göründü. 485

Salam verib digər sözlərimi demək istəyirdim, o isə imkan verməyib hirslə dedi: «Əleykə salam. Hara gedirsən, Mehdi?! Yazıq anam infarkt keçirib, sənsə belə bixəbər gedirsən?!» 485

Ürəyim üzüldü. Bütün həyəcanlarım bundan ötrü imiş. Fikirləşdim ki, qayıtsam və anam məni görsə, yaxşılaşar. Bəlkə də layiq olmadığıma görə Beytülmüqəddəs əməliyyatına çatmadım. Çiynimdə çanta qatardan endim. Qatar getdi, biz də tələsik evə yollandıq. Yolda nə mən bir şey soruşdum, nə də qardaşım bir söz dedi. Qapını açıb həyəcanla soruşdum: «Hanı? Anam haradadır?» 485

Xalagildədir, axşamüstü gələcək. 485



Divarın yanında dizi üstə oturub utanmadan ağlamağa başladım. Fikirləşirdim ki, Allah bilir, indi qatar haraya çatıb. 485

II 485

Ramazan ayı idi. Məhəllə uşaqları futbol yarışı keçirirdilər, biz də tamaşaçı idik. Məhəmməd Məhəmmədpur yanımda oturmuşdu. 485

Oyun get-gedə qızışmış, tamaşaçıların sayı artmışdı. Cavad Fərzamianın velosipedlə bizə doğru gəldiyini görəndə onun da tamaşaya tələsdiyini düşündüm, lakin çatanda ağladığını gördüm. 485

Nə olub, Cavad? Niyə ağlayırsan? 485



Cavad Beytülmüqəddəs əməliyyatının ilk günlərində boynundan yaralanmışdı və şəhərdə müalicə alırdı. Beytülmüqəddəs əməliyyatından sonrakı cəbhə ezamında da yarasına görə gedə bilməmişdi. Amma onu heç vaxt belə görməmişdim. Özünü ələ ala bilmirdi. Məhəmmədlə onun sağ-soluna keçib məscidə apardıq. Hələ ağlayırdı. 485

Bəs nə üçün bu qədər narahatsan? Bir söz de. 486

Şəhid oldular... Mənuçöhr Simsari və Səməd Bəxtşükuhi Ramazan əməliyyatında şəhid oldular. 486

Bu söz ürəyimin ortasına qədər gedib yandırdı. Özümdən asılı olmadan, mən də ağlamağa başladım. Daha nə üçün ağladığımızı soruşan yox idi. Onları tanıyan hər kəs nə baş verdiyini bilirdi. Bizdən xatirə danışmağımızı istədikləri günlər yadıma düşdü. Beytülmüqəddəsdən sonra onlar cəbhəyə gedəndə bir-birimizə deyirdik: «İndi onların növbəsidir, gedib bizə xatirə gətirsinlər”. İndi isə özləri, bütün söz və əməlləri bizə xatirə olmuşdu... 486

Ertəsi gün məktəbə getdim. İyunun ortaları olsa da, hələ get-gəl çox idi. Məktəbin İslam birliyinin sədri idim, işçi və müəllimlərlə yaxşı münasibətim vardı. Bəzən müəllimlər otağında da otururdum. Həmin gün də müəllimlər otağına getdim. Mənuçöhr və Səmədin adətən, oturduqları yerə yaxınlaşdım və daha bayıra çıxa bilmədim. 486

Rzayi, nə olub? Nə üçün qara geyinmisən? 486

Heç, uşaqların biri şəhid olub. 486

Xəbəri necə verəcəyimi bilmirdim, amma məktəbin o işçisi də Bəxtşükuhi ilə bir məhəllədən idi. Məndən əl çəkmədi. Sanki ürəyinə nəsə dammışdı. Kövrək səslə dedi: «Özüm bəzi şeylər bilirəm, sən niyə heç nə demirsən?» Bütün müəllimlərin üzü mənə çevrilmişdi. Bilmirəm necə dedimsə, hamı ağlayıb başlarına vurdular. Daha orada qala bilmədim. 486

Məktəb yasa batdı və hamı onların pak cənazələrini qarşılamağa hazırlaşdı. Bir neçə gündən sonra isə iki xəbər gəldi: biri Təbrizin Şəhid evindən, biri isə İmam Xomeyni xəstəxanasından; Şəhid Səməd Bəxtşükuhinin cənazəsi evinə gəlmişdi, Mənuçöhr Simsarinin cəsədi isə itkin düşmüşdü. 486

Səməd başı ilə bədəninin bir hissəsini aparan tank mərmisi ilə şəhid olmuşdu. İmam xəstəxanasında Məhəmmədbaqir Xanməhəmmədi başındakı güllə yarasından yatırdı. İyirmi gün yalnız süni tənəffüslə nəfəs aldı. Atasını görürdüm, çox əziyyət çəkirdi. Ona deyə bilmirdim ki, Məhəmmədbaqir getməzdən öncə vəsiyyətnaməsini mənə verib. Hərdən xəstəxanaya, hərdən də şəhidlərin yas məclislərinə gedirdim. Məclislər şəhidlərin özlərinin istəyinə əsasən, sadə keçirilirdi. İyirminci gün Məhəmmədbaqir də şəhidlərə qovuşdu və mən vəsiyyətnaməsini ailəsinə verdim. 486

Artıq şəhərdə bir gün də qala bilməzdim. Səhər Məhəmməd Məhəmmədpurun yanına getdim, günorta da anama dedim ki, hamama getmək istəyirəm. O da hamam paltarlarımı çantaya qoyub mənə verdi. 487

Allaha əmanət! Tez qayıt! 487



Yarım saatdan sonra isə Cəbhəyə Ezam Mərkəzində idim. Oradan Təbrizin dəmiryol vağzalına, sonra isə Tehrana yola düşdüm. Danışdıq ki, Məhəmməd axşamüstü bizə gedib hamamdan sonra cəbhəyə yollandığımı anama desin. 487

III 487

1982-ci ilin avqustu idi. Ramazan əməliyyatının şəhidlərinin qəm-qüssəsi hələ də ürəyimi yandırırdı. Cəbhəyə ezam üçün Təbrizdən təkbaşına müraciət etdim və 10-20 miyanəli könüllü ilə yola düşdüm. 487

Əhvaza çatanda Gülüstan məktəbinə getdik. Beytülmüqəddəs əməliyyatından sonra Aşura briqadasının qərargahı Gülüstan məktəbinə köçmüşdü. Oradan dərhal Xürrəmşəhrin yaxınlığında yerləşən Hüseyniyyə stansiyası adlı yerə, briqadanın düşərgəsinə getdik. Düşərgədə bizi Əl-Mehdi batalyonuna verdilər. O batalyonda hər şəhər və rayondan adam vardı: Xoy, Miyanə, Səlmas, Təbriz, Marağa... Buna görə də, çoxmillətli batalyon adı ilə məşhurlaşdı. 487

Batalyonun komandiri Bəni-Həsən, bölüyün başçısı isə Məhəmmədhəsən Söhrabi idi. Döyüşçülərin çoxu azyaşlı idilər. Mən doqquzuncu sinfi bitirdiyimə görə onların arasında savadlı sayılırdım. Hər halda, püşkatmada ratsiya mənə düşdü. Qardaş Səfər Həbəşi Əl-Mehdi batalyonunun komandiri, Bayraməli Verməzyari də bizim bölük komandirimiz oldu. Fərhəng Ətrəhi birinci taqımın, Şikarlı ikinci taqımın, Heydər Mehdixani də üçüncü taqımın komandiri oldu. Əl-Mehdi batalyonunun birinci bölüyü bu şəkildə təlimlərə başladı. 487

Kəşfiyyat bölüyündə xidmət edərkən Kərbəla-5 əməliyyatında şəhadətə qovuşdu. İtkin düşmüş cəsədi müharibə bitəndən bir neçə il sonra axtarış zamanı Şələmçədən tapıldı və Rəhmət vadisi məzarlığında torpağa tapşırıldı. 487

Səlmasın igid döyüşçülərindən və əməliyyat istiqamətinin komandiri idi, Vəlfəcr-1 əməliyyatında şəhid oldu. 487

Əli Əkbər batalyonunun komandiri idi və Xeybər əməliyyatında şəhadətə qovuşdu. Pak cəsədi 1995-ci ildə tapıldı və Səlmasın Şəhidlər gülzarı məzarlığında qardaşı Abdullahın yanında dəfn olundu. 487



*** 487

Üskü çörəyi, bir neçə hamam, təchizat bölüyünün maşını və Xürrəmşəhrə bir neçə saatlıq məzuniyyətlər göstərirdi ki, Fəthülmübin əməliyyatına nisbətən bu dəfə batalyona daha yaxşı imkanlar yaradılıb. Təbii ki, biz də bu imkanlardan maksimum istifadə edirdik. Məsələn, şəhər hamamlarına xoşumuz gəldiyinə görə saatlıq məzuniyyət alıb batalyonun avtomobili ilə şəhərə gedib-qayıdırdıq. 487

Səhraya və cənuba uyğun əməliyyat təlimləri keçirilir, istehkama hücum, ələkeçirmə və təmizləmə işləri öyrədilirdi. Təlimi Ramazan Fəthi keçirdi. Kvadrat bir sahədə hər biri bir bölüyə məxsus çadırlarda təxminən iki həftə qaldıq. Hərdən ilk cəbhə günlərini xatırlayırdım. Dostlarım və hamıdan tez şəhadətə tələsmiş Məhəmmədbaqir yadıma düşürdü. Mənuçöhrlə Səmədi tez-tez yuxuda görür və hər dəfə narahat olurdum. Yay idi və cənubda hava olduqca isti keçirdi. Əməliyyata çox tələsirdim. 488

Bir axşam bizə silah, fişəng və digər sursatlar verildi. Maşınlara minib naməlum istiqamətə yola düşdük. Uşaqlar zarafatlaşır, mənsə bu yerdəyişməyə çox sevinirdim. Bir neçə saatdan sonra maşından enən kimi sərin dağ havasını hiss etdim. Tezliklə öyrəndik ki, İslamabaddan keçmiş və Sərpol Zəhabın yaxınlığında Sumara gedən bir yola girmişik. 488

Sumar çayını arxada qoyandan sonra Aşura briqadasının düşərgəsində yerləşdik. Ora geniş dərə idi, düşmən bombardmanlarından qorunmaq və briqadaya təlim keçmək üçün seçilmişdi. Qarşımızda Sumar çayı, arxamızda da dərəni iki yerə bölən təpə dayanırdı. Çadır və səngərlərin yerlərindən bilinirdi ki, bütün şəxsi heyəti dərənin içində yerləşdirməyə çalışmışlar. Dərənin sol tərəfində Əl-Mehdi və Şəhid Səduqi batalyonları, arxa tərəfdə də Şəhid Mədəni və Şəhid Qazi batalyonları yerləşmişdilər. Tədricən orada Şəhid Behişti batalyonu da yaradıldı. 488

İraq təyyarələri elə ilk günlərdə "xoşgəldin" deməyə gəldilər. Düşərgə və ətrafı on dəfədən artıq bombalandı. Dərənin çökəkliyi isə uşaqlara sığınacaq vermişdi və tələfat çox az oldu. 488

Bombardman şəhidlərindən biri Şəhid Səduqi batalyonunun təchizat bölüyündə xidmət edən Becani idi. Onun maşının içində, çalışdığı yerdə şəhid olması mənə çox pis təsir etdi. Onun oğlu mənim sinif yoldaşım idi. Onunla məhəllədə və Şərbətzadə məscidində çox günlərimiz olmuşdu, dəfələrlə birgə keşik çəkmişdik, indi isə cəbhəyə ilk gəlişində şəhadətə qovuşmuşdu. 488

Yeni düşərgədə keçdiyimiz təlimlər dağ təlimləri idi: yüksəkliyə hücum, yüksəkdən dövrə vurmaq, hərbi hissəyə hücum etmək, təmizləmək və s. Gündüzün əksər saatlarını və bəzən gecələr də təlim keçirdik. Bütün namazlar camaat namazı şəklində qılınırdı. Qarşıda döyüşün olacağını bilərək dərənin içində dua oxumağın başqa ləzzəti vardı. Bəzən bütün bölük bir yerdə, bəzən də hər taqım ayrı-ayrılıqda çadır və səngərlərdə dua oxuyurdular. Bölükdə xüsusi bir məddahımız yox idi. Bir dəfə taqım komandirimiz Şikarlı ilə mən Təvəssül duası oxumaq qərarına gəldik. İlk dəfəm idi, bir neçə səhvim də oldu, amma uşaqların mənəvi halı hər şeyi düzəldirdi. 488

Artıq dərəyə adət etmişdik və hərdən Sumar çayına gedirdik. Səid Çərtab orada mənə üzməyi öyrətdi. Çayın suyu çox yerdə o qədər dayaz idi ki, avtomobil də keçə bilirdi. Bir neçə gündən sonra məni və digər bir qrup döyüşçünü ayırıb Baxtəranda bir məktəbə apardılar. Orada Əli Qüdsi adlı bir qardaş bizə ratsiyadan istifadəni öyrətdi. Qayıdandan sonra bizə bir ratsiya verdilər və mən bir kalaşnikov avtomatı da götürdüm. 489

O, bir neçə həftədən sonra Müslim ibn Əqil əməliyyatında şəhid oldu. 489



Təxminən iki ay yarım dərədə qaldıq, və artıq təlimlər bitmişdi. O müddətdə heç kim məzuniyyətə getməmişdi və yavaş-yavaş səbirsizlik yaranırdı. Bir dəfə diviziya komandirinin çıxış edəcəyini xəbər verdilər. Mühüm bir məsələ baş verdiyini təxmin etdik. Həsən Baqirini görəndə isə təəccübləndik. Dostlarla gülüb deyirdik: «Bax, bu uşaq bizə danışmağa gəlib!» 489

Həsən Baqiri” ləqəbli Qulamhüseyn Əfşurdini o günə qədər görməmişdik. O, müharibənin ilk illərində Sepahın həqiqətən, mütəfəkkir beyni idi və bir müddət Sepah komandanının müavini olmuşdu. O, 1982-ci ildə Vəlfəcr-hazırlıq əməliyyatının bölgəsində kəşfiyyat zamanı şəhadətə qovuşdu. 489



Üzündə saqqalı yox idi, yaşı çox az görünürdü. Onun Nəsr diviziyasının komandiri olduğuna inana bilmirdik. Bir neçə gündən sonra da ilk dəfə Mehdi Bakirinin çıxışını dinlədik. O, həmin günlərdə Sepahın rəhbərliyi tərəfindən Aşura briqadasına komandir təyin olunmuşdu. Uşaqlar Əli Təcəllayinin komandir olmadığına görə narahat idilər. Hələ heç kim ağa Mehdi Bakirini tanımırdı. O, çıxışının əvvəlində bəzi Quran ayələrini oxudu, səlis tərcümə və təfsir etdi. Quranla ünsiyyətdə olduğu asanlıqla hiss olunurdu. O, erkən İslam çağının döyüşlərindən və müsəlmanların cihad vəzifəsindən danışdı. Ağa Mehdinin sadəliyi və sərbəstliyi hamını valeh etmişdi. 489

Bir neçə gün ərzində batalyonların sayı artdı. Yeni gələnlərdən Hürr batalyonunu qurdular və bölüklərə bir neçə güclü döyüşçü qatdılar. Saleh Allahyari və Qulaməli Şücai də azad bir döyüşçü kimi bizim bölüyümüzə gəldilər. 489

Vəlfəcr-4 əməliyyatında Hürr batalyonunun komandiri ikən şəhadətə qovuşdu. 489



1982-ci ilin payızının ilk günlərini arxada qoyduqdan sonra hazırlıq əmri verildi: «Komandirin icazəsi olmadan heç kim heç yerə getməsin». 489

Günortadan sonra bütün batalyon bir səngərə toplaşdı və Səfər Həbəşi əməliyyat planını izah etdi. Daşın üzərinə bir xəritə yapışdırmışdılar. Xəritədə Salman, 402, San-vapa yüksəklikləri və İraqın Məndəli şəhəri görünürdü. Bizim batalyonumuz Çəm-hindi boğazından keçib müdafiə mövqeyi seçməli, düşmənin oradan keçib bizim canlı qüvvəni mühasirəyə almasına və qayçılamasına mane olmalı idik. Çətin tapşırıq idi. Biz ən öndə gedəcək Şəhid Mədəni və Şəhid Səduqi batalyonları ilə hərəkət etməli idik. Onlar Salman yüksəkliyini tutmalı və biz oradan başlayan düzənliyə keçib müdafiə xətti qurmalı və növbəti əmri gözləməli idik. 489

Bir saatdan sonra batalyon komandirliyindən məni çağırdılar. Orada bir neçə nəfər də vardı. Biz əməliyyat zonasının yaxınlığında bir vaxtlar qazıntı şirkəti olmuş yerə təchizat və ərzaq aparmalı, batalyonun iki gün qalması üçün orada münasib bir yer tapmalı idik. Bundan ötrü hər bölükdən iki nəfər çağırmışdılar. Dərhal toyotanın arxasına yetərincə meyvə şirəsi, çörək və digər qida məhsulları yükləyib yola düşdük. Qazıntı şirkəti kələ-kötür bir dərədə idi və hələ də bəzi qazıntı alətləri orada qalmışdı. Batalyonun yerləşməsi üçün nisbətən təhlükəsiz bir yer seçdik və gecə əl-Mehdi batalyonunun komandir müavini Əvəz Aşuri ilə birgə orada qaldıq. 490

Vəlfəcr-1 əməliyyatında şəhadət şərbətini içdi. 490



Ertəsi gün günortadan sonra batalyon gəldi və qazıntı şirkəti canlandı. Uşaqlar yerləşənə qədər günəş batdı və Yəhya əmi həmişəki kimi azana başladı. O, Bəsic üzvü olan bir qoca idi. Həmişə azan verməsi onun spesifik xüsusiyyəti idi. Hətta gecə təlimində, istirahət zamanı, sübh çağı – namaz vaxtı olan kimi səsini eşidirdik. Namazdan və şam yeməyindən sonra istirahət etmək lazım idi, lakin səs-küy bitənə və dərəni sükut bürüyənə qədər bir müddət ötdü. Əlbəttə, bu sükut da çox çəkmədi, çünki gözlənilmədən dərədə ortalıq qarışdı və yer-göy titrəməyə başladı. 490

Yuxu deyildi, oyaq idim və ardı-arası kəsilməyən partlayışların vahiməli səsi həqiqət idi. Başımı itirmişdim. Bütün uşaqlar bu vəziyyətdə idilər. Hər kəs özünü təhlükəsiz bir yerə çatdırmağa çalışırdı. 490

- Katyuşa ilə vururlar. 490

Dayanmadan atəş açılırdı. Bir raket bizim 40 metrliyimizdə partladı. Beynim işləmirdi. Uşaqların səs-küyü katyuşa raketlərinin gurultusu arxasında itmişdi. İki əlimlə başımı tutmuşdum. Bu zaman növbəti partlayış dalğası məni silkələdi. Başıma daş və torpaq tökülür, qollarım yanıb qanayırdı. Hələ qollarıma nə olduğunu bilmirdim. Batalyon komandirimiz Həbəşi də daxil olmaqla bir neçə nəfər daha çökək bir yerə sığınmışdılar. Mən də özümü oraya çatdırdım. Bəzi uşaqlar yaralanmışdılar. Əvəz Aşurinin sinəsinə qəlpə dəymişdi və çox qanayırdı. Hələ səs-küy və toz-torpaq yatmamış dayını gördüm. O, batalyonumuzun sürücüsü idi və nədənsə hamı onu dayı çağırırdı. Düz bizim ayağımızın altında uzanmışdı. Yerindən tərpənmədiyini görəndə çox təəccübləndim: «Uşaqlar, dayıya baxın, sanki bir neçə addımlığında katyuşa partlamır”. 490

O kədərli və həyəcanlı anlarda gülümsəyə bildik, amma Həbəşi üzünü mənə tutub dedi: «Oğlan, bəlkə başına bir iş gəlib?!» 490

Bilmirəm. Gedib fənərlə baxaram. 491



Fənəri üzünə tutanda yuxuda olduğunu düşündüm, amma bir neçə saniyədən sonra gördüklərimdən ürəyim parçalandı. Zəif işıq altında qarnının yarıldığını və içalatının bayıra töküldüyünü gördüm. O, sakit, səssizcə şəhid olmuşdu. İlk dəfə idi ki, o vəziyyətdə bir şəhid görürdüm. Uşaqlar deyirdilər ki, böyük ehtimalla o, raketin zərbə dalğasında olub, çünki qəlpə nə qədər böyük olsa da, belə bir iş görə bilməz. Qardaş Həbəşi dedi: «Maşının açarını cibindən götürün, özünü ədyala bükün». 491

Açarları cibindən çıxaranda əlim isti qanı ilə islandı. Uşaqların köməyi ilə bədənini ədyalın arasına yığıb digər şəhidlərin yanına apardıq. 491

Səma işıqlanmaqda idi. Ağır yaralıları təcili yardım bölməsinə aparırdılar. Orada bir neçə otaq vardı, lakin cərrahiyyə əməliyyatları mümkün deyildi. 491



Yüklə 9,35 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə