Şəhadət aşiqləri



Yüklə 9,35 Mb.
səhifə4/73
tarix26.06.2018
ölçüsü9,35 Mb.
#54930
1   2   3   4   5   6   7   8   9   ...   73
Namazdan sonra qollarım haqda fikirləşdim. Bədənimə xırda qəlpə və daşlar batmış, qollarımın üstündə qan qurumuşdu. Təcili yardıma getdim və bir həkim qollarımı sarıdı. Yaralar dərin deyildi, amma güclü ağrısı və göynərtisi vardı. Onun işi bitəndən sonra məni gülmək tutdu. Həkim çiynimdən barmaqlarıma qədər hər iki qolumu elə sarımışdı ki, açıb-bükə bilmirdim. Hərəkətsiz oturduğum halda «qardaş doktor, mən əməliyyata getmək istəyirəm, belə olmaz axı» - dedim, o da dirsəkdən yuxarıdakı bandları açdı və mən qollarımı əyib silah götürə bildim. 491

Təcili yardımdan çıxdım. Səhərin aydınlığında ətrafı daha yaxşı görə bilirdim. Sanki düşmən bizim yerləşdiyimiz yeri öyrənmiş və haranı vuracağını bilirmiş. O zaman ölkəmizin qərbinin kürdlər yaşayan bölgələrində beşinci kolonun fəaliyyəti güclü idi. Güman ki bizim hərəkətliliyimiz düşmənin qulağına çatmışdı. Şəhid və yaralılar arxa cəbhəyə aparıldılar. Əl-Mehdi batalyonunun komandir müavini Əvəz Aşuri də digər yaralılarla geriyə getdi. Batalyonumuz ümumilikdə 10-15 şəhid və yaralı vermişdi. 491

Sepahın komandanını İlk dəfə onda yaxından gördüm. Möhsün Rzayi uşaqların yanında dayanıb onlarla söhbət edirdi. Günorta idi. Səhərki bombardmandan, bəzi yoldaşlarımızın şəhid edilməsindən yalnız bir neçə saat ötürdü. Günortaya qədər komandirlər batalyonların nizam-intizama salınması və şəxsi heyətin yerləşdirilməsi ilə məşğul olmuşdular, günorta da qardaş Rzayi briqadamıza gəlmişdi. O, əməliyyatdan, bizim müdafiə işimizin mühüm və çətin olmasından və düşmənin oradan mütləq hücuma keçib bizim öndəki uşaqlarımızı qayçılamaq istəyəcəyindən danışıb deyirdi: «Aşura briqadasının döyüşçüləri İmam Hüseyn (ə) aşurasını canlandırmalı, İmam Hüseyn (ə) kimi vuruşmalıdırlar». Onun sözləri uşaqları çox ruhlandırdı. 491

Aşxamüstü hava buludlu idi. Bölüyümüzə xoylu uşaqlardan bir rabitəçi gəlmişdi və mən snayper olmuşdum. Çoxmilliyyətli əl-Mehdi batalyonu hücuma hazır idi. Hərə bir tərəfdə, bir qədər xəlvət yerdə son saatlarını keçirirdi. Bəzilərinin başı münacata qarışmışdı. Bir dəstə uşaq bir yerə toplaşıb son söhbətlərini, zarafat və vəsiyyətlərini edirdilər. Bəziləri də xəlvət bir yer tapıb yazırdılar. Yavaş-yavaş hərəkətə hazırlıq komandası eşidildi. Bu gecə nə baş verəcəyini səbirsizliklə gözləyirdim. 492

Sıraya düzüldüm və hərəkət başlandı. Yəhya əmi şam azanını verirdi. Əməliyyat istiqamətinin başçısı Həbib Paşayi hündür bir yerdə dayanmışdı. Günəş onun arxa tərəfində qürub edirdi. Əynində partizan forması vardı, başına çəfiyə dolamışdı. Nurlu siması, sıx saqqalı və cəsur görkəmi ona xüsusi əzəmət verirdi. Onu Fəthülmübin əməliyyatında da görmüşdüm; bölük komandiri idi. Süsəngirddə bir müddət Təbriz döyüşçülərinin tibb məntəqəsinin başçısı olduğuna görə o zaman Doktor ləqəbi ilə məşhurlaşmışdı. Həbib hündür bir yerdə dayanmışdı və səsi dərədə əks-səda verirdi. Onun «Əgər siz Allaha yardım etsəniz, O da sizə yardım edər və addımlarınızı möhkəmlədər!» sözlərindəki əminliyi bizə çox müsbət təsir edirdi. 492

Müslim ibn Əqil əməliyyatının ilk günlərində qərarsızlığının əvəzini alıb şəhadətə qovuşdu. 492

Muhəmməd, 7. 492

IV 492

Dərənin eni bəzən 60 metrə çatır, bəzən daha da böyüyür və İraq tərəfdə bitirdi. Dərənin qumlu və daşlı yeri mövsümi Çəm-hindi çayının oradan keçdiyini göstərirdi. Təxminən bir saat yürüşdən sonra kolon yolunu dərənin kənarına yaxınlaşdırdı, sonra yuxarı qalxıb hərəkəti düzənlikdə davam etdirdik. İlk dəfə orada bildim ki, bir kəşfiyyatçı öndə gedir və batalyona bələdçilik edir. 492

Bizim müdafiə mövqeyi seçəcəyimiz bölgə həmin düzənlik idi. Təxminən gecə saat ikidə bizi təpələrin birində yerləşdirdilər. 492

Burada dayanıb əməliyyatı gözləyirik. 492



Müslim ibn Əqil döyüşü 1982-ci ilin 1 oktyabrında «Ya Əbəlfəzl-Abbas» parolu ilə başlandı. Qaranlıq bir gecə idi. Get-gedə açılan atəşlər elə bir həddə çatdı ki, səhv gəldiyimizə şübhəm qalmadı. Düşünürdüm ki, biz əsas döyüş yerinə bu qədər yaxınlaşmalı deyildik. Daim ətrafımızda raket partlayırdı. Yaxınlığımda məndən çox bilən bir adam da yox idi. Təxminən 10-12 nəfər idik. Ürəklənib dedim: «Məncə, biz yanlış gəlmişik». Onlar da mənimlə eyni fikirdə idilər. Dedim: «Gedək taqım komandirinin yanına və...» Ətrafda heç kim yox idi. Döyüşçülərin çoxu oranı tərk edib əsas tapşırıq yerinə getmişdilər, biz isə onlardan öndə olduğumuza görə xəbər tutmamışdıq. 492

Soyuq gecə idi. Orada qaldığımızı öyrənəndə narahat olduq. Hansı yolla olursa-olsun, oradan uzaqlaşmalı idik. Hərçənd, döyüş o qədər şiddətli idi ki, asanlıqla keçmək olmazdı. Düşmənə o qədər yaxın idik ki, avtomatla atəş açırdıq. Bütün müddəti əsas əməliyyat hədəflərindən biri olan Salman yüksəkliyinin yaxınlığında olduğumuzu bilmədən orada qalmışdıq. 493

Birdən ağlıma gəldi ki, uşaqları keçidə aparım. Dedim: «Döyüşçülərin çoxu buradan keçirlər, gedək orada batalyonu axtaraq». 493

Təxminim doğru idi. Dərədə çox adam var idi və xoşbəxtlikdən, çox tezliklə Cəmşid Nəzmini gördüm. Onu öncədən tanıyırdım, Məhəmməd Məhəmmədpur tanış etmişdi. O, həm də Mənuçöhr Simsarinin əmisi oğlu idi. Cəmşid Nəzmi Yasir Zirəkin başçılıq etdiyi Şəhid Səduqi batalyonunda bölük komandiri idi. 493

Qardaş Nəzmi, biz itmişik. 493



Sizin batalyonunuz öndədir. Mənimlə gəlin, mən də oraya gedirəm. 493

Çox keçmədən Bayraməli Verməzyarinin tanış üzünü gördüm. Yaşı on səkkizdən çox olmasa da, güclü bədəni vardı. Görmüşdüm ki, hər bir minomyotçu köməkçisi yalnız üç əlavə RPG raketi götürürdü, o isə bölük komandiri olmasına baxmayaraq, səkkiz RPG raketini kisəyə qoyub çiynində aparırdı. Onunla birgə tezliklə öz batalyonumuzun uşaqlarına çatdıq. Təpənin başında özümüzə səngər düzəltməli idik. Uşaqların biri ilə işə başladım və süngü ilə müştərək bir səngər qazdıq. 493

Ötən gecədən güclü atəş davam edirdi. Salman yüksəkliyi birinci gecə bizimkilərin hücumu ilə ələ keçirilmişdi və indi düşmənin ardıcıl əks-hücumları aman vermirdi. Təxminən saat 11-də təchizat qüvvələri dolu maşınlarla təpənin yamacına çatdılar. İmkan tapıb oraya getdim. Bərk gözüm tutan bir qarpızı götürüb tez səngərimizə döndüm. Əlimdə qarpız səngərə yaxınlaşarkən birdən yoldaşım səslədi: «Mehdi, yerə uzan!» 493

Yerə uzandığım anda üstümdən güclü bir küləyin keçdiyini hiss etdim. Mərmi yaxınlıqda bir daşa dəyib bərk gurultu qopardı. Deyəsən, qarşıdakı təpədən məni 106 topu ilə hədəf seçmişdilər. Əgər o müştərək səngər olmasaydı və o yoldaşım topun alovunu görməsəydi, məndən nə qalacağı bəlli deyildi. 493

Günortadan sonra amansız raket atəşi yağmağa başladı. Bir raket atılandan sonra 4-5 nəfər yerə uzandı və başıma bərk bir şey dəydi. Qeyri-iradi olaraq əlimi başıma çəkdim. Qan yox idi. Bildim ki, soyuq bir qəlpə imiş. 493

Batalyonun ağsaqqalı Yəhya əmi də su bakının yanında yaralandı. Çox fəal idi; düşmənin əks-hücumuna cavab verir, yaralı və şəhidləri daşıyırdı. Bir saatdan sonra eşitdik ki, Yəhya əmi təcili yardıma aparılarkən şəhadətə qovuşmuşdur. 493

Səma buludlu idi. Oktyabrın ikinci günü bitmək üzrə idi. Mən iki dəfə möcüzəvi şəkildə top mərmisindən və raket qəlpəsindən qurtulmuşdum. Get-gedə hava qaraldı. Yəhya əminin azan səsini eşitmədən namaz vaxtının çatdığını bilmək darıxdırıcı idi. Qarşımızdakı yüksəklikdə yerləşən Salman zastavası düşmənin əlinə keçmişdi. Təəssüf ki, uşaqlar dəstək olmadan güclü atəş altında yalnız bir gecə duruş gətirə bilmişdilər. 494

Əməliyyatın ikinci gecəsi idi. Öncəki gecədən fərqli olaraq, bölgə sükuta qərq olmuşdu. Soyuqdan dişlərim bir-birinə dəyirdi. Bizdən öndə bir dəstə döyüşçü keşik çəkirdi. Bir neçə kisəni üstümə çəkdim, amma soyuq azalmadı. Günəş səhər saat 10-da buludların arxasından çıxana qədər əksər uşaqlar kimi soyuqdan titrədim. 494

Səhər yenidən atışma başlandı. Düşmənin 106 topları qarşıdakı yüksəklikdən atəş açırdı. Bir tərəfdən yorğunluq, soyuq, təchizat bölməsinin uşaqlarının şəhid olduğuna görə su və yemək çatışmazlığı vardı, bir tərəfdən də yuxusuzluq bizi əldən salmışdı. Həmin vəziyyətdə hücuma hazırlıq əmri verildi. Qardaş Həbəşinin dediyinə görə, hədəfimiz Salman yüksəkliyi idi. Əməliyyat yolu izah olundu və bölüyümüzə Sumar yolunun üstündəki körpünün altından keçmək tapşırıldı. Ondan sonra asfalt yol, sonra da minalar döşənmiş bir dərə və daha sonra Kəlləqəndi yüksəkliyi gəlirdi. İraqlılar həmin yüksəklikdə pusqu qurmuşdular. Üçüncü bölük Kəlləqəndiyə hücum etməli idi. Biz onun önündəki cığırdan keçib Kəlləqəndini dövrə vurmalı və pusquların arxasındakı keçidlərdən Salman yüksəkliyinə qalxmalı idik. Əməliyyatın parolu «Ya Əbəlfəzl» olduğuna görə yola düşəndə uşaqların çoxu qumqumalarının suyunu boşaltdılar. Yolda qəribə hadisələr baş verirdi; düşmənin bizi görüb atəş aça bildiyi yerlərdə buludlar önümüzü tutur və hava qaralırdı. 494

Yolda çox dayandığımıza görə səhərin ala-toranlığında pusqulara çatdıq. İkinci taqım kolonun önündə gedirdi. Bayraməli Verməzyari və Saleh Allahyari ən öndə idilər, mənsə üçüncü adam idim. Hələ düşmən duyuq düşməmişdi. Dərədən yuxarı qalxırdıq. Daş və qumlar ayaqlarımız altında diyirlənib sürətimizi azaldır, səs-küyü isə artırırdı. Elə o zaman pulemyotlardan atəş açıldı. İraqlılar dərəni görmüş və hərəkətimizdən xəbər tutmuşdular. Təpənin başında dərəni aydın görən dördlü bir zenit pulemyotu vardı və hər atəşi ilə bir dəstə adam yerə yıxılırdı. Lakin hərəkət sürətlənmişdi və uşaqlar qaçaraq təpəyə dırmaşırdılar. Dördlü pulemyota yaxınlaşdıqca təhlükə də artırdı, amma heç kim daldalanmaq barədə fikirləşmirdi. Fərhəng Ətrəhinin arxasınca Haşim adlı bir minomyotçu qalxırdı. 494

- Haşim, keç qabağa, bu pulemyotu vur. 495

Haşim mənim qarşıma keçib atəşə hazırlaşdı, amma hələ atəş açmamış qışqırtısını eşitdim: «Vay, gözüm!» 495

Hər iki gözündən qan axırdı. Mən nə baş verdiyini bilmədim; ya güllə dəymişdi, ya qəlpə, ya da hər ikisi. 495

Yerdən bir qədər yuxarı çıxmış bir daş parçasını gördüm. Öndəki təpəyə qarşı səngər şəklində olmasından əlavə, oradan daha rahat atəş açmaq olurdu. Haşimin RPG minaatanını götürüb daşın arxasına qaçdım. Hər tərəfdən güllə yağırdı; Salman yüksəkliyindən, Kəlləqəndi dağından və digər yerlərdən. «Ya Əbəlfəzl-Abbas!» deyib nişan aldım və elə o anda mənə tuşlanmış bir minaatanı gördüm. Təxminən ikimiz də eyni zamanda atəş açdıq. Atəşimin nəticəsini görməyə macal tapmadım. Çünki düşmənin raketi daşa dəyib gurultu qopardı və vahiməli səs məni silkələdi. Dizi üstə əyildim. Qəlpə baldırıma dəyib sümüyünü sındırmışdı. Mən raketi atanda Fərhəng arxamca qaçırdı, bildim ki, bu partlayışdan xəsarət alacaq. Ona sarı döndüm. Yerə yıxılmış və qəlpə sinəsini yarmışdı. Başının üstünə getdim. Gözünün qarası itmişdi və sinəsindən isti qan axırdı. Ətrafıma baxdım. Bayraməli ilə Saleh yuxarı çıxırdılar. Özümü toplayıb mən də qalxmaq istədim, amma alınmadı. Hərəkət edə bilmirdim. Bir tərəfdən də uşaqların çoxunun yaralandığını və şəhid olduğunu, sağ qalanların da düşmənin güclü atəşi altında qaldığını görürdüm. Bir neçə dəqiqədən sonra Verməzyari təpədən enib mənə yaxınlaşdı. 495

Mehdi, necə olursa-olsun, Kəlləqəndiyə çıxın. 495



Onun nə üçün qayıtdığını bilmirdim. Hava tam işıqlanmış və bəlkə də bu şəraitdə Salman yüksəkliyinə çıxmağın imkansız olduğunu anlamışdı. O getdi və silahıma söykənib qalxdım. Özümü zorla Kəlləqəndinin yamacına çatdırdım. Kəlləqəndinin hündürlüyü təxminən 200 metr idi və mən o vəziyyətdə qalxa bilməzdim. Kəlləqəndinin yoluna sarı getdim, yolla qalxanda iraqlıların qarşıdakı təpələrdə, bizim altından keçdiyimiz körpünün yaxınlığında yerləşdiklərini gördüm. Beləliklə, düşmən bizimlə əsas mövqelərimizin arasına girmişdi. Uşaqların çoxu düşmənin güclü atəşinə görə dərənin içində qalmışdılar. Vəzifəmin Kəlləqəndiyə çıxmaq olduğunu düşünürdüm. Çətin olsa da, orada qalmaqdan yaxşı idi. Yavaş-yavaş yuxarı dırmaşmağa başladım. 495

Çox çətinliklə qalxdım və nəhayət, öz uşaqlarımızın göründüyü yerə çatdım. Uşaqların arasında Xeyirsiz Xeyrullah kimi məşhur olan Xeyrullah Mətləb, batalyonun başqa bir qocası Qulaməli Fərhadi, taqım komandirlərindən biri, tanımadığım bir minomyotçu və başqa bir neçə nəfər düşmənə atəş açırdılar. Aşağıdakı dərəni yaxşı görüb daha yaxşı atəş açmağa yer axtarırdım. Oturan kimi Xeyrullah da yanıma gəldi. Bir neçə yoldaşla və yaralı bədənlə müqavimət göstərirdik, olmayan yeganə şey isə qorxu idi. Əməliyyatın «Ya Əbəlfəzl-Abbas» parolu bir an da yadımdan çıxmırdı. Əmin idim ki, dişinə qədər silahlı düşmənin önündə o ana qədər həzrət Abbasın duası sayəsində müqavimət göstərə bilmişik. 495

Şiddətli döyüş əsnasında birdən Xeyrullahın səsi gəldi. Qarnına güllə dəymişdi. O, Herisdən idi və Heris ləhcəsi ilə zarıyırdı. Bilmirəm nədənsə məni gülmək tutdu. 496

Gəl qarnımı bağla, nə gülürsən?! 496



Bandı paltarlarının üstündən qarnına bağladım. 496

Xeyrullah, en aşağı, bu vəziyyətdə burada qalsan, əsir düşəcəksən. 496



Xeyrullah əlini qarnına qoyub aşağı enməyə başladı. Hələ uzaqlaşmamış bandın düyünü açıldı və ağ band arxasınca sürünməyə başladı. Bu da mənim və digər uşaqların gülüşünə səbəb oldu. 496

Bir neçə dəqiqədən sonra yenə uşaqların səsini eşitdim: «Verməzyari yaralanıb». Yerimdə dura bilmədim. Özümü uşaqların göstərdiyi tərəfə sürüdüm. Raket qəlpəsi sinəsini yarmışdı və güclü qan axırdı. Hərəkətə başlayandan bir an da istirahət etməmiş adam başı-bədəni qan içində dostlarının arasında qalmışdı. Gözlərini açdı. Müavini Əsəd Rəcəbpurla mən yanında idik. 496

Yaramı bağla. 496



Zəif səslə bunu deyib huşunu itirdi. Üçkünc dəsmalla sinəsinin dərin yarasını bağlamağa çalışdım, amma qanaxma güclü idi və dəsmal dərhal qızardı. Əsədlə onu təhlükəsiz bir yerə aparmaq istədik, amma mən də hərəkət edə bilmirdim. Bir-iki nəfərə tapşırdıq ki, onu Kəlləqəndinin aşağısındakı dərəyə aparsınlar. Getdilər və daha özləri də yuxarı qalxmadılar. 496

Bir az da azaldıq. Sayımız barmaqların sayından artıq deyildi və hər an yeni bir hadisə baş verirdi. Qəribə hisslər keçirirdim. Hava tutulmuşdu, narın yağış yağırdı. Ağrı, yorğunluq və darıxmaq bir-birinə qarışmışdı. Uşaqların başqa birinin qışqırtısına yenidən diksindim. Ona sarı döndüm. Minomyotçu yanırdı. Güllə bel çantası kimi kürəyinə bağladığı raketlərin barıtına dəymişdi. Ağrılı qışqırtıları ürəyimi yandırırdı. Məndən təxminən 20 metr aralıda idi. Var gücümü toplayıb yaralı ayağımı yerə uzatdım və ona tərəf sürünməyə başladım. Mənə baxır, alov da get-gedə güclənirdi. Ürəkyandıran səslə qışqırıb deyirdi: «Təcili yardım... Yardım...» Alov bütün bədənini sarımışdı. Gözüm onda idi və yanına çatmağa çalışırdım. Əlini üzünə çəkəndə barmaqlarının yeri ağardı. Yerə yıxıldı və daha səsi gəlmədi. Yanmış ət qoxusu boğazımdakı qəhərə düyünləndi. Narahatlığımın həddi-hüdudu yox idi. 496

Həbəşinin ratsiyadan gələn səsi məni bezdirmişdi. Ratsiyaya qəlpə dəymişdi; biz onun səsini eşidirdik, dayanmadan çağırırdı, amma nə qədər qışqırırdıqsa, bizi eşitmirdi. 497

Ümidimi üzmüşdüm. Ratsiyanı kənara tullayıb dərəni yaxşı görmək üçün özümə əlverişli mövqe seçdim. Düşmən kolonu Kəlləqəndi yüksəkliyinə qalxırdı. Birtəhər ayağa qalxıb silahımı bədənimə sıxdım və atəş açmağa başladım. Çox darıxırdım. Səma buludla dolu idi və dayanmadan yağış yağırdı. Yaxınlığımdakı daşlara dəyib geri qayıdan güllələrə, müxtəlif yerlərə düşən raketlərə və RPG minaatanının arxasındakı fırfıranın bezdirici səsinə fikir vermədən atəş açırdım. Məndən başqa üç nəfər də vardı. Düşmən Salman yüksəkliyindən də bizə atəş açırdı. Heç nə düşünmürdüm, yalnız son gülləmdən sonra gözlərim önündə qan içində yatan uşaqların getdiyi yerə getmək istəyirdim. 497

Bizimkilərin bir kolonu başqa bir təpədən qalxırdı. Şəhid Behişti batalyonunu Kəlləqəndiyə köməyə göndərmişdilər, lakin bir batalyondan yalnız otuz nəfər təpəyə qalxırdı, qalanı dərənin içində qalmışdı; bəzisini yara əldən salmışdı, çoxunu da qorxu. Gözüm onlarda idi. Arabir onların da birinə qəlpə və ya güllə dəyirdi. Onlar gələndən sonra sayımız on beşə çatdı. Düşmənin atəşi isə hər an güclənirdi. Yeni qüvvələr bölgəni tanımırdılar, gəldikləri çətin yolda yorulmuş, çoxu isə yaralanmışdı. Düşünürdüm ki, o vəziyyətdə yeganə yolumuz Kəlləqəndidən enməkdir. Lakin asanlıqla qayıda bilməzdim. Bölük komandirlərindən biri təpənin başında tək qalıb atəş açdığımı görəndə hirslənib dedi: «Qalx, rədd ol, burada niyə qalmısan?!» 497

İraqlılar təpəyə qalxırdılar. Orada qalıb düşmənin əlinə keçmək istəmirdim. Sınıq ayaqla yeriyə də bilmirdim. Yerə oturub ayağımı önümə uzatdım və əllərimin köməyi ilə özümü irəli itələməyə başladım. Demək olar ki, daşların üstündən sürüşə-sürüşə enirdim. Mən dərəyə çatanda iraqlılar Kəlləqəndi təpəsinə çıxmışdılar. Düşmənin amansız atəşi bir an da səngimirdi, lakin daha heç nə önəmli deyildi, silahımı əsa edib dərənin içindən körpüyə doğru getdim. Həm Kəlləqəndidən, həm də iraqlıların əlində olan qonşu təpələrdən dərəyə atəş yağırdı. 497

Elə əvvəldən güllə qorxusundan yerə çökmüş, dərənin kənarlarına uzanmış əsgərləri görəndə hirslənirdim. Orada yarası mənim ayağımdan ağır olan az adam gördüm, bilmirəm nə üçün orada qalmışdılar. Tanıdıqlarımı adları ilə çağırırdım: «...Çalış özünü qaldır və geriyə çəkil, iraqlılar yaxınlaşırlar. Burada qalsan, ya əsir düşəcəksən, ya da bir güllə ilə işini bitirəcəklər». 497

Mən yaralıyam, sən get, mən gələ bilmirəm. 497



Uşaqların bir neçəsinin təhlükəsizlik tövsiyələrindən daha da əsəbiləşib yola düşdüm. Onlar deyirdilər: «Yerə uzan, atəş açırlar. Bu ayaqla nə qədər uzaqlaşa bilərsən?! Burada qal». 498

Qalxın, geriyə çəkilin! Gəlsələr, işiniz bitdi... 498



Bəziləri çətinliklə hərəkətə başladılar. Uşaqların biri ağlaya-ağlaya mənə yaxınlaşdı. Onu tanıyırdım, Miyanədən Sabir Kələntəri idi. Onunla bir bölükdə idik. 498

Nə üçün ağlayırsan? 498

Bütün dostlarım şəhid oldular... 498

Uşaqlıq eləmə, indi ağlamaq vaxtı deyil. Gəl kömək elə, geri qayıdaq. 498



Qolumu çiyninə saldım və yola düşdük. Bir neçə addım öndə Şəhid Behişti batalyonunda olan qonşumuz Rəsul Mərcanini gördüm. Qəlpə diz qapağını parçalamışdı. Ona dedim: «Mənim kimi silahını yerə söykə və gəl». 498

Sabir Rəsulla məni körpünün yanına qədər gətirdi. Körpünün altında gördüyüm ilk şəxs Səfər Həbəşi idi. Nəhayət, dərdimi deməyə bir adam tapmışdım. Qəzəb və qəhər içində dedim: «Hamınız buraya toplaşmısınız və heç bir iş görmürsünüz. Yuxarıda uşaqlar faciəli şəkildə şəhid oldular, lakin dərədə bu qədər canlı qüvvə var. Bir iş görün. Verməzyari də yaralanıb və bilmirəm uşaqlar onu haraya qoyublar». 498

Bir neçə aydan sonra Bayraməlini gördüm. O, üç gün yaralı vəziyyətdə düşmənlərin arasında qalmışdı. O, deyirdi: “Mən susamışdım və bir şəhidin qumqumasından su içirdim. Lakin nə qədər içirdimsə, qumqumanın sərin suyu azalmırdı”. Bayraməli Verməzyari cəbhəyə gələn gündən gündəlik xatirələrini çox diqqətlə kiçik cib dəftərçələrinə yazırdı. Xalqımızın səkkizillik qəhrəmanlığının sənədi olan bu xatirələr çapa hazırlanır. 498



Qardaş Həbəşi durumumu anlayıb sakitcə və mehribancasına dedi: «Yorulmayasan! Siz əlinizdən gələni etdiniz...» 498

Sabir qayıtdı, Rəsulla mən isə körpünün o tərəfində təcili yardım maşınına minib qazıntı şirkətinə qayıtdıq. Orada köhnə dostum Cavad Fərzamianı gördüm. O, mənə kömək etdi və gilas şirəsi içirtdi. Halım pis idi, ürəyimin yerində başqa bir isti şeyin döyündüyünü hiss edirdim. Ayağıma görə Baxtəran hospitalına köçürüldüm, halbuki içimin yarası ayağımın sınığından qat-qat dərin idi. 498

Sabir Kələntəri dərəyə qayıdandan sonra bölük komandiri qardaş Şücai və başqa bir neçə nəfərlə irəli getmiş və düşmənlə döyüşdə şəhid olmuşdu. 498



I 499

Üzümə sərin külək dəyirdi. Kölgəm də özüm kimi axsayırdı. Hospitalda ciddi tapşırmışdılar ki, evdə istirahət edim, mənsə əsla evə qayıtmaq istəmirdim. Yaralı ayağımı yavaş-yavaş çəkə-çəkə məqsədsiz yeriyirdim. Bu müddətdə ev, məktəb və şəhər haqda bir dəfə də fikirləşməmişdim. 499

Baxtəranda ayağımı gipsə salmış və bir gündən sonra Təbrizə köçürmüşdülər. Təbrizdə də bir sutka xəstəxanada yatandan sonra evə buraxdılar. Bir neçə ay qalmaqla cəbhəyə bu qədər bağlanacağımı düşünməzdim. Darıxırdım. “Evə necə gedim?! Nə edim ki, yaralandığımı bilməsinlər?! Məktəbə necə gedim?! O məktəbdə çoxlu şəhidlərin yeri boş qalmışdı: Səməd Bəxtşükuhi, Mənuçöhr Simsari, Məhəmmədbaqir...” 499

Özüm də bilmədən Saat meydanına çatdım. Bələdiyyənin binasında fotosərgi keçirilirdi. Evə gec getmək istədiyimə görə tam mənə görə bir yer idi. İçəri girəndə əziz dostum Məhəmməd Məhəmmədpuru gördüm. Hər ikimiz sevindik. Məhəmməd o zaman gecə məktəbinə gedir, gündüzlər də Sepahın təbliğatında çalışırdı. Sərgini Sepah təşkil etmişdi. Vəziyyətimi görəndən sonra dost nəsihətlərinə başladı. 499

Get evə. Bu vəziyyətdə nə vaxta qədər küçələrdə oyan-buyana gedəcəksən?! Evdə yəqin ki narahatdırlar... 499



Başqa bir yolum yox idi. Birinci taksiyə minəndə sürücü deyinməyə başladı: «Ağa can, tələs! Qocalara min rəhmət...» 499

Ayağımın ağrısı artmışdı. O vəziyyətdə hər bir kiçik məsələ qəlbimi qırırdı. Heç kimin yaralandığımı bilməsini istəmirdim. Çox çalışdım ki, cəld minim, amma bacarmadım. Maşın yola düşəndən sonra sürücü məsələni soruşanda da həqiqəti deyə bilmədim. 499

Bir şey deyil, qəzada ayağım sınıb. İndi yaxşıyam... 499



Əslində isə yaxşı deyildim, halım çox pis idi, ağrıya dözə bilirdim, amma heç kimin məni başa düşmədiyindən narahat idim. Vəziyyətlə barışmağa çalışırdım: «Axı bu camaat haradan bilsin ki, mən üç gün öncə alovla qan arasında olmuşam və indi evə qayıdıram?!» Küçəmizə çatdım. Yəqin ki məhəllə sakinləri mənim yoxa çıxmağımdan cəbhəyə getdiyimi bilmişdilər. Axsadığımı görən kimi yaralandığımı anlayacaqdılar və mən bunu istəmirdim. 499

Bunu cəbhədə öyrənmişdim. Cəbhə uşaqları digərlərinin onlar haqda yüksək düşünmələrinə səbəb olan işləri ya tərk edir, ya da gizlicə görürdülər. Ehtiyatla yeriməyə çalışırdım. Bilirdim ki, yaralanmağımın evdə də nəticəsi olacaq və cəbhəyə qayıtmağım çətinləşəcək. 499

Ailəmin sevincini görəndə narahatlığım ikiqat artdı. Hər biri təbəssüm və baxışları ilə deyirdilər: «Allaha şükür ki, əməliyyat olub və sən sağlam qayıtmısan». Pillələri yavaş-yavaş qalxırdım. Hər pillədə dayanıb ciddi və ya zarafata bir söz deyirdim ki, kimsə ayağımın sındığını bilməsin. Lakin bacım çox tez anlayıb dedi: «Nə olub, dadaş? Nə üçün belə yeriyirsən?» 500

Nə?! Yox əşi, təzə çatmışam, elə bilirsiniz ki, çox dəyişmişəm... 500



Lakin əsas problemi düşünməmişdim; otağa girəndən sonra yerdə oturmaq lazım idi. Hamının gözü məndə idi. Adam kimi oturmağa çalışdım, amma bacarmadım. Nəticədə, həm özüm çox ağrı çəkdim, həm də sınmış və gipsə salınmış ayaqla otura bilmədim. Atam bunu duyub dedi: «Oğul, nə olub?» 500

Ağa can, bir şey deyil, küçənin başında ayağım burxuldu, yıxıldım. Bir az ağrıyır. 500



Atam ağladı. Xoşbəxtlikdən, digərləri söhbəti dəyişdirdilər. Bir saatdan sonra qardaşım Rza bir bəhanə ilə məni başqa otağa apardı. Gizlətməyin faydası yox idi. Dedim ki, yaralanmışam və səhər xəstəxanadan çıxmışam. İsrarla yaralarımı görmək istədi. Utanırdım. Lakin görəndən sonra arxayın oldum və bu haqda o birilərə açıqlama verməkdən qurtuldum. Mən olmayanda qardaşım hər şeyi başa salmışdı. 500


Yüklə 9,35 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin