Şəhadət aşiqləri


Sonradan qardaşların köməyi ilə cəsədlərin çoxunu dəfn etdik. 824



Yüklə 9,35 Mb.
səhifə40/73
tarix26.06.2018
ölçüsü9,35 Mb.
1   ...   36   37   38   39   40   41   42   43   ...   73
Sonradan qardaşların köməyi ilə cəsədlərin çoxunu dəfn etdik. 824

*** 824

Kəşfiyyat işləri davam edirdi. Uşaqların işlədiyi bölgə Ulaqlıda Qələmi adlı bir yer idi. Həzrət Rəsul diviziyasının uşaqları da orada yerləşmişdilər və işləyirdilər. Qələmi azsaylı yerlərdən idi ki, İran və İraq mövqeləri bir-birinə qarışmışdı. Bir yerdə biz düşmən mövqeyinə girib pusqu və səngər qurmuşduq, bir neçə yüz metr kənarda da onlar bizim mövqeyimizə irəliləmişdilər. Ümumilikdə onların mövqeyi bizdən yaxşı olsa da, uşaqlar diqqətlə işlərini davam etdirirdilər. Ora bir quyuya bənzəyirdi; divarlarında düşmən yerləşmişdi, biz də quyunun dibində özümüzə bir yer açmışdıq və kəşfiyyat üçün istifadə edirdik. 824

Mən üç dəfə Qələmiyə getdim. Hər dəfə iraqlıları başımın üstündə, arxamda və önümdə görəndə oranı gecə-gündüz qoruyan uşaqların cəsarətinə inamım artdı. Qələmini saxlayan qüvvələr oranın bizim gələcək əməliyyatlarımız üçün yaxşı istinadgah olduğunu bilirdilər. 824

*** 824

Qamışın aypara bölgəsində və əməliyyat qərargahında boş vaxtlar hərdən qartopu oynamaqla və sürüşməklə keçirdi. Qartopu oynayanda uşaqların sevinci və səs-küyü tamaşa üçün olsa belə, hamını səngərdən çıxarırdı. Bir gün mən də gödəkcəmi çiynimə atıb səngərin önündə dayanmışdım və qərargahın ərazisini qar güllələri ilə doldurmuş uşaqlara baxırdım. 824

Uşaqlar hətta tamaşaçılara da rəhm etmirdilər və beləliklə, hamı istər-istəməz qartopu oyununa qoşulurdu. Səngərin önündə əlim belimdə dayandığım yerdə birdən sinəmə bərk bir şey dəydi. Çox ağrıtdı. Əlimi sinəmə qoyub qışqırdım: "İnsafsızlar, niyə belə bərk vurursunuz?!" 824

Oyun dayandı. 824

Vallah, biz sənə qartopu atmamışıq... 824



Uşaqların hamısı bu cavabı verdilər. Yanımdakı bir-iki nəfər də mənə qar atılmadığını söylədilər. Lakin sinəm ağrıdırdı. Əlimə isti bir şeyin dəydiyini hiss etdim. Baxanda barmaqlarımın arasından axan qanı gördüm. 825

Bu nədir?! 825



Hamı məni dövrəyə aldı. Kərim Əzimi ilə Əkbər Terman paltarımı qaldırdılar və yarama baxanda hamımız gülməyə başladıq. Bir güllə cibimdəki əşyaları dəlib sinəmə batmışdı. 825

Bu haradan peyda oldu?! 825

Mehdiqulu, məgər sən bikarsan ki, harada avara güllə var gəlib sənə dəyir?! 825

Hamıdan çox özüm gülürdüm. 825

Deyirəm axı, dəyəndə taqqıltı səsi gəldi. Əvvəl elə bildim ki, qarın içinə daş qoymusunuz... 825



Gülləni sinəmdən çıxarmağa başladılar. Bəlli idi ki, güllə uzaqdan atılmış və zəif sürətlə mənə dəymişdi. Təxminən 3 sm. içəri batmışdı və arxası dərimlə bərabər idi. 825

İraqlıların Qucardakı səngərindən atıldığını düşünürdük. Ağrım və qanaxmam da gülüşüm qədər çox idi. Həbib Ağacani də oraya gəlmişdi. Əkbər Terman əllərini qaldırıb dedi: "Qoyun özüm çıxarım". 825

Əvvəlcə dişi ilə çıxarmaq istədi, amma deyəsən, sümüyə batmışdı. Nə etdisə, çıxara bilmədi. Bu müddətdə uşaqlar avtomobilin açar qutusundan ucu iti bir kəlbətin gətirdilər və onun köməyi ilə gülləni çıxardılar. 825

Bəli, hamıya qar gülləsi dəyəndə sənə həqiqi güllə dəyir! 825



Hərə bir söz deyirdi. Sinəm çox ağrıya-ağrıya səngərə girdim. Güllənin boş yerinə betadin töküb sterilizə olunmuş tənzif və bandla bağladım. Orada qalmaq istəyirdim, amma uşaqlar israrla dedilər ki, əvvəlcə təcili yardıma getməli, oradan da Bəni-Haşim qərargahına yollanıb istirahət etməlisən. 825

Bölüyün maşını ilə təcili yardıma getdim. Orada bizim səngərdə gördüyümüz işdən artıq bir iş görmədilər və sonra Bəni-Haşim düşərgəsinə getdim. Xəbər yayıldı və ziyarətçilər gəlməyə başladılar. Bölüyün səngərində ədyalın altında uzanmışdım. Sinəm çox ağrıyırdı və hər şeydən çox məni ağrılardan ayıran bir yuxuya ehtiyacım vardı. Gözlərimə təzə yuxu gedirdi ki, ağlamaq və gülüşlə qarışmış səs-küy səngərə yaxınlaşdı. Bildim ki, xəbər diviziyanın dəcəllərindən birinə çatmışdır. 825

Vay-vay! Başına nə müsibət gəlib?! Kaş mən öləydim və səni bu halda görməyəydim! 825



Rəsul Aftabi idi. Diviziyanın rabitə bölüyündə çalışırdı və xəbəri eşidən kimi yanıma gəlmişdi. Guya ucadan ağlayırdı, uşaqlar da onun ağlamasına gülürdülər. Yanımda oturub üzümdən öpdü. Qəzetə böyük bir şey büküb özü ilə gətirmişdi. 825

Axı sənin camaatın gülləsi ilə nə işin vardı, yaxşı oğlan?! Qoyaydın öz yolu ilə gedəydi... 826



Onun və uşaqların zarafatlarına cavab verməyə hövsələm yox idi. Hərə bir söz deyirdi və hamı gülürdü. Rəsul halımı başa düşüb getmək istədi. 826

Mehdiqulu, məni bağışla, gətirməyə bundan başqa bir şey tapmadım. 826



Qəzeti əlimə verib ayağa qalxdı. Qəzeti açdım və məni o qədər gülmək tutdu ki, heç bir söz deyə bilmədim. Qəzetin içində kiçik və çürük bir duzlu xiyar vardı. 826

İki gün Bəni-Haşim düşərgəsində istirahət edəndən və ən çox, Rəsul Aftabi ilə həmsöhbət olandan sonra Qamışdakı səngərimizə qayıtdım. Mirabla Rəsul Aftabi də mənimlə gəldilər. Rəsulla yol yoldaşı olmaq gözəl idi. O, şəhərdə ciddi və başıaşağı idi, cəbhəyə gələndə isə təkbaşına uşaqların bütün darıxma və yorğunluqlarını aradan qaldırırdı. Əvvəllər diviziyanın tibb məntəqəsində çalışırdı, oradan İmam Hüseyn (ə) batalyonuna qoşuldu və sonra da rabitə bölüyünə getdi. Onunla Haşim Tari haraya getsəydilər, özləri ilə zarafat və gülüş aparırdılar. Lakin iş vaxtı çatanda uşaqlar onların hər ikisindən enerji və cəsarət alırdılar. Mən Rəsul Aftabi ilə Bədr əməliyyatından öncə Zeyd bölgəsində işləyərkən tanış olmuşdum. O vaxt o, diviziyanın tibb məntəqəsində sürücü idi. Yol düşmənin atəşi altında olduğuna görə oraya ondan başqa bir sürücü gəlmək istəmirdi. O isə bizə su gətirirdi. Rəsul Qamışdakı uşaqlara qoşulandan sonra bəzi hadisələr baş verməyə başladı. 826

Orada iki əsas problemimiz vardı: Biri bulaqdan uzaq olmağımız idi, biri də yolumuzun bərbad vəziyyəti. Qar və yağış yağanda yol palçığın altında qalırdı və oradan heç bir maşın keçə bilmirdi. Belə olanda su və ərzaq gətirmək üçün qatırlardan istifadə edirdik. Bir neçə qatırımız vardı və şəraitdən asılı olaraq, onlardan istifadə edirdik. Hərdən yol elə vəziyyətə düşürdü ki, qatır palçığa batıb özünü çıxara bilmirdi. Belə vaxtlarda yaxında traktor və ya başqa iri maşın olsaydı, trosun bir tərəfini qatıra, bir tərəfini maşına bağlayıb onu bataqlıqdan çıxarırdıq. 826

Lakin iki dəfə qatırlar boğaza qədər palçığa batdılar. Biz heç bir vasitə ilə onları çıxara bilmədik və sonda bir güllə ilə xilas etməyə məcbur olduq. 826

Qatırların biri digərlərindən ağıllı və güclü idi, amma uşaqların biri yolda onu vurduğuna görə hamıdan küsmüşdü və heç bir iş görmürdü. İnadkar heyvan idi, özü istəməyincə heç kim onu bir işə məcbur edə bilmirdi. Ardıcıl yağışlara görə yol bərbad vəziyyətə düşmüşdü və güclü qatırımız hamıdan küsdüyünə görə heç bir iş görə bilmirdik. Qatır təxminən bir gün yonca yemədi, hətta yanına gedəndə başını çevirir və bizə məhəl qoymurdu. Xəbər Rəsul ağaya çatdı və o, qatırı bizimlə barışdırmaq qərarına gəldi. 826

Nə olub, heyvan? Nə üçün yemək yemirsən? Nə olub?... 827



Qatırı nə qədər əzizləyirdisə, qatır ona fikir vermirdi, buz kimi baxırdı və hərəkətlərində heç bir yumşaqlıq əlaməti görünmürdü. Rəsul dilsiz heyvanla zarafat eləməyə başladı. 827

Küsmək nə deməkdir?! Cəbhədə belə şeylər olmaz... Gərək barışaq, vəssalam. 827



Barışıq hədiyyəsi olaraq bir naringinin qabığını soydu, üzünü qatırın üzünə yapışdırandan sonra nəhayət, qatır cin atından düşüb naringini yedi. Onların barışığına tamaşa edən uşaqlar əl çalmağa başladılar. 827

İkinci problemimiz sudan uzaq olmağımız idi. İçməli su götürmək üçün hər gün 300 metr aralıdakı bulağa getməli idik. Qar dizə çatanda isə bu iş çətinləşirdi. Hər gün bakları doldururduq, axşam isə hamısı boşalırdı. Hərdən bulağın suyu da bulanıq gəlirdi. Bütün bunlar yaxınlıqda bir bulaq tapmaq haqda fikirləşməyimizə səbəb oldu. Bir dəfə uşaqların biri dedi: "Məncə, qarşıdakı dərədə bulaq var". 827

Uşaqlar su gətirmək üçün o qədər əziyyət çəkirdilər ki, bu barədə heç bir ehtimalı görməzdən gəlmirdilər. Həmin gün bir neçəsi bel və külüng götürüb dərəni qazdılar. Bir neçə metr qazandan sonra bir qapı gördülər və yanından su çıxmağa başladı. Su tapmağın sevinci o qədər böyük idi ki, uşaqlar qapının özünə çox əhəmiyyət verməyib yalnız su gətirmişdilər. Su bulanıq və qoxulu idi. Mən içə bilmədim, onun sudan başqa bir şey olduğunu hiss edirdim. Uşaqlara da dedim ki, suyun xeyrindən keçsinlər. 827

İki-üç gündən sonra özüm o suyun mənbəyini görmək istədim. Uşaqların iki-üçü ilə dərəyə endim. Qapının üstünü palçıq örtmüşdü və özüm təmizləyə bilmədim. Uşaqlar mənim xahişimlə oranı təmizləyib yenidən qazdılar. Oradan gələn pis qoxu təxminimi gücləndirirdi. Nəhayət, bəlli oldu ki, qapı bütün tualetlərin axdığı kanalizasiya quyusunun imiş. 827

*** 827

Bütün problemlərə və çətin iqlim şəraitinə baxmayaraq, dağlarda kəşfiyyat işi davam edirdi. Mən hər gün yaramı açıb-bağlayırdım və Bəni-Haşimdə olduğum iki günü çıxmaqla kəşfiyyat işinə daim nəzarət edirdim. Ulaqlı və Qucar dağlarında düşmənin təxminən bütün səngər, pusqu və batalyonlarının yerini öyrənmişdik. 827

Xüsusən, Qucarla Ulaqlının arasındakı Hilkan bölgəsində dəqiq işləmişdik, amma dağların qarlı olması Beytülmüqəddəs-2 əməliyyatında olduğu kimi, bu dəfə də işimizi ləngidirdi. Kəşfiyyata gedən uşaqlar ayaqlarını qarın üstünə qoya bilmirdilər. Çünki ayaq izi qarın üstündə aydın qalır və kəşfiyyat ifşa olurdu. Belə olanda həm də növbəti günlərdə işləmək çətinləşirdi, düşmən ayaq izlərini görüb diqqətini artırırdı. O müddətdə kəşfiyyat işləri qarın əridiyi, yaxud get-gəl olduğu və bir neçə əlavə ayaq izinin diqqət çəkmədiyi yerlərdə aparılırdı. 827

Bir dəfə uşaqlar məni yuxudan oyatdılar. 828

Mehdiqulu, gəl müşahidə postuna, Əmin ağa oradadır. 828



Özümü oraya çatdırdım. Diviziya komandiri bəzi məsul şəxslərlə birgə kəşfiyyat işinin vəziyyətini öyrənməkdən ötrü Aypara bölgəsindəki müşahidə postumuza gəlmişdi. Salamlaşandan, hal-əhval tutandan sonra uşaqların kəşfiyyat işləri haqda məlumat verdik. Əmin ağa kəşfiyyat zonasının məhdudluğunu görüb soruşdu: "Nə üçün irəli getmirlər?" 828

İrəli qarlıdır, getsələr, ayaqlarının izi qalar və düşmən anlayar. 828

Yox, deyəsən, qorxurlar. 828

Yox, Əmin ağa, qorxu məsələsi deyil. Uşaqlar ehtiyat edirlər. 828



Bundan sonra kəşfiyyat bölüyünün komandiri qardaş Hörməti oraya gəldi və kəşfiyyat işinin vəziyyətini öyrənəndən sonra həmişəki kimi dedi: "Eybi yoxdur, axşam özüm gələrəm, gedərik". 828

Axşamüstü kəşfiyyat komandaları qardaş Kərim Hörmətinin özü ilə Ulaqlı bölgəsinə getdilər. Mən qərargahda onların gəlişinə hazırlıq görürdüm. İllər idi bu iş kəşfiyyat bölüyündə ənənəyə çevrilmişdi: Kim kəşfiyyata getmirdisə, səngərdə xörək və çay hazırlayırdı, uşaqlar da qayıdandan sonra yaxşı istirahət edirdilər. Bilirdim ki, Kərim ağa həmin gecə bütün istiqaməti öyrənmək istəyir. 828

Bu kəşfiyyat işi görüləndə əməliyyat zonasının kiçildiyindən xəbərimiz yox idi. Uşaqlar Qələminin arxasındakı dərədən keçib Nüsrət, Nəsr, Fəth və digər təpələrə gedəcəkdilər. 828

Uşaqlar qayıdanda gecə saat üç idi. Hamının üzü gülürdü, amma soyuqdan əsirdilər. Onlar deyirdilər: "Pusqulara gedəcək uşaqları ağa Kərim özü apardı". Uşaqların yeyib-içdiklərinə əmin olandan sonra mən də yatdım. 828

Səhər tezdən müşahidə postuna getdim. Gecə uşaqlardan eşitdiklərim düşmənin pusqu və səngərlərinin yaxınlığına qədər kəşfiyyatdan xəbər verirdi və oralar hələ qarın altında idi. 828

Müşahidə postunda gördüyüm səhnə məni çox narahat etdi. Uşaqların ayaq izləri elə aydın qalmışdı ki, araşdıran olsaydı, onların haradan gəlib haraya getdiklərini öyrənə bilərdi. Tez Əmin ağaya zəng vurub məsələni bildirdim. Məsələ o qədər ciddi idi ki, Əmin ağa dedi: "Bu dəqiqə gəlirəm". 828

Diviziya komandirinin səngəri ilə müşahidə postu arasındakı məsafə 3 km.-dən bir qədər az olardı, lakin Əmin ağa çox tez gəldi. Durbinlə yola baxan kimi dedi: "Uşaqlar əcəb iş görüblər!" 828

Heç kimin əlindən bir şey gəlmirdi. Yalnız dua edirdik ki, düşmən ayaq izlərini görməsin. 828

Həmin gecə heç kim qar üstündə kəşfiyyata getmədi. Uşaqların Vəcəəlnası və Mehriban Allahın lütfü düşməni kor etmişdi. Ondan sonra gördüyümüz yeganə dəyişiklik düşmənin bir pusqu səngərinin artması idi. Mənim fikrimcə, o səngər təsadüfən, həmin vaxt əlavə olunmuşdu. Yeni mövqe olduğuna görə orada istehkamlarını artırmaları təbii idi. 829

Kəşfiyyat işi tamamlanandan sonra batalyonlar bölgəyə qayıdıb ikinci dərəcəli yolların birində yerləşdilər. Bütün batalyonların yerləşdiyi düşərgə Girdərəş, Qamış və Hərmədan təpələrinin arasında idi. 829

Bir-iki dəfə batalyonların yerləşdiyi yerə getdim. Qardaş Seyid Fatimi həmin istiqamətin, eləcə də Həbib, İmam Hüseyn (ə) və Əli Əsğər batalyonlarından ibarət briqadanın komandiri idi. Gecəni onların komandir çadırında qaldım. Səhər çağı Həbib batalyonuna gedib ağa Sövdagər, Fərəc Quluzadə və digər qədim dostlarla görüşdüm. 829

Komandirləri və şəxsi heyəti əməliyyat zonası ilə tanış etməkdən başqa bir iş qalmamışdı. İlk mərhələdə Həbib ibn Məzahir batalyonu hücuma keçəcəkdi. Birinci bölük Qələmidən yola düşüb arxadan Çəkmeyiyə hücum edəcək, ikinci bölük isə ehtiyat tədbiri olaraq, onların ardınca gedəcəkdi. Üçüncü bölük də Nəsr diviziyasının yerləşdiyi təpədən yola düşüb Qucarın yamacından keçəcək və sonda Ulaqlı ilə Qucarın arasındakı boğazda yerləşən istehkamın sonundan döyüşə başlayacaqdı. Əvvəlcə iki batalyonun birgə hücuma keçməsi planlaşdırılırdı, ikinci planda isə Əli Əkbər batalyonunun tapşırığı əməliyyatın ikinci gününə keçirildi. 829

Diviziya komandiri təkidlə tapşırırdı ki, hətta briqada komandirləri də bölgə ilə tanış olmaq üçün oraya gəlsinlər. Briqada komandiri bölgəni yaxından gördüyünə görə əməliyyat zamanı daha yaxşı tədbirlər görə bilərdi. Qardaş Seyid Fatimi bölgəni öyrənməyə hamıdan çox həvəs göstərirdi. Komandirləri əməliyyat zonası ilə tanış etdiyimiz müddətdə o, hətta komandaların tapşırığına da diqqətlə yanaşırdı. Müşahidə postundan bölgəyə baxanda özü də gəlir, taqım və bölük komandirləri ilə bir-bir danışırdı. 829

Bölük və taqım komandirlərini bölgə ilə tanış edirdik. Qaranlıq gecə idi, səmada ay yox idi. Yalnız uzaqdan qarın işığı görünürdü. Bir neçə bölük eyni zamanda hərəkət edirdi. Söhrab Qurbani Həbib batalyonundan Fərəc Quluzadənin başçılıq etdiyi üçüncü bölüyü aparırdı. Digər tərəfdə Səfər Əlizadə Məhəmməd Rüstəminin başçılıq etdiyi birinci bölüyü, başqa bir tərəfdə də kəşfiyyat bölüyünə yeni gəlmiş və qısa zamanda bacarığını göstərmiş meşkinli müəllim, Mehran Rəsulinin başçılıq etdiyi ikinci bölüyü aparırdı. Şəxsi heyəti bölgə ilə tanış edərkən ən böyük problem qaranlıq idi. Hər yer elə zülmətə qərq olmuşdu ki, uşaqlar bəlkə bir neçə addım önlərini də çətinliklə görürdülər. Həmin gecə Söhrabın getdiyi tərəfdə Nəsr diviziyasının döyüşçülərindən biri minaya düşmüşdü. Biz yenə narahat idik ki, birdən düşmən əməliyyatdan duyuq düşüb müdafiə hazırlığı görər. 829

*** 830

Tanışlıq mərhələləri bitdi. Batalyon komandirləri ilə briqada başçıları arasında ardıcıl iclaslar başladı. O zamana qədər komandirlərin əl-qolunu bağlayan yeganə məsələ dəstək məsələsi idi. İlk hücuma keçənlərə silah və qida dəstəyi yol çəkilənə qədər yalnız qatırlarla mümkün idi. Hələ yol çəkiləndən sonra da get-gəl işi tam həll olunmurdu. Biz qar və yağış yağanda, habelə qar əriyəndə dəfələrlə təcrübədən keçirmişdik ki, palçıq hətta dağı-daşı da özü ilə aparır, o ki qala yeni çəkilmiş yola. 830

Vaxt yox idi. Batalyonların hazırlığından və komandirlərin şəxsi heyətlə iclaslarından xəbərsiz idim. Hamı son işlərlə məşğul idi: son kəşfiyyatlar, son tanışlıqlar, son planlar və son görüşlər... 830

Kəşfiyyat bölüyünün bütün uşaqları Qamışdakı qərargahda iclasa toplaşdılar. Qardaş Hörməti də gəlmişdi. Bütün uşaqlar diviziyanın əməliyyatdakı rolu ilə tanış oldular. İclasda hər bir batalyon və bölüyün tapşırığı haqda məlumat verildi, uşaqlar bölüklərə paylandılar və biz orada bildik ki, əməliyyatın əhatəsi Süleymaniyyənin şimalındakı Qucar, Hilkan və digər dağlara qədərdir. 830

Bundan sonra başa düşdük ki, bütün kəşfiyyatçıların əməliyyatda iştirakı vacib deyil və bu səbəbdən bölüyün əksər uşaqları bir neçə gün öncədən Sərdəşt bölgəsinə getmişdilər. Beləliklə, Aşura diviziyasının kəşfiyyat bölüyü Beytülmüqəddəs-3 əməliyyatında iki komanda ilə iştirak edəcəkdi. Lakin diviziyanın digər birləşmələri bölgədə idilər və hər gün ötdükcə hicrət əlamətləri daha aydın görünürdü. Çox qərarsız idim. Vəzifəm artdıqca narahatlığım da artırdı. Qayaları, qarları və düşmənin mövqelərində necə yerləşməsini yadıma salanda suallar üstümə hücum çəkirdi: Uşaqlar yuxarı qalxa bilməsələr, nə olacaq? Əgər düşmən duyuq düşsə, nə olacaq? Bəs birdən qayalardan sürüşsələr? Əgər yağış yağsa və palçıq seli axsa, necə? 830

III 830

Səhər çağı kəşfiyyat bölüyünün qərargahında tanış hazırlıq səhnələri canlanmağa başladı. Uşaqlar silahlarını hazırlayırdılar; durbin, kompas, gecə durbini... Bunlar hər bir kəşfiyyatçının iş alətləri idi. 830

Günorta hamımız birlikdə namaz qılıb naharımızı yedik. Adətən, kəşfiyyatçılar bir gün öncədən batalyonlara gedirdilər, bu dəfə isə əməliyyata bir neçə saat qalmış hərə öz batalyonuna gedəcəkdi. Düşərgənin yaxınlığında batalyonların yerləşməsi üçün yer hazırlamışdılar. Şəxsi heyət gecənin sonlarında oraya getdi ki, gündüz vaxtı Qucardan görünməsin. 830

Günortadan sonra saat dörddə biz də onlara qoşulduq. Bölük və taqımlara bələdçilik edən kəşfiyyatçıları son dəfə bir yerə topladıq. Son tapşırıqları verəndən və sağollaşandan sonra hərə öz yerinə getdi. Mən də qardaş Seyid Fatiminin yanına yollandım. Bir qədər orada dayanıb Həbib batalyonunun uşaqlarına baxdım. Onlar həddən artıq gənc qəhrəmanlar idilər. "Bunlar ki uşaqdırlar! Bunlar bu əməliyyatda necə iştirak edəcəklər?!" – deyə düşünəndə yəqin ki cəbhəyə gəldiyim ilk günləri unutmuşdum. 831

O gənc simaların şirin təbəssümləri və qüdrətli baxışları məni elə təsirləndirmişdi ki, sanki cəbhədə deyildim və əməliyyata hazırlaşmırdım. Həmin azyaşlıların bəzilərinin bir neçə əməliyyatda iştirak etdiklərinə inanmaq çətin olsa da, çox şirin həqiqət idi! 831

Hamı hazır idi. Hava tam qaralanda kolon bir müddət idi yola düşmüşdü. Mən ağa Seyid Fatiminin yanında olacaqdım. Ağa seyid və uşaqların bir qismi Qamışla Qucarın arasındakı yolun sol tərəfində yerləşən səngərdə gözləyirdilər. Onlar atışma başlayandan sonra yola düşüb dağa çıxacaqdılar. O səngərdə Hacı Zeynalxanlı, Hafiz, Rəhim Bağban, Həmid Baqirpur və digərləri ilə birlikdə idik. Həbib batalyonunun birinci və ikinci bölükləri oradan keçib öz əməliyyat zonalarına gedirdilər. Bir daha beynimdə əməliyyat planını və uşaqların hərəkətini nəzərdən keçirdim. Hər bölüyün yolunda müxtəlif problemlər vardı. Birinci və üçüncü bölüklər cəbhə formasında hücuma keçəcəkdilər. Ulaqlının üstündən hücuma keçəcək ikinci bölüyün isə böyük problemləri vardı. Ulaqlı bizim mövqeyimizdən məğlubedilməz görünürdü. Biz onu ələ keçirmək üçün təpəlik ərazidən keçməli idik. Hər təpədən sonra daha hündür bir təpə gəlirdi və beləliklə, pillə-pillə irəliləyib əsas dağa çatmalı idik. Biz kəşfiyyat zamanı bu problemin həlli üçün bir çıxış yolu göstərmişdik, amma son əməliyyat planında Ulaqlıya hücum ləğv olundu və bütün istiqamət iki təpə və bir torpaq istehkamla məhdud oldu. 831

Birinci və ikinci bölüklərin yolu isə Qələminin arxasından keçirdi. Onlar Qələmidən keçəndə düşmənin Çəkmeyi bölgəsinin aşağısından ötməli idilər. Çəkmeyi çox hündür deyildi, ən hündür yeri 200 metrə çatırdı və düşmən oradan hər bir səsi eşidə bilirdi. Həmin yolda kiçik bir arx da vardı. Seyid Zəfərançı ilə mən öncədən oraya nərdivan kimi bir şey qoymuşduq ki, şəxsi heyətin sakit keçməsinə kömək etsin. 831

Kolon səngərimizin yanından keçəndə mən də onlara qoşuldum və Qələmiyə qədər onları ötürdüm. Bu dəfə "Vəcəəlna" düşməni kar etmək niyyəti ilə oxunurdu. Dəfələrlə gözlənilməz səslər çıxdı. Arxdan keçəndə bir neçə nəfər sürüşüb suya yıxıldı. O sakit və qaranlıq gecədə hər bir səs diqqət çəkirdi. Ehtiyatla Qələmiyə çatdıq. Uşaqlar oradan keçidə getdilər. Birinci bölük Təkağacın arxasından Çəkmeyi tərəfə dönəcəkdi, ikinci bölük də yolunu Nəsrə doğru düz davam etdirəcəkdi. Bu bölüyün tapşırığı Ulaqlının üstündən ehtimal olunan əks-hücumları dəf etməkdən ibarət idi. Üçüncü bölükdən xəbərim yox idi, tək bildiyim ağa Söhrabın onları istehkama tərəf aparması idi. 831

Seyid Zəfərançı ilə birgə Qələmidən səngərə qədər qayıtdım. O, dərhal qərargaha getdi, mənsə ratsiyanın yanında oturdum. Qardaş Seyid Fatiminin dəstə üzvlərinin hərəsi bir tərəfdə uzanıb bir neçə saatlıq imkandan istirahət məqsədilə istifadə edirdi. Əməliyyat başlayandan sonra neçə sutka yuxusuz qalacaqları bəlli deyildi. Yalnız Seyid Fatimi oyaq idi. Mən də onun yanında oturdum. 832

Təxminən bir saatdan sonra atışma səsləri və dərhal ratsiyaların xışıltısı gəldi. Döyüş başlamışdı. Əvvəlcə üçüncü bölüklə əlaqə saxlayıb vəziyyəti soruşduq, sonra birinci və ikinci bölüklərlə. Həbib batalyonunun komandiri qardaş Sövdagər şəxsi heyəti ilə birgə irəli getmişdi. O, birinci bölüklə irəliləyib Təkağaca çatmış və üçüncü bölüyün zonasına girmişdi. Hər bir rabitə əlaqəsinin fasilələrində ratsiyadan Əmir Xirədməndin səsi gəlirdi. O, vəziyyəti anbaan məruzə edirdi. Eşitdiklərimizdən başa düşdük ki, hələ düşmən mövqeyi ələ keçirilməyib. Birinci bölüyün dolaşıq cavabları qardaş Seyid Fatimini narahat edirdi. 832

Bəs siz haradasınız? Nə iş görürsünüz? 832

Bura minalanmış sahədir, yanımızda partladıcı bölükdən heç kim yoxdur. Düşmən müqavimət göstərir. 832

Hər rabitə əlaqəsində oxşar cavablar alırdıq. Gecə saat üçün yarısında ağa Seyid dözməyib dedi: "Qalxın, biz də gedirik yuxarı". 832

Hava zülmət qaranlıq idi. Mən yolu hamıdan yaxşı tanıyırdım və bələdçi sayılırdım. Təxminən on nəfər idik. Əvvəlcə fikirləşdim ki, uşaqları Qələmiyə aparıb o yoldan yuxarı qalxaq, amma yolun uzaq olacağını düşünüb yeni salınan yolla hərəkət etdik. Rabitə əlaqəsi hələ davam edirdi, Əmir düşmənin vəziyyətini və öz durumlarını açıqlayırdı. 832

Dərənin içi ilə düz getsəydik, istehkamın Təkağacla birləşdiyi yerə çatardıq. Orada beynimə düşdü ki, bizə ən yaxın yer olan Çəkmeyiyə gedək. Əmir birinci bölük tərəfindən deyirdi: "Orada problem yoxdur, yalnız düşmən hələ müqavimət göstərir". 832

Nə mən Çəkmeyinin alınıb-alınmadığını soruşa bilirdim, nə də özü düşmənin müqavimətindən başqa bir söz deyirdi. Yolumu Çəkmeyi tərəfə döndərərkən oradan atəş yağmağa başladı. Qucar tərəfdən də düşmənin atəşi altında idik. Əmin olduq ki, Çəkmeyi hələ düşməndədir. Seyidə öndən də atəşə məruz qaldığımızı söyləmədən kolonu diqqətlə gəldiyimiz cığıra qaytardım. 832

Ağa seyid, ora Qucardan görünür. Oradan getsək, bütün yolboyu atəş altında olacağıq. Yaxşı olar ki, buradan qalxaq. 833





Yüklə 9,35 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə