Şeirimizin sübh çağı Mikayıl 110



Yüklə 93,04 Kb.
tarix17.11.2018
ölçüsü93,04 Kb.
#83095




Şeirimizin sübh çağı Mikayıl

110


(Metodiki Vəsait)

Daşkəsən rayon MKS

Metodika və biblioqrafiya şöbəsi

2018

Mikayıl Müşfiqin 110 illiyinin qeyd edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

17 may 2018, 18:05

2018-ci ilin iyun ayında Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Mikayıl Müşfiqin (Mikayıl Mirzə Əbdülqadir oğlu İsmayılzadənin) anadan olmasının 110 illiyi tamam olur. Böyük şair Mikayıl Müşfiq milli folklordan və klassik ədəbi ənənələrdən layiqincə bəhrələnməklə yaratdığı dərin lirizmə malik və doğma dilin bütün gözəlliklərini özündə ehtiva edən bənzərsiz poetik nümunələrlə Azərbaycanın çoxəsrlik bədii fikir xəzinəsini daha da zənginləşdirmişdir. Forma yeniliyi, məzmun genişliyi, romantik əhval və yüksək həyat eşqi bu söz sənəti incilərinin başlıca keyfiyyətləridir. Müşfiqin adı 1930-cu illər totalitarizminin qurbanına çevrilmiş məsum insanların xatirəsinin rəmzi və nakam şair obrazı kimi xalqın yaddaşında yaşamaqdadır. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan ədəbiyyatının inkişafına dəyərli töhfələr vermiş görkəmli şair Mikayıl Müşfiqin anadan olmasının 110-cu ildönümünün layiqincə qeyd olunmasını təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, Mikayıl Müşfiqin 110 illiyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 17 may 2018-ci il.



Tərtibçidən

Mikayıl Əbdülqadir oğlu İsmayılzadə Əmək fəaliyyətinə pedaqoq kimi başlamışdır. Onu böyüklü, kiçikli hamı sevir. O, qısa ömrünə baxmayaraq maraqlı və orjinal əsərləri ilə ədəbiyyatımızda dərin iz qoyub Ziyalı timsalında el özünün zehni, mənəvi varlığının gerçəkliyini, öz ideallarının carçısını görür. Əsl ziyalılara həmişə ehtiram, qayğı bəsləyir, onlara güvənir. Müasir dünyada öz milli mövqeyini dərk etməkdə onlara hərəkətverici qüvvə kimi baxır. Ziyalı adını ləyaqətlə daşıyanlar isə elin etibarını, ümidini doğrultmağı müqəddəs borc sayırlar. Böyük insan, nəğməkar şair, Mikayıl Müşviq Azərbaycan musiqi xəzinəsinin inciləri sırasındadır. Onun yaradıcılığı çoxşaxəlidir. Vətənin, xalqın, milli dəyərlərimizin, təbiət gözəlliklərinin, hətta gülün-çiçəyin belə tərənnümü şairin yaradıcılığında özünəməxsus yer tutur. Sənətdə sehrli nə varsa, intuisiyanın gözlənilməz kəşflərindən doğur. Kimin intiusiyası laldırsa, o nə sənətin dilini bilər, nə sənət dilində yaradar. El dilinin saf şeiriyyətinə sahib olanlar poeziyasını bir poeziya kimi başqalarına çatdırırlar. Yalnız sözün duruluğunda nəcib duyğuların işığı könül oxşayır. Sözdə hisslərinin, fikrin vəznini artırmaq istəyənlərin meyarı təbii sadəlikdir. Elə burada şairin sözünün sehrini, əfsunlayıcı təsirinin sirlərini görürük.

Bu il nəğməkar şair Mikayıl Müşviqin 110 illik yubileyi qeyd olunur. Şairin yubileyi münasibətilə işlədiyimiz bu vəsait iki hissədən ibarətdir. I hissə “oxu tar” adlanır. Bu hissədə şairin həyat və yaradıcılığından bəhs edilir. İkinci hissə isə “Heyat sevgisi” adlanır və şairin yaradıcılığı ilə bağlı keçirilə biləcək tədbirlərdən söhbət açılır.

Oxu, tar, oxu tar! 
Səsindən ən lətif şeir dinləyim. 
Oxu tar, bir qadar! 
Nəğməni su kimi alışan ruhuma çiləyim 
Oxu, tar! 
Səni kim unutar! 
Ey geniş kütlənin acısı, şərbəti, 
Alovlu sənəti!..

Həyat və yaradıcılığı

Mikayıl Əbdülqadir oğlu İsmayılza-də (Mikayıl Müşfiq) 1908-ci il iyun ayının 5-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. Əslən Xızı rayonundandır.İbtidai təhsilini inqilabdan əvvəl rus-tatar məktəbində almışdır. Azər-baycanda Sovet hakimiyyəti qurulduq-dan sonra Bakı Darülmüəllimində və 12 saylı II dərəcəli məktəbdə təhsilini davam etdirmişdir. 1927-1931-ci illərdə Azərbaycan Dövlət Darülfünunun (indiki Bakı Dövlət Universiteti) dil və ədəbiyyat fakültəsini bitirmişdir.

Əmək fəaliyyətinə pedaqoq kimi başlamışdır. Bakı orta məktəblərində yeddi il müəllimlik etmiş, son iş yeri indi onun adını daşıyan 18 saylı Bakı şəhər orta məktəbi olmuşdur.

Ədəbi yaradıcılığa hələ məktəb yaşlarından “Bu gün” adlı ilk şeirini 1926-cı ildə yazıb və tezliklə tanınmış şairlərindən birinə çevrilib.

“Küləklər” (1930), “Günün səsləri” (1930), “Buruqlar arasında” (1932), “Vuruşmalar” (1932), “Pambıq” (1932), “Qaya” (1935), “Şəngül, Şüngül, Məngül” (1934), “Kəndli və ilan” ( 1935) adlı kitabları şairin sağlığında çap olunmuşdur.O, qısa ömrünə baxmayaraq, maraqlı və orijinal əsərləri ilə ədəbiyyatımızda dərin iz qoyub.

1930-1935-ci illərdə M.Müşfiqin 10 şeir kitabı nəşr edilib.Müslüm Maqomayevin “Şah İsmayıl” operasına librettonun da müəllifi odur. M.Müşfiqin uşaqlar üçün yazdığı “Coğrafiya”, “Məktəbli şərqisi”, “Zəhra üçün”, “Qaya” şeirləri də maraqlıdır. Şairin zəngin ədəbi irsinə şeirdən tutmuş poemayadək (“Çoban”, “Mənim dostum”, “Qaya”, “Sındırılan saz”, “Səhər”, “Azadlıq dastanı”) lirik növün əksər janrları daxildir. Şair bu əsərlərdə həyati lövhələrini, insanların mənəvi aləmini inandırıcı şəkildə açıb.

O, bədii tərcümə ilə də ciddi məşğul olmuş, Yeqişe Çarensin “Şeirlər” (1934), Taras Şevçenkonun “Kobzar” (1934), A.S.Puşkinin “Qaraçılar” (1930), S.Marşakın “Huşsuza bax, huşsuza” (1935) əsərlərini tərcümə etmişdir.

Müşfiqin “Yenə o bağ olaydı”, “Oxu, tar”, “Küləklər”, “Duyğu yarpaqları”, “Həyat sevgisi” və bir çox şeirlərinə məşhur bəstəkarlar musiqi bəstələmiş, həmin mahnılar bu gün də Azərbaycan musiqi xəzinəsinin inciləri sırasındadır.1938-ci il yanvar ayının 6-da cəza tədbirləri dövründə M.Müşfiq də repressiya qurbanı olmuş və güllələnmişdir.

Şairin xatirəsini əbədiləşdirmək məqsədilə Bakıda Süleyman Rəhimov küçəsində, yaşadığı binanın qarşısına xatirə lövhəsi vurulmuş, büstü qoyulmuş, oxuduğu məktəbə, küçəyə və meydana adı verilmiş, Xızıda ev-muzeyi yaradılmışdır.

1968-ci ildə həyat yoldaşı Dilbər Axundzadənin “Müşfiqli günlərim” adlı xatirələr kitabı nəşr olunmuş, kitabın son genişləndirilmiş nəşri 2005-ci ildə “Gənclik” nəşriyyatında işıq üzü görmüşdür.

Bu il Azərbaycan poeziyasının yaradıcılarından biri olan Mikayıl Müşfiqin 110 illiyini qeyd etməyə hazırlaşırıq.

M. Müşfiq poeziyasının gücü və qüdrəti müasir, xəlqi humanist olmasıdır. Yeni həyat quruculuğu azad əmək, vətənpərvərlik və qadın azadlığının tərənnümü Müşfiq poeziyasının başlıca pafosudur. Yaradıcılığına əsas coşqun hiss, həyacan, gələcək arzusu ilə qanadlanan xəyal onun əsərlərinə romantik bir vüsət vermişdir.

Müşfiq elə ilk gənclik illərindən poeziya yoluna qədəm qoymuşdur. Lakin bu poeziya yolu Müşfiq üçün ağır və məşəqqətli olmuş 1937-ci il – şəxsiyyətə pərəstiş illərində haqsız güllələnmişdir.

Cəmi 29 il ömür sürən şair olduqca böyük bir ədəbi irs qoyub getmiş, bədii və sənətkarlıq cəhətdən yüksək səviyyədə duran, bu gündə müasir səslənən şerlər və poemalar yaratmışdır. Onun şerə qırılmaz tellərlə bağlılığı aşağıdakı misralarda çox gözəl təsvir edilmişdir:


Ey şer yazmaqla köçən günlərim,

Siz ki. ən vəfalı günlərimsiniz.


Müşfiqin ilk mətbu əsəri – “Bir gün” şeri Azərbaycan Sovet hakimiyyətinin qurulmasına həsr olunub. Şer 1926-cı ildə nəşr olunmuşdur.

“Bir gün” şerində şair xalqımızın azadlığa çıxmasını tərənnüm edərək yazırdı:


Bu gün. Bizə buldunsa bu aləmdə səadət

Hörmət sənə, hörmət sənə,hörmət sənə, hörmət


İlk şerləri ilə diqqəti cəlb edən Müşfiqin bir-birinin ardınca “Küləklər”(1930), “Günün səsləri”, “Pambıq”, “Bir May”, “Buruqlar arasında”, “Şəngül, Şüngül, Məngül”(1934), “Qaya”(1935), “Kəndli və ilan” kitabları nəşr olunur.

Azərbaycan xalqının ağar keçmişindən və yeni həyat quruculuğundan bəhs edən “əfşan”, “Çoban”,”Dağlar faciəsi”(1933, “Səhər”, “Sındırılan söz”(1935) və s. poemalarında lirika daha qüvvətlidir.

Müşfiq uşaqların yaxın dostu idi. Uşaqlara böyük məhəbbətini onlar üçün (“Pambıq”, “Məktəbli sərgisi”, “Pioner”, “Zəhra üçün”, “Pioner sarayı”) şerləri, “Vuruşmalar”, “Qaya” kimi poemalar və “Şəngül, Şüngül Məngül”, “Kəndli və ilan” adlı mənzum nağılları ilə bitirmişdir.

Müşfiqin tərcüməçiıik işi haqqında da danışmaq yerinə düşərdi. Bununla o müntəzəm məşğul olmuşdur. O, dilimizə Firdovsinin, Ömər Xəyyamın, A.S.Puşkinin, M.Y.Lermantovun, t,Q,Şevçenkonun, S,Y,Marşakın şerlərini və pomalarını yüksək ilham və böyük sənətkarlıqla tərcümə etmişdir.

Müşfiq yaradıcılığında məhəbbət lirikası mühüm yer tutur. Lirik şerlərində “Sənin gözlərin”, “Ulduzlar”, “Şirin qız”, “Yenə o bağ olaydı”, “Ürək”, “Maral”, “Sənin gülüşlərin”, “Nə deməkdir?” və s. məhəbbətin şirin cəfası, hicrandan yaranan həsrət, vüsal şirinliyi, cavan aşiqin ürək çirpıntılarını, sevdalı gənclərin ülvi hisslərini yüksək poeziya dili ilə qələmə almışdır. Bunlar “Yenə o bağ olaydı” şerində ustalıqla təsvir edilmişdir:

Yenə o bağ olaydı, yenə yığışaraq biz

O bağa köçəəydiniz.

Biz də muradımızca fələkdən kam alaydıq

Sizə qonşu olaydıq

Yenə o bağ olaydı, səni tez-tez görəydim:

Qələmə söz verəydim,

Hər gün bir yeni

nəğmə, hər gün yeni Ilham,

Yazaydım səhər-axşam,

Arzuya bax, sevgilim, tellərindən incəmi?

Söylə ürəyincəmi?


Daşkəsən rayon MKS-nin nəzdində yerləşən bütün kitabxanalar M.Mişfiqin 110 illik yubileyinə hazırlıq işləri görməlidirlər. Kitabxana işçiləri gənclər arasında M.Müşfiqin əsərlərinin təbliğinə maraq göstərməlidirlər. Metodik vəsaitin hazırlanmasında əsas məqsəd kitabxanada M.Müşfiq əsərlərini geniş təbliğ etmək, onun böyük hisslərini tərənnüm edən şerlərini gənc oxuculara tanıtmaq, qısa ömür payını faciə ilə başa vuran bir şairi sevdirməkdir.

Bu məqsədlə biz kitabxanaçılar M.Müşfiqin yaradıcılığından bəhs edən kitab sərgiləri təşkil etməli, kitabxana plakatı, kitab müzakirəsi və şifahi jurnal keçirməli, ədəbi-bədii gecələrə hazırlaşmalıyıq. Yubiley ərəfəsində M.Müşfiqin əsərlərinin təbliğində yaxşı olardı ki, ilk növbədə kitab sərgilərindən istifadə olunsun. Sərginin təşkilində müxtəlif başlıqlardan istifadə etmək olar: “Həyat aşiqi”, “Mənim könlüm deyir ki...”, “Sevgim mübarizə, sevgilim həyat” və s.



Kitab sərgisi










(Musiqili ədəbi-bədii gecə)

Bu tədbiri keçirmək üçün kitabxanaçı ilk növbədə bir sıra başlıqlardan istifadə edə bilər. Məs: “Oxu tar”, “Yenə o bağ olaydı”, “Duyğu yarpaqları”, “Sındırılan söz”, “Həyat sevgisi” və s. Kitabxanaçı tədbir iştirakçılarını “M.Müşfiq 110” başlığı altında kitab sərgisi ilə tanış edir.

Tədbiri xalq artisti Z. Xanlarovanın ifasında Ə.Tağıyevin M.Müşfiqin sözlərinə bəslədiyi “Sənə qurban” mahnısının səsləndirilməsi ilə başlayır. Mahnı bitdikdən sonra səhnəyə tədbiri hazırlayan kitabxanaçı daxil olur. O, tədbir iştirakçılarına M.Müşfiqin həyat və yaradıcılığı haqqında məlumat verir, onun sənət aləmində keçdiyi yoldan söhbət açır. Sonra kitabxanaçı gecənin aparıcılarına söz verir:
I aprıcı:

Ey insan çarpdıqca ürəyin sənin,

Açıldıqca əməl çiçəyin sənin,

Çılğın təbiəti rəm eylədikcə

Özünə uğurlu əməyin sənin

Almaz külüngünü vurub dağlara,

Çıxdıqca daşlardan çörəyin sənin,

Dünyanı hey duyub, hey düşünməyə

Bir nəğmə olduqca gərəyin sənin,

Dünya qaldıqca son yarpaq, sonam

Yenə sönmədikcə istəyin sənin

Şair yeni-yeni sözlər bulağı

Kainat olduqca şer olacaq.
II aparıcı:

Mən əzilən sinifin hayqıran

Haq bağıran sədasından yarandım

Ölümlərin pəncəsindən hıçqıran

Məzlumların həvasından yarandım.

İnsan oğlu, uzaqlaşma, gəl yaxın:

Başqa yoldan alınmasın sorağın

Bir günəşin, bir məsləkin, bir elin

Ən həqiqi mənasından yarandım.
III aparıcı:

Oxu, tar, oxu, tar...

Səsindən ən lətif, şerlər dinləyim

Oxu, tar, bir qədər...

Nəğməni su kimi alışan ruhuma çiləyim

Oxu, tar. Səni kim unudar?

Ey geniş kütlənin acısı, şərbəti

Alovlu sənəti.


(musiqi səslənir)
Tədbir iştirakçıları Azərbaycanın xalq artisti G.Məmmədovun “Oxu, tar” mahnısını disk vasitəsi ilə dinləyirlər.

I aparıcı:
Əgər bu günkü Azərbaycan şerində bir məlahət, bir səmimiyyət, bir ülviyyət varsa,əgər bu gün yazıb-yaradan şairlərin əsərlərində bir alov, bir ilham, bir çağlayış parlarsa, əgər fikirlərimizdən qələmlərimizə gedən yol üfüqlər kimi günəşlənərsə burada sənin də inkaredilməz, danılmaz böyük xidmətlərin vardır.


II aparıcı:
Müşfiqin ən böyük amalı Azərbaycan ədəbiyyatının zənginləşməsinə, inkişafına xidmət etmək idi. Xalqına sonsuz məhəbbət bəsləyən şairin ürəyi həyat sevgisi ilə çırpınırdı. Şerlərinin birində dediyi kimi:
Ah, mən gündən-günə gözəlləşən,

İşıqlı dünyadan necə əl çəkim

Bu yerlə çarpışan, göylə əlləşən

Dostdan, aşinadan necə əl çəkim.


III aparıcı:

Müşfiq lirikası özünün yalnız ictimai əxlaqi-tərbiyəvi məzmunu ilə deyil, orijinal sənətkarlıq cəhətləri ilə də diqqəti cəlb edir. O, şer, sənət və sənətkarlıq haqqında ayrıca məqalə yazmasa da bir sıra əsərlərində maraqlı fikirlər irəli sürmüşdür ki, bunlar da onun ədəbi mülahizələrini, estetik görüşlərini müəyyənləşdirməyə oxuculara kömək edir:


Keçən günlərimi vərəqləyirkən

Sevdalı dillərin yadıma düşdü.

Xəyalım qarşımda canlandı birdən

Göyərçin əllərin yadıma düşdü

Deyildir eşq odu məni yandıran

Ruhumun şəhrini işıqlandıran,

Pozğun şəfəqləri mənə andiron

Ziyali tellərin yadıma düşdü.

O gün də bir gündü, ey üzü döyünmüş,

Sandım içində bir qaplan döyünmüş

Bir anda köpürmüş, bir anda sönmüş

Xırçın əməllərin yadıma düşdü.


(Musiqi səslənir)

Tədbir iştirakçıları disk vasitəsi ilə Azərbaycanın xalq artisti Ş.Ələkbərovanın ifasında “Yaşa könül” mahnısını dinlıyirlər.

Pərdə açılır. M.Müşfiqin “Sındırılan saz” poemasının qəhrəmanları DumanSərin səhnəyə çıxırlar. Bu rolları oxucular ifa edirlər.
Duman Sərin,ay qız, Sərin.
Sərin

Sənmisən, aman.

Gün günorta çağı, ayıbdır,Duman.

Çıx get.



Duman

Qorxma, Sərin bir kimsə yoxdur.

Bu qədər ürəyin niyə soyuqdur?

Sərin

Ayıbdır, ay Duman, görən söylər?

Bilsə anam məni, abırdan eylər.

Duman

Mən neçin tələsik bura yüyürdüm?



Sərin
Yetər ki, bir qədər üzünü gördüm.

Duman

Bəs haçan görüşək?



Sərin
Gecə gələrsən,

Burda, burda səni gözləyərəm mən.


Duman
Camalını görən, aya dalarmı?

Ulduzlar gözlərin kimi olarmı?

Gözlərin bəzənib süzməsin məni.

Bu qədər süzülüb üzməsin məni.

Qəm kəsib sinəmi budamaqdadır.

Neçin gözəl yarım bu damaqdadır?


Sərin

Mən səndən küsmüşəm, orda-burda sən

Niyə hər yetəni tərifləyirsən?
Duman
O şənlikdə, bu şənlikdə

Şirin-şirin dil mənimdir.

Ötmə,bayquş,çəmənlikdə

Mən bülbüləm, gül mənimdir.

Sənsiz könlüm ağlr mənim,

Göz yaşlarım çağlar mənim,

Fərhad olsam dağlar mənim,

Məcnun olsam çöl mənimdir.

Duman uymaz sarsaq sözə,

Məhəl qoymaz axmaq sözə,

Kim nə deyir basağ sözə,

Mən elinəm, el mənimdir.


(Musiqi səslənir)

İştirakçılar Disk vasitəsi ilə müğənni F.Kərimovanın ifasında “Sənin gülüşlərin” mahnısını dinləyirlər.



I aparıcı:
Müşfiqin lirikasında duyulan əsas cəhət onun şerlərinin qüvvətli olmasıdır. Şairin sönməz ilhamı, hissi, duyğusu, gələcək arzusu ilə qanadlanan xəyalına elə qaynayıb qarışır ki, bu da onun şerlərinə sönməz bir nəfəs verir. Lirik şerlərində şair oxucularına bu günü göstərməklə sabah baş verəcək hadisələri onların təsəvvüründə canlandırır.
II aparıcı:

Ah, nə böyük şərəfdir sənətkar olmaq,

Könüllər dünyasında xəbərdar olmaq.

Nə xoşdur bir hiss kimi-qəlblərə girmək

Səssiz-sorğusuz

Bütün fənalıqları yıxıb devirmək

Qara-qorxsuz.

Kitabxanaçı ədəbi-bədii gecənin ssenarisini bu üsulla davam etdirə bilər.



Ədəbiyyat siyahısı
Əsərləri Müşfiq, Mikayıl. Seçilmiş Əsərləri. –Bakı, “Şərq-Qərb”, 2004. -352s.
Müşfiq, Mikayıl. Həyat sevgisi. –Bakı, “Yazıçı”, 1988. -304s.
Müşfiq, Mikayıl. Könlümü al, oxu! –Bakı, “Maarif”, 2002. -96s.
Müşfiq, Mikayıl. Əbədiyyət nəğməsi. –Bakı, “Yazıçı”, 1978. -309s.
Müşfiq, Mikayıl. Əsərləri. Üç cilddə. 3-cü cild. –Bakı, “Azərnəşr, 1973. -356s.
Müşfiq, Mikayıl. Seçilmiş əsərləri. Üç cilddə. I cild. -Bakı, “Avrzsiya press”, 2008. -244s.
Müşfiq, Mikayıl. Seçilmiş əsərləri. Üç cilddə. II cild. -Bakı, “Avrzsiya press”, 2008. -248s.
Müşfiq, Mikayıl. Seçilmiş əsərləri. Üç cilddə. IIIcild. -Bakı, “Avrzsiya press”, 2008. -256s.
Küləklər (şeirlər). -Bakı: "Azərnəşr", 1930, 121 səh.
Yenə o bağ olaydı.- Bakı: "Gənclik", 1976.-166 səh.
Əbədiyyət nəğməsi.- Bakı: "Yazıçı", 1978.- 309 səh.
Qaya. -Bakı: "Maarif", 1978.- 118 səh.
Kəndli və ilan. -Bakı: "Gənclik", 1984.-13 səh.
Şəngül, Şüngül, Məngül. -Bakı: "Gənclik", 1983.- 16 səh.
Kəndli və ilan. -Bakı: "Gənclik", 1984.- 16 səh.
Könlümün dedikləri (şeirlər). -Bakı: "Gənclik", 1988.- 56 səh.
Həyat sevgisi (şeirlər, poemalar, mənzum oçerklər, mənzum nağıllar). -Bakı:" Yazıçı", 1988. -304 səh.
Tərcümələri Yeqişe Çarens. Şeirlər. -Bakı: "Azərnəşr", 1934.- 54 səh.
Taras Şevçenko. Kobzar. -Bakı: "Azərnəşr", 1934.- 85 səh. (şərikli).
A.S.Puşkin. Qaraçılar. -Bakı: "Azərnəşr", 1930.- 30 səh. (şərikli).
Marşak. Huşsuza bax, huşsuza.- Bakı: "Azərnəşr", 1935.- 10 səh.
A.S.Puşkin. Qaraçılar. -Bakı: "Azərnəşr", 1937.- 30 səh. (şərikli).
Marşak. Huşsuza bax, huşsuza.- Bakı: "Azərnəşr", 1936.- 14 səh.
M.F.Axundov. Şərq poeması. -Bakı: "Azərnəşr", 1937.- 31 səh


Tərtib edən:

Metodika və biblioqrafiya şöbəsinin müdiri: Rəna Hüseynova.

Kompüter dizayneri:

Metodika və biblioqrafiya şöbəsinin metodisti: Aygün İbrahimova.

Yüklə 93,04 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin