ŞƏLALƏ CƏLAL qızı ABDULLAYEVA
Filologiya üzrə fəlsəfə doktoru, dosent
|
|
|
Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının dosenti
İş telefonu: (+99412) 539 10 88
İmeyl: s.calalqizi@mail.ru
|
|
|
QISA BİOQRAFİK MƏLUMAT
|
-
1972-ci il mart ayının 7-də Bakı şəhərində anadan olub.
-
1978-1988-ci illərdə Bakı şəhəri 173 saylı orta məktəbdə təhsil alıb və orta məktəbi əla qiymətlərlə bitirib.
-
1988-1993-cü illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsində təhsil alıb və universiteti fərqlənmə diplomu ilə bitirib.
-
Ailəlidir, iki oğul övladı var.
|
ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI
|
-
1994-1998-ci illərdə BDU-nun Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının dissertantı olub.
-
1999-cu ildə „Y.V.Çəmənzəminlinin dilçilik görüşləri“ mövzusunda dissertasiya müdafiə edib və filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.
-
2015-ci ildə dosent elmi adını alıb.
|
ƏMƏK FƏALİYYƏTİ
|
-
1993-1994-ci illərdə Azərbaycan Yazıçılar Birliyində „Kitabi-Dədə Qorqud“ ensiklopediyası“ redaksiyasında elmi redaktor.
-
1994-1996-cı illərdə BDU-nun Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasında baş laborant.
-
1996-1999-cu illərdə Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasında müəllim.
-
1999-2015-ci illərdə Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasında baş müəllim.
-
2015-ci ildən Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının dosentidir.
|
TƏDRİS ETDİYİ FƏNLƏR
|
-
Müasir Azərbaycan dilinin qrammatikası
-
Azərbaycan dilinin tədrisi metodikası
|
İŞTİRAK ETDİYİ KONFRANSLAR, KURSLAR, TRENİNQLƏR
|
-
1995, Bakı, Azərbaycan. BDU-nun aspirantlarının və gənc tədqiqatçılarının elmi konfransı.
-
1999, Bakı, Azərbaycan. BDU-nun 80 illiyinə həsr olunmuş aspirantların və gənc tədqiqatçıların elmi konfransı.
-
2013, Volqoqrad, Rusiya. III Beynəlxalq elmi-metofiki konfrans.
-
2014, Bak, Azərbaycan. Azərbaycan xalq yazıçısı, Respublika Dövlət Mükafatı laureatı, görkəmli dramaturq İ.Əfəndiyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş respublika elmi konfransı.
-
2014, Bakı, Azərbaycan. “Ümumi təhsil kurikulumunun əsasları” fənninin tədrisi üzrə kurs.
|
ÇAP OLUNMUŞ ƏSƏRLƏRİ
|
Kitablar
-
1998, Y.V.Çəmənzəminlinin dilçilik görüşləri. (Monoqrafiya). Bakı: BDU nəşriyyatı.
-
2010, Cəlal Abdullayev. Əsərləri. I cild. Bakı: Çaşıoğlu. (tərtibçi), 344 s.
-
2010, Duyğularda iz saldı. Bakı: Çaşıoğlu. (tərtibçi), 229 s.
-
2011, Cəlal Abdullayev. Əsərləri. II cild. Bakı: Çaşıoğlu. (tərtibçi), 328 s.
-
2012, Cəlal Abdullayev. Əsərləri. III cild. Bakı: Elm və təhsil. (tərtibçi), 216 s.
-
2012, Cəlal Abdullayev. Əsərləri. IV cild. Bakı: Elm və təhsil. (tərtibçi), 208 s.
-
2012, Cəlal Abdullayev. Əsərləri. V cild. Bakı: Elm və təhsil. (tərtibçi), 264 s.
-
2012, Cəlal Abdullayev. Əsərləri. VI cild. Bakı: Elm və təhsil. (tərtibçi), 316 s.
-
2012, Cəlal Abdullayev. Əsərləri. VII cild. Bakı: Elm və təhsil. (tərtibçi), 292 s.
-
2012, Ədəbiyyatşünaslıq terminləri lüğəti. Bakı: Elm və təhsil, 236 s.
-
2013, Azərbaycan dili (dərslik). Bakı: E.L. Nəşriyyat və Poliqrafiya Şirkəti MMC (həmmüəlliflər: İ.Şəmsizadə, O.Piriyeva, G.Abbasova, İ.Məhərrəmova), 609 s.
-
2014, Azərbaycan dili (Ali məktəblərin hazırlıq fakültələri üçün dərslik). Bakı: Elm və təhsil, (həmmüəlliflər: İ.Şəmsizadə, O.Piriyeva, G.Abbasova, İ.Məhərrəmova), 344 s.
Metodik göstəriş və proqramlar
-
2002, Tapşırıq və oxu mətnləri. (Fizika fakültəsi rus bölməsi tələbələri üçün metodik göstəriş). Bakı: BDU nəşriyyatı, 23 s.
-
2014, Azərbaycan dili (Ali məktəblərin hazırlıq fakültələri üçün proqram). Bakı: Elm və təhsil, 20 s.
Məqalələr
-
1994, Y.V.Çəmənzəminlinin hekayə ustalığı. – Dil və ədəbiyyat, III buraxılış, Bakı: BDU, s. 11-13
-
1994, Y.V.Çəmənzəminlinin irsinin dili haqqında. – Dil və ədəbiyyat, V buraxılış, Bakı: Azərbaycan EA-nın Nəsimi adına Dilçilik İnstitutu, s. 156-161
-
1995, Y.V.Çəmənzəminli irsinin tədqiqi tarixindən. – Azərbaycan ədəbiyyatına dair tədqiqatlar (məruzələrin tezisləri). Bakı, EA Nizami adına Ədəbiyyat İnstitutu, s. 7
-
1995, Y.V.Çəmənzəminlinin “Rusca-türkcə cib lüğəti”. – BDU-nun aspirantlarının və gənc tədqiqatçıların elmi konfransının materialları. Bakı, BDU, s. 15-16
-
1995, Y.V.Çəmənzəminlinin lüğətçilik fəaliyyətinə dair. – Azərbaycan filologiyası məsələləri. Bakı: Azərnəşr, s. 43-44
-
1996, Y.V.Çəmənzəminlinin əsərlərində xalq ifadələri. – Filoloji araşdırmalar. Bakı: Azərnəşr, s. 25-26
-
1997, Y.V.Çəmənzəminlinin üslubuna dair. – Filoloji araşdırmalar. V kitab. Bakı: Azərnəşr, s. 15-16
-
1998, Y.V.Çəmənzəminlinin bədii əsərlərinin dilində işlənən bəzi arxaizmlər. – Filoloji araşdırmalar. VII kitab. Bakı: Ümman, s. 53-55
-
1999, Y.V.Çəmənzəminlinin ikidilli lüğətləri. – Dil və ədəbiyyat, №4(22), s. 55-58
-
1999, Y.V.Çəmənzəminlinin dilin sadəliyinə dair mülahizələri. – Dil və ədəbiyyat, №2(24), s. 38-41
-
1999, Y.V.Çəmənzəminli və dilçiliyin bəzi nəzəri problemləri. – Aspirantlarının və gənc tədqiqatçıların elmi konfransının tezisləri (BDU-nun 80-illiyinə həsr olunmuşdur). Bakı: BDU, s. 6
-
2000, Y.V.Çəmənzəminlinin “Rusca-azərbaycanca” lüğətlərində türk mənşəli sözlər. BDU-nun xəbərləri, №1, s. 20-25
-
2001, “Azərbaycan dilində işlənən ərəb sözlərinin lüğəti” haqqında bəzi qeydlər. – Filoloji araşdırmalar, XIV kitab. Bakı: Şirvannəşr, s. 119-121
-
2001, Dilçilik problemlərinin tədqiqi yollarında. – Dil və ədəbiyyat, №1(30), s. 20-21
-
2002, Onomastikaya dair yeni monoqrafiya.– Filoloji araşdırmalar, XVII kitab. Bakı, Elm, s. 64-68
-
2011, Əhməd Cavadın “Sərf və nəhv” (Lisani Osmani) kitabıhaqqında bəzi qeydlər. – Dil və ədəbiyyat, №1(77), s. 175-177
-
2013, Müxtəlifsistemli dillərdə frazeologizmlərdən istifadənin bəzi aspektləri haqqında. – МDLU-nun xəbərləri, 11 (671) buraxılış, Moskva (rus dilində), s. 121-128
-
2013, Mətnin informasiya növləri haqqında. – “Linqvistika və linqvodidaktikanın müasir problemləri: konsepsiyalar və perspektivlər”. III Elmi-metodik konfransın materialları, 25 aprel, Volqoqrad (rus dilində), s. 150-154
-
2013, Əski osmanlı qrammatikasında bəzi məqamlar. – Dil və ədəbiyyat, №1(85), s. 41-45
-
2014, Həzin, nisgilli poeziya dünyası. – Azərbaycanın xalq yazıçısı, Respublika Dövlət Mükafatı laureatı, görkəmli dramaturq İ.Əfəndiyevin anadan olmasının 100-illik yubileyinə həsr olunmuş Respublika elmi konfransının materialları. Bakı, s. 354-361
-
2014, Əhməd Cavadın “Sərf və nəhv” (1916) kitabında məsdərlər. – Dil və ədəbiyyat, №1(89), s. 96-99
-
2016, Bəzi frazeologizmlərdə məna salarları. – Dil və ədəbiyyat, №3(99), s. 121-126
-
2018, “Həyat və ölüm fəlsəfəsi iki əks qütbün timsalında (“Nobel mükafatı laureatları” silsiləsindən)”. Filologiya məsələləri. № 6. Bakı, Elm və təhsil, s. 365-369
-
2018, “Tomas Mann yaradıcılığında incəsənətin tərənnümünə bir əsərin rakursundan ani baxış (“Nobel mükafatı laureatları” silsiləsindən)”. Filologiya məsələləri. № 7. Bakı, Elm və təhsil, s. 314-319
Publisistik məqalələri
-
2000, Davud Nəsibin “Cavanşir” romanının dilinə dair”. “Yeni Azərbaycan” qəzeti, 22 dekabr 2000, № 252 (974)
-
2001, Dilçiliyə dair yeni tədqiqat əsəri. “Yeni Azərbaycan” qəzeti, 30 yanvar 2001, № 252 (999)
-
2001, Anlaşılmazlıq. Ədəbiyyat qəzeti, 16 mart, 2001, № 11 (3240)
-
2002, Dilçiliyimizin aktual məsələləri öyrənilir. “Yeni Azərbaycan” qəzeti, 18 may 2002, № 091 (1319)
-
2003, Köçdü bir insan da, köçdü dünyadan... “Yeni Azərbaycan” qəzeti, 16 aprel 2003, № 84(1564)
-
2003, “Ağ çiçək” ətirli misralar. Ədəbiyyat qəzeti, 1 iyun, 2003, № 123 (1603)
-
2006, Milli etnik yaddaşın monoqrafik tədqiqi. Yeni Azərbaycan” qəzeti, 11 noyabr, 2006, № 210 (2416)
-
2012, Şeirsiz həyatda quru nəfəsəm. “Şərq” qəzeti, 3 oktyabr, 2012, № 180 (3431)
-
2012, Klassik və müasir Azərbaycan ədəbiyyatına peşəkar baxış (I hissə). “Şərq” qəzeti, 31 mart, 2012, № 54 (3305)
-
2012, Klassik və müasir Azərbaycan ədəbiyyatına peşəkar baxış (II hissə). “Şərq” qəzeti, 7 aprel, 2012, № 59 (3310)
|
|
|
Dostları ilə paylaş: |