Sentyabr tarixlərində Xəzər Universitetində Təhsil Nazirliyi və tqdk əməkdaşları üçün təşkil olunmuş seminarla bağlı iştirakçıların



Yüklə 33,8 Kb.
tarix21.10.2017
ölçüsü33,8 Kb.

    1. Sentyabr tarixlərində Xəzər Universitetində Təhsil Nazirliyi və TQDK əməkdaşları üçün təşkil olunmuş seminarla bağlı iştirakçıların

Rəy, təklif və qeydləri

  1. Kursda öyrəndiklərim məni daha da ümidləndirdi. Kurs iki müxtəlif qurumun iştirakçılarını səfərbər edə bilməsi baxımından mənim təsəvvürlərimi doğrultdu. Kursa gəlməyim ümumiyyətlə müsbət oldu, özünü doğrultdu, kursdakı fikir atmosferini çox bəyəndim. Təlimçilərin tənqidə münasibəti xüsusilə xoşuma gəldi, öz üzərlərində işləmələri yüksək səviyyədə idi. (TQDK, Cavanşır Orucov)



  1. Kursda təqdim edilən və göstərilən materiallar çox xoşuma gəldi. Təhsil sisteminə tətbiq edilə biləcək məsələlər barədə təsəvvürlərim çox genişləndi. Kurs təhsil sistemi ilə bağlı bilgilərimi təkmilləşdirilməsinə müsbər təsir etdi. Kursun təşkili üçün təşəkkürlərimi bildirirəm. (TQDK, Afiqə Batıyeva)



  1. Kurs məzmununa, verilən bilik və bacarıqların tətbiqi imkanlarına və işgüzar, etimad mühitinə görə təsəvvürlərimi doğrultdu. Kursda öyrəndiklərimi təhsilin keyfiyyətinin qiymətləndirilməsi və statistik təhlillər zamanı tətbiq edəcəyəm. Kurs həyati proseslərə fərqli və fərdi yanaşma, öz fikrini daha sadə dildə və məzmunu daha aydın izah etmə keyfiyyətlərimin inkişafına müsbət təsir etdi. Kurs öyrənmək istədiyim bəzi məsələlərə aydınlıq gətirdi. Kursda bütün suallarımıza, hərəkətlərimizə səbrlə cavab verən təlimçimizə və layihə rəhbərinə minnətdarlığımızı bildirirəm. ( Təhsil Nazirliyi,Akif Ə.)



  1. Kurs mənim təsəvvürlərimi beynəlxalq qiymətləndirmə nəticələrindən təhsilin keyfiyyətinin yüksəldilməsinə dair dünya təcrübəsindən gətirilən nümunələr, ölçmə və qiymətləndirmə məsələlərinin, test nəzəriyyələrinin izahına görə doğrultdu. Şagird nailiyyətlərini ölçmək və qiymətləndirmək bacarıqlarımımn inkişafına müsbət təsir göstərdi. Bu tədbiri təşkil edənlərə böyük təşəkkürlər edirəm. Materialların izahı çox aydın idi. Seminar materialları ilə bağlı aşağıdakıları təklif edirəm:

Seminar materialları arasında yer alan müəllim peşəsinə münasibət, müəllimlərin işə götürülməsi, pedoqoji kadr hazırlığı, ixtisasartırma təhsili v. s. ilə əlaqədar qabaqcıl ölkələrin nümunələri əsasında “ Azərbaycan müəllimi” qəzetində məqalə dərc edilsin və televiziya verilişləri təşkil etsəniz daha geniş ictimaiyyətin maafirləndirilməsi üçün Sizə minnətdar olaram. ( TQDK, Nərminə Məmmədova)

  1. Kurs həqiqətən mənim üçün çox faydalı oldu. Təhsil sahəsinə daha fərqli aspektlərdə baxmağı öyrəndim. Digər təhsil işçilərini bəyənməmək, tənqid etmək yerinə, bir fərd olaraq öz üzərimə düşən vəzifələr haqqında düşünüb, bunları yerinə yetirməyin vacibliyini qarşıma məqsəd qoyacağam. Təhsilin keyfiyyətini artırmaq, müəllim hazırlıqları, digər ölkələrin təhsil sistemləri ilə yaxından tanış olmaq, səhv və doğru testlər, klassik test nəzəriyyəsi, qiymətləndirmə meyarları,qiymətləndirmə zamanı əsas götürülən meyarlar və buraxılan xətaları öyrəndim. Hər şey üçün təşəkkürümü bildirirəm. ( TQDK,Aygün.İ )



  1. Kurikulum haqqındakı təsəvvürlərimi daha da dəqiqləşdirildi və idarəetmədə beynəlxalq təcrübənin Azərbaycana uyğunlaşdırılaraq tətbiq edilməsinin lazımlılığı fikrini yaratdı. İnteraktiv metodlarla bağlı şəxsi düşüncələrimin dəyişdirilməsinə və dəqiqləşdirilməsinə təsir etdi. Kurs eyni zamanda savadlı kadr yetişdirilməsi haqda düşüncələrimin sistemləşdirilməsinə yardım etdi. Ən önəmlisi qiymətləndirmə vasitələri hazırlanmasındakı qüsurları və düzgün tapşırıq hazırlama yollarını və üsullarınıgöstərdi. Eyni zamanda araşdırmanın nə qədər önəmli olduğunun praktiki cəhətdən bir daha təsdiqini gördüm və hazır biliklər axtarmaq yerinə öyrənmək üçün araşdırıb tətbiq etmək lazım olduğunu öyrəndim. (TQDK,Fatma M. )



  1. Test tərtibi, Kurikulumun tətbiqi kimi her bir mövzuda ayrıca təlim kurslarının təşkil olunmasını təklif edirəm. ( TQDK, Natiq Əliyev)

  2. Kursda PİSA, TİMSS, PİRLS kimi beynəlxalq qiymətləndirmə proqramları haqqında geniş məlumat eldə etdim.Hər bir suala aydın cavablar verildi. Göstərilən nümunələr, təqdimatlar, ətraflı şəkildə aparılan müqayisələr, geniş izahlar baxımından kurs mənim təsəvvürlərimi doğrultdu. CİTO türkiyədən verilən nümunələr, xətali və düzgün sual ümunələrinin aydın, izahlı, müqayisəli şəkildə təqdim edildi. Əldə etdiyim təcrübəni öz işimdə səmərəli şəkildə tətbiqedəcəyəm. Veriləmn məlumatlar birbaşa işimizlə əlaqədar olduğu üçün müəllim- şagird münasibətlərinin düzgün təşkili, VMA-nın səmərəli fəaliyyəti və. s. kimi mövzularda fikirlərimi daha da genişləndirdi. Bütün məlumatlar maraqlı və işimizlə birbaşa əlaqəli olan məsələlərdir. Təşəkkür edirik. ( TN, Elmira Manafova)



  1. Təlimçilərin kifayət qədər təcrübəli mütəxəssislər olması baxımından kurs təsəvvürlərimi doğrultdu. Kursda əldə etdiyim təcrübəni müvafiq sahələrdə test tərtib edənlərlə paylaşıb, onların təlimində istifadə edəcəyəm. Kurs şəxsi keyfiyyətlərimə və bacarıqlarıma müsbət təsir etdi. ( TQDK, Murad A.)



  1. Kurs beynəlxalq qiymətləndirmə programları, təhsildəki problemlerin həlli yolları haqqında qənaətbəxş dərəcədə təsəvvür yaratdı.Qiymətləndirmədə texniki məsəllər standartları müəyyənləşdirmək ,test nəzəriyyələri,meyarlar, təhsil problemlərinə sistemli baxış formalaşdırdı.Kursda səbirlə qulaq asmaq,əks fikirlərə dözümlü yanaşmaq və ən əsası müdaxiləri yerli-yerində etməyi öyrəndim. ( TQDK, Royal Q. )



  1. Bu kursda öyrəndiklərim gələcək araşdırmalarım üçün fundament olaraq iilərcə formalaşacaq. Kursda iştirak etmək məndə daha geniş düşüncə ilə işə yanaşmaq, sistemli və davamlı olaraq layihələrə qoşulmaq fikrini yaratdı. Kurs eyni zamanda mövzulara daha akademik əsaslı yanaşmaya meyilliyi və könüllülük fəaliyyətinə olan marağı artırdı. Sessiyalar motivasiya, təlimçinin bələdçilik funksiyası və adil qiymətləndirmə baxımından mükəmməldi ( TQDK,Vəli H.)



  1. Nəticələrin yaxşılaşdırılması üçün təklif olunan variantları, beynəlxalq qiymətləndirmə vasitələrinin meyarlarını öyrəndim. Təhsilin keyfiyyəti müəllimin keyfiyyətindən yüksək ola bilməz. Kurs mənim təsəvvürlərimi qısa müddət ərzində bir-birinə bağlı bir neçə sahə üzrə məlumatlandırılmaq və diqqət yetiliməsi vacib olan sahələrin düzgün müəyyənləşdirilməsi baxımından doğruldu. Kurs nəzəri cəhətdən biliklərimi artırdı.Kursda öyrəndiklərimi öz işimdə tətbiq edəcəyəm, test tərtibçilərinə seminarlar verəcəyəm. ( TQDK,Xanlar X. )



  1. Kurs maraqlı, rəngarəng və fərqliliyi ilə mənim təsəvvürlərimi doğrultdu. Beynəlxalq qiymətləndirmə proqramları haqqında geniş məlumat Azərbaycanın iştirakı və nəticələrini öyrəndim.Test tapşırıqları,verilən suallar və onların səviyyəsi,cavablandırma nümunələri ilə tanış oldum.Hər şey aydındır. Yeni şeylər öyrəndim, faydalı məlumatlar əldə etdim.Sizə öz təşəkkürümü bildirirəm.( TQDK, Xədicə Ə. )



  1. Kurs kurikulum haqqında daha ətraflı məlumatları ilə biliklərimi təkmilləşdirdi. beynəlxalq qiymətləndirmədə istifadə olunan sorğu və tapşırıqlarının hazırlanması, müəllim kadr hazırlığı TİMSS,PİRLS,PİSA kimi beynəlxalq təşkilatların statistik göstəriciləri, ölkənin bu siyahıdan mövqeyi bu qiymətləndirmədə yüksək göstərici əldə edən ölkələrin həmçinin Türkiyənin təhsil sistemi haqqında ilkin məlumatlar , dünya təhsil sistemi,testologiya, qlobal ölkələrin kurikulum sistemi haqqında, klassik test nəzəriyyəsi və s. haqqında öyrəndim. Qiymətləndirmə vasitələri hazırlarkən bu materiallardan istifadə edəcəyəm.( TQDK, Orxan İ. )



  1. Seminar düşünməli olduğumuz problemlərə diqqətimizi yönəltdi. Kurs mən də “Bilmədiyini öyrənmək heç zaman gec deyil” misalını reallaşdırmaq baracığı inkişaf etdirdi. Çox istərdim ki, belə tədbirlərə tez tez qatılım. Sizə uğurlar arzulayıram. TQDK,Xavər )



  1. Kursda müzakirə etmək qabiliyyətim, qrupla işin təşkilinə dair bacarıqlarım inkişaf etdi. PİSA,PİRSLS,TİMSS beynəlxalq qiymətləndirmə sistemləri ilə ilkin tanışlıq,test hazırlanma nümunələri,testlərin formaları,standartları,test tapşırıqlarının formaları,xüsusiyyətləri,test materiallarının statistikasının aparılması qaydalarını öyrəndim.Göstərilən test nümunələri,alınmış statistik nəticələrin əyani göstərilməsi mənə tapşırıqları daha yaxşı başa düşməyə kömək etdi. ( TQDK,Rəşad.K)



  1. Kurs qarşıya qoyulan problemlərlə bağlı təhlil xarakterli çxışların olması baxımından mənim təsəvvürlərimi doğrultdu. Seminardan bacarıqlarımın inkişafına müsbət təsir edə biləcək qədər məlumatlar əlqə etdim. Kursu təşkil etdiyiniz üçün Sizə təşəkkür edirəm. Arzu edirəm ki, bu layihələriniz davamlı olsun. ( TQDK,Güllüzar B.)



  1. Kurs müasirliyinə, dünya statistikasına istinadına, sırf öz sahəmdə yeni bilgilər əldə edə bildiyimə görə təsəvvürlərimi doğrultdu. Maraq yaratdı, yeni məlumatlar əldə etdim. Beynəlxalq qiymətləndirmənin nəticələri, bu sahədə yerimiz, güclü və zəif cəhətlərimizi öyrənmək yönləndirici rol oynadı. Dünyada özünə önəmli yer tutmuş,müvəffəqiyyət qazanmış təhsil sistemlərinin uğurlarının səbəbləri ilə tanış olub,nəticə çıxartdım. Finlandiya təhsil sisteminin müvəffəqiyyəti ilə bağlı misallar həm çox maraqlı, həm də nəticəyönümlü idi. Qiymətləndirmə sahəsində aldığım məlumatlardan səmərəli istifadə edəcəyəm. Əldə etdiyim yeni bilgilər formativ qiymətləndirmənin üstündə daha məsuliyyətlə dayanmamız gərəkdiyini göstərdi. Səlahiyyətlərim çərçivəsində formativ qiymətləndirməyə nəzarəti həyata keçirəcəyəm. əldə etdiyim biliklər və məlumatlar qane edici oldu, mayaq roluu oynadı. Kursda öyrəndiklərim yenidən özümüqiymətləndirməmə, müsbət yöndə inkişafıma səbəb oldu. ( Təhsil Nazirliyi,Lalə Q.)



  1. Beynəlxalq qiymətləndirmənin təhsil sistemidə tətbiq edilməsi təhsilimizin keyfiyyətinin yüksəlməsinə inamı artırır .Təhsil müəssisələrində keçriləcək monitorinqlərdə öyrəndiyim yeni monitorinq metodlarından istifadə edəcəyəm. Kurs təhsilin keyfiyyətinin səviyyəsini öyrənmək üçün yeni bacarıqlar aşıladı. Əsasən problemləri qrup şəklində müzakirə edib həll etməyə çalışdıq. Yeni ideya, fərqli yanaşmalarla tanış oldum. Belə kursların tez-tez təşkil olunmasını istərdim.Təşəkkür edirəm. (BŞTİ,Sənarə İ.)



  1. Qiymətləndirmədə yol verilən xətaların səbəbləri və aradan qaldırılması yolları, qiymətləndirmə texniki məsələlərin əhəmiyyətini öyrəndim. Kursda bir daha əmin oldum ki, təhsilimizdə hələ çox çatışmazlıqlar var və bu öz həllini gözləyir. (TPİ, Mətanət C.)



  1. PİSA,PİRLS,TİMSS, qiymətləndirmə proqramları haqqında geniş məlumat aldım. Onların hazırladığı testlər haqqında geniş məlumat aldım.Təhsil sisteminin keyfiyyyətilli olması üçün nə etmək lazım olduğunu,təhsilin keyfiyyəti müəllimin keyfiyyəti müəllimin keyfiyyətindən yükdək ola bilmədiyini öyrəndim.Finlandiya təhsil sistemini izləmək,təlim metodlarından səmərəli istifadə etmək mənə tapşırığı daha yaxşı başa düşməyə kömək etdi. Dərsliklərin qiymətləndirməsində, kitabxanaçılarla iş planının təkmilləşməsi və s. kursda öyrəndiklərimi öz işimdə tətbiq edəcəm. ən əsas özünüqiymətləndirmə və testlərin tərtibi haqqında verdiyi məlumatlar baxımından təsəvvürlərimi doğrultdu. Sonda isə kurikulumun tətbiqi problemləri ilə bağlı izahlar çox səviyyəli şəkildə izah olundu. Çox gözəl keçdi kurs! (Təhsil Nazirliyi, Sevinç M. )



  1. Beynəlxalq qiymətləndirmə proqramları və bu proqramlarda Azərbaycanın iştirakı və yeri, inkişaf edən ölkələrin timsalında onların beynəlxalq proqramlarda qazandıqları nailiyyətlərindən səbəblərini öyrəndim. Qiymətləndirməni, ölçməni. onun xətalarını test sualları tərtib olunarkən onlara verilən tələblər testlərin etibarlılığı və validliyi və s.öyrəndim. Sualların tərtib olunmasına verilən tələbləri öyrənməyim mənə aldığım oxuduğum istənilən materialı düzgün qiymətləndirməyə kömək edəcək. Verdiyi biliklərə, nümunələrin müqayisəli və ətraflı olmasına, ünsiyyət səmimiliyinə, cədvələ düzgün əməl olunmasına görə kurs etimadımı doğrultdu. Kursun yaxşı təşkilinə və mənə verdiyi biliklərə görə minnətdarlığımı bildirirəm. (Təhsil Nazirliyi Nadir M.)



  1. Materialların aydın və nümunələrlə izah edilməsi, təlimçilərin suallara lazımi şəkildə cavablar verməsi baxımından təsəvvürlərimi doğrultdu. Kursda hər gün yeni mövzular keçildi. Mövzularla bağlı yeni anlayışlar, bilgilər əldə etdim. Təlim zamanı müasir təhsil prinsipləri tətbiq edilir, fəallıq təmin edilir, sualların verilməsinə şəarit yaradılırdı və cavablar verilirdi. Kursda mehriban, səmimi mühit mövcud idi. Tanış olduğum yeni mütəxəssislərlə məsələləri müzakirə etmək, maraqlı fikirləri paylaşmaq imkanım oldu. Kursda öyrəndiklərim mənim şəxsi keyfiyyət və bacarıqlarımın inkişafına təsir etdi. Belə ki, öz işimdə tətbiq etmək üçün çoxlu məlumatlar öyrəndim. ( T.N Günel K.)



  1. Monitorinqlər zamanı hazırlanacaq sorğu anketlərində burada öyrəndiklərimi tətbiq edəcəyəm. Monitorinq tədqiqatları zamanı ortaya çıxan bir çox problemlərin açıqlanması və alınacaq tədbirlərin bu problemlərin həlli istiqamətində yönəltməyin nə qədər vacib olduğunu müəyyənləşdirdim və müəəlimlərdə əsasən “ öyrənməyi öyrətmək” xüsusiyyətinin aşılanmasının vacibliyini bir daha dəqiqləşdirdim. Kursda öyrəndiklərimi test tapşırıqlarının hazırlanmasında, monitorinqlərin təşkili və aparılması zamanı işin təşkilində müəyyən incəliklərin olduğunu nəzərə almağa çalışıb tətbiq edəcəyəm. Gələcək təlimçilik fəaliyyətimdə kursda öyrəndiklərim çox işimə yarayacaq. Daima yeniliklərlə məlumatlanıb auditoriyaya catdırmağın vacibliyinin əsas olduğunu kurs vasitəsilə təyin etdim. ( TN, TPİ, Ülviyyə Seyfullayeva)



  1. Kursda öyrəndiklərimi məktəb rəhbərliyi, müəllimlər və şagirdlərlə keçirəcəyim sorğularda, test tapşırıqları hazırlayarkən, təlimçi fəaliyyətimdə geniş istifadə edəcəyəm. Kursda öyrəndiklərim fəaliyyətimi daha da genişləndirəcəkdir. Kursda bütün mövzular çox gözəl izah edildiyi üçün təşəkkürlər!!! ( TN, TPİ, Əsədova Dinarə)



  1. Təhsilin keyfiyyətinin yüksəldilməsinə təsir edən amilləri araşdırıb, onun həlli yollarını müəyyənləşdirməsi, beynəlxalq qiymətləndirmə proqramlarında Azərbaycanın əldə etdiyi nəticələrin təhlili baxımından kurs mənim təsəvvürlərimi doğrultdu. Kursda öyrəndiklərimi test tapşırıqları, anket sorğular hazırlarkən istifadə edəcəyəm. ( TN, TPİ, Ruhiyyə Mehdiyeva)



  1. Beynəlxalq qiymətləndirmə proqramlarında Azərbaycanın əldə etdiyi nəticələrin təhlili baxımından kurs mənim təsəvvürlərimi doğrultdu. Təlimçinin izahatları və təqdim edilən materiallar mükəmməldi. Kursda öyrəndiklərimi test tapşırıqları, anket sorğular hazırlarkən istifadə edəcəyəm. Kurs təlimçi kumi fəaliyyətimə müsbət təsir göstərəcək, kursda öyrəndiklərimi auditoriyamda istifadə edəcəyəm, eyni zamanda kurs fəallığımı daha da artırdı, tədqiqat aparmağın yollarını və üsullarını öyrətdi. ( TN, TPİ, Mehriban Əliyeva)

Kataloq: files
files -> Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi”
files -> Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Dövlət Aqrar Universiteti adau-nun 80 illik yubileyinə həsr edilir adau-nun elmi ƏSƏRLƏRİ g əNCƏ 2009, №3
files -> Ümumi məlumat Fənnin adı, kodu və kreditlərin sayı
files -> Mühazirəotağı/Cədvəl I gün 16: 40-18: 00 #506 V gün 15: 10-16: 30 #412 Konsultasiyavaxtı
files -> Mühazirə otağı/Cədvəl ivgün saat 13 40 15 00 otaq 410 Vgün saat 13 40 15 00
files -> TƏDRİs plani iXTİsas: 050407 menecment
files -> AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ XƏZƏr universiteti TƏHSİl faküLTƏSİ
files -> Mühazirə otağı/Cədvəl Məhsəti küç., 11 (Neftçilər kampusu), 301 n saylı otaq Mühazirə: Çərşənbə axşamı, saat 16. 40-18. 00

Yüklə 33,8 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə