Sərbəst iş Fakültə: Məktəbəqədər təhsil İxtisas: Məktəbəqədər təlim-tərbiyə Kurs: II qrup: mqt 2130b fənn: Etnopedaqogika



Yüklə 97,4 Kb.
səhifə1/5
tarix21.04.2023
ölçüsü97,4 Kb.
#125734
  1   2   3   4   5

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi

Sərbəst iş
Fakültə: Məktəbəqədər təhsil
İxtisas: Məktəbəqədər təlim-tərbiyə
Kurs: II
Qrup: MQT 2130B
Fənn: Etnopedaqogika
Müəllim: p.ü.f.,dosent Əliyeva Sədaqət
Tələbə: Rəhimova Fatimeyi-Zəhra
Mövzu: Etnopedaqogikanın kateqoriyaları
Bakı 2023
Etnopedaqogikanın kateqoriyaları

Müasir dövrdə etnopedaqogikaya marağın artmasının, onun bir elm kimi sürətlə inkişafının səbəblərini aydınlaşdırmaq üçün, bu elmin obyektini və pred­metini – nəyi öyrəndiyini, necə yarandığını və müasir dövrdə hansı problemlərin həllində onun zəruriliyini aydınlaşdırmaq lazımdır. Problem yeni olduğundan və elmi-peda­qoji aləmdə müəyyən mübahisələr doğurduğundan ümumiyyətlə «elm», «tədqiqat», «tədqiqatın obyekti və predmeti» anlayışlarının qısa şərhini zəruri hesab edirik.


Etnopedaqogika - nisbətən yeni elm sahəsidir. Onun - ümumi pedaqogikadan ayrılması, təxminən, XX ǝsrin 70-ci illərinə təsadüf edir. Postsovet məkanında keçən əsrin 50-ci illərindən etibarən xalq pedaqogikasının öyrənilməsinə artan maraq 70-ci illərin əvvəllərində etnopedaqogikanın müstəqil pedaqoji elm kimi formalaşmasına nəzəri zəmin hazırlayan bir sıra qiymətli tədqiqat əsərləri meydana gətirmişdi. Ə.Həşimovun, G.N.Volkovun, A.F.Xintibidzenin Ə.E.İzmaylovun, İ.Y.Xanbikovun o dövrdə apardıqları tədqiqatları buna mi- sal gətirmək olar.
Etnopedaqoji tədqiqatların inkişaf mərhələləri
1. Etnopedaqoji tədqiqatların birinci mərhələsi (XIX əsrin ikinci yarısından XX əsrin əvvəllərinədək).
2. Etnopedaqoji tədqiqatların ikinci mərhələsi (XX əsrin əv- vəllərindən 60-cı illərədək).
3. Etnopedaqoji tədqiqatların üçüncü mərhələsi (XX əsrin 70-ci illərindən bu günədək).
4. Azərbaycan etnopedaqogikasının inkişafında prof. Əlihey- dər Həşimovun rolu.
Ümumiyyətlə götürüldükdə elm – varlıqlar haqda obyektiv biliklərin işlə­ni­lib hazırlanması və nəzəri olaraq sistemləşdiril­məsini əhatə edən fəaliyyət sahəsidir.
İnsanların bu sahədə çalışmaları elmi tədqiqat adlanır. Elmi tədqiqat dərk­etmə prosesinin xüsusi forması olub, hər hansı obyektin sistematik və məqsəd­yönlü öyrənilməsidir. Bu öyrənmə zamanı elmin vasitə və metodlarından istifadə edilirək obyekt haqqında biliklər formalaşır.
Obyekt – hər hansı elmin tədqiq etdiyi sahədir. Predmet – qarşıya qoyulan məqsəddən asılı olaraq obyektin müəyyən tərəfinin həmin elmin mövqeyindən tədqiq edilməsidir. Hər bir elm öz anlayışlarından istifadə edərək obyektin müəy­yən tərəflərini öyrənə bilər. Yəni eyni obyekt müxtəlif elmlər tərəfindən öyrənilə bilər və həmin elmlərin məqsədləri, yanaşma tərzi, kateqoriyaları, qanunları əsasında müxtəlif predmetlər tədqiq oluna bilər.
Etnopedaqogikanın obyektini müəyyən etməkdən ötrü, hər şeydən əvvəl, ümumiyyətlə pedaqogikanın obyekti aydın olmalıdır. Pedaqogikanın obyekti və predmetinin müəyyən edilməsində isə fikir ayrılıqları və anlaşılmazlıqlar çoxdur. Bəzən heç obyekt haqda danışmadan birbaşa «pedaqogikanın predmeti tərbi­yədir» deyə ancaq predmeti izah edirlər (20). Pedaqogikanın obyektinin bir qisim müəlliflər təhsil (11), bəziləri tərbiyə (1), bəziləri də tərbiyə olunan uşaq (13) olduğunu iddia edirlər.
Azərbaycanda Milli pedaqogikanın yaradıcısı professor N.Kazımov peda­qo­gikanın tədqiqat sahəsində dair fikirləri ümu­miləşdirərək, fikrimizcə, pedaqo­gikanın predmetinin müəyyən edilməsində ən doğru elmi qənaəti bu cür əsas­landırmışdır: «Milli pedaqogika, təlim, tərbiyə, təhsil və psixoloji inkişaf kateqo­ri­yalarının reallıqda bir-birini tamamladığını və bir-birindən ayrılmaz olduğunu nəzərə alır; sübut edir ki, bu kateqoriyaları daha geniş həcmli digər kateqoriyada ifadə etmək mümkündür. Başqa sözlə desək, təlim, tərbiyə, təhsil və psixoloji inkişafın vəhdəti, onların tamlığı pedaqoji prosesdir.
Deyilənləri ümumiləşdirsək: pedaqogikanın obyekti – insan və onun həyata hazırlanma­sıdır. İnsanın həyata hazırlan­ması iki yolla ola bilir: kortəbii (düzənsiz) və xüsusi olaraq təşkil edilmiş, məqsədyönlü proses şəklində.
Bu ikinci yol pedaqoji ədəbiyyatda pedaqoji proses adlandırılır. Pedaqoji pro­ses öyrədənlə öyrənən arasında xüsusi olaraq təşkil edilmiş elə bir qarşılıqlı təsir prosesidir ki, bu zaman həyat üçün zəruri olan sosial təcrübəni bilinələr – bilməyən­ərə, böyüklər kiçiklərə, təcrübəlilər – təcrübəsizlərə öyrədirlər. Belə­liklə, pedaqogi­kanın predmeti – insanların qarşılıqlı təsirinin xüsusi növü olan pedaqoji prosesdir.
Bu anlayış özündə iki mühüm prosesi birləşdirir: təlim prosesi və tərbiyə prosesi. Hər iki proses insanın sosial varlıq kimi inkişafına xidmət edir.
Hər hansı cəmiyyətdə böyüyən nəslin inkişafının tələb olunan səviyyəsini müəy­ən etmək üçün «təhsil» anlayışından istifadə olunur. Təhsil – dedikdə, mədəni irsin cəmiyyət tərəfindən müəyyən edilmiş səviyyədə mənimsənilməsinin nəticəsi və bununla bağlı insanların fərdi inkişaf səviyyəsi başa düşülür.
Ümumi pedaqogikanın obyekti, predmeti və əsas anlayış­larından çıxış edə­rək, etnopedaqogikanın da obyekti, predmeti və əsas anlayışlarını müəyyən etmək olar.
Etnopedaqogika sosial həyatın inkişafı ilə əlaqədar yeni yaranmış elm sahə­sidir. Yeni biliklərin artması, elmin real həyata tətbiqi imkanları və sahələrinin genişlənməsi, cəmiyyətin günbə­gün artan tələblərindən doğan yeni problemlər yaranması nəticə­sin­də elmlərin differensasiyası və xüsusiləşməsinə meyl artır. Nəti­cə­də müxtəlif əsas elmlərin bir sıra daha xüsusi, konkret tərəf­lərini tədqiq edən, müstəqil inkişafa malik yeni sahələrə bölün­məsi baş verir. Məktəbəqədər pedaqogika, məktəb pedaqogikası, ali məktəb pedaqogikası, hərbi pedaqogika, əlahiddə pedaqogi­kalar, kreativ pedaqogika, müqayisəli pedaqo­gika və s. kimi yeni elmlər akademik pedaqogikadan məhz bu cür yaranmışdır.
Digər tərəfdən, bir sıra problemlərin həllində elmlərin inteqrasiyası baş verir; eyni obyekti müxtəlif baxımdan öyrənən ayrı-ayrı müstəqil elmlərin qovuş­ması müşahidə olunur. Məsələn, pedaqogikanın psixologiya ilə birləşməsindən – peda­qoji psixolo­gi­ya, tarixlə əlaqəsindən pedaqogika tarixi, sosiologiya ilə qovuş­ma­sın­dan sosial pedaqogika kimi müstəqil tədqiqat sahələri meydana gəlmişdir. Pedaqoji elmin müasir tələbatlar əsasında differansiallaşmasından və eyni zamanda etnoqrafiya ilə inteqrasiyasından yaranan etnopedaqo­gikanı da bu sıraya daxil etmək olar.
Etnopedaqogika şəxsiyyətin sosial norma, dəyər və təcrübələr mənim­­­səyərək tərbiyə olunduğu, formalaşdığı sosial münasibətlər və ictimai təsir proseslərini öyrənir, xalqın təlim-tərbiyə haqda fikir­lərini, dini təlimlərdə, nağıl­lar­da, rəvayətlər­də, əfsanə və əsatirlərdə, mahnılarda, tapmacalarda, atalar sözlə­rin­də və məsəllərdə, oyunlar və oyuncaqlarda, həmçinin ailədə, məişətdə, ənənə­lər­də və s. olan xalq müdrikliyini toplayır və sistemləşdirir. Göründüyü kimi, etnopedaqo­gika şəxsiyyətin tarixi-mədəni formalaşması prosesinə təsir edən bütün pedaqoji potensialı sistem­ləş­dirir, təhlil edir və ondan istifadə yollarını müəyyən edir.
Beləliklə «Etnopedaqogika» sözünün etimologiyası haqda yuxarıda deyi­lənləri ümumiləşdirsək, aydın olar ki, bu anlayış altın­da «etnoslar pedaqogi­kası», «etnik pedaqogika» başa düşül­məlidir. Etnopedaqogika ümumiyyətlə götü­rül­dükdə xalq tərbiyə­si­nin (gündə­lik, təbii, qeyri-formal, ənənəvi tərbiyənin) nəzə­­riyyəsi və tarixi haqda elm kimi başa düşülə bilər. Etnopedaqo­gika – etno­sun təlim-tərbiyə sahəsindəki bilik və təcrübəsi haqda, ailənin, nəslin, tayfa, xalq və millətin maddi və mənəvi dəyərlərinə aid əxlaqi-etik və estetik baxışları haqda elmdir.
Etnopedaqogika zəhmətkeş insanların pedaqoji təcrübə­sini tədqiq edir, müasir elmdə və praktik fəaliyyətdə xalqın mütə­rəq­qi pedaqoji ideyalarından istifadənin imkanlarını və səmərəli yollarını üzə çıxarır, xalq həyatında mövcud olan bu və ya digər hadisənin pedaqoji əhəmiyyətini təhlil edərək, onların müasir tərbiyə məqsəd­lərinə uyğun olub-olmamasını aşkarlayır.
Xalq ənənələrini tədqiq etməyin vəzifələri aşağıdakıları üzə çıxarmaqdır:

  • bu adət və ənənələr necə yaranmışdır;

  • bu günə qədər qorunub saxlanmalarının səbəbi nədir;

  • onların təkcə qorunub saxlanmasına deyil, daim təbii olaraq yeniləş­məsinə səbəb olan şərtlər və tələbatlar hansılardır;

  • fasiləsiz olaraq öz vaxtını keçirərək yaddan çıxanların daim yeniləri ilə əvəzləşdiyi bu adət və ənənələrin mövcudluğunun əsas sirri nədir?

Etnopedaqogika müasir dövrdə keçmiş ənənələrin pedaqoji imkanlarını müəyyən etməklə yanaşı, tərbiyə prosesində yeni adətlər­dən istifadənin zəruri olduğunu da aşkara çıxarır. Etnopedaqogika pedaqoqları müxtəlif xalqların tərbiyə sahəsində malik olduqları zəngin təcrübə ilə də silahlandırır. Bu pedaqoji nailiyyət­lərin müqa­yisəli təhlili pedaqogika nəzəriyyəsi və təcrübəsi üçün qiymətli olan ən dəyərli, daha səmərəli və obyektiv olanlarını seçib ayırmağa, onlardan istifadə imkan­larını aşkar etməyə şərait yaradır. Beləliklə, etnopedaqogika bir­başa təcrübə ilə bağlıdır, daim təcrübəyə müraciət edir, ona xidmət edir və həm də müəllim və tərbiyə­çiləri, valideynləri uzunəsrlik təcrübədə sınanmış pedaqoji vasitələrlə silahlandırır.
Etnopedaqogikanın öyrəndiyi məsələlərə bunlar daxildir:

  • ailə məişəti pedaqogikası;

  • atalar sözləri və məsəllər və əxlaqi təcrübənin gənc nəslə çatdırılmasında onların əhəmiyyəti;

  • tapmacalar zehni tərbiyə vasitəsi kimi;

  • xalq nəğmələri və böyüyən nəslin estetik tərbiyəsində onların rolu;

  • uşaqların tərbiyəsində xalq oyunlarının rolu;

  • uşaq və gənclər mühiti, onun pedaqoji funksiyaları;

  • beşik nəğmələri – ana poeziyasının, ana məktəbinin, ana pedaqogika­sının görkəmli nailiyyəti kimi;

  • dünyanın ayrı-ayrı xalqlarının pedaqoji mədəniyyətin­dəki ümumilik və milli özünəməxsusluq və s.

Böyüklüyündən və ya kiçikliyindən, tarixin hansı dönə­mində formalaşma­ğın­dan asılı olmayaraq bütün xalqların peda­qoji mədəniyyətlərində ümumi olan cəhətlər olduğunu göstərən Q.N.Volkovun fikrincə, etnopedaqogika bunları öyrənir:


  1. Yüklə 97,4 Kb.

    Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin