SəRBƏst iŞ TƏLƏBƏ: Əliyeva Pakizə Əli qızı faküLTƏ: kafedra


Dərinin mühafizə vasitələri



Yüklə 68,83 Kb.
səhifə6/7
tarix24.11.2022
ölçüsü68,83 Kb.
#119831
1   2   3   4   5   6   7
MM üzrə Sİ nümunəsi
Dərinin mühafizə vasitələri bədənin açıq sahələrini, paltar və ya ayaqqabıları onların səthinə zəhərli maddə damcıları, yoluxucu xəstəlik törədiciləri, radioaktiv toz düşməsindən, həmçinin qismən də işıq şüalanma-sının təsirindən mühafizə etmək üçün nəzərdə tutulmuşdur. Bunlar tabel vasitələrinə (ümumqoşun mühafizə komplekti – ÜMK, yüngül mühafizə kos-tyumu L-l) və əlaltı vasitələrə (məişət paltarlarının ünsürləri) ayrılır. Mühafizə prinsipinə görə tabel vasitələrinin süzücü (havakeçirən) və təcridedici (hava-keçirməyən) növləri olur. Süzücü materialdan tikilən mühafizə paltarları adi parçadan tikilib xüsusi kimyəvi məhlul hopdurulmuş geyimdən ibarətdir. Özünün sanitariya-gigiyenik xassələrinə görə belə paltarlar hər gün geyinmək üçün yararlıdır. Hopdurulan pasta məhlulu ya zəhərləyici maddə buxarlasını tutub saxlayan (adsorbsiya tipli), ya da bu buxarları neytrallaşdıran (hemo-sorbsiya tipli) kimyəvi maddələrdən ibarətdir. Alt paltarlar, şlemaltlıq və hopdurulmamış bir cüt portyanka adamın bədəninə kombinezonun sürtünmə-sinin və kombinezona hopdurulmuş məhlulun dərini qıcıqlandırmasının qarşı-sını almaq üçündür. Dərini təcridedici mühafizə vasitələri hava keçirməyən materiallardan hazırlanır. Bunlar tam hermetik (adamın bütün bədənini örtüb ZM damcıları və buxarlarından qoruyan kostyum və kombinezonlar), qismən hermetik, yaxud tamamilə qeyrihermifiik (plaşlar, bürüncəklər, önlüklər və s.) ola bilər. Qismən qeyrihermetik vasitələr (ümumqoşun mühafizə komplekti – ÜMK, yüngül mühafizə komplekti L-l, mühafizə kombinezonu və ya kostyumu) əsasən maye damcıları halındakı ZM-dən mühafizə edir.
Dərini təcridedici mühafizə vasitələri Bu vasitələr hava keçirməyən materiallardan hazırlanır. Bunlar tam hermetik, qismən hermetik yaxud tamam-ilə her-metik ola bilər. Qismən və qeyri-hermetik əsasən maye damcıları halındakı ZM-dan mühafizə edir.
Fərdi tibbi mühafizə vasitələri fövqəladə hallar vaxtı zədələnmiş əhalinin profilaktikası və ona tibbi yardım göstərmək üçün nəzərdə tutulmuş-dur. Bu vasitələrin köməyi ilə zəhərlənmənin qarşısını almaq, yaxud onu xeyli dərəcədə zəiflətmək, bir sıra zədələyici amillərin təsirinə qarşı orqanizmin dayanıqlığını artırmaq mümkündür. Bunlara radio-protektorlar, antidotlar və bakteriya əleyhinə maddələr, habelə qismən sanitariya təmizlənməsi vasitələri aid edilir.

Yüklə 68,83 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə