SəRBƏst iŞ TƏLƏBƏ: Rəsulova Bahar



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə1/4
tarix07.04.2022
ölçüsü0,65 Mb.
#115192
  1   2   3   4
ADU-Səfəvi dövləti
T HS LD kt (M hazir l r) G R , MM üzrə Sİ nümunəsi (2), 8 LVAN METAL RINTILRI, ref muh 012, ref muh 012, Əyyub Fətəliyev


 

Azərbaycan Dillər Universiteti 

 

 

SƏRBƏST İŞ 



TƏLƏBƏ:  Rəsulova Bahar 

İXTİSAS: Təhsildə sosial-psixoloji xidmət 

FAKÜLTƏ:  Təhsil 2 

QRUP: 133 

KURS: 1 

FƏNN: Azərbaycan tarixi 

MÜƏLLİM: Kərimov Namiq 

SƏRBƏST İŞİN MÖVZUSU: Şah İsmayıl Xətai və Səfəvilər 

dövlətinin yaranması 

 

Bakı -2021 


 

Plan 



 

Giriş 

Səfəvilər dövlətinin yaranması 

Səfəvilər dövlətinin Azərbaycan tarixində yeri 

Səfəvilər dövlətinin süqutu 

Nəticə 

İstifadə olunmuş ədəbiyyatların siyahısı 

 

 

 

 

 

 

 

 

 

 


 

Giriş 

1501-ci ildə əsası Şah İsmayıl tərəfindən qoyulmuş Azərbaycan Səfəvi dövləti 

1736-cı  ilədək  mövcud  olmuş,  XVI-XVII  yüzilliklərdə  beynəlxalq  münasibətlər 

sistemində önəmli yer tutmuş, Şərq-Qərb iqtisadi-siyasi əlaqələrinin qurulmasında 

mühüm rol oynamışdır.   

 

 

 



 

 

 



Mərkəzləşdirilmiş  Azərbaycan 

dövlətinin  yaradılmasına  nail  olmaqla 

sosial-iqtisadi 

inkişafın 

müxtəlif 

pillələrində  olan,  dil,  mədəniyyət  və 

din baxımından  müxtəlif olan bir çox 

xalqları  vahid  dövlət  hakimiyyətində 

birləşdirmiş,  ölkədə  iqtisadiyyatın  və 

mədəniyyətin inkişafını daha da sürətləndirmişdir.   

 

 

 



 

 

Səfəvi  dövlətinin  mövcudluğu  dövründə  Azərbaycanın  və  Azərbaycan 



xalqının Yaxın və Orta Şərqdə ən güclü etnosiyası amil kimi tarix səhifəsində rolu 

artmış, xalqımızın müstəqillik və azadlıq ruhu daha da möhkəmlənmiş, qüdrətli və 

möhtəşəm dövlətçilik ənənəsi yaranmışdır.    

 

 



 

 

 



 

Təəssüflər  olsun  ki,  dövlətçilik  tariximizin  bu  şanlı  səhifəsi  uzun  müddət 

xarici  ölkələrin  tədqiqatçıları  tərəfindən  məqsədli  şəkildə  saxtalaşdırılmış  və  öz 

dövlətlərinin məkrli siyasətlərinin təsiri ilə təhrif edilmişdir. Sovet rejimi dönəmində 

də  sovet  ideoloqlarının  təzyiqi  ilə  Səfəvi  dövlətinin  tarixi  obyektiv,  geniş  və 

hərtərəfli tədqiqatdan məhrum olmuşdur. 

 

 

 



 

 

 



Məlum olduğu kimi XV əsrin sonunda Azərbaycan ərazisində Ağqoyunlu və 

Şirvanşahlar dövlətləri mövcud idi. Bayandur şahzadələri arasındakı çəkişmələrdən, 

müharibələrdən  əziyyət  çəkən  Azərbaycan  xalqı  mərkəzləşmiş  dövlət  yaratmaq 

uğrunda  mübarizədə  Səfəviyyə  hərəkatına  qoşularaq  1499-  cu  ildə  Ərdəbil 




 

şeyxlərinin varisi İsmayılın ətrafında birləşərək siyasi mübarizəyə başladılar. 1500-



cü ilin yazında qızılbaşlar İsmayılın başçılığı ilə Şirvanşah Fərrux Yasarın, 1501-ci 

ilin ortalarında Şərur düzündə Əlvənd Mirzənin ordularını məğlubiyyətə uğradaraq 

1501-ci  ilin  payızında  Təbrizə  daxil  olub  Azərbaycan  Səfəvilər  dövlətinin  əsasını 

qoydular.  Şah  İsmayıl  1503-cü  ilin  yazında  Murad  Mirzəni  məğlubiyyətə 

uğratmaqla Fars və İraq-i Əcəmin böyük bir hissəsini, 1508-ci ilə qədər Xorasan 

istisna olmaqla İran torpaqlarını, 1510-cu il dekabrın 1-də Şeybani xanın qoşunlarını 

darmadağın edərək Xorasanı ələ keçirdi. Beləliklə, I Şah İsmayıl ələ keçirdiyi bu 

ölkələrdə siyasi birlik yaratmaqla Şərqdə böyük bir imperatorluq yaratdı. Bu dövlət 

Yaxın  və  Orta  Şərqin  qüdrətli  dövlətləri  Osmanlı,  Böyük  Moğol  və  Şeybanilər 

dövlətləri ilə 5 yanaşı yaşamağa və rəqabət aparmağa qadir olan bir dövlətə çevrildi. 

 

Azərbaycan Səfəvi dövləti həyata keçirdiyi tədbirlər nəticəsində XVI-XVII 



əsrlərdə  ölkənin  hərbi-siyasi  qüdrətini  möhkəmləndirdi,  iqtisadiyyatın  əsas 

sahələri olan kənd təsərrüfatının, sənətkarlıq sahələrinin, daxili və xarici ticarətin 

inkişafında  mühüm  irəliləyişlərə  nail  oldu.  Nəticədə  ölkənin  ictimai,  iqtisadi, 

siyasi və mədəni həyatında böyük dəyişikliklər baş verdi. Qərbi Avropa ölkələri 

və  Rusiya  dövləti  ilə  qarşılıqlı  münasibətləri  inkişaf  etdirərək  diplomatik  və 

ticarət əlaqələrini daha da genişləndirdi.

 

 


Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə