Шәһадәт јатағындан



Yüklə 2,74 Mb.
səhifə1/14
tarix23.10.2017
ölçüsü2,74 Mb.
#11942
  1   2   3   4   5   6   7   8   9   ...   14


ŞƏHADƏT YATAĞINDA MÖVLANIN (Ə) ÖYÜDÜ
http://ehliwie-samux.com

MÜƏLLİF: DOKTOR MİSBAH YƏZDİ

TƏRCÜMƏ EDƏN: ƏLİ NUR




نام کتاب:.............................................به سوي ا و

مولف:...........................آيت الله.مصباح يزدی

مترجم:..................................محمد آذری

ناشر:................................. .شهریار

تاریخ چاپ:......................1386

نوبت چاپ:..................سوم

تیراژ:..............3000
Kitabın adı:.......Şəhadət yatağında Mövlanın (ə) öyüdü

Müəllif:.....................................Doktor Misbah Yəzdi

Tərcümə edən:.....................................................Əli Nur

Nəşr edən:.......................................................Şəhriyar

Tiraj:.........................................................................3000

Çap növbəsi:......................................................Birinci

Çap tarixi:................................................................2007
964-5934-58-3

NAŞİRİN MÜQƏDDİMƏSİ


Böyük bir insan şəhadət yatağında! Onun uca ruhu torpaq tənindən ayrılmaqda, ərşi-ə’laya pərvaz etməkdədir. Bəsirəti kor cahillər onun başına bir zərbə endirib nurani simasını al qanına boyadılar. Bu böyük insan Əli ibn Əbi Talib Əmirəl-mö’minin (ə), bütün insanlıq fəzilətlərinin, o cümlədən təqva, ədalət, zöhd, şücaət, isar, kəramət, azadlıq səciyyələrinin nümunəsi idi. Şiə və sünni məzhəblərinin mö’təbər mənbələrinə əsasən həzrət Peyğəmbər (s) onun haqqında buyurur: «Əli həqiqətlədir, həqiqət Əli ilə! Əli haradadırsa, haqq da oradadır!»1

Artıq bu hidayət günəşi, parlaq həqiqət məş’əli şəhadət yatağındadır. O cananla vüsal intizarındadır. Övladları, yaxınlarından bir neçəsi və dostları gözüyaşlı, qəlbidağlı vəziyyətdə onu dövrəyə almışdır. Tarixin böyük qəhrəmanı Əli (ə) cahil İbn-Mülcəmin zəhərli qılınc zərbəsindən zəifləmiş, huşunu itirmiş vəziyyətdə qalmışdır. Bə’zən son gücünü toplayıb bir anlıq gözünü açır, pərvanə tək ətrafına toplananlara, əzizlərinə və dostlarına vəsiyyətlərini edir. Böyük ilahi rəhbər, mə’sum imamın öz dostlarına və ətrafındakılara deyəcəyi sözlər çox mühümdür.

Əgər həmin vəsiyyətlər qeyd olunmasaydı, bu gün həzrətin ömrünün son anlarında nə dediyi çox maraqlı görünərdi. Təəssüf edərdik ki, nə üçün bu dəyərli sözlərdən xəbərsiz qalmışıq. Amma bəxtimizdən bu vəsiyyətlər çox dəyərli xəzinələr ünvanında qeydə alınmış, həzrətin ağzından çıxan sözlər onun yatağı ətrafında toplaşanların yaddaşında qeyd olunmuşdur; bu dəyərli miras hazırda ixtiyarımızdadır. Onu yetərincə dəyərləndirib lazımınca bəhrələnmək özümüzdən asılıdır.

Bu məcmuəni öncə müttəqilər ağasının nurani hüzuruna, sonra bütün onu sevənlərə hədiyyə edirik. Ümid edirik ki, Allah-təala hər birimizi mövlanın həqiqi ardıcıllarından qərar verəcək, həzrətin aşiqləri zümrəsində məhşur edəcək.


TƏDQİQAT MƏRKƏZİNİN MÜQƏDDİMƏSİ


Həqiqət varlığın ən əsas, ən əbədi və ən gözəl sirri, bəşəriyyətin ehtiyacıdır. Həqiqət yolunda sadiq mö’minlər və alimlər canından keçdi, cahillər və batilpərəstlər ona qarşı qurğular qurdu. Həqiqətin məzlumiyyəti necə də acı bir gerçəkdir! Bu gerçəkliyin özündə bir şirinlik var. Tarix boyu haqq və batil çarpışmış, haqq ucalmış, batil nakam qalmışdır. Eniş-yoxuşlar keçmiş bu həqiqət haqq aşiqlərinin üzücü çalışmalarına minnətdardır. Haqq aşiqləri baxış və əməl meydanında qol çırmayıb dünya boyunduruğunu qırmışlar. İlahi peyğəmbərlərin dinləri, xüsusi ilə İslam və İslam peyğəmbəri (s), onun həqiqi canişinləri bu zümrə arasında xüsusi yer tutur.

Qəhrəman Əhli-beyt (ə) alimləri misilsiz və təhlükəli vəzifələrini yerinə yetirərək düşüncə və Qur’an maarifi ilə silahlanmaqla haqqı bəyan etmiş, zülmətpərəstlərin hücumları qarşısında qəhramancasına dayanmışlar. Hazırkı mə’nəviyyat əsrində həqiqət düşmənləri ixtiyarlarındakı sonsuz imkanlardan faydalanaraq dünyaya hakim olmağa çalışırlar. Həqiqətpərəstlərin, din mütəfəkkirlərinin, xüsusi ilə din alimlərinin vəzifəsi olduqca ağırdır.

Əhli-beyt (ə) məktəbində dini araşdırma mərkəzlərindəki fəlsəfi, kəlami, təfsiri, hədisi, fiqhi, üsuli tapıntıların böyük faydası var. Təbiət elmləri sahəsində də İslam tədqiqatçılarının misilsiz nailiyyətləri göz önündədir. Onlar öz fəaliyyətləri ilə dünyada yüksək yerlərdən birini tutmaqdadırlar. Bəli, ictimai və bəşəri elmlər sahəsində müvəffəqiyyətlər daha böyükdür. Bu tədqiqatlar başqa dillərə tərcümə edilir və mütəxəssislərin diqqət mərkəzində dayanır. Əlbəttə ki, nəzərdə tutulan məqsəd üçün böyük çalışmalara ehtiyac var. Bəşəri və ictimai elmlərin İslam maarifi baxımından sonadək araşdırılmasına ehtiyac duyulur. Araşdırma mərkəzlərinin mühüm məqsədlərindən biri də budur.

Bizim tə’lim-tərbiyə müəssisəmiz tə’sis olunduğu gündən ayətullah Məhəmməd Təqi Misbah Yəzdinin başçılığı altında cəmiyyətin düşüncə və dini ehtiyaclarına cavab verməklə məşğuldur. Araşdırma mərkəzi tədqiqatçılara yardım əli uzatmaqla yanaşı zəruri əsərlərin nəşri üçün əməli addımlar atır. Həmd olsun Allaha ki, bu günədək İslam cəmiyyətinə imkan qədərincə əsərlər təqdim edilmişdir.

Əlinizdəki kitab ayətullah Məhəmməd Təqi Misbah Yəzdinin 1993-cü ildə Ramazan ayında Qumda rəhbərlik məqamının dəftərxanasında Əmirəl-mö’mininin (ə) şəhadəti münasibəti ilə çıxışı əsasında tərtib olunmuşdur. Bu çıxış höccətül-İslam Məhəmməd Mehdi Nadilinin zəhmətləri sayəsində tərtib edilmişdir. Məqsəd Əmirəl-mö’mininin vəsiyyət-lərini Əhli-beyt (ə) ardıcılları və həzrətin bütün aşiqlərinə təqdim etməkdir. Şübhəsiz, bu vəsiyyət bəşəriyyətin təfəkkür xəzinəsinin ən dəyərli incilərindəndir. Araşdırma mərkəzi müəllif üçün Allah-təaladan uzun ömür və yardım diləyir.


Yüklə 2,74 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin