ШәР’и суаллара ҹаваб


HADİSƏ NƏTİCƏSİNDƏ ƏZİLƏNLƏRİN VƏ YARALANANLARIN QUSLU



Yüklə 1,08 Mb.
səhifə16/43
tarix21.10.2017
ölçüsü1,08 Mb.
#7637
1   ...   12   13   14   15   16   17   18   19   ...   43

HADİSƏ NƏTİCƏSİNDƏ ƏZİLƏNLƏRİN VƏ YARALANANLARIN QUSLU


Sual 345. Sürücü avtomobil qəzası nəticəsində vəfat etmişdir. Qusl üçün bədəninin qanı heç yolla dayanmırsa vəzifə nədir?

Cavab: İmkan olan surətdə qan dayanana qədər səbr etsinlər, əgər dayanmasa qan axan yerləri yapışqan, ya başqa şeylərin vasitəsi ilə bağlasınlar, qanaxmanın qarşısını alıb qusl etsinlər. Əgər mümkün olmasa, o halda axar, ya kürr su ilə qusl etsinlər. Sidr və kafur suyunu bir qaba töküb axar su hökmündə olan krant suyunu şlanq vasitəsi ilə o qaba birləşdirsinlər. Sonra meyyitin bədəninə töküb qusl etsinlər. Ya bir miqdar sidr və kafuru kürr suyuna töksünlər, bir şərtlə ki, müzaf suya çevrilməsin və meyyiti onun içərsinə salsınlar və tovziul-məsail risaləsində qeyd olunan tərtibə riayət edib qusl versinlər. Ehtiyat budur ki, qusldan sonra təyəmmüm yerlərini qurudub təyəmmüm də etsinlər.

Sual 346. Hadisə zamanı yaralanmış bir cəsədin qanı nə yapışqan, nə gips nə də başqa vasitələrlə saxlamaq mümkün deyil. Belə cəsədi salafan bir kisəyə salıb kəfənləsək səhihdirmi? Çünki, belə etməsək kəfən qanlı olar.

Cavab: Başqa cür mümkün olmayan surətdə bu işi qusl və təyəmmümdən sonra yerinə yetirsinlər.

Sual 347. Yol qəzası nəticəsində bir şəxsin sinə, baş və qarın nahiyələri təmamilə məhv olmuşdur, vəzifə nədir?

Cavab: İçərsində sümüyü olan hissələrinə qusl verib, bir parçaya büküb dəfn etsinlər və içərsində ürək olan sinə tapılsa qusl və kəfəndən sonra namaz da qılsınlar.

Sual 348. Bir şəxs yol qəzasında ölmüş, başı dağılıb və bədəni əzilmişdir; onu bir kisəyə qoymuşlar, indi onun quslu necə olmalıdır?

Cavab: Əgər ona qusl verən zaman bədən üzvləri ayrılıb düşmürsə, qusl versinlər. Əks halda, əgər əlləri varsa əllərinə təyəmmüm versinlər və yaxud başı, əlləri təyəmmüm və qusla yararsızdırsa qusl və təyəmmüm hər ikisi ondan götürülür. Həmin kisəyə namaz qılıb dəfn etsinlər.

Sual 349. Bir şəxs suda boğulmuş və bir müddət suda qaldığı üçün şişmişdir. Qusl zamanı nə etmək lazımdır?

Cavab: Əgər qusl verməklə bədəni qopub tökülmürsə qusl versinlər, əgər qopub tökülürsə təyəmmüm etsinlər.

Sual 350. Çarəsizlik üzündən ana bətnində 4 aylığından çox olan uşağı doğrayıb çıxartmışlar, vəzifə nədir?

Cavab: Sümüyü olmayan doğranmış tikələri o halda bir parçaya büküb dəfn edin, amma sümüyü olan tikələri və onda olan sinə və ürəyi qusl edin, kəfənə büküb dəfn edin.

Sual 351. Bir cənazəni cərrahiyyə yolu ilə yarıb, sonra isə tikiblər. Dərinin bir miqdarı tikilən zaman içəridə qalıb, əgər su tamamilə dəriyə çatmırsa nə edilməlidir?

Cavab: Sualda fərz olunan halda meyyitə olduğu kimi qusl versinlər və ehtiyat üçün təyəmmüm də etsinlər.

MEYYİTƏ TƏYƏMMÜM VERMƏYİN QAYDASI


Sual 352. Meyyitə təyəmmüm necə verilir? Xahiş edirik açıqlayasınız.

Cavab: Meyyitə təyəmmüm vermək istəyən kəs gərək öz əlini yerə vursun və meyyitin üzünə və əllərinin arxasına çəksin. Vacib ehtiyata əsasən əgər mümkündürsə meyyitin öz əli ilə də ona təyəmmüm versinlər.

MEYYİT NAMAZI


Sual 353. Əgər meyyitə namaz qılınan zaman başqa bir cənazə gətirilsə, ikinci meyyiti birinci meyyitin qalan təkbirlərinə qoşmaq caizdirmi?

Cavab: Bəli caizdir, amma gərək hər biri üçün məxsus olan dualar oxunsun. Birinci meyyitin namazı tamam olandan sonra ikinci meyyitə aid olan qalan təkbirləri və duaları desinlər.

Sual 354. Əgər meyyit həddi-büluğ olmasa, İmam Xomeyni (r) buyurmuşdur ki, dördüncü təkbirdən sonra bu dua oxunsun: «Əllahummə inna la nə’ləmu minhu illa xəyra.» Sizin də nəzəriniz belədirmi?

Cavab: Sualın cavabı budur ki, təkbirdən sonra (sualın mətnində) qeyd olunan duanı oxuyun və sonra beşinci təkbiri deyib namazı tamamlayın.

Sual 355. Günahkar və namaz qılmayan bir şəxs dünyadan getmişdir, onun cənazə namazında dördüncü təkbirdən sonra: «Əllahummə inna la nə’ləmu minhu illa xəyra.» duası oxunsa namaz səhih və caizdirmi? Ya gərək başqa dua oxunsun?

Cavab: Bu cümləni deməyin heç bir maneəsi yoxdur və səhihdir.1

Sual 356. Əgər meyyitə namaz cəmiyyətlə qılınsa imamın arxasında duranların iqtida etmələri lazımdırmı? İmam-camaatda ədalət şərtdirmi?

Cavab: Bəli, meyyit namazının da gündəlik yovmiyyə namazları kimi camaatla qılınması müstəhəbbdir. Burada iqtida etmək camaat namazı niyyəti ilə namaza daxil olmaqdır. Lakin namazı camaatla qılan bir kəs gərək onun təkbir və dualarını oxusun. Əlbəttə müstəhəbbdir ki, imam-camaat təkbir və duaları ucadan, onunla namaz qılanlar isə ahəstə oxusunlar. Aydındır ki, İmam-camaat meyyit namazı qılanda camaat namazında deyilən İmam-camaat şərtlərinə malik olmalıdır.

MEYYİTİN DƏFNİ


Sual 357. Bir şəxs vəsiyyət etmişdir ki, onun Qu’ranını təbərrük qəsdi ilə onunla qəbrə qoysunlar. Bu cür vəsiyyət səhih və yerinə yetirilməsi lazımdırmı?

Cavab: Bəli, Qu’ran onun malının üçdə birindən artıq olmasa, ya əgər artıq olsa vərəsə icazə versə vəsiyyət səhihdir və yerinə yetirilməsi lazımdır.

Sual 358. Bir şəxsi vəsiyyətinə əsasən məsciddə dəfn ediblər. Bu vəsiyyət və dəfn düzgündürmü?

Cavab: Məsciddə meyyitləri dəfn etmək məscidə bağlı olan hissələrdə düzgün deyil. Bu cür vəsiyyət də səhih deyil. Çünki, vəqfin ziddinə olan bir işdir. Suala əsasən əgər cənazəni təzə dəfn ediblərsə, iylənməyibsə gərək qəbri açsınlar cənazəni çıxardıb başqa bir yerdə dəfn etsinlər. Bu iş o halda düzgündür ki, bir şəxs öz mülkünü məscidə vəqf edir və öz dəfni üçün əvvəldən bir yeri tə’yin edir. Bu surətdə onun dəfni o yerdə, ya o məscidin kənarında və yaxud məscidin yolu üstündə olsa heç bir maneəsi yoxdur.

Sual 359. Meyyitin sü’ni dişlərini (əgər qızıl olsa) çıxartmağın hökmü nədir?

Cavab: Əgər meyyitin əziyyətinə səbəb olmazsa heç bir maneəsi yoxdur.

Sual 360. Qəbirlərin üzərində məqbərə, otaq tikdirmək və ya qəbir ətrafına hasar çəkdirmək caizdirmi?

Cavab: Bu cür işlər adi insanlar üçün düzgün deyil və şər’i üstünlüyü də yoxdur. Əlavə olaraq, ümumi dəfn üçün vəqf olunan qəbrstanlıqlarda ölülərin dəfninə mane olan hər cür zəbt etmə də səhih deyildir və vəqfin xilafınadır. Meyyitə heç bir faydası da yoxdur. Daha yaxşıdır ki, bu cür işlərə sərf olunan pullar meyyitin niyyəti ilə ona xeyri olan sədəqə, başqa xeyirli və savab işlərə sərf olunsun.


Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin