ШәР’и суаллара ҹаваб



Yüklə 1,08 Mb.
səhifə19/43
tarix21.10.2017
ölçüsü1,08 Mb.
#7637
1   ...   15   16   17   18   19   20   21   22   ...   43

NİYYƏT


Sual 397. Namaz qılan bir şəxs namaz əsnasında namazı kəsməyi ya şəkk etməyi qərara alsa, lakin bu niyyətindən yayınsa və namazı tamamlasa namazında bir səhv varmı, ya düzgündürmü?

Cavab: Verilən suala əsasən namazı kəsmək, ya şəkk etmək qəsdindən yayınsa, sonradan qıldığı hissələri əvvəlki niyyətlə qılıb tamamlasa səhihdir. Yaxşı olar ki, namazı tamamladıqdan sonra onu təkrarlasın.

Sual 398. Bir şəxs namaza başlamazdan əvvəl niyyət etsə ki, məsələn telefon zəng çalsa, ya qapını döysələr və ya uşaq başqa bir yerə getsə namazını kəssin. Bu niyyətlə namaza başlayıb namazını tamamlasa səhihdirmi? İbrahim (ə) məqamı kimi camaatın çox olduğu müəyyən izdihamlı yerlərdə ki, adətən namaz tez-tez kəsilir, namaz qılmaq səhihdirmi?

Cavab: Verilən suala əsasən “rəcaən”, yəni maneə yaranmaması niyyəti ilə namaza başlasa və bir maneə qarşıya çıxmasa, namaz tamamlansa səhihdir.

Sual 399. Əgər namaz halında bir şəxs qıldığı namazın zöhr, əsr, məğrib ya işa namazı olduğuna şəkk etsə vəzifəsi nədir?

Cavab: Verilən suala əsasən niyyətini zöhr, ya məğrib namazına qoysun və namazı tamamlasın; məxsusi vaxtda olmasa sonrakı namazını qılsın.

QİBLƏ


Sual 400. Mən dostumun mənzilinə daxil oldum, namaz qılmaq üçün qibləni soruşdum. O bir tərəfi müəyyənləşdirdi. Mən qibləni dəqiq müəyyənləşdirməli olduğumu bilmədən namaz qıldım. İndi namazın hökmü nədir? Gələcəkdə belə bir iş qarşıya çıxsa mənim vəzifəm nədir?

Cavab: Əgər ev sahibinin dediyindən xatircəmlik əldə etmisinizsə, namazınız düzgündür. Hər halda, imkan daxilində bunun əksinə bir şey bilsəniz bu halda istisnadır.

Qibləni tapmaq vacibdir. İmkansızlıq və namaz vaxtı dar olduqda yüksək zənn ilə kifayətlənin. Əgər ev sahibinin dediyindən qiblənin tapılmasında güman əldə etsəniz, lakin başqa yolla məsələn, qiblənamə ilə, daha güclü güman əldə etsəniz ev sahibinin sözü ilə kifayətlənə bilməzsiniz.



Sual 401. Qibləyə tərəf olması ixtilaflı olan və istiqamətini dəyişmək çətin olan bir taxtın üstündə namaz qılmağın hökmü nədir?

Cavab: Sualda deyilən halda mümkün qədərində qibləyə tərəf namaz qılsın. Lakin namazı bir istiqamətə qılsa və deyilməsə ki, üzü qibləyə qılındı, namazı üzü qibləyə təkrarlasın və ya qəza etsin.

Sual 402. Əgər xəstə dəyəcək zərərin qorxusundan namazı qibləyə tərəf qılmasa və namaz başa çatandan sonra bilsə ki, lazımsız halda qorxub, onun vəzifəsi nədir?

Cavab: Gərək təkrarlasın.

Sual 403. Xəstə üçün qiblə istiqamətində namaz qılmaq mümkün deyilsə, başqa istiqamətlərin onun üçün fərqi varmı?

Cavab: Verilən sualda qibləyə yaxın olan hər hansı bir istiqamətə namaz qılsın Hər halda qibləyə qılmadığı namazları təkrarlayıb qəza etsin.

Sual 404. Xəstəlik nəticəsində bir nəfərin başı təmamilə çevrilib üzü arxaya dönüb. Namazda onun vəzifəsi nədir?

Cavab: Gərək üzü qibləyə olsun və üzü qiblədən dönməyən halda ruku və səcdələri işarə ilə yerinə yetirsin.

Sual 405. Xəstəlik ucbatından həmişə üzü üstə yatan bir şəxsin namazda üzü qibləyə olmasında vəzifəsi nədir?

Cavab: Verilən suala əsasən başı qibləyə tərəf olan halda yatsın.

Sual 406. Qiblə barəsində sözü e’tibarlı olan mənzil sahibinin sözünə kifayətlənib namaza başlamaq olarmı?

Cavab: Əgər onun dediyinə xatircəmlik hasil olsa, ona əməl etməyin bir maneəsi yoxdur.

NAMAZ QILANIN BƏDƏNİ VƏ PALTARI


Sual 407. Bir nəfər xüms vermir və özü üçün xüms ili tə’yin etməyib. Aldığı paltarla namazı səhihdirmi?

Cavab: Xüms düşən pulun xümsünü verməsə onunla aldığı paltarda namaz batildir. Qəsbi paltar hökmündədir.

Sual 408. Qadın namaz qılmaq üçün çadra geyməlidirmi? Ya çadranı əvəz edən yaylıq və adi paltarla namaz düzgündürmü?

Cavab: Qadın namaz qılmaq üçün Tovzihul-məsaildə deyildiyi kimi bədənini örtməlidir. Örtüyün çadra olması şərt deyil. Amma çadra daha yaxşıdır. Əgər çadrasız bədənin quruluşu görünərsə, icazə müşküldür. İstər namazda, istərsə də başqa hallarda qadınların çadradan istifadə etməsi layiqlidir. Xüsusən çadra İran İslam ölkəsində İslamın nişanələrindəndir.

Sual 409. Bir nəfər nəcis olmuş paltarını yuyub və onun pak olmasını yəqin edib. Namaz qılandan sonra başa düşüb ki, təmiz olmayıb. Namaz düzgündürmü?

Cavab: Vacibi ehtiyata görə namazı təkrarlasın, əgər vaxtı keçibsə qəza etsin.

Sual 410. Əgər qadın kofta, şalvar, corab və yaylıqla (çadrasız və örtüksüz) namaz qılsa namazı düzgündürmü?

Cavab: Çadradan istifadə etməsi daha yaxşı olar. Başqa halda əgər kofta, şalvar, və onlara oxşar şeylər bədəninin formasını üzə çıxarsalar, baxmayaraq ki, naməhrəmin olmadığı bir yerdədir, bu işdə icazə çətin məsələdir.

Sual 411. Bir nəfər iynə vurub, yerindən bir qədər qan gəlib, onu pambıqla təmizləyib və qurudub. Namaz vaxtı onu yumağı yaddan çıxarıb. Namazı duzgündürmü?

Cavab: Əgər qanı pambıq və quru parça ilə qurudubsa, nəcis olan yer dirhəmdən artıq deyilsə, eybi yoxdur. Yox əgər qanı spirtli pambıqla və ya yaş əskiylə təmizləsə, namaz əsnasında ya da namazdan sonra yadına düşsə, gərək yuduqdan sonra namazı təkrarlasın.

Sual 412. Bir nəfər müəyyən səbəbdən sidiydən sonra özünü yuya bilmir. Bir parça ilə təmizləsə namaz qıla bilərmi?

Cavab: Suyun ona zərəri olduğu halda qurutmaqla namaz qıla bilər. Lakin həmin yer nəcisdir, yalnız su ilə təmizlənər.

Sual 413. Sü’ni dişlər ağız qanı ilə nəcis olubsa, namaz üçün onu təmizləmək lazımdır, ya yox?

Cavab: Əgər ağız bayır tərəfdən təmizdirsə, namaz düzgündür.

Sual 414. Dişimi düzəltdirərkən ağzım nəcis olub, namaz üçün ağzımı yumalıyammı?

Cavab: Əgər ağız xaricdən təmizdirsə namaz düzgündür.

Sual 415. Bir nəfər xəstəlik üzündən hər axşam möhtəlim olur1. Hər gün qusl edib paltarını dəyişə bilmir. Təyəmmüm edib nəcis paltarla namaz qıla bilərmi?

Cavab: Qusl etməyə imkanı olmadıqda uzun bir müddət olsa da, vəzifəsi təyəmmüm etməkdir. Lakin namaz üçün paltarını dəyişib pak paltarla namaz qılmalıdır. Əgər nəcis paltardan başqa paltarı olmasa Tovzihul-məsailin 803-cü məsələsində lüt halda namaz qılmaq barəsində göstərişə əməl etsin. Əgər soyuq və başqa bir səbəbdən lüt halda namaz qıla bilməsə həmin nəcis paltarla namaz qılması düzgündür.

Sual 416. Xaricdən bir hissəsi dəri olan paltar və ayaqqabılar gətirilir. Lakin sü’ni və təbii dəri olmasını, əti haram və ya halal olan heyvanların dərisi olmasını bilmirik. Belə paltarları geymək və onlarla namaz qılmağın hökmü nədir?

Cavab: Verilən sualda sü’ni dəri olması ehtimal olunursa pak hökmündədir. Onlarla namaz qılmağın maneəsi yoxdur.

Sual 417. Bədənin formasını göstərən paltarla qadınların namaz qılmağı səhihdirmi?

Cavab: Qadınların bu cür paltarla namaz qılmaları səhih deyil.

Sual 418. Əgər qadın qolu qısa köynəklə namaz qılsa, amma çadrası onun qolların örtürsə eybi varmı?

Cavab: Eybi yoxdur.

Sual 419. Namaz halında bir qadının baş tükü görünürsə və özü xəbərdar deyilsə ona demək lazımdırmı? Namazı düzgündürmü?

Cavab: Ona demək vacib deyil, tükünün göründüyünü bilməyənə qədər namazı səhihdir.

Sual 420. Əgər bədən və paltar nəcis olsa, paklamaq üçün vaxt olmasa vəzifə nədir?

Cavab: Verilən suala əsasən əgər bədən və libası paklamaq, ya dəyişməklə namaz qəzaya gedərsə, nəcis paltar və bədənlə övrətini örtməklə namazı qılsın və səhihdir. Əgər libasını təmizləsə, ya dəyişsə ən azı namazın bir rəkəti vaxtında qılınarsa, gərək əvvəl libasını paklayıb, ya dəyişdirib sonra namaz qılsın.

Sual 421. Bir şəxsin biri nəcis və biri pak olan iki libası vardır. Səhvən pak libasın yerinə nəcis libas geyinib namaz qılıb, sonradan səhvi mə’lum olub, onun namazının nə hökmü vardır?

Cavab: Verilən suala əsasən qıldığı namazlar səhihdir.

Sual 422. Döşək ağı, paltar, və xəstənin yanında olan tibbi vəsaitlər nəcisdir və ya nəcis olmaları ehtimal olunursa, xəstə üçün onları əvəz etmək qeyri-mümkün və çətindirsə onlarda namaz qılmağın hökmü nədir?

Cavab: Bu halda onlarla namaz qılmaq Tovzihul-məsailin 860-cı məsələsinə uyğun olaraq eybi yoxdur və düzgündür.

Sual 423. Dəri altından qanaxma narahatlığına düçar olan bir xəstədə hərdən bir müxtəlif səbəblərdən qan dərinin üstündən axır. Qan axan halda namazın və 3 növdə olan paklığın hökmü nədir?

Cavab: Bu cür qanaxmanın namazın düzgünlüyünə maneçiliyi yoxdur. Təharəti də qan axmayan bir vaxtda yerinə yetirsin. Qanaxma baş verdikdə isə təkrar etsin.

Sual 424. Qalstukla namaz qılmağın hökmü nədir?

Cavab: Qalstuk xaçpərəstlərə aiddir, onların nişanəsi olduğu üçün müsəlmanların ondan çəkinməsi daha yaxşıdır. Baxmayaraq ki, müsəlmanlar arasında yayılması ilə o keyfiyyətini itirib. Buna görə də indi onunla namaz qılmağın eybi yoxdur.

Sual 425. Qızıl dişin zinət üçün vurulması halaldır, ya haram?

Cavab: Kişinin qızılla bəzənməsi bütün hallarda haramdır. Onunla namaz qılmaq qeyri-qanunidir.

Sual 426. Kişilərin dişlərinə qızıl qalpaq salmalarının bir maneəsi varmı? Bu cür şəxslərin namazının hökmü nədir?

Cavab: Əgər bəzək üçün yox, dişləri düzəltmək üçündürsə eybi yoxdur.

Sual 427. Kişilərin platin üzükdən istifadə etməsi haramdırmı? Onunla namaz qılmaq düzgündürmü?

Cavab: Əgər platin qızıl olmayan başqa bir filiz hesab olunursa, ya da onun qızıl olması şübhəlidirsə ondan istifadə etməyin maneəsi yoxdur, onunla namaz qılmaq da düzgündür. Əgər qızıl növündən olsa kişilərin ondan istifadə etməsi haram və namazı batildir.

Sual 428. Aşkardır ki, bir çox ailələr səhv adətə görə öz kürəkənlərinə qızıl üzük, qızıl saat, qızıl boyunbağı ya da xaç hədiyyə verirlər. Onlar da bu hədiyyələrdən istifadə edirlər. Zəhmət olmasa deyin bu şeyləri düzəltmək və onları hədiyyə etməyin nə hökmü var?

Cavab: Kişilərin qızıl üzükdən və başqa qızıl bəzək əşyalardan istifadə etməsi haram və onlarla namaz qılmaq batildir. Onların düzəldilməsi kişilərlə qadınların müştərək istifadəsi üçün deyilsə, onların alqı-satqısı və hədiyyə verilməsi haramdır.

Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin