ШәР’и суаллара ҹаваб


Məscidlə bağlı yeniliklər, tə’mir olunma, binanın təzələnməsi, genişləndirilməsi və azaldılması



Yüklə 1,08 Mb.
səhifə21/43
tarix21.10.2017
ölçüsü1,08 Mb.
1   ...   17   18   19   20   21   22   23   24   ...   43

Məscidlə bağlı yeniliklər, tə’mir olunma, binanın təzələnməsi, genişləndirilməsi və azaldılması


Sual 454. Zəlzələ nəticəsində bir məscid dağılıb. Məscid əhli ondan iki kilometr aralıqda yeni bir məscid tikib ora köçüblər. Birinci məscidin tə’miri üçün nəzərdə tutulan vəqflər vardır. Onlardan başqa məsciddə istifadə etmək olarmı?

Cavab: Dağılmış məscidi tə’mir etmək lazımdır. Bə’zi münasib vaxtlarda o məsciddə əzadarlıq və camaatın toplanması üçün məclislər qurmaq lazımdır ki, məscidə gediş-gəliş olsun.

Sual 455. Mədrəsə, məscid və ya hüseyniyyə tikildiyi zaman yerin altından bir meyyitin sümükləri tapılıb. Sümüklərin tapılması həmin yerdə köhnə qəbristanlıq olmasına sübutdurmu?

Cavab: Bir sümüyün tapılması o yerin qəbristanlıq olmasına sübut deyil. Deyilən halda sümüyü torpağın altında və ya başqa yerdə basdırın.

Sual 456. Məscidi tikərkən bir neçə metr icra hakimiyyətinin qərarı ilə yola düşür, bu iş caizdirmi?

Cavab: Əgər bir zərurət olmasa caiz deyil.

Sual 457. Məscid və Hüseyniyyəni bir-birinin kənarında tikiblər. Məscidin binasını təzələyəndə Hüseyniyyənin bir otağını məscidə qatıblar. Bu iş şə’rən caizdirmi? Bu otaq məscidin bir hissəsi hesab olunurmu, məscid hökmü varmı?

Cavab: Hüseyniyyəni məscidə qatmağın eybi var, məscidin bir hissəsi hesab olunmur və məscid hökmü də yoxdur.

Sual 458. Came məscidin yüz metrliyində istifadə olunmayan dağıdılmış bir məscid vardır. Bu məscidə nəzir-niyaz vermək səhihdirmi?

Cavab: Bu məscidi tə’mir etmək lazımdır. Orada namaz qılmağa riayət etmək daha yaxşıdır.

Sual 459. Bu məscidi tə’mir etmək Came məscidinə zərər yetirərsə, tə’mir və orada camaat namazı qılmağın nə hökmü vardır?

Cavab: Sə’y olunsun ki, Came məscidinə heç cür zərər yetirilməsin.

Sual 460. Bir məscidi genişləndirməyə ehtiyac var. Onun bir tərəfi ümumi küçədir. Məhəllə camaatı küçənin məscidə qatılmasına razıdırlar. Başqa tərəfi əvvəllər məscid üçün alınmış yaşayış evidir. Ümumi küçənin istiqamətini dəyişib yolu o evdən salmaq caizdirmi?

Cavab: Daha yaxşıdır ki, alınmış evi məscidin bir hissəsi etsinlər və ümumi küçəni öz keçmiş vəziyyətində olduğu kimi saxlasınlar.

Sual 461. Tə’mirə çox ehtiyacı olan bir məscid vardır. Fitrə-zəkatı onun tə’mirinə sərf etmək olarmı?

Cavab: Daha yaxşıdır ki, fitrəni məhəllə fəqirlərinə sərf etsinlər, amma zəkatı məscidə və onun kimi yerlərdə xərcləməyin maneəsi yoxdur.

Məscidi başqa bir yerə dəyişmək


Sual 462. Sahiblərinin gücünə bir məscidin tikilməsi iddia olunur, onun yeri də çox soyuqdur, Sentyabr ayından sonra orada namaz qılmaq olmur, onu qızdırmaq da mümkün deyil. Bu məsciddən iki yüz metr aralı başqa bir münasib məscid vardır. Məscidi söküb onun yerini əkin yeri edib, gələn gəliri yeni məscidə sərf etmək olarmı?

Cavab: Məscidi heç bir adla və heç bir şərait altında sökmək düzgün deyil və daha yaxşıdır imkan olan surətdə namaz o məsciddə qılınsın.

Sual 463. Heç bir ehtiyac və zərurət olmadan yaşıl meydan yaratmaq üçün məscidi sökmək isətyirlər. Qeyd olunan halda məscidin qalması mümkündürsə, bu iş caizdirmi?

Cavab: Verilən suala əsasən məscidi sökməyə heç bir zərurət yoxdur, məqsəd meydan düzəltməkdir, şər’i göstərişlərə əsasən məscidi sökmək caiz deyil.

Sual 464. Bir kəndin içməli suyu yoxdur. Su qazma idarəsi bir yerdə dərin bir quyu qazmışdır. Sonradan mə’lum olub ki, o yerdə məscid olub və zəlzələ nəticəsində dağılıb, aradan gedib. İndi məscidin yerindən istifadə olunmur, quyudan istifadə etmək caizdirmi?

Caiz olan halda onu qorumaq üçün ətrafını hasara almaq olarmı?



Cavab: Verilən suala əsasən sudan istifadə etmək caizdir. Yerdə və quyuda boru və su motorları birləşdirmək üçün şəriət hakiminə müraciət olunsun.

Sual 465. Keçmiş vaxtlarda məscid və Hüseyniyyəni mədrəsə ediblər. Bu iş caizdirmi?

Cavab: Keçmiş vəziyyətinə qaytarmaq lazımdır.

Cənabətli və heyz halında məscidə daxil olmaq


Sual 466. Şəhərlərin bə’zisində böyük salonların olmamasına görə tələbələrin imtahanlarını məsciddə təşkil edirlər. Diqqət etmək lazımdır ki, iştirak edənlərin əksəriyyəti qızlardır, onlardan da bə’ziləri aylıq-adət halında olurlar. Həmin imtahanlarda iştirak etmək məcburidir, imtahanda iştirak etməsələr onların bir illik zəhməti zay olacaqdır. Lütfən buyurun:

Məscidi qızların imtahanları üçün təşkil etmək düzgündürmü? Məsciddə təşkil olunan surətdə aylıq adəti olan qızlar orada iştirak edə bilərlərmi?



Cavab: 1) Qızların imtahanlarını təşkil edənlərə bu cəhətə riayət etmələri lazımdır. İmtahanları məsciddə yox, ən azı Hüseyniyyələrdə təşkil etsinlər.

2) Yuxarıda qeyd olunan halda, zərurət varsa məscidin içərisinə girməyin heç bir maneəsi yoxdur.



Sual 467. Qusl edə bilməyən cənabətli şəxs təyəmmümlə məscidə daxil olub namazını camaatla qıla bilərmi?

Cavab: Əgər şər’i üzrü olan surətdə xəstəlik və ya su tapılmaması kimi hallara görə vəzifəsi təyəmmüm etmək olsa, təyəmmümlə məscidə daxil ola bilər və başqaları kimi məsciddə qala bilər. Amma əgər üzrü vaxtın azlığıdırsa, təkcə namazı qılmaq müddətində məscidə daxil ola bilər.

Qeyri-müsəlmanın məscidə daxil olması


Sual 468. Əhli-kitabdan olan dost-tanışların əzadarlıq məclislərində iştirakı üçün məscidə daxil olması caizdirmi?

Cavab: Əgər məscidə hörmətsizlik gətirməzsə onların qabağını almaq vacib deyil.

Sual 469. Bir müsəlman və xristian arasında şərikli torpaq mövcuddur, onların ikisinin razılığı ilə həmin yer məscidə verilmişdir. Qeyd olunan xristian müsəlmanların məclislərində iştirak edir, hətta atasının əza məclisini məsciddə tutmuşdur. Şər’i nöqteyi-nəzərdən bu düzgündürmü və məscidə hörmətsizlik deyilmi?

Cavab: Erməni və qeyri-müsəlmanın əza məclisini məsciddə tutmaq caiz deyil.

Kataloq: dosya -> uygulama

Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə