Şİrvan şƏHƏr məRKƏZLƏŞDİRİlMİŞ Kİtabxana sistemi İstiqlalın əbədiyyət rəmzi – Azərbaycan bayrağı



Yüklə 39,92 Kb.
tarix10.01.2022
ölçüsü39,92 Kb.
#108691


ŞİRVAN ŞƏHƏR MƏRKƏZLƏŞDİRİlMİŞ KİTABXANA SİSTEMİ




İstiqlalın əbədiyyət rəmzi – Azərbaycan bayrağı

/metodiki vəsait/

ŞİRVAN-2019

Azərbaycan Bayrağı Günü – 2010

Köksümdə tutanlar gəldim irəli,

Öpüm kölgən düşən mübarək yeri !

Allahın yıldızı, o gözəl pəri,

Sığışmış qoynunda Aya, Bayrağım!

(Ə.Cavad)
Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında ilk hökümət qərarı 1918 ci iyunun 24 – də verilmişdir.

1918 – ci il noyabr ayının 9-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası milli bayraq haqqında qərar vermişdir. Nazirlər Şurasının sədri Fətəli Xan Xoyskinin imzaladığı həmin qərarda deyilir: “Milli bayraq kimi yaşıl, qırmızı, mavi rənglərdən, ağ aypara və səkkizguşəli ulduzdan ibarət olan bayraq qəbul edilsin.”

1920 – ci il aprelin 28- də Xalq Cumhuriyyəti süqut etdikdən və Sovet hakimiyyəti qurulduqdan sonra Azərbaycanda bu bayraqdan imtina edilmişdir.

Həmin bayraq 1990 –ci il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilmişdir.Bundan sonra 1991 – ci il fevral ayının 5 – də Azərbaycan Respublikasının Ali Soveti “ Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında “Qanun qəbul edərək həmin bayrağı Dövlət bayrağı elan etmişdir.

1991 – ci il oktyabr ayının 18- də “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında “ Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriy – yətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən üçrəngli Dövlət bayrağını bərpa etmişdir.

2004 – cü il iyunun ayının 8- də “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunun ilə bu sahədə qanunvericilik bazası təkmilləşdirilmişdir.

Dövlət bayrağı reespublikamızın dövlət qurumlarının və diplomatik numayəndəlik- lərinin binaları üzərində ucalır, mühüm beynəlxalq tədbirlər,mötəbər mərasimlər və məclislərlə yanaşı, irimiqyaşlı ictimai- siyası toplantılarda , mədəni tədbirlərdə və idman yarışlarında qaldırılaraq milli birliyi təcəssüm etdirir.

Azərbaycan Pespublukasının Prezidenti İlham Əliyev cənablarının”Azərbaycan Respublikasının poytaxtı Bakı şəhərində Dövlət bayrağı meydanının yaradılması haqqında “ 2007- ci il 17 noyabr tarixili Sərəncamı Dövlət bayrağına dövlət rəmziləri sırasında xüsusi yer verilməsinin parlaq nümunəsi olmuşdur.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2009 – cu il noyabr ayının 17 – də imzaladığı Sərəncamla hər il noyabr ayının 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Dövlət Bayrağı Günü ilə bağlı Əmək Məcəlləsinin 105- ci maddəsinə edilmiş əlavəyə əsasən 9 noyabr ölkədə qeyr- iş günü olan bayramların siyahısına daxil edilmişdir.

Hər bir xalqın özünəməxsusluğunu şərtləndirən amillər onun dövlətçilik ənənələri ilə yanaşı , həm də zəngin milli – mənəvi irsi, qlobal planda maddi və mənəvi mədəniy- yət nümunələri əsasında muəyyənləşir. Tarixən formalaşmış ənənələr, mental baxışlar- dan qaynaqlanan milli – mənəvi dəyərlər hər bir etnosun kimliyinin, kamillik səviyyəsinin təcəssümü olmaqla yanaşı, həm də bəşər sivilizasiyasına dəyərli töhfədir. Milli kimliyi ifadə edən bu dəyərlər eyni zamanda hər bir xalqın mənəvi sərvəti, toxunulmaz xəzinə - si, özünütəsdiq faktıdır. Tarixboyu əldə etdiyimiz ən müqəddəs nemət olan milli müstə - qilliyimizin real mahiyyəti və məzmunu onun dövlət rəmzlərində əksini tapır. Bəşər övladı ən ağır müharibələrdən, çətin mücadilələrdən sonra ucaltdığı bayrağa həm də qalibiyyət simvolu kimi yanaşmış, onun öz şərəfi, ləyaqəti kimi qorumuş, daim uca tutmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dövlət Bayrağı Günü ilə bağlı çıxışında soyləmişdir.”Bayrağımız eşidilən səsimiz, duyulan nəfəsimizdir. Bizim bayrağımız qurur mənbəyimizdir. Azərbaycan Reaspublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bü- tün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib Azərbaycan Xalq Cumhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli – mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi numayiş etdirir.

Bəli, dünyanın hansı guşəsində yaşamasından asılı olmayaraq hər bir azərbay – canlı üçün müstəqil Azərbaycan Respublikasının üçrəngli dövlət bayrağı fəxr – fəxrət mənbəyidir. Azərbacan Xalq Cumhuriyyəti Rəyasət Heyətinin sədri Məhəmməd Əmin Rəsulzadə 1918 ci ildə parlamentin yığıncağında demişdir: Bizim qaldırdığımız bayra – ğın üç rəngi: turk milli mədəniyyətinin, islam sivilizasiyasının və müasir Avropa demok- ratik əsaslarının simvoludur”. Millətimiz başı üzərinə qaldırdığı üçrəngli bayrağının bir daha enməməsi üçün savaşdı., bu hilal uğunda yüz minlərlə şəhid verdi. Göylərin sonsuzluğuna ucalan dünyanın ən hündür bayrağı Bakıda Dövlət Bayrağı Meydanında dalğalanan üçrəngli bayrağımızdır. Səkkizbucaq ulduzlu hilalımız artıq neçə illərdir ən mötəbər beynəlxalq qurumların qarşısında bütün millətlərin bayraqları ilə bir sıradadır.

Azərbaycan bayrağı öz rəmzi mənalarında məxsus olduğu dövlətin dilini, milliiy – yətini , mədəniyyətini , tarixini , milli – mənəvi dəyərlərini , milli konsepsiyasım.və s.amil- ləri ehtiva edir.Müasir anlamda isə bayraq xalqın müstəqillik, suverənlik ,milli azadlıq, istiqlal ideallarını simvolizə edir. Bayraq dövlətin bütövlük, müstəqillik , yenilməzlik, ucalıq , bir sözlə, müqəddəslik rəmzidir. Millətiin, xalqın qeyrət simvoludur.

Ən böyük səltənət sahibləri, cahangirlər hökmdarlar, dünya şöhrətli sərkərdələr, sərdarlar belə bayraq önündə diz çökməyi, bayrağın ətəyindən öpməyi özlərinə şərəf – şan bilmişlər.İstiqlal və azadlıq mücahidləri bayraq yolunda qan axıtmağa həyatlarının mənası sanmışlar. Ölümün üstünə bayraq naminə yerimişlər. Şəhidlik zirvəsinə “ya istiqlal, ya ölüm”deyə bayraqla bağlı amal, arzu- istək üstdə yüksəlmişlər.Bayraq günunun təsis edilməsi və ümumxalq bayramı günü kimi qeyd olunması dövlətçilik, milli həmrəylik və hərbi vətənpərvərlik, yaddaşlarda özünə yuva quracaq vətən sevgisi kimi hisslərin şüurlara yeridilməsi baxımından əvəzolunmaz və təsirli tərbiyə vasitəsidir. Xalqımız tarixboyu çox ağır dövrlərdən keçməsinə baxmayaraq bu gün öz yüksəlişinin ən uca zirvəsindədir. Təbii ki, bayrağımızın həmişə ən yüksəklərdə görünməsi dövlətimi- zin gücündən, artan nüfuzundam xəbər verir.

Görkəmli şəxslər bayraq haqqında


Bayraqımız – Dövlətçiliyimizin və müstəqilliyimizin rəmzidir

Heydər Əliyev

Ümummilli lider.

Bayrağımız eşidilən səsimiz , duyulan nəfəsimizdir. Bizim bayrağımız qürur mənbəyimizdir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bir kərə yüksələn bayraq , bir daha enməz.

Məhəmməd Əmin Rəsulzadə


Mavi rəngi turkülüyə, yaşıl rəngi islamlığa , al rəngi mədəniyyətə işarə olan bayrağımızın mənayi – mənəviyyəsi də budu

Üzeyir Hacıbəyli

Dövlət Bayrağı Günü ilə əlaqədar kitabxanalarda keçirilən tədbirlər.

Bayraq bir millətin qeyrəti , məsləki, əqidəsidir. Zəngin dövlətçilik ənənələrinə malik xalqımızın çoxlu bayramları və əlamətdar günləri vardır.Bu bayramlardan biri də Dövlət Bayrağı günüdür. Bayraq dövlətin bütovlük,müstəqillik rəmzidir.Bayramla əlaqə-dar olaraq kitabxanalarımızda bir sıra tədbirlər keçirilir. Belə ki, bayraq günü ilə əaqədar olaraq bütün kitabxanalarda ilk növbədə sərgilər hazırlanmalıdır Eyni zamanda bu bayramı özündə əks etdirəm foto – guşələr düzəltmək olar. Azərbaycan Bayrağı günü ilə əlaqədar məruzə və mühazirə, söhbətlər, sual- cavab gecələri , oxucu konfransları, disput keçirmək olar.Tədbirlərin keçirilməsi üçün aşağıdakı ədəbiyyatdan istifadə etmək olar :




  1. Əhmədov,S. Azərbaycan Respublikasının Dövlət Bayrağı / S.Ə.Əhmədov.V.S. Məmmədov; elmi red.və ön sözün müəl. N.Vəlixanlı.- Bakı: Meqa başım, 2010.-153 s.




  1. Əliyev, İ.H.Azərbaycan Respublikasının dövlət rəmzləri / İ.H.Əliyev.E.Ə.Məhər-rəmov Bakı: Nurlan, 2008.- 56 s.




  1. Göyüşov,R.Üçrəngli göy qurşağı / R.Göyüşov // Ədalət. – 2017.- 9 noyabr .- s.6.




  1. Qasımov,R.Dövlətçiliyimizin, müstəqilliyizin rəmzi – Azərbaycan bayrağı. Hamı bu bayraq altında birləşməlidir / R.Q asımov // Kaspi.- 2016. – 9-10 noyabr. – s.15




  1. Məmmədli , M.Üçrəngli bayrağımız qürur mənbəyimizdir: 9 noyabr – Azərbaycan bayrağı günü / M,Məmmədli // Ekspress. – 2017.- 9- 10 noyabr.-s.10.



Tərtib etdi : Heydərova T.
Yüklə 39,92 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin