SOCAR-DALĞIC MMC
|
SOCAR – DALGIDJ LLC
|
VƏZİFƏ TƏLİMATI
|
ROLES AND RESPONSIBILITIES
|
BÖLMƏ 1: VƏZİFƏNİN TƏSVİRİ | SECTION 1: POSITION DESCRIPTION |
Vəzifənin adı: Layihə üzrə Mühasib
Təşkilati struktura istinad: SOCAR – DALĞIC MMC-nin Təşkilati Strukturu – İnzibati departament.
|
Position Title: Project Accountant
Org. Chart Reference: SOCAR-DALGIDJ LLC Organization Chart – Admin Dept.
|
BÖLMƏ 2: ƏSAS VƏZİFƏ |
SECTION 2: KEY ROLE
|
-
Müəyyən edilmiş mühasibat uçotu standartlarına və fakturalama prosesinə, eləcə də Layihənin xüsusi tələblərinə uyğun olaraq sifarişçilərin sorğularının cavablandırılması və işçinin ödəniləcək iş saatlarının yoxlanılması daxil olmaqla layihənin maliyyə nəzarəti və fakturalama prosesi ilə bağlı məsuliyyət daşıyır.
| -
Responsible for the project financial control and invoicing process, including responding to client inquiries, verifying employee’s chargeable time; in accordance with the established accounting standards and invoicing process, as well as Project specific requirements.
|
BÖLMƏ 3: TABE OLDUĞU ŞƏXSLƏR
|
SECTION 3: POSITION REPORTS TO
|
Xətti rəhbər: Maliyyə Meneceri – Baş Mühasib;
Funksional rəhbər: Baş Mühasibin Müavini/Layihə üzrə Menecer.
|
Line Manager: Finance Manager – Chief Accountant;
Functional lead: Deputy Chief Accountant / Project Manager.
|
BÖLMƏ 4: VƏZİFƏLƏR VƏ ÖHDƏLİKLƏR
| SECTION 4: RESPONSIBILITIES & OBJECTIVES |
-
Hesab-fakturaların təqdim olunması ilə bağlı müqavilə sənədləri, dəyişikliklər üzrə sifarişlər və digər müqavilə dəyişiklikləri, təsdiqlər eləcə də əlavə xidmətlərlə əlaqədar Layihə Menecerləri ilə səmərəli şəkildə əlaqə qurur;
-
Layihə Meneceri və Baş Mühasibin təsdiqi üçün təqdim olunacaq bütün ödəniləcək hesab-fakturaların layihə və yekun versiyası paketini və müvafiq müşayət sənədlərini hazırlayır;
-
Sifarişçiyə təqdim olunan hesab-fakturaların sayını maksimuma çatdırmaq üçün mövcud olan imkanları qiymətləndirir və tətbiq edir; müşahidələr və görülmüş tədbirlərlə bağlı Baş Mühasiblə əlaqə saxlayır;
-
Layihənin fakturalama dövründə hesab-fakturaların təqdim olunması imkanlarını optimallaşdırmaq üçün təqdim olunmamış hesab-fakturalarla bağlı məsələləri araşdırır;
-
Standart proseduralara uyğun olaraq, bütün layihələr üzrə xərclər, məsləhətçi xidmətləri üzrə və aylıq hesab-fakturalar da daxil olaraq lazımi sənədlərdən ibarət qovluqları yaradır və qoruyub saxlayır;
-
Məsləhətçi xidmətləri və geri ödənilə biləcək xərclərlə bağlı sifarişçiyə təqdim olunan hesab-fakturaların statusuna dair kreditor borcları üzrə komanda üzvlərinə məsləhətlər verir;
-
Sifarişçinin tələb etdiyi formatda işlərin gedişatı haqqında aylıq hesabatın maliyyə bölməsini hazırlayır;
-
Layihənin idarə olunması qrupu ilə birlikdə həftəlik iş vaxtının uçotu tabelini nəzərdən keçirir;
-
Baş Mühasibin və Layihə üzrə Menecerin göstərişi əsasında balans hesabatı üzrə hesabların uzlaşmasını hazırlayır;
-
Layihənin fakturalandırma dövrünə razılaşdırılmış prosesin təkmilləşdirilməsini təklif və tətbiq edir;
-
Layihə üzrə Menecerlərə və digər şəxslərə təqdim etmək üçün layihə üzrə xüsusi maliyyə təhlilərini hazırlayır;
-
Verilmiş təlimatlara uyğun olaraq, 3-cü tərəfin hesab-fakturalarını ödəniş üçün hazırlayır;
-
Yerli hakimiyyət orqanlarına vergi və rüsumların, dövlət sosial fondlarına sığorta haqlarının, bank strukturlarına ödənişlərin, şirkətin işçilərinə əmək haqqılarının və layihələrlə bağlı digər ödənişlərin hesablanmasında köməklik edir;
-
Audit yoxlamalarında iştirak edərək fəaliyyət sahəsi ilə bağlı məlumat və açıqlamaları təqdim edir;
-
Nəğd pul vəsaitlərinin çatışmazlığı halının qarşısını almaq üçün şirkətin dövriyyə kapitalı ilə bağlı məsləhətlər təqdim edir;
-
Xərc mərkəzləri tərəfindən sənədləşmənin düzgün qeydiyyatını təmin edərək xərclərin uçotu sistemini yeniləyir;
-
Aylıq və rüblük əsasda yekun məlumatları hazırlayır;
-
Mühasibat uçotu üzrə prosedurların / proseslərin təkmilləşdirilməsinə dair təklif və rəylərini təqdim edir;
-
Şirkətin KSƏTƏM mədəniyyətini dəstəkləyir və bunu öz fəaliyyətində nümayiş etdirir.
| -
Effectively communicate with Project Managers regarding contract documents, change orders and other contract modifications, approvals, and any additional services-related to invoicing;
-
Prepare final invoice package containing draft and final invoices for all billable projects, including all applicable backup for approval by the Project Manager and Chief Accountant;
-
Assess and pursue opportunities for maximization of client billing; communicate with the Chief Accountant, as to your observations and actions taken;
-
Maintain the billing folders for all projects, with all the appropriate documents, including expenses, consultant invoices, and monthly invoices, in accordance with standard procedures;
-
Provide the accounts payables team member with advice on client invoicing status, relative to consultant invoicing and reimbursable expenses;
-
Prepare financial section for Monthly Progress Report in the format required by Client;
-
Review weekly time sheets, along with the project management group;
-
Prepare balance sheet account reconcilements, as directed by the Chief Accountant and Project Manager;
-
Recommend and implement agreed process improvements to the project invoicing cycle;
-
Prepare special project financial analyses for the PMs and others;
-
Process, as instructed, 3rd party invoices and preparations for payment there-off;
-
Assist with the calculations for payment of taxes and levies to local authorities, insurance premiums to state social funds, payments to bank institutions, wages of the company employees and other project related payments;
-
Collaborate in audits, giving information and providing clarification within its area of operation;
-
Advise the Company's working capital, to prevent cash-outs;
-
Keep updated the cost accounting system by ensuring the proper registration documentation by cost centers;
-
Perform monthly and quarterly closures;
-
Offer proposals and remarks on matters pertaining to the improvement of accountancy related procedures / processes;
-
Promote Company’s HSE Expectations and lead by example.
|
Təhsil / Təcrübə ilə bağlı tələblər:
Təcrübə:
-
Dalğıc və HSA xidmətləri sənayesində mühasibat uçotu sahəsi üzrə minimum 3 il çalışmış olmalıdır.
Elmi dərəcə:
-
Minimum orta peşə (iqtisadi) təhsilə malik olmalıdır.
|
Academic / Experience Requirements:
Experience:
-
Minimum 3 years of experience in accounting, in the diving and ROV services industry.
Academic Degree:
-
Minimum secondary professional (economic) education.
|
Bacarıq /Şəxsi Keyfiyyətlər:
-
SOCAR-Dalğıc MMC-nin mühasibat uçotu prosedurları və prosesləri haqqında xəbərdar olmalıdır;
-
SOCAR-Dalğıc MMC-nin SƏTƏM-lə bağlı gözləntiləri/prosesləri haqqında xəbərdar olmalıdır;
-
SOCAR-Dalğıc MMC-nin korrupsiya və rüşvətxorluğa qarşı mübarizə prosedurları ilə tam olaraq tanış olmalıdır;
-
Şirkətin Mühasibat Uçotu proqramı haqqında tam xəbərdar olmalıdır;
-
Özünü motivasiya etmək bacarığına malik olmalıdır;
-
Kompyuter biliklərinə malik olmalıdır;
-
İngilis dilini həm yazılı həm də şifahi tam olaraq bilməlidir.
-
Ünsiyyətçil olmalıdır;
-
Nəzakətli və kollektivlə işləmə bacarığına malik olmalıdır.
|
Skill Requirements /Personal Attributes:
-
Familiar with SOCAR-DALGIDJ LLC HSE Expectations / Processes;
-
Fully conversant with the SOCAR-DALGIDJ LLC Anti-Corruption and Bribery Procedure;
-
Fully conversant with Company’s Accounting Software
-
Self-motivated Team Member;
-
Computer literate;
-
Fully conversant in the English language, both written and oral;
-
Good communicator;
-
Tactful and persuasive, a Team Player.
|
Bilavasitə tabeliyində olan şəxs:
-
Hesab-fakturalar üzrə administrator
-
Ödəniş üzrə administrator
|
Direct Reports:
-
Invoicing Administrator
-
Payment Administrator
|
Daxili əlaqələr:
-
Layihə üzrə Menecerlər (Dalğıc/HSA);
-
Aktivlər departamenti. Satınalma/alıcı;
-
Logistika;
-
Baza üzrə menecer.
|
Internal Interfaces:
-
Project Managers (Diving / ROV);
-
Asset Dept. Procurement / Buyer;
-
Logistics;
-
Base Manager.
|
Xarici əlaqələr:
-
Sifarişçinin mühasibatlıq departamenti;
-
Təchizatçının mühasibləri;
-
Subpodratçının mühasibləri.
|
External Interfaces:
-
Client Accountants Department;
-
Vendors Accountants;
-
Subcontractor Accountants.
|
Vəzifəni tutan şəxsin adı:
Təsdiq olunacaq
İmza: ____________ Tarix
|
Position Occupant Name:
TBC
Signature: ____________ Date
|
Xətti menecerin adı:
|
Line Manager Name:
|