Socio Economic Development Activity (seda) in Azerbaijan



Yüklə 63,28 Kb.
tarix03.12.2018
ölçüsü63,28 Kb.
#85361

horizontal eng

Socio-Economic Development Activity (SEDA)



SEDA LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ KEÇİRİLƏN TƏLİMLƏRİN MADDİ-TEXNİKİ DƏSTƏYİNİ TƏMİN ETMƏK MƏQSƏDİLƏ OPERATOR TƏŞKİLATIN SEÇİLMƏSİ HAQQINDA ELAN
30 may, 2014

Şərq-Qərb İdarəçilik İnstitutu (ŞQİİ), İqtisadiyyat və Sənaye Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında qeyri-hökümət təşkilatlara Dövlət Dəstəyi Şurası ilə sıx əməkdaşlıqda və ÜMİD Sosial İnkişafa Dəstək İctimai Birliyi və Qeyri-kommersiya Hüququ üzrə Beynəlxalq Mərkəz (İCNL) ilə strateji tərəfdaşlıq şəraitində, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) və Azərbaycan Hökuməti tərəfindən birgə maliyyələşdirilən beş illik Azərbaycanda Sosial İqtisadi İnkişaf Proqramını (SEDA) həyata keçirir.

Sosial İqtisadi İnkişaf Fəaliyyəti (SEDA) Azərbaycanda müvafiq qeyri-hökumət təşkilatlarını (QHT) və şirkətləri Aran, Quba-Xaçmaz və Gəncə-Qazax regionlarında vətəndaş cəmiyyəti təşkilatlarına (VCT) veriləcək təlimlər üçün maddi-texniki dəstəyi təmin etmək üçün marağın ifadə olunmasına dair müraciət məktubunu təqdim etməyə dəvət edir.

Marağın ifadə olunmasına dair məktubu təqdim edən QHT və şirkətlər Azərbaycandakı VCT-lərə yüksək keyfiyyətli təlim proqramlarını keçmək/təşkil etmək işində böyük təcrübəyə malik olmalıdırlar. Ərizəçilər həmçinin SEDA işlədiyi rayonlarda iş təcrübəsini nümayiş etməlidir (Aran, Quba-Xaçmaz, Gəncə-Qazax) . Ərizəçilər regional tələbi yerinə yetirmək üçün tərəfdaş (lar) seçə bilər.

SEDA məqsədəuyğun qiymət təklifi təqdim etmiş təşkilatlarla (bundan sonra “Subpodratçı” adlandırılacaq) danışıqlar aparacaq və SEDA 3-cü fəaliyyət ili üçün Sub-podratçı ilə sub-müqavilə imzalayacaq. Müqavilədə nəzərdə tutulan fəaliyyət uğurla yerinə yetirildikdən sonra SEDA Subpodratçı ilə 4-cü fəaliyyət ili üçün müqavilənin yeniləşdirilməsi imkanını nəzərdən keçirəcək.



SEDA LAYİHƏSİNİN TƏSVİRİ

SEDA hədəf seçdiyi və ətraf regionlarda sosial-iqtisadi strategiyalar və proqramlar üçün prioritetlərin müəyyən edilməsində maraqlı tərəflərin iştirakını gücləndirmək və vətəndaşların cəlb olunduğu sosial-iqtisadi inkişaf layihələrin dəstəklənməsi yolu ilə Azərbaycanda regional səviyyədə sosial-iqtisadi inkişafa təkan verilməsinə yardım edir. SEDA-nın fəaliyyəti əsasən Quba-Xaçmaz, Aran və Gəncə-Qazax regionlarında həyata keçirilir. SEDA Prezident Administrasiyası, İqtisadiyyat və Sənaye Nazirliyi (İSN), Nazirlər Kabineti, Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası (QHT Şurası), habelə İcra Hakimiyyətləri və SEDA-nın fəaliyyət göstərdiyi regionlardakı bələdiyyələr də daxil olmaqla mərkəzi və yerli səviyyədə Azərbaycan Respublikası hökuməti təşkilatları ilə sıx əməkdaşlıq şəraitində həyata keçirilir. Bu məqsədə nail olmaq üçün layihə 3 əlavə komponent üzrə həyata keçirilir.



1-ci komponentə əsasən, SEDA Aran, Quba-Xaçmaz və yaxınlarda fəaliyyətə başladığı Gəncə-Qazax regionunda 90 icmada İcma İnkişaf Şurası (İİŞ) bərpa etmək və yaratmaq, təlim, əlaqələr yaradılması, məlumat və təcrübə mübadiləsi ilə İİŞ-in potensialını güncləndirmək və 120 icma əsaslı sosial-iqtisadi layihələrin və sosial-iqtisadi inkişafda çoxlu sayda icmanın iştirakçılığına səbəb olan 12 böyük və klaster layihənin yerinə yetirilməsinə dəstək vermək istiqamətində fəaliyyət göstərir.

2-ci Komponent çərçivəsində SEDA fermer və sahibkarlar assosiasiyaları da daxil olmaqla, QHT-lərə hökumət rəsmiləri ilə səmərəli iş birliyi yaratmağa kömək edir və vətəndaş əsaslı sosial iqtisadi inkişaf proqramını dəstəkləyir. SEDA hədəf rayonlarda VCT-ləri təlim, mentorluq və qrantlarla təmin edir və İSN regional ofislərinə İcra Hakimiyyətinin, bələdiyyənin, VCT-lərin və biznes sektorunun iştirakı ilə Sosial-İqtisadi İnkişaf üzrə Regional İşçi Qrupları yaratmaqda kömək edir və QHT-lərə regional səviyyədə sosial-iqtisadi artımı təşviq edən ümumi strategiya və planların müzakirəsi və işlənib hazırlanması üçün dəstək verir. SEDA fermerlərin peşəkar bacarıqlarını yaratmağa və aqro-biznesi dəstəkləməyə xidmət edən təşəbbüsləri dəstəkləyir.

3-cü komponent çərçivəsində SEDA regional sosial iqtisadi inkişafla bağlı planlaşdırma və qərarvermə istiqamətində vətəndaşlarla çalışan seçilmiş yerli və mərkəzi hökumət qurumlarının, xüsusuilə də İSN regional ofislərinin bacarıqlarının artırılmasına önəm verir. SEDA İSN regional ofislərinin bacarıqlarının inkişafına kömək edir; ictimai iştirakçılıq üzrə hüquqi çərçivənin gələcəkdə daha da saflaşdırılması üçün Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən QHT-lərə dəstək vermək və QHT-lərin işinə təsir edən qanunlar haqda məlumatlılığın artırılması təşəbbüsünü dəstəkləyir; hökumət rəsmilərı, VCT-lər və özəl sektor arasında əlaqələri gücləndirmək məqsədilə infrastrukturla bağlı kiçik həcmli pilot əməkdaşlıq layihələri (PPP) sınaqdan keçirəcəkvə Gender Bərabərliyi Büdcə Proqramı yerinə yetirəcək.

İLKİN MƏLUMAT

SEDA İkinci Komponent çərçivəsində Quba-Xaçmaz, Aran və Gəncə-Qazax hədəf regionlarında fəaliyyət göstərən QHT-lərlə işləyir. SEDA sosial-iqtisadi inkişaf, o cümlədən ucqar ərazilər və kənd təsərrüfatı, ətraf mühitin mühafizəsi üzrə fəaliyyət göstərən, peşə təlimi verən, heyvandarlıq və baytarlıq xidməti sahələrində, habelə müasir məhsul istehsalı layihələrini dəstəkləyən QHT-ləri gücləndirmək üçün fəaliyyət göstərir. Bundan əlavə, SEDA hədəf rayonlarında tələbyönümlü təlim, mentorluq və qrantlar vasitəsilə QHT-lərin təşkilati və ictimai vəkillik bacarıqlarını gücləndirəcək. Buraya SEDA-nın hədəf regionlarında VCT menecerləri və üzvləri üçün VCT Təlim Proqramı və İctimai Vəkillik Təlimi, eləcə də Quba-Xaçmaz, Aran və Gəncə-Qazax regionlarında QHT Təlim və Resurs Mərkəzləri (QTRM) üçün Təlimatçıların Təlimatlandırılması Proqramını (TOT) təşkil edəcək.



SEDA üçüncü komponent çərçivəsində regional sosial iqtisadi inkişaf üzrə strategiyanın və büdcənin işlənib hazırlanması, eləcə də yaxınlarda qəbul edilmiş İctimai İştirakçılıq haqqında Azərbaycan Respublikasının Qanununun təşviqi məqsədilə Gəncədə keçiriləcək konfransın təşkili və SEDA-nın hədəf regionlarında bu tədbirin davamı kimi 3 dəyirmi masanın keçirilməsi üçün yerli və mərkəzi hökumət qurumlarının vətəndaşlarla, VCT-lərlə və özəl sektorlarla işləmək bacarıqlarını artırmağa yönəldilmiş fəaliyyətlərə başlamaq niyyətindədir.

1.İŞİN TƏSVİRİ


SEDA layihə çərçivəsində fəaliyyət göstərən Azərbaycan Vətəndaş Cəmiyyəti Təşkilatlarına (VCT) inkişaf yönümlü təsir, səmərə və nəticəni təmin edəcək tələbyönümlü texniki köməyi təmin edəcəkdir. Bu köməyə aşağıdakılar daxildir:

  • Hədəf regionlardakı VCT-lərə tələbyönümlü idarəetmə bacarıqları təlimlərinin təmin olunması. SEDA hədəf regionlarda (Aran, Quba-Xaçmaz və Gəncə-Qazax) VCT lideri və üzvlərinə, eləcə də vətəndaş müdafiəçilərinə və müvafiq hökumət rəsmilərinə iki gün olmaqla, 12-ə qədər təlim-məşğələ təşkil edəcəkdir. Təlimin mövzuları SEDA və QHT Şurası arasında razılaşdırılacaqdır və bu mövzulara aşağıdakılar daxil edilə bilər: (i) layihənin idarəedilməsi və marağın ifadə olunması məktubunun yazılması, (ii) QHT idarəedilməsi, (iii) media və kütləvi informasiya vasitələri ilə iş, və (iv) danışıqlar aparma bacarıqları və konsensusun əldə edilməsi. Məşğələlərin iyul-oktyabr, 2014 il ərzində keçirilməsi planlaşdırılır. Hər bir məşğələdə 25 nəfərə kimi kişi və qadının iştirak etməsi gözlənilir.




  • Regionlardakı qabaqcıl VCT-lərə ictimai vəkillik bacarıqları üzrə təkmil təlimin təşkili və təmin edilməsi. SEDA Azərbaycanda fəaliyyət göstərən VCT-lərə və əsasən də regionlardakı VCT şəbəkəsinə ictimai vəkillik bacarıqları üzrə 2 gün olmaqla 3 təlim-məşğələ təşkil edəcəkdir. Məşğələlər Azərbaycanın aparıcı təlimatçıları tərəfindən aparılacaqdır. Məşğələlərin SEDA-nın hədəf regionlarında (Aran, Quba-Xaçmaz və Gəncə-Qazax) iyul-sentyabr, 2014-cü il tarixlərində aparılması planlaşdırılır. Hər bir məşğələdə 25 nəfərə kimi kişi və qadının iştirak etməsi gözlənilir.



  • İctimai İştirakçılğı təşviq edən konfransın təşkili. SEDA/İCNL QHT Şurası ilə birlikdə 2014-cü ilin payızında ictimai iştirakçılıq üzrə beynəlxalq konfrans təşkil edəcəkdir. Bu konfrans SEDA-nın hədəf regionlarından biri Gəncədə keçiriləcəkdir. Konfransın dəqiq mövzusu spesifik ehtiyaclar və həmin dövrdəki vəziyyətdən asılı olaraq SEDA/İCNl və QHT Şurası tərəfindən müəyyən ediləcəkdir. Təsviri mövzulara ictimai iştirakçılıq üzrə ən yaxşı beynəlxalq təcrübələr və yaxud sosial sifarış qanununun əhatə etdiyi məsələlər daxil edilə bilər. Mərkəzi və Şərqi Avropa, MDB və Türkiyədən iştirakçıların cəlb olunması nəzərdə tutulmuşdur. Konfransda 80 nəfərə qədər kişi və qadının iştirakı gözlənilir.

Bu qiymətləndirmə çərçivəsində Subpodratçının yerinə yetirəcəyi tapşırıq və fəaliyyətlərə aşağıdakılar daxildir, lakin bununla da məhdudlaşmır:

  1. Tədbirlərin təşkili üçün yerli icraedici orqanlardan icazə və təhlükəsizlik dəstəyi əldə etmək;

  2. Tədbirin keçiriləcəyi məkanın müəyyən edilməsi və icarəsi;

  3. İştirakçıların ilkin siyahısının hazırlanması və SEDA və QHT Şurasının təsdiqinə təqdim olunması;

  4. Lazım gələrsə iştirakçıların nəqliyyat vasitəsilə gediş-gəlişinin təmin olunması;

  5. Tədbir zamanı iştirakçıların qeydiyyatı;

  6. Səfər xərclərinin ödənilməsi (lazım gələrsə daşınma, gündəlik xərclər, evlə təmin olunma, hotelin müəyyən edilməsi, otağın sifariş verilməsi, fasilələr zamanı yemək və qəlyanaltıların təşkili);

  7. Təlimatçılar, ekspertlər, moderator və digər peşəkarların hotellə təmin edilməsi. Səfər və digər xərclərin və qonorarın lazım gəldikdə ödənilməsi;

  8. Tədbir zamanı şəkillər və video lentin çəkilməsi;

  9. Tədbir zamanı materiallarının alınması və paylanması, təlim modullarının sürətini və mətbuat açıqlamasının paylanması və lazım qəldikdə digər xidmətlərin təminatı;

  10. SEDA və QHT Şurası tərəfindən hazırlanmış media siyahısına əsasən tədbirin kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılmasını təşkil etmək\dəvət etmək;

  11. Tədbirlər üçün büdcə layihəsinin hazırlanması və gələcək maliyyələşmənin təsdiqinin əldə olunması;

  12. Tədbir materiallarının toplanması, çap edilməsi və uyğun internet səhifəsində verilməsi

  13. Kütləvi informasiya vasitələri üçün mətbuat açıqlamasının hazırlanması və SEDA və QHT Şurası tərəfindən təsdiqi;

  14. Tədbirdən öncə və yaxud sonra baş verəcək problemlərin aradan qaldırılması və bu problemlər barədə dərhal SEDA və QHT Şurasının məlumatlandırılması;

  15. Tədbirlər haqqında hesabat hazırlamaq;

  16. Fəaliyyət üzrə maliyyə hesabatlarının hazırlanması və təqdim edilməsi.

SUBPODRATÇILARIN UYĞUNLUĞU

Gələcək qiymətləndirməni təmin etmək üçün subpodratçılar aşağıdakı keyfiyyətlərə malik olmalıdır:



  1. Təşkilat və QHT olaraq Azərbaycanda hüquqi qeydiyyatdan keçmək, VCT-ləri, fəal vətəndaşları, bələdiyyə və hökumət rəsmilərini hədəfləyən təlim fəaliyyətini təşkil etmək üçün təcrübə və təşkilati bacarığa malik olmaq;

  2. SEDA işlədiyi rayonlarda (Aran, Quba-Xaçmaz, Gəncə-Qazax) təsirli və maraqlı təlim proqramları və vətəndaş cəmiyyəti üzrə müxtəlif məsələlərə aid konfrans və dəyirmi masanın təşkili üzrə iş təcrübəsinə malik olmalıdır;

  3. Tədbirin idarəedilməsi üzrə xüsusi təcrübəyə malik olmaq;

  4. SEDA ışlədiyi bölqələrin (Aran, Gəncə-Qazax, Quba-Xaçmaz) ən azı birində fəaliyyət göstərən ofisi, digər iki regionda isə layihə icrasının sübutu olmalıdır.

  5. Oxşar miqyaslı layihələri idarə etmək bacarığı olmalıdır;

  6. Göstərilən regionlardakı yerli hökumət rəsmiləri ilə yüksək səviyyəli əlaqələri olmalıdır;

  7. Tələb olunan tapşırıqları yerinə yetirməyə qadir olan müvafiq işçi heyəti olmalıdır;

  8. Borcu olmamalıdır, dövlətə olan borcunu yaxud digər borclarını SEDA tərəfindən təmin olunan qrant maliyyə yardımı üzrə ilkin ödənişi almazdan öncə ödəyib qurtarmalıdır;

  9. Hazırda müstəqil, qeyri-siyasi təşkilat kimi fəaliyyət göstərməlidir;

  10. Azərbaycan qanunvericiliyinə müvafiq olaraq şəffaf mühasibatlıq sisteminə malik olmalıdlır

MARAĞIN İFADƏ OLUNMASININ NƏZƏRDƏN KEÇİRİLMƏSİ VƏ QİYMƏTLƏNDİRİLMƏSİ

Subpodratçıların marağı ifadə etmə məktublarının bütün elementləri tam çatdırılma məqsədi ilə vicdanlılığa əsaslanmalıdır, çünki seçim marağın ifadə olunma məzmununa əsaslanır.



Marağın ifadə olunmasına aşağıdakı komponentlər daxildir:

  • İcra Planı

Marağın ifadə olunması subpodratçının təlim məşğələlərini, konfrans və dəyirmi masaları təşkil etməyi necə planlaşdırdığını, məşğələləri hazırlamaq üçün tələb olunan fəaliyyətlər və vaxt çərçivəsi, onları təşkil etmək və onlar haqqında hesabat vermək, eləcə də Aran, Gəncə-Qazax və Quba-Xaçmaz regionunda məşğələləri təşkil etmək üçün əvvəlcədən yerin təşkili məsələlərini təsvir etməlidir

  • Bacarıqları haqqında məlumat

Marağın ifadə olunmasına subpodratçının tələb olunan fəaliyyətləri aparma bacarığı, təlimlər üçün material-texniki təminatın təşkili təcrübəsi daxil olmaqla, SEDA işlədiyi bölqələrdə - Aran, Gancə-Gazakh və ya Guba-Khachmaz yerli hökumət strukturları ilə uğurlu danışıqlar aparma bacarığı daxildir. Bacarıqları haqqında məlumata subpodratçının SEDA işlədiyi bölgələrdə iş təcrübəsinin aydın təsviri, işlədiyi rayonlar və təfsilatları ilə gördüyü işlərin haqqında məlumatlar daxildir. Təklif verənlər maraqın ifadə olunmasının daha uğurlu alınması üçün SEDA regionlarında fəaliyyət göstərən ofislərin ünvanını da daxil etməlidirlər. Subpodratçı həmçinin son 4 (dörd) ildə (2010-2014) oxşar təlim proqramlarının təşkilində subpodratçıların xidmətlərindən istifadə edən 3 müştəri\donorun əlaqələndirici şəxsin və ünvanını daxil etməlidir.

  • Qiymət

Təfərrüatlı xərclər planı smeta ilə birlikdə yuxarıdakı bölmədə qeyd edilmiş tədbirə əsasən marağın ifadə olunması ilə birlikdə təqdim edilməlidir və aşağıdakı kimi tərəffüatlı olaraq təsvir edilməlidir:

İdarəetmə bacarıqları üzrə 12 iki-günlük təlim seminarları:

  • Bir seminarda 25 nəfərə kimi iştirakçının olması

  • 12 nəfərə kimi iştirakçının seminar keçirilən yerə gəlməsini və gecə qalması üçün otağın təmin olunması

  • Təlimlər iki təlimatçı tərəfindən təmin olunacaqdır

  • Quba-Xaçmaz regionunda 4 seminar keçiriləcəkdir

  • Aran regionunda 4 seminar keçiriləcək

  • Gəncə-Qazax regionunda da 4 seminar keçiriləcəkdir

İctimai vəkillik bacarıqları üzrə 3 iki günlük təlim seminarları:

  • Bir seminarda 25 nəfərə kimi iştirakçının olması

  • 12 nəfərə kimi iştirakçının seminar keçirilən yerə gəlməsini və gecə qalması üçün otağın təmin olunması

  • Təlimlər iki təlimatçı tərəfindən təmin olunacaqdır

  • Quba-Xaçmaz regionunda 1 seminar keçiriləcəkdir

  • Aran regionunda 1 seminar keçiriləcək

  • Gəncə-Qazax regionunda da 1 seminar keçiriləcəkdir

İctimai İştirakçılığın təşviqi üzrə iki günlük konfransın keçirilməsi:

  • 80 nəfərə kimi iştirakçı

  • 50 nəfərə kimi iştirakçının konfransın keçirilmə yerinə gəlməsini və gecə qalması üçün otaqla təmin edilməsi

  • Konfrans Gəncə şəhərində keçiriləcəkdir

Subpodratçı bütün vergiləri ödəməyə cavabdehdir. ƏDV xərcləri smetada ayrıca müəyyən edilməlidir.

ÖDƏNİŞ

SEDA yuxarıda göstərilən xidmətlər üzrə danışıqlar aparmaq və sabit qiymətli sub-müqavilə imzalamaq niyyətindədir. Nailiyyətlərə görə ödəniş cədvəli Subpodratçının təqdim etdiyi son hesabata əsaslanaraq son danışıqlar zamanı razılaşdırılacaqdır.



QİYMƏT TƏKLİFİ ŞƏRTLƏRİ VƏ SƏNƏDLƏŞMƏ

Subpodratçılar aşağıdakı sənədlərin İngilis və Azərbaycan dilllərində 3 çap və elektron (CD diskdə) versiyalarını 6 iyun, 2014 il Cümə günü, saat 16:00 gec olmayaraq SEDA layihəsinə təqdim etməlidir:



      1. İcra Planı, bacarıqları haqqında məlumat və qiymət daxil olmaqla marağın ifadə olunması.

      2. SEDA üçün işləyəcək əsas işçi heyətin tərcümeyi halları (CV).

      3. Ərizəçinin son dörd ildə oxşar təlim proqramlara aid təşkil etdiyi xidmətlərindən istifadə edən üç müştərinin/donorun əlaqə şəxsin kontaktları.

      4. Şirkət və ya QHT üçün hüquqi qeydiyyat sənədinin surəti (QHT-lər üzrə Ədliyyə Nazirliyinin və şirkətlər üçün Vergi Nazirliyinin verdiyi sənəd)

Elektron poçt ilə göndərilən marağın ifadə olunması məktubu qəbul edilməyəcəkdir. Zərfin üstünə yazılmalıdır: “SEDA Təlimləri üçün Maddi-Texniki Dəstəyin Təmin Olunması” və zərflər aşağıdakı ofislərin birinə təqdim edilməlidir.

Sosial İqtisadi İnkişaf Fəaliyyəti (SEDA) ofisi

Bakı şəhəri, 28 may küçəsi 4, mənzil 2

və ya


Sosial İqtisadi İnkişaf Fəaliyyəti (SEDA) ofisi

Quba, Məhəllə 32/33, (telefon (+02333) 5-59-58).

Sosial İqtisadi İnkişaf Fəaliyyəti (SEDA) ofisi

Imişli, Heydər Əliyev prospekti, ev 88 (telefon (+02124) 6-15-40).

Sosial İqtisadi İnkişaf Fəaliyyəti (SEDA) ofisi

Gəncə, S.Rəhimov küç, ev 30 (telefon (+0222574862).

SEDA subpodratçını marağın ifadə olunması və qiymət təklifi verən sub podratçının uyğunluğuna əsaslanaraq 18 iyun, 2014 il, Cərşənbə günündən gec olmayaraq seçəcəkdir.






Yüklə 63,28 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə