Согласно историческим описаниям, когда-то в Авлабаре – центре старого Тифлиса, откуда, начинается его история, стояла албанская церковь посвящённая и монастырь Ходжаванк



Yüklə 0,77 Mb.
səhifə1/3
tarix10.01.2022
ölçüsü0,77 Mb.
#107759
  1   2   3

Yengi Ögə

Bəxtiyar Tuncay

Süjetli xalçalarımızda rast gəlinən aslan motivinin folklorumuzdakı paralelləri

Türk dekorativ-tətbiqi sənətində, o cümlədən skif incəsənətində, eləcə də xalçalarımızda yırtıcı heyvanların ot yeyən heyvanları, ən çox da aslanın atı parçalaması motivi çox geniş yayılmışdır (Bax: Şəkil 1-4). Elmi ədəbiyyatda bu motivdən çox zaman «Heyvanların mücadiləsi» deyə bəhs edilməkdədir. Şübhəsiz ki, sözügedən motivin də digər motivlər kimi özünəməxsus mifoloji kodları vardır və onları çözmədən ulu babalarımızın bizə miras qoyduğu qədim «mesaj»ı sona qədər anlamaq və çözmək mümkün deyildir.

Bəri başdan qeyd edək ki, əfsanə və dastanlarda, qurd və aslanı hesaba almasaq, vəhşi heyvanlar haqqında çox az informasiyaya sahibik. B. Ögəl təsadüfən qeyd etmir ki, Qaplan və Bars erkək cocuqlara verilən adlar dışında maldar türklərin ənənələrində böyük yerə sahib deyildir. Məsələn, Alp Ər Tonqa dastanının qəhrəmanının adındakı «Tonqa» (xallı bəbir) bir qaplan (pələng) növüdür. «Orta Asiya, Koreya, Mancuriyada çox böyük bir qaplan cinsi yaşamaqdadır. Bunlar Hindistandakı «Felix tiqris» deyilən pələnglərdən fərqlidir. Orta Asiya qaplanları daha çox türklərin «bars» adlandırdıqları pars cinsindən (Felix uncia) deyilən heyvanlardır. Bunların «Felix irbis» deyilən cinsinə də türklər «yolbars» deyirlər. Türklər bunları əksər hallarda qarışıq salmışlar. «Babur» və ya «bəbir» isə türkcəyə farscadan keçmiş sözlərdir. Bunlardan başqa Orta Asiya ilə Altay vadilərində «Felix ocreata, F. Linix, F. Manual» deyilən böyük vəhşi pişik və vaşaqlar da vardır. Hun məzarlarında qaplan motivinə çox ratlanır (Ögel B., 1995, s. 535).

Alim sözügedən heyvanlarla əlaqədar Türk folklorunda qeydə alınmış aşağıdakı örnəkləri təqdim etməkdədir:



  1. Yolbarsın igidə ağıl verməsi: «…Yolbars igidə məsləhət verir: «Div (Yılbegen) səni öldürəcək. Ancaq Tanrı (Kuday) yazmazsa, səni öldürə bilmə», - deyir. Quranı başına qoyur. Div igidi görüncə, - «Sən mənim damadımsan», - deyir və ona gül verir… Sonra igid xanın yerinə keçib xan olur».




Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə