Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Bakı Dövlət Universiteti
Ad: Kubra
Soyad: İmami
Fakültə: Hüquq
İxtisas: Hüquqşünaslıq
Müəllim: Ofeliya Piriyeva
Fənn: ADİAK
Mövzu: Heydər Əliyev və Azərbaycan dili
Vətənimizin qədim torpaqlarından olan Naxçıvan şəhərində anadan olan, vətəninə, xalqına böyük xidmətlər göstərən ümummilli lider Heydər Əliyev Azərbaycan tarixində əbədi iz qoyub. Bu isə hər insana nəsib olan xoşbəxtlik deyil. Gəlin bir daha tariximizin yaddaşını vərəqləyək. Bu zaman keşməkeşli tariximizin dahilər silsiləsində Heydər Əliyev, onun ömür yolunun və fəaliyyətinin qızıl hərflərlə həkk olunduğunun şahidi oluruq.
Heydər Əlirza oğlu Əliyev Naxçıvan şəhərində dəmiryolçu ailəsində dünyaya göz açıb. O, təhsilini Naxçıvan Pedaqoji Texnikumunda alıb, daha sonra Azərbaycan Sənaye İnstitutunun memarlıq fakültəsinə daxil olub. Lakin başlanan müharibə onun təhsilini tamamlamasına imkan verməmişdir. Sonralar Heyder Eliyev Sankt-Peterburqda və Moskva şəhərlərində xüsusi ali təhsil almaq imkanı qazanır. 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirir.
1969-cu ildə hakimiyyətə gələn dahi liderin Azərbaycanda apardığı siyasət nəticəsində ölkəmizdə sürətli inkişaf başladı. İkinci dəfə hakimiyyətə gələn Heydər Əliyev Azərbaycanın qaranlıq səmasında yenidən doğan parlaq günəşə bənzədi. Çünki bu dövrlər çox çətin və mürəkkəb illərə təsadüf edirdi. Ölkəni xaos, durğunluq, daxili çəkişmələr və hərc-mərclik bürümüşdü. Azərbaycanı bu bataqlıqdan çəkib çıxaracaq güclü və etibarlı bir ələ ehtiyac var idi. Məhz belə bir zamanda xalqımızın qeyrətli oğlu həyatını təhlükə qarşısında qoyaraq millətinə xidmət etməyi həyat amalına çevirdi. Ancaq öz millətinə, xalqına sonsuz bir məhəbbəti olan insanlar belə qətiyyətli addım atmağa qadirdirlər.
Ulu öndərin “Mən mənalı həyatımın düz altmış ilini xalqımın bu günü və sabahı ilə yaşamışam. Bunun son on ili müstəqil Azərbaycan dövlətinə xidmətdə keçib. “Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olub” fikri bir ömrün hesabatıdır. Heydər Əliyev əməli fəaliyyəti ilə nəinki Azərbaycan, habelə insanlıq, bəşəriyyət üçün dəyərli bir tarix yaratdı. Bu, bəşəri ideyaların ölməzliyi, azadlığın, insanlığın, ağıl və təfəkkürün, xalq məhəbbətinin yenilməzliyi tarixidir.
Heydər Əliyev nadir dövlətçilik zəkası, cəsarəti və sarsılmaz iradəsi ilə Azərbaycanda demokratik və hüquqi dövlət qurmağa nail oldu. Azərbaycan dövlətinin müstəqilliyinin bərpasından sonra dahi liderin ən mühüm məqsədlərindən biri hüquqi və sivil dövlətin qurulması idi. 1995-ci il müstəqil Azərbaycan Respublikasının Konstitusiyası qəbul olundu. 1998-ci il KİV üzərində senzuranın aradan qaldırılması və ölüm hökmünün ləğvi Heydər Əliyevin uğurlu siyasətinin nəticəsi idi. 1993-cü ildə ümumxalq səsverməsi ilə Azərbaycan Respublikasının Prezidenti seçilən Heydər Əliyevin həyata keçirdiyi siyasət nəticəsində ölkədə siyasi-iqtisadi sabitlik bərqərar oldu, yenidənqurma işlərinə start verildi. Ölkəmizin ərazi bütövlüyünün bərpası və Dağlıq Qarabağ münaqişəsinin həlli xalqın müdrik oğlunun həyat amalı idi. Heydər Əliyevin ölkəyə rəhbərliyə başladığı gündən Azərbaycanda müstəqillik, iqtisadi yüksəliş azadlıq, elmi-tərəqqi dövrü başlandı. Zaman keçdikcə Azərbaycan dünya ölkələri içərisində özünəməxsus yer tutdu. Ulu öndərin müstəqillik dövründə həyata keçirdiyi mühüm islahatlar içərisində ordu quruculuğu, sənaye, iqtisadiyyat və bir çox sahələrdə irəliləyişlər əldə olundu.
Heydər Əliyev Dövlət Təhlükəsizlik Orqanlarında 25 il çalışıb. O, Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığı və Naxçıvan MSSR Xalq Komissarları Sovetində məsul vəzifələrdə çalışıb (1941-1944). 1944-cü ilin mayında isə Naxçıvan Vilayət Partiya Komitəsi tərəfindən dövlət təhlükəsizliyi orqanlarına işə göndərilmişdir. 1950-ci ildə Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsində bölmə rəisi vəzifəsinə təyin olunub. 1958-ci ildə Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsinin əks-kəşfiyyat şöbəsinin rəisi, 1964-cü ildə isə DTK-nın sədr müavini vəzifəsinə təyin edilib. H. Əliyev 1967-ci ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsinə təyin olunub və həmin ildə ona general-mayor rütbəsi verilib. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il 14 iyul tarixli plenumunda 46 yaşlı Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi seçilərək 1982-ci ilə qədər Azərbaycan SSR-yə rəhbərlik etmişdir. Onun rəhbərlik etdiyi bu illərdə social-iqtisadi sahədə böyük nailiyyətlər əldə edildi.
1982-ci ilin dekabrında isə Siyasi Büronun üzvü seçilib və eyni zamanda SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin olunub. Bu vəzifədə işləyərkən Heydər Əliyev SSRİ-nin iqtisadi, sosial və mədəni həyatının ən mühüm sahələrinə rəhbərlik edib və SSRİ məkanında bir neçə mühüm layihənin həyata keçirilməsi məhz onun adı ilə bağlıdır. 1887-ci ildə Heydər Əliyevin istefa etmə səbəbi Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və Mixail Qorbaçovun yeritdiyi siyasətə etirazı idi.
Göründüyü kimi, Ulu Öndər illərlə ən əhəmiyyətli vəzifələrdə çalışmışdır və xalq xidmət etmişdir.
Heydər Əliyev 1991-ci il sentyabrın 3-dən Naxçıvan Muxtar Respublikasının Ali sədri seçilib və 1993-cü ilədək bu vəzifədə çalışıb. 1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis konfransında Heydər Əliyev partiyanın sədri seçilib. 1993-cü ilin may-iyun aylarında ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandığı bir vaxtda Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilib, iyunun 24-dən isə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayıb.
Heydər Əliyev 1993-2003-cü illərdə Azərbaycan Respublikasının Prezidenti vəzifəsini layiqincə icra etmişdir (1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi). Heydər Əliyev nəinki təkcə Azərbaycan tarixinin, həm də dünya tarixinin 20-inci əsrdə ən bacarıqlı lider və şəxsiyyətlərindən biri hesab edilir. 1991-ci ildə müstəqilliyini tam olaraq bərpa etmiş Vətənimiz Azərbaycanın tez bir zamanda özünü dirçəltməsi və dövlət kimi möhkəmlənməsində Heydər Əliyevin xidmətləri böyükdür. Heydər Əliyev siyasi, iqtisadi və sosial sahədə əhəmiyyətli islahatlar həyata keçirərək xalqın və ölkənin inkişafına xüsusi xidmət göstərdi. Azərbaycanın digər qabaqcıl dünya ölkələri səviyyəsində inkişafına təkan verəcək addımlar atdı.
Hələ o, Azərbaycan Respublikasının Prezidenti kimi rəhbərlik etmədiyi illərdə (1990-cı ildə) yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının Bakıda törətdiyi dəhşətli 20 Yanvar faciəsinin əsl səbəbkarlarının və bu hadisənin cinayətkarlarının cəzalandırılmasını kəskin şəkildə tələb edərək yanvarın 21-də Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış etmişdir. Heydər Əliyev Dağlıq Qarabağdakı münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti kimi 1991-ci ildə Sovet İttifaqı Kommunist Partiyasını tərk etdi.
Heydər Əliyev 1994-cü ildə Qarabağ münaqişəsi ilə bağlı kəskin vəziyyətin sabitliyinə nail olan “Atəşkəs” sazişinin imzalanmasına müvəffəq oldu. (“Bişkek protokolu” – 1994-cü il 12 may).
Onun predizentliyi dövründə Azərbaycan Respublikasının İlk Konstitusiyası qəbul edildi (1995), parlament seçkiləri keçirildi, Əsrin Müqaviləsi imzalandı (1994-cü il sentyabrın 20-də bağlanan bu müqavilə dünyanın 11 iri neft şirkəti ilə bağlanmış və Azərbaycanın iqtisadi inkişafına böyük dərəcədə töhfə vermişdi), Heydər Əliyevin prezidentliyi zamanında milli ordu quruculuğunda ciddi dəyişikliklər başladı. Konstitusiya məhkəməsi fəaliyyətə başladı, Azərbaycanda ölüm cəzası ləğv edildi. Heyder Eliyevin birinci prezidentliyi dövründə – 2001-ci ildə birbaşa onun rəhbərliyi ilə Bakı şəhərində Dünya Azərbaycanlılarının birinci qurultayı keçirildi. Bu da Azərbaycan diasporunun gücləndirilməsi üçün ən başlıca və vacib addımlardan biri olmuşdur.
O, səhiyyə və təhsil siyasətinin xüsusi strategiya ilə yenidən qurulmasına, ölkədə zəif inkişaf edən sahələrin bərpa olunmasına xüsusi qayğı göstərmiş, xüsusilə sosial siyasətin daha sürətlə inkişaf etməsinə diqqət ayıraraq həssas vətəndaşların (yaşlılar, uşaqlar, xəstələr və s.) tələbatlarını qarşılayacaq sosial müdafiə sisteminin qurulmasına xidmət etmişdir. İdmançılar, müəllimlər, sənət adamları Heyder Eliyevin xüsusi olaraq qayğıyla yanaşdığı şəxsiyyətlər olmuşlar. O, Azərbaycan dilinin qorunması və inkişafı məsələsinə olan diqqəti, gənclər siyasətinə olan marağı və gənclərə olan xüsusi sevgisi ilə, idmançıların nailiyyətlərini hər daim qiymətləndirməsi və dəstəkləməsi, terrorizmlə mübarizə siyasəti, milli mədəniyyətə olan qayğısı, yeni elm və təhsil mərkəzlərinin qurulmasına göstərdiyi maraq və digər xidmətləri sayəsində xalqın sevimlisinə çevrildi.
Heydər Əliyevin mükafatları və Ulu Öndərə həsr olunan sənət əsərləri. Heydər Əliyev istər SSRİ, istərsə də müstəqillik illərində 80-dən çox mükafata, fəxri adlar və təltiflərə layiq görülmüşdür. Heydər Əliyevə irihəcmli simfonik əsərlər, mahnılar, filmlər, səhnə əsərləri, memuarlar, poemalar və digər əsərlər həsr olunmuşdur. Bu əsərlərin sayı kifayət qədər çoxdur.
2023-cü il də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müfaviq sərəncamına əsasən “Heydər Əliyev İli” (Heydər Əliyev – 100 il) qəbul edilmişdir. 2023-cü il mayın 10-da Azərbaycan xalqının ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin anadan olmasının 100 ili tamam oldu. Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə ölkədə bir çox xüsusi mədəniyyət tədbirləri həyata keçirildi. 2023 – Heydər Əliyev ilidir.
Müasir Azərbaycanın hər bir sahədəki uğuru Heydər Əliyev imzası ilə bağlıdır. Ulu öndər böyük uzaqgörənliklə deyirdi ki, “Mənim görüb başa çatdırmadığım işləri Azərbaycan xalqının dəstəyi ilə İlham Əliyev başa çatdıracaq” Ulu öndərin arzusunda olduğu, lakin ömrü vəfa etmədiyi üçün başa çatdıra bilmədiyi ən birinci vəzifə isə Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, torpaqlarımızın işğaldan azad edilməsi idi. Həmin dövrdə Ermənistan rəhbərliyinin təkəbbürlü nadanlığı, beynəlxalq güclərin ikiüzlülüyü, imperialist dövlətlərin Qafqazda maraqlarının toqquşması Qarabağ məsələsinin diplomatik yolla həllinə imkan vermədi. Müharibə yolu ilə məsələnin həlli üçün qüdrətli dövlət, güclü iqtisadiyyat və qabiliyyətli ordu yaratmaq, beynəlxalq ictimaiyyətin nüfuzunu və dəstəyini qazanmaq üçün uzun zaman, məqsədyönlü fəaliyyət, dəqiq proqram, böyük siyasi iradə, gərgin zəhmət lazım idi. Tanrı bu missiyanı Ali Baş Komandan İlham Əliyevin qismətinə yazmışdı. Prezident İlham Əliyev ordumuz və xalqımızla birlikdə bu işi bacardı. Əminik ki, bu gün daim azərbaycanlı olması ilə fəxr edən Heydər Əliyevin ruhu şaddır-xilaskarı olduğu müstəqil Azərbaycanın ərazi bütövlüyü onun ideya və əməllərini davam etdirən, yarımçıq qalmış arzuları ilə bağlı vəsiyyətlərini gerçəkləşdirən Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında bərpa edilib, 30 ildən bəri düşmən nəzarətində olan Qarabağ əbədi azadlığına qovuşub. Xalqının və dövlətinin gələcəyi naminə böyük işlər görmüş dahi insanı hər zaman qürur hissi ilə xatırlayacağıq. Həyatını doğma xalqına həsr edərək onun böyük inamını qazanan, ləyaqətli şəkildə dövlətinə xidmət göstərən vətən oğlunun milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin qorunmasında, mədəniyyətimizin zənginləşdirilərək inkişafında böyük xidmətləri olub. Ulu öndərimizi dərin hörmət və sayğı ilə ürəklərdə yaşadırıq. Onun yüksək ideyalarını yaşatmaq naminə ölkəmizin tərəqqisi üçün vəzifələrimizi layiqincə yerinə yetirməli, əzmkarlıqla çalışmalıyıq. Nə qədər Azərbaycan var, Heydər Əliyev yaşayır və yaşayacaqdır.