Soyad: Səmədova Fakültə: Beynəlxalq İqtisadiyyat Məktəbi



Yüklə 12,88 Kb.
tarix13.06.2018
ölçüsü12,88 Kb.
#53474

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ



1436783853670320445_1000x669 — копия.jpg

Sərbəst iş №2

Ad:Nazpəri

Soyad:Səmədova

Fakültə:Beynəlxalq İqtisadiyyat Məktəbi

İxtisas:İqtisadiyyat

Kurs və Qrup:I kurs,Qrup 1061

Fənn:Azərbaycan dili və nitq mədəniyyəti

Rəhbər:Qəhrəmanova Çinarə

Sərbəst işin mövzusu:Fonetika barədə ümumi məlumat

BAKI-2015

Fonetika yunanca fone (səs) ,tika (elm) sözlərindəndir.Mənası səs bəhsi deməkdir.Fonetika dilçilyin bir bölməsi olub dildəki danışıq səslərini ,onların əmələ gəlməsini,inkişafını və xüsusiyyətlərini öyrənir.

Danışarkən tələffüz etdiyimiz səslər danışıq səsləri adlanır.Danışıq səsləri danışıq üzvləri vasitəsilə yaranır.

Danışıq üzvləri bunlardır: Qeyri-fəal danışıq üzvləri

Fəal danışıq üzvləri 1.Ağ ciyərlər

1.Dil 2.Nəfəs borusu

2.Dodaqlar 3.Qırtlaq

3.Səs telləri 4.Burun boşluğu

5.Ağız boşluğu

6.Dişlər


Danışıq səsləri əmələgəlmə yerinə görə iki yerə bölünür:

1.Ağız səsləri

2.Burun səsləri

Dilimizdə [m],[n] samitləri burun,qalan səslər ağız səsləridir.

Danışıq səsləri əmələ gəlməsində maneənin olub-olmamağına görə iki yerə bölünür:

1.Saitlər

2.Samitlər

Danışıq səsləri öz ifadəsini yazıda hərflərdə tapır.Hərf danışıq səsinin yazıdakı şərti qrafik işarəsidir.Hərf və səs bir-birindən fərqlidir:

Hərf yazılır və görünür.Səs isə deyilir və eşidilir.

Səs [ ] kimi işarə ilə fərqləndirilir.Məsələn:[a], [i], [t] ,[d], [x] və s. Sözün hərf və səs tərkibi fərqli ola bilər:neftçi-[nefçi],sehirli-[sehirri] və s.

Saitlər:

Saitləri tələffüz edərkən hava axını ağız boşluğunda heç bir maneəyə rast gəlmir.Saitlərin əsas xüsusiyyətləri bunlardır:

1.Saitlər təmiz avazlı səslərdir.

2.Saitlər heca yaradır.

3.Saitlər vurğu yaradan səslərdir.

Dilimizdə 9 sait səs var:[a ] [e ] [ ə] [ o ] [ ö ] [ ı] [ i ] [u ] [ü].

Samitlər:

Saitlərdən fərqli olaraq ,samitlər maneəli və küylü səslərdir.Samitləri tələffüz edərkən hava axını ağız boşluğunda müəyyən maneələrə rast gəlir.

Səs tellərin iştirakına görə isə samitlər kar və cingiltili olur.

Kar samitləri tələffüz edərkən səs telləri passivləşir,kar samitlər yalnız ağız boşluğundakı küyün köməyi ilə yaranır.

Heca tələffüz zamanı sözün asanlıqla bölünən hissələrinə deyilir.Sait səslər heca yaradan səslərdir.Sait səslə qurtaran heca açıq heca adlanır.Məsələn:mək-təb,məh-sul.

Vurğu Azərbaycan dilinin fonetik sistemində yer tutan vahidlərindən biridir.Vurğunun ,əsasən,3 növü var:

1.Heca vurğusu.Sözdə hecalardan birinin o birilərinə nisbətən qüvvətli deyilməsinə heca vurğusu deyilir.

2.Məntiqi vurğu.Cümlədə xüsusi məna çalarını ifadə etmək məqsədilə cümlə daxilində hər hansı bir söz başqalarından fərqləndirilə və qüvvətli tələffüz oluna bilər.

3.Həyəcanlı vurğu.Hiss və həyəcanların ifadəsi üçün cümlədə sözün,yaxud ifadənin qeyri-adi şəkildə tələffüzünə həyəcanlı vurğu deyilir.

Ahəng qanunu.Sözdə incə və ya qalın saitlərin bir-birini izləməsinə ahəng qanunu deyilir.Ahəng qanunu Azərbaycan dili üçün çox mühümdür.



Əlifba.Hərflər bir yerdə əlifbanı təşkil edir. Bütün hərflərin müəyyən sıra ilə düzülüşünə əlifba deyilir.Bütün lüğətlərin və siyahıların tərtibində əlifbadan istifadə edilir.Bu onlardan istifadəni asanlaşdırır.Əlifba hərflər quruluşuna görə böyük və kiçik olur. Hər bir hərfin çap və əlyazma forması vardır.Hər bir hərfin öz adı var. Əlifbamızda 32 hərf vardır. Onların 9-u sait səsləri,23-ü isə samit səsləri ifadə edir.
Yüklə 12,88 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin