Sua Sahibakrlıq fəaliyyətinin mahiyyəti və əhəmiyyəti



Yüklə 37,41 Kb.
tarix31.12.2021
ölçüsü37,41 Kb.
#112805
SAHİBKARLIĞ CAVABLAR


Sual1. Sahibakrlıq fəaliyyətinin mahiyyəti və əhəmiyyəti

Cavab: sahibkarlıq – cəmiyyətin ehtiyac duyduğu mal və xidmətləri istehsal edib təqdim etmək yolu ilə gəlir (mənfəət) əldə etmək üçün həyata keçirilən iqtisadi fəaliyyətdir.Belə yararlanmanın 2 halı ola bilər:

ya bu bacarıq və qabiliyyətləri təqdim etməklə - yəni menecerlik etməklə - gəlir götürmək,

ya da bunlardan özü üçün istifadə etməklə - yəni iş (biznes) qurmaqla - mənfəət götürmək. sahibkarlıq fəaliyyətinin təşkili həm də məsuliyyətlilik tələb edir ki buda 2 cür olur:

Tam məsuliyyət-sahibkar öhdəliklərinə görə həm sahibi olduğu firmanın əmlakı (firmadakı payı), həm də özünün malik olduğu bütün digər əmlakı ilə məsuliyyət daşıyır

Məhdud məsuliyyət – bu halda sahibkar öhdəliklərinə görə yalnız firmanın əmlakı (firmada ona məxsus payla) cavabdehlik daşıyır

Sahibkarlıq fəaliyyəti ilə (qanunla müəyyən edilmiş qaydada) məşğul olmaq hər bir insanın malik olduğu əsas hüquqlardan biridir. Dünya ölkələrinin böyük əksəriyyətində bu hüquq tanınır və əsas qanunlarda təsbit olunur. Azərbaycan vətəndaşlarının da bu hüququ ölkə Konstitusiyasında - “Azad sahibkarlıq hüququ” adlı 59-cu maddəsində - təsbit olunub:

Sahibkarlıq fəaliyyəti çox mühüm funksiyalar yerinə yetirir.

Sual2) Əmlak məsuliyyəti və onun növləri

Cavab- Sahibkarlığ fəaliyyəti yolunda getmədikdə yəni nəticə gözlənilən kimi alınmazsa, işə cəlb olunan resurslar bata bilər, həm özü, həm də cəlb edilmiş resursların sahibləri fayda götürmək əvəzinə ziyana düşə bilər.Buna görədə müəyyən sövdələşmələr müqavilələr sazişlər bağlanır.

Artıq bu sazişlərdədə məsuliyyət daşımalı olur. sahibkarlıq fəaliyyətinin təşkili həm də məsuliyyətlilik tələb edir. Sahibkarın belə əmlak məsuliyyəti 2cür olur

Tam məsuliyyət – bu halda sahibkar öhdəliklərinə görə həm sahibi olduğu firmanın əmlakı (firmadakı payı), həm də özünün malik olduğu bütün digər əmlakı ilə məsuliyyət daşıyır

Məhdud məsuliyyət – bu halda sahibkar öhdəliklərinə görə yalnız firmanın əmlakı (firmada ona məxsus payla) cavabdehlik daşıyır; məsuliyyət sahibkarın digər əmlakına şamil olunmur.

Sual3)Sahibkarlıq fəaliyyətinin funksiyaları

Cavab

Sahibkarlıq fəaliyyəti çox mühüm funksiyalar yerinə yetirir.



1)İstehsalın təşkili və təmin edilməsi funksiyası:

Sahibkarlar rəqabət şəraitində fəaliyyət göstərmələri üçün məhsulun keyfiyyətini artıraraq qiymətlərini tənzimləyir.Sahibkarlar rəqabət mühitində bazar payını artırmaq üçün mövcud məhsullarını inkişaf etdirməli olur.Xərcləri az olmayan qiymət və keyfiyyət baxımından rəqiblərindən geri qalan sahibkarlar bazar paylarını itirmək təhlükəsi ilə üzləşir. İstehlakçı bir çox alternativ arasında istənilən qiymət və keyfiyyətli məhsulu seçmək imkanı verdiyindən sahibkarlar uyğun giriş üsullarını inkişaf etdirməlidirlər.

2)Məşğulluğun yaradılması funksiyası:

Avropa Birliyində (AB) yaşanan işsizlik problemləri araşdırılarkən ABŞ-da yaradılan məşğulluq sahəsində sahibkarlığın çox böyük bir əhəmiyyəti olduğu sübut edilmişdir. Rəqabət sahibkarların istehlakçıdan gələn tələb və gözləntiləri təmin etmək üçün istehsal etmək imkanı verir. Ölkə daxilində rəqabət mühitinin sağlam fəaliyyəti məşğulluğun artmasına gətirib çıxarır.

3)İstehsalın şaxələnməsinin təmin edilməsi:

Dəyişikliklərin baş verməsi iqtisadi ölçüləri kiçik müəssisələrin dəyişən yeni şərtlərə uyğunlaşmasına səbəb olur. Artan rəqabət şəraitinə görə sahibkarlar məhsul çeşidlənməsi və ixtisaslaşmalara ehtiyac duyurlar. Ama əksinə dəyişən yeni şərtlərə uyğunlaşa bilməyən sahibkarlar arxa planda qalırlar.

4)Kapital yığımının təmin edilməsi:

İqtisadiyyatda baş verən artan xərclərin miqdarı, sənayenin böyüməsinə və mənfətin artmasına gətirib çıxarır.Bu mənfəətlərin də yenidən investisiyalar üçün istifadəsi ilə yeni məşğulluq sahələri və kapital yığımı təmin edilir. Eləcə də kapital yığımının deyil kapital bazarının genişləndirilməsini təmin etməkdir.Ölkədə yeni sahibkarların və iş imkanlarının yaradılması gəlirlərin paylanmasının balanslaşdırılmasını təmin etmək üçün vacib bir vasitədir.

5)İnnovasiya (yeniliklər):

Yeniliklər dedikdə yəni məşğulluğun artması və texnoloji dəyişikliklərə yeniliklərə səbəb olur.Sahibkarlıq, iqtisadi inkişaf prosesinin ən vacib amillərdən biridir. Sahibkarların sayındakı azalma və ya kifayət qədər sahibkarın olmaması, sektora mənfi təsir edir və ölkədə iqtisadi sahədə mühüm iqtisadi böhranlara yol açır.: Yeni müəssisələrin yaradılması istər şəxsi, istərsə də ictimai baxımdan böyük faydalar təmin edir. Yeni yaradılan müəssisələr müvəffəqiyyətli olduqları təqdirdə həm "yenilik" səyləri artacaq, həm də rentabellik və inkişaf məqsədlərinə çatmış olacaq.

Sual4)Sahibkarların iqtisadiyyata verdiyi fayda¬lar

CAVAB:


Sahibkarların iqtisadiyyata verdiyi faydalar

Aşağı təhsil səviyyəsi olanlara iş imkanları yaratmaq,

İş imkanları yaratmaq

Qadınlara iş imkanları yaratmaq,

Yeni məhsul və xidmətlər təqdim etmək,

Böyük firmalara tədarükçü olmaq, xidmət təqdim etmək və ya nümayəndəlik etmək,

Böyük firmaların təklif etmədiyi, amma cəmiyyətin tələb etdiyi məhsul və xidmətləri təqdim etmək.

Rəqabəti artırmaq yolu ilə müxtəlifliyi və keyfiyyəti artırmaqdır.

SUAL5)Sahibkarlıq haqqında nəzəriyyələrin yaranması və inkişafı tarixi

CAVAB: Sahibkarlıq termini ilk dəfə olaraq XVIII əsrin əvvəllərində fransız iqtisadçısı Kontilon tərəfindən işlənilib və işin mənfəətliyini qiymətləndirməyi və mövcud resursların daha faydalı bölüşdürülməsi qabiliyyətini bacarmaqdan ibarətdir.Sahibkarlıq fəaliyyəti iqtsiadi fəallığın digər növlərindən özünəməxsus iqtisadi, hüquq, sosial və psixoloji kökləri ilə fərqlənir.Sahibkarlıq haqqında təlimlər iqtisad elminin klassiklərindən başlayaraq müasir dövrün bir çox tanınmış iqtsiadçı alimlərinin tədqiqatlarında xüsusi yer tutmaqdadır. Sahibkarliq haqqında nəzəriyyələrin inkişafında fransız iqtisadçısı Jan Batist Sey (1767-1832) böyük rol oynamışdır. O, Adam Smitin ideyalarını daha dərindən tədqiq edərək xalqın sərvət mənbəyi olan üç istehsal amili nəzəriyyəsini işləyib hazırlamışdır. Sey göstərirdi ki, üç istehsal amili – insan, kaputal və torpaq.Amerika iqtisadçısı Yozef Şumpeter iqtisadiyyatın keyfiyyəcə inkişafının aparıcı qüvvəsinə - sahibkarlara hər hansı kapitalisti və firma sahibini deyil, yalnız onlardan yenilikçi olanları aid onların bir neçə növünü göstərmişdir.

yeni satış bazarın tapılması;

yeni xammal mənbəyinin və ya növünün istifadə edilməsi;

Yeni əmtəə və xidmətlərin yaranması

yeni istehsal metodunun yaradılması;və s

Şumpeter hesab edirdi ki, shaibkarlığın inkiaşfı üçün iki əsas amil vacibdir:

- təşkilati və təsərrüfat yenilikçiliyi;

- iqtisadi müstəqillik.Druker, J.B.Seyin və Y.Şumpeterin ideyalarını daha da genişləndirmişdir. O, sahibkara belə tərif vermişdir: “Sahibkar yeni bazar, yeni alıcılar qrupunu formalaşdıran kiçik biznesin sahibidir”. Druker sahibkarlığı yalnız kiçik bizneslə bağlamayaraq onun prinsiplərinin iri müəssisələrdə də tətbiq mexanizmlərini göstərmişdir.

Druker sahibkarlıq fəaliyyətini nə elmi, nə də yaradıcılıq sahəsi hesab etməsə də elmi bilikləri sahibkarın məqsədinə çatmasının ən vacib vasitəsi kimi qəbul edirdi. Bir çox tədqiqatçılar sahibkarlığa sirli proses, istedad və ya ilham kimi baxdıqları halda Druker sahibkarlığa öyrətməyin tərəfdarı kimi çıxış edirdi.

SUAL6)Sahibkarliq fəaliyyətinin obyektləri və subyektləri.

CAVAB: sahibkarlığın obyekti yəni. ümumi mənada əmtəələr istehsali, onlarm satişi və ya müxtəlif növ xidmətlər göstərilməsi formasmda həyata keçirilən iqtisadi fəaliyyət başa düşülür.əsərrüfat fəaliyyəti istehsal ehtiyyatlarmm əvvəlcədən verilmiş kombinasiyasmdan, texnika və texnologiyanm mövcud səviyyəsindən olduğu kimi, heç bir yaradici dəyişiklik, yenilik edilmədən, iqtisadi fəaliyyətin nəticələrinə görə riskə getmədən istifadə etməklə həyata keçirilir.

Göstərilmiş keyfiyyətlər bu və ya digər dərəcədə sahibkarliq fəaliyyətinin bütün iştirakçilari - subyektləri üçün xasdir. Bazar iqtisadiyyati ölkələrində sahibkarliq subyekti kimi isə hər şeydən əvvəl ayri-ayri adamlar, şəxslər çixiş edirlər. Ilk əvvəl fərdi sahibkarlar əsasən iqtisadiyyatm ticarət, məişət xidməti, ictimai iaşə kimi xidmət sahələrində və bəzi kiçik istehsalda fəaliyyət göstərirdilər. Belə bir vəziyyət bu gün də öz əhəmiyyətini itirməmişdir. Lakin son zamanlar iqtisadiyyatda müasir texnologiya və yenilikçilik ideyalari ilə bağli yeni, mütərəqqi sahələrin geniş yayilmasi ilə əlaqədar olaraq mühəndislər, konstruktorlar, layihəçilər və s. bu kimi peşə adamlari fəal surətdə fərdi sahibkarliqla məşğul olmağa başlamişlar.Sahibkarlığın qeyd edilmiş subyektləri ilə yanaşi bəzi ölkələrdə dövlət özü də zəruri hallarda müvafiq müəssisə, idarə və təşkilatlarm simasmda onun subyektinə çevrilir.

SUAL 7)Firma – sahibkarlıq fəaliyyətinin təşkili forması kimi

Cavab: Sahibkarlıq fəaliyyəti - sazişlərin (müqavilələrin) sistemli toplusu kimi baş verir. İnstitutsionalzim nəzəriyyəsinə görə, firma müqavilələr dəstidir. Beləliklə deyə bilərik ki, firma – sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi formasıdır. Sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, yəni iş (biznes) qurmaq təşəbbüsündə olan şəxs bunu təkbaşına (fərdi firma formasında) yaxud başqaları ilə birlikdə (ortaqlıq və ya cəmiyyətlər formasında) edə bilər. Firma formasında sahibkarlıq fəaliyyətini qurmaq o deməkdir ki, belə şəxs işin təşkili ilə bağlı bütün riskləri və nəticələrinə görə məsuliyyəti tamamilə öz üzərinə götürür, müvafiq olaraq, əldə edilən gəlir (mənfəət) də yalnız onun özünə çatır (qanunvericiliyə uyğun olaraq, vergi və ödənişlər nəzərə alınmaqla)

Belə firmaların çatışmazlıqlarıda vardırki onlar: firmadaxili ixtisaslaşmanın aşağı səviyyəsi;

məsuliyyətin bir nəfərin üzərinə düşməsi

imkanlarının məhdudluğu (kredit əldə etməsi də çətinliklərlə üzləşir); və.s

SUAL 8)Biznesin təşkili forması kimi cəmiyyətin üstünlükləri çatışmazlıqları

CAVAB: Burada, bir qayda olaraq, mülkiyyət və idarəetmə bir-birindən ayrılır.Belə firmanın üstünlüyü:

-məhdud məsuliyyətlilik prinsipi;

-əlavə maliyyə resursları cəlb etmə imkanları geniş olur;

-firmanın böyümə imkanları çoxdur;

-kredit resursları daha əlçatan olur;

-idarəetmədə daha dərin ixtisaslaşma var, həm də daha peşəkar kadrları cəlb etmək imkanları genişdir;

Firmanın çatışmazlığı isə:

-onlaırn təşkilinin mürəkkəbliyi

-ikiqat vergiqoyma

-idarəedicilərin (menecerlərin) öz vəzifə mövqelərindən sui-istifadə imkanlarının olması,və.s

SUAL 9)Biznesin təşkili forması kimi ortaqlığın üstünlükləri çatışmazlıqları

CAVAB: Bir neçə şəxs tərəfindən birlikdə yaradılan və təsisçilərin iştirak formasından asılı olaraq müəyyən edilən qaydada (əsasən mülkiyyətçilər tərəfindən) idarə olunan firmadır.

Belə firmanın üstünlüyü:

-firmadaxili ixtisaslaşmanın mümkünlüyü

-yaradılmasının nisbətən asan olmsı,

-risklərin bölünməsi səbəbindən maliyyə və kapital cəlb edilməsinin imkanlarının geniş olması,

Belə firmanın çatışmazlıqları:

-ortaqlardan hər hansı birinin biznesdən çıxması firmanın fəaliyyətinin sonlanmasına gətirib çıxarır

-hər bir ortaq yalnız öznün yox, həm də digər ortaqlarının qərarlarının nəticələrinə görə məsuliyyət daşıyır, buna görə də ortaqlar arasında maraqlar münaqişəsinin baş verə bilməsi ehtimalı yüksək ola bilir;

SUAL10)Sahibkarlıq (biznes) qanunvericiliy və sahibkarlıq statusu

CAVAB: Ölkədə biznes fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar sahibkarların və digər təsərrüfat subyektlərinin iştirakı ilə yaranan işgüzar münasibətlərin hüquqi tənzimlənməsi xüsusiyyətlərinin əks olunduğu normativ hüquqi aktlar və davranış normaları məcmusu başa düşülür.Sahibkarlıq qanunvericiliyi yalnız zəruri məhdudiyyət və qadağaları (tələbləri) müəyyənləşdirməklə sahibkarın (iş adamının) azad fəaliyyəti üçün kifayət qədər geniş imkanlar təmin etməlidir.Sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün belə istəkdə olan hər kəs qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq qaydada dövlət qeydiyyatından keçməklə sahibkar statusu əldə etməlidir. Sahibkar statusu almaqla şəxs ictimai qaydada (yəni, dövlətə və cəmiyyətə) öz fəaliyyətini ölkədə mövcud qanun və qaydalar çərçivəsində həyata keçirəcək və bunlara əməl edəcək; bunun risklə bağlı olduğunu anlayır və belə riskə getməyə hazırdır; bu fəaliyyətlər zamanı dövlət, cəmiyyət və tərəfdaşlar qarşısında yaranacaq öhdəlikləri uyğun şəkildə yerinə yetirəcəyi bəyan edilir.

SUAL 11)Sahibkarlıq fəaliyyətinin təşkili formaları

CAVAB:. 2 formada olur:

Hüquqi şəxs yaratmaqla

Fiziki şəxs-sahibkar kimi (yəni hüquqi şəxs yaratmadan);

Hüquqi şəxs yaratmadan fəaliyyət göstərən sahibkar (yəni fiziki şıxs-sahibkar) bu fəaliyyətlə bağlı öhdəliklər üçün özünün bütün əmlakı ilə cavabdehdir. Hüquqi şəxs yaratmaqla fəaliyyət göstərən sahibkar seçilmiş təşkilat formasından asılı olaraq tam və ya məhdud əmlak məsuliyyəti daşıyır. Mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq sahibkarlıq formaları bərabər hüquqludur.Hüquqi şəxs qanunla müəyyən edilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı var, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır.

SUAL 12)Hüquqi şəxsin növləri

CAVAB:Hüquqi şəxs qanunla müəyyən edilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış qurumdur. Növlər bunlardır

-qeyri-kommersiya hüquqi şəxsləri - əsas məqsədi mənfəət götürməkdən ibarət olmayan və götürülən mənfəəti iştirakçıları arasında bölüşdürməyən qurumlardır (ictimai birliklər, fondlar və s.);

-publik hüquqi şəxslər - ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan qurumlardır (məsələn, Mərkəzi Bank PHŞ, Maliyyə Bazarlarına Nəzarət Palatası PHŞ və s.).

-kommersiya hüquqi şəxsləri - fəaliyyətinin əsas məqsədi mənfəət götürməkdən ibarət olan qurumlardır (şirkətlər, banklar, kommersiya sığorta təşkilatları və s.) – bunları firma adlandırırıq;

SUAL 13) Firmaların təşkilati hüquqi formaları və xüsusiyyətləri

CAVAB:


Ölkəmizdə kommersiya hüquqi şəxsləri, yəni işgüzar firmalar təsərrüfat ortaqlıqları və təsərrüfat cəmiyyətləri formasında yaradıla bilər. Təsərrüfat ortaqlığının və ya cəmiyyətinin əmlakına qoyulan maya qiymətli kağızlar, başqa əmlak və ya əmlak hüquqları,pul, pul dəyəri olan digər hüquqlar.

Təsərrüfat ortaqlıqları 2 formada mövcud ola bilir:

1. Tam ortaqlıq;

Tam ortaqlığın hər bir iştirakçısı ortaqlıq adından fəaliyyət göstərə bilər. Ortaqlığın iştirakçıları onun işlərini birlikdə apararkən hər bir əqdin (müqavilənin) bağlanması üçün ortaqlığın bütün iştirakçılarının razılığı tələb edilir. Tam ortaqlığın nizamnaməsində onun işlərin aparılması iştirakçılardan birinə və ya bəzilərinə tapşırılması müəyyənləşdirilə bilər

2. Kommandit ortaqlığı.

Tam ortaqlar, yəni ortaqlığın adından sahibkarlıq fəaliyyətini həyata keçirən və ortaqlığın öhdəlikləri üzrə öz əmlakı ilə məsuliyyət daşıyan iştirakçılar;

Kommandit ortaqlar (maya qoyanlar) - ortaqlığın fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların məbləği həddində risk daşıyan və ortaqlığın sahibkarlıq fəaliyyətində iştirak etməyən iştirakçılar.Tam ortaqlığın iştirakçısı kommandit ortaqlığında tam ortaq ola bilməz. Kommandit ortaqlığındakı tam ortaq tam ortaqlığın iştirakçısı ola bilməz.Kommandit ortaqlığı formasında olan firma ləğv edildikdə, o cümlədən müflis olduqda maya qoyanlar ortaqlığın kreditorlarının tələbləri ödənildikdən sonra onun qalan əmlakından mayaları almaqda tam ortaqlar qarşısında üstünlük hüququna malikdirlər.

SUAL 14)Məhdud məsuliyyətli cəmiyyətin mahiyyəti və xüsusiyyətləri

CAVAB:Məhdud məsuliyyətli cəmiyyət (MMC) - bir və ya bir neçə fiziki və (və ya) hüquqi şəxs tərəfindən yaradılan, nizamnamə fondu təsis müqaviləsi ilə müəyyən edilən həcmdə paylara bölünən təsərrüfat cəmiyyətdir.Mülki Məcəllədə göstərilib ki, MMC-nin iştirakçılarının sayı qanunvericiliklə müəyyənləşdirilmiş həddi keçməməlidir (əks halda o, bir il ərzində səhmdar cəmiyyətinə çevrilməlidir.MMC-nin iştirakçıları onun öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşıyırlar.MMC-nin ali idarəetmə orqanı onun iştirakçılarının ümumi yığıncağıdır. Bir iştirakçısı olan cəmiyyətdə cəmiyyətin ümumi yığıncağının səlahiyyətləri iştirakçı tərəfindən təkbaşına həyata keçirilir. Cəmiyyətin nizamnaməsində nəzərdə tutulduğu halda cəmiyyətin direktorlar şurası (və ya müşahidə şurası) və (və ya) təftiş komissiyası (müfəttiş) yaradıla bilər.MMC-nin iştirakçısı cəmiyyətin nizamnamə kapitalındakı payını və ya onun bir hissəsini həmin cəmiyyətin bir və ya bir neçə iştirakçısına sata bilər yaxud başqa qaydada güzəşt edə bilər.

SUAL15)Səhmdar cəmiyyətin mahiyyəti və xüsusiyyətləri

CAVAB:kapitalı müəyyən sayda səhmlərə bölünmüş cəmiyyət səhmdar cəmiyyəti sayılır.Səhmdar cəmiyyətinin iştirakçıları səhmdarlar adlanır.SC qapalı və açıq tipli olurlar. Səhmdar cəmiyyətinin firma adında onun adı, habelə "açıq səhmdar cəmiyyəti" və ya "qapalı səhmdar cəmiyyəti" sözləri göstərilməlidir.

Açıq səhmdar cəmiyyəti (ASC) -  belə SC-nin iştirakçıları onlara mənsub səhmləri istədiyi zaman digər səhmdarların razılığı olmadan özgəninkiləşdirə bilir.. QSC buraxdığı səhmlərə açıq abunə yazılışı apara bilməz və ya başqa şəkildə onları əldə edilmək üçün şəxslərin qeyri-məhdud dairəsinə təklif edə bilməz.QSC-nin iştirakçılarının sayı qanunla məhdudlaşdırılıb: belə iştirakçıların sayı 50-ni çox ola bilməz (əks halda o, bir il ərzində ASC-yə çevrilməli ya da ləğv edilməlidir).

Səhmdar cəmiyyətləri (həm ASC, həm də QSC) illik hesabatını və mühasibat balansını, habelə aşağıdakı sənədləri hamının tanış olması üçün hər il dərc etməyə borcludurlar:

inkişaf siyasəti;

səhmdar kapitalının gəlirliyi və dividend siyasəti;

idarəetmə orqanlarının hər bir üzvünə verilən ödənişlər;

investisiyaların həcmi və mənbəyi;

hesabat dövrü üzrə maliyyə göstəriciləri;

aidiyyəti şəxslərlə bağlanılmış və xüsusi əhəmiyyətli əqdlər;idarəetmə orqanları və vəzifəli şəxslər, onların əsas və əlavə iş yerləri;və s

SUAL 16)Törəmə və aslı təsərrüfat cəmiyyətlərii

CAVAB:Törəmə cəmiyyət əsas cəmiyyətin (və ya ortaqlığın) borcları üçün cavabdehlik daşımır. Törəmə cəmiyyətin iştirakçıları (səhmdarları) əsas cəmiyyətdən onun təqsiri üzündən törəmə cəmiyyətə dəymiş zərərin əvəzini ödəməyi tələb edə bilərlər. Törəmə cəmiyyət əsas cəmiyyətin təqsiri üzündən müflis olduqda əsas cəmiyyət onun borcları üzrə subsidiar məsuliyyət daşıyır.Törəmə və asılı cəmiyyətlər əsas cəmiyyətin səhmlərini (paylarını) ala bilməz. MMC-nin nizamnamə kapitalının 20 (iyirmi) faizindən çoxu və ya SC-nin səsvermə hüququ verən səhmlərinin 20 (iyirmi) faizindən çoxu digər (üstün, iştirakçı) ortaqlığa və ya cəmiyyətə mənsub olduqda belə cəmiyyət asılı cəmiyyət sayılır.

SUAL 17)Istehsal sahibkarliği və onun xüsusiyyətləri.

CAVAB:sahibkarlıq fəaliyyətinin müxtəlif cəhətlərinə görə - iqtisadi fəaliyyətin xarakterinə, cəlb edilən və istifadə olunan iqtisadi resurslara, investisiyaların yönəlmə obyektinə və istiqamətinə, işgüzar qərarların və əldə edilən konkret nəticənin xüsusiyyətinə və s. görə fərqlənir.Istehsal sahibkarlığı - müxtəlif növ məhsullarm istehsali, habelə onlarm istehlakçilara çatdirilmasi ilə əlaqədar olaraq işlərin görülməsi və xidmətlərin göstərilməsi, bu məqsədlə həyata keçirilən innovasiya, elmi - texniki, informasiya proseslərini özündə birləşdirir.Fəaliyyət göstərdiyi iqtisadiyyat sahəsindən (sənaye, kənd təsərrüfatı, tikinti), istehsal etdiyi məhsulun növündən və təyinatından (istehlak şeyləri və ya istehsal vasitələri) asılı olmayaraq istehsal sahibkarlığı qarşısında bir sira tələblər vardir ki bunlar: iqtisadi fəaliyyətə başlamaqdan əvvəl istehsal amillərinin (istehsal fondlarmm və iş qüvvəsinin) əldə edilməsi və onlarm səmərəli kombinasiyasma nail olunmasi, istehsal olunan məhsulun alicmin tələbatma uyğun gəlməsi üçün bazarm marketinqinin aparilmasi, biznes - tərəfdaşlari - iqtisadi resurslarm mülkiyyətçiləri, hazir məhsulun bilavasitə istehlakçilari, vasitəçi ticarət v.s

SUAL 18) Xidmət sferasmda sahibkarlığın istiqamətləri.

CAVAB: Sahibkarlıq fəaliyyətinin istehsal sferasından kənarda fəaliyyət göstərən növləri xidmət sferasının payına düşür. Həm də ölkə iqtisadiyyatı nə qədər inkişaf etmiş olarsa, burada bazar münasibətləri nə qədər əhatəli olarsa, xidmət sferasında fəaliyyət göstərən sahibkarlıq növləri bir o qədər çox, onlarm göstərdiyi xidmətlərin səviyyəsi bir o qədər geniş, keyfiyyəti isə bir o qədər yüksək olar. Xidmət sferasında sahibkarlığın əsas təşkilati - hüquqi formalarından biri kimi çıxış edərək informasiya xidmətini həyata keçirən agentliklər və şirkətlər bazar iqtisadiyyatı ölkələrində mühüm əhəmiyyət kəsb edirlər, onlarm məhsulu olan informasiya isə əmtəə statusu daşiyir və yəni bazar obyekti kimi çıxış edir. Sahibkarlıq üçün bu işgüzar xarakterli informasiyanın dairəsinə: istehsalçılar və istehlakçilar, rəqib və tərəf - müqabil bazar subyektləri (firmalar, müəssisələr, iri korporasiyalar) haqqında, bazarın infrastruktur elementləri (birjalar, audit, reklam, siğorta, lizinq və s.) haqqında, iqtisadi resursların xarakteri, qiyməti, göndərənləri və onlari bazara çixaranlar haqqında, əmtəə bazarının vəziyyəti və rəqabət şəraiti haqqında, qanunvericilik, iqtisadi və siyasi vəziyyət və onların dəyişmə meyli haqqında və s. informasiyalar aiddirlər.

SUAL 19) Kommersiya sahibkarliğmm mahiyyəti və xüsusiyyətləri

CAVAB:Kommersiya sahibkarlığının bir sira özünə məxsus xüsusiyyətləri vardir: o, istehsal sahibkarlığına nisbətən daha çevikdir; fəaliyyətə başlamaq üçün nisbətən az ilkin kapital tələb olunur; son istehlakçilarla bilavasitə əlaqədar olduğu üçün onlarm tələbinə tez bir müddətdə uyğunlaşa bilir; burada kommersiya risklərini idarəetmək, bazarda baş veren dəyişiklikləri vaxtmda qiymətləndirmək son dərəcə vacibdir; iqtisadi fəaliyyətin uğuru xeyli dərəcədə nisbətən müstəqil, çevik təşkilati - ticari strukturlarm fəaliyyətindən asılıdir ki, bunlar da son nəticədə ticarət mexanizminin normal fəaliyyəti üçün əlverişli şərait yaradir.

Kommersiya (latınca «kommercium» sözündən götürülmüşdür, hərfi mənasi «ticarət» deməkdir) sahibkarlığının başlica məzmununu alqı-satqı (yəni, mübadilə) əməliyyatlari, fəaliyyət sahəsini əsasən ticarət sferasi (topdan satış və pərakəndə satış, ticarət vasitəçiliyi, məhsul idxali və ixraci və s.)mənasını verir. Kommersiya sahibkarlığı üçün hansı istehsalçıdan (və ya mal göndərəndən) hansı əmtəənin satın alınması, onun neçəyə və harada satilacaği mənfəətin təmin edilməsi baxımından son dərəcə vacibdir.Hazirda kommersiya sahibkarlığının mühüm cəhətlərindən birini məhsul satışı ilə yanaşi satışdan əvvəlki, habelə satışdan sonraki istismar xidmətlərinin göstərilməsi çıxış edir. Məhz belə kommersiya xidmətlərinin göstərilməsi son dövrlərdə məhsulun alqı – satqısı prosesində alıcıların stimullaşdirilmasının və beləliklə də kommersiya mənfəətinin mühüm şərtidir.

SUAL 20)Kommersiya sahibkarliğmda əmtəə birjalarmm və reklam müəssisələrinin rolu.

CAVAB:Əmtəə birjasında keçirilən əməliyyatlar ya onu təşkil edənin, ya da ki, müvafiq dövlət idarəsinin nəzarətində olur.Hər bir ölkədə birjanın normal işini süni surətdə pozan hallarm tədqiqi ilə birja ticarəti qaydalari üzrə komitə və yaxud buna uyğun digər təşkilatlar məşğul olur, günahkarlar ciddi (cərimə ödəməklə, hətta azadliqdan məhrum etməklə və s.) cəzalandirilir. Birjanın işində alıcılar və satici simasmda iştirak edən bütün tərəflər birja tərəfindən görülən xidmətlər üçün uyğun ödənclər verirlər. Bundan əlavə birjada yer almaq üçün verilən haqq, bağlanmiş sövdələşmələrdən komissyon ayirmalari və s. birjanın mənfəətini təşkil edir.Əmtəə birjasında iqtisadi fəaliyyət, birja ticarəti iştirakçıları üçün hüquq bərabərliyinin təmin edilməsi, sərbəst (bazar) qiymətlərin tətbiqi, birja ticarətinin aşkarlığı prinsipi əsasmda həyata keçirilir.Kommersiya sahibkarlıqi ilə əlaqədar olaraq reklam şirkətləri də mühüm rol oynayirlar. Reklam məhz bazar Iqtisadiyyatına məxsus olan xidmət növüdür və onun əsasını bazar münasibətləri təşkil edir.

SUAL 21)Maliyyə sahibkarliği və onun əsas əlamətləri.

CAVAB: Maliyyə sahibkarlığının obyektini əmtəənin alqı – satqısı prosesi təşkil edir.

Qiymətli kağızların (səhmlərin, istiqrazların, veksellərin və s.), pulun, valyutanin alqı – satqısı həyata keçirilir. Buna görə də maliyyə sahibkarlığının subyektləri kimi fond və valyuta birjaları, kommersiya bankları, lizinq və siğorta təşkilatlari və s. çıxış edirlər.Fond birjası vasitəsi ilə kapital (maliyyə) resurslarinin öz sahibindən onlardan məhsuldar şəkildə istifadə etməyi bacaran işgüzar fəaliyyətin subyektlərinə - sahibkarlara doğru hərəkəti təmin edilir.Fond birjalarmda qiymətli kağızların alveri onlara olan tələb və təklifin təsiri altında tez - tez dəyişən birja kursu əsasmda həyata keçirilir.Fond birjalarına bir çox səhmdar cəmiyyətlərin korporativ qiymətli kağızlari çıxarılsa da, lakin onlardan yalniz daha yüksək mənfəət - dividend və faiz gətirənləri geniş alınib-satilirlar.Bazar iqtisadiyyatı şəraitində ölkələr arasi valyuta ticarətinin əsas hissəsi banklar arasında, ölkə daxilində isə banklarla qeyri - bank müəssisələri arasında aparilir.Müasir bazar iqtisadiyyatı şəraitində bankların rolu xeyli artmışdı.Kommersiya bankları ölkənin kredit sisteminin əsasmi təşkil edirlər və mərkəzi bank tərəfindən müəyyən edilmiş metodoloji tələblər və faiz normasi əsasında fəaliyyət göstərirlər.

SUAL 22)Konsultativ sakhibkarliq və onu reallaşdirma üsullari

CAVAB:Konsultativ sahibkarlıq dedikdə («konsultant» sözü latmca məsləhət verən deməkdir) biznesin hər hansı bir növü ilə məşğul olan iqtisadi subyektə onun konkret sahəsi üzrə ödənişli əsaslarla ixtisaslaşmiş məsləhət verə bilən mütəxəssis xidməti deyilir.Konsaltinq xidmətləri həm birdəfəlik şifahi məsləhət, həm də özünə bəzi mərhələləri daxil edən layihə formasmda həyata keçirilə bilər.

problemin üzə çıxarılmasi;

layihənin (problemin həlli yollarmin) işlənib hazirlanmasi;

layihənin reallaşdirilmasi.

Konsaltinqin daha geniş yayilmiş, növləri kimi isə ekspert xidməti, proseslə bağlı məsləhət və öyrədici xidmət çıxış edirlər.Təsərrüfat subyektlərində müqavilə əsasmda maliyyə - təsərrüfat fəaliyyəti sahəsində yoxlama, ekspertiza, təhlil aparmaq və yazili rəy vermək, mühasibat uçotu qurmaq, hesabat göstəricilərinin dürüstlüyünü təsdiq etmək və auditorun peşə fəaliyyətinə uyğun olaraq maliyyə - təsərrüfat münasibətləri sahəsində digər xidmətləri göstərmək auditor xidməti hesab edilir.Sahibkarlıq subyektlərinin sifarişləri əsasmda həyata keçirilən audit xidməti nəticəsində onlara öz müəssisələrinin işini daha düzgün və səmərəli qurmaq üzrə əsaslandirilmiş məsləhət və təkliflər verilir.

SUAL 23) Sahibkarlıq fəaliyyətinin xarici mühiti

CAVAB:Sahibkarlıq mühiti özündə iqtisadi sərbəstlik dərəcəsini, sahibkarlar ordusunun mövcudluğunu, iqtisadi, əlaqələrin bazar tiplərui çoxluğunu, sahibkarlıq kapitalının formalaşmasının və zəruri ehtiyatların istifadəinin mümkünlüyünü birləşdirən ictimai-iqtisadi şəraitdir. Sahibkarlıq mühiti xarici və daxili mühitə bölünür. Sahibkarlığın xarici mühitinə bunlar aid edilir: iqtisadi, siyasi, hüquqi, sosial-mədəni, texnoloji, coğrafi və infrastruktur amilləri.

Hüquqi mühit. Sahibkarlıq fəaliyyətində bu fəaliyyətin hüquqi təminatları mühüm əhəmiyyət kəsb edir.

Sosial-mədəni mühit. Bu mühitə ictimai şüur əxlaqi və dini normalar, əhalinin təhsil səviyyəsi, yaş-cins tərkibi, adət-ənənə, əhalinin ərazi yerdəyişməsinə meylliyi və s. aid edilə bilər. Bunlar insanların həyət tərzini, zövqünü, dünyagörüşünü, işə münasibətini formalaşır.

Texnoloji mühit. Sahibkarlıq fəaliyyəti həmişə müəyyən texnika və texnologiyadan istifadəyə əsaslanır. Cəmiyyətdə elmi, texnikanın, texnologiyanın inkişaf səviyyəsi ənənəvi sahələrdə sahibkarlıq fəlaiyyətinə əlverişli təsir edir.

Coğrafi mühit. Sahibkarlıq faəliyyətinin həyata keçirildiyi ərazinin coğrafi mövqeyi, təbii-iqlim şəraiti, təbii sərvətləri, avtomobil, su, hava, dəmir yol digər sahələrinin üstün inkişafına stimul yaradır, shaibkarlıq tərəfindən ölkəyə investisiyaların yönəldilməsinin mühüm amilini təşkil edir.

Sahibkar xarici mühit elementlərini daim izləyərək öyrənməli, öz fəaliyyəti üçün onların müsbət və mənfi cəhətlərini üzə çıxarmalı, üzə çıxarılan müsbət cəhətlərdən maksimum səmərə ilə istifadə etməli, mənfi cəhətləri isə aradan qaldırmaq üçün tələb olunan tədbirləri həyata keçirməlidir.

Müəssisənin xarici mühitinə bəzi elementləri də aid edirlər:

-tərəfdaşlar və tərəfdaşlıq əlaqələri (istehsalın təşkili üçün tələb olunan xammal, material, enerji və digər istehsal amillərini müəssisəyə təqdim edə biləcək -təchizatçılar);

işçşilərin peşəkarlıq səviyyəsi;

-firmanın alıcılar arasında nüfuzu;

-həmkarlar ittifaqı;

rəqiblər (sahibkarların məhsulunun ödədiyi tələbatı analoji, oxşar və s. başqa üsullarla ödəyən və həmin bazar təklif olunan -məhsulları istehsaı edən müəssisələr);

-dünya bazarının vəziyyəti;

elmi-texniki tərəqqinin nailiyyətləri.

SUAL 24)Sahibkarlıq fəaliyyətinin daxili mühiti

CAVAB:Sahibkarlıq fəaliyyətinin daxili mühitinin əsas amilləri aşağıdakılardır:

sahibkarın məqsədi;

məqsədə nail olmaq üçün seçiləcək texnologiya;

seçilmiş texnologiyaya uyğun təşkilati struktur;

struktur bölmələrin vəzifələri;

qoyulan vəzifələrin icraçıları (işçiləri).

Sahibkarın seçdiyi məqsəd və vəzifələr onların həyata keçirilməsi və ya həlli üsullarının – texnologiyanın seçilməsini tələb edir. Daxili mühitin əsas amillərindən olan texnologiyanın sahibkarlıq fəaliyyətinə təsiri sənaye inqilabi, standartlaşdırma və mexanikləşdirmə, axın xətlərinin tətbiqi ilə daha da artmışdır. Müəssisənin təşkilati strukturunun hər bölməsi qarşısında müəyyən vəzifələr qoyulur ki, onlar da öz növbəsində bölmənin iş yerləri arasında hissələrə bölünürlər.Vəzifələr adətən 3 növə bölünürlər:

heyətlə işlər;

əşyalarla işlər (alət, dəzgah, xammal və i.a.);

informasiyaların emalıdır.

SUAL 25)Sahibkarlığın xarici mühitinin (hər bir amilinin ayrı-ayrılıqda) sahibkarların fəlaiyyətinə təsiri

CAVAB: Sahibkarlığın xarici mühitinə aşağıdakılar aid edilir: iqtisadi, siyasi, hüquqi, sosial-mədəni, texnoloji, coğrafi və infrastruktur amilləri daxildir.

-Iqtisadi mühit geniş anlayış olsa da sahibkarlığın inkişafı baxımından ona ilk nğvbədə əhalinin alıcıllıq qabiliyyətini, başqa sözlə, alıcıların xərcləyə biləcəkləri pul vəsaiti kəmiyyətini aid etmək olar.

-Siyasim mühit. Sahibkarlığın inkişafı üçün siyasi mühit iqtisadi mühitdən heç də az əhəmiyyət kəsb etmir. Sahibkarlıq fəaliyyəti siyasi mühitə çox həssasdır. Hökumətin iqtisadi siyasəti, siyasi məqsədləri və vəzifələri, iqtisadiyyatı idarəetmə üsulları sahibkarlığın inkişafını stimullaşdırar və ya ləngidə bilər.

-Hüquqi mühit. Sahibkarlıq fəaliyyətində bu fəaliyyətin hüquqi təminatları mühüm əhəmiyyət kəsb edir. Hər bir ölkədə qanunvericilik aktları ilə sahibkarlıq fəaliyyəti üçün hüquqi mühit yaradılmalıdır.

-Sosial-mədəni mühit. Bu mühitə ictimai şüur əxlaqi və dini normalar, əhalinin təhsil səviyyəsi, yaş-cins tərkibi, adət-ənənə, əhalinin ərazi yerdəyişməsinə meylliyi və s. aid edilə bilər.Burada sosial-psixoloji mühit mühüm əhəmiyyəti kəsb edir.

-Coğrafi mühit. Sahibkarlıq faəliyyətinin həyata keçirildiyi ərazinin coğrafi mövqeyi, təbii-iqlim şəraiti, təbii sərvətləri, avtomobil, su, hava, dəmir yol digər sahələrinin üstün inkişafına stimul yaradır, shaibkarlıq tərəfindən ölkəyə investisiyaların yönəldilməsinin mühüm amilini təşkil edir.

SUAL 26)Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinin zəruri şərtləri

CAVAB:sahibkarlığın həyata keçirilməsi bəzi elementlərin mövcudluğu şəraitində mümkün ola bilər.

sahibkarlıq ideyası;

sahibkarlıq ideyasına uyğun istehsal texnologiyası;

istehsaı texnologiyasından istifadə üçün tələb olunan texniki elementlər;

göstərilən üç elementlə yanaşı tələb olunan xammal, material və işçi qüvvəsinin əldə edilməsi üçün lazım olan sahibkarlıq kapitalı;

sahibkarın özü.və.s

SUAL 27)Sahibkarlıq fəaliyyətinin maliyyələşdirilməsi mexanizmləri.

CAVAB: Maliyyə mexanizimi istər dövlətin, istərsədə sahibkarın öz büdcəsini maliyyələşdirmək üçün istifadə etdikləri alətlərin, metodların, üsulların məcmusudur. Dövlətin maliyyə mexanizmi dedikdə, dövlət büdcə gəlirlərinin təmin edilməsi üçün istifadə edilən metodlar nəzərdə tutulur. Bunlar:

-milli gəlirin bölüşdürülməsi metodları;

-regional və ərazi səviyyəsində dövlət büdcəsinin vəsaitlərinin formalaşdırılması metodları;

-dövlət büdcədənkənar sosial fondların formalaşdırılması metodları;

-büdcəyə və dövlət büdcədənkənar fondlara ödəniş növləri;

-maliyyə planlaması və proqnozlaşdırılması;

maliyyə nəzarət.

Təşkilatın maliyyə mexanizmi obyektiv iqtisadi qanunların tələblərinə uyğun olaraq qurulur. Onun əsasları dövlət tərəfindən qurulur..B.Polyak hesab edir ki, hazırda müəssisələrin maliyyə resurslarının artırılmasının ən çox yayılmış üsullarına aiddir:

vergi ödəmələrinin optimallaşdırılması;

qiymətli kağızların alqı-satqısı;

kredit formasında pul vəsaitlərinin cəlb edilməsi.

Bizim fikrimizcə, bu üsullar kiçik sahibkarlığın maliyyə imkanlarının artırılması üçün xarakterikdir.

SUAL 28)Sahibkarlığın maliyyələşmə üsulları

CAVAB: Sahibkarlıq fəaliyyətinin maliyyələşməsində iki cür maliyyələşmə üsulu var. Bunlar:

Borc vəsaitləri ilə maliyyələşmə

2. Şəxsi vəsaitlərlə maliyyələşmə (özünümaliyyələşdirmə)

Borc vasitəsilə maliyyələşmə- Əldə olunan krеdit vəsaitləri sаhibkаrın fəaliyyətləri nəticəsində yаrаtmış olduğu mənfəət hesabına gеri qaytarılır. Bu növ maliyyə resursları qısa və uzun müddətli olmaqla iki növə bölünür. Qısa müddətli olanlar bir il və daha az müddəti (satıcılardan alınan malların əvəzləri, bank və digər qrumlardan əldə edilən qısa müddətli resurslar, ödəniləcək vergilər və s) əhatə etdiyi halda, uzun müddətlilər 1-5 il müddət arasında əldə edilən resurslardan ibarətdir.

Çatışmazlıqları: zaman məhdudiyyətinin olması, firmaya faizdən başqa böyük problemlər gətirir, kreditlərin ödənilməməsi zamanı firmanın aktivləri müsadirə oluna bilər.

Üstünlükləri: Firmaya yeni ortaq cəlb etmədən sərmayə ilə təmin edilmə imkanı qazanır, ödənilən faizlər firmaya xərc kimi göstərilir.

Özünümaliyyələşdirmə firmanın fəaliyyəti nəticəsində əldə edilmiş mənfəətin qanunla və ya müvafiq komissiyaların qərarı ilə bölüşdürülməyərək firmanın kapitalına əlavə edilməsidir. Özünümaliyyələşdirmənin açıq və gizli növləri vardır.Firmanın məfəəti bölüşdürülmür kapital hesablarında saxlanılır və ya ehtiyat pul hesablarına keçirilirsə bu açıq özünümaliyyələşdirmədir. Gizli özünümaliyyələşdirmə isə gizli ehtiyat pul ayrılması yolu ilə həyata keçirilir.

SUAL 29)Borc vəsaitləri ilə maliyyələşmə, üstünlükləri və çatışmazlıqları

CAVAB:


Əldə olunan krеdit vəsaitləri sаhibkаrın fəaliyyətləri nəticəsində yаrаtmış olduğu mənfəət hesabına gеri qaytarılır.Firmaların banklardan, ictimai qurumlardan və tədavülə buraxdığı qiymətli kağızlardan əldə etdikləri vəsaitlər bu qrupa aid edilir.Bu növ maliyyə resursları qısa və uzun müddətli olmaqla iki növə bölünür. Qısa müddətli olanlar bir il və daha az müddəti (satıcılardan alınan malların əvəzləri, bank və digər qrumlardan əldə edilən qısa müddətli resurslar, ödəniləcək vergilər və s) əhatə etdiyi halda, uzun müddətlilər 1-5 il müddət arasında əldə edilən resurslardan ibarətdir.

Üstünlükləri: Firmaya yeni ortaq cəlb etmədən sərmayə ilə təmin edilmə imkanı qazanır, ödənilən faizlər firmaya xərc kimi göstərilir.

Çatışmazlıqları: zaman məhdudiyyətinin olması, firmaya faizdən başqa böyük problemlər gətirir, kreditlərin ödənilməməsi zamanı firmanın aktivləri müsadirə oluna bilər.

SUAL 30)Vеnçur maliyyələşdirilməsi

CAVAB:innovasiya kompaniyasının inkişafı və genişlənməsindən gəlir əldə etmək üçün yüksək riskli investisiya vəsaitidir.Vençur maliyyələşməsi əsasən vençur fondları və biznes-layihələr (innovasiya layihələrinə şəxsi vəsaitlərini yerləşdirməyə hazır olan fiziki şəxslər) həyata keçirirlər. Vençur kapitalı yolu ilə maliyyələşdirmənin məqsədi ənənəvi maliyyə sistemində istər kapital bazarından, istərsə də bank və digər maliyyə təşkilatlarından vəsait təmin etmək imkanı çox məhdud olan və ya heç olmayan sahibkarlara qarşı bir maliyyə mənbəyi təmin etməkdir.Vençur kapitalı əsasən elmi və texniki innovasiyaların maliyyələşdirilməsində və inkişafında əhəmiyyətli dərəcədə fərqlənir. Məhz bunun üçün də İEÖ-də vençur biznesinin inkişaf etdirilməsini dəstəkləyirlər.

sual31) Lizinq mаliyyələşməsi və satıcı kreditləri

Cavab:

Lizinq maliyyələşməsi dedikdə, maşın və avadınlıqların uzun müdətli icarəsi başa düşülür.

Lizinqin digər kredit növlərindən əsas və başlıca bir fərqidə bağlanan müqvilənin şərtindən aslı olaraq icarəyə götürülən əmlakın amortizasiya xərcləri ödənildikdən sonra icarəyə götürən şəxs əmlakın sahibi ola bilər.

Bu gün dünyanın əksər ölkələrində lizinq fəaliyyəti investisya yatımları kimi həyata keçirilir. Belə ki, İEÖ-lərin iqtisadiyyatında investisya yatırmalarının 25-30% lizinq fəaliyyəti vasitəsi ilə həyata keçirilir.

Firmalarının maliyyə resursları arasında satıcı kreditlərinin əhəmiyyəti olduqca yüksəkdir.

Belə ki, hər hansısa bir nağd ödəmə etmədən, satıcının məhsulu alıcıya təslim etməsi və ödəniş üçün alıcıya müəyyən bir zaman verməsi nəticəsində yaranır və firmalar arasındakı ticarət əlaqələrini inkişaf etdirir.

Müəssisələr fəaliyyətlərini həyata keçirmək üçün aldıqları aktiv­lərin maliyyələşməsində satıcı kreditlərdən faydalana bilərlər.

Xüsusilə də, maliyyələşmə potensialı məhdud olan KOM-ların maliyyə stukturlarının formalaş­ma­sındakı ümumi mənbələr içərisində satıcı kreditlərinin payı 50 faizə qədər çatmaq­dadır.)

Sual32)Sahibkarlığın dölət tərəfindən dəstəklənməsi zəruriliyi və mexanizm

CAVAB:


Bazar iqtisadi sistemində iqtisadiyyatm dövlət tərəfindən tənzimlənməsinin mühüm istiqamətlərindən biri də sahibkarlıq fəaliyyəti ilə bağlidir. Həm də bu rol daha çox kiçik sahibkarlığin qorunmasi və həvəsləndirilməsi istiqamətində həyata keçirilir.Bazar ölkələrinin təcrübəsi burada milli sahibkarlığin fəaliyyətinin dövlət tərəfindən stimullaşdirilmasmm geniş bir sisteminin mövcud olduğunu göstərir. Bu sistemə təşkilati, qanuvericilik, inzibati-hüquq, büdcə, vergi, gömrük və s. sahələr üzrə həyata keçirilən kompleks tədbirlər daxildir. Həmin tədbirlər əsasən milli sahibkarlıği cəmiyyət qarşismda duran problemlərin həllinə cəlb etmək, iqtisadiyyatda özəl bölmənin formalaşmasi və yüksək inkişaf üçün əlverişli şərait yaratmaq, kəskin rəqabət şəraitində kiçik və orta sahibkarlığm onlarm fəaliyyətinin xüsusən ilk dövründə davam gətirə bilməsi və möhkəmlənməsi üçün zəruri iqtisadi mühiti təmin etmək, bir sosial təbəqə kimi milli sahibkarların öz qüvvələrini və imkanlarını dövlətin iqtisadi siyasətinin həyata keçirilməsinə yönəltmək zərurətindən irəli gəlir.İnkişaf etmiş və yeni iqtisadi sistemə - bazar iqtisadiyyatına keçən ölkələrin təcrübəsi burada sahibkarlığa (ilk növbədə kiçik biznesə) dövlət köməyinin aşağidaki istiqamətləri olduğunu göstərir:

kiçik sahibkarlığın dəstəklənməsinin və inkişafinin infrastrukturunun formalaşdirilmasi;

sahibkarlığa kömək proqramların hazırlanması və həmin proqramlarm həyata keçirilməsinin təşkili;

sahibkarlıq subyektlərinə maliyyə, maddi, elmi - texniki və informasiya resurslarinin əldə etmələri üçün güzəştli şəraitin yaradılması;

kadrların hazırlanması, yenidən hazırlanması və ixtisaslarının artırılmasi sahəsində sahibkarlıq subyektlərinə kömək göstərilməsi;

sahibkarlıq subyektlərinin xarici - iqtisadi fəaliyyətinə, o cümlədən xarici tərəf - müqabilləri ilə istehsalat, maliyyə - kredit, ticarət, elmi - texniki və informasiya əlaqələrinin inkişafına kömək göstərilməsi;və.s

SUAL 33)Sahibkarlığın dövlət tərəfindən stimullaşdirilmasi üzrə Yaponiya təcrübəsi

CAVAB:Yaponiyada biznes qurmaq istəyənlər üçün banklar və ya sənaye və ticarət palatalarından kredit xidmətləri təmin edilir.Hökumət biznesin inkişafını kredit zəmanətləri, vergi imtiyazları, subsidiyalar yolu ilə dəstəkləyir və müvafiq dövlət orqanları vasitəsilə həyata keçirir.Xarici Ticarət və Sənaye Nazirliyi nəzdində müəssisələrə maliyyə dəstəyinin verilməsi üçün xüsusiləşdirilmiş təşkilat yaradılmışdır bunlar:Yaponiya Milli Maliyyə Korporasiyası - Ticarət Palatasının güclü bir şəbəkəsi olaraq ölkədə 500-dən çox ofisə malikdir. Biznesin ən böyük kredit təşkilatı hesab edilir.Yaponiya Kiçik Biznes Maliyyə Korporasiyası - müəssisələrə əsas və dövriyyə kapitalını artırmaq məqsədilə əlverişli şərtlərlə uzun müddətli (1 ildən çox) kreditlər təmin edir.

SUAL 34)Sahibkarlığın dövlət tərəfindən stimullaşdirilmasi üzrə Almaniya təcrübəsi

CAVAB:Almaniya dövləti II dünya müharibəsindən sonra sahibkarlın inkişaf etdirilməsini aktiv şəkildə dəstəkləyir.Almaniyada biznesin əsas xüsusiyyəti hökumətlə sıx əlaqədə olan ticarət və səanye palatalarının mövcud olmasıdır. Bu Palataların movcud olması ölkə iqtisadiyyatında əhəmiyyətli dərəcdə rol oynayır və sahibkarlıq subyektlərinədə bəzi xidmətlər (maliyyə, məsləhət və s.) göstərir. Ölkədə sahibkarlıq fəaliyyəti üçün vergi imtiyazları tətbiq olunur. Yeni qurulan müəssisə iki il ərzində vergilərdən azad olunur.Alman İqtisadiyyat və Texnologiya Nazirliyi sahibkarlıq subyektlə-rini iki proqramla dəstəkləyir. Bu proqramlar:

Sahibkarlar üçün mərkəzi yenilik proqramı;

Zəif iqtisadi quruluşa sahib bölgələr üçün investisiya istiqamətli subsidiya proqramları.

Almaniya da güzəştli şərtlərdə vardırki:

aşağı faiz dərəcəsi ilə kreditlərin verilməsi;

kreditlərin uzun müddətə verilməsi;

birgə maliyyələşdirmə imkanı: Biznes layihəsinin bir hissəsini dövlət reursları vasitəsi ilə, digər hissəsini isə şirkətin öz vəsaitləri və ya borc vəsaitləri vasitəsi ilə maliyyələşməsini təmin olunur.

SUAL 35)Sahibkarlığın dövlət tərəfindən stimullaşdirilmasi üzrə Böyük Britaniya təcrübəsi

CAVAB:Biritaniya Maliyyə Nazirliyinin təşəbbüsü ilə müəssisələrin maliyyələşdirilməsi məqsədi ilə 2,5 milyard fund sterlinq həcimində İnkişaf Fondu yaradılmışdır.Hökumət sahibkarları dəstəkləmək üçün müəssisələrin Kapital Fondunu qurdu. Fond müəssisələrə əsasən vençur kapitalına çıxış imkanı təmin edirBöyük Britaniyada müəssisələrin investorları üçün vergi güzəştləri təmin edən bəzi proqramlar var. Bu proqramlar aşağıdakılar vasitəsi ilə həyata keçirilir:

Müəssisələr üçün İnvestisiya Sxemi

Vençur kapitalı Trastları

Kiçik biznes subyektlərinə xidmət edən Agentlik.

SUAL 36)Sahibkarlığın dövlət tərəfindən stimullaşdirilmasi üzrə ABŞ təcrübəsi

CAVAB:Amerika Birləşmiş Ştatlarında kiçik və orta sahibkarlığın dövlət tərəfindən dəstəklənməsi məqsədilə Kiçik Biznes İşləri üzrə İdarə (USSBA) fəaliyyət göstərir. USSBA-nın əsas vəzifələri:

rəqabət mühitinin yardılması və inkişaf etdirilməsi.

Kapitala çıxış imkanlarının artırılması (müəssisənin maliyyələşdirilməsi);

Texniki yardımlar, informasiya xidmətləri və təlimlər vasitəsilə sahibkarlıq fəaliyyətinin inkişaf etdirilməsi;

Dövlətlə müqavilələr bağlamaqda sahibkarlıq subyektlərinə dəstək (federal səviyyədə satın almalar);

biznesin inkişafı üçün texniki və informasiya dəstəyinin verilməsi;

Kredit vəsaitlərinin əldə etməsində yardım etmək və kommersiya kreditlərinə təminatın verilməsi prosedurları asanlaşdırır.

ABŞ-da ən geniş yayılmış maliyyələşmə növlərindən biri də biznes mələklər vastəsilə maliyyələşdirmədir. ABŞ-da mələk investisiyalarının həcmi hər il artmaqdadır.Sürətli inkişaf üçün potensiala malik olan şirkətlər tərəfindən istifadə olunur.

SUAL 37).Sahibkarlığın dövlət tərəfindən stimullaşdirilmasi üzrə Türkiyyə təcrübəsi.

CAVAB:Türkiyə Texnoloji İnkişaf Fondu, Kiçik və Orta firmaların İnkişafı və Dəstəklənməsi Qurumu, Xalq Bank, Türkiyə Elmi-texnoloji Araşdırmalar Qurumu, Kredit Zəmanəti Fondu, Ticarət-sənaye palatası aiddir.Sahibkarlğın inkişaf etdirilməsi məqsədi ilə biznes infrastrukturun dəstəklənməsi sistemi Türkiyədə də tətbiq edilir.Türkiyədə 1990-ci ildə Əmək və Ticarət Nazirliyinin nəznində sahibkarların inkişafının dəkləyən Kiçik və orta firmaların İnkişafı və Dəstəklənməsi Qurumu (KOSGEB) yaradılmışdır. Təşkilat sahibkarları həm yeni texnologiyalar ilə təmin edir, həm də konsaltinq xidmətləri təqdim edir.Türkiyə Texnoloji İnkişaf Fondu (TTGV) dövlət və qeyri-dövlət sektoru ilə birgə yaradılan müstəqil qeyri-kommersiya qurumudur.Xalq Bank sahibkarlarlar üçün aşağı faiz dərəcələri ilə kredit vəsaiti təmin edən əsas bankdır. Xalq Bank gənclər və qadınlara güzəştli şərtlərlə kreditlər təkilf edir. Kreditlərin Zəmanət Fondunun (KGF) buraxdığı təminatlı qiymətli kağızların etibarını təmin edilməsi məqsədi ilə bankda xüsusi təminat fondu fəaliyyət göstərir.

SUAL 38)Sahibkarlığın dövlət tərəfindən stimullaşdirilmasi üzrə Fransa təcrübəsi.

CAVAB: Fransadakı sahibkarlıq subyektləri üçün dövlətin dəstəyi kimi bunlar göstərilə bilər:

yeni yaradılan müəssisələrin səhimdar cəmiyyətlərinə tətbiq olunan vergilərdən 2 il müdətinə, eyni zamanda yerli vergilərdən azaddır və həmçinin gəlir vergisinə güzəştlər edilir.Fransada sahibkarlar həm dövlət, həm də bələdiyyə səviyyəsində dəstəklənir.İqtisadi cəhətdən təhlükəli ərazilərdə biznes fəaliyyətinə başlayan sahibkarlıq subyektlərinə üçün daha çox güzəştlər edilir və sahibkarlar sosial təminat fondlarına ödənişlər etməsindən azad olunur.Sahibkarların dəstəklənməsi sahəsində sosial vergi güzəştlərinin edilməsi də nəzərdə tutulub.

39-


SUAL 40)Dövlət biznes əməkdaşlığının mahiyyəti və əhəmiyyəti

CAVAB: Dövlət-biznes əməkdaşlığı dövlətin həyata keçirdiyi ictimai əhəmiyyətli layihələrə dövlət tərəfindən özəl sektorun (biznesin) cəlb olunması mexanizmlərinin tətbiqini nəzərdə tutur. Sosial-iqtisadi inkişaf səviyyəsinə görə fərqli mərhələlərdə olan müxtəlif ölkələrin təcrübələrinin təhlili göstərir ki, bu tip əməkdaşlıq nəqliyyat infrastrukturunun (avtomobil yolları, dəmir yolları, hava limanları, dəniz limanları, boru nəqliyyatı və sair) qurulması, sosial (səhiyyə, təhsil, istirahət və turizm) infrastukturun yaradılması, kommunal (su təchizatı, elektrik təchizatı, suyun təmizlənməsi, qaz təchizatı və sair) infrastrukturun qurulması və belə xidmətlərin göstərilməsi sektorlarında daha uğurla tətbiq olunur. İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, ölkələrin sosial-iqtisadi inkişaf səviyyəsi əməkdaşlıq üçün sektor seçiminə böyük təsir edir. 2012-ci ilin statistikasına əsasən, Böyük yeddilik ölkələrində (ABŞ, Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, Fransa, Yaponiya) dövlət daha çox səhiyyə sahəsində bizneslə əməkdaşlıq edib. Bu siyahıda ikinci yeri təhsil, üçüncü yeri isə avtomobil yolları tutur.Digər inkişaf etmiş ölkələrdə (Avstriya, Belçika, Danimarka, Avstraliya, İsrail, İrlandiya, Finlandiya, İspaniya, Portuqaliya, Yunanıstan, Cənubi Koreya, Sinqapur) dövlət-biznes əməkdaşlığnın prioritet sahələri tikinti, avtomobil yollarının təmir və bərpası, habelə səhiyyə, təhsil və turizmdir.

SUAL 41)Müstəqilliyə qədərki dövrdə Azərbaycanda sahibkarlığın inkişafı

CAVAB:Ölkəmizin malik olduğu müxtəlif təbii sərvətlər həm xarici iş adamlarının ölkəyə gəlməsinə, həm də yerli sahibkarlığın inkişafına əvəzsiz şərait yaratmışdır.XIX əsrin sonu, XX əsrin əvvəllərində sahibkarlığın inkişafına görə Bakı artıq böyük nüfuza malik iri sənaye mərkəzinə çevrilmişdi. Bu dövrdə kapitalın və istehsalın mərkəzləşməsi və təmərküzləşməsi prosesi xeyli sürətlənmişdi.

Sənayenin sürətli inkişafı Azərbaycanda bank fəaliyyətinin də inkişafına şərait yaratdı.Azərbaycan ən qiymətli sərvətlərdən olan neft ölkəsidir. Hələ XIX əsrdə Azərbaycanda neft hasilatı üzrə dünyada böyük nüfuza malik sahibkarlar (milyonçular) yetişmişdir. Həmin milyonçuların ölkəmizin iqtisadi inkişafında, xüsusilə neft hasilatı və emalı sənayesinin inkişafında əhəmiyətli rolu olmuşdur. Dövrünün böyük nüfuz sahibləri olan bu insanlar ölkədə binalar, məktəblər, teatrlar, xəstəxanalar tikdirmiş, əhalinin böyük hissəsini işlə təmin etmişlər. O dövrdə Azərbaycanda aqrar sahənin inkişafı da sürətlənmiş, iri fermer təsərrüfatları yaranmışdı.1914-cü ilin statistikasına görə, Azərbaycanda yığılan pambıq Zaqafqaziyada istehsal edilən pambığın 70%-ni təşkil edib. Kənd təsərrüfatındakı inkişaf təbii olaraq sənayenin ayrı-ayrı sahələrinin inkişafına təkan verirdi. H.Z.Tağıyevin “Qafqaz” Səhmdar Cəmiyyətinə məxsus, tikintisi 1 milyon qızıl pula başa gəlmiş tikiş fabriki də iri sənaye

müəssisəsi kimi pambıqçılıqla sıx bağlı idi. Bakı bir sıra şəhərlərlə böyük ticarət əlaqələri yaratmışdı. Təkcə Rusiyanın müxtəlif yerlərinə pambıq, şərab, qoz ağacı, ipək, yun, qoz-fındıq, xam və ya aşınmış dəri, xəz, balıq məhsulları (o cümlədən kürü), çini və şüşə qablar və s. aparılırdı.

SUAL42)Müstəqillikdən sonrakı dövrdə Azərbaycanda sahibkarlığın inkişaf mərhələləri və onların səciyyəvi xüsusiyyətləri

CAVAB:Müstəqilliyimizin ilk illərində İstər nəzəri, istərsə də respublika iqtisadiyyatında yaranmış vəziyyətin tələbləri baxımından sahibkarlığın maddi əsasını formalaşdıran özəlləşdirmə, xüsusilə də qiymətlərin liberallaşdırılmasını qabaqlamalı idi.Bazar iqtisadiyyatına keçid üzrə mühüm strateji tədbir – özəlləşdirmə fiskal məqsədlərə münasibətdə arxa plana keçirildi. Özəlləşdirmənin gecikdirilməsi, ölkədə tənəzzülün aradan qaldırılmasını və makro-iqtisadi sabitliyin təmin edilməsini daha da çətinləşdirmişdir. . Belə ki, bu model üzrə həyata keçirilən siyasət çox tez bir zamanda ölkə iqtisadiyyatında əsaslı keyfiyyət dəyişikliklərinin baş verməsinə səbəb olmuşdur: inflyasiya cilovlanmış, büdcə kəsiri ÜDM-nin 1-2%-i səviyyəsinə endirilmişdir. Bu dəyişikliklər nəticəsində dərin iqtisadi böhran keçirən ölkədə makroiqtisadi sabitliyə nail olunmuş və dinamik iqtisadi inkişafı təmin etmək mümkün olmuşdur. Prezidentinin 30 aprel 2001-ci il tarixli Fərmanı ilə İqtisadi İnkişaf Nazirliyinin yaradılması sahibkarlığın inkişafına dövlət köməyi və onun dövlət tənzimlənməsi tədbirlərinin vahid qurumda birləşdirilməsinin və idarə edilməsinin əsasını qoymuş və sahibkarlığın inkişafını ümumi iqtisadi inkişafın tərkib hissəsinə çevirmişdir. Bu illər ərzində sahibkarlığın inkişafına əlverişli şəraitin yaradılması məqsədilə Azərbaycan Respublikasında sahibkarlığın hüquqi bazası dünya təcrübəsinə uyğun olaraq təkmilləşdirilmişdir. 2002-ci il sahibkarlığın inkişafı sahəsində Azərbaycan Respublikası Prezidenti cənab Heydər Əliyevin yerli və xarici iş adamları ilə aprel - may aylarında keçirilmiş görüşləri ilə əlamətdar olmuşdur. Sahibkarlara dövlət qayğısının ən yüksək səviyyədə bir daha təsdiqi olan bu görüşlər və onların nəticəsi olaraq ölkədə sahibkarlıq mühitinin daha da yaxşılaşdırılması məqsədilə avqust-sentyabr aylarında imzalanmış bir sıra mühüm Fərman və Sərəncamlar ölkədə sahibkarlığın inkişafında yeni mərhələnin əsasını qoymuşdur.

SUAL 43)Startapların mahiyyəti və əhəmiyyəti

CAVAB:Startap ilk öncə biznesdir və hər bir biznes kimi gəlir gətirən bir subyekt olmalıdır. Bununla yanaşı startaplarda “sosial sahibkarlıq” istiqamətiləri də mövcuddur. Bu tip startaplar gəlir güdmədən, amma minimal gəlir gətirərək layihənin fəaliyyətini təmin edərək fəaliyyət göstərir.Startaplar universitetlər, biznes inkubatorlar, biznes mələkləri (mələk investorlar), texnoparklar, qrant proqramları, vençur maliyyələşdirmə fondları və akseleratorlar tərəfindən dəstəklənir.Startapların əsas xüsusiyyətlərindən biri də onun inkişafı üçün maliyyə vəsaitinin çatışmazlığıdır (bəzi hallarda startapın fəaliyyəti bazar üçün gizli xarakter daşıyır, yəni tam olaraq qeydiyyatdan keçmədən). ABŞ-da startapların bir çoxu tələbələr tərəfindən yaradılır və bunlara “qaraj” startapları deyilir. Yeni startapın yaranmasının əsas mənbəyi yaradıcı ideyadır. İdeyanın özü ancaq kağız üzərində olanda belə (startapın planı) böyük bir dəyərə malik ola bilər. Startapın yaranması və onun uğuru üçün vacib olan daha bir amil həmin ideyaya bazarda potensial tələbatdır.Hal-hazırda dünyada ən tanınmış  startaplar: Facebook, Instagram, Wikipedia, bunlardır.Startupın yaranması və onun uğuru üçün vacib olan daha bir amil həmin ideyaya bazarda olan böyük ehtiyyacdır.startaplar yeni texnologiya və innovasiyaların işlənilməsində maraqlı olan şirkətlərdir. Bu xüsusiyyəti nəzərə alaraq startapların aşağıdakı növlər üzrə bölmək olar:

- Mövcud bazara yeni məhsul təqdim edən şirkətlər;

- Yeni bazara yeni məhsul təqdim edən şirkətlər;

- Mövcud bazara ucuz məhsul təqdim etməyə çalışan şirkətlər;

- Mövcud bazarda niş məhsul yaratmaq istəyən şirkətlər.

Araşdırmalara əsasən, özünü doğrultmayan startapların 55%-i 1 milyon ABŞ dolları həcmində investisiya alan şirkətlərdir.

SUAL 44)Startap adi biznesdən fərq

CAVAB:. Fərq 1: Startapa kiçik kapitalla başlamaq olar. İlk fərq ondadır ki, biznes açmaq üçün haradasa tam heyət olmalıdır. Heyət tam olmasa da, ofis, çalışacağı bazar, gəlir götürmə yolları.. ən əsası isə məhsul hazır olmalıdır. Startaplar isə kiçik bir heyətlə də başlaya bilər. Ola bilər ki, sadəcə bir insanın proyekti olsun. Ofis o qədər də önəmli deyil, çünki planda hələ bir, ya bir neçə il gəlir götürmədən işləmək ola bilər. Bu hər bir startapa başlamadan nəzərə alınmalıdır. Məhsul isə yaxşı olar ki, istifadəçilərin sayını artırmaq, gələcək bazarı yaratmaq üçün pulsuz

paylansın.Çatışmazlıqları da bahalı yoxlama laboratoriyalarında deyil, tam iş başında görəsiniz. Hər bir addım istehsal xərclərinin azalmasına aparır, elə deyilmi?!

Fərq 2: İnvestor həm də startapın heyətində yer alır. Xərclərin çox müxtəlif olmasıyla birlikdə, ilkin kapitalın tapılması yollarında da fərqlər var. Belə ki, yeni yaradılan kiçik bizneslər kredit və ya qrantlar hesabına maliyyələşirsə, startaplar isə başlıca olaraq investorlar və sərmayə qoyan şirkətlərdən asılı olur. Çünki startupların sonda nə qədər uğur gətirəcəyini, yoxsa tamamilə batacağını öncədən hesablamaq çox çətindir.

Burdan yola çıxsaq, maliyyələşmə kanallarının fəqli olması nəticəsində startaplar başlanılmaqda olan bizneslərlə müqayisədə daha çox dəstək alırlar və almağa məcburdurlar da. Çünki, işin böyük parçası yatırım edərək riskə getmiş investor və sərmayə şirkətlərinin payına düşür.

Fərq 3: Startapların dəqiq düşünülmüş inkişaf planı və qeyri-müəyyən sonu. Özəl biznesə başlayarkən öncədən çıxış planı əlinizdə olmaya da bilər. Hər halda əgər işlər getməzsə, verəcəyiniz qərarlar sizdən asılı olacaq. Ancaq startap üçün investor axtararkən çıxış planının olması şərtdir.

SUAL 45)“Startup”-ların maliyyələşdirilməsi



CAVAB: Dünya təcrübəsinə əsaslanaraq görə bilərik ki, investorlar startuplara maqraq göstərir və oradan gəlir eldə edə bilirlər. Bunun üçün bir çox ölkələrdə “biznes – mələkləri” və vençur fondlar vardır. Biznes-mələklər – hələ ideya mərhələsində olan startuplara pul buraxan fərdi şəxslərdir. Adətən “mələklər”  şirkətin işlərinə qarışmırlar və  buraxdığı pulları dərhal geri tələb etmirlər.Vençur fondları isə orta və ya böyük faizi riskli , lakin yüksək gəlir mənbəyi olmaq potensialına malik olan startuplara pul buraxırlar.Onlar bazara çıxan , lakin daha geniş inkişafı üçün pulları olmayan şirkətləri maliyyəşdirməyə daha üstünlük verirlər.Azərbaycanda investment ilə məşğul olan  şirkətlər vardır. Bunların içində Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi İNFORMASİYA TEXNOLOGİYALARININ İNKİŞAFI DÖVLƏT FONDU (http://ictfund.gov.az). Bu fondun  məqsədi  Azərbaycan Respublikasında İKT sahəsində sahibkarlığın inkişafı və onun maliyyə dəstəyi ilə təmin edilməsi, bu sahəyə yerli və xarici investisiyaların cəlb edilməsi, yeni texnologiyaların yerli iqtisadiyyata inteqrasiyası, elmi tədqiqat işlərinin və eyni zamanda innovasiyaların tətbiqinin genişləndirilməsidir.Azərbaycanda vençur fondları mövcuddur- Khazar Ventures   (http://khazarventures.com) və  İnfipro -  informasiya texnologiyası, internet və proqram təminatı üzrə ixtisaslaşan bizneslərin başlanğıc mərhələsinə investisiya edən vençur kapitalı şirkətidir.
Yüklə 37,41 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin