Şübhə: Deyirlər ki, Müaviyə, Həcər ibn Ədiy adlı səhabəni zalımcasına öldürmüşdür



Yüklə 26,5 Kb.
tarix10.01.2022
ölçüsü26,5 Kb.
#109815

Şübhə: Deyirlər ki, Müaviyə, Həcər ibn Ədiy adlı səhabəni zalımcasına öldürmüşdür. Onun səhabə yoxsa tabiin olması barədə fikir ayrılığı mövcuddur. Cumhur (əksər) alimlər onun səhabə yox, tabiin olduğu qənaətindədirlər. Bu, Buxari, Əbu Hatim ər-Razi, İbn Hibban, İbn Səəd, Xəlifə ibn Xəyyat və digər alimlərin rəyidir. Onlar deyirlər ki, Həcər ibn Ədiy səhabələrdən deyil, tabiinlərdən idi [1].
Müaviyə, Həcər ibn Ədini nə üçün öldürmüşdür?
Həcər ibn Ədiy, Əli ibn Əbu Talibin tərəfdarlarından biri idi. Səffeyn döyüşündə də onunla bərabər döyüşmüşdü. Həsən, xilafəti Müaviyəyə təhvil verəndən sonra, abu-hava sakitləşmişdi. Həmin il, camaat ili olaraq adlanırdı. Xilafət təmamilə Müaviyədə olandan sonra, Kufə şəhərinə Ziyad ibn Əbihi, yaxud Ziyad ibn Əbu Sufyanı vali təyin etdi.

Kufə camaatının necəliyi göz qabağındadır.

1-ci Əlini öldürən,

2-ci oğlu Həsənə xəyanət edən,

3-cü Hüseyni aldadan onlar olublar.

Həmçinin Ömərin vaxtında Səədin valiliyinə etiraz etmişlər. Eləcə də əl-Valid ibn Uqbənin və Əbu Musa əl-Əşarinin valiliyinə də etiraz etməkdən yan keçməmişlər. Ümumiyyətlə heç kəs onları qılıncdan başqa bir üsulla razı sala bilməmişdir.


Ziyad, Bəsrə şəhərinin, Əli (Allah ondan razı olsun) tərəfindən təyin edilmiş valisi idi. O, Əli ibn Əbu Talibin valilərindən sayılırdı[2].
Müaviyə xilafətə tam şəkildə sahib olanda onu Bəsrənin valiliyində saxladı və Kufəni də onun ixtiyarına verdi.
Deyilənlərə görə, bir dəfə Ziyad cümə xütbəsi verərkən, xütbəni uzadır. Bu zaman Həcər ibn Ədiyy qalxıb deyir: Namaz, namaz.

Amma Ziyad yenə də xütbə deməkdə davam edirdi. Bunu görən Həcər ibn Ədiy qalxıb onu daşa basdı. Həcər ibn Ədinin tərəfdarları da qalxıb xütbə verən yerdə Ziyadı daşladılar. Ziyad, baş verənlər haqqında Müaviyəyə xəbər göndərdi. Müaviyə, Həcər ibn Ədinin yanına gətirilməsi haqqında əmr verdi.

Sonra, onun öldürülməsi əmrini verdi. Çünki o, fitnə törətmək istəyirdi[3].

Müaviyə (Allah ondan razı olsun) isə fitnənin qarşısını kökündən almaq istəyirdi. Ona görə də onun öldürülməsini əmr etmişdi.

Ona görə Aişə, Müaviyəyə (Allah onlardan razı olsun), Həcər ibn Ədini nə üçün öldürmüsən? - deyəndə, cavabı belə olmuşdu:

Qiyamət günü Allah qarşısında qarşılaşanadək mən və Həcərlə işin olmasın[4].



Biz də deyirik, Müaviyə və Həcər Allahın qarşısında görüşənə qədər sizin də onlarla işiniz olmasın.

[1] əl-İsabə: 1, 313.


[2] Tarix, Xəlifə in Xəyyat: 201-202.
[3] əl-İsabə: 1, 313. Siyəru Əlam ən-Nubəla: 3, 463-466. Məsələnin təfsilatını bilmək üçün əl-Bidayə vən Nihayə əsərinə (8, 52) baxın.
[4] əl-Bidayə vən Nihayə: 8, 55. əl-Əvasim Minəl Qəvasim: səh, 220.
Kataloq: items
items -> Dear Minister
items -> Indigenous Land Corporation
gpo box 652 Adelaide sa 5001
items -> Setup all 5 god cards are used as are all the construction cards
items -> RaşİDİ XƏLİFƏLƏr döVRÜNDƏ azərbaycanin fəTHİ-5 Bismillahir-Rəhmanir-Rəhim
items -> Zilhiccənin ilk on gününün fəziləti və bu gündə edilən əməllər
items -> Bəzi insanlar təqva əlaməti olaraq şübhəli şeylərdən qaçmaq məqsədilə böyük günah sahiblərinin kəsdikləri heyvanların ətlərini yeməyi qadağan edirlər
items -> Dualar nə ÜÇÜn geciKİR?
items -> Bismilləhir-Rahmənir-Rahim
items -> Yaxşı əməl heç də üzünü günçıxana və günbatana tərəf çevirməkdən ibarət deyildir. Yaxşı əməl sahibi əslində Allaha, Axirət gününə, Mələklərə, Kitaba

Yüklə 26,5 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2023
rəhbərliyinə müraciət

    Ana səhifə